Məhkəmə qərarları › İş №1(055)-102/2025

Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-102/2025

26.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-102/2025 26.11.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi - Saatlı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1963-cü ildə Saatlı rayonu Telmankənd (indiki Əhmədbəyli) kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmayan, fərdi əməklə məşğul olan, Saatlı rayonu Əhmədbəyli kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə, Müəyyənetdi: Təqsirləndirilən şəxs 20 oktyabr 2025-ci il tarixdə saat 16 radələrində yaşadığı Saatlı rayonu Əhmədbəyli kəndi ərazisində yerləşən cöl sahədə həmkəndlisi Zərərçəkmiş şəxs ilə aralarında olan mübahisəli torpaq üstündə şəxsi münasibətlər zəminində mübahisə edib dalaşaraq əlində olan bel ilə sonuçunun sinə və kürək nahiyəsinə vurub yerə yıxaraq ona, döş qəfəsinin arxa səthində sağ kürəkaltı nahiyədə fluktasiyaediçi hematoma, sol məmə xətti üzrə 6-8-çi qabırğa səviyyəsində, sol diz oynağının ön səthində qancırların əmələ gəlməsi ilə nətiçələnən, dərəçəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətləri yetirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Saatlı rayonu Əhmədbəyli kəndində yaşayır. Fərdi əməklə məşğul olur. Zərərçəkmiş şəxs tanıyır, həmkəndlisidir, əvvəllər onunla heç bir ədavəti və düşmənciliyi olmamışdır. 2023-cü ildə xatırlamadığı vaxtda Saatlı rayon Əhmədbəyli kəndində yerləşən çöl sahədə sənədlə 80 sot əkin əkmək üçün torpaq almışdır. Həmin torpaq sahəsinə 30 sot bitişik olan torpaq sahəsi vardır. Həmin torpaq sahəsi şor kanalın ehtiyyat hissəsi və qorunma zolağıdır. Həmin torpaq sahəsini vaxtı ilə Zərərçəkmiş şəxs oğlu Vahid İbadov əkib becərmiş, sonradan həmin 30 sot torpaq sahəsini o, 2023-cü ildə 550 manat pul müqabilində qeyri rəsmi olaraq Vahiddən almışdır. Bundan sonra ümumilikdə torpaq sahəsi 1 hektar 10 sot olmuşdur. 2023-cü ildən hər il həmin torpaq sahəsini əkib becərmişdir. xx.xx.2025-ci il tarixdə həmin 1 hektar 10 sot torpaq sahəsinə arpa əkmək üçün şumlatdırmışdır. xx.xx.2025-ci il tarixdə torpaq səhəsini hamarlatdırmışdır. xx.xx.2025-ci il tarixdə saat təxminən 14 radələrində arpa əkmək üçün torpaq sahəsinə gəldikdə görmüşdür ki, Vahidin ona satdığı 30 sot torpaq sahəsinə Vahidin atası Zərərçəkmiş şəxs tərəfindən yonca səpilib. Həmçinin 80 sot torpaq sahəsi ilə 30 sot torpaq sahəsinin arasına tirə vurulub. O, bu barədə Saatlı RPŞ-yə ərizə ilə müraciət etmişdir. Daha sonra kənd bələdiyyəsinin sədri Samir Ağayevi əraziyə dəvət etmişdir ki, baxıb Aydının onun ərazisinə icazəsiz yonca toxumu səpdiyini görsün. Samir Ağayev əraziyə gəlib baxmış və ona, həmin 30 sot torpaq sahəsinin onun və Aydının olmadığını, həmin torpaq sahəsi şor kanalının qorunma zolağı olduğunu, qeyd olunan ərazi onun sahəsinə yaxın olduğu üçün həmin torpaq sahəsinin onun sayıldığını demişdir. X2, “əmlak komitəsinə müraciət et, dövlət rüsumunu köçür onlar gəlib ölçsünlər torpağın kimə məxsus olduğu tam aydınlaşsın” demişdir. O, bu təkliflə razılaşmışdır. Samir Ağayev ona, bu barədə Aydının özünədə deyəcəyini deyib sonra çıxıb getmişdir. Bundan sonra o, əraziyə həmkəndlisi traktorçu Talehi çağırmışdır. Taleh sahəyə gəlmiş, o, Talehə, “tirəni səhf çəkmisən poz həmin 30 sot torpaq sahəsi mənimdir” demişdir. Sonra tirəni pozmaq istəyən vaxt Zərərçəkmiş şəxs gəlib traktorun qarşısını kəsərək buna etirazın bildirmişdir. Bu vaxt Aydın ona, “torpağı sənə vermiyəcəm” demişdir. O, həmin vaxt Aydına, “bu 30 sot torpağı sənin oğlun Vahid İbadov 550 manat məbləğində mənə satıb” demişdir. Aydın ona, “mənim bu barədə məlumatım yoxdur, oğlum mənə deməyib, torpağ mənimdir”. Saat təxminən 16 radələrində aralarında mübahisə yaranmış, Aydın onun yaxasından tutub istəmişdir ki, onu döysün, lakin o, Aydını vurmamış, əli ilə sinə nahiyəsindən itələmiş, nəticədə Aydın yerə yıxılmışdır. Bundan sonra o, oradan çıxıb getmişdir. Sonda Təqsirləndirilən şəxs məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin, şahidin ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Saatlı rayonu Əhmədbəyli kəndində yaşayır. Təqsirləndirilən şəxs tanıyır, həmkəndlisidir, əvvəllər heç bir ədavəti və düşmənciliyi olmamışdır. xx.xx.2025-ci il tarixdə Saatlı rayon Əhmədbəyli kəndində yerləşən özünə məxsus 30 sot torpaq sahəsini şumlatdırmışdır ki, yonca əksin. xx.xx.2025-ci il tarixdə torpaq sahəsini hamarlatdıraraq yonca əkmişdir. Həmin torpaq sahəsi həmkəndlisi Təqsirləndirilən şəxs ilə qonşu sahədə yerləşir. xx.xx.2025-ci il tarixdə saat təxminən 16 radələrində bələdiyyənin sədri X4 ona zəng vurub, “çöl sahəyə gəl, burada Təqsirləndirilən şəxs ilə torpaqla bağlı mübahisəli vəziyyət yaranıb” demişdir. O, çöl sahəyə getmiş, həmin vaxt bələdiyyə sədri Samir Ağayev və həmkəndlisi Təqsirləndirilən şəxs orada olmuşlar. Samir Ağayev ona, “30 sot torpaq sahəsinə yonca əkmisən” deyərək həmin sahənin onun olduğunu sual etmişdir. O, da Samir Ağayevə torpaq sahəsinin onun olduğunu, dövlət tərəfindən pay verildiyini bildirmişdir. Samir ona, “Təqsirləndirilən şəxs deyir ki, bu torpaq mənimdir” demişdir. Bundan sonra Samir Əfqana, “torpağın kimə məxsus olduğunu dəqiqləşdirilməsi üçün Şirvan şəhər əmlak komitəsinə müraciət edin” demişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs heç bir söz deməmişdir. O, Samir Ağayevə, “torpaqla bağlı kim iddia irəli sürürsə o, yəni Təqsirləndirilən şəxs müraciət etsin” demişdir. Bundan sonra Samir oradan çıxıb getmişdir. O, sahədə suya baxmaq üçün qalmışdır. Həmin vaxt Təqsirləndirilən şəxsla məsafələri təxminən 2 metr olmuşdur. Təqsirləndirilən şəxs onu nalayiq söyüşlə söyüb təhqir etmiş, o, Əfqana, “söyüş söymək lazım deyil ayıbdır” demişdir. Daha sonra çıxıb getmək istəyərkən, bu vaxt Əfqan əlində olan bel ilə onun sinə nahiyəsinə bir dəfə vurmuş, nəticədə o, yerə yıxılmışdır. Bundan sonra Əfqan bel ilə onun kürək nahiyəsinə vurub ona xəsarət yetirmişdir. Həmin vaxt onlardan təxminən 10 metr kənarda olan həmkəndlisi Şahid gəlib müdaxilə edərək Əfqanın onu vurmağına qoymamışdır. Bundan sonra Təqsirləndirilən şəxs özünə məxsus avtomobilinə minib oradan uzaqlaşmışdır. O, təcili tibbi yardıma zəng vurmuş, təcili yardım gəlib ona ilkin tibbi yardım göstərmiş, daha sonra onu Saatlı RMXnın Acil şöbəsinə gətirmişlər. Bundan sonra xəstəxanada Təqsirləndirilən şəxs tərəfindən döyülməsi barədə Saatlı RPŞ-yə ərizə ilə müraicət etmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Saatlı rayonu Əhmədbəyli kəndində yaşayır. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır, onlarla həmkəndlidir, hər iki şəxslə heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Özünə məxsus MTZ-80 markalı traktoru var. Həmin traktorla hərdən bir tanıdığı həmkəndlilərinin xahişi ilə ot biçmiş, sahələrə tirə çəkmişdir. 2025-ci ildə xatırlamadığı vaxtda həmkəndlisi X3 təxminən saat 11 radələrində ona zəng vurub, Saatlı rayon Əhmədbəyli kəndində torpaq sahəsinə tirə çəkilməli olduğunu bildirərək, onun tarktorla tirə çəkə biləcəyini sual etmişdir. O, da Aydına tirə çəkə biləcəyini bildirmişdir. Bundan sonra Aydın ona, sahədə olduğunu, gəlməsini bildirmişdir. Təxminən bir saat sonra Aydının çağırdığı sahəyə getmiş, sonuncunun ona təqdim etdiyi sahəyə traktorla tirə çəkmişdir. İşi bitirdikdən sonra Aydın ona 10 manat zəhmət haqqı verib çıxıb getmişdir. Həmin günü saat təxminən 17 radələrində həmkəndlisi Təqsirləndirilən şəxs ona zəng vurub, “Aydının burda yeri yoxdur, bura tirə çəkmisən gəl bunu poz” demişdir. O, Əfqana, “gəlirəm” demişdir. Bundan sonra Aydına zəng vurub bu barədə demiş, Aydın ona, “sən get məndə gəlirəm” demişdir. O, sahəyə gəlib traktoru tirədən təxminən 3-4 metr aralıda saxlamışdır. Həmin vaxtı Əfqan orada olmuşdur. Əfqan ona yaxınlaşıb, “bura bizimdir pulnan 5 illik almışıq” demişdir. O, Əfqana, “özünüz aydınlaşdırın mən bu barədə heçnə bilmirəm” demişdir. Bu vaxt Aydın tək gəlmiş, Əfqanla aralarında torpaq üstündə mübahisə yaranmışdır. O, görmüşdür ki, mübahisələri genişlənir ona görədə onları sakitləşdirməyə çalışmışdır. Daha sonra onlara, “hökumətə müraciət edin gəlib ölçünlər, bu torpağın kimə məxsus olduğu müəyyənləşsin” demişdir. O, bu sözü dedikdən sonra Əfqanla Aydın sakitləşib razılaşmışlar. Daha sonra o, təxminən 3-4 metr traktora tərəf getmişdir ki, Aydının ucadan qışqırıq səsini eşitmiş, arxaya çönüb baxanda görmüşdür ki, Aydın yerə yıxılıb, Əfqanda həmin vaxt ucadan, “sənin yerin var burda?” demişdir. O, geriyə qayıdıb Əfqana, “çıx get burdan” demişdir. Bundan sonra Əfqan çıxıb getmişdir. Daha sonra Aydına yaxınlaşıb ona, “narahat olma, təcili tibbi yardıma zəng vurmuşam gələcəklər” deyib oradan çıxıb getmişdir. İşdə olan məhkəmə-tibbi ekspertizasının 27 oktyabr 2025-çi il tarixli 205 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-döş qəfəsinin arxa səthində sağ kürəkaltı nahiyədə fluktasiyaediçi hematoma, sol məmə xətti üzrə 6-8-çi qabırğa səviyyəsində, sol diz oynağının ön səthində qancırlar küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2025-çi il tarixə uyğun gəlir, dərəçəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Xəsarətlər müayinə olunanın göstərdiyi şəraitdə əmələ gələ bilərdi. İşdə olan hadisə yerinə baxış keçirilməsi haqqında 03 noyabr 2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Saatlı rayonu Əhmədbəyli kəndinin çöl sahəsidir. İşdə olan zərərcəkmiş şəxs Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş 10 noyabr 2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, zərərcəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında qeyd etdiklərin bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyib təsdiq edərək, 20 oktyabr 2025-ci il tarixdə yaşadıqları kəndin ərazisində yerləşən çöl torpaq sahəsində Təqsirləndirilən şəxs əlində olan bel ilə onun sinə nahiyəsindən vurub yerə yıxdığını, daha sonra bel ilə onun kürək nahiyəsinə vuraraq xəsarət yetirdiyini bildirmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxsn əvəllər məhkum olunmamışdır. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini yuxarıda şərh olunan qaydada törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xəsarət yetirməməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatlar məhkəmə iclasında zərər çəkmiş şəxsin və şahidin ifadəsi, ekspertiza rəyi, istintaq hərəkətləri protokolları və sənədlərlə, həmçinin toplanmış və məhkəmədə tədqiq edilmiş digər sübutlarla təkzib olundu. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs ifadəsini inandırıcı bilmir və hesab edir ki, onun ifadəsi özünü müdafiə xarakteri daşıyır və o, bu cür ifadə verməklə məsuliyyətdən yayınmağa çalışır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halın olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Saatlı rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən 20 (iyirmi) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsiə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar