Məhkəmə qərarları › İş №1(055)-1/2023

Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-1/2023

29.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-1/2023 29.03.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X9, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və nümayəndəsi Müdafiəçi1, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, 29 mart 2023-cü il, Saat: 17:00 Saatlı şəhəri xx xxxxxxx 1980-ci ildə Sabirabad rayonu Əsgərbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Sabirabad rayonu, Əsgərbəyli kəndində qeydiyyatda olmaqla Saatlı rayonu, Novruzlu kəndində yerləşən qəsəbədə 24 nömrəli evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.1, 157.1 və 237.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs 02 iyun 2022-ci il tarixdə saat 10 radələrində Saatlı rayonu, Novruzlu kəndində qonşuluqda yaşayan Zərərçəkmiş şəxs qarşı sonuncunun yaşadığı Saatlı rayonu, Novruzlu kəndində yerləşən qəsəbədə 25 saylı fərdi yaşayış evində hər hansı şəxsin olmaması ilə bağlı yaranmış münasib və real şəraitdən istifadə edib öz cinsi ehtirasını təmin etmək üçün onun iradəsi ziddinə yaşadığı evə daxil olub ona seksual xarakterli digər zorakılıq hərəkətləri etmək qərarına gəlib, həmin evin həyətyanı sahəsinə keçmiş oradan Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, Zərərçəkmiş şəxs iradəsi ziddinə evin yaşayış hissəsinin dəhlizinə daxil olub onun mənzil toxunulmazlığını pozmuş, cinayətkar əməlini davam etdirərək, həmin zaman Zərərçəkmiş şəxs baldızının əri Elnur Rzayev ilə aralarında intim münasibətindən xəbəri olması ilə hədələyərək, evin dəhlizində Zərərçəkmiş şəxs sol döşündən sıxıb itələməklə sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən sol döşün aşağı bayır kvadratında qançır, qolundan tutub yataq otağına qədər sürüməklə sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən sağ diz oynağının iç səthində, sol iç topuq proyeksiyasında qançırlardan ibarət xəsarətlər yetirib, daha sonra sonuncunu yatağın üzərinə uzadaraq müqavimətini qırdıqdan sonra saçını sığallayaraq zorla dodağından öpməklə zərərçəkmiş Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməklə və belə zor tətbiq etmə hədəsi ilə seksual xarakterli digər zorakılıq hərəkətlərinə yol vermişdir. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi 5 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını, 2022-ci ilin fevral ayının istintaqa məlum olmayan günündə Saatlı rayonu, Novruzlu kəndinə avtomobil giriş yolunun sağ tərəfindəki kiçik göl ilə oradan keçən su kanalının aralığında müxtəlif kolların arasında qanunsuz olaraq torpağa əkmiş, 2022-ci ilin avqust ayının sonuna qədər orada böyüyən 5 ədəd çətənə (kannabis) şitilini suvarıb qulluq göstərərək, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri yetişdirməklə xeyli miqdarda kultivasiya etmiş, 12 sentyabr 2022-ci il tarixdə saat 13 radələrində Saatlı RPŞ-nin əməkdaşları tərəfindən qeyd edilən ünvanda baxış keçirilərkən həmin 5 ədəd xeyli miqdarda çətənə (kannabis) bitkisi aşkar edilərək götürülmüş, yəni Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda əkib-yetişdirərək kultivasiya etmişdir. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 150.1, 157.1 və 237.1-ci maddələri ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 150.1 və 157.1-ci maddələri ilə ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, taksi sürcüsü işləyir. Zərərçəkmiş şəxs ilə qohumdurlar. Münasibətləri normal olmuş, ədavət və düşmənçilikləri olmamışdır. xx.xx.2022-ci il tarixdə səhər saat 9 radələrində evdən çıxanda Elnur Rzayevin maşınının Xalidənin evinin qarşısında dayandığını görmüş, bir saat sonra qayıdanda hələ də Elnurun maşınının dayandığını görüb gözləmiş, Elnur mətbəxdə əlini yuyub evdən küçəyə çıxanda onun şalvarının zamoku açıq vəziyyətdə olmuşdur. Bu zaman Elnura “Vüsal və uşaqlar evdə yoxdur sən nə gəzirsən burda” demiş, Elnur isə əvvəlcə “onlar o üzdə, mən isə bu üzdə oturmuşam”, sonra isə setka saymağa gəldiyini demiş, o da “setkanı damda sayarlar, yoxsa evdə” deyə sual etmiş, Elnur isə “mən damda idim, evdə deyildim” cavabını vermiş, o da Elnura “setka yığırdınsa evdə nə gəzirdin, sən əlini yuyurdun gidrafonun səsi gəlirdi, əlin-üzünü sudur” demiş, əsəbiləşib Elnurun üzünə yumruqla, qasıq nahiyəsinə təpiklə vurmuş, Elnur da onu vurmaq istəmiş, lakin gücü çatmamışdır. İçəri girmədən küçə qapısından Xalidəni çağırmış, Xalidə çölə çıxmışdır. Xalidədən evdə kimin olduğunu soruşmuş, sonuncu evdə heç kəsin olmadığını, tək olduğunu və yuxudan indi qalxdığını bildirmiş, o da “ayıb deyil, Elnur məni aldadır?” demiş, Xalidə isə “Allah Elnurun balasının başına gətirsin. Mən yatmışdım, gəldi girdi içəri, mən biabır oldum” demiş, Elnur isə çıxıb getmişdir. Həmin vaxt Xalidə həyətdə pilləkəndə oturmuş, o isə ayaq üstə qalmışdır. Xalidəyə Elnura zəng etməsini, sonuncunun geri gəlməsini, öz aralarında məsələni həll etmələrini, qayınatası Faiq eşitsə ürəyi pis olacağını, məsələni özünün də heç kimə deməyəcəyini Xalidəyə söyləmişdir. Xalidə həmin vaxt Elnura zəng etsə də, sonuncu telefona cavab verməmişdir. Xalidə həmin vaxt da ağlamağa davam etmiş, Xalidədən Elnurun nömrəsini alıb, Elnura zəng etmiş və Elnura “Qayıt gəl bura, burda olanları Faiqə, Vüsala deməmisən?” deyə soruşmuşdur. Elnur da olanlar barədə kimsəyə nəsə demədiyini bildirmişdir.Təxminən 15 dəqiqə sonra Elnur da yanlarına gəlib görmüşdür ki, Xalidə evin həyətində pilləkəndə oturub ağlayır, o isə yanındadır. Elnur yanlarına gəlib susmuş, o, Elnura bir də bu həyətə gəlməməsini demişdir. Bundan sonra Elnur bir söz demədən Vüsalgilin həyətindən çıxmışdır. O da Vüsalgilin həyətindən küçəyə çıxmış və təkrarən Elnura xəbərdarlıq edərək bir daha bu həyətə gəlməməsini tapşırmışdır. Xalidə də evlərindən küçəyə çıxmış, Elnur öz avtomobilinə minib getmişdir. Xalidə öz həyətlərinə içəri keçmiş, o bundan sonra öz evinə gedəcəyini bildirmişdir. Xalidə isə ondan getməməsini demiş, o da görənlər başqa şey başa düşməsin deyə evinə qayıtmışdır. Bir az sonra Xalidə evlərinə tərəf gəlib Ramilənin evdə olub-olmadığını maraqlanmış, təxminən 5 dəqiqə sonra Xalidə yenidən onun evinə gələrək telefonunu görüb-görmədiyini soruşmuş, o isə telefonu görmədiyini söyləmişdir. O, evində üzünü təraş etdikdən sonra maşınla Sabirabad rayonu istiqamətində getmişdir. Həmin gün axşama yaxın qaz turbasının üstündə oğlu ilə birlikdə oturan zaman Elnurun piyada gəldiyini görüb Vüsala Elnuru bir də qapıya qoymamasını demiş, bu zaman X6ra gəlib-gəlməməsini soruşmuş, Xalidə isə Elnuru görmədiyini demişdir. Səhəri gün Xalidənin qayınanası Rəxşəndə onlara gəlib ona Elnura şər atdığını demiş, o da Elnuru və Xalidəni çağıracağı halda ikisinə də sübut edəcəyini demiş, bu zaman Rəxşəndə “başına dönərəm elə demə, şirələ” demişdir. Səhəri gün arvadı Ramilə və oğlu ilə birlikdə Vüsalın evinə getmişdir. Vüsalın atası Faiq ondan hadisənin necə baş verdiyini soruşmuş, o da gördüklərini danışmışdır. Faiq isə onun namuslu oğlan olduğunu və həmin hadisə baş versəydi özünün də elə edəcəyini demiş, sonra isə Elnura “mən səni buna görə göndərmişdim ora. Gündə işdən yoxa çıxıb buna görə gəlirdin?” demişdir. Daha sonra Faiq oğlu Vüsala “Vüsal, onun-bunun namusuna toxunanın namusuna toxunarlar” demiş, bu zaman Xalidə qaynatası Faiqə “Ata, mən bunu neçə vaxtdır demirdim, iki-üç aydır içir, gecə saat ikidə-üçdə gəlir, mən də cavan gəlinəm, nə edim” ifadəsini işlətmişdir. Bundan sonra o çıxıb evə getmişdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs sinəsindən itələməmiş, onu yataq otağına aparıb intim hərəkətlər etməmiş, heç vaxt Xalidəni qısqanmamışdır. Zərərçəkmiş şəxs əri Şahid1 tərəfindən döyülməsi nəticəsində xəsarət almış, Xalidənin ailəsi Elnuru qorumaq üçün onu şərləyib barəsində şikayət etmişlər. X29 1000 manat pul istəməsi barədə deyilənlər də yalandır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı, həmçinin Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitə olan el arasında “nəşə” adlanan qurudulmuş marixuanadan tapanda istifadə edir. O, çəkib istifadə etdiyi narkotik vasitə olan qurudulmuş marixuanadan 5 ədəd toxum əldə etmişdir. Həmin toxumları gələcəkdə əkmək üçün götürüb yaşadığı evdə gizlətmiş, təxminən 2022-ci ilin fevral ayında əldə etdiyi 5 ədəd çətənə bitkisinin toxumlarını əkmək qərarına gəlib Saatlı rayonu Novruzlu kəndinə giriş avtomobil yolunun sağ tərəfindəki çala adlanan kiçik göl ilə oradan keçən su kanalının aralığında kolların arasında torpağa əkmişdir. Həmin bitkilər çöl sahəsində olduğundan gec-gec ora gedərək çətənə bitkilərini suvarıb, diblərini yumşaldaraq qulluq etmişdir. Çətənə bitkiləri yetişdikdən sonra təxminən 2022-ci ilin avqust ayının axırlarında lazımi hissələrini toplayıb orada yerə sərib qurutmuşdur. Həmin bitkinin gövdəsi kötükləri ilə birlikdə çıxarıb həmin yerə atmış və baxış keçirilənədək kötüklər orada qalmışdır. Belə ki, o, Saatlı RPŞ-də ifadə verərkən bu barədə məlumatı özü vermiş və polis əməkdaşları, müdafiəçisi və arqonom Şahid10 ilə birlikdə Saatlı rayonu, Novruzlu kəndinə giriş avtomobil yolunun sağ tərəfindəki çala adlanan yerə getmişlər. O, çətənə bitkilərini əkdiyi yeri, sonradan isə kökündən çıxardığı çətənə bitkilərini göstərmişdir. Sonra polis əməkdaşları tərəfindən 5 ədəd çətənə bitkisi qablaşdırılaraq götürülmüş, foto və videoçəkiliş aparılmış, protokol tərtib edilmişdir. Sonda təqsirləndirilən şəxs məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, evdar qadındır. İki uşağı var. Evdə o, əri və iki övladı ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxsla qonşudur, əvvəllər ədavət və düşmənçilikləri olmamışdır. xx.xx.2022-ci il tarixdə əri işə, uşaqları isə məktəbə getmiş, o da yatmışdır. Sonra kiminsə onu “Xalidə” deyə çağırdığını eşidib evin qapısına yaxınlaşıb qapını açmış və Samirin həyətdə olduğunu görmüşdür. Həmin vaxt əynində qara lasin və qara futbolka köynək olmuşdur. Samir ona əxlaqsız sözlər deyərək başqa kişilərlə olduğunu və onunla da olmasını demiş, o da Samirə ağlının başında olmadığını və həyəti tərk etməsini tələb etmişdir. Bu zaman Samir “indi sən görərsən” deyib qapını açmış, Samir balkona qədər gəlmiş, sinəsinə əl atıb itələmiş, onu arxası üstə yerə yıxılmış, yəni diz çökmüş, Samir sonra onun sağ qolundan tutub yataq otağına qədər aparmış, sürüyəndə ayağı qapının kanına dəymişdir. O şoka düşmüş, narkoman olduğuna görə müqavimət göstərəcəyi təqdirdə Samir ona nəsə eliyər deyə fikirləşmişdir. Sonra Samir onu çarpayıya atmış, sifətini, saçını sığallamış, dodağından öpmüş, sakit olmasını demişdir. O, bir qədər sakit və qorxaq halda dayanıb Samirin əlindən necə çıxacağını düşünmüş, sonra özündə güc toplayıb dərhal qışqıraraq Samirin əlindən çıxıb balkona qaçmış, Samir gəlib ona “sakit ol, heç kimə heç nə demə, nəsə desən ailələrimiz dağılacaq” demiş, əks təqdirdə Elnurun evən çıxacağını deməsi ilə onu hədələmiş, sonra darvazadan qaçıb getmiş, aralarında cinsi əlaqə olmamışlar. O da ona çox yaxın bir adam kimi Samirin arvadı Ramiləyə zəng eləyib Samirin onun başına belə oyun açdığını demiş, Ramilə də sakit olmağı, heç kimə heç nə deməməyi xahiş etmişdir. Ramilə gəldikdən sonra ona hadisəni danışmış, sonuncu söhbəti böyütməmək lazım olduğunu bildimişdir. O, qayınanasına zəng edib məlumat verəcəyini dedikdə, Ramilə belə olacağı təqdirdə söhbətin böyüyəcəyini, kənddə ad çıxacağını bildirib deməyə qoymamışdır. Daha sonra Ramilə evinə getmiş və gedərkən onunla tez-tez əlaqə saxlamasını tapşırmışdır. Axşam əri Vüsal evə gəldikdən sonra Vüsala hadisəni tam deməmiş, sadəcə olaraq Samirin evə gəlib onun kişilərlə birlikdə olduğunu deməsini demiş, bu zaman Vüsal çölə çıxıb “Samir” deyə qışqırmış, Samir də Vüsalın səsini eşidib maşına minib getmişdir. Sonra Ramilə gəlib “Samir içib, çəkib başı özündə olmayıb bağışlayın, üzr istəyirik”. Səhəri gün Vüsalın valideynləri onun evinə gəlmişlər.Vüsalın valideynləri gəldikdən sonra Samirin arvadı və ailə üzvləri gəlib üzrxahlıq etmişlər. Sonradan Samir kənddə onun barəsində böhtan xarakterli söz-söhbətlər yaydığından prokurorluğa şikayət etmək qərarına gəlmişdir. Hazırda da Təqsirləndirilən şəxs şikayətçidir. Zərərçəkmiş şəxs, həmçinin ifadəsində göstərdi ki, o, ilk dəfə Samirin ona qarşı seksual hərəkətlərə yol verməsini təfərrüatlı şəkildə qayınanası Rəxşəndəyə və öz anası Banuçiçəyə danışmış, digərləri bu barədə bilməmişdir. Əvvəllər Samirdə ona qarşı qeyriadi bir şey hiss etməmiş, hadisədən təxminən 1 ay əvvəldən başlayaraq Samir maşını onlar tərəfdə saxlamağa, yüksək səslə mahnı oxutmağa başlamış, o da bu barədə Ramiləyə demişdir. Həmçinin Samiri bir neçə dəfə qaz turbasının üstünə çıxanda görmüşlər. Samir əvvələr iki dəfə də ona evdə yaxınlaşmış, bir dəfə paltar sərmək üçün qapını açanda Samirin balkonda olmasını görüb şoka düşmüş və xoş gəlmisən demiş, Samir vayfayın şifrəsini soruşmuş, o da şifrəni demiş, Samir bir dəfə də sarımsaq istəməyə gəlmişdir. Elnur Rzayev baldızının əri olmaqla evə mütəmadi gəlib-gedən adam olmuş, nə lazım olsa gəlib qapıdan özü götürmüşdür. Hadisə baş verən günü axşama kimi Elnuru görməmiş, sonradan Elnurun setka götürmək üçün onun evinə gəldiyini, Samirlə aralarında mübahisə olmasını eşitmişdir. Elnurla intim münasibətinin olması barədə deyilənlər yalandır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, ticarətlə məşğuldur.Təqsirləndirilən şəxsla ədavət və düşmənçiliyi olmamışdır. xx.xx.2022ci il tarixdə özü işə, uşaqlar isə məktəbə getmiş, təxminən saat 19-a kimi işdə olmuş, sonra evə qayıtmışdır. Həmin gün qabaqcadan İsmayıl adlı şəxsə demişdir ki, gedib həyətdəki otu biçsin. İşdən gələndə artıq İsmayıl gəlmişdi. Sonra da Elnur Rzayev ot biçəni gətirmişdi. Evə gələndən sonra Xalidə Samirin evə daxil olub sinəsindən itələdiyini, nalayiq sözlər deməsini bildirdiyindən həyətə düşüb Elnurdan belə bir hadisə olması barədə ona nə üçün demədiyini soruşmuş, Elnur da “gözləyirdik ki, gələsən, sənə danışaq, biabırçılıq olmasın” demişdir. Bundan sonra küçədə olan Samiri çağırmış, Samir dərhal avtomobilə minib getmişdir. Samirə zəng edib nə üçün evə girdiyini soruşduqda sonuncu “mən sənin evinə pisliyinə yox, yaxşılığına girmişəm” demiş, o da söyüş söydükdə Samir söyüş söyməməsini bildirmiş və telefonu söndürmüşdür. Daha sonra Elnurla birlikdə evə qalxmış, arvadı yenidən hadisə barədə ona danışmışdır. Daha sonra anasına zəng eləmiş, səhəri gün anası gəlmiş, hadisə barədə onlara da məlumat vermişdir. Daha sonra Samirin arvadı Ramilə özü gəlmiş, Samirin bir səhvdir etdiyini, içdiyini bildirib onun yerinə üzr istəmişdir. Sonradan Samir gəlib “anlaşılmazlıq olub, üzr istəyirəm, mənim namusum yol vermədi, Elnura görə eləmişəm, qeyrətim yol vermədi” demiş, o həmin vaxt hadisəni tam təfərrüatı ilə bilmədiyindən Samirin üzrxahlığını nəzərə almış, Samir də çıxıb getmişdir. Səhəri günü kənddə şayiələr yarandığını, X13 yataqda tutması barədə danışdığını eşitmişlər. X24 barədə soruşmuş, Xalidə Elnurla əlaqəsinin olmadığını bildirmişdir. Daha sonra telefon zəngləri götürülsə də, şübhəli bir şey çıxmamış, arvadından hadisənin dəqiq necə baş verməsini danışmasını tələb etdikdə Xalidə Samirin qapını açıb onu sinəsindən itələməsini, yerə yıxıb qolundan tutub sürüyərək yataq otağına aparmasını, dodağından öpməsini, hadisəni kiməsə danışacağı halda onu Elnurla bir yerdə tutduğunu kənddə yayacağı ilə hədələməsini bildirmiş, bundan sonra Samir barədə şikayət etmək qərarına gəlmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs gəlinidir. Təqsirləndirilən şəxsla ədavət və düşmənçiliyi olmamışdır. xx.xx.2022-ci il tarixdə oğlu Vüsal ona zəng edib onun evinə gəlməsini demiş, evə çatandan sonra Vüsal Samirin onun evinə daxil olduğunu demiş, Vüsal gedəndən sonra Xalidə təklikdə ona Samirin qapını açıb onu sinəsindən itələməsini, yerə yıxıb qolundan tutub sürüyərək yataq otağına aparmasını, dodağından öpməsini, hadisəni kiməsə danışacağı halda onu Elnurla bir yerdə tutduğunu kənddə yayacağı ilə hədələməsin demişdir. O da Samirin evinə getmiş, ona nə üçün Xalidəyə qarşı belə hərəkət etdiyini soruşmuş, Samirin arvadı Ramilə “Samir Xalidəni qısqanıb, ona görə belə hərəkət edib. Samiri bilmirsən başı üstündə deyil” demişdir. O bu hadisəni Faiq biləcəyi təqdirdə Samiri tutduracağını bildirmiş və Vüsalın evinə qayıtmışdır. Təxminən bir saat sonra Vüsal və Faiq evə gəlmiş, bundan sonra Samir Ramilə ilə birlikdə Vüsalın evinə gəlib Faiqdən üzr istəmiş, səhv etdiyini deyib onu bağışlamasını bildirmişdir. O da gəlini rüsvay olmasın deyə olanları danışmamaq qərarına gəlmişdir. Aradan bir müddət keçəndən sonra kənddə şayiələr yayılmağa başlamış, o da məcbur olub həqiqəti əri Faiqə danışmış və Samir barəsində şikayət etmişlər. Şahid3 həmçinin ifadəsində göstərdi ki, Samir bir neçə dəfə qaz borusunun üstünə çıxıb Xalidəgilin həyətinə boylanmış, onda Xalidəyə qarşı hislər yaranmış və bu hadisə baş vermişdir. Təqsirləndirilən şəxs Elnur Rzayev barəsində dedikləri yalandır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs gəlinidir. Təqsirləndirilən şəxs atası ilə doğma dayıoğlu-bibioğludur. Təqsirləndirilən şəxs narkotik istifadəçisi olduğundan hər kəs ondan uzaq olmağa çalışmışdır. xx.xx.2022-ci il tarixdə işdə olan vaxt arvadı Rəxşəndə zəng edib Vüsalgilə gəlməsini demiş, lakin səbəbini bildiməmiş, o da Vüsalın evinə gəlmişdir. Bu zaman Samir arvadı ilə birlikdə içəri daxil olmuş və dərhal ona “səndən üzr istəməyə gəlmişəm, bir işdir olub, qapıya gəlmişəm, səhv eləmişəm, Elnuru vurmuşam, buraya adam gələndə başım götürmür” demişdir. O da Elnurun ailə üzvü olduğunu, istənilən vaxt gəlib-gedə biləcəyini bildirmişdir. Arvadı Rəxşəndə ilk öncə Samirin evə girdiyini demiş, digər hissələri deməmişdir. Rəxşəndə ona hadisənin əsl mahiyyətini danışandan sonra məsələni bilmişdir. Bu söhbətdən üç-dörd gün sonra Samirgilə getmişlər. Oğlu Ramal və Vüsal, gəlini Xalidə də orada olmuşdur. Daha sonra Samirin atası, anası, qardaşları gəlmiş, o, Samirə “əgər sən o evə girmiş olsan, mən səndən əl çəkməyəcəm” demişdir. Şahid2 həmçinin ifadəsində göstərdi ki, kürəkəni Elnuru Vüsalın həyətinə setka götürmək üçün özü göndərmiş, Elnurun gedib-gəlməsi təxminən 1-1,5 saat çəkmişdir. Samirin Elnur barəsində dedikləri yalandır. Gəlini Zərərçəkmiş şəxs “mənə baxmırsınız, mən də istədiyimi edirəm” sözlərini deməmişdir.Hətta nəvələri ona Samirin Vüsalın həyətinə bir neçə dəfə boylandığını ona demişdir. Xalidənin bir qıçında dizdən aşağıda xəsarət olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, kiçik ticarətlə məşğuldur. Təqsirləndirilən şəxs tanıyır, ədavət və düşmənçiliyi olmamışdır. xx.xx.2022-ci il tarixdə işə gələndə qardaşı Vüsalın ağladığını görüb nə baş verdiyini soruşduqda sonuncu Samirin evə daxil olduğunu bildirmiş, qardaşını sakitləşdirib özü Vüsalın evinə gedib maraqlanacağını söyləmişdir. Dərhal Vüsalgilə getmiş və Xalidədən baş verənləri soruşmuşdur. Xalidə Samirin evə daxil olub onu nalayiq ifadələrlə təhqir etdiyini demişdir.O da dərhal Samirə zəng etmiş,Samir də telefonda 15 dəqiqəyə gələcəyini desə də, gəlib çıxmamış, bir müddət Samiri gözlədikdən sonra iş yerinə qayıtmışdır. Axşam Samirgilə getmiş, Samirdən nə üçün evə girdiyini soruşmuş, sonuncu cavabında evin qapısını açıb içəri baxıb çıxdığını, evə girmədiyini, yolda maşın dayandığı üçün narahat olduğunu demişdir. Samir həmin vaxt səhv etdiyini bildirib üzr istəmiş, Samirin oğlu və arvadı da üzrxahlıq etmişlər. O da Samirə bir söz deməyib çıxıb getmişdir. Bu söhbətdən 3-4 gün sonra Samirgilə getmişlər. Atası Faiq, qardaşı Vüsal və Xalidə də orada olmuşdur. Daha sonra Samirin atası, anası, qardaşları gəlmiş, X20 nə üçün 1000 manat istəməsini soruşmuş, Samir isə cavabında “1000 manatı alıb 15 gün bunların üzünü görmərəm” demiş, Samirin atası Xanhüseyn isə “1000 manat alandan sonra bəs qeyrətin necə olacaqdı sənin” demişdir. Atası Faiq “Samir əgər sən o evə girmiş olsan, mən səndən əl çəkməyəcəm” demişdir. Həmin vaxt nə atası, nə də o, Samirin Xalidəyə təcavüz etməsini bilmişlər, təcavüz məsələsini sonradan öyrənmişlər. Bu söhbətdən təxminən üçdörd gün sonra X14 bir yerdə tutması barədə söz-söhbət yayılmağa başlamış, bundan sonra Samirin Xalidəyə təcavüz etməsini bilmişlər və şikayət etmək qərarına gəlmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Sabirabad rayonu Qasımbəyli kəndində yaşayır. Zərərçəkmiş şəxs qaynının yoldaşıdır. Təqsirləndirilən şəxs da tanıyır, ədavət və düşmənçiliyi olmamışdır. Baş vermiş hadisə barədə ilk öncə hadisənin səhəri günü əri Ramaldan öyrənmiş, sonra isə Zərərçəkmiş şəxs bu barədə özü ona danışaraq Samirin icazəsiz evə daxil olub ona qarşı nalayiq ifadələr işlətdiyini, təcavüz etdiyini bildirmişdir. Başqa hər hansı məlumatı yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs barəsində Saatlı RPŞ-nin İstintaq bölməsində aparılan cinayət işi üzrə Təqsirləndirilən şəxs ifadəsində yaşadığı Saatlı rayonu Novruzlu kəndinin çöl sahəsindəki çala adlanan kiçik gölün kənarında olan torpaqda qanunsuz olaraq 5 ədəd narkotik tərkibli əkib-yetişdirdiyini bildirdiyindən onun ifadəsinin yerində yoxlanılması və baxış istintaq hərəkətlərinin keçirilməsində o da Saatlı RPŞ-nin digər əməkdaşları ilə birlikdə iştirak etmişdir. Qeyd edilən istintaq hərəkətlərində polis əməkdaşlarından başqa mütəxəssis-aqronom Şahid10 və Təqsirləndirilən şəxs müdafiəçisi iştirak etmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş və həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs Saatlı rayonu Novruzlu kəndinin girişinə avtomobil yolunun sağ tərəfində kiçik gölün yaxınlığına gedib həmin gölün yanı ilə keçən su kanalı ilə gölün aralığında müxtəlif kolların arasını göstərərək orada narkotik tərkibli çətənə bitkisinin toxumlarını əkdiyini bildirmişdir. Həmin yerdə 5 ədəd çətənə bitkisinə oxşar bitki aşkar edildikdən sonra ifadənin yerində yoxlanılması istintaq hərəkəti yekunlaşıb baxış keçirilməyə başlanılmış və baxış zamanı qeyd edilən yerdə aşkar edilmiş torpaqdan çıxarılmış, 5 ədəd bitkini göstərən Təqsirləndirilən şəxs, onların narkotik tərkibli bitkilər olduğunu, özünün əkib yetişdirdiyi və lazımi hissələrini topladıqdan sonra gövdəsini kötükləri ilə birlikdə çıxararaq hazırda aşkar edildiyi yerə atdığını bildirmişdir. Baxışda iştirak edən aqronom Şahid10 tərəfindən həmin 5 ədəd bitkiyə baxış keçirilmişdir. Aqronom Şahid10 həmin bitkilərə aqrotexniki qaydada becərmə və qulluq işləri aparıldığını bildirmişdir. Bununla bağlı Şahid10 tərəfindən rəy tərtib olunaraq təqdim olunmuşdur. Aşkar edilmiş 5 ədəd çətənə bitkilərinə oxşar bitkilər qablaşdırılıb götürülmüşdür. Bu zaman foto və videoçəkiliş aparılmış, protokol tərtib edilərək imza edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid7 Şahid6 ilə eyniməzmunlu ifadə verdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, Saatlı DAİM-də Bitkiçilik sektorunun müdiri vəzifəsində işləyir, ixtisasca aqronomdur. 10 sentyabr 2022-ci il tarixdə Saatlı RPŞ-nin əməkdaşları tərəfindən Saatlı rayon Polis şöbəsinə dəvət olunmuşdur. Polis şöbəsində ona ifadənin yerində yoxlanılması və baxış istintaq hərəkətləri keçirildiyi, onun mütəxəssis kimi tədbirdə iştirakının lazım olduğunu bildirmişlər.Əvvəlcə Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş və həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs Saatlı rayonu Novruzlu kəndinin girişinə kiçik gölün yaxınlığına gedib həmin gölün yanı ilə keçən su kanalı ilə gölün aralığında müxtəlif kolların arasını göstərərək orada narkotik tərkibli çətənə bitkisinin toxumlarını əkdiyini bildirmişdir. Həmin yerdə 5 ədəd çətənə bitkisinə oxşar bitki aşkarlanmış, Təqsirləndirilən şəxs onların narkotik tərkibli bitkilər olduğunu, özünün əkib yetişdirdiyi bildirmişdir. Tərəfindən baxış keçirilərkən həmin bitkilərə aqrotexniki qaydada becərilmə və qulluq işləri aparıldığını həmin bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğu müəyyən edilmişdir. Bununla bağlı rəy tərtib edərək polis əməkdaşlarına təqdim etmişdir. Baxış zamanı aşkar edilmiş 5 ədəd narkotik tərkibli çətənə bitkiləri polis əməkdaşları tərəfindən qablaşdırılıb götürülmüşdür. Bu zaman foto və videoçəkiliş aparılmış, protokol tərtib edilərək imza edilmişdir. İttiham tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs qaynı Vüsalın arvadıdır, ədavət və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs da tanıyır, onunla da ədavət və düşmənçiliyi olmamışdır. xx.xx.2022ci il tarixdə uşaqları və arvadını məktəbə qoyduqdan sonra iş yerinə gedərkən qaynatası Faiq rayona gələndə Vüsalgilin həyətindən setkaları götürüb gətirməsini tapşırdığından təxminən saat 10 radələrində maşını Vüsalgilin küçələrində saxlayıb həyətə daxil olub setkalara baxmış, setkaların üstündə ot bitdiyi üçün götürə bilməyəcəyini başa düşüb sonra götürmək qərarına gəlmiş və geriyə qayıtmışdır. Həyətdə olmağı təxminən 10 dəqiqə çəkmişdir. Küçəyə çıxanda Samirin küçədə olduğunu və ona tərəf gəldiyini görmüş, Samir ona “burda nə gəzirsən” demiş, o da “başa düşmədim sənə nə dəxli var” cavabını vermişdir. Daha sonra Samir evdə adam olub-olmamasını soruşmuş, o da “sənə nə dəxli var, həm də mən evə girməmişəm. Mən necə bilim evdə kim var” cavabını vermiş və Samiri itələmişdir. Samir isə gedib baxacağını demiş, o da demişdir ki, Samir ağlını başına yığ. Samirin özündə olmadığını anlamış, maşına minəndə Samirin küçə qapısına yaxınlaşdığını görüb ona “gəl rədd ol bu tərəfə. Sənin camaatın qapısında nə işin var” demiş, sonradan Samir qaça-qaça gəlib ona təpik vurmaq istəmiş, kənara çəkilmiş və Samirin ayağı sürüşüb yerə yıxılmışdır. Samirin özündə olmadığını görüb maşına minib çıxıb getmişdir.Həmin vaxt Samirin Xalidəyə təcavüz edəcəyini fikirləşməmiş, onun sakitləşdiyi qənaətinə gəlmişdir. Rayona çatmağa az qalmış Samir ona zəng edib saat 15ə kimi 1000 manat pulu çatdırmasını, gətirmədiyi təqdirdə onun həyətə girdiyini deyəcəyini bildirmiş, o da geri qayıdıb yenidən Vüsalgilin küçəsinə gəlmişdir. Həmin vaxt Samirin küçəyə tərəf gəldiyini görmüş və qapının ağzında rastlaşmışlar. Samir yendə də eyni tələbi bildirmiş, aralarında kiçik mübahisə olmuşdur. Bu zaman Samirə Vüsala zəng edəcəyini demiş, Samir də heç kimin bilməməsini, ikilikdə həll etmələrini bildirmişdir. Həmin vaxt Samirin etdiyi hərəkətlərdən xəbəri olmamışdır. Yenidən oradan uzaqlaşıb işə getmiş, təxminən 1 saat keçdikdən sonra Samir yenidən ona zəng edib yenə də pul tələb etmiş, bir az telefonda mübahisə edəndən sonra bir də bu söhbətə qayıdacağı halda Vüsala da, Faiqə də deyəcəyini demişdir. Saat 15 radələrində işdən çıxıb evə gedəndən sonra yatmış, oyanandan sonra tanımadığı nömrələrdən zəng gəldiyini görmüşdür. Samir yenə zəng eləyib vaxtın tamam olduğunu bildirib eyni tələbi irəli sürmüş, o da eyni cavabı vermişdir. Axşamçağı otbiçən İsmayıl onu çağırdığından Vüsalın işdən gələn vaxtı Vüsalgilin həyətinə getmiş və həmin vaxt Vüsal onun üstünə gəlib hadisəni niyə ona deməməsini soruşmuş, o da Vüsalı qucaqlayıb həyətdə adam olduğundan içərdə müzakirə eetmək lazım olduğunu, başqa bir şeydən xəbəri olmadığını, Samirin hər dəfə ona zəng edib pul istədiyini, hədələdiyini demişdir. Səhəri gün Vüsal zəng edib onu evə çağırmış, Vüsalın evində olan vaxt Samirin arvadı gəlib Samirə baş qoşmaq lazım olmadığını bildirib üzrxahlıq etmiş, daha sonra Samir özü gəlib xasiyyətinin tünd olduğunu, öz yeznəsi onun evinə gələndə də acığına gəldiyini bildirib üzrxahlıq eləmiş, bununla da sakitlik yaranmışdır. Bu söhbətdən bir neçə gün sonra Samirin onu Xalidəylə bir yerdə yatqda tutması barədə söz-söhbət yayılmağa başlamışdır. Elnur Rzayev həmçinin ifadəsində göstərdi ki, Samirlə mübahisələri zamanı Samir onu vurmamış, onun Xalidə ilə intim münasibəti olması, hadisə baş verən gün Xalidənin yanından qayıtması barədə Samirin dedikləri yalandır, Samiri evin pilləkənində görmüşdür. Sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Xalidənin evinə daxil olub sinəsindən itələmiş, yatağa aparmış və dodağından öpmüşdür. Müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əridir. Zərərçəkmiş şəxs qonşusudur, münasibətləri yaxşı olmuşdur. xx.xx.2022-ci il tarixdə Xalidə ona zəng edib tez onlara gəlməsini bildirmiş, Xalidənin evinə daxil olduqda sonuncunun ağladığını görüb nə baş verdiyini soruşduqda Xalidə evdə yatan zaman Elnurun otağa girdiyini, onun bibır olduğunu, nə edəcəyini bilmədiyini, hadisəni Samirin gördüyünü demiş, Xalidədən Elnurun ona təcavüz edibetmədiyini soruşmuş, Xalidə “yox” cavabını vermişdir. O da Xalidəyə narahat olmamasını, hadisəni heç kimə deməməsini, ona dəstək olacağını demişdir. Sonra oturub çay içmişlər, yemək yemişlər. Daha sonra Xalidəyə işi olması ilə əlaqədar getməli olmasını desə də, Xalidə onun qalmasını istəmiş, o da vacib işi olması ilə əlqədar getməli olduğunu və tezliklə yenidən qayıdacağını bildirib evdən çıxmışdır. Evdən çıxandan sonra Xalidə ona tez-tez zəng edib narahat olduğunu bildirmiş, daha sonra isə Samirin nömrəsini istəmiş, o da Samirin nömrəsini Xalidəyə vermiş, Samir heç vaxt Xalidənin nömrəsini bilməmişdir. Xalidənin məqsədi Samirin baş verənlərlə bağlı kiməsə nəsə deyib-deməməsini öyrənmək olmuşdur.Həmin gün axşam yenə zəng edib onu evə çağırmış, o da oğlu Sənan və əri Samirlə birlikdə Xalidəgilə getmişlər. Vüsal da orada Xalidəyə “şərəfsizdir mənim yeznəm, sənə demişdim ona üz vermə” demiş, Xalidə də başını aşağı salıb sakitcə dayanmışdır.X21 evinə daxil olub təcavüz etməsi barədə söhbət olmamışdır. Ramilə Məlikova həmçinin ifadəsində göstərdi ki, Samirin Xalidənin evinə daxil olub ona qarşı təcavüz etməsi barədə deyilənlər yalandır. X34 Rzayevi Xalidənin evindən çıxanda görmüş və Elnuru vurmuşdur. Samir Elnurdan 1000 manat pul istəməmişdir. Xalidənin ailəsi özlərini təmizə çıxarmaq üçün Samir barəsində şikayət etmişlər. Müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X18 ifadəsində göstərdi ki, fəhləçiliklə məşğul olur. Təqsirləndirilən şəxs atasıdır, münasibəti normaldır. Zərərçəkmiş şəxs ailəsi ilə də münasibətləri normal olmuş, ədavət və düşmənçilikləri olmamışdır. xx.xx.2022-ci il tarixdə təxminən saat 7-8 radələrində Şahid1la birlikdə kartofsoğan satarkən Vüsal evə getməsini demiş, o da işdən çıxıb evə gəlmişdir. Həyətə çatanda atası Samirin qapının ağzında bikef halda maşın yuduğunu görmüş, sonuncu ondan Vüsalın harada olduğunu soruşmuş, o da Vüsalın işdə olduğunu, birazdan gələcəyini demişdir. Atasından nə baş verdiyini soruşduqda sonuncu bildirmişdir ki, qapının ağzında olan vaxt Elnurun maşınının yolda dayandığını görüb yaxınlaşmış, darvazanın ağzına baxmış, qapı açılmış, Elnur çıxmış, Elnurdan burada nə gəzdiyini soruşduqda sonuncu oturmağa gəlmişəm demiş, atası evdə kim var deyə soruşmuş, Elnur da uşaqlar evdədir demiş, atası hansı uşaqlar sualını vermiş, Elnur isə “öz uşaqlarımız” deyə bildirmiş, atası da Xalidə deyə çağırmış, evdə kimsə var deyə sual etmiş, Elnur bu dəfə “heç kim yoxdur” deyə bildirmiş, atası Samir Elnura “bəs deyirdin evdə uşaqlar var” demiş, Elnurla mübahisə etmişlər və Elnurun aşağı nahiyəsinə təpiklə vurmuşdur. Atası Samir daha sonra bildirmişdir ki, olanları Vüsala deyəcək. O da atasına Vüsala deməməsini xahiş etsə də, atası razılaşmamışdır. Məsələ belə də qalmışdır. Axşama yaxın əvvəlcə Vüsal, arxasınca Elnur gəlmiş, atası Samir Vüsalı çağırmış və Vüsalın işdə, uşaqların isə dərsdə olub-olmadığını soruşmuş, Vüsal hə cavabı vermiş, bu zaman atası Samir Vüsala “Elnur sizdə nə gəzirdi” deyə sual etmiş, bu zaman Vüsal Elnura yumruq və sillə vurmuş, həmçinin söymüşdür.Həmin vaxt Elnur susmuşdur. Sənan Məlikov həmçinin ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə, anası Ramiləni Zərərçəkmiş şəxs çağırdığından anası ilə birlikdə Xalidənin evinə getmişlər, orada X30nin evinə daxil olması barədə söhbət olmamış, əksinə Xalidə yatan vaxt Elnurun içəri girdiyini, Samirin də bunu gördüyünü bildirmiş və “Samir görəsən kiməsə deməyəcək ki” kimi suallar səsləndirmişdir. X30 İsgəndərovaya təcavüz etməsi barədə deyilənlər yalandır. Müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, Sabirabad rayonu, Əsgərbəyli kəndində ailəsi ilə birlikdə yaşayır. Hazırda sürücü işləyir. Təqsirləndirilən şəxs onun böyük oğludur. Zərərçəkmiş şəxs qayınatası Şahid2la doğma dayıoğlu-bibioğludur. Samirlə Vüsalın münasibəti nə yaxşı, nə də pis olmuş, təqribən xx.xx.2022-ci il tarixdə səhər saatlarında gəlini Ramilə onun arvadı Tahirəyə zəng vurmuş və təcili gəlmələrini bildirdiyindən arvadı Tahirəni, oğulları Ramili, Ramidi götürüb Samirin evinə getmişdir. Samirin həyətinə daxil olanda Samirin evinin giriş hissəsində Xalidənin anasının, evin həyətyanı sahəsində isə Faiq və oğulları Vüsalla Ramalı görmüşdür. Nə baş verdiyini öyrənmək istəyəndə Samir Vüsalın bacısının əri Elnurun Vüsal evdə olmayan zaman Xalidə evdə tək olarkən evdən çıxdığını gördüyünü, Elnurdan şübhələndiyini, bunu da Vüsala dediyini bildirmişdir. Bir qədər sonra Elnur gəlmiş, Samir ondan nə üçün gəldiyini soruşduqda Elnur “çağırıblar gəlmişəm” demiş, Samir isə “mən səni çağırmamışam” deyə cavab vermiş, Faiq isə “heç kim mənim yeznəmə heç nə deyə bilməz” demiş və getmişdir. Daha sonra Samirdən təkrarən nə baş verdiyini soruşduqda sonuncu yenə eyni şeylər təkrarlamış, bundan sonra məlum olmuş ki, Xalidənin anası Samirin maşınını daşla vumuşdur. Həmin vaxt Samirin Xalidənin yaşadığı evə daxil olub sonuncuya təcavüz etməsi barədə hər hansı söhbət olmamışdır. Həmin gün axşam isə Faiqin arvadı onun arvadına zəng edib onun arvadının Elnur barəsində dediyi “Faiqin çörəyi sənin gözündən gəlsin” sözünə etiraz etmiş, Elnur barəsində belə ifadələr işlətməməyi tələb etmişdir. Faiq isə sabahı günü ona zəng edib “bibioğlu heç mənlə maraqlanmadın” demiş, o da “daha biz söhbəti danışdıq” cavabını vermişdir. Bir daha bildirir ki, Samirin guya Xalidəyə təcavüz etməsindən rayon prokurorluğuna edilən şikayətdən sonra bilmişdir. Oğlu Samirə bir valideyn kimi inanır.Samirlə Xalidə arasında hər hansı bir münasibət və ya yaxınlıq heç vaxt olmamış, İsgəndərovlar ailəsinin dedikləri şər və böhtandır, onlar özünü təmizə çıxarmaq üçün oğlu Samiri şərləmişlər. Müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Sabirabad rayonu, Əsgərbəyli kəndində ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun böyük oğludur. Əri Xanhüseyn Zərərçəkmiş şəxs qayınatası Şahid2la doğma dayıoğlu-bibioğludur. Dəqiq vaxtını xatırlamır, həyətdə oturub çay içən vaxt gəlini Ramilə ona zəng edib onlara gəlmək lazım olduğunu bildirdiyindən əri və iki oğlu ilə birlikdə Ramiləgilə getmişlər. Həyətə çatanda Faiq, iki oğlu və Xalidənin anasını orada görmüşlər. Samirin həyətində olanda sonuncunun Elnuru Xalidəgilin həyətində gördüyü, Xalidənin əri Vüsala Elnuru həyətə qoymamağı deməsini bilmiş, o da məsələni böyütməməyi xahiş etmişdir. Söhbət əsnasında Elnur içəri girmiş, bu zaman Samir Elnura “şərəfsiz çıx çölə” demiş, Elnur isə “çağırıblar gəlmişəm” cavabını vermişdir. O da Elnura “ayıbdır, çörəklərini yemisən” demişdir. Evə gedəndən sonra Xalidənin qayınanası Rəxşəndə zəng edib ona qarşı nalayiq ifadələr işlətmiş, Elnur barədə danışmamağı tələb etmişdir. Sonra əri Xanhüseyn onu Bakıya aparanda Faiq Xanhüseynə zəng edib “Xanhüseyn neyniyək biz? Samir gedib kənddə hər şeyi danışır” demişdir. Bildirir ki, Samirlə Xalidə arasında hər hansı bir münasibət və ya yaxınlıq heç vaxt olmamış, İsgəndərovlar ailəsinin dedikləri şər və böhtandır, onlar özünü təmizə çıxarmaq üçün oğlu Samiri şərləmişlər. Müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, Samir doğma qardaşıdır. Münasibəti yaxşıdır. Xalidəni də tanıyır, qohumluqları var. Münasibətləri əvvəl yaxşı olsa da, hazırda pisdir. Anası Tahirə ona zəng edib Samirgilə gəlməsini dediyindən öz avtomobili ilə Samirgilə getmişdir. Həyətə çatanda Faiq, Vüsal, Ramal və Xalidənənin anasının orada olduğunu görmüş, X28 gəlib-gəlməməsini soruşmuş, sonuncu da Elnuru Vüsalın həyətində gördüyünü bildirmişdir. Sonradan Elnur gəlmiş, Samir ondan həyətə girməməsini tələb etmiş, Elnur isə “çağırıblar gəlmişəm” demiş, Samirin dediklərini boynuna almamışdır. Hər iki tərəf söhbətin yayılmaması barədə razılaşmışlar. Sonradan Samirin guya Xalidəyə təcavüz etməsi barədə rayon prokurorluğuna şikayət edildiyi məlum olmuşdur. Bildirir ki, Samirlə Xalidə arasında hər hansı bir münasibət və ya yaxınlıq olmamışdır. Xalidənin ailəsinin dedikləri şər və böhtandır, onlar özlərini və Elnuru təmizə çıxarmaq üçün Samiri şərləmişlər. Müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, sürücü işləyir və valideynləri ilə birlikdə yaşayır. Samir doğma qardaşıdır. Münasibətiləri yaxşıdır.Xalidəni də tanıyır, qohumluqları var. Dəqiq vaxtını xatırlamır, gəlinləri Ramilə zəng etdiyindən qardaşı Ramid və valideynləri ilə birlikdə Ramiləgilə getmişlər. X16 həyətində gördüyünü demiş, Samirin dedikləri tam yadında qalmamışdır. Hər iki tərəf söhbətin yayılmaması, ört-basdır olunması barədə razılaşmışdır. Sonradan Samirin guya Xalidəyə təcavüz etməsi barədə rayon prokurorluğuna şikayət edildiyi məlum olmuşdur. Samir barədə deyilənlər şər-böhtandır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmədə iştirak etməsə də, şahidlər X4 və Şahid8 ibtidai istintaq zamanı vermiş olduqları və məhkəmə iclasında elan edilmiş ifadələri ilə də təsdiq olunduğundan məhkəmə onların ifadələrini iş üzrə sübut növü kimi qəbul edir. İşdə olan məhkəmə-tibb ekspertizasının 12 iyun 2022-ci il tarixli 181 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs müayinə zamanı aşkar edilmiş xəsarətləri sol döşün aşağı bayır kvadratında, sağ diz oynağının iç səthində, sol iç topuq proyeksiyasında qançırlardan ibarətdir. Xəsarətlər küt əşyanın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. İşdə olan 11 iyun 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokolda görünür ki, hadisə yeri Saatlı rayonu, Novruzlu kəndində yerləşən Zərərçəkmiş şəxs ailəsi ilə birlikdə yaşadığı 25 saylı fərdi yaşayış evidir. İşdə olan Azercell Telekom MMC-dən əldə edilmiş diskə və telefon danışıqlarına baxış keçirilməsi haqqında 04 avqust 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs istifadəsində olmuş +99451 ***-**-** telefon nömrəsinə və Təqsirləndirilən şəxs istifadəsində olmuş +99450 ***-**-** telefon nömrəsinə baxış keçirildikdə xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəsindən Zərərçəkmiş şəxs istifadəsində olmuş mobil nömrəsinə zəng edildiyi və sonuncuların arasında saat 16:17:50-də 339 saniyəlik, saat 18:23:58-də 50 saniyəlik danışıqlar olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında qeyd olunan danışıqlardan başqa digər dövrdə hər hansı ismarıc və ya danışıqlar müəyyən edilməmişdir. İşdə olan məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 198 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı onun bədəni üzərində hər hansı xəsarət və ya xəsarət izləri aşkar olunmamışdır. İşdə olan məhkəmə-bioloji ekspertizanın13 sentyabr 2022-ci il tarixli 18/1012 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs qanunsuz olaraq əkib-yetişdirdiyi...” sözləri və imzalar olan polietilen torbada ümumi sayı 05 ədəd, yaş vəziyyətdə, ümumi çəkisi-50 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş eyni tərkibli narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş 05 ədəd bitkilərə aqrotexniki qaydada qulluq olunmuşdur. Çətənə (kannabis) bitkilərinin ümumi çəkisi-50 qram, tədqiqata sərf edildi- 0,05 qram (hər obyektdən-0,1 qram), qalıq-49,50 qramdır. İşdə olan xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Saatlı rayonu Novruzlu kəndinin çala adlanan kiçik gölün kənarında olan kolluqların arasındakı torpaq sahəsindən aşkar edilmiş 5 ədəd narkotik tərkibli çətənə bitkilərinə becərilmə və aqrotexniki qaydada qulluq və becərmə işləri aparılmışdır. İşdə olan məhkəmə-narkoloji ekspertizanın 21 oktyabr 2022-ci il tarixli, 6206 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İşdə olan hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan, ona əlavə olan fotoşəkillərdən görünür ki, Saatlı rayonu Novruzlu kəndində yaşayan Təqsirləndirilən şəxs əkib-yetişdirdiyi 5 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri yaşadığı kəndə giriş avtomobil yolunun sağ tərəfindəki çala adlanan kiçik göl ilə oradan keçən su kanalı (arxın) aralığında kolluqların arasındakı torpaq sahəsi Saatlı rayonu, Bəylik bələdiyyəsinin mülkiyyətindədir. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Saatlı rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirli bilinib 1 il 6 ay müddətə islah işləri cəzasına məhkum olunmuşdur. Hazırda məhkumluğu yoxdur. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı CM-nin 237.1-ci maddəsi ilə özünü təqsirli bilsə də, əməlində CM-nin 150.1 və 157.1-ci maddələrinin tərkib əlamətlərinin olmadığını, Zərərçəkmiş şəxs qarşı seksual xarakterli zorakılıq hərəkətlərini etmədiyini, ona xəsarət yetirmədiyini göstərsə də, onun istinad edilən cinayəti törətməsi iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla öz təsdiqini tapmışdır. İbtidai araşdırma orqanı haqlı olaraq təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 150.1 və 157.1-ci maddələri ilə də ittiham irəli sürmüşdür. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.1 və 157.1-ci maddələri ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclasında özünü CM-nin 150.1 və 157.1-ci maddələri təqsirli bilməməsi barədə ifadəsi təkzibolunmaz sübutların məcmusu ilə təsdiq olunduğuna görə özünümüdafiə məqsədilə verilmiş sayılmalıdır. Məhkəmə, həmçinin müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şəxslərin şahid qismində məhkəmə iclasında verdiyi ifadələrə tənqidi yanaşaraq şahidlərin Təqsirləndirilən şəxs yaxın qohumları olmaqla onun məsuliyyətdən azad edilməsində maraqlı olduqları üçün təqsirləndirilən şəxsin xeyrinə ifadə verdiklərini nəzərə alıb onların ifadələrini mötəbər sübut kimi qəbul etmir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.1, 157.1 və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə olan halda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.1, 157.1 və 237.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur və o, həmin maddərlə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs 1 azyaşlı övladının olmasını məhkəmə cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, təqsirəndirilən şəxsin şəxsiyyətini, törətdiyi az ağır və böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halın olmasını və cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası CM-in 150.1 və 237.1-ci maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzalarını və Cinayət Məcəlləsinin 157.1-ci maddəsinin sanksiyanda müəyyən edilmiş həddə islah işləri cəzasının təyin edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-nin 66.1-66.2-ci maddələrinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmçinin Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə islah işlərinin dörd günü bərabər tutulur. Odur ki, cəza təyin edilərkən qeyd olunan hal nəzərə alınmalıdır. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən 10 sentyabr 2022-ci il tarixdən 12 sentyabr 2022ci il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı iki gün ona təyin olunacaq cəzadan çıxılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyinə görə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz çəkisi 49,50 qram olan 05 ədəd narkotik tərkibli çətənə(kannabis) bitkiləri məhv edilməlidir. İşdə olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 31 manat 95 qəpik təşkil edir. Ona görə də həmin xərc Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia və maddi ziyan yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353 və 356-cı maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.1, 157.1 və 237.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.1-ci maddəsi ilə üç il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1ci maddəsi ilə altı ay müddətə islah işləri cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən islah işləri cəzasının dörd günü bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla Təqsirləndirilən şəxs təyin olunmuş altı ay müddətə islah işləri cəzası bir ay on beş gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq üç il altı ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 sentyabr 2022-ci il tarixdən 12 sentyabr 2022-ci il tarixədək, yəni iki gün şübhəli şəxs qismində saxlanılma müddətinin bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq üç il beş ay iyirmi səkkiz gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək məhkəmə iclas zalından dərhal həbsə alınsın. Cəzaçəkmə müddətinin başlanğıcı 29 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz çəkisi 49,50 qram olan 05 ədəd narkotik tərkibli çətənə(kannabis) bitkiləri məhv edilsin. İş üzrə 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmdən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hakim: Mirlətif Sadıqov Əsli ilə düzdür Hakim: Mirlətif Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar