Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-11/2023 28.02.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2, zərər çəkmiş şəxsin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs iştirakı ilə saat 16:33-də xx xxxx 1989-cu il tarixdə Gürcüstan Respublikası, Bolnisi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, himayəsində iki nəfər azyaşlı uşağı olan, işləməyən, məhkum olunmamış, Sabirabad rayonu Qasımbəyli kəndində qeydiyyatda olmaqla, Saatlı rayonu Novruzlu kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs 08 avqust 2022-ci il tarixdə, saat 10:50 radələrində Saatlı şəhəri, H.Əliyev prospekti 100 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 inzibati binasında Saatlı rayon prokurorunun köməkçisi Şahid4 xidməti otağında sonuncu tərəfindən icraatında olan ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs2 ilə onun arasında üzləşdirmə istintaq hərəkəti aparılarkən o, əsaslı səbəb olmadan mübahisə edərək özünü oradakılara qarşı qoyub, cəmiyyətə açıqca hörmətsizlik edib, özü və ətrafındakı digər şəxslər üçün aşkar surətdə cəmiyyətdə insanlar arasında təşəkkül tapmış ictimai qaydaya laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış qaydalarını, ictimai qaydanı qərəzli surətdə pozaraq Zərərçəkmiş şəxs2 ünvanına, həmçinin konkret ad çəkmədən ünvansız aqressiv tərzdə nalayiq söyüşlər söyərək Zərərçəkmiş şəxs1 mülkiyyətində olan xidməti otaqdakı stola, metal konstruksiyalı stullara əlləri ilə zərblə vurub aşırmış, Şahid4 xidməti stolunun üzərində olan əşyaları Zərərçəkmiş şəxs2 tərəf atmış, bundan sonra xuliqanlıq hərəkətlərini davam etdirərək xidməti otaqdakı stolun sol ayağını təpiklə vuraraq sındırmaqla Zərərçəkmiş şəxs1 əmlakını qəsdən zədələyərək 200 manat dəyərində maddi ziyan vurmuş, onu nizam-intizama dəvət edən şəxslərə əhəmiyyət verməyərək Zərərçəkmiş şəxs2 zor tətbiq etməklə əlləri ilə sifət, boyun və qol nahiyələrinə qəsdən vuraraq Zərərçəkmiş şəxs2 sol yanaq nahiyədə, boyunun sağ yan səthində, sol bazunun orta 3/1-də bayır səthdə sıyrıq xarakterli sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs1 iş fəaliyyətini pozub qərəzli xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, əvvəl də dediyi kimi ittihamı qəbul etmir. Hadisə ittihamda göstərilən kimi olmamışdır. 08 avqust 2022-ci il tarixdə o üzləşmə aparılması üçün rayon prokurorluğuna çağırılmışdır. Vəkili Şahid2 ilə Zərərçəkmiş şəxs1na getmişlər və Şahid4 otağına daxil olmuşlar. Daha sonra Zərərçəkmiş şəxs2 gəlmişdir. Zərərçəkmiş şəxs2 otağa daxil olan kimi ona qarşı təhqiramiz ifadələr işlətmişdir. O isə Zərərçəkmiş şəxs2 cavabını vermişdir. Zərərçəkmiş şəxs2 onu şərləməyə davam etmişdir. Bu səbəbdən halı pisləşmişdir. Daha sonra Samir onun üstünə gəlmək istəmişdir. Vəkili Şahid2 Zərərçəkmiş şəxs2 əngəlləmişdir. Samir üstünə gələn zaman stoldaki əşyaları yerə dağıtmışdır. O, Samirə heç bir şey atmamışdır. Daha sonra Şahid4 mühafizəni çağırmışdır. Mühafizə əməkdaşı Samiri otaqdan uzaqlaşdırmışdır. O, heç kimə xasarət yetirməmişdir. Oradakı stolun da necə sındığından onun xəbəri yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə özünü təqsirli bilməsə də, onun törətdiyi cinayət əməli iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, digər zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, ekspertiza rəyi, eləcə də cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıda göstərilən qaydada təsdiq olunur. Belə ki, məhkəmə istintaqında Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 08 avqust 2022-ci il tarixdə başqa bir cinayət işi ilə bağlı Təqsirləndirilən şəxs ilə aralarında üzləşdirmə aparılması üçün Zərərçəkmiş şəxs1na gəlmişdir. Üzləşdirməni aparan prokurorluq əməkdaşı Şahid4 otağına daxil olan zaman otaqda Şahid4, Şahid2 və Təqsirləndirilən şəxs olmuşdur. O, otağa girəndən sonra Xalidə ona qarşı nalayiq ifadələr işlətməyə başlamışdır. Daha sonra Xalidə daha da hiddətlənərək stolda olan plastik su butulkalarını, qələm qabı, stepler və sair kimi kargüzarlıq ləvazimatlarını onun üstünə atmışdır. Daha sonra isə üzərinə gələrək boynuna və boğazına əl zərbələri endirmişdir. Sonra prokurorluğun mühafizəçisi gələrək Təqsirləndirilən şəxs sakitləşdirməyə çalışmışdır. Yaranan səs-küy nəticəsində prokurorluğun digər əməkdaşları, yəni dəftərxana müdiri və prokurorun sürücüsü də hadisə yerinə gəlmişdir. Bir qədər keçdikdən sonra isə onlara üzləşmə aparılmasının mümkün olmadığını və çıxıb getmələrini demişlər. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərdi ki, həmin hadisə olan zaman, yəni, 08 avqust 2022-ci il tarixdə o, rəsmi olaraq məzuniyyətdə olmuşdur. Lakin bəzi görülməli işləri olduğu üçün həmin tarixdə günorta saatlarında işə gəlmişdir. O, idarəyə daxil olan zaman onların əməkdaşları dəhlizdə olmuşdur. Həmin zaman Şahid4 ona hadisəni danışmışdır. Daha sonra o, Şahid4 xidməti otağına getmişdir. Otaq dağılmış vəziyyətdə olmuş, həmçinin stolun üzərində olan əşyaların hamısı yerdə olmuşdur. Hazırki işlə bağlı deyə biləcəkləri bu qədərdir. Onu da bildirmək istəyir ki, Təqsirləndirilən şəxs hərəkətləri nəticəsində Zərərçəkmiş şəxs1na 200 manat dəyərində maddi ziyan dəymişdir və bu günə qədər ziyan ödənilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Saatlı rayon prokurorunun köməkçisi vəzifəsində işləyən Şahid4 ifadəsində göstərdi ki, onun icraatında olan başqa bir cinayət işi ilə bağlı Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 üzləşdirmə aparmaq üçün prokurorluğa dəvət etmişdir. 08 avqust 2022-ci il tarixdə əvvəlcə Təqsirləndirilən şəxs və onun vəkili Şahid2 gəlmiş, daha sonra isə Zərərçəkmiş şəxs2 otağa daxil olmuşdur. Samir otağa daxil olan kimi Xalidə ona qarşı nalayiq ifadələr işlətməyə başlamışdır. Samir isə cavabında ona qarşı heç bir ifadə işlətməmişdir. Təqsirləndirilən şəxs birdən ayağa qalxmış və sonrasında stolda olan plastik su butulkalarını, stepler və qələmqabı kimi əşyaları Samirə atmağa başlamışdır. Həmin zaman o həmçinin də Samirin üzərinə gedərək ona əli ilə zərbələr endirmişdir. Dərhal prokurorluğun mühafizəçisi Şahid6 otağa daxil olmuş və Təqsirləndirilən şəxs sakitləşdirməyə çalışmışdır. Lakin Təqsirləndirilən şəxs heç bir şəkildə sakitləşə bilmədiyindən daha sonra prokurorluğun iş fəaliyyətinə mane olduğu üçün inzibati binadan xaric edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 08 avqust 2022-ci il tarixdə rayon prokurorluğuna üzləşmə aparılması üçün Təqsirləndirilən şəxs ilə birlikdə getmişdir. O, Təqsirləndirilən şəxs vəkilidir. Hadisə zamanı da onunla birlikdə olmuşdur. Əvvəlcə Şahid4 xidməti otağına onlar daxil olmuşlar. Bir qədər sonra isə Zərərçəkmiş şəxs2 gəlmişdir. Zərərçəkmiş şəxs2 gələn kimi Xalidənin ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Daha sonra isə Zərərçəkmiş şəxs2 Xalidəni vurmaq üçün üzərinə gəlmişdir. Lakin o icazə verməmişdir. Sonra Şahid4 mühafizəçini çağırmışdır və mühafizəçi Samiri otaqdan uzaqlaşdırmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 heç nə atmamış və heç bir zərbə endirməmişdir. Həmçinin Xalidə orada stolu da sındırmamışdır. Həmin zaman otaqda o, Xalidə, Samir və Şahid4 olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs1 dəftərxana müdiri vəzifəsində işləyən Şahid7 ifadəsində göstərdi ki, hadisə baş verən gün işdə olmuşdur. Təxminən saat 11 radələri olmuşdur. Şahid4 otağından səs-küy eşitmiş və otağa baxmağa getmişdir. Təqsirləndirilən şəxs plastik su butulkalarını, stepleri, qələmqabı və sair kimi əşyaları Zərərçəkmiş şəxs2 atmışdır. Daha sonra Xalidənin Samirə əli ilə zərbə endirdiyini görmüşdür. O, oraya baxmaq üçün gedən zaman Şahid4 otağının içərisində Xalidə, Samir, Nail, Seymur və İlqar olmuşdur. Sürücü Şahid5 isə onun kimi qapının ağzından içəri baxmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Baş Mühafizə İdarəsinin X2 şöbəsinin polis nəfəri Şahid6 ifadəsində göstərdi ki, 08 avqust 2022-ci il tarixdə prokurorluqda mühafizə növbəsi onun olduğundan işdə olmuşdur. Həmin gün Təqsirləndirilən şəxs ilə vəkili Şahid2 əvvəl gəlmiş və Şahid4 xidməti otağına keçmişlər. Təxminən 20 dəqiqə sonra Zərərçəkmiş şəxs2 də gələrək Şahid4 otağına getmişdir. Zərərçəkmiş şəxs2 otağa gedəndən 1-2 dəqiqə sonra otaqdan səs-küy gəlməyə başlamışdır. O da dərhal otağa yaxınlaşmışdır. Həmin zaman Təqsirləndirilən şəxs stolun üstündə olan əşyaları və su butulkalarını Zərərçəkmiş şəxs2 atdığını görmüşdür. O, Təqsirləndirilən şəxs sakit olmasını tələb etmişdir. X6 əmrə tabe olmayaraq asayişi pozmağa davam etmişdir. O, birinci otaqdan Təqsirləndirilən şəxs uzaqlaşdırmışdır və Təqsirləndirilən şəxs da vəkilinin də köməyi ilə bir qədər sonra sakitləşmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qayınanasıdır. 08 avqust 2022-ci il tarixdə Xalidə üzləşməyə gedəndə o və oğlu, yəni Xalidənin əri də Xalidə ilə getmişlər. Onlar dəhlizdə əyləşmişlər. Otaqda isə Xalidə, Samir, Nail və Şahid4 olmuşdur. O, mühafizəçinin otağa qaçıb Samiri otaqdan çıxarmasını görmüşdür. Sonra isə Xalidə pis vəziyyətdə otaqdan vəkili ilə birlikdə çıxmışdır. Hadisə ilə bağlı başqa məlumatı yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əridir. 08 avqust 2022-ci il tarixdə Xalidə üzləşməyə gedəndə o və anası da Xalidə ilə getmişlər. Onlar dəhlizdə əyləşmişlər. Otaqda isə Xalidə, Samir, Nail və Şahid4 olmuşdur. O, mühafizəçinin otağa qaçıb Samiri otaqdan çıxarmasını görmüşdür. Sonra isə Xalidə pis vəziyyətdə otaqdan vəkili ilə birlikdə çıxmışdır. Daha sonra isə onlar prokurorluq binasından xaric edilmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 arvadıdır. 08 avqust 2022-ci il tarixdə Samir üzləşməyə gedəndə o da Samirlə getmişdir. O, dəhlizdə əyləşmişdir. Otaqdan səslər gəlməyə başlamış və mühafizəçi otağa yaxınlaşmışdır. Samir otaqdan çıxanda boynunda və üzündə izlər olmuşdur. Daha sonra isə oradan çıxıb evlərinə getmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, 08 avqust 2022-ci il tarixdə prokurorluğun arxasında həyətdə xidməti maşının yanında olmuşdur. İdarənin içindən səs-küy gəldiyini eşitmişdir. İdarəyə yaxınlaşanda səslərin Şahid4 otağından gəldiyini bilib oraya getmişdir. Otaq dağınıq vəziyyətdə olmuşdur. Stolun üzərindəki qələmqabı və sair kimi əşyalar yerə tökülmüşdür. Stolun ayağı isə sınmışdır. Həmin zaman Xalidə xanım çox əsəbi olmuşdur. O oraya çatandan sonra isə Samir Xalidəyə heç nə etməmişdir. O, Xalidə xanımın əsəbi olmasını görüb bu hadisələri onun törətdiyini düşünmüşdür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 08 avqust 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Saatlı rayon prokurorunun köməkçisi Şahid4 icraatında olan ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti apararkən Təqsirləndirilən şəxs prokurorluğun xidməti otağında tələb olunan davranış qaydalarına riayət etməyərək cəmiyyətdə müəyyən edilən ictimai və ədəb qaydalarını kobud surətdə pozaraq hər hansı səbəb olmadan Zərərçəkmiş şəxs2 ünvanına təhqiramiz ifadələr işlədərək otaqdakı rayon prokurorluğunun mülkiyyətində olan stol və stullara güc tətbiq etmiş, xidməti stolun üzərində olan əşyaları Zərərçəkmiş şəxs2 istiqamətində tullamış, qaydalara riayət edilməsi ilə bağlı dəfələrlə xəbərdarlıq edilsə də, Təqsirləndirilən şəxs öz hərəkətlərini davam etdirərək Zərərçəkmiş şəxs2 bədən nahiyələrinə əli ilə zərbələr endirərək ona xəsarət yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs xidməti stolun sol ayağının qırılmasına və yararsız vəziyyətə düşməsinə, üzləşdirmə istintaq hərəkətinin qeyrimümkün olmasına və rayon prokurorluğunun normal iş fəaliyyətinin pozulmasına səbəb olmuşdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 X10 08 avqust 2022-ci il tarixli, 263 saylı rəyindən görünür ki, 1980-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 məhkəmə tibbi ekspertizasına əsasən və ilk məlumatı nəzərə alıb aşağıdakı nəticəyə gəlirəm, müayinə zamanı aşkar edilmiş xəsarətlər-sol yanaq nahiyəsində, boynun sağ yan səthində, sol bazunun orta 1/3-də bayır səthdə sıyrıqlar, küt əşyanın/əşyaların təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri 08 avqust 2022-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Xəsarətlər ilk məlumatda göstərilən şəraitdə əmələ gələ bilərdi. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 01 dekabr 2022-ci il tarixli aktdan görünür ki, Zərərçəkmiş şəxs1na məxsus 1 ədəd yazı masası üstü ceviz, ayaqları qara rəngli inventara 200 manat dəyərində ziyan dəymişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 30 dekabr 2012-ci il tarixdə anadan olmuş X5 və 22 oktyabr 2009-cu il tarixdə anadan olmuş X3 adlı iki nəfər azyaşlı uşaqları vardır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 19 sentyabr 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ondan ötəri ki, o, 08 avqust 2022-ci il tarixdə, saat 10:50 radələrində Saatlı şəhəri, H.Əliyev prospekti 100 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 inzibati binasında Saatlı rayon prokurorunun köməkçisi Şahid4 xidməti otağında sonuncu tərəfindən icraatında olan ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs2 ilə onun arasında üzləşdirmə istintaq hərəkəti aparılarkən o, əsaslı səbəb olmadan mübahisə edərək özünü oradakılara qarşı qoyub, cəmiyyətə açıqca hörmətsizlik edib, özü və ətrafındakı digər şəxslər üçün aşkar surətdə cəmiyyətdə insanlar arasında təşəkkül tapmış ictimai qaydaya laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış qaydalarını, ictimai qaydanı qərəzli surətdə pozaraq Zərərçəkmiş şəxs2 ünvanına, həmçinin konkret ad çəkmədən ünvansız aqressiv tərzdə nalayiq söyüşlər söyərək Zərərçəkmiş şəxs1 mülkiyyətində olan xidməti otaqdakı stola, metal konstruksiyalı stullara əlləri ilə zərblə vurub aşırmış, Şahid4 xidməti stolunun üzərində olan qələmqabı, stepler və digər kargüzarlıq ləvazimatlarını, dolu vəziyyətdə olan plastik su qablarını götürərək silah qismində istifadə edib zor tətbiq etməklə Zərərçəkmiş şəxs2 üstünə atmış, bundan sonra xuliqanlıq hərəkətlərini davam etdirərək xidməti otaqdakı stolun sol ayağını təpiklə vuraraq sındırmaqla Zərərçəkmiş şəxs1 əmlakını qəsdən zədələyərək ona 200 manat dəyərində maddi ziyan vurmuş, onu nizam-intizama dəvət edən şəxslərə əhəmiyyət verməyərək Zərərçəkmiş şəxs2 üzərinə cumub zor tətbiq etməklə əlləri ilə sifət, boyun və qol nahiyələrinə qəsdən vuraraq Zərərçəkmiş şəxs2 sol yanaq nahiyədə, boyunun sağ yan səthində, sol bazunun orta 3/1-də bayır səthdə sıyrıq xarakterli sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs1 iş fəaliyyətini pozub qərəzli xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı isə Təqsirləndirilən şəxs 08 avqust 2022-ci il tarixdə, saat 10:50 radələrində Saatlı şəhəri, H.Əliyev prospekti 100 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 inzibati binasında Saatlı rayon prokurorunun köməkçisi Şahid4 xidməti otağında sonuncu tərəfindən icraatında olan ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs2 ilə onun arasında üzləşdirmə istintaq hərəkəti aparılarkən əsaslı səbəb olmadan mübahisə edərək özünü oradakılara qarşı qoyub, cəmiyyətə açıqca hörmətsizlik edib, özü və ətrafındaki digər şəxslər üçün aşkar surətdə cəmiyyətdə insanlar arasında təşəkkül tapmış ictimai qaydaya laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış qaydalarını, ictimai qaydanı qərəzli surətdə pozaraq Zərərçəkmiş şəxs2 ünvanına, həmçinin konkret ad çəkmədən ünvansız aqressiv tərzdə nalayiq söyüşlər söyərək Zərərçəkmiş şəxs1 mülkiyyətində olan xidməti otaqdaki stola, metal konstruksiyalı stullara əlləri ilə zərblə vurub aşırması, Şahid4 xidməti stolunun üzərində olan əşyaları Zərərçəkmiş şəxs2 tərəf atması, bundan sonra xuliqanlıq hərəkətlərini davam etdirərək xidməti otaqdakı stolun sol ayağını təpiklə vuraraq sındırmaqla Zərərçəkmiş şəxs1 əmlakını qəsdən zədələyərək 200 manat dəyərində maddi ziyan vurması, onu nizam-intizama dəvət edən şəxslərə əhəmiyyət verməyərək Zərərçəkmiş şəxs2 zor tətbiq etməklə əlləri ilə sifət, boyun və qol nahiyələrinə qəsdən vuraraq Zərərçəkmiş şəxs2 sol yanaq nahiyədə, boyunun sağ yan səthində, sol bazunun orta 3/1-də bayır səthdə sıyrıq xarakterli sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs1 iş fəaliyyətini pozub qərəzli xuliqanlıq etməsi tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs vəkili Müdafiəçi məhkəməyə təqdim etdiyi 08 avqust 2022-ci il tarixli protokolun surətindən görünür ki, 08 avqust 2022-ci il tarixdə, saat 11:00 radələrində Zərərçəkmiş şəxs1 inzibati binasında Saatlı rayon prokurorunun köməkçisi Şahid4 icraatında olan ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs, onun nümayəndəsi Şahid2 və Zərərçəkmiş şəxs2 iştirakı ilə üzləşdirmə istintaq hərəkəti apararkən Təqsirləndirilən şəxs hazırda ona irəli sürülmüş ittihamda göstərilən hərəkətləri etməsi nəticəsində üzləşdirmə istintaq hərəkətinin qeyrimümkün olması ilə bağlı protokol tərtib etmiş, həmin protokolda hazırki ittihamda göstərildiyi kimi heç bir səbəb və əsas olmadan Təqsirləndirilən şəxs xuliqanlıq hərəkətləri etməsi göstərilsə də, zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs nümayəndəsi Şahid2 həmin protokola qeyd edərək bildirmişdir ki, 08 avqust 2022-ci il tarixdə üzləşdirmə istintaq hərəkəti aparılan zaman Zərərçəkmiş şəxs2 da zərərçəkmiş Təqsirləndirilən şəxs qarşı nalayiq ifadələr işlətmiş, lakin tərtib edilmiş həmin protokolda sadəcə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 təhqir etməsi qeyd olunmuşdur. Göstərilən hala, yəni Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs təhqir etməsi və qarşılıqlı nalayiq ifadələr işlətməsi halına cinayət işinin istintaqı zamanı qiymət verilmiş və məhkəmə istintaqı zamanı da Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs təhqir etməsi və bundan sonra Təqsirləndirilən şəxs qarşılıq verməsi halı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət tərkibi bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda yaranır. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında göstərilmişdir ki, silahdan fərqli olaraq, silah qismində istifadə edilən əşyalar konstruksiya cəhətdən məhv etmə təyinatlı deyil və qeyd edilən tətbiq üsulu onların təyinatına və mahiyyətinə ziddir. Həmin əşyalar konstruksiya cəhətdən digər məqsədlər üçün, o cümlədən istehsalat, təsərrüfat-məişət məqsədilə və yaxud da, ümumiyyətlə, hər hansı müəyyən məqsədlərə yönəlməyən, istehsal və emal olunmayan, yəni təbiətdə mövcud olan əşyalardır. Bu əşyalar silah deyil, bununla belə hər hansı məhvetmə xüsusiyyətinə, yəni soyuq və ya başqa silah növünə xas olan bəzi xüsusiyyətlərə malikdir və onların siyahısı hədsizdir. Silah qismində istifadə edilən əşyanın məhv etmə xüsusiyyətinə malik olması, onu bu xüsusiyyətə malik olmayan digər əşyalardan fərqləndirən əsas və mütləq şərtdir. Həmçinin həmin qərarda göstərilir ki, cinayət qanununun bu müddəasının (bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi) tərkibi üçün istər əşyaların məhvetmə xüsusiyyətlərinin, istərsə də təqsirkarın xuliqanlıq hərəkətlərində bu xüsusiyyətlərdən istifadə etmə məqsədinin göstərilməsi müstəsna əhəmiyyət kəsb edir. Təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda onun Saatlı rayon prokurorunun köməkçisi Şahid4 xidməti stolunun üzərində olan qələmqabı, kağıztikən (stepler) və digər kargüzarlıq ləvazimatlarını, dolu vəziyyətdə olan plastik su qablarını götürərək silah qismində istifadə edib zor tətbiq etməklə Zərərçəkmiş şəxs2 atması göstərilsə də, həmin əşyaların, yəni qələmqabı, kağıztikən (stepler), plastik su qabları və digər kargüzarlıq ləvazimatlarının məhvetmə xüsusiyyətlərinə malik olub-olmaması, həmin əşyaların məhvetmə xüsusiyyəti olduğu halda, onların digər məhvetmə xüsusiyyəti olmayan əşyalardan hansı xüsusiyyətlərinə görə fərqlənməsi araşdırılaraq müəyyən edilməmiş, həmçinin həmin əşyaların məhvetmə xüsusiyyətinə malik olub-olmaması və belə olduğu təqdirdə həmin əşyaların Azərbayacan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan silah qismində istifadə olunan əşyalar kimi xarakterizə olunmasının aydınlaşdırılması məqsədi ilə ekspertiza təyin edilməmiş və göstərilən halların mövcud olub-olmaması ekspert rəyi ilə müəyyən edilib təsdiqini tapmamışdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3cü maddəsi ilə tövsif olunan xuliqanlıq hərəkətləri odlu silah, eləcə də soyuq silah tətbiq etməklə törədilə bilər. Silah qismində istifadə olunan əşyalara istənilən əşyalar, o cümlədən təsərrüfat-məişət təyinatlı (balta, yaba, mətbəx bıçağı və s.), eləcə də kərpic, daş, dəmir, çubuq, bir sözlə, tətbiqi həyat və ya sağlamlıq üçün təhlükə yaradan bütün əşyalar aid edilir. Cinayət işində olan 08 avqust 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən də görünür ki, prokurorluğun xidməti otağında döşəmədə səpələnmiş vəziyyətdə karandaş, qələm, kiçik ölçülü kağıztikən (stepler), kiçik plastik su qabları vardır ki, özü-özlüyündə onların silah qismində istifadə edilə bilməsi ağlabatan deyildir. Həmçinin məkəmə iclası zamanı 08 avqust 2022-ci il tarixli baxış keçirilməsi ilə bağlı videoyazıya baxış keçirilərkən də hadisə zamanı döşəmədə səpələnmiş vəziyyətdə olan qələm, karandaş, qələmqabı, kiçik ölçülü kağıztikən (stepler) və digər kargüzarlıq ləvazimatları, plastik su qablarının “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilən məhvetmə təyinatına malik olmadığı aşkar görünür. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda göstərilən əşyalar, yəni qələmqabı, kağıztikən (stepler), plastik su qabları və digər kargüzarlıq ləvazimatları cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən əşyalar olaraq Azərbayacan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan silah qismində istifadə olunan əşyalar cinayət işi üzrə maddi sübut kimi tanınmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 128.1 və 128.2-ci maddələrinə əsasən öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına və ya üzərində hadisənin izlərinin saxlanıldığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən hər bir əşya maddi sübut hesab edilə bilər. Əşya cinayət prosesini həyata keçirən orqanın qərarı ilə maddi sübut hesab edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında həmçinin o da göstərilir ki, xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi – ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl CM-in 221.3-cü maddəsi ilə tövsif olunmalıdır. Bununla yanaşı, əgər silah və ya silah qismində istifadə edilən əşyalar yalnız əmlakın məhv edilməsi və ya zədələnməsi üçün istifadə edilərsə, lakin bunun nəticəsində insanların sağlamlığına zərər vurulmazsa və yaxud həyat və ya sağlamlıq üçün real təhlükə yaranmazsa, əməl CM-in 221.3-cü maddəsi ilə tövsif oluna bilməz. Cinayət işi üzrə zərərçəkmiş şəxsin, dindirilmiş şahidlərin ifadələrindən görünür ki, hadisə zamanı təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə tərəf qələmqabı, kağıztikən (stepler), plastik su qabları və digər kargüzarlıq ləvazimatlarını tullasa da, həmin əşyalar zərərçəkmiş şəxsə dəyməmiş və heç bir xəsarət yetirməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 X10 08 avqust 2022-ci il tarixli, 263 saylı rəyində göstərilən sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlərin təqsirləndirilən şəxsin əlləri ilə zərərçəkmiş şəxsin sifət, boyun və qol nahiyələrinə vurması nəticəsində yaranması daha ağlabatandır. Buradan da görünür ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda silah qismində istifadə edilən əşyalar kimi qələmqabı, kağıztikən (stepler), plastik su qabları və digər kargüzarlıq ləvazimatlarından istifadə edilməsi nəticəsində zərərçəkmiş şəxsə heç bir xəsarət yetirilməmiş, zərərçəkmiş şəxsin sağlamlığına zərər vurulması və yaxud həyat və ya sağlamlıq üçün real təhlükə yaranması halı mövcud olmamışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs 08 avqust 2022-ci il tarixdə üzləşdirmə istintaq hərəkəti aparılan zaman əvvəlcədən silah qismində istifadə etməyi düşünmədiyi, əlinə keçən və cinayət işinin istintaqı zamanı silah qismində istifadə edilən əşyalar olması sübuta yetirilməyən əşyaları zərərçəkmiş şəxsə tullamasının Azərbayacan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin tərkib əlamətini yaratmaması öz təsdiqini tapmışdır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs torətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilməli və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməlini etiraf etməsə də, xuliqanlıq cinayətini törətməsi iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, digər zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlər Şahid4, Şahid7, Şahid6 ifadələri, ekspertiza rəyi və cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətə açıqca hörmətsizlik edib, özü və ətrafındakı digər şəxslər üçün aşkar surətdə cəmiyyətdə insanlar arasında təşəkkül tapmış ictimai qaydaya laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış qaydalarını, ictimai qaydanı qərəzli surətdə pozması, Zərərçəkmiş şəxs1 mülkiyyətində olan xidməti otaqdakı stola ziyan vurması, Zərərçəkmiş şəxs2 əlləri ilə hücum edərək xəsarət yetirməsi, Şahid4 xidməti stolunun üzərində olan əşyaları Zərərçəkmiş şəxs2 tərəf atması zərərçəkmiş şəxsə dəyməmiş və ona xəsarət yetirməmiş olsa belə, Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə əhatə olunan əməllər olduğundan və təqsirləndirilən şəxsin həmin maddə ilə müəyyən olunmuş cinayəti törətməsi işdə olan təkzibolunmaz sübutların məcmusu ilə təsdiq olunduğundan təqsirləndirilən şəxsin məhkəmə iclasında ona elan edilmiş ittiham üzrə təqsirli bilməməsi barədə ifadəsi və Şahid2 təqsirləndirilən şəxsin xuliqanlıq cinayətini törətməməsi barədə ifadəsi özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Təqsirldəndirilən şəxs Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarında göstərilir ki, məhkəmələrə tövsiyə edilsin ki, xuliqanlığa görə cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla hər bir halda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla təqsirləndirilən şəxslərə düzgün və ədalətli cəza təyin etsinlər. Bu zaman cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınması ilə yanaşı məhkəmələr eyni zamanda nəzərə almalıdırlar ki, hadisələrin təsadüfi axarı zəminində, ilk dəfə ağırlaşdırıcı hallar olmadan xuliqanlıq cinayəti törətmiş şəxslərə, o cümlədən yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən Azərbaycan Respublikası CMnin 221.1 və 221.2-ci maddələrinin sanksiyasında daha ağır cəza növü kimi nəzərdə tutulan azadlıqdan məhrumetmə yalnız o vaxt təyin oluna bilər ki, həmin qanunda buna alternativ olan az ciddi cəza növlərinin təyin olunması cəzanın məqsədini təmin edə bilməsin. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini və həmçinin "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Cərimənin məbləği müəyyən edilərkən dəymiş ziyanın ödənilməməsi də nəzərə alınmalıdır. İş materiallarından görünür ki, cinayət nəticəsində Zərərçəkmiş şəxs1na dəymiş 200 manat ziyan ödənilməmiş qalmış və Zərərçəkmiş şəxs1 tərəfindən mülki iddia verilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Zərərçəkmiş şəxs1 gələcəkdə təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyanla bağlı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-150-ci maddələrinin tələblərinə riayət etməklə məhkəmədə iddia qaldırmaq hüququ vardır. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs torətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək bir min beş yüz manat miqdarda cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Saatlı Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən 20 gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(055)-11/2023
Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-11/2023
28.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver