Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 1(055)-106/2025 30.12.2025 SAATLI RAYON MƏHKƏMƏSİ (cinayət təqibinə xitam verilməsi haqqında) Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi, Saatlı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 01 fevral 1993-cü ildə Saatlı rayonu, Qırağlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Saatlı rayonu, Mustafabəyli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi 4 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını, 2025-ci ilin mart ayında Saatlı rayonu, Mustafabəyli kəndi ərazisindən keçən Sabir adına su kanalının kənarındakı X13 Sistemlərinin İstismarı idarəsinin balansında olan meşə zolağında, X2 məxsus pay torpaq sahəsinin yaxınlığında böyürtkən kollarının arasında qanunsuz olaraq torpağa əkmiş, 02 sentyabr 2025-ci il tarixədək əkdiyi 4 ədəd toxumdan cücərmiş çətənə (kannabis) bitkilərini mütəmadi suvarıb, diblərini yumşaltmaqla qulluq göstərərək, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri yetişdirməklə xeyli miqdarda kultivasiya etmiş, 02 sentyabr 2025-ci il tarixdə Saatlı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yuxarıda qeyd edilən ərazidə 4 ədəd xeyli miqdarda həmin narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək 02 sentyabr 2025-ci il tarixdə saat 11:25-dən 12:05-dək olan müddət ərzində aparılan baxış zamanı götürülmüşdür. Beləliklə, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda əkib-yetişdirərək kultivasiya etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2025-ci ilin mart ayında Saatlı rayonu Mustafabəyli kəndi ərazisindəki meşə zolağında 4 ağac “nəşə” deyilən narkotik əkmiş, qulluq etmiş, lakin, tam yetişməsinə polis əməkdaşları imkan verməmişlər. Belə ki, sentyabr ayında polis əməkdaşları onu saxlamışlar. Törətdiyi əməldən peşmandır. Ona görə də, məhkəmədən ona köməklik edilməsini və Azərbaycan Respublikasının Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilərək barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Saatlı RPŞ-nin Post-patrul xidməti bölüyünün manqa komandiri vəzifəsində işləyir, polis baş serjantıdır. 02 sentyabr 2025-ci il tarixdə Saatlı rayonu, Mustafabəyli kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Saatlı rayonu, Mustafabəyli kəndinin çöl sahəsində müxtəlif növ ağaclar əkilmiş ərazidə qanunsuz olaraq narkotik tərkibli bitkilərin əkib-becərməsi ilə məşğul olması barədə Saatlı RPŞ-nin CAB-nin əməliyyat müvəkilli Şahid1 daxil olmuş əməliyyat məlumatı əsasında digər polis əməkdaşları və aqronom ilə birlikdə Saatlı rayonu, Mustafabəyli kəndinin çöl sahəsinə getmişlər. Orada Təqsirləndirilən şəxs saxlanılmış və Təqsirləndirilən şəxs çöl sahədə narkotik tərkibli bitkilər əkib-yetişdirməsi barədə məlumat daxil olduğunu, bununla əlaqədar çöl sahəyə baxış keçiriləcəyini bildirərkən Təqsirləndirilən şəxs çöl sahədə 4 ədəd narkotik tərkibli çətənə bitkisi əkib-yetişdirdiyini etiraf etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs özünün də iştirakı ilə baxış keçirilməyə başlanılmış və baxış zamanı Təqsirləndirilən şəxs 4 ədəd narkotik tərkibli çətənə bitkilərini əkib-yetişdirdiyi yeri göstərmişdir. Çöl sahədə böyürtkən kollarının və alaq otlarının arasında 3 ədəd torpağa basdırılmış, 1 ədəd isə torpaqdan çıxarılmış, ümumilikdə 4 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkiləri aşkar etmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs həmin bitkilərin çətənə bitkiləri olduğunu, öz istifadəsi üçün özünün əkib-yetişdirdiyini bildirmişdir. Daha sonra, həmin bitkilər bir ədəd sintetik torbada qablaşdırılmış və tədbirdə iştirak edən polis əməkdaşları, aqronom və Təqsirləndirilən şəxs həmin qablaşdırmanın üzərində imza etmişlər. Baxış zamanı protokol tərtib edilmiş və videoçəkiliş aparılmışdır. İşdə olan 02 sentyabr 2025-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Saatlı rayonu, Mustafabəyli kənd sakini Təqsirləndirilən şəxs yaşadığı kəndin çöl sahəsində meşəlik ərazidə böyürtkən kolları ilə alaq otlarının arasında qanunsuz əkib yetişdirdiyi 4 ədəd çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. İşdə olan 02 sentyabr 2025-ci il tarixli aqronom rəyindən görünür ki, təqdim olunmuş 04 ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X7 bölməsinin 03 sentyabr 2025-ci il tarixli 18/639 saylı rəyindən görünür ki, Tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs əkib-becərdiyi...” sözləri və imzalar olan sintetik torbada ümumi sayı 03 ədəd yaş vəziyyətdə, ümumi çəkisi-55,0 qram və 01 ədəd quru vəziyyətdə təmiz çəkisi-10,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni tərkibli olan narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. İşdə olan “Saatlı Rayon Mərkəzi Xəstəxanası” X14 04 sentyabr 2025-ci il tarixli, 18- 1-65/2-653/2025 nömrəli məktubundan görünür ki, Ağayev X5 “Rayon Mərkəzi Xəstəxanası” X14 poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatında yoxdur. İşdə olan şübhəli şəxsin tutulması haqqında 02 sentyabr 2025-ci il tarixli protokol və polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında 04 sentyabr 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 02 sentyabr 2025-ci il tarixdən 04 sentyabr 2025-ci il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün saxlanılmış, 04 sentyabr 2025-ci il tarixdə onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İşdə olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan Saatlı RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kiçik leytenantı Səyyad Nadirovun 11 sentyabr 2025-ci il tarixli raportundan görünür ki, Saatlı rayonu Mustafabəyli kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs 11 sentyabr 2025-ci il tarixdən polisin nəzarəti altına götürülmüşdür. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsinin 07 oktyabr 2025-ci il tarixli 6200 saylı rəyinindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində qeydiyyata alınması məsləhət görülür. İşdə olan 17 oktyabr 2025-ci il tarixli 369 nömrəli arayış, şəxsiyyət vəsiqələri və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi arvadı X8, 13 oktyabr 2015-ci il təvəllüdlü oğlu-X9 və 29 oktyabr 2016-cı il təvəllüdlü oğlu- X4 ibarət olmaqla Saatlı rayonu Mustafabəyli kəndində yaşayır. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini şərh olunan qaydada törədərək istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi 4 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını, 2025-ci ilin mart ayında Saatlı rayonu, Mustafabəyli kəndi ərazisindən keçən Sabir adına su kanalının kənarındakı X13 Sistemlərinin İstismarı idarəsinin balansında olan meşə zolağında, X2 məxsus pay torpaq sahəsinin yaxınlığında böyürtkən kollarının arasında qanunsuz olaraq torpağa əkməsi, 02 sentyabr 2025-ci il tarixədək əkdiyi 4 ədəd toxumdan cücərmiş çətənə (kannabis) bitkilərini mütəmadi suvarıb, diblərini yumşaltmaqla qulluq göstərərək, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri yetişdirməklə xeyli miqdarda kultivasiya etməsi, 02 sentyabr 2025-ci il tarixdə Saatlı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yuxarıda qeyd edilən ərazidə 4 ədəd xeyli miqdarda həmin narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək 02 sentyabr 2025-ci il tarixdə saat 11:25dən 12:05-dək olan müddət ərzində aparılan baxış zamanı götürülməsi, yəni X3 qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda əkib-yetişdirərək kultivasiya etməsi məhkəmə istintaqında tam sübuta yetirilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin dispozisiyasından görünür ki, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə və ya yetişdirmə) cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 fevral tarixli 525-VQD nömrəli Qanununa əsasən qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan çətənə növlü bitkilərin miqdarı 3-15 ədəd olduqda xeyli miqdar başa düşülür. Təqsirləndirilən şəxs Ağayev X5 rayonu, Mustafabəyli kəndi ərazisindən keçən Sabir adına su kanalının kənarındakı X13 Sistemlərinin İstismarı idarəsinin balansında olan meşə zolağında, X2 məxsus pay torpaq sahəsinin yaxınlığında böyürtkən kollarının arasında qanunsuz olaraq 4 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumunu əkib onlara aqrotexniki qaydada qulluq göstərərək yetişdirməklə xeyli miqdarda kultivasiya etdiyindən onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1 və 39.1.12-ci maddələrinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Amnistiya aktının 1ci hissəsinin 1.16-cı bəndinə əsasən öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər amnistiya tətbiq edilən şəxslərin dairəsinə aiddirlər. Həmin Amnistiya aktının 5 və 5.1-ci bəndlərinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Amnistiya aktının 19 və 19.5-ci bəndlərinə əsasən amnistiya Azərbaycan Respublikası Cinayət, Cinayət-Prosessual və Cəzaların İcrası məcəllələrinin tələblərinə uyğun olaraq bu Qərarın 2.12-ci və 2.13-cü bəndlərində, 3-cü və 5-ci hissələrində nəzərdə tutulan şəxslər barəsində məhkəmələr tərəfindən tətbiq edilir. Həmin Amnistiya aktının 24-cü bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs himayəsində iki nəfər yetkinlik yaşına çatmayan şəxs olduğundan, onun Azərbaycan Respublikasının Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Amnistiya aktının 1-ci hissəsinin 1.16-cı bəndinə əsasən amnistiya tətbiq edilən şəxslərin dairəsinə aid olmasını, həmin Amnistiya aktınının 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlərin Təqsirləndirilən şəxs münasibətdə mövcud olmadığını nəzərə alıb belə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə, cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilərək cinayət təqibinə xitam verilməli olduğundan barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində qeydiyyata alınması məsləhət görülür. Ona görə də, onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan 04 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi məhv edilməlidir. İş üzrə maddi sübut olan baş vermiş hadisənin videogörüntüsünü özündə əks etdirən 1 ədəd CD-nin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İşdə olan 03 sentyabr 2025-ci il tarixli, 18/639 saylı ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik) manat təşkil edir. Ona görə də həmin xərc Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia, xüsusi müsadirə olunmalı əmlak və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qəraraaldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilərək cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan, 04 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi məhv edilsin. İş üzrə 31,95 (otuz bir manat doxsan beş qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. İş üzrə maddi sübut olan baş vermiş hadisənin videogörüntüsünü özündə əks etdirən 1 ədəd CD-nin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Qərardan elan olunduğu gündən 20 (iyirmi) gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(055)-106/2025
Saatlı Rayon Məhkəməsi Qərar — İş №1(055)-106/2025
30.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver