Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-100/2025 02.12.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X1, Müdafiəçi, Saatlı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 2003-cü ildə İmişli rayonu Qaraqaşlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, sürücülük fəaliyyəti ilə məşğul olan, İmişli rayonu Qaraqaşlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında saat 11:45-də baxaraq məhkəmə, Müəyyənetdi: Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 18:00 radələrində özünə məxsus idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «VAZ 21074» markalı, ** BE *** dövlət qeydiyyat nişanlı minik avtomobilini Hacıqabul-Horadiz avtomobil yolunun Saatlı rayonu Varxankənd kəndi ərazisindən keçən 71-ci kilometrliyində Hacıqabul istiqamətində hərəkət etdirərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 80 km/saat sürətlə avtomobili idarə edib həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobili icazə verilən sürətlə idarə etməli, yolun sol çiynində hərəktdə olan piyadadan vaxtında hərəkətin təhlükəsizliyini təmin edən təhlükəsiz yan məsafəsi saxlamalı, piyadanın yanından hərəkətin təhlükəsizliyini təmin edib keçib getməli, piyadanın yolun sol çiynində olduğu vəziyyətdə avtomobili yolun sol çiyninə çıxartmamalı, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunu etməyərək avtomobilin idarə olunması üçün lazımi əməliyyatları vaxtında və düzgün yerinə yetirməyib avtomobilin qabaq sağ qarşı hissəsi ilə yolun sol çiynində adi yerişlə hərəkətdə olan piyada 1991-ci il təvəllüdlü X5 vurmuş, nəticədə onun tərəfindən yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan Həsən Aslanovun ənsə-sağ təpə sümüklərinin açıq basılmış, qəlpəli sınığı, sınıq proyeksiyasında baş beyinin sərt və yumşaq qişasının cırılması, qansızması, baş beynin əzilməsi, qansızması, sol bud və sol qamış sümüklərinin açıq qəlpəli sınığı, sağ bud sümüyünün aşağı 1/3-də qapalı yerdəyişən sınıq, sınıq proyeksiyasında yumşaq toxumada qansızma, ənsə nahiyəsində, sol budun aşağı 1/3-də iç səthində yaralar, alın nahiyəsində, sol gözaltı nahiyədə, sağ budun aşağı 1/3-də bayır səthində qançırlar, sağ saidin bayır səthində, sol iç topuq proyeksiyasında sıyrıqlar kimi xəsarətləri ilə müşayiət edilən dərəcəsinə görə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq, başın açıq küt travması nəticəsində baş beyin toxumasının əzilməsi səbəbindən zərər çəkmiş şəxsin hadisə yerində ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o taksi fəaliyyəti ilə məşğuldur. Hadisə baş verən gün evlərindən, yəni İmişli rayonu Qaraqaşlı kəndindən Saatlı rayonu istiqamətinə yem çəkdirmək üçün öz avtomobili ilə hərəkət etmişdir. İmişli-Saatlı magistral yolunda ötmə əməliyyatı etməyə çalışan zaman qarşıdakı avtomobil ona yol vermədiyi üçün çaşmış, idarəetməni itirmiş və yolun kənarı ilə hərəkət edən piyadanı vurmuşdur. Həmin vaxt sürəti təxminən 80 km/saat olmuşdur. Hadisədən dərhal sonra təcili tibbi yardıma zəng etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmək üçün cəhdlər etmişlər, onlara dəymiş ziyanı ödəmək istəmişlər, lakin barışıq əldə olunmamışdır. Əməlindən peşmandır, vicdan əzabı çəkir və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Ona görə də, göstərdiklərinin nəzərə alınaraq məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin hüquqi varisinin ifadəsi, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Məhkəmə istintaqında zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, hadisə baş verdiyi gün evə gəlirmiş. Ona zəng edərək qardaşını avtomobil vurduğunu bildirmişlər. Hadisə yerinə gələrək hər şeyi görmüşdür. Bu hadisə ehtiyatsızlıqdan deyil, səhlənkarlıqdan olmuşdur. Hadisə baş verən ərəfədə təqsirləndirilən şəxsin ailəsi onlara gələrək üzrxahlıq etməmiş, yalnız hadisədən 15-20 gün sonra gəlmişlər. O, 4 aydır təqsirləndirilən şəxsin cəzalandırılmasını gözləyir. Aralarında barışıq yoxdur. Təqsirləndirilən şəxs və ailə üzvləri barışmağa cəhd etsələr də, barışmamışdır. Hazırki vaxta qədər barışmadıqlarından, bundan sonra da barışmağa lüzum yoxdur. Ona görə də, təqsirləndirilən şəxsin cəzalandırılmasını xahiş edir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA birliyinin xx.xx.2025-ci il tarixli 08 nömrəli məhkəmə-tibbi ekspertiza rəyindən görünür ki, 1991-ci il təvəllüdlü mərhum X4 meyitində aşkar edilmiş xəsarətlərənsə-sağ təpə sümüklərinin açıq basılmış, qəlpəli sınığı, sınıq proyeksiyasında baş beyinin sərt və yumşaq qişasının cırılması, qansızması, baş beynin əzilməsi, qansızması, sol bud və sol qamış sümüklərinin açıq qəlpəli sınığı, sağ bud sümüyünün aşağı 1/3-də qapalı yerdəyişən sınıq, sınıq proyeksiyasında yumşaq toxumada qansızma, ənsə nahiyəsində, sol budun aşağı 1/3-də iç səthində yaralar, alın nahiyəsində, sol gözaltı nahiyədə, sağ budun aşağı 1/3-də bayır səthində qançırlar, sağ saidin bayır səthində, sol iç topuq proyeksiyasında sıyrıqlar-həyatidir, küt travma təsirinə malik əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2025-ci il tarixə uyğundur, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma əlamətlərinə malikdirlər. Xəsarətlər qərarda göstərilən şəraitdə əmələ gələ bilərdi. X6 ölümündən az əvvəl spirtli içkilər və güclü təsiredici maddələr qəbul etməmişdir. X4 ölümünə səbəb almış olduğu başın açıq küt travması nəticəsində, baş beyin toxumasının əzilməsi olmuşdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 26 iyul 2025-ci il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokodan görünür ki, hadisə Hacıqabul- Horadiz avtomobil yolunun Saatlı rayonu Varxankənd kəndi ərazisindən keçən 71-ci kilometrliyində baş vermişdir. Həmin yol asfaltörtüklü, düz və quru yoldur. Yol iki tərəflidir, qarşı-qarşıya gələn nəqliyyat vasitələrini ayırmaq üçün yolun tən ortasından tək ağ qırıqqırıq xətt çəkilmişdir. Yolun hərəkət hissəsində yol üzərində hər hansı bir yol nişanı və ya nişanlanma xətti yoxdur. Hadisə günəşli havada baş vermişdir, Hadisə baş verən yolun sağ kənarında 3.6 metr ehtiyyat hissə, sol kənarında 50 metr yolun ehtiyyat hissəsi, sonra sağdan yaşayış evləri, soldan ticarət obyektləri və yaşayış evləri yerləşir. Hadisə yerində yol örtüyünün eni 8 metr, hərəkət hissəsinin eni 8 metrdir, hərəkət zolaqlarının sayı 1-dir. Avtomobil Hacıqabul istiqamətində hərəkətdə olmuşdur. Piyada Hacıqabul istiqamətində yolun sol ehtiyat hissəsində sol kənarında sol ehtiyat hissəyə doğru 4 metr məsafədə vurulmuşdur. Piyada Hacıqabul istiqamətinə sol ehtiyat hissə ilə adi yerişlə hərəkətdə olmuşdur. Baxış zamanı hadisə yerində olan «VAZ 21074» markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qabaq alın şüşəsi və arxa hissəsi əzilmişdir. Baxış zamanı “Murad” kafenin kameralarından hadisənin görüntüsü götürüldü, fotoşəkillər çəkilmiş və sxem tərtib olunmuşdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 oktyabr 2025-ci il tarixli 8/2040 nömrəli ekspert rəyindən görünür ki, «VAZ 21074» markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 80 km/ saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 26 iyul 2025-ci il tarixli 320 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, sürücü Təqsirləndirilən şəxs hadisə zamanı nəqliyyat vasitəsini idarə edərkən ayıq vəziyyətdə olmuşdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsi tərəfindən verilmiş 11 avqust 2025-ci il tarixli 3-13-16/2-159685/2025 nömrəli məktubundan və sürücülük vəsiqəsinin surətindən görünür ki, DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə (xx.xx.2032-ci il tarixədək etibarlı olan) BD 803606 nömrəli «B1 B C1 C» kateqoriyalı sürücülük vəsiqəsi verilib və onun onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş «VAZ 21074» markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin BD seriyalı 642015 nömrəli qeydiyyat şəhadətnaməsindən görünür ki, nəqliyyat vasitəsi Təqsirləndirilən şəxs mülkiyyətindədir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini şərh olunan qaydada törədərək xx.xx.2025-ci il tarixdə saat 18:00 radələrində özünə məxsus idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «VAZ 21074» markalı, ** BE *** dövlət qeydiyyat nişanlı minik avtomobilini Hacıqabul-Horadiz avtomobil yolunun Saatlı rayonu Varxankənd kəndi ərazisindən keçən 71-ci kilometrliyində Hacıqabul istiqamətində hərəkət etdirərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 80 km/saat sürətlə avtomobili idarə edib həmin Qanunun 36cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobili icazə verilən sürətlə idarə etməli, yolun sol çiynində hərəktdə olan piyadadan vaxtında hərəkətin təhlükəsizliyini təmin edən təhlükəsiz yan məsafəsi saxlamalı, piyadanın yanından hərəkətin təhlükəsizliyini təmin edib keçib getməli, piyadanın yolun sol çiynində olduğu vəziyyətdə avtomobili yolun sol çiyninə çıxartmamalı, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunu etməyərək avtomobilin idarə olunması üçün lazımi əməliyyatları vaxtında və düzgün yerinə yetirməyib avtomobilin qabaq sağ qarşı hissəsi ilə yolun sol çiynində adi yerişlə hərəkətdə olan piyada 1991-ci il təvəllüdlü X5 vurması, nəticədə onun tərəfindən yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan Həsən Aslanovun ənsə-sağ təpə sümüklərinin açıq basılmış, qəlpəli sınığı, sınıq proyeksiyasında baş beyinin sərt və yumşaq qişasının cırılması, qansızması, baş beynin əzilməsi, qansızması, sol bud və sol qamış sümüklərinin açıq qəlpəli sınığı, sağ bud sümüyünün aşağı 1/3-də qapalı yerdəyişən sınıq, sınıq proyeksiyasında yumşaq toxumada qansızma, ənsə nahiyəsində, sol budun aşağı 1/3-də iç səthində yaralar, alın nahiyəsində, sol gözaltı nahiyədə, sağ budun aşağı 1/3-də bayır səthində qançırlar, sağ saidin bayır səthində, sol iç topuq proyeksiyasında sıyrıqlar kimi xəsarətləri ilə müşayiət edilən dərəcəsinə görə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq, başın açıq küt travması nəticəsində baş beyin toxumasının əzilməsi səbəbindən zərər çəkmiş şəxsin hadisə yerində ölümünə səbəb olan yol nəqliyyat hadisəsini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmək üçün cəhdlər etməsini (təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisinə məhkəmə iclas zalında üzürxahlıq edərək nağd şəkildə 10000 manat pul təklif etmişdir), yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlindən səmimi peşmançılıq keçirməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Qərarda qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Buradan görünür ki, CM-nin 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam, hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyininə dair məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların (ilk dəfə cinayət əməli törətməsi, təqsirini səmimi olaraq etiraf etməsi, etdiyi əmələ görə peşmançılıq çəkməsi, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməsi və maddi cəhətdən köməklik göstərilməsi üçün cəhdlər etməsi) olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmalı və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Təqsirləndirilən şəxs islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən, CM-in 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, baxılan iş üzrə edilmiş cəhdlərə baxmayaraq zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməmişdir. Lakin qeyd edilən hal mövcud olduğu təqdirdə cəzanı yüngülləşdirən hal kimi nəzərə alınması, bu halın olmadığı təqdirdə cəzanın ağır olmasını özündə ehtiva etmir. Belə ki, cinayət qanunvericiliyində cəzanı ağırlaşdıran halların dairəsi dəqiq müəyyən olunmuş (CM 61-ci mad.), oxşar işlər üzrə hüquqi varisi ilə barışıq əldə edilmədiyi təqdirdə bir mənalı şəkildə təqsirləndirilən şəxsə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə əlaqədar daha yuxarı həddə cəza təyin edilməsinə dair cinayət qanunvericiliyində hər hansı imperativ norma və ya buna dair vahid məhkəmə təcrübəsi mövcud deyildir. Əksinə Ali Məhkəmə anoloji işlər üzrə bir sıra qərarlarında, o cümlədən 07 yanvar 2025-ci il tarixli 1(102)-182/2025 saylı qərarında qeyd etmişdir ki, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməməsi təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın ağır olmalı olduğunu özündə ehtiva etmir. Belə hallarda bir mənalı şəkildə təqsirləndirilən şəxsə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə əlaqədar daha ağır cəza təyin edilməsinə dair cinayət qanunvericiliyində hər hansı imperativ norma və ya buna dair vahid məhkəmə təcrübəsi mövcud deyildir. Buna görə də məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tələbi nəzərə alınmaqla Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Odur ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təyin edilmiş cəza ilə əlaqədar Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək həbs qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. İşdə olan 08 oktyabr 2025-ci il tarixli 8/2040 saylı ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 85 manat təşkil edir. Ona görə də həmin xərc Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia, maddi ziyan və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli bu gündən, yəni 02 dekabr 2025-ci il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan “VAZ 21074” markalı ** BE *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sahibində saxlanılması nəzərə alınsın. İş üzrə 85 (səksən beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmün icrası İmişli rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(055)-100/2025
Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-100/2025
02.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver