Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-1/2025 17.01.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X9, Zərərçəkmiş şəxsin hüquqi varisi X3, Zərərçəkmiş şəxs2 Əliapaşa qızının, Zərərçəkmiş şəxs4 və qanuni nümayəndəsi Qanuni nümayəndə, Müdafiəçi3, Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1967-ci il tarixdə Saatlı rayonu Hacıqasımlı kəndində anadan olmuş, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, evli, Saatlı Rayon Mərkəzi Xəstəxanası PHŞ-də sürücü işləyən, məhkumluğu olmayan, Saatlı rayon Məzrəli kəndində qeydiyyatda olmaqla Saatlı rayonu Hacıqasımlı kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyənetdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 13:33-də Saatlı RMX PHŞ-nin TTTY şöbəsinə daxil olmuş çağırış əsasında TTTY briqadasının üzvləri həkim Zərərçəkmiş şəxs3 və feldşer Şahid1 ilə birlikdə xəstə Zərərçəkmiş şəxs1 Saatlı RMX PHŞ-yə təxliyyəsini həyata keçirərkən saat 14 radələrində Y-49-04-M:(59 km, Saatlı)-Heydərabad avtomobil yolunun Saatlı rayonu Dədə Qorqud kəndi ərazisindən keçən 2,5 km-nin döngəli hissəsində “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” PHŞ-ə məxsus, «Fiat Doblo» markalı **-JB-*** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmaqla ona verilmiş yol vərəqəsi əsasında Dədə Qorqud-Saatlı şəhəri istiqamətində idarə edərək, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin “Yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalıdırlar” tələbini pozaraq, öz idarəetmə hərəkətləri ilə yolun döngəli hissəsində avtomobilin yolun hərəkət hissəsi ilə dayanaqlı hərəkətini təmin edə bilməməsi və qarşı əks istiqamətdə öz hərəkət zolağı ilə hərəkətdə olan Şahid2 idarə etdiyi «Hyundai Sonata» markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağına çıxması ilə həmin hərəkət zolağında toqquşmasına, bunun nəticəsində avtomobilindəki xəstə yaxınları Zərərçəkmiş şəxs4 sağ körpücük sümüyünün qapalı oynaqdaxili sınığı, sağ bayır topuğun qapalı sınığının əmələ gəlməsi ilə nəticələnən ehtiyatsızlıqdan dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər almasına, Zərərçəkmiş şəxs2 sol incik sümüyünün aşağı 1/3-də qapalı sınıq, sağ gözün üst qapağında, sol əlin 1-ci barmağının ovuc səthində çapıqlar əmələ gəlməsi ilə nəticələnən ehtiyatsızlıqdan dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər almasına, həkim Zərərçəkmiş şəxs3 sağ bazu sümüyünün qapalı yerdəyişmiş sınığı, alın nahiyəsində çapıq əmələ gəlməsi ilə nəticələnən ehtiyatsızlıqdan dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər almasına, xəstə Zərərçəkmiş şəxs1 5ci boyun fəqərəsinin cisminin, çıxıntılarının qapalı yerdəyişən sınığı, sınıq proyeksiyasında yumşaq toxumalarının qansızması, onurğa beynin əzilməsi, qansızması, baş beynin və ağciyərin ödemi, daxili orqanların doluqanlılığı, sol ayağın üst səthində 1-ci ayaqdarağı sümüyü proyeksiyasında sıyrığın əmələ gəlməsi ilə nəticələnən ehtiyatsızlıqdan dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almasına, onurğanın boyun şöbəsinin qapalı küt travması, 5-ci boyun fəqərəsinin sınması nəticəsində onurğa beyninin əzilməsi ilə sonuncunun ehtiyatsızlıqdan ölümünə, yəni yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 1989-cu ildən Saatlı RMX-də TTTY şöbəsində sürücü vəzifəsində işləyir. Vəzifəsinə uyğun olaraq təcili yardıma daxil olan məlumat əsasında göstərilən ünvana həkim briqadasını aparmaq, xəstəni təxliyyə etmək və s. dən ibarət olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 13:33-də TTTY şöbəsinə daxil olmuş məlumatla əlaqədar növbətçi həkim İbrahimin Cəlilovun göstərişi ilə feldşer Şahid1 və həkim Zərərçəkmiş şəxs3la birlikdə “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” PHŞ-ə məxsus, «Fiat Doblo» markalı **-JB-*** dövlət qeydiyyat nişanlı təcili tibbi yardım avtomobili ilə çağırış ünvanına yola düşmüşlər. O, məlumatın mahiyətini bilməmişdir. Çağırış ünvanı Potubəyli kəndinə çatan zaman sol tərəfə gedən Mil-Muğan kollektoru yolu olmuşdur. Yolda olarkən həkim Zərərçəkmiş şəxs3 çağırış etmiş şəxsə zəng vurmuş və ünvanı dəqiqləşdirmişdir. Həmin şəxs həkimə Mil-Muğan kollektoru tərəfə gəlməklərini, onların da artıq xəstəni götürüb xəstəxanaya tərəf gəldiklərini və bir azdan yolda qarşılaşacaqlarını bildirmişdir. Təxminən 13 km getmişlər ki, «Qazel» markalı avtomobillə qarşılaşmışlar. Avtomobildən Rəhibə, Aysun və Əfsanə enmişdir. Soltanəli Nuruşov həkimə xəstənin Zərərçəkmiş şəxs1 olduğunu bildirmişdir. Həmin vaxt Rəhibə özündə olmuşdur. Həkim onu sorğu-suala tutmuş, şikayətini öyrənmişdir. Mərhum ürəyinin bulandığını və başının ağrıdığını demişdir. Həkim Zərərçəkmiş şəxs3 və Şahid1 mərhumun təzyiqini ölçmüş ilkin yardım göstərmişlər. O da arxa qapını açmış, həkim xəstəni Saatlı RMX-yə təxliyə edəcəklərini demişdir. Şahid1 və Rəhibənin yanında olan qadınların köməyi ilə Rəhibəni xərəyə uzatmışlar. Bu zaman Rəhibə tək getmək istəmədiyini, Əfsanənin də yanında gəlməsini istəmişdir. Xəstənin təkidinə görə məcbur qalıb Əfsanənin də avtomobilə minməsinə icazə vermişlər. Feldşer Şahid1, Rəhibə, Əfsanə arxada, həkim Zərərçəkmiş şəxs3 isə öndə-onun yanında əyləşmiş və yola düşmüşlər. Təxminən 10 metr getmişlər ki, xəstə Zərərçəkmiş şəxs1 səs küy salmış və qızı Aysun olmadan getməyəcəyini demişdir.Feldşer avtomobili saxlatmışdır.İbrahim həkim avtomobildən enib Aysunu çağırmışdır. Aysun da qaçaraq gəlmiş və arxada anasının yanında əyləşmiş, yola davam etmişlər. Lakin onlar gəldikləri yolla geri dönməmişlər. Çünki həmin yol çox nahamar yol olmuşdur. Gələrkən avtomobilin altı iki dəfə yerə dəymişdir. Feldşer Cavid həmin kənddən olduğu üçün digər yolu ona izah etmiş və həmin yolun daha rahat olduğunu bildirmişdir. Hər iki yolla Saatlı RMX arasında olan məsafə ən çox 5 km fərq vermişdir. Lakin onların seçdikləri yol daha rahat və asfaltlı yol olmuşdur. Nəticədə torpaq yol bitdikdən sonra X24 istiqaməti üzrə asfalt yolla Saatlı RMX-ya tərəf getmişlər. Təxminən 5 dəqiqə asfalt yolla getmişlər və həmin yol kəskin döngələri olan yol olmuşdur. O, ilk əvvəl asfalt yolda 80 km/saat surətlə hərəkət etsə də, həkim Zərərçəkmiş şəxs3 təkidi ilə surətini 60-65 km/saata endirmişdir. Yol sahəsi üçün müəyyənləşdirilmiş sürət həddi 50 km/saat olmuşdur. Hadisə baş verən yerdən təxminən 50 metr məsafədə döngə olmuşdur. O, həmin döngəni dönüb öz yoluyla hərəkət etməyə başlamışdır. Bu zaman ağ rəngli «Hyundai Sonata» markalı avtomobilin onun yoluyla üzərinə gəldiyini görmüşdür. O, həkim Zərərçəkmiş şəxs3 “həkim bu bizi vuracaq” demiş, həmin zaman əyləcdən istifadə etməmiş, yalnız ayağını qazdan çəkmişdir. Əgər əyləcdən istifadə etsəydi hər kəs xəsarət ala bilərdi. «Hyundai Sonata» markalı avtomobil toqquşmaya az qalmış öz yoluna keçmək istəmiş, lakin bunu tam bacarmamışdır. Nəticədə «Hyundai Sonata» markalı avtomobilin sol ön hissəsi onun idarə etdiyi avtomobilin sol ön hissəsinə dəymiş və onu əks yola çəkmişdir. O, avtomobildən enmiş və 103 xidmətinə zəng vurub qəza baş verdiyini bildirmişdir. Təxminən 10 dəqiqə sonra digər bir təcili yardım avtomobili gəlib yaralıları Saatlı RMX-ya aparmışdır. O isə orada qalmışdır. Bu zaman Şahid2 başına vuraraq “mən nə etdim” demişdir. Daha sonra o, 102 xidmətinə zəng vurmuşdur. 30 dəqiqə orada gözlədikdən sonra gələn olmamış, o da ayağı qanadığı üçün Saatlı RMX-ya getmişdir. Orada ona ilkin tibbi yardım göstərilmişdir. Daha sonra hadisə yerinə gəlmişdir. Bu zaman o «Hyundai Sonata» markalı avtomobilin nömrəsinin açıldığını və yolun kənarına arxaya çəkildiyini görmüş, təkrar 102 xidmətinə zəng vurmuşdur. Təxminən saat 16:30 radələrində hadisə yerinə baxış keçirilmişdir. Hadisə yerində Şahid2 atası Azər Ələkbərov onun atasını hadisə yerindən kənara çəkərək “burada heç nə yoxdu şikayət olmasın özümüz həll edərik” demişdir. Atası da bu təklifə etiraz etmişdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərmişdir ki, onun sürücülük vəsiqəsi olmuş, hadisə zamanı sərxoş olmamışdır. Təhlükə anını onun idarə etdiyi təcili tibbi yardım avtomobili ilə qarşı tərəfdən gələn «Hyundai Sonata» markalı avtomobil arasında təxminən 30 metr məsafə qalarkən hiss etmişdir. «Hyundai Sonata» markalı avtomobil döngəli yolda onun hərəkət istiqamətində təxminən 140-150 km/saat sürətlə ona tərəf hərəkət etmiş, o fikirləşmişdir ki, həmin avtomobilin sürücüsü də onu görür və özü yoluna istiqamətlənəcək, lakin belə olmamışdır. Onun avtomobilində hər-hansı bir texniki nasazlıq olmamış, hadisə anında yolda heç kim olmamışdır. Hadisə zamanı ayaq nahiyəsindən və sinəsindən xəsarət almışdır. Lakin ibtidai istintaq zamanı qanunsuzluğa yol verilmişdir. Belə ki, hadisə yerinə baxış keçirilənə qədər artıq avtomobillərin yeri dəyişdirilmişdi. O, bunu hadisə yerinə qayıtdıqdan sonra görmüşdür. Belə ki, hadisə idarə etdiyi avtomobilin yolunda baş versə də, TTY avtomobili irəli çəkilərək «Hyundai Sonata» markalı avtomobilin yoluna gətirilmişdi. Belə olan halda isə toqquşma yeri səhvdir. Hadisədən sonra o xəstəxanaya getmiş, daha sonra təkrar hadisə yerinə qayıtmış və avomobillərin yerlərinin dəydişdiyini görmüş, bunu kimin etdiyi barədə məlumatı olmamış, kimlərsə «Hyundai Sonata» markalı avtomobili kənara çəkib iydə ağacının dibinə itələmiş, əslində isə həmin avtomobil yolun ortalığında olmuşdur. Hadisə yerindən gedib həmin yerə qayıtmağı təxminən 2-3 saat çəkmişdir. O da avtomobillərin yerinin dəyişdirilməsi səbəbindən hadisə yerinə baxış keçirilməsi haqqında protokola imza etməmişdir. Əlavə olaraq bildirir ki, xəstəni avtomobilə əyləşdirdikdən sonra xüsusi sayrışan işıq və səs siqnallarından istifadə etmiş, toqquşma zamanı da siqnallar qoşulu olmuşdur. Toqquşma zamanı yaranan zərbənin təsirindən səs siqnalları sönmüşdü. Sayrışan işığı hadisədən sonra Ravil Gözəlov söndürmüşdür. Bir daha bildirir ki, baş vermiş qəzada əsas təqsirkar şəxs Şahid2dur. Şahid2 onun idarə etdiyi avtomobilin yoluna keçməsi səbəbindən hadisə baş vermişdir. Şahid2 təqsirinin olması ekspert rəyi ilə bir daha təsdiq olunur. Şahid2 məsuliyyətdən yayınmaq üçün hadisənin «Hyundai Sonata» markalı avtomobilin yolunda baş verdiyini göstərmişdir. Hətta Eldost hadisə yerində ona “burda nə var? həll edəcəyik.” demişdi. Şahid1 sayrışan işıq siqnallarının yanmadığını bildirmişdir. Lakin Cavid həmin vaxt avtomobilin arxasında olmuşdur. Yəni Şahid1 sayrışan işıq siqnallarının yanıb-yanmamasını görə bilməzdi. Həm də feldşer Cavid Şahid2 Ələkbərovla əmioğludur.Bu səbəbdən də Şahid2 xeyrinə ifadə vermişdir. Bundan başqa, baş vermiş qəzada təqsiri olmasa da, atası və digər qohumları dəfələrlə maddi kömək göstərilməsi üçün mərhum Rəhibənin ailə üzvlərinə müraciət etsə də, müsbət nəticə olmamışdır. Sonda məhkəmədən ona bəraət verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli işdə iştirak edən zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxslərin və çahidlərin ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqı zamanı ölmüş Zərərçəkmiş şəxs1 hüquqi varisi X10 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs1 arvadıdır. Birgə nikahlarından Aysun və Ramil adlı iki uşaqları dünyaya gəlmişdir. Maddi vəziyyətləri yaxşı olmadığından mərhum arvadı Zərərçəkmiş şəxs1 yay aylarında rayon ərazisində olan müxtəlif şəxslərə məxsus əkin sahələrində qardaşı Sərrafın arvadı Zərərçəkmiş şəxs2 ilə birlikdə alaq təmizləmə işinə getmişdir. Onları adətən atası Soltanəli Nuruşov digər kənd qadınları ilə birlikdə «Qazel» markalı avtomobili ilə əkin sahələrinə aparmışdır. Qızı Aysun da anası hara gedərsə ondan ayrı qala bilmədiyi üçün onunla birlikdə getmişdir. xx.xx.2023-cü il tarixdə atası Soltanəli bir neçə kənd qadınını da götürüb Əfsanə, Rəhibə və Aysunla birlikdə alağa getmişlər.Təxminən saat 14 radələrində atası Soltanəli ona zəng edib Rəhibəni Saatlı RMXyə gətirdiklərini bildirmişdir. O da təcili olaraq xəstəxanaya gəlmiş və onların qəzaya düşdüyünü xəstəxanada öyrənmişdir. Əfsanəyə ilkin yardım edib xəstəxanada saxlamışlar. Lakin Rəhibə və Aysunu Şirvan ŞMX-yə göndərmişlər. Orada Aysunun qoluna gips vurmuşlar və Rəhibənin vəziyyətinin pis olduğunu deyib Bakı şəhərində Əhmədli qəsəbəsində yerləşən travmatoloji xəstəxanaya göndərmişlər. Orada həkimlər Rəhibəni müayinə etdikdənsonra boynunun qırıldığını, artıq müalicəsinin mümkün olmadığını, 5-6 saat sonra vəfat edəcəyini demişlər. Məcbur qalıb xx.xx.2023-cü il tarixdə səhər saatlarında Rəhibəni evə gətirmişdir. Həmin zaman Aysun evdə olmuşdur. Qohum-qonşular da onları gözləmişlər. xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Rəhibə vəfat etmişdir. Baş vermiş hadisənin əsas təqsirkarı olaraq Təqsirləndirilən şəxs bilir. Onun Şahid2 qarşı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs şikayətçidir və ona cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs1 onun qaynı X3 arvadıdır. Yay vaxtlarında əkin sahələrində alaq zamanı olarkən adətən o və Rəhibə alaq işçisi olaraq tarlalara getmişlər. Rəhibənin ara-sıra sudurğası olmuşdur. xx.xx.2023-cü il tarixdə qaynatası Soltanəli «Qazel» markalı avtomobillə onları kənddə alağa gedən qadınlar ilə birlikdə Saatlı rayonu Dədə Qorqud kəndi ərazisində yerləşən Sədafər adlı şəxsin pambıq tarlasına alaq işləri görmək üçün aparmışdır. Həmin vaxt mərhum Rəhibə və qızı Aysun da orada olmuşdur. Saat 12 radələrinədək onlar orada işləmişlər. Nahar fasiləsi zamanı qəfildən Rəhibənin vəziyyəti pisləşmiş və sudurğa keçirmişdir. Qaynatası Soltanəli də yanlarında olmuşdur. Rəhibəyə ilkin yardım göstərmişlər və Rəhibə ayılmışdır. Rəhibə özünü pis hiss etdiyindən qaynatası Soltanəli təcili yardım çağırmışdır. Onlar rayondan təxminən 15-16 km məsafədə olduqları üçün qaynatası Soltanəli Rəhibəni, onu, Rəhibənin qızı Aysunu avtomobilinə mindirib Saatlı şəhərində yola düşmüşlər. Yolda olarkən Təcili tibbi yardım avtomobilində olan həkim Soltanəliyə zəng vurmuş və harada olduqlarını dəqiqləşdirmişdir. X14 Qorqud kənd ərazisindən keçən “Mil-Muğan” kollektoru tərəfdən gəldiyini, bir azdan üz-üzə rastlaşacaqlarını demişdir. Təxminən kollektordan 2 km məsafədə təcili tibbi yardım avtomobili ilə rastlaşmışlar. Rəhibə özü avtomobildən enib həkimlərə tərəf getmişdir. Həmin vaxt Rəhibə ürəyinin bulandığını demişdir. TTTY avtomobilinə minərkən o da Rəhibənin yanında olmuşdur. Çünki Rəhibə xəstəxanaya tək getmək istəmədiyini deyib onun da gəlməyini istəmiş, o da avtomobilə əyləşmişdir. Təxminən 10 metr getdikdən sonra Rəhibə qızı Aysunu çağırmışdır. Onun təkidi ilə sürücü TTTY avtomobilini saxlamış və Aysunu çağırmışlar. Aysun da avtomobilə minmiş və Saatlı RMX-yə tərəf yola düşmüşlər. O, Rəhibə, Aysun və feldşer avtomobildə arxada, həkim isə öndə oturmuşdur. TTTY avtomobilində Rəhibənin vəziyyəti yenə də pisləşmişdir. Rəhibə həmin vaxt uzanmış vəziyyətdə olmuşdur. Daha sonra Rəhibə uzanmaq istəməmiş, oturmaq istəmiş, lakin feldşer buna icazə verməmiş, uzanmasını məsləhət bilmişdir. Rəhib uzanmağa davam etmişdir. Sürücüyə yolu TTTY avtomobilində olan feldşer sürücü ilə arada olan balaca pəncərədən izah etmiş, arxada oturmuşdur. Yol boyu Rəhibə uzanmış vəziyyətdə olmuş, ürəyi bulanmış, qusmaq istədiyini demişdir. O, Rəhibənin əlindən tutmuş və stul üzərində oturmuşdur. Həmçinin Aysun və feldşer də stulda oturmuş vəziyyətdə olmuşlar. Heç biri kəmər bağlamamışdır. Avtomobildə kəmərin olub-olmadığını da bilməmişdir. Surət həddini bilməsə də, avtomobilin çox surətlə hərəkət etdiyini hiss etmişdir. Hadisə baş verən zaman o, arxada oturmuşdur. Avtomobilinin yanlara baxan hər hansı pəncərəsi olmamışdır. Yalnız sürücü tərəfə baxan pəncərə olmuş, ondan da yola baxmamışdır. Təxminən TTTY avtomobili ilə 15 dəqiqə yol getdikdən sonra qəfildən avtomobilin içərisində harasa çırpılmışdır. Qəza bir anda baş vermişdir. Qəzanın baş verməsini görə bilməmişdir. Qəza zamanı barmağı və qaşı qanamış, ayağı ağrımışdır. Birtəhər avtomobildən aşağı enmişdir. Aysun da aşağı enmişdir. Lakin Rəhibə avtomobildə “boynum, boynum kömək edin” deyə inləmişdir. Feldşer burnu qanadığı üçün əlini burnuna tutmuşdur. Bir müddət keçdikdən sonra hadisə yerinə başqa bir təcili tibbi yardım avtomobili gəlmişdir. Onları avtomobilə əyləşdirib Saatlı RMX-yə aparmışlar. Orada ilkin tibbi yardım göstərmişlər. O, Saatlı RMX-də qalmış, lakin Rəhibəni və Aysunu Şirvan Şəhər Mərkəzi Xəstəxanasına aparmışlar. Daha sonra isə Rəhibənin Bakı şəhərində yerləşən travmatologiya xəstəxanasına aparıldığını eşitmişdir. O, daha sonra evə qayıtmış, axşam vaxtı qaynatası Soltanəli Aysunu evə gətirmişdir. xx.xx.2023-cü il tarixdə isə səhər saatlarında Rəhibəni evə gətirmişlər. Qaynatasından Rəhibənin vəziyyətinin pis olduğunu, yaşaması üçün heç bir ümid olmadığını öyrənmişdir. Rəhibə təxminən sat 16 radələrində vəfat etmişdir. Baş vermiş hadisənin əsas təqsirkarı olaraq Təqsirləndirilən şəxs bilir. Onun Şahid2 qarşı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs şikayətçidir və ona cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs1 onun anasıdır. X10 atası, X4 babası, X5 isə əmisi Sərraf Nuruşovun arvadıdır. Onlar babası Soltanəlidən ayrı yaşayırlar. Adətən yay vaxtlarında əkin sahələrində alaq zamanı olarkən anası Rəhibə və əmisi arvadı Əfsanə alaq işçisi olaraq tarlalara getmişlər. O da anasından ayrı qala bilmədiyi üçün anası həmin vaxtlarda onu da yanında aparmış, lakin o tarlada işləməmişdir. Babası Soltanəli də onların yanlarında olmuşdur. Anası Rəhibənin ara-sıra sudurğası olmuşdur. Bu xəstəlik onun qardaşı Ramildə də olmuşdur. Anası həmin zaman özündən keçmiş, dişləri qıc olmuşdur. xx.xx.2023-cü il tarixdə babası Soltanəli «Qazel» markalı avtomobillə anası Rahibəni, onu, əmisinin arvadı Əfsanəni və kənddə alağa gedən digər qadınlarla birlikdə Dədə Qorqud kənd ərazisində yerləşən pambıq tarlasına alaq işləri görmək üçün aparmışdır. Onlar oraya gedərkən təxminən saat 08 radələri olmuşdur. Saat 12 radələrinədək anasıgil orada işləmişdir. Nahar fasiləsi zamanı birdən anası Rəhibənin vəziyyəti pisləşmiş və sudurğa keçirmişdir. Babası Soltanəli də yanlarında olmuş, tez ona ilkin yardım göstərmişdir. Dişlərini aralamış, üzünə su vurmuş və anası ayılmışdır. Lakin anası Rəhibə hələ də özünü pis hiss etmişdir. Babası Soltanəli xəstəxanaya zəng vurmuş, təcili yardım çağırmışdır. Daha sonra babası onu, anasını və Əfsanəni də götürüb avtomobil ilə Saatlı şəhəri istiqamətində hərəkət etmişlər. Yolda olarkən Təcili tibbi yardım avtomobilində olan həkim babası Soltanəliyə zəng vurmuş və harada olduqlarını dəqiqləşdirmişdir. X21 Qorqud kənd ərazisindən keçən “Mil-Muğan” kollektoru tərəfdən gəldiyini, bir azdan üz-üzə rastlaşacaqlarını demişdir. Kollektora az qalmış təcili tibbi yardım avtomobili ilə rastlaşmışlar. Anası özü avtomobildən enib həkimlərə tərəf getmiş, ürəyi bulanmışdır. TTY avtomobilinə minərkən Əfsanə də onunla minmiş, çünki anası tək getmək istəməmişdir. Anası Rəhibəni avtomobilə mindirib yola düşmüşlər. 10 metr getmişdilər ki, avtomobil dayanmış, anasının onu çağırdığını demişlər, o da qaçaraq getmişdir. Daha sonra Saatlı RMX-yə tərəf yola düşmüşlər. TTTY avtomobilində anasının vəziyyəti yenə də pisləşmiş, həmin vaxt uzanmış vəziyyətdə olmuşdur. Daha sonra anası uzanmaq istəməmiş, oturmaq istəmiş, lakin feldşer buna icazə verməmiş, uzanmasını məsləhət bilmişdir. Anası da uzanmağa davam etmişdir. Sürücüyə yolu TTTY avtomobilində olan feldşer sürücü ilə arada olan balaca pəncərədən izah etmiş, arxada oturmuşdur. Yol boyu anası uzanmış vəziyyətdə olmuş, ürəyi bulanmış, qusmaq istədiyini demişdir. Əfsanə Rəhibənin əlindən tutmuş və stul üzərində oturmuşdur. Həmçinin o və feldşer də stulda oturmuş vəziyyətdə olmuşlar. Heç biri kəmər bağlamamışdır. Avtomobildə kəmərin olubolmadığını da bilməmişdir. Surət həddini bilməsə də, avtomobilin çox surətlə hərəkət etdiyini hiss etmişdir. Hadisə baş verən zaman o arxada oturmuşdur. Avtomobilin yanlara baxan hər hansı pəncərəsi olmamışdır. Yalnız sürücü tərəfə baxan pəncərə olmuş, ondan da yola baxmamışdır. Təxminən TTTY avtomobili ilə 15 dəqiqə yol getdikdən sonra qəfildən avtomobilin içərisində harasa çırpılmışdır. Qəzanın baş verməsini görə bilməmişdir. Ayağı və qolu ağrımışdır. Birtəhər avtomobildən aşağı enmiş, Əfsanə də enmişdir. Lakin anası Rəhibə avtomobildə “boynum, boynum kömək edin” deyə inləmişdir. Feldşer əlini burnuna tutmuş, burnu qanamışdır. Bir müddət keçdikdən sonra hadisə yerinə başqa bir təcili tibbi yardım avtomobili gəlmişdir. Onları avtomobilə əyləşdirib Saatlı RMX-yə aparmışlar. Orada ilkin tibbi yardım göstərmişlər. Əfsanə Saatlı RMX-də qalmışdır. Anası və onu Şirvan Şəhər Mərkəzi Xəstəxanasına aparmışlar. Daha sonra ona orada tibbi yardım göstərmişlər. Hadisə zamanı onun sağ çiyni və sağ ayağı qırılmışdır. Qolunu və ayağını sarımışlar. Anasını Bakı şəhərində yerləşən travmatologiya xəstəxanasına aparmışlar. Axşam onu babası xəstəxanadan götürüb evə aparmışdır. xx.xx.2023-cü il tarixdə isə səhər saatlarında anası Rəhibəni evə gətirmişlər. O danışılanlardan bilmişdir ki, anasının vəziyyəti ağır olmuşdur. Saat 16 radələrində anası Rəhibə vəfat etmişdir. Baş vermiş hadisənin əsas təqsirkarı olaraq Təqsirləndirilən şəxs bilir. Onun Şahid2 qarşı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs şikayətçidir və ona cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdən Saatlı RMX PHŞ-də TTTY şöbəsində həkim işləyir. xx.xx.2023-cü il tarixdə təxminən saat 13-14 radələrində 103 xidmətinə bir qadının Potubəyli kəndində səhhətinin pisləşməsi barədə məlumat daxil olmuş, o da vəzifəsinə uyğun olaraq feldşer Şahid1 və sürücü Təqsirləndirilən şəxsla birlikdə “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” PHŞ-yə məxsus, «Fiat Doblo» markalı **-JB-*** dövlət qeydiyyat nişanlı təcili tibbi yardım avtomobilinə minərək Saatlı rayonu Potubəyli kəndinə tərəf yola düşmüşdür. O, 103 xidmətinə zəng vuran şəxsin mobil telefon nömrəsini ünvanı dəqiqləşdirmək məqsədi ilə götürdüyündən həmin şəxslə danışıb yeri dəqiqləşdirmişdir. Həmin şəxs ona yolu izah etmiş, özünün də xəstəni götürüb gəldiyini, Mil-Muğan kollektoruna tərəf hərəkət etdiklərini bildirmişdir. Təxminən 6-7 km getdikdən sonra onlar həmin şəxslə qarşılaşmışlar. Həmin şəxs «Qazel» markalı avtomobil sürmüşdür. Avtomobildən üç nəfə qadın enmiş, ona mərhum Rəhibənin xəstə olduğunu bildirmişlər. Rəhibə özü onlara tərəf yaxınlaşmış və Rəhibəni avtomobilin arxa hissəsində olan xərəyə uzatmışlar. Rəhibə başının ağrıdığını və ürəyinin bulandığını bildirmiş, xəstənin təzyiqi ölçülmüş, ona ilkin olaraq günvurma diaqnozu təyin etmişdir. Ağrı kəsici iynə vurmasını feldşer Şahid1 tapşırmış və xəstənin Saatlı RMX-yə aparılmalı olduğunu demişdir. Əfsanə adlı qadın da xəstə ilə birlikdə avtomobilə əyləşmişdir. Arxada feldşer Şahid1, xəstə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 olmuşdur. Təxminən10 metr getdikdən sonra Rəhibə səs-küy salmış və qızı Aysun olmadan getməyəcəyini demişdir. Məcbur qalıb Aysunu da təcili tibbi yardım maşınına qəbul etmişlər. Rəhibə Nuruşavanın ürəyi bulandığı üçün hər an qusma ehtimalı olduğuna görə kəmərlə onu xərəyə bağlamamışlar. Əgər bağlasaydılar qusuntu kütləsi onu boğa bilərdi. Ona görə də nə feldşer kəməri bağlamış, nə də o, bununla bağlı tapşırıq vermişdir. Ümumiyyətlə, xəstənin xərəyə bağlanıb-bağlanmama məsələsi yalnız xəstənin şikayəti və hazırki vəziyyətlə əlaqədar olmuşdur. Əgər xəstə infakt keçiribsə, ürəyi bulanırsa və ya epilepsiya keçirirsə xərəyə bağlanmır. Çünki bu onların həyatı üçün təhlükəli olmuşdur. Lakin travma halında isə xərəyə bağlanır. Gəldikləri yol nahamar olduğundan feldşer Cavid digər yolu sürücüyə izah etmiş və həmin yolun daha rahat olduğunu bildirmişdir. Sürücü Daşqın da avtomobili Cavidin təklif etdiyi yolla idarə etmişdir. Həmin yol kəskin döngələri olan yol olmuşdur. Daşqın avtomobili təxminən 70 km/saat surətlə idarə etmiş, o, xəstənin vəziyyətinin elə də ağır olmadığına görə Daşqına surəti aşağı salmağı tapşırmışdır. Daşqın da onun təkidindən sonra surəti aşağı salmış və 50 km/saat surətlə hərəkət etməyə davam etmişlər. Təxminən 100 metr məsafədən ağ rəngli avtomobilin onların yolu ilə üzərlərinə gəldiyini görmüşdür. Belə ki, o da döngəni dönmüşdür. Təxmin etmişdir ki, həmin avtomobil öz yoluna qayıdar, lakin elə olmamışdır. Toqquşmaya 40 metr qalmış Daşqın ona “həkim bu bizim üstümüzə gəlir” demiş, o da sağ tərəfə baxmışdır. Lakin sağ tərəf çox alçaqlıq olduğundan avtomobili çəkəsi yer olmamışdır. O, üzünü yola çevirmək istəyərkən bir anda toqquşma baş vermişdir. O toqquşma anını görməmişdir. Toqquşmanın şoku keçdikdən sonra alnının qanadığını, qolunun qırıldığını bilmişdir. Avtomobildən aşağı enib alnını bağlamış və avtomobilin arxasına tərəf getmişdir. Bu zaman Cavid, Əfsanə və Aysunun avtomobildən endiyini, xəstə Zərərçəkmiş şəxs1 isə içəridə olduğunu görmüşdür. O, Caviddən vətəndaşların vəziyyətini soruşduqda sonuncu onların həyatda olduğunu demişdir. O, yoldan keçən bir avtomobili saxlayıb xəstəxanaya getmişdir. Yolda digər təcili yardım avtomobili ilə qarşılaşmış, digər şəxsləri də həmin avtomobillə Saatlı RMX-yə gətirmişlər. Ona ilkin tibbi yardım göstərib Bakı şəhərində yerləşən 1 saylı klinik tibbi mərkəzə göndərmişlər. Orada onu müayinə etmişlər və Travmatologiya Xəstəxanasına göndərmişlər. Qolu əməliyyat edilmiş, xx.xx.2023-cü il tarixdə Saatlı rayonuna qayıtmışdır. Daha sonra Zərərçəkmiş şəxs1 aldığı xəsarətdən vəfat etdiyini öyrənmişdir. Zərərçəkmiş şəxs3 həmçinin ifadəsində göstərmişdir ki, toqquşma anına yaxın nə Daşqın, nə də Eldost surətini azaltmış, lakin toqquşmanın «Hyundai Sonata» markalı minik atomobilinin hərəkət istiqamətində baş verməsinə görə hesab edir ki, «Hyundai Sonata» markalı avtomobil az məsafə qalmış öz hərəkət istiqamətinə keçmişdir. Sürücülər bir-birlərini başa düşmədiyindən toqquşma baş vermişdir. Təcili tibbi yardım avtomobilindəki səs və işıq siqnalı sürücü tərəfindən açılıb-bağlanır. Rahibə Nuruşovanın təxliyə edən zaman Daşqın tərəfindən çöldə sayrışan işıq siqnalının yanıb-yanmadığını bilməmiş, ona fikir verməmişdir. Lakin dəqiq bilir ki, səs siqnalı istifadə edilməmişdir. Daşqın toqquşma anınadək nə xüsusi səs siqnalından, nə də avtomobilin öz siqnalından istifadə etmişdir. Əgər səs siqnalı istifadə edilsəydi bunu eşidərdi. Hadisə zamanı xəsarət aldığı üçün hadisə yerini tam xatırlamır. Təqsirləndirilən şəxsla aralarında barışıq var, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2014-cü ildən hazırki tarixədək Saatlı RMX PHŞ-nin TTTY şöbəsində feldşer vəzifəsində işləyir. Vəzifəsinə uyğun olaraq növbətçi həkimin göstərişlərini icra etmək, həkim olmadığı təqdirdə xəstəyə diaqnoz qoyub təxliyəsini təmin etmək, ilkin tibbi yardım göstərmək və s. dən ibarət olmuşdur. xx.xx.2023-cü il tarixdə təxminən saat 13-14 radələrində 103 xidmətinə daxil olmuş məlumatda bir qadının Potubəyli kəndində səhhətinin pisləşdiyi bildirilmişdir. Həmin gün növbətçi həkim Zərərçəkmiş şəxs3 olmuşdur. Zərərçəkmiş şəxs3la birlikdə sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” PHŞ-ə məxsus, «Fiat Doblo» markalı **-JB-*** dövlət qeydiyyat nişanlı təcili tibbi yardım avtomobilinə minib Saatlı rayonu Potubəyli kəndinə tərəf yola düşmüşlər. İbrahim həkim 103 xidmətinə zəng vuran şəxsin mobil telefon nömrəsini ünvanı dəqiqləşdirmək məqsədi ilə götürmüşdür. Zərərçəkmiş şəxs3 həmin şəxslə danışıb olduqları yeri dəqiqləşdirmişdir. Həmin şəxs ona yolu izah etmiş və özünün də xəstəni götürüb Mil-Muğan kollektoruna tərəf gəldiklərini demişdir. Təxminən 6-7 km sonra onlar həmin şəxslə qarşılaşmışlar. Həmin şəxs «Qazel» markalı avtomobil sürmüşdür. Avtomobildən üç nəfər qadın enmişdir. Onlar Rəhibənin səhhətində problem olduğunu bildirmişlər. Qadınların köməyi ilə Rəhibəni avtombilin arxa hissəsində olan xərəyə uzatmışlar. İlkin anamnez olaraq xəstə başının ağrıdığını və ürəyinin bulandığını bildirmişdir. Zərərçəkmiş şəxs1 təzyiqini ölçmüş, ilkin olaraq İbrahim həkim tərəfindən xəstəyə günvurma diaqnozu təyin edilmişdir. Həkimin göstərişi ilə ağrıkəsici iynə vurmuşdur. İbrahim həkim xəstənin Saatlı RMX-yə aparılmalı olduğunu demişdir. Orada olan xəstənin qaynatası Soltanəli Rəhibənin yanında qaynı arvadı Əfsanənin də gələcəyini demişdir. Həkim də etiraz etməmişdir. Arxada o, xəstə Zərərçəkmiş şəxs1 və onun qaynı arvadı Zərərçəkmiş şəxs2 olmuşdur. Onlar xəstəxanaya tərəf yola düşmüşlər. Təxminən10 metr getmişlər ki, xəstə Zərərçəkmiş şəxs1 səs küy salmış və qızı Aysun olmadan getməyəcəyini demişdir. Xəstə çox səs-küy saldığından məcbur qalıb Aysunu da arxada anasının yanında əyləşdirmişlər. Lakin onlar gəldikləri yolla geri dönməmişlər. Çünki həmin yol çox nahamar yol olmuşdur. O, həmin kənddən olduğu üçün digər yolu sürücüyə izah etmiş və həmin yolun daha rahat olduğunu bildirmişdir. Sürücü Təqsirləndirilən şəxs da avtomobili onun göstərdiyi yol ilə sürmüşdür.Torpaq yol bitdikdən sonra Dədə Qorqud kəndi Saatlı istiqaməti üzrə asfalt yolla Saatlı RMX-ya tərəf getmişlər. O, arxada oturub xəstə ilə məşğul olduğu üçün sürücünün hansı sürətlə getdiyin bilməmiş, Daşqın ilə İbrahim həkim arasında olan söhbətləri eşidə bilməmişdir. Təxminən 5 dəqiqə asfalt yolla getdikdən sonra anidən avtomobilin içərisində harasa çırpılmış, bir az keçdikdən sonra burnunun qanadığını və sağ alt çənə nahiyəsinin kəsildiyini bilmişdir. Birtəhər avtomobildən aşağı enmiş, Aysun və Əfsanə də onunla birlikdə aşağı enmişlər. Lakin Rəhibə avtomobildə qalmışdır. O, Rəhibə və Əfasnəyə kömək edib ilk yardım göstərmişdir. Rəhibəni xərəkdən endirib avtomobildən çölə çıxarmış, Daşqın isə 103 xidmətinə zəng etmişdir. Bir müddət keçdikdən sonra hadisə yerinə başqa bir təcili tibbi yardım avtomobili gəlmişdir. Onları avtomobilə əyləşdirib Saatlı RMX-yə aparmışlar. Orada ilkin tibbi yardım göstərmişlər. O, xəstəxanada qalmışdır. Daha sonra eşitmişdir ki, Rəhibəni və Aysunu Şirvan Şəhər Mərkəzi Xəstəxanasına aparmışlar. xx.xx.2023-cü il tarixdə isə axşam saatlarında Rəhibənin vəfat etdiyini öyrənmişdir. Şahid1 həmçinin ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 ürəyi bulandığı üçün hər an qusma ehtimalı olduğuna görə kəmərlə onu xərəyə bağlamamışlar. Əgər bağlasaydılar qusuntu kütləsi onu boğa bilərdi. Xərəyə bağlanıb-bağlanmama məsələsi yalnız xəstənin şikayəti və hazırki vəziyyətlə əlaqədardır. Əgər xəstə infakt keçiribsə, ürəyi bulanırsa və ya epilepsiya keçirirsə xərəyə bağlanmır. Həmçinin bildirir ki, arxada oturduğu üçün toqquşma anını görməmiş, sayrışan işıq siqnalının yanıb-yanmadığını bilməmişdir. Lakin dəqiq yadındadır ki, səs siqnalı istifadə edilməmişdir. Əgər səs siqnalı istifadə edilsəydi bunu eşidərdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2020-ci tarixdən Saatlı RPŞ-nin İstintaq bölməsinin müstəntiqi vəzifəsində işləyir. Saatlı rayonunun Dədə Qorqud kəndində ailə üzvlərilə birlikdə yaşayır. «Hyundai Sonata» markalı **-DS-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ona məxsusdur, sürücülük vəsiqəsi olmamışdır. 09 iyul 2023-cü il tarixdə saat 14 radələrində övladının səhhətində yaranmış problem ilə bağlı dərman alıb evə aparmaq məqsədilə Saatlı RPŞ-dən çıxıb əvvəlcə aptekdən dərman almış, daha sonra yaşadığı Saatlı rayonu, Dədə Qorqud kəndi istiqamətində hərəkət etməyə başlamışdır. Təxminən saat 14:30 radələrində Saatlı şəhərindən Dədə Qorqud kəndi istiqamətində «Hyundai Sonata» markalı avtomobili 50 km/saat sürətlə idarə etmiş, yolun hərəkət etdiyi zolağı ilə hərəkətdə olduğu vaxt yolun döngəli hissəsinə yaxınlaşan zaman əks istiqamətdə hərəkətdə olan sayrışan işıqları və gücləndirici səs siqnalından istifadə etməyən təcili tibbi yardım avtomobilinin gəldiyini görmüşdür. Həmin təcili tibbi yardım avtomobili yolun öz hərəkət zolağı ilə hərəkət etsə də, onun idarə etdiyi avtomobilə təxminən 30-35 metr məsafə qalmış onun hərəkət zolağına çıxmış, o da hadisənin qarşısını almaq üçün avtomobilin sükanını sağa tərəf döndərsə də, hadisənin qarşısını ala bilməmiş, yolun onun hərəkət istiqamətində idarə etdiyi avtomobilin qabaq sol qanadı təcili tibbi yardım avtomobilinin qabaq sol qanadına dəymişdir. Zərbənin təsirindən həmin avtomobil yolun hərəkət hissəsinə, onun idarə etdiyi avtomobil isə yolun sağ kənarına düşmüşdür. O, hadisə nəticəsində yüngül xəsarət alsa da, dərhal özünə məxsus avtomobildən enərək təcili tibbi yardım avtomobilinə tərəf gedib orada olan şəxslərin səhhəti ilə maraqlanmışdır. Bir qədər sonra başqa təcili tibbi yardım avtomobili gələrək digər avtomobildə olan şəxsləri xəstəxanaya aparmışdır. O isə hadisə yerində qalıb polis və prokurorluq əməkdaşlarının gəlməsini gözləmiş, hadisə yerinə baxış keçirilməsində iştirak etmiş, sonra isə Saatlı RMX-yə getmiş, orada sərxoşluq müayinəsindən keçmiş və ona ilkin tibbi yardım göstərilmişdir. Hadisə zamanı sərxoş olmamış, avtomobili 50 km/saat sürətlə idarə etmişdir. Hadisə zamanı idarə etdiyi avtomobildə sərnişin və yük olmamışdır. Təhlükə anını qarşı tərəfdən gələn təcili tibbi yardım avtomobilinin onun hərəkət zolağına çıxdığı anda, yəni avtomobillər arasında 30-35 metr məsafə qalarkən hiss etmişdir. Avtomobilində hər-hansı bir texniki nasazlıq olmamışdır. Hadisə anında yolda heç kim olmamış, ayaq nahiyəsindən, qolundan və başından xəsarət almışdır. Avtomobillərin yerinin dəyişdirilməsi barədə Təqsirləndirilən şəxs dedikləri yalandır. Hadisə yerinə hər hansı müdaxilə edilməmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayınmaq üçün avtomobillərin yerinin dəyişdirilməsi barədə ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Saatlı rayonu Dədə Qorqud kəndində ailə üzvlərilə birlikdə yaşayır. 09 iyun 2023-cü il tarixdə yaşadığı kəndə tərəf gələrkən Saatlı-Əhmədbəyli avtomobil yolunda ağ rəngli «Hyundai Sonata» markalı və təcili tibbi yardım avtomobilinin toqquşduğunu görmüşdür. Bu zaman təxminən saat 14:15 radələri olmuşdur. O, dərhal avtomobilini yolun kənarında saxlayaraq toqquşan avtomobillərə tərəf getmişdir. Avtomobillərə tərəf gedərkən «Hyundai Sonata» markalı avtomobilinin yolun sağ kənarında, qabaq hissəsi yaşadığı Dədə Qorqud kəndi istiqamətində, arxa hissəsi yolun kənarında iydə ağacına dirənmiş vəziyyətdə, təcili tibbi yardım avtomobilinin isə yolun hərəkət hissəsinin orta hissəsində olduğunu, qabaq tərəfinin isə «Hyundai Sonata» markalı avtomobilin qabaq tərəfinə istiqamətlənib dayandığını görmüşdür. Hadisə baş verən yerin sağ kənarında avtomobilin hissələri qırılaraq tökülmüşdü.. «Hyundai Sonata» markalı avtomobilin arxa hissəsi iydə ağacına yaxın idi. Polis əməkdaşları hadisə yerinə gələnədək hadisə yerində olmuşdur. Ərazidə olduğu müddətdə avtomobillərin yerinin dəyişdirilməsini görməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 09 iyul 2023-cü il tarixdə özünə məxsus avtomobil ilə Saatlı rayonundan yaşadığı Dədə Qorqud kəndi istiqamətində hərəkət etmişdir. Yaşadığı kəndə tərəf gələrkən Saatlı- Əhmədbəyli avtomobil yolunda ağ rəngli «Hyundai Sonata» markalı və təcili tibbi yardım avtomobilinin toqquşduğunu görmüşdür. Bu zaman təxminən saat 14:20 radələri olmuşdur. O, dərhal avtomobilini yolun kənarında saxlayaraq toqquşan avtomobillərə tərəf getmişdir. Avtomobillərə tərəf gedərkən «Hyundai Sonata» markalı avtomobilinin yolun sağ kənarında, qabaq hissəsi yaşadığı Dədə Qorqud kəndi istiqamətində, arxa hissəsi yolun kənarında iydə ağacına dirənmiş vəziyyətdə, təcili tibbi yardım avtomobilinin isə yolun hərəkət hissəsinin orta hissəsində olduğunu, qabaq tərəfinin isə «Hyundai Sonata» markalı avtomobilin qabaq tərəfinə istiqamətlənib dayandığını, «Hyundai Sonata» markalı avtomobilin yoldan çıxaraq arxa sağ tərəfinin iydə ağacına dəydiyini, hadisə baş verən yerin sağ kənarında avtomobilin hissələrinin qırılaraq töküldüyünü görmüşdür. Polis əməkdaşları hadisə yerinə gələnədək hadisə yerində olmuşdur. Ərazidə olduğu müddətdə avtomobillərin yerinin dəyişdirilməsini görməmişdir. O, hadisə yerinə çatan zaman avtomobillərin nə səs siqnalı, nə də sayrışan işıqları işləmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir, Təqsirləndirilən şəxs oğludur. 09 iyul 2024-cü il tarixdə qəza barədə məlumat alan kimi hadisə yerinə getmiş və hadisə yerinə çatanda TTY avtomobili ilə «Hyundai Sonata» markalı avtomobilin toqquşduğunu və yaralıların olduğunu görmüşdür. Hadisə yerinə çatanda tanımadığı kənd sakinləri, Şahid2 və Eldostun atası Azər Ələkbərov da orada olmuş, Azər Ələkbərov onun qoluna girərək “hadisədir olub, gəl bu işi düzüb qoşaq” demiş, o da cavab olaraq “baş üstə, necə deyirsən mən hazır” demişdir. Daha sonra tanımadığı kənd sakinləri tərəfindən avtomobillərin qırıntılarının təmizləndiyini və «Hyundai Sonata» markalı avtomobilin yolun kənarına, TTY avtomobilinin isə «Hyundai Sonata» markalı avtomobilin yoluna çəkildiyini görmüşdür. Bu zaman etiraz etsə də, nəticə olmamış və oğlu Daşqın 102 xidmətinə zəng etmişdir. Bir müddət sonra isə Eldost öz avtomobilinin nömrəsini açıb götürərək evə getmişdir. Təxminən saat 17 radələrində müstəntiqlər hadisə yerinə gəlmiş və Eldost da mülki geyimdə hadisə yerinə qayıtmışdır. Müstəntiqlər hadisə yerinə gəldikdə artıq avtomobillərin yeri dəyişdirilmişdi və onlar əsl hadisə yerinin müayinəsini aparmamışdılar. Müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun keçmiş həyat yoldaşının qaynıdır. xx.xx.2023-cü il tarixdə ona Saatlı rayonunda qəza olduğunu, TTY avtomobili ilə «Hyundai Sonata» markalı avtomobilin toqquşduğunu, TTY avtomobilinin sürücüsünün isə Daşqın olduğu deyildiyindən dərhal Bakı şəhərindən Saatlı rayonuna yola düşmüş, təxminən saat 16 radələrində hadisə yerinə çatmışdır. Hadisə yerinə çatanda polis əməkdaşları orada olmamışdır. Orada tanımadığı kənd sakinləri olmuşdur. Daha sonra tanımadğı bir nəfər hadisə yerində olan adamlara yolu açmağı tapşırmış, o isə hüquq mühafizə orqanları əməkdaşlarını gözləmək lazım olduğunu demişdir. Lakin onun dediklərinə əhəmiyyət verilməmiş və tanımadığı şəxslər yoldan avtomobillərin qırıntılarını təmizləyərək «Hyundai Sonata» markalı avtomobilin arxa hissəsini iydə ağacına tərəf, TTY avtomobilini isə «Hyundai Sonata» markalı avtomobilin yoluna tərəf itələmişlər. Daha sonra Daşqının hadisə yerinə gəldiyini görmüş və köməklik üçün ona 1000 manat pul vermişdir. Daşqına pulu verdikdən sonra sağollaşıb hadisə yerini tərk etmişdir. Hadisə yerindən uzaqlaşan zaman isə polis əməkdaşlarının hadisə yerinə gəldiyini görmüşdür. Müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, 2023-cü ilin iyul ayına qədər Saatlı RMX PHŞ-də TTY sürücüsü işləmiş, hazırda təqaüdçüdür. Təqsirləndirilən şəxs iş yoldaşı olmuşdur. Təqsirləndirilən şəxs idarə etdiyi təcili tibbi yardım avtomobilini əvvəllər o idarə etmiş, Daşqın isə köməkçi sürücü olmuşdur. Qarajın rəhbərliyindən ona zəng olunub təcili tibbi yardım avtomobilinin qəzaya uğradığını bildirmişlər. Buna görə hadisə yerinə getmişdir. Hadisə yerirndə olarkən görmüşdür ki, təcili tibbi yardım avtomobili ilə «Hyundai Sonata» markalı avtomobil toqquşmuş, toqquşma nəticəsində avtomobillərin sol yan qanadları bir-birinə dəymişdir. Həmin vaxt hadisə yerində təxminən 20-25 nəfər olmuşdur. Dərhal TTY avtomobilinə baxış keçirdib avtomobilin hansı hissələrinin sıradan çıxdığını aydınlaşdırmağa çalışmışdır. İlk olaraq hər iki avtomobilin arasında yanakı şəkildə keçə bilmiş, bir müddət keçdikdən sonra yenidən həmin avtomobillərin arasından keçməyə çalışanda məsafənin 50 sm böyüdüyünü hiss etmişdir. Həmin vaxt «Hyundai Sonata» markalı avtomobilin itələndiyini başa düşmüşdür. Həmçinin hadisə yerində iki-üç nəfər tanımadığı kənd sakinlərinin avtomobillərin qırıntılarını ayaqları ilə itələyərək yolun kənarına tökdüklərini görmüşdür. TTY avtomobilinin sürətlər qutusu mexanika olduğundan onun qəzadan sonra əllə itələnməsi mümkün deyil. Müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. 09 iyul 2024-cü il tarixdə balıq ovundan qayıdan zaman yolun bağlı olduğunu və yolda qəza baş verdiyini, təxminən 10-15 nəfər kənd sakininin avtomobillərin qırıntılarını yoldan təmizləməyərək TTY avtomobilini «Hyundai Sonata» markalı avtomobilə tərəf itələməyə çalışdığını görmüşdür. Lakin hadisə yerində çox qalmamış və çıxıb getmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş yol-nəqliyyat hadisələri üzrə ekspert X18 ifadəsində göstərmişdir ki, hazırda Azərbaycan Respublikası Ədliyyə Naziriliyinin Yol-nəqliyyat hadisələrinin ekspertizaları şöbəsinin baş eksperti vəzifəsində işləyir. Məhkəmə Ekspertizası Mərkəzinin 10 avqust 2023-cü il tarixli 8/2263 saylı yolnəqliyyat hadisəsinin məhkəmə ekspertinin rəyini istintaq tərəfindən təqdim edilən məlumatlara əsasən tərtib etsə də, yalnız müstəntiqin yanaşmasını əsas götürməmiş, həm cinayət işi materiallarından (hadisə yerinə baxış protokolu, hadisə yerinin sxemi, fotoşəkillər və s.), həm də yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının keçirilməsi üçün qanunvericildə nəzərdə tutulmuş xüsusi qaydalardan istifadə edərək rəy tərtib etmişdir. Həmin rəydə göstərdiyi kimi bir daha bildirir ki, rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə «Fiat Doblo» markalı təcili tibbi yardım avtomobilin sürücüsü Təqsirləndirilən şəxs göstərdiyi toqquşma yeri real toqquşma yerinə uyğun deyildir, istintaq tərəfindən müəyyən edilən toqquşma yeri isə, yəni toqquşma yerinin Dədə Qorqud kənd istiqamətində sağ hərəkət zolağında, yolun asfalt örtüyünün sağ kənarından 1.8 metr məsafədə yerləşməsi real toqquşma yerinə uyğundur. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 8/2621 nömrəli yol-nəqliyyat hadisəsinin məhkəmə ekspertinin rəyini isə həm iş materialları, həm də Saatlı rayonunda toqquşan nəqliyyat vasitələrinə baxış keçirərək qəldiyi qənaət əsasında tərtib etmişdir. Avtomobillərə baxış keçirən zaman «Fiat Doblo» markalı təcili tibbi yardım avtomobilinin üzərindəki əziklər öndən arxaya və sağdan sola doğru istiqamətlənmiş, «Hyundai Sonata» markalı minik avtomobilinin üzərindəki əziklər isə öndən arxaya və soldan sağa doğru istiqamətlənmişdi. Bu hal da onu göstərir ki, «Fiat Doblo» markalı avtomobil «Hyundai Sonata» markalı minik avtomobilinin yoluna çıxmışdır. Əgər «Fiat Doblo» markalı təcili tibbi yardım avtomobili öz yolunda getdiyi zaman «Hyundai Sonata» markalı minik avtomobili onun yoluna çıxmış olsaydı «Fiat Doblo» markalı təcili tibbi yardım avtomobilin üzərindəki əziklərin istiqaməti qabaqdan arxaya və soldan sağa doğru istiqamətlənmiş olardı. Lakin həm istintaq materiallarından, həm də avtomobillərə keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, «Fiat Doblo» markalı təcili tibbi yardım avtomobilin üzərindəki əziklərin istiqaməti qabaqdan arxaya və sağdan sola doğru istiqamətlənmişdir. Bu hal da onu göstərir ki, «Fiat Doblo» markalı avtomobil «Hyundai Sonata» markalı minik avtomobilinin yoluna çıxmışdır. Hadisənin baş verdiyi yolda nəzərdə tutulmuş sürət həddinin nə qədər olduğunu istintaq materiallarından müəyyənləşdirmişdir. Hazırda ona təqdim edilmiş nəqliyyat vasitələrinin toqquşduğu fotoşəkil düzgün, yəni kənardan geniş ölçüdə çəkilmədiyi üçün «Hyundai Sonata» markalı minik avtomobili «Fiat Doblo» markalı təcili tibbi yardım avtomobilinin yoluna çıxmış kimi görünür. İşdə olan xx.xx.2023-cü il tarixli, 11633 nömrəli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi yeri Y-49-04-M: (59 km, Saatlı) Heydərabad avtomobilinin yolunun Saatlı rayonu Dədə Qorqud kəndi ərazisindən keçən 2,5 km-dir. Yolun hərəkət hissəsi, döngəli örtüyün növü Asfaltbeton, örtüyün vəziyyəti quru yol örtüyü, eni 5,7 metrdir. Hərəkət zolaqlarının sayı 2, hərəkət hissəsinin eni 5 metrdir. Hərəkət hissədə yolun hərəkət hissəsinin sonları ilə sarı bütov xətt çəkilmişdir, yol üzərində başqa hər-hansı nişanlama xətti və yol nişanı yoxdur. Yol işıqlandırılmır. Baxış zamanı iştirak edən YNH-nin iştirakçıları, sürücülər Təqsirləndirilən şəxs və Şahid2 tərəfədindən toqquşma yerləri fərqli göstərildi. Təqsirləndirilən şəxs göstərdiyi toqquşma yerinə yol örtüyünün sol başlanğıcından yolun hərəkət hissəsinə tərəf 3,6 metr məsafədir. Onun göstərdiyi toqquşma yerindən yol örtüyünün sağ başlanğıcına qədər məsafə 2,2 metr, yolun sol kənarında, hadisənin baş verdiyi yerdən Dədə Qorqud kəndi istiqamətində olan şərti olaraq nömrə verilmiş üç ağacdan ikinci ağaca qədər məsafə 6,5 metr, yolun sağ kənarında yerləşən şərti olaraq nömrə verilmiş dörd nömrəli acağa qədər məsafə isə 6 metrdir. Şahid2 göstərdiyi toquşma yerinə yol örtüyünün sol başlanığıcından məsafə 1,8 metr, onun göstərdiyi toqquşma yerindən yol örtüyünün sağ başlanğıcına qədər məsafə 3,8 metr, yolun sol kənarında, hadisənin baş verdiyi yerdən Dədə Qorqud kəndi istiqamətində olan şərti olaraq nömrə verilmiş üç ağacdan ikinci ağaca qədər məsafə 6,8 metr, yolun sağ kənarında yerləşən şərti olaraq nömrə verilmiş dörd nömrəli acağa qədər məsafə isə 8,5 metirdir. Avtomobillərin qabaq hissələrindən bir-birinə qədər məsafə 1,5 metrdir. Hər iki sürücü toqquşma yerini müxtəlif göstərsələrdə Təqsirləndirilən şəxs göstərdiyi toqquşma yerində toqquşmaya xarakterik hər hansı bir iz aşkar olunmadı. Şahid2 göstərdiyi toqquşma yerində isə avtomobillərin sınıb düşmüş hissləri, avtomobillərdən tökülmüş avtomobil yağına oxşar mayelər vardır. Buna görə də toqquşma yeri kimi Şahid2 göstərdiyi yer qəbul olunur. Hadisədən əvvəl Şahid2 idarə etdiyi «Hyundai Sonata» markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobil Saatlı-Dədə Qorqud istiqamətində, Təqsirləndirilən şəxs idarə etdiyi «Fiat Doblo» markalı **-JB-*** dövlət qeydiyyat nişanlı avtomobil isə əks, Dədə Qorqud-Saatlı istiqamətində hərəkətdə olub. Hadisə yerində «Hyundai Sonata» markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobil qabaq hissəsi tam əzilərək deformasiyaya uğramış, təkərləri üstündə dayanmış vəziyyətdə müəyyən olundu. Həmin avtomobilin qabaq tərəfi çəpinə formada Dədə Qorqud kəndi istiqamətində yolun hərəkət istiqaməti tərəfə dayanmış, qabaq sağ təkəri yol çiyini üzərində, qabaq sol təkəri isə yolun hərəkət hissəsində dayanmış vəziyyətdə müşahidə edildi. «Fiat Doblo» markalı **-JB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təkərləri üstə qabaq hissəsi əzilərək deformasiyaya uğramış vəziyyətdə, çəpinə qabaq hissəsi Saatlı şəhəri istiqamətində dayanmış vəziyyətdə tam olaraq yol üzərində dayanmış vəziyyətdə müşahidə edildi. Yol üzərində tormozlamaya xarakterik izlər müşahidə edilmədi. Baxış zamanı yol üzərindəki izlərdən və avtomobillərin olduğu yerlərə əsasən «Hyundai Sonata» markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobil Saatlı-Dədə Qorqud istiqamətində, «Fiat Doblo» markalı **-JB-*** dövlət qeydiyyat nişanlı avtomobilin əks istiqmətdə hərəkətdə olduğu müəyyən edilmişdir. Hadisə nəticəsində hər iki avtomobilin qabaq hissəsinin detalları və şüşələri sınıb yerə tökülmüşdür. Hər iki avtomobildən yağa oxşar maye yol üzərinə tökülmüşdür. Baxış zamanı sürücülər nəqliyyat vasitələrinin toqquşma yerlərini müxtəlif göstərsələr də, hadisə yerində avtomobillərin hadisədən sonra qaldıqları yerlələrə, toqquşmaya xarakterik avtomobilin detallarının sınıb yerə düşməsindən, avtomobillərdən axan mayelərdən, yol üzərindəki toqquşmaya xarakterik izlərdən toqquşma yerinin Şahid2 göstərdiyi yer olduğu müəyyən edilmişdir. İşdə olan 10 avqust 2023-cü il tarixli, 8/2263 saylı yol-nəqliyyat hadisəsinin məhkəmə ekspertizasının rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilən məlumatlara əsasən «Hyundai Sonata» markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid2 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində hadisənin qarşısını alması ilə əlaqədar «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Sürücü Şahid2 «Hyundai Sonata» markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim edilən məlumatlara əsasən «Fiat Doblo» markalı **-JB-*** dövlət qeydiyyat nişanlı təcili tibbi yardım avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs «Fiat Doblo» markalı təcili tibbi yardım avtomobilini hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlşadırılması” yol nişanı ilə 50km/saata qədər məhdudlaşdırılmış yolda 60-65 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlşadırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə «Fiat Doblo» markalı təcili tibbi yardım avtomobilin sürücüsü Təqsirləndirilən şəxs göstərdiyi toqquşma yeri real toqquşma yerinə uyğun deyildir, istintaq tərəfindən müəyyən edilən toqquşma yeri isə, yəni toqquşma yerinin Dədə Qorqud kənd istiqamətində sağ hərəkət zolağında, yolun asfalt örtüyünün sağ kənarından 1.8 metr məsafədə yerləşməsi real toqquşma yerinə uyğundur. İşdə olan xx.xx.2023-cü il tarixli, 8/2621 nömrəli yol-nəqliyyat hadisəsinin məhkəmə ekspertizasının rəyindən görünür ki, ilkin kontakt anında «Hyundai Sonata» markalı **-DS- *** dövlət qeydiyyat nişanlı və «Fiat Doblo» markalı **-JB-*** dövlət qeydiyyat nişanlı təcili tibbi yardım avtomobillərin bir- birinə nəzərən qarşılıqlı vəziyyətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Nəqliyyat vasitələri arasında ilkin kontakt anında toqquşma «Hyundai Sonata» markalı avtomobilin qabaq sol tin hissəsi ilə «Fiat Doblo» markalı təcili tibbi yardım avtomobilin qabaq sol hissəsi arasında təxminən 20-25 dərəcə bucaq altında baş vermişdir. İstintaq tərəfindən müəyyən edildiyi kimi, toqquşma yerininin Dədə Qorqud kəndi istiqamətində sağ hərəkət zolağında, hərəkət hissəsinin sağ kənarından 1,8 metr məsafədə, sol kənarından isə 3,8 metr məsafədə yerləşməsi və ilkin kontakt anında nəqliyyat vasitələrinin bir-birinə nəzərən qarşılıqlı vəziyyətlərindən məlum olduğu kimi, ilkin kontaktın «Hyundai Sonata» markalı avtomobilin qabaq sol tin hissəsi ilə «Fiat Doblo» markalı təcili tibbi yardım avtomobilin qabaq sol hissəsi arasında baş verməsi və ilkin kontakt anında «Fiat Doblo» markalı təcili tibbi yardım avtomobilin hərəkəti istiqamətində sola istiqamətlənmiş vəziyyətdə olması nəzərə alınmaqla ilkin kontakt anında avtomobillərin birbirinə nəzərən qarşılıqlı vəziyyətləri və avtomobillərin üzərində olan zədələr istintaq tərəfindən müəyyən edilən hadisə mexanizminə uyğundur. Qeyd edilir ki, toqquşma yeri toqquşma nəticəsində nəqliyyat vasitələrindən ayrılaraq hadisə yerinə tökülmüş hissələrə, hadisə yerində qalmış təkər izlərinə və nəqliyyat vasitələrinin alt hissələrinin asfalt səthi ilə kontaktı zamanı hərəkət hissəsində yaranan izlərə və nəqliyyat vasitələrindən tökülmüş mayelərə əsasən ilkin olaraq hadisə yerinin müayinəsi zamanı müəyyən edilir. Torpaq, rəng hissəcikləri və xırda şüşə, plastmas hissələri həcmcə kiçik və çəkisi az olduğundan, həmin hissəciklər nəqliyyat vasitələrinin toqquşması zamanı zərbə nəticəsində ayrılaraq praktiki olaraq toqquşma yerinə düşürlər. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə «Fiat Doblo» markalı təcili tibbi yardım avtomobilin sürücüsü Təqsirləndirilən şəxs göstərdiyi toqquşma yeri real toqquşma yerinə uyğun deyildir, istintaq tərəfindən müəyyən edilən toqquşma yeri isə, yəni toqquşma yerinin Dədə Qorqud kəndi istiqamətində sağ hərəkət zolağında, yolun asfalt ötüyünün sağ kənarından 1,8 metr məsafədə yerləşməsi real toqquşma yerinə uyğundur. İstintaq tərəfindən müəyyən edildiyi kimi, toqquşma yerinini Dədə Qorqud kəndi istiqamətində sağ hərəkət zolağında, hərəkət hissəsinin sağ kənarından sola doğru 1,8 metr məsafədə yerləşməsi və ilkin kontak anında avtomobillərin bir-birinə nəzərən qarşılıqlı vəziyyətləri nəzərərə alınmaqla toqquşmadan əvvəl «Fiat Doblo» markalı təcili tibbi yardım avtomobil «Hyundai Sonata» markalı avtomobiliin hərəkət zolağına çıxmış vəziyyətdə olmuşdur. Hadisə yerində «Hyundai Sonata» markalı və «Fiat Doblo» markalı təcili tibbi yardım avtomobillərə məxsus tormoz izi qalmadığından «Hyundai Sonata» markalı və «Fiat Doblo» markalı təcili tibbi yardım avtomobillərinin hərəkət sürətlərinin ekspertiza yolu ilə müəyyən etmək mümkün deyildir. İşdə olan məhkəmə-tibbi ekspertizanın xx.xx.2023-cü il tarixli 09 saylı rəyindən görünür ki, 1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi Respublika Neyrocərrahiyyə Xəstəxanası PHŞ də «Müştərək travma, qapalı fəqərə sütunu onurğa beyni travması, C5 səviyəsində onurğa beyninin ağır dərəcəli əzilməsi, C5 fəqərəsinin sınıq və çıxığı, tetraplegiya, döş qəfəsinin küt travması, hər iki ağciyərin əzilməsi» diaqnozu ilə stasionar müalicədə olmuş, xx.xx.2023-cü il tarixdə yaşadığı evdə ölmüşdür. Müayinə zamanı 5-ci boyun fəqərəsinin cisminin, çıxıntılarının qapalı yerdəyişən sınığı, sınıq proyeksiyasında yumşaq toxumaların qansızması, onurğa beyninin əzilməsi, qansızması, baş beynin və ağ çiyərin ödemi, daxili orqanların doluqanlılığı, sağ əlin üst səthində 3-cü əldarağı sümüyü proyeksiyasında, sol ayağın üst səthində 1-ci ayaqdarağı sümüyü proyeksiyasında inyeksiya izləri, sol ayağın üst səthində 1-ci ayaqdarağı sümüyü proyeksiyasında sıyrıq. Aşkar edilmiş xəsarətlər-5-ci boyun fəqərəsinin cisminin, çıxıntılarının qapalı yerdəyişən sınığı, sınıq proyeksiyasında yumşaq toxumaların qansızması, onurğa beyninin əzilməsi, qansızması, sol ayağın üst səthində 1-ci ayaqdarağı sümüyü proyeksiyasında sıyrıq-həyatidir, küt travma təsirinə malik əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2023-cü il tarixə uyğundur, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma əlamətlərinə malikdirlər. Xəsarətlər qərarda göstərilən şəraitdə əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs1 ölümündən az əvvəl spirtli içkilər və güclütəsir edici maddələr qəbul etməmişdir. Zərərçəkmiş şəxs1 ölümünə səbəb, onurğanın boyun şöbəsinin qapalı küt travması, 5-ci boyun fəqərəsinin sınması nəticəsində onurğa beyninin əzilməsi olmuşdur. Ölüm müddəti müayinədən 3-4 saat əvvələ uyğun gəlir. İşdə olan məhkəmə-tibbi ekspertizanın xx.xx.2023-cü il tarixli 09 A saylı rəyindən görünür ki, 1986-cı il təvəllüdlü X7 xəsarətlərinin xarakterini nəzərə alsaq, həmin xəsarətlər qərarda göstərilən şəraitdə avtomobilin salonunda zərərçəkmişin xərəkdə bağlanıbbağlanmamasından asılı olmayaraq, oturaq, uzanmış vəziyyətdə olarkən, avtomobilin hissələrinin təsirindən əmələ gəlmişdir. X7 ölümünə səbəb, onurğanın boyun şöbəsinin qapalı küt travması, 5-ci boyun fəqərəsinin sınması nəticəsində onurğa beyinin əzilməsi olmuşdur. Xəstənin təcili yardım maşınında daşınması zamanı, hansı qaydada yerləşdirilməsi, hansı qaydada fiksasiya olunması haqqında fikir söyləmək ekspert səlahiyətinə aid deyil. Meyitin müayinəsi zamanı, onun ölümünə səbəb ola biləcək digər xəstəlik əlaməti aşkar olunmamışdır. İşdə olan məhkəmə-tibbi ekspertizanın xx.xx.2023-cü il tarixli 255 saylı rəyindən görünür ki, 1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs2 müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-sol incik sümüyünün aşağı 1/3-də qapalı sınıq, sağ gözün üst qapağında, sol əlin 1-ci barmağının ovuc səthində çapıqlar-sağalmış yaraların izləri küt əşyanın/əşyalarının təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Xəsarətlər qərarda göstərilən şəraitdə əmələ gələ bilərdi. İşdə olan məhkəmə-tibbi ekspertizanın xx.xx.2023-cü il tarixli, 256 nömrəli ekspert rəyindən görünür ki, 2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs4 müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-sağ körpücük sümüyünün qapalı oynaqdaxili sınığı, sağ bayır topuğun qapalı sınığı küt əşyanın/əşyaların/ təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Xəsarətlər qərarda göstərilən şəraitdə əmələ gələ bilərdi. İşdə olan məhkəmə-tibbi ekspertizanın xx.xx.2023-cü il tarixli, 253 nömrəli ekspert rəyindən görünür ki, 1970-cu il təvəllüdlü Zərərçəkmiş şəxs3 müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-sağ bazu sümüyünün qapalı yerdəyişmiş sınığı, alın nahiyəsində çapıqsağalmış yaraların izləri küt əşyanın/əşyaların/ təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Xəsarətlər qərarda göstərilən şəraitdə əmələ gələ bilərdi. İşdə olan əlavə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 20 iyun 2024-cü il tarixli, 8/1360 saylı rəyindən görünür ki, hadisənin müdafiə tərəfinin təqdim etdiyi mexanizm üzrə baş verməsi şəraitində «Hyundai Sonata» markalı, **-DS-*** dövlət qeydiyyatı nişanlı avtomobilin sürücüsü Şahid2 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Şahid2 avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun həərkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Şahid2 avtomobili hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yolda 60-65 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlşadırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. Hərəkət üçün təhlükə yaranan anda «Fiat Doblo» markalı, **-JB-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən olduğu məsafənin 35,7 metrdən kiçik məsafədə olmasının məhkəmə tərəfindən müəyyən edilməsi şəraitində sürücü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Qanunun tələblərinə uyğunsuzluq olmamışdır. Hərəkət üçün təhlükə yaranan anda «Fiat Doblo» markalı, **-JB-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən olduğu məsafənin 35,7 metrdən böyük məsafədə olmasının məhkəmə tərəfindən müəyyən edilməsi şəraitində sürücü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İşdə olan Azərbaycan DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri və iş yeri üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilmədiyini, hadisənin Şahid2 idarə etdiyi «Hyundai Sonata» markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun idarə etdiyi avtomobilin hərəkət zolağına çıxması və həmin hərəkət zolağında toqquşması nəticəsində, yəni Şahid2 təqsiri təqsiri ucbatından baş verdiyini, lakin hadisə idarə etdiyi avtomobilin yolunda baş versə də, TTY avtomobilinin irəli çəkilərək «Hyundai Sonata» markalı avtomobilin yoluna gətirildiyini, hadisə yerinin sxeminin düzgün tərtib edilmədiyini göstərmişdir. Məhkəmə müdafiə tərəfinin göstərdiyi dəlillərlə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, işdə olan hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli, 11633 nömrəli protokoldan görünür ki, sürücülər Təqsirləndirilən şəxs və Şahid2 tərəfədindən toqquşma yerləri fərqli göstərilsə də, Təqsirləndirilən şəxs göstərdiyi toqquşma yerində toqquşmaya xarakterik hər hansı bir iz aşkar olunmadı. Şahid2 göstərdiyi toqquşma yerində isə avtomobillərin sınıb düşmüş hissləri, avtomobillərdən tökülmüş avtomobil yağına oxşar mayelər vardır. Buna görə də toqquşma yeri kimi Şahid2 göstərdiyi yer qəbul olunur. Hadisədən əvvəl Şahid2 idarə etdiyi «Hyundai Sonata» markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobil Saatlı-Dədə Qorqud istiqamətində, Təqsirləndirilən şəxs idarə etdiyi «Fiat Doblo» markalı **-JB-*** dövlət qeydiyyat nişanlı avtomobil isə əks, Dədə Qorqud-Saatlı istiqamətində hərəkətdə olub. Hadisə yerində «Hyundai Sonata» markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobil qabaq hissəsi tam əzilərək deformasiyaya uğramış, təkərləri üstündə dayanmış vəziyyətdə müəyyən olundu. Həmin avtomobilin qabaq tərəfi çəpinə formada Dədə Qorqud kəndi istiqamətində yolun hərəkət istiqaməti tərəfə dayanmış, qabaq sağ təkəri yol çiyini üzərində, qabaq sol təkəri isə yolun hərəkət hissəsində dayanmış vəziyyətdə müşahidə edildi. «Fiat Doblo» markalı **-JB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təkərləri üstə qabaq hissəsi əzilərək deformasiyaya uğramış vəziyyətdə, çəpinə qabaq hissəsi Saatlı şəhəri istiqamətində dayanmış vəziyyətdə tam olaraq yol üzərində dayanmış vəziyyətdə müşahidə edildi. Yol üzərində tormozlamaya xarakterik izlər müşahidə edilmədi. Baxış zamanı sürücülər nəqliyyat vasitələrinin toqquşma yerlərini müxtəlif göstərsələr də, hadisə yerində avtomobillərin hadisədən sonra qaldıqları yerlələrə, toqquşmaya xarakterik avtomobilin detallarının sınıb yerə düşməsindən, avtomobillərdən axan mayelərdən, yol üzərindəki toqquşmaya xarakterik izlərdən toqquşma yerinin Şahid2 göstərdiyi yer olduğu müəyyən edilmişdir. Bundan başqa, müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş yolnəqliyyat hadisələri üzrə ekspert X18 ifadəsində göstərmişdir ki, nəqliyyat vasitələrinə baxış keçirən zaman «Fiat Doblo» markalı təcili tibbi yardım avtomobilinin üzərindəki əziklər öndən arxaya və sağdan sola doğru istiqamətlənmiş, «Hyundai Sonata» markalı minik avtomobilinin üzərindəki əziklər isə öndən arxaya və soldan sağa doğru istiqamətlənmişdi. Bu hal da onu göstərir ki, «Fiat Doblo» markalı avtomobil «Hyundai Sonata» markalı minik avtomobilinin yoluna çıxmışdır. Əgər «Fiat Doblo» markalı təcili tibbi yardım avtomobili öz yolunda getdiyi zaman «Hyundai Sonata» markalı minik avtomobili onun yoluna çıxmış olsaydı «Fiat Doblo» markalı təcili tibbi yardım avtomobilin üzərindəki əziklərin istiqaməti qabaqdan arxaya və soldan sağa doğru istiqamətlənmiş olardı. Lakin həm istintaq materiallarından, həm də avtomobillərə keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, «Fiat Doblo» markalı təcili tibbi yardım avtomobilin üzərindəki əziklərin istiqaməti qabaqdan arxaya və sağdan sola doğru istiqamətlənmişdir. Bu hal da onu göstərir ki, «Fiat Doblo» markalı avtomobil «Hyundai Sonata» markalı minik avtomobilinin yoluna çıxmışdır. Bundan başqa, müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs idarə etdiyi, “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” PHŞ-yə məxsus, «Fiat Doblo» markalı **-JB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürətlər qutusu mexanika olduğundan onun qəzadan sonra əllə itələnməsi mümkün deyil. Göründüyü kimi, məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutlarla Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan dəlilləri təkzib olunur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən irəli sürülmüş dəlilləri məsuliyyətdən yayınmaq üçün özünü müdafiə məqsədilə verilmiş hesab edir. Müdafiə tərəfi həmçinin əlavə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 20 iyun 2024-cü il tarixli, 8/1360 saylı rəyinə əsaslanıb baş vermiş hadisədə Təqsirləndirilən şəxs təqsirinin olmadığını, əksinə hadisənin Şahid2 təqsiri icbatından baş verdiyini bildirir. Məhkəmə müdafiə tərəfinin qeyd olunan dəlilinə münasibətdə qeyd edir ki, sözügedən rəy məhz hadisənin müdafiə tərəfinin göstərdiyi mexanizm üzrə, yəni Şahid2 idarə etdiyi «Hyundai Sonata» markalı, **-DS-*** dövlət qeydiyyatı nişanlı avtomobilin Təqsirləndirilən şəxs idarə etdiyi «Fiat Doblo» markalı, **-JB-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət yoluna keçməsi və avtomobilin toqquşma yerindən olduğu məsafənin 35,7 metrdən kiçik məsafədə olmasının müəyyən edilməsi şəraitində sürücü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanının olmadığını göstərir. Halbuki məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutlarla müdafiə tərəfinin mövqeyinin əksinə olaraq hadisənin məhz Şahid2 idarə etdiyi «Hyundai Sonata» markal avtomobilin yolunda baş verdiyi təsdiq olunur. Odur ki, məhkəmə müdafiə tərəfinin qeyd olunan dəlilini əsassız hesab edir. Bundan başqa, müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X6 və X1 ifadələrində tanımadıqları şəxslərin hadisə yerində olan avtomobillərin yerini dəyişmək məqsədilə avtomobilləri itələdiklərini göstərmişlər. Məhkəmə həmin şəxslərin verdiyi ifadələrə tənqidi yanaşaraq şahidlərin Təqsirləndirilən şəxs yaxınları olmaqla onun məsuliyyətdən azad edilməsində maraqlı olduqları üçün təqsirləndirilən şəxsin xeyrinə ifadə verdiklərini nəzərə alıb onların ifadələrini mötəbər sübut kimi qəbul etmir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir.Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi, barəsində CM-nin 62 və ya 70-ci maddəsinin tətbiqi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam, hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. X20 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 ilə barışıq əldə etməsini, hadisələrin təsadüfi axarı zəminində ehtiyatsızlıqdan ilk dəfə az ağır cinayət törətməsini, hadisənin məhz təqsirləndirilən şəxsin mərhum Zərərçəkmiş şəxs2 ixtisaslaşdırılmış tibbi yardımla təmin edilərək həyatının xilas edilməsi üçün idarə etdiyi avtomobillə xəstəxanaya apararkən baş verməsini, ölmüş zərərçəkmiş şəxsin ailə üzvləri ilə barışıq əldə etməyə cəhd göstərməsini, iş və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Buna görə də məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, hadisənin baş vermə şəraitini, cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Odur ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalıdır. İşdə olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, aparılmış tədqiqatın dəyəri 384 manat təşkil edir. Ona görə də həmin xərc Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının Dövlət büdcəsinə köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində iki il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş il müddətə azadlıqdan məhrum etmə cəzasın təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. İş üzrə 384 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmün icrası Saatlı rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən elan oldunduğu vaxtdan 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(055)-1/2025
Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-1/2025
17.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver