Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-101/2025 26.11.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi, Saatlı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1973-cü ildə Saatlı rayonu, Sarıcalar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işsiz, Saatlı rayonu Sarıcalar kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi 6 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını, 2025-ci ilin aprel ayının əvvəlində yaşadığı Saatlı rayonu Sarıcalar kəndindəki evinin bağ sahəsində daş hasarın kənarında torpağa 1 ədəd, orada olan 3 ədəd plastik qabın hər birinə 1 ədəd, oradan təxminən 20 metr aralıqda müxtəlif növ tərəvəz bitkilərinin arasında torpağa 1 ədəd, bağ sahəsinin giriş hissəsində gül bitkilərinin arasında torpağa 1 ədəd qanunsuz olaraq əkmiş, 16 avqust 2025-ci il tarixədək müddət ərzində ümumilikdə 6 ədəd xeyli miqdarda çətənə (kannabis) bitkilərini suvarıb qulluq göstərərək, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri yetişdirməklə xeyli miqdarda kultivasiya etmiş, həmin ünvanda 16 avqust 2025-ci il tarixdə saat 13:05 dəqiqədə əməliyyat tədbiri həyata keçirən Saatlı RPŞnin əməkdaşları tərəfindən onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman həmin 6 ədəd xeyli miqdarda yaş vəziyyətdə, ümumi çəkisi 4500 qram olan əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar olunaraq götürülmüşdür. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 1 ildir ki, o, narkotik vasitə olan marixuana qəbul edir. 2025-ci ilin əvəllərində yaşadığı Sarıcalar kəndindən keçən avtomobil yolunun kənarında piyada hərəkət edən zaman zibillik olan ərazidə, yerdə ağ rəngli kağız bükülünün olduğunu görmüşdür. Həmin kağız bükülü diqqətini cəlb etmiş və onu yerdən götürüb içərisinə baxan zaman içərisində nəşə toxumu olduğunu görmüşdür. O, nəşə çəkdiyi üçün onun toxumlarını tanımışdır. Həmin toxumu yaşadığı evə gətirərək, evdə gizlədib saxlamışdır. 2025-ci ilin aprel ayının əvəllərində həmin toxumu əkib becərmək qərarına gəlmiş və 3 ədədi plastik qabda, 1 ədədi torpağa əkilmiş vəziyyətdə olmaqla 4 ədədini fərdi yaşayış evinin bağ sahəsində yerləşən daş hasarın kənarında, ondan təxminən 20 metr kənarda tərəvəz bitkilərinin arasında 1 ədədini, həyətyanı bağ sahəsinin giriş hissəsində gül bitkilərinin arasında 1 ədədini, ümumilikdə 6 ədədini əkmişdir. O, toxumlara mütəmadi olaraq su verib, qulluq etmişdir. Bitkilər boy atmağa başlamışdır. 16 avqust 2025-ci il tarixdə təxminən saat 13 radələrində o, evdə olarkən polis əməkdaşları yaşadığı evin qarşısına gələrək onu səsləmişlər və o, evin qarşısına gəlmişdir. Polis əməkdaşları öz xidməti vəsiqələrini ona göstərmiş və onun qanunsuz olaraq narkotik tərkibli bitkilərinin əkilib-becərilməsi ilə məşğul olması barədə məlumat aldıqlarını və buna görə də həyətyanı sahəyə baxış keçirəcəklərini bildirmişlər. Baxış zamanı video çəkiliş aparılacağı barədə öncədən ona məlumat verilmişdir. Polis əməkdaşları ondan həyətyanı sahəyə baxış keçirilməsinə etirazının olub-olmamasını soruşmuşlar. O, baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Sonra polis əməkdaşları baxış keçirməyə başlamışlar. Baxış zamanı o, səmimi olaraq özünə məxsus həyətyanı sahədə çətənə bitkilərini əkdiyini bildirmiş və həmin yeri göstərmişdir. Evin həyətyanı sahəsindəki bağ hissəsində əkmiş olduğu 06 ədəd çətənə bitkilərini polis əməkdaşlarına təqdim etmişdir. İlkin sorğu zamanı o, həmin nəşə kolarını özü çəkmək üçün əkib becərdiyini, həmin bitkilərə özünün qulluq etdiyini, sonuncu dəfə həmin bitkilərə 1-2 gün əvvəl su verib diblərini yumşaltdığını etiraf etmişdir. Polis əməkdaşları ilə birlikdə gələn aqronom da əkdiyi çətənə bitkilərinə baxıb, bitkilərə qulluq olunması barədə rəy tərtib edib polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra həmin 06 ədəd yaş vəziyyətdə olan əkib becərdiyi nəşə kolları torpaqdan çıxarılmışdır. Həmin nəşə kolları bir ədəd polietilen torbaya yığılıb qablaşdırılaraq möhürlənmişdir. Həmçinin nəşə kollarının qablaşdırıldığı torbanın üzərində imza etmişdir. Sonda baxış zamanı aşkar edilənlərlə bağlı protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, o da polis əməkdaşları kimi protokola imza etmişdir. Sonda məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli, onun özünün etirafı ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadəsi, maddi sübut, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Saatlı RPŞ-nin CAB-nin NMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 16 avqust 2025-ci il tarixdə Saatlı rayonu Sarıcalar kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində narkotik tərkibli bitkilərin əkib-becərməsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar raportla Saatlı RPŞ-nin rəisinə məruzə etdikdən sonra, həmin tarixdə tərəfindən qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar rəis tərəfindən təsdiq olunmuşdur. Bundan sonra həmin qərarın icrası ilə əlaqədar keçirilən tədbirlə bağlı onun, Saatlı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2, Saatlı RPŞ-nin Təqhiqat bölməsinin təhqiqatçısı Afiq Abduləliyevin və əvvəlcədən dəvət edilərək hüquq və vəzifələri izah edilmiş mütəxəssis-aqronom Tural İbrəhimlinin iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına getmişlər. Yaşadığı evin giriş qapısının yaxınlığında olan Təqsirləndirilən şəxs həyətyanı torpaq sahəsində narkotik tərkibli bitkilər əkib-yetişdirməsi barədə məlumat daxil olduğunu, bununla əlaqədar həyətyanı sahəyə baxış keçiriləcəyini bildirərkən Təqsirləndirilən şəxs baxışın keçirilməsinə etiraz etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs özünün də iştirakı ilə baxış keçirilməyə başlanılmış və baxış zamanı Təqsirləndirilən şəxs həyətyanı sahəsində narkotik tərkibli bitkiləri əkdiyini və onların yerini göstərə biləcəyini qeyd etmişdir. Bundan sonra yaşadığı evin bağ sahəsində daş hasarın yaxınlığında 1 ədəd torpağa əkilmiş və 3 ədəd plastik qabda torpağa əkilmiş ümumilikdə 4 ədəd, bundan təxminən 20 metr aralıqda müxtəlif növ tərəvəz bitkilərinin arasında 1 ədəd, həyətyanı sahənin giriş hissəsində gül bitkilərinin arasında 1 ədəd olmaqla ümumilikdə 6 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkiləri aşkar etmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs həmin bitkilərin çətənə bitkiləri olduğunu, öz istifadəsi üçün 2025-ci ilin aprel ayında özünün əkib-yetişdirdiyini bildirmişdir. Baxışda iştirak edən aqronom Tural İbrəhimli tərəfindən həmin 6 ədəd bitkiyə baxış keçirilmiş və Tural İbrəhimli bildirmişdir ki, həmin bitkilərinə aqrotexniki qaydada becərilmə və qulluq işləri aparılmışdır. Bununla bağlı Tural İbrəhimli tərəfindən rəy tərtib edilərək təqdim olunmuşdur. Həmin 6 ədəd bitkilər tərəflərindən əkildikləri yerdən çıxarılaraq ekspertizaya göndərilməsindən ötrü bir ədəd sintetik torbada qablaşdırılmış, həmin torba Azərbaycan Respublikası DİN-nin 89 №-li möhürü ilə möhürlənib götürülmüşdür. Tədbirdə iştirak edən şəxslər, polis əməkdaşları və Təqsirləndirilən şəxs həmin qablaşdırmanın üzərində imza etmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin bağ sahəsində aşkar edilmiş həmin 6 ədəd çətənə bitkilərinə oxşar bitkilərdən başqa narkotik vasitə və ya narkotik tərkibli bitkilərinə oxşar bitkilər aşkar edilməmişdir. Sonda baxışın keçirilməsi barədə Saatlı RPŞ-nin TB-nin təhqiqatçısı tərəfindən tərtib edilmiş protokol ucadan oxunmuş, doğru yazıldığı üçün o da, baxışda iştirak edən digər şəxslər kimi imza ilə protokolun doğruluğunu təsdiq etmişlər. Baxış zamanı videoçəkiliş aparılmışdır. Məhkəmə istintaqı zamanı elan edilmiş Şahid2 istintaq zamanı verdiyi ifadəsində Şahid1 ifadəsi ilə eyni məzmunda ifadə vermişdir. İşdə olan “Baxış keçirilməsi haqqında” 16 avqust 2025-ci il tarixli protokoldan, ona əlavə olan videoçəkilişdən görünür ki, Saatlı rayonu, Sarıcalar kənd sakini Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinin həyətyanı bağ sahəsinin müxtəlif hissələrindən ümumilikdə 06 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərinə oxşar bitkilər aşkar edilərək götürülmüşdür. İşdə olan məhkəmə-bioloji ekspertizanın 17 avqust 2025-ci il tarixli 18/596 nömrəli rəyində göstərilmişdir ki: Tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs həyətyanı sahəsindən...” sözləri və imzalar olan sintetik torbada ümumi sayı 06 ədəd, yaş vəziyyətdə, ümumi çəkisi – 4500,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş orqanoleptik əlamətlərinə və tərkiblərinə eyni tərkibli olan narkotik tərkibli çətənə (kannabis) bitkiləridir.Aqronomun rəyinə əsasən təqdim olunmuş 06 ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. İşdə olan mütəxəssis rəyinə əsasən Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinin həyətyanı bağ sahəsinin müxtəlif hissəsində əkib-yetişdirdiyi ümumilikdə 06 ədəd narkotik tərkibli çətənə bitkilərinə becərilmə və aqrotexniki qaydada qulluq işləri aparılmışdır. İşdə olan məhkəmə-narkoloji ekspertin xx.xx.2025-ci il tarixli 5588 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya , intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülmür. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini yuxarıda şərh olunan qaydada törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunan qərarının 2-ci və 3-cü bəndlərində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs ilk dəfə məhkum olunmasını, hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən 16 avqust 2025-ci il tarixdə şübhəli şəxs qismində tutularaq 18 avqust 2025-ci il tarixədək həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs 16 avqust 2025-ci il tarixdən 18 avqust 2025ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün ona təyin olunacaq cəzadan çıxılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan 06 ədəd çətənə (kannabis) bitkisi məhv edilməlidir. İş üzrə maddi sübut olan 1 ədəd disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə 31,95 (otuz bir manat doxsan beş qəpik) manat ekspertiza xərci tərsirləndirilən şəxs Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia, maddi ziyan və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353 və 356-cı maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 02 (iki) il, 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 avqust 2025-ci il tarixdən 18 avqust 2025-ci il tarixədək şübhəli şəxs qismində tutularaq 02 (iki) gün həbsdə saxlanılmasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ona təyin olunmuş iki il, altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından dörd gün çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan 06 ədəd çətənə (kannabis) bitkisi məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə 31,95 (otuz bir manat doxsan beş qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmün icrası Saatlı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(055)-101/2025
Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-101/2025
26.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver