Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 1(055)-108/2025 30.12.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Qanuni nümayəndə, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1993-cü ildə Saatlı rayonu Qara Nuru kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmayan, fərdi əməklə məşğul olan, Saatlı rayonu Qara Nuru kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirimiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs 25 noyabr 2025-çi il tarixdə geçə saat 02 radələrində Saatlı rayonu Qara Nuru kəndində yaşadığı fərdi yaşayış evinin yataq otağında arvadı Qanuni nümayəndə ilə aralarında ailə münaqişəsi zəminində yaranmış mübahisə zamanı yumruqla sonuçunun baş nahiyəsinə bir necə zərbə vuraraq yerə yıxmış, sacından tutub döşəmədə sürüyərək carpayının yanına gətirmiş və başını carpayının taxtasına vurması ilə ona, təpə-alın nahiyyəsində hematoma, sol bazunun orta 1/3-də iç səthdə, sağ budun aşağı 1/3-də bayır səthdə, sol baldırın orta 1/3-də bayır səthdə qançırlar əmələ gəlməsi ilə nətiçələnən, dərəçəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Bu əməlinə görə təhqiqat orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Qanuni nümayəndə ilə 2012-ci il tarixində ailə həyatı qurmuşdur. Birgə nikahdan 2 övladları dünyaya gəlmişdir. Nikah dövründə onların münasibətləri yaxşı olmuş, aralarında hər hansısa bir ciddi narazılıq olmamışdır. Təxminən xx.xx.2025-ci il tarixdə qrip olduğu üçün qulaqları tutulduğundan eşitmə qabiliyyətini itirmişdir. Buna görə Sabirabad rayon mərkəzi xəstəxanasına gedib orada işləyən Azər adlı həkimin müayinəsindən keçmişdir. Həkim də ona müalicə olunmağı üçün dərman resepti yazmış və 10 gündən sonra təkrar müayinə olunacağını bildirmişdir. Lakin o, həkimin yazdığı dərmanları qəbul etsə də, xəstəliyi daha da şiddətlənib qulaq nahiyəsində güclü ağrılar yaranmışdır. Buna görə də xx.xx.2025-ci il tarixdə təxminən saat 10 radələrində təkrar müayinə olunmağı üçün Sabirabad RMX-ya gedib Azər həkimin qəbulunda olmuşdur. Həkim qulaq nahiyəsini müayinə edən zaman xəstəliyinin sağalmadığını deyib əlavə müayinə olunmağı üçün Şirvan şəhər mərkəzi xəstəxanasına getməyini tövsiyyə etmişdir. Lakin imkanı olmadığına görə Şirvan şəhər mərkəzi xəstəxanasına gedə bilməyib, yaşadığı kəndə qayıtmışdır. Həmin günü axşam saat təxminən 22 radələrində yaşadığı evdə olarkən arvadı Səidə ilə söhbət edən zaman onun nə dediklərini eşidə bilməmiş və buna görə Səidəyə təkrarən ucadan danışmasını bildirmişdir. Lakin yenə də Səidənin nə dediklərini eşidə bilmədiyinə görə əsəbiləşib onun üstünə yeriyib sağ əli ilə onun sifət nahiyyəsinə 2-3 dəfə sillə ilə vurmuşdur. Bundan sonra özünə gəlməyi üçün evdən həyətə çıxıb həyətdə siqaret çəkməyə başlamışdır. Təxminən yarım saat həyətdə oturduqdan sonra yenidən evə qayıdaraq yerinə girib yatmışdır. Səhər yuxudan oyandıqdan sonra evdən çıxıb mağazaya getmişdir. Mağazadan siqaret aldıqdan sonra yaşadığı evə geri qayıtmışdır. Evə gəldikdən bir qədər sonra qayınatası İlham və qayınanası Aygün onun yaşadığı evə gəlib onun Səidəni döydüyünə görə onu aparacaqlarını bildirmişlər. O, da onlara “neynəyirsiz edin qızınızı götürün aparın” demişdir. Bundan sonra arvadı Səidə valideyinlərinə qoşulub onlarla birlikdə çıxıb getmişdir. Sonradan Saatlı RPŞ-nin əməkdaşları mobil nömrəsinə zəng edib onu şöbəyə dəvət edən zaman bilmişdir ki, qayınatası İlham ondan şikayət etmişdir. O, izahatına əlavə olaraq bildirmişir ki, arvadı Səidəni döyən zamanı onun sifət nahiyəsinə sillə vursa da, onun saçından tutub yerə yıxdığını və başını çarpayıya vurduğunu xatırlamamış, ola bilsin vurandan sonra arvadı Səidə yerə yıxılaraq xəsarət almış, münaqişələri 3-5 dəqiqə ərzində baş vermiş, hadisə zamanı övladları həmin otaqda olmuşdur. Sonda məhkəməyə ərizə təqdim edərək, onun barəsində amnistiya aktı tətbiq edərək cinayət məsuliyyətindən azad edilərək iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs Qanuni nümayəndə ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxsla 2012-ci il tarixində ailə həyatı qurmuşdur. Birgə nikahdan 2 övladları dünyaya gəlmişdir. Nikah dövründə onların münasibətləri yaxşı olsa da, son vaxtlar Sahil onunla səbəbsiz yerə mübahisə etmiş və onu mütəmadi olaraq təhqir etmişdir. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə gecə saat 02 radələrində yaşadıqları evin yataq otağında həyat yoldaşı Sahil həmişəki kimi onunla səbəbsiz yerə mübahisə edib otaqda olan divanda oturduğu yerdə saçından tutub onu yerə yıxaraq yerdə sürüyüb onu çarpayının yanına aparmışdır. Çarpayının yanında Sahil onun başına bir neçə dəfə yumruq zərbəsi vurmuşdur. Bundan sonra başını çarpayının taxtasına vuraraq baş nahiyəsinə xəsarət yetirmişdir. Həmin gün səhər saatlarında o, anası Gülçöhrənin mobil nömrəsinə zəng edib Sahilin onu döyməsi barədə məlumat verərək gəlib onu aparmalarını bildirmişdir. Onun zəngindən sonra atası ilə anası onun yaşadığı evə gəlib onu yaşadıqları evə aparmışlar. Atasıgildə olarkən o, atasına baş verənləri olduğu kimi danışdıqdan sonra o, da DİN-in 102 xidmətinə zəng edib onun döyülməsi barədə məlumat vermişdir. Hazırda Təqsirləndirilən şəxsla barışmamışdır, ondan şikayətçidir. Lakin Təqsirləndirilən şəxs həbs olunmasını istəmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə səhər saatlarında qızı Qanuni nümayəndə ona zəng edərək əri Sahilin onu döydüyünü deyib onlara gəlməyini istəmişdir. O, da qızı Səidənin ona dediklərinə görə həyat yoldaşı ilə birlikdə Səidəgilə getmişdir. Səidəgildə olan zaman o, onlara Sahilin onu döyərək saçından tutub yerə yıxdığını, sonra yerdə sürüyərək baş nahiyyəsinə yumruqla, daha sonra isə başını çarpayının taxtasına vurduğunu bildirmişdir. O, Sahilin qızını döyməsindən əsəbiləşib qızı Səidəni və onunla gələn nəvəsi Rahillə birlikdə yaşadığı evə gəlmişlər. Evə gəldikdən sonra Səidə ona Sahilin vurmasına görə baş nahiyəsində güclü ağrıların əmələ gəldiyini demişdir. Buna görə də həkim çağırıb ona müalicə etdirmişdir. Qızı Səidənin döyülməsindən əsəbiləşib DİN-nin 102 xidmətinə zəng edib baş verənlər barədə məlumat vermişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 25 noyabr 2025-ci il tarixdə geçə saatlarında yaşadıqları evdə carpayıda yatan vaxt qəflətən qışqırıq səsləri eşidib yuxudan ayılmışdır. Başını qaldırıb baxarkən atası Sahilin anası Saidə ilə mübahisə etdiyini görmüşdür. Mübahisə zamanı atası Sahilin anası Səidəyə, «sən kimsən ki, ona elə sözlər deyirsən» deməsini eşitmişdir. Anası Səidə isə atası Sahilə çavab qaytaran zaman atası sillə ilə anasının sifət və baş nahiyəsinə vurub sacından tutub dartaraq yerə yıxmış və döşəmənin üzərində sürüyərək anasını carpayının yanına aparmışdır. Həmin vaxt atası Sahil anası Səidənin başını carpayının taxtasına vurmuşdur. Sonra onu buraxıb anasını söyə-söyə evdən cıxıb getmişdir. Atası Sahilin evə nə vaxt qayıtmasını görməmişdir. Cünki həmin vaxtı o, artıq yatmışdır. Əlavə olaraq bildirmişdir ki, atası ilə anasının dalaşmasını qardaşı Aqşin Əzizli görmüş və hər ikisi valideynləri dalaşan zamanı yatdıqları yerdən qalxmayıb onların dalaşmalarına müdaxilə etməmişlər. İşdə olan 01 dekabr 2025-ci il tarixli hadisə yerinə baxış kecirilməsi protokolundan görünür ki, Qanuni nümayəndə iştirakı ilə həmin tarixdə hadisə yerinə baxış kecirilmiş, baxış zamanı Qanuni nümayəndə 25 noyabr 2025-çi il tarixdə geçə saat 02 radələrində yaşadıqları evin yataq otağında əri Təqsirləndirilən şəxs tərəfindən döyülərək xəsarət aldığı yeri göstərmişdir. Baxış kecirilməsi haqqında protokol ilə müəyyən edilmişdir ki, hadisə yeri onların yaşadıqları evdir və ictimai yer hesab olunmur. Bununla bağlı hadisə yerinin fotoşəkilləri cəkilmiş bu barədə protokol tərtib edilərək icraata əlavə edilmişdir. İşdə olan məhkəmə-tibbi ekspertizasının 26 noyabr 2025-çi il tarixli 226 nömrəli rəyində göstərilmişdir ki, Qanuni nümayəndə məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- təpə-alın nahiyyəsində hematoma, sol bazunun orta 1/3-də iç səthdə, sağ budun aşağı 1/3-də bayır səthdə, sol baldırın orta 1/3-də bayır səthdə qançırlar küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2025-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Xəsarətlər müayinə olunanın göstərdiyi şəraitdə əmələ gələ bilərdi. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Amnistiya aktının 5 və 5.1-ci bəndlərinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətdiyini, Azərbaycan Respublikasının Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Amnistiya aktının 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlərin Təqsirləndirilən şəxs tətbiq edilməməsini nəzərə alıb belə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə olunmalı əmlak və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qəraraaldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilərək barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Qərardan elan olunduğu gündən 20 (iyirmi) gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(055)-108/2025
Saatlı Rayon Məhkəməsi Qərar — İş №1(055)-108/2025
30.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver