Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 1(054)-92/2025 10.03.2026 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Bərdə rayonu Uğurbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkum olunmuş, məhkumluğu qanunla müəyyən edilən qaydada ödənilməmiş və ya götürülməmiş, Bərdə rayonu Uğurbəyli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Belə ki, o, xx.xx.2025-ci il tarixdə saat 19 radələrində Oğuz şəhərinin yuxarı hissəsində meşəlik ərazidə yerləşən Oğuz rayon sakini Şahid1 icarəyə götürüb işlətdiyi piknik üçün nəzərdə tutulan kafedə şəxsi münasibətlər zəminində dostu Zərərçəkmiş şəxs onu şillə ilə vurması səbəbindən sonuncu ilə aralarında yaranmış mübahisə və dava-dalaş zamanı Zərərçəkmiş şəxsla əlbəyəxa olub, dartışa-dartışa kafenin mətbəxinə tərəf getmiş, daha sonra mətbəxdən bıçaq götürərək, bıçaqla sonuncunun qarın və bud nahiyələrinə vurmuş, bundan sonra qol nahiyəsini buraraq sonuncuya sağ dirsək oynağının travmatik çıxığı, qarının sol yuxarı nahiyəsinin boşluğa nüfus etməyən, sağ budun bayır yuxarı 1/3-nin deşilmiş kəsilmiş yaraları, sağ saidin bayır orta 1/3nin, sağ əlin bayır tərəfinin və qarının sol orta hissəsinin sıyrığı ilə müşayiət olunan, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən xəsarətlər yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs CM-in 127.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, Cavidlə aralarında dava-dalaş olmuş və Cavid xəsarətləri həmin vaxtı almışdır. Belə ki, xx.xx.2025-ci il tarixdə saat 06 radələrində dostu İlham, və digər dostu Cavid istirahət etmək üçün İlhama məxsus “Land Cruiser minik” markalı **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən çıxaraq Oğuz rayonuna gəlmişlər. Təxminən saat 10 radələrində Oğuz rayonuna çatmışlar. Onlar bir gün öncədən yemək və içmək üçün hər şeyi alıb avtomobilə qoymuş, yolda isə kabab bişirmək məqsədi ilə Oğuz rayonu, Kərimli kənd ərazisindən quzu əti almış, ilk öncə Oğuz rayonu, Xalxal kəndində yerləşən Xalxal şəlaləsinə getmişlər. Həmin yeri gəzdikdən və orada çay içdikdən sonra Oğuz rayonunun mərkəzinə gəlmişlər. Bundan sonra piknik yeri axtarmaq məqsədi ilə şəhərin yuxarısında yerləşən meşəliyə tərəf qalxmağa başlayıb, yol əsnasında bir nəfər tanımadığı şəxsdən meşəlik ətrafında piknik üçün yer olub-olmadığını soruşmuşlar. Həmin şəxs asfalt yol qurtardıqdan sonra üzü yuxarı meşəyə tərəf daşlıq yolla getməklərini, çay üstündən keçdikdən sonra təxminən 3-4 km irəlidə piknik üçün yerlər olduğunu demişdir. Həmin şəxsin başa salması ilə yuxarı qalxmış, yol kənarında stol və sutullar qoyulan piknik yeri görmüş və avtomobili saxlamışlar. Həmin vaxt piknik yerində həmin yeri işlədən sonradan adı ona məlum olan Şahid1 olmuşdur. Soltan həmin vaxt stol, stulu, qabqacaq, manqal, şiş və samavarı istifadə üçün 50 (əlli) manata verəcəyini, kababları isə özünün bişirəcəyini bildirmiş və Soltanla razılaşmışlar. Hətta Soltan əlavə nə isə lazım olsa pulu ilə verə biləcəyini qeyd etmişdir. Bundan sonra onlar avtomobildə olan ərzaqları düşürmüş və özlərinə stol rahatlamışlar. Soltan isə kababları bişirməyə başlamışdır. Daha sonra Cavidlə spirtli içki içməyə başlamışdır. İlham avtomobil sürəcəyi üçün içməmişdir. Cavidlə qarşılarına 1 litrlik araq qoyaraq içməyə başlamış, 1 litirlik arağın isə təxminən 700 qramdan çoxunu iki nəfərə içmişlər. Yeyibiçdikdən sonra təxminən saat 19 radələrində söhbət əsnasında Cavid artıq araq içə bilmədiyini, ürəyinin bulandığını demişdir. O da Cavidə “əşi nə qalıbe, qurtarırda gəl axıracan içək” sözlərini demişdir. Bundan sonra Cavid nalayiq ifadələr işlədərək, içməyəcəyini bildirmişdir. İlk öncə Cavidlə zarfatlaşmağa başlamış və həmin söyüşləri zarafat kimi qəbul etmişdir. Ancaq daha sonra Cavid təkidlə onu ağır formada söymüş, o da Cavidə qarşılıq vermişdir. Həmin vaxt İlham onları sakitləşdirməyə çalışmışdır. Bundan sonra Cavid ayağa qalxmış və bir dəfə şillə ilə onun sifət nahiyəsindən vurmuşdur. Həmin vaxt Cavidlə əlbəyaxa olmuşlar və dartışa-dartışa kafenin mətbəxinə tərəf getmişlər. Bu vaxt Cavidə gücünün çatmayacağını görmüş, gözünə stolun üstündəki bıçaq sataşmış və həmin bıçağı götürərək Cavidi qorxutmaq istəmişdir. Bundan sonra yenidən Сavidlə əlbəyaxa olmuş və Cavid onun qarın nahiyəsinə bir neçə dəfə təpiklə vurmuşdur. O, da Cavidi bıçaqla bud və qarın nahiyəsindən vurmuşdur. Həmin vaxt İlham və Soltan onları aralaşdırmış və çıxıb getmişlər. O, həmçinin həmin vaxt ətrafda qeyd etdiyi şəxslərdən başqa heç kimi görməmiş, həmin mübahisə və dava-dalaş təxminən 10 dəqiqə davam etmişdir. Bundan başqa, o, hadisə zamanı qarın nahiyəsindən xəsarət almış, xəsarət alması ilə bağlı Caviddən hər hansı bir şikayət və tələbi yoxdur. Bundan başqa Təqsirləndirilən şəxs törətdiyi əməldə özünü təqsirli bilməsini, öz əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəməsini və onunla barışmasını bildirmişdir. Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının tətbiq olunmasını xahiş edərək buna dair yazılı ərizəni məhkəməyə təqdim etmişdir. Zərərçəkmiş şəxs sonuncu məhkəmə iclasına gəlməmiş, işttirak etdiyi məhkəmə iclasında məhkəməyə təqdim etdiyi ərizədə növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cinayət işi üzrə Zərərçəkmiş şəxs iştirak etdiyi məhkəmə iclasında ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxsla dostdur, Sahillə hər hansı bir düşmənçiliyi və ədavəti yoxdur. xx.xx.2025-ci il tarixdə saat 06 radələrində dostu İlham, və digər dostu Sahillə istirahət etmək üçün İlhama məxsus “Land Cruiser minik” markalı **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən çıxaraq Oğuz rayonuna gəlmişlər. Təxminən saat 10 radələrində Oğuz rayonuna çatmışlar. Onlar bir gün öncədən yemək və içmək üçün hər şeyi alıb avtomobilə qoymuş, yolda isə kabab etmək məqsədi ilə Oğuz rayonu Kərimli kənd ərazisindən quzu əti almış, ilk öncə Oğuz rayonu Xalxal kəndində yerləşən Xalxal şəlaləsinə getmişlər. Həmin yeri gəzdikdən və orada çay içdikdən sonra Oğuz rayonunun mərkəzinə gəlmişlər. Bundan sonra piknik yeri axtarmaq məqsədi ilə şəhərin yuxarısında yerləşən meşəliyə tərəf qalxmağa başlayıb, yol əsnasında bir nəfər tanımadığı şəxsdən meşəlik ətrafında piknik üçün yer olub-olmadığını soruşmuşlar. Həmin şəxs asfalt yol qurtardıqdan sonra üzü yuxarı meşəyə tərəf daşlıq yolla getməklərini, çay üstündən keçdikdən sonra təxminən 3-4 km irəlidə piknik üçün yerlər olduğunu demişdir. Həmin şəxsin başa salması ilə yuxarı qalxmış, yol kənarında stol və sutullar qoyulan piknik yeri görmüş və avtomobili saxlamışlar. Həmin vaxt piknik yerində həmin yeri işlədən sonradan adı ona məlum olan Şahid1 olmuşdur. Soltan həmin vaxt stol, stulu, qabqacaq, manqal, şiş və samavarı istifadə üçün 50 (əlli) manata verəcəyini, kababları isə özünün bişirəcəyini bildirmiş və Soltanla razılaşmışlar. Hətda Soltan əlavə nə isə lazım olsa pulu ilə verə biləcəyini qeyd etmişdir. Bundan sonra onlar avtomobildə olan ərazaqları düşürmüş və özlərinə stol rahlamışlar. Soltan isə kababları bişirməyə başlamışdır. Daha sonra Sahillə araq içməyə başlamışdır. İlham avtomobil sürəcəyi üçün piyvə içmişdir. 1 litrlik arağın təxminən 700 qramdan çoxunu iki nəfərə içmişlər. Yeyib-içdikdən sonra təxminən saat 19 radələrində söhbət əsnasında Sahilə artıq araq içə bilmədiyini, ürəyinin bulandığını demiş, həmi vaxt Sahil “əşi nə qalıbe, qurtarırda gəl axıracan içək” sözlərini deyərək onu lağa qoymağa başlamışdır. O da zarafat əsnasında əsəbləşmiş və Sahili təhqir etmişdir. Sahildə ona qarşılıq verərək onu təhqir etməyə başlamışdır. Bundan sonra sərxoş olduğu üçün əsəbləşmiş və Sahilə bir dəfə sifət nahiyəsindən şillə ilə vurmuşdur. Həmin vaxt İlham onları sakitləşdirməyə çalışmışdır. O Sahillə əlibəyəxa olmuş və dartışa-dartışa kafenin mətbəxinə tərəf getmişlər. Bu vaxt gözləmədiyi anda Sahil ondan kənarlaşmış və mətbəxdə stolun üstündəki bıçağı götürərək üstünə cummuşdur Bundan sonra Sahillə yenə də əlibəyəxa olmuş və Sahil onu bıçaqla vurmuşdur. Həmin vaxtı ilk öncə yaranın təsiri isti olduğundan bıçağın ona dəyməsini hiss etməmişdir. Ancaq daha sonra bud və qarın nahiyələrində ağrılar hiss etmişdir. Həmçinin Sahillə əlibəyəxa olarkən Sahil qol nahiyəsini burmuşdur. Həmin vaxt qolunda da kəskin ağrılar hiss etmişdir. Həmin vaxtı İlham və kafeni işlədən Soltan bizi aralaşdırmışlar və onlar çıxıb getmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında notarial qaydada təsdiq olunmuş yazılı ərizəni təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə aralarında barışıq əldə olunmuşdur, ona qarşı heç bir şikayəti və tələbi yoxdur və ona dəymiş ziyan tam həcmdə ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, o, Oğuz rayonunun yuxarı hissəsində yerləşən meşə zolağında Cövdət adlı şəxsdən icarəyə piknik yeri kimi istifadə olunan kafe götürüb işlədir. xx.xx.2025-ci il tarixdə saat 12 radələrində tanımadığı 3 nəfər şəxs kafeyə gəlmiş və istirahət etmək üçün gəldiklərini bildirmişlər. Bu vaxt həmin şəxslərə stul, stol, somavar, şiş və lazım olan qab-qacaqları verəcəyini, hətta kababları özünün bişirəcəyini demiş və görəcəyi işlər müqabilində 50 (əlli) manata razılaşmışdır. Həmçinin həmin şəxslərə əlavə nə isə istəsələr pulu ilə təşkil edə biləcəyini bildirmişdir. Həmin gün həmin şəxslər yeyib-içməyə başlamış, hətta yatmış, durmuş və yenidən yeyib-içməyə başlamışlar. Saat 19 radələrində mübahisə səslərini eşitmişdir və onlara yaxınlaşaraq sakitçiliyə riayət etmələrini demişdir. Ancaq həmin şəxslər ona məhəl qoymamışlar. Belə ki, sonradan adı mənə məlum olan Cavidlə Sahil mübahisə edir, sonradan adı mənə məlum olan İlham isə onları sakitləşdirməyə çalışırdı. Mübahisə zamanı onlar bir-birini təhqir etmişlər. Bu vaxt Cavid ayağa qalxmış, bir dəfə şillə ilə Sahilin sifət nahiyəsindən vurmuş və onlar əlibəyəxa olaraq, dartışa-dartışa kafenin mətbəxinə tərəf getmişlər. Qarışıqlıqda Sahil mətbəxdə stolun üstündəki bıçağı götürərək Cavidin üstünə cummuşdur. Bundan sonra Sahillə Cavid təkrarən əlibəyəxa olmuş və İlhamla birlikdə Cavidlə Sahili aralaşdırmışlar. Həmin vaxt Sahilin bıçaqla Cavidi vurmasını və qolunu burmasını görmüşdür. Cavid isə Sahilə qarşılıq verərək, Sahillə əlbəyəxa olmuşdur. İş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasına gələ bilməmiş, işdə iştirak edən şəxslərin razılığı ilə onun ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanıyır, onlarla hər hansı bir düşmənçiliyi və ədavəti yoxdur. Hər ikisi onun dostudur. Bildirir ki, Sahillə Cavid arasında dava-dalaş olmuşdur. Belə ki, xx.xx.2025-ci il tarixdə saat 06 radələrində dostu Sahil, o və digər dostu Cavid istirahət etmək üçün ona məxsus "Land Cruiser minik" markalı **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən çıxaraq Oğuz rayonuna gəlmiş, təxminən saat 10 radələrində Oğuz rayonuna çatmışlar. Onlar bir gün öncədən yemək və içmək üçün hər şeyi alıb avtomobilə qoymuş, yolda isə kabab etmək məqsədi ilə Oğuz rayonu Kərimli kənd ərazisindən quzu əti almışlar. İlk öncə onlar Oğuz rayonu Xalxal kəndində yerləşən Xalxal şəlaləsinə getmiş, həmin yeri gəzdikdən və orada çay içdikdən sonra Oğuz rayonunun mərkəzinə gəlmişlər. Bundan sonra piknik yeri axtarmaq məqsədi ilə şəhərin yuxarısında yerləşən meşəliyə tərəf qalxmağa başlamışlar. Yol əsnasında bir nəfər tanımadığı şəxsdən meşəlik ətrafında piknik üçün yer olub-olmadığını soruşmuş, həmin şəxs onlara asfalt yol qurtardıqdan sonra üzü yuxarı meşəyə tərəf daşlıq yolla getmələrini, çay üstündən keçdikdən sonra təxminən 3-4 km irəlidə piknik üçün yerlər olduğunu bildirmişdir. Onlar da həmin şəxsin başa salması ilə yuxarı qalxmış və yol kənarında stol və sutullar qoyulan piknik yeri görmüş və avtomobili saxlamışlar. Həmin vaxt piknik yerində həmin yeri işlədən sonradan adı ona məlum olan Şahid1 var idi. Soltan həmin vaxt stol, stulu, qabqacaq, manqal, şiş və samavarı istifadə üçün 50 (əlli) manata verəcəyini, kababları isə özünün bişirəcəyini bildirmişdir. Onlar həmin şəxslə razılaşmışlar. Hətta Soltan əlavə nə isə lazım olsa pulu ilə verə biləcəyini qeyd etmişdir. Bundan sonra onlar avtomobildə olan ərzaqları düşürmüş və özlərinə stol rahlamışlar. Soltan isə kababları bişirməyə başlamışdır. Daha sonra Sahillə Cavid araq içməyə başlamışdır. O isə avtomobil sürəcəyi üçün piyvə içmiş, onlar isə 1 litirlik "Banketnaya” arağı içməyə başlamışlar. 1 litrlik arağın isə təxminən 700 qramdan çoxunu iki nəfərə içmişlər. Yeyib-içdikdən sonra təxminən saat 19 radələrində söhbət əsnasında o, ayaqyoluna getmiş və 5 dəqiqə sonra geri qayıtdıqda Sahillə Cavidin nə isə mübahisə etdiyini görmüşdür. Mübahisə zamanı onlar bir-birini təhqir etmişlər. O da onlara ayıb olduğunu deyib onları sakitləşdirməyə çalışmışdır. Bu vaxt Cavid ayağa qalxmış və bir dəfə şillə ilə Sahilin sifət nahiyəsindən vurmuş və onlar əlibəyəxa olmuş, dartışa-dartışa kafenin mətbəxinə tərəf getmişlər. Qarışıqlıqda Sahil mətbəxdə stolun üstündəki bıçağı götürərək Cavidin üstünə cummuşdur. Bundan sonra onlar əlbəyəxa olmuş və onunla birlikdə kafe sahibi Soltan onları aralaşdırmışdır. Həmin vaxtı Sahilin bıçaqla Cavidi vurmasını və qolunu burmasını görmüşdür. Cavid isə Sahillə əlbəyəxa olmuş, Sahilə qarşılıq verərək, ona bir neçə dəfə yumruqla vurmuşdur. O, həmçinin həmin vaxtı ətrafda izahatınında göstərdiyi şəxslərdən başqa heçkimi görmədiyini, həmin mübahisə və dava-dalaşın təxminən 10 dəqiqə davam etdiyini, Sahilin həmin bıçağı kafenin mətbəxindən götürdüyünü bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Oğuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(054)–14/2025 qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X10 publik hüquqi şəxsin Qəbələ rayon şöbəsinin xx.xx.2025-ci il tarixli, 64 nömrəli rəyindən görünür ki, 1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs bədəni üzərində qarının ön sağ və sol yan hissəsinin sıyrığı kimi xəsarəti vardır. Qeyd olunan xəsarətlər küt alətin (əşyaların) təsirindən müayinə olunan yuxarıda göstərdiyi tarixdə, yəni 01 avqust 2025-ci ildə törənə bilər. Həmin xəsarətlər sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. xx.xx.2025-ci il tarixli “maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, bir ədəd mətbəx bıçağı maddi sübut kimi tanınaraq Oğuz RPŞ-nin maddi sübutların saxlanılması otağına verilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixli cinayət əməlinin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilməklə ibtidai istintaqı davam etdirilmişdir. xx.xx.2025-ci il tarixli qətimkan tədbirinin dəyişdirilməsi haqqında qərardan görünür ki, X1 barəsində olan həbs növündə qətimkan tədbiri başqa yerə getməmək barədə iltizam növündə qətimkan tədbiri ilə dəyişdirilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il tarixdə Sabunçu RPİ-i tərəfindən Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib, Azərbaycan Respublikasının CPM-nin 40.2.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa, Bakı Hərbi Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 333.3 və 62.1-ci maddələri iə təqsirli bilinib, 1000 manat məbləğində cərimə edilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 2.11-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Bundan başqa Xəzər rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının 234.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2026-cı il tarixli məktubundan görünür ki, Xəzər Rayon Məhkəməsinin 1(003)–789/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Milli Məclisin “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarına əsasən cəzadan tam azad edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2026-cı il tarixli məktubundan görünür ki, Bakı Hərbi Məhkəməsinin xx.xx.2020-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs 1000 manat cərimə cəzasına məhkum edilmiş və o, 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin xx.xx.2021-ci il tarixli qərarının təsiri altına düşdüyündən xx.xx.2021-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Bərdə RİHB-nın Bərdə rayonu, Şirvanlı İƏD üzrə nümayəndəliyi tərəfindən 15 oktyabr 2025ci il tarixli, 655 saylı məktubla daxil olmuş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Uğurbəyli kəndində qeydiyyatdadır, ailə tərkibi atası – X4, anası – X7, arvadı – X6, oğlu – X18 oğlu, qızı – X2 ibarətdir və yaşadığı yerdə müsbət xarakterizə olunur. “Elektron məhkəmə” İnformasiya Sistemi ilə sorğu edilmiş məlumata əsasən Təqsirləndirilən şəxs ailə üzvləri anası xx.xx.1958-ci il təvəllüdlü X7, uşaqları- xx.xx.2011-ci il təvəllüdlü X8, xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X5 ibarətdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında təqdim etdiyi notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur, o, Təqsirləndirilən şəxsla barışmışdır və ona dəymiş ziyan tam həcmdə ödənilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham aktında qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspert rəyi, təhqiqat hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikası CMnin 127.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2026-cı il tarixli ərizəsində qeyd olunmuşdur ki, o, etdiyi cinayət əməlini etiraf edir, cinayət əməlindən səmimi peşmançılıq çəkir və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirildiyi cinayət işi üzrə barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının tətbiq olunmasını xahiş edir. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirib, təqsirləndirilən şəxsin ərizəsini nəzərə alıb hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarı Təqsirləndirilən şəxs barəsində tətbiq edilməli və o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 40.1-ci maddəsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir; Azərbaycan Respublikası Milli Məclisin “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verməklə və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarmaqla (bu Qərarın 6-cı və 7-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla) müvafiq olaraq amnistiya tətbiq edir. Qərarın 1.16-ci maddəsinə əsasən öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslərə müvafiq olaraq amnistya tətbiq edilir. Eyni zamanda, Qərarın 1.16-cı bəndində öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı olan şəxslər də nəzərdə tutulmuşdur. 6-cı və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.1-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əməllər (hərəkət və ya hərəkətsizliklər) xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə bölünür. Həmin məcəllənin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-in 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətdir və yuxarıda qeyd edilən amnistiya qərarının 5.1-ci bəndi bu cinayətləri törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç yetkinlik yaşına çatmayan övladının olmasını (Qərarın 1.16-ci bəndi), habelə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini (Qərarın 5.1-ci bəndi) nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisin “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.16 və 5.1-ci bəndlərinin tətbiq edilməsini məqsədə müvafiq hesab etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin, bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinin tələbinə görə amnistiya aktına əsasən, şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkəmə cinayət işi üzrə yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik normalarını əsas götürərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsi ilə bağlı müdafiə tərəfinin razılığı olduğundan, “Konstitusiya və Suverenlik ili münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.16-cı və 5.1-ci bəndləri tətbiq edilməklə, o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi Azərbaycan Respublikasının Milli Məclisinin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarın 5.1-ci bəndinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99- 1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 68,30 (altım səkkiz manat otuz qəpik) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd mətbəx bıçağı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 39, 43, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.16-cı və 5.1-ci bəndləri tətbiq edilməklə o, cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd mətbəx bıçağı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci, 68,30 (altım səkkiz manat otuz qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə məhkkəmə xərci, mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Qərardan elan edildiyi gündən 20 gün müddətində işə baxan Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Emin Məmmədli
Məhkəmə qərarları › İş №1(054)-92/2025
Oğuz Rayon Məhkəməsi Qərar — İş №1(054)-92/2025
10.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver