Məhkəmə qərarları › İş №1(055)-10/2023

Saatlı Rayon Məhkəməsi Qərar — İş №1(055)-10/2023

16.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 1(055)-10/2023 16.01.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakları ilə, 17 avqust 1988-ci il tarixdə Saatlı rayonunun Genişkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmuş və məhkumluğu ödənillmiş, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs 04 sentyabr 2022-ci il tarixdə saat 20 radələrində Saatlı şəhəri, Cavanşir küçəsində yaşadığı evin yaxınlığında idarə etdiyi “VAZ 2107” markalı, **- BD-*** dövlət qeydiyyat nişanlı avtomobilinin təkərlərinin altından çıxan çınqıl daşlarının qonşusu Zərərçəkmiş şəxs idarə etdiyi “Opel Astra” markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq şüşəsinə və sağ farasına dəyərək sınması ilə əlaqədar aralarında yaranmış mübahisə zamanı sonuncunun ona nalayiq ifadələr işlətməsi səbəbindən yumruqla bir dəfə burun nahiyyəsinə qəsdən vuraraq burnun əzilməsi, burnun belində qançır, yumruqla bir dəfə dodaq nahiyyəsinə qəsdən vuraraq üst dodaqda yara və sillə ilə bir dəfə boyun nahiyyəsinə qəsdən vuraraq boynun sağ yan səthində sıyrıqdan ibarət qəsdən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, yəni sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə baxışı iclasında Təqsirləndirilən şəxs ərizə təqdim edərək ifadəsində göstərdi ki, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilir, etdiyi əməldən peşmandır. 04 sentyabr 2022-ci il tarixdə saat 20 radələrində Saatlı şəhəri, Cavanşir küçəsində yaşadığı evin yaxınlığında idarə etdiyi “VAZ 2107” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilinin təkərlərinin altından çıxan çınqıl daşlarının qonşusu Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilə dəyməsi ilə əlaqədar aralarında yaranmış mübahisə zamanı sonuncunun ona nalayiq ifadələr işlətməsi səbəbindən Zərərçəkmiş şəxs yumruqla vuraraq xəsarətlər yetirmişdir.Hal-hazırda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs üzr istəyərək onunla barışmış, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur və onu bağışlamışdır. Ona görə də onun cinayət məsuliyyətindən azad edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs hazırki məhkəmə iclasında iştirak etməsə də, məhkəməyə teleqram ünvanlayaraq ona dəymiş ziyanın ödənildiyini, şikayətinin olmadığını bildirmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Odur ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsi ilə də təsdiq olunduğundan məhkəmə onun ifadəsini iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmə baxışı iclasında Şahid ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun oğludur, Təqsirləndirilən şəxs isə onunla qonşuluqda yaşayır, düşmənçilik və ədavəti olmamışdır. 04 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxsla oğlu Zərərçəkmiş şəxs arasında baş vermiş münaqişə zamanı Murad İlqarı döyərək xəsarət yetimişdir.O da əsəbiləşib DİN-in 102 xidməti zəng mərkəzinə Təqsirləndirilən şəxs oğlu İlqarı döyməsi barədə məlumat vermişdir. Lakin qeyd edir ki, Təqsirləndirilən şəxs oğlu dəymiş ziyanı tam şəkildə ödəmiş və barışıq əldə edilmişdir. Oğlunun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. İşdə olan məhkəmə-tibbi ekspertizanın 05 sentyabr 2022-ci il tarixli 292 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş burnun əzilməsi, burnun belində qançır, üst dodaqda yara, boynun sağ yan səthində sıyrıq küt əşyanın /əşyaların/ təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri 04 sentyabr 2022-ci il tarixə uyğundur, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İşdə olan hadisə yerinin baxışının keçirilməsi haqqında 05 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə Saatlı şəhəri Cavanşir küçəsində Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinin yaxınlığında baş vermişdir. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə toplanmış materaial üzrə CPM-nin 40.2.2-ci maddəsinə əsasən cinayət işi başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs həmçinin Saatlı Rayon Məhkəməsinin 11 avqust 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətə islah işləri cəzasına cəzasına məhkum edilmişdir. Hazırda məhkumluğu yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma- min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Həmin Məcəllənin 15.2 və 128-ci maddələrindən görünür ki, təqsirləndirilən şəxsin ittiham olunduğu əməl böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. CM-nin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən CM-nin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə, təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Məhkəmə diqqətə çatdırır ki, 01 dekabr 2017-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən, şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Hazırda qüvvədə olan cinayət qanunvericiliyinin mənasından göründüyü kimi, 01 dekabr 2017-ci ildən (“Qeyd” hissəsini 72-ci maddəyə əlavə edən 20 oktyabr 2017-ci il tarixli Qanunun qüvvəyə mindiyi gündən) əvvəl CM-in 72-ci və 73-cü maddələri ilə cinayət məsuliyyətindən azad edilmiş şəxslərin həmin tarixdən sonra yenidən CM-in 72-ci və ya 73-cü maddələri ilə cinayət məsuliyyətindən azad edilməsi mümkündür. Ona görə ki, şəxs əvvəllər CM-in 72-ci və 73cü maddələri ilə dəfələrlə məsuliyyətdən azad edilə bilərdisə, 01 dekabr 2017-ci ildən etibarən yalnız bir dəfə məsuliyyətdən azad olunmaq imkanına malikdir. Bu halda hazırda qüvvədə olan CM-in 72-ci maddəsinin “Qeyd” hissəsi cinayət törətmiş şəxsin vəziyyətini ağırlaşdıran müddəa nəzərdə tutduğuna görə CM-in 10.4-cü maddəsinin tələbinə əsasən onun geriyə qüvvəsi yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.4-cü maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırda qüvvədə olan CM-in 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndi təqsirləndirilən şəxsin vəziyyətini ağırlaşdırdığına görə, həmin bənd ona münasibətdə şamil oluna bilməz. Beləliklə, məhkəmə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs barışmasını, zərər çəkmiş şəxsin şikayətinin olmamasını, eləcə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə başlanmış cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilərək iş üzrə icraata xitam verilməsi barədə özünün və zərər çəkmiş şəxsin ərizə və ifadələrini nəzərə alıb, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsaslanaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə əlavə olaraq qeyd edir ki, iş üzrə icraata xitam verilməli olduğundan təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə olunmalı əmlak və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qəraraaldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilərək barəsində olan cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu gündən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Mirlətif Sadıqov Əsli ilə düzdür Hakim: Mirlətif Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar