Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-10/2025 07.01.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Saatlı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1993-cü il tarixdə Sabirabad rayonunun Ulacalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Sabirabad rayonunun Ulacalı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında saat 16:30-da baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə 7,84 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz əldə edib, üzərində daşıyaraq saxlamış, 23 sentyabr 2024-cü il tarixdə saat 19 radələrində Saatlı rayonu Çolpı kəndi ərazisində həmin narkotik vasitə qurudulmuş marixuananın 01 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 1,16 qramını satış məqsədi ilə daşıyıb xalası oğlu Şahid1 10 manat pul müqabilində qanunsuz olaraq satmış, 24 sentyabr 2024-cü il tarixdə saat 11:00 dəqiqədə Saatlı rayonu Çolpı kəndində Şahid1 yaşadığı evin yaxınlığında yol kənarında qalan 6,68 qram çəkidə qurudulmuş marixuananı satış məqsədilə üstündə daşıyarkən Saatlı RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Saatlı Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş, orada həmin tarixdə saat 11:45 dəqiqədə üzərinə baxış keçirilərkən əynində olan cins şalvarın sağ yan cibindən 01 ədəd polietilen bükümdə həmin 6,68 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, yəni satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etmiş, daşımış, saxlamış və qanunsuz olaraq narkotik vasitəni satmışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Saatlı rayonu Çolpı kəndində xalası oğlu Şahid1 toy axşamına getmiş, xalası oğluyla danışarkən narkotik vasitə satmaq barədə heç bir danışığı olmamış, onlara gəldikdən sonra sadəcə onunla birlikdə narkotik vasitə olan “nəşə” çəkmişlər. Narkotik vasitəni heç kimdən almamış, özü istifadə etmək üçün bir balaca ağac əkmişdir. Həmin gecə xalası oğlu ilə bir yerdə nəşə çəkmişlər. Bundan sonra Şahid1 maşınla toya gələn qohumları gətirməyə getmişdir. Toy axşamından sonra eşitmişdir ki, xalası oğlu maşınla qəza törətmişdir. Qəzanı törədəndən sonra polislər tərəfindən tutulmuş, onun adını hallandırmışdır. Onu polis şöbəsinə gətirəndə üzərində heç bir narkotik vasitə olmamışdır. Polis əməkdaşları onu döymüşlər. O da məcbur qalıb etirafedici ifadə vermişdir. O narkotik vasitənin satışı ilə məşğul olmamışdır, onun evinə belə baxış keçirilməmişdir. Hal-hazırda özünü yüklənmiş kimi hesab edir. Odur ki, özünü təqsirli bilmir və barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs həmçinin göstərdi ki, onu dayısı Aqamərdan Aqayevlə birlikdə eyni avtomobillə polis şöbəsinə gətirmişlər. Onları qonşu otaqlarda döyərək işgəncə vermişlər. İşgəəncə verilərkən onlar bir-birlərinin səslərini eşitmişlər. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o Vasiflə toy axşamına narkotik vasitə olan nəşə gətirməyi barədə danışmışdır. Vasif də balaca bir bükümdə nəşə gətirmişdir. O, Vasifi gətirən taksinin 10 manat xidmət haqqını vermişdir. Vasif də narkotik vasitədən ona vermişdir. Həmin gün Vasiflə birlikdə narkotik vasitə istifadə etməmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Saatlı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, təxminən sentyabr ayının axırlarında təhqiqat bölməsindən əməliyyat tədbiri ilə bağlı məlumat daxil olmuşdur. Onlar gedib evi müəyyən etmişlər. Ev Saatlı rayonunun Qıraqlı kəndində olmuşdur. Yəni onun yadında belə qalmışdır. Təqsirləndirilən şəxsi götürüb Saatlı rayon Polis Şöbəsinə gəlmişlər. Şöbənin növbətçi hissəsinə daxil olduqda üzərilərində artıq olan əşyalar təhvil verilməlidir. Təhvil verilən zaman təqsiriləndirən şəxs üzərində narkotik vasitə olduğunu demiş, onu polis əməkdaşlarına təqdim etmişdir. Çəkilişlə narkotik vasitəni zərfləşdirdikdən sonra tərəziyə qoymuşlar. İstintaq bölməsinin müstəntiqi Nurlan müəllim narkotik vasitənin haradan əldə etdiyini soruşmuşdur. Təqsirləndirən şəxs müstəntiqin sualına cavab olaraq əvvəllər satış məqsədi olmadığını, həyətində bir ədəd nəşə ağacı olduğunu, onu istifadə etdiyini, qalanını isə qurutduğunu bildirmişdir. Müstəntiqin “əvvəllər kiməsə narkotik vasitə vermisən” sualına cavab olaraq təqsirləndirilən şəxs bir qohumu oduğunu, ona bir dəfə 10 manata verdiyini demişdir. Şahid qismində dindirilmiş Şahid2 ona verilən suallara cavab olaraq göstərdi ki, Saatlı RPŞ-də kimisə döymək söhbəti ola bilməz. Ondan əlavə də təqsirləndirilən şəxsin qohumu özü demişdir ki, o Vasifdən narkotik vasitə almışdır, məbləği də demişdir. Bu hal çəkilişlə təsdiqlənmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə istintaqında şahid qismində dindirilmiş X3 göstərdi ki, bacısı oğlunun toyu günü təxminən səhər saat 10 radələrində balıq tutmağa getmişdir. Həmin vaxt polis əməkdaşları ona yaxınlaşmış, narkotik vasitələrdən istifadə etməsinə dair polis şöbəsinə məlumat daxil olduğunu bildirmiş, onu Saatlı RPŞ-yə gətirmişlər. Həmin vaxt üstündə bir büküm narkotik vasitə olmuşdur. Bacısı uşaqlarının tutulduğunu bilmişdir. Lakin o bacısı uşaqlarının yanında olmamışdır. Onu ayrıca olaraq Saatlı RPŞ-yə gətirmişlər. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 24 sentyabr 2024-cü il tarixli “əşyaya baxış keçirilməsi və götürülməsi barədə” protokoldan və “DVD” diskdə olan videoçəkilişdən görünür ki, Saatlı rayonu Çolpı kəndində qeydiyyatda olan və yaşayan Şahid1 əynindəki şalvarın sol cibindən 01 ədəd polietilen kəsiyi bükümü ilə birlikdə çəkisi 1.29 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, Şahid1 həmin kütləni xalası oğlu Təqsirləndirilən şəxs 10 manat pul müqabilində aldığını etiraf etmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 24 sentyabr 2024-cü il tarixli “şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokoldan və “DVD” diskdə olan videoçəkilişdən görünür ki, Sabirabad rayonu Ulacalı kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs üstündən 01 ədəd polietilen kəsiyi bükümü ilə birlikdə çəkisi 6.91 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 24 sentyabr 2024-cü il tarixli “əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan və “DVD” diskdə olan videoçəkilişdən görünür ki, Sabirabad rayonu Ulacalı kənd sakini Təqsirləndirilən şəxs üstündə saxladığı və polis əməkdaşlarına təqdim etdiyi 1 ədəd bükümdə olan kütlənin narkotik vasitə qurudulmuş marixuananı 2024-cü ilin mart ayında Sabirabad rayonu Ulacalı kəndində yaşadığı evin həyətində əkmiş olduğu 1 ədəd narkotik tərkibli çətənə bitkisinin yarpaqlarını qurutmaqla əldə etdiyini və özü istifadə etmək məqsədilə üzərində saxladığını bildirmiş, Təqsirləndirilən şəxs şifahi sorğu əsasında həmin kütlədən xalası oğlu Şahid1 10 manat pul müqabilində 1 ədəd polietilen kəsiyi bükümündə narkotik vasitə qurudulmuş marixuana satdığını etiraf etmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 bölməsinin 24 sentyabr 2024-cü il tarixli, 18/818 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Şahid1 üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi – 1,16 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 bölməsinin 25 sentyabr 2024-cü il tarixli, 18/825 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi – 6,68 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana ilə Şahid1 aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eynitərkiblidir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasının “səhhətin müayinə edilməsi” barədə 827/11 saylı aktından görünür ki, xx.xx.2011-xx.xx.2011-ci il tarixdə aparılmış stasionar müayinələr nəticəsində Təqsirləndirilən şəxs “affektiv tipli şəxsiyyət pozuntusu primitiv şəxsdə” diaqnozu qoyulmuşdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Pisixiatrik Ekspertiza Mərkəzi” X8 məhkəmə-psixiatrik ekspertizasının 26 oktyabr 2024-cü il tarixli, 3126 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə “emosional davamsız şəxsiyyət pozuntusu” qeyd olunmuşdur. Təqsirləndirilən şəxs aşkar edilən "emosional davamsız şəxsiyyət pozuntusu" törətdiyi əməl dövründə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda emosional davamsız şəxsiyyət pozuntusu aşkar olunur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini şərh olunan qaydada törədərək istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə 7,84 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz əldə etməsi, üzərində daşıyaraq saxlaması, 23 sentyabr 2024-cü il tarixdə saat 19 radələrində Saatlı rayonu Çolpı kəndi ərazisində həmin narkotik vasitə qurudulmuş marixuananın 01 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 1,16 qramını satış məqsədi ilə daşıyıb xalası oğlu Şahid1 10 manat pul müqabilində qanunsuz olaraq satması, 24 sentyabr 2024-cü il tarixdə saat 11:00 dəqiqədə Saatlı rayonu Çolpı kəndində Şahid1 yaşadığı evin yaxınlığında yol kənarında qalan 6,68 qram çəkidə qurudulmuş marixuananı satış məqsədilə üstündə daşıyarkən Saatlı RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılması, Saatlı Rayon Polis Şöbəsinin inzibati binasına gətirilməsi, orada həmin tarixdə saat 11:45 dəqiqədə üzərinə baxış keçirilərkən əynində olan cins şalvarın sağ yan cibindən 01 ədəd polietilen bükümdə həmin 6,68 qram narkotik vasitə qurudulmuş marixuananın aşkar edilərək götürülməsi, yəni satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etməsi, daşıması, saxlaması və qanunsuz olaraq narkotik vasitəni satması məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməlini etiraf etməsə də, ona istinad edilən cinayəti törətməsi iş üzrə dindirilmiş şahidlər Şahid1, Şahid2 və X1 ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla yanaşı, cinayət işinə əlavə edilmiş 24 sentyabr 2024-cü il tarixli “əşyaya baxış keçirilməsi və götürülməsi barədə”, 24 sentyabr 2024-cü il tarixli “şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında”, 24 sentyabr 2024-cü il tarixli “əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokollarla, həmin protokollara əlavə edilmiş foto şəkillərlə və həmçinin də axtarış və götürmə aparılarkən video çəkilişi aparılaraq cinayət işinə əlavə edilmiş “DVD” disklərə baxış keçirilərkən də öz təsdiqini tapmışdır. Yəni təqsirləndirilən şəxsin göstərdiyi xüsusatlar məhkəmə iclası zamanı tədqiq edilmiş sübutların məcmusu ilə təkzib olunmuşdur. Ona görə də, Təqsirləndirilən şəxs bu ifadəsi özünü müdafiə etmək məqsədi ilə verilmiş sayılmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9-cu maddəsinə, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını nisbətən aşağı həddə təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsin 18 oktyabr 2024-cü il tarixli, 6888 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş “Sabirabad Rayon Mərkəzi Xəstəxanası” X8 03 oktyabr 2024-cü il tarixli, 747 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Sabirabad Rayon Mərkəzi Xəstəxanası” X8 poliklinika şöbəsinin narkoloji kabinetində və psixonevroloji xəstəlikləri ilə bağlı dispanser qeydiyyatında yoxdur. Ona görə də Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan xalis çəkisi 7.78 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 24 sentyabr 2024-cü il tarixli 18/818 saylı 25 sentyabr 2024-cü il tarixli 18/825 saylı ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, aparılmış tədqiqatın dəyəri 63 (altmış üç) manat 90 (doxsan) qəpik təşkil edir. Ona görə də, həmin xərc Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia, maddi ziyan və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib üç il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 24 sentyabr 2024-cü il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan xalis çəkisi 7.78 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə 63 (altmış üç) manat 90 (doxsan) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmdən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(055)-10/2025
Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-10/2025
07.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver