Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-11/2025 09.04.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1978-ci il tarixdə Saatlı rayonu Fətəlikənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, evli, Saatlı rayonu Fətəlikənd kəndində qeydiyyatda olmaqla Saatlı rayonu Mircəlal kəndində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə 7,90 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz əldə edib, üzərində daşıyaraq saxlamış, 22 sentyabr 2024-cü il tarixdə günorta saatlarında Saatlı rayonu Mircəlal kəndi ərazisində həmin narkotik vasitə qurudulmuş marixuananın 01 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 1,19 qramını satış məqsədi ilə daşıyıb qonşusu Şahid1 50 manat pul müqabilində qanunsuz olaraq satmış, 25 sentyabr 2024-cü il tarixdə saat 12:50 dəqiqədə Saatlı rayonu Mircəlal kəndində yaşadığı evin yaxınlığında yol kənarında qalan 6,71 qram çəkidə qurudulmuş marixuananı satış məqsədilə üstündə daşıyarkən Saatlı RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, orada həmin tarixdə saat 12:52 dəqiqədə üzərinə baxış keçirilərkən əynində olan şalvarın sol cibindən 01 ədəd sellofan kəsiyi bükümdə həmin 6,71 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, yəni satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etmiş, daşımış, saxlamış və qanunsuz olaraq narkotik vasitəni satmışdır. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə özünü təqsirli bilmir. El arasında nəşə kimi tanınan narkotik vasitə qurudulmuş marixuanadan siqaretin tütününə qarışdırmaqla qəbul edir. Şahid1 qonşusudur. Aralarında ədavət və düşmənçilik olmamışdır. Əvvələr bir yerdə narkotik istifadə etmişlər. Sonuncu dəfə, dəqiq xatırlamır, təxminən 2024-cü ilin sentyabr ayının 1- 10 aralığında Şahid1 pay olaraq marixuna vermişdir. Lakin 22 sentyabr 2024-cü il tarixdə günorta saatlarında Saatlı rayonu Mircəlal kəndi ərazisində qonşusu Şahid1 50 manat pul müqabilində narkotik vasitə satmamışdır. Şahid1 dedikləri yalandır. Həmçinin bildirir ki, 22 sentyabr 2024-cü il tarixdə yaşadığı evdə olarkən tanımadığı polis əməkdaşları həyətinə gəlib onu Saatlı RPŞ-yə aparmışlar. Gecəni Saatlı RPŞ-də otaqlardan birində saxlanılmışdır. Səhəri gün, yəni 23 sentyabr 2024-cü il tarixdə yenidən yaşadığı kəndə qaytarılmış və polis əməkdaşları tərəfindən üzərinə baxış keçirilmişdir. Həmin vaxt onun üzərində narkotik vasitə olmamışdır. 01 ədəd bükümdə narkotik vasitə əvvəlcədən polis əməkdaşları tərəfindən üzərinə qoyulmuş və bundan sonra videoçəkiliş aparılmışdır. Daha sonra yenidən Saatlı RPŞ-yə qaytarılmışdır. Həmin narkotik vasitənin onun üzərinə necə qoyulmasını bilmir. Qorxduğu üçün narkotik vasitələrin satışı ilə məşğul olduğunu və üzərindən aşkar olunmuş narkotikin ona məxsus olduğunu demişdir.Şəxsi axtarış aparılarkən həm qorxması, həm də savadı olmadığı üçün hansı məzmunda izahat verdiyini, nə dediyini xatırlamır. Barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətə məhkəmədə baxılarkən, eləcə də ibtidai istintaqın sonrakı vaxtlarında müstəntiq tərəfindən aparılmış dindirmələr zamanı qorxduğu üçün etirafedici ifadələr vermişdir. Bir daha bildirir ki, Şahid1 narkotik satmamış, sonuncudan hər hansı məbləğdə pul almamış, üzərindən də narkotik vasitə aşkar olunmamışdır.Sonda məhkəmədən ona bəarət verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təxminən 2-3 ildən artıq müddətdir el arasında nəşə kimi tanınan narkotik vasitə qurudulmuş marixuanadan siqaretin tütününə qarışdırıb qəbul edir. Təqsirləndirilən şəxs həmkəndlisidir. Aralarında ədavət və düşmənçilik olmamışdır. Lakin Təqsirləndirilən şəxs dedikləri yalandır.Sonuncu dəfə 22 sentyabr 2024-cü il tarixdə günorta saatlarında Saatlı rayonu Mircəlal kəndi ərazisində Təqsirləndirilən şəxs çəkmək üçün narkotik vasitə qurudulmuş marixuana istəmişdir. Allahşükür ona 1 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuananı 50 manata satmışdır. O, aldığı marixuanadan 2 gün ərzində siqaretin tütününə qarışdırıb qəbul etmişdir. 24 sentyabr 2024-cü il tarixdə saat 16 radələrində yaşadığı Mircəlal kəndində olarkən mülki geyimli şəxslər kənardan yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu ona bildirərək onu Saatlı RPŞ-yə dəvət edərək orada üstünün yoxlanılacağını demişlər. O da etiraz etməmişdir. Sonra polis əməkdaşları tərəfindən təklif olunmuşdur ki, üstündə qanunla qadağan edilmiş əşya və ya predmet varsa təqdim etsin. O, üstündə narkotik vasitə olduğunu bildirmişdir. Sonra əynindəki şalvarın cibindən Allahşükürdən aldığı 1 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuananı təqdim etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Saatlı RPŞ-nin TB-nin təhqiqatçısı Mirzahid Abasovun verdiyi əməliyyat tapşırığının icrası ilə əlaqədar olaraq polis əməkdaşları ilə birlikdə 25 sentyabr 2024-cü il tarixdə saat 12 radələrində Saatlı rayonu Mircəlal kəndi ərazisində həmin kənd sakini Təqsirləndirilən şəxs saxlanılmışdır.Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya, yaxud predmet olub-olmadığını soruşmuş, Təqsirləndirilən şəxs də üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmiş, bu səbəbdən Təqsirləndirilən şəxs üstünə baxış keçiriləcəyini bildirmişlər. Bu zaman Təqsirləndirilən şəxs üstündən 1 ədəd bükümdə içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütləni təqdim etmişdir. Həmin kütlə qablaşdırılıb götürülmüşdür.Baxış zamanı videoçəkiliş aparılmış, protokol tərtib edilərək imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs Təhqiqat bölməsinə təqdim edilmişdir. Daha sonra polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üstü yoxlanılan zaman götürülmüş həmin kütləyə Saatlı RPŞ-nin inzibati binasında Təhqiqat Bölməsinin təhqiqatçısı Mirzahid Abasov tərəfindən baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş 1 ədəd bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı 2024-cü ilin may ayında Saatlı rayonu Mircəlal kəndində yaşadığı evin həyətində əkmiş olduğu narkotik tərkibli çətənə bitkisinin yarpaqlarını qurutmaqla əldə etdiyini və özü istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş 1 ədəd büküm təhqiqatçı tərəfindən açılmış, içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs kütlənin özünə aid olduğunu, qurudulmuş marixuana olduğunu, əvvəllər isə 1 dəfə tanışı Şahid1 50 manat pul müqabilində 1 bükümdə narkotik satdığını bildirmişdir. Bu barədə videoçəkiliş aparılmış, protokol tərtib edilərək imzalanmışdır.Təqsirləndirilən şəxs 22 sentyabr 2024-cü il tarixdə saxlanılması və 23 sentyabr 2024-cü il tarixdə yaşadığı kəndə aparılaraq narkotik vasitənin üzərinə qoyulması barədə dedikləri yalandır. Allahüşükür Abdullayevə qarşı polis əməkdaşları tərəfindən hər hansı qanunsuz hərəkətlərə yol verilməmişdir. Məhkəmə istintaqı zamanı şahidlər Şahid3 və Şahid4 ifadələrində Şahid2 göstərdiklərini təsdiq etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 24 sentyabr 2024-cü il tarixdə Saatlı rayonu Mircəlal kəndində qeydiyyatda olan və yaşayan Şahid1 üzərində narkotik vasitə gəzdirməsi barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı tərəfindən təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş, sonra əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən olunmuşdur. Bundan sonra Şahid1 Saatlı rayonu ərazisində ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşlər. Həmin gün saat 15 radələrində Saatlı rayonu Mircəlal kəndi ərazisində həmin kənd sakini Şahid1 saxlanılaraq üzərində qanunla qadağan olunmuş əşya, yaxud predmet olub-olmadığını soruşmuşdur. Həmin vaxt Şahid1 üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirdiyi üçün həmin şəxsin üstünə baxış keçiriləcəyi bildirilmişdir. Şahid1 üstündən 1 ədəd bükümdə içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütləni təqdim etmişdir. Həmin kütlə qablaşdırılıb götürülmüşdür. Baxış zamanı videoçəkiliş aparılmışdır. Bundan sonra Şahid1 həmin kütlə ilə birlikdə Təhqiqat bölməsinə təqdim edilmişdir. Daha sonra polis əməkdaşlarının iştirakı ilə Şahid1 üstü yoxlanılan zaman götürülmüş həmin kütləyə Saatlı RPŞ-nin inzibati binasında Təhqiqat Bölməsinin təhqiqatçısı Mirzahid Abasov tərəfindən baxış keçirilmişdir. Şahid1 üstündən aşkar olunmuş 1 ədəd büküm təhqiqatçı tərəfindən açılmış, içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olması müəyyən edilmişdir. Təqdim edilmiş kütlə qablaşdırılmışdır. Şifahi sorğu əsasında Şahid1 kütlənin özünə aid olduğunu, qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni 22 sentyabr 2024-cü il tarixdə qonşusu Təqsirləndirilən şəxs 50 manat pul müqabilində aldığını bildirmişdir. Bu barədə videoçəkiliş aparılmış, protokol tərtib edilərək imza edilmişdir. Məhkəmə istintaqı zamanı Şahid5 ifadəsində Şahid6 göstərdiklərini təsdiq etmişdir. İşdə olan 24 sentyabr 2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, Saatlı rayonu Mircəlal kəndində qeydiyyatda olan və yaşayan Şahid1 üstündən 01 ədəd polietilen kəsiyi bükümü ilə birlikdə çəkisi 1.31 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İşdə olan 24 sentyabr 2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan görünür ki, Saatlı rayonu Mircəlal kənd sakini Şahid1 üstündən 01 ədəd polietilen kəsiyi bükümündə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, Şahid1 həmin kütləni qonşusu Təqsirləndirilən şəxs 50 manat pul müqabilində aldığını etiraf etmişdir. İşdə olan 25 sentyabr 2024-cü il tarixli “Şübhəli şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, Saatlı rayonu Mircəlal kənd sakini Təqsirləndirilən şəxs üstündən 01 ədəd polietilen kəsiyi bükümü ilə birlikdə çəkisi 6.82 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İşdə olan 25 sentyabr 2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan görünür ki, Saatlı rayonu Mircəlal kənd sakini Təqsirləndirilən şəxs üstündə saxladığı və polis əməkdaşlarına təqdim etdiyi 1 ədəd bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı 2024-cü ilin may ayında Saatlı rayonu Mircəlal kəndində yaşadığı evin həyətində əkmiş olduğu narkotik tərkibli çətənə bitkisinin yarpaqlarını qurutmaqla əldə etdiyini və özü istifadə etmək məqsədilə üzərində saxladığını bildirmiş, Təqsirləndirilən şəxs şifahi sorğu əsasında həmin kütlədən qonşusu Şahid1 50 manat pul müqabilində 1 ədəd polietilen kəsiyi bükümündə narkotik vasitə qurudulmuş marixuana satdığını etiraf etmişdir. İşdə olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 18/828 nömrəli ekspert rəyində görünür ki: tədqiqata təqdim olunmuş üzərində “...Şahid1 üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi – 1,19 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi – 6,71 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş Şahid1 və Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanalar orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eynitərkiblidir. İşdə olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 6890 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin 05 mart 2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması barədə göstərdikləri xüsusatlar öz təsdiqini tapmadığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs istifadəsində olan (051) ***-**-** və Şahid1 istifadəsində olan (051) ***-**-** saylı mobil nömrələrin anten dairəsinin hadisə baş verən tarixə Saatlı rayonu, Mircəlalkənd kəndi olduğu müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Qarnizon Hərbi Tribunalının xx.xx.1997-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 243-cü maddəsilə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 152 saylı “Əfv” Fərmanına əsasən cəzadan azad edilmişdir. Hazırda məhkumluğu yoxdur. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət-hüquqi qiymətdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 8-ci bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilmədiyini, aşkar edilmiş narkotik vasitənin ona məxsus olmadığını, Şahid1 50 manat müqabilində narkotik vasitə satmadığını, narkotik vasitəni sonuncuya pay verdiyini, polis əməkdaşları tərəfindən narkotik vasitənin onun cibinə qoyulduğunu, şəxsi axtarış zamanı özündə olmadığı və polis əməkdaşları tərəfindən qorxudulduğu üçün əməlini etiraf etdiyini göstərmişdir. Lakin təqsirləndirilən şəxsin göstərdiyi xüsusatlar məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamış və mötəbər sübutlarla təkzib olunmuşdur. Belə ki, 24 sentyabr 2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan görünür ki, Saatlı rayonu Mircəlal kənd sakini Şahid1 üstündən 01 ədəd polietilen kəsiyi bükümündə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, Şahid1 həmin kütləni qonşusu Təqsirləndirilən şəxs 50 manat pul müqabilində aldığını etiraf etmişdir. Şahid1 həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilərkən ondan aşkar olunmuş narkotik vasitəni 22 sentyabr 2024-cü il tarixdə 50 manat müqabilində Təqsirləndirilən şəxs aldığını göstərmişdir. Bundan başqa, 25 sentyabr 2024-cü il tarixli “Şübhəli şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, Saatlı rayonu Mircəlal kənd sakini Təqsirləndirilən şəxs üstündən 01 ədəd polietilen kəsiyi bükümü ilə birlikdə çəkisi 6.82 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa, 25 sentyabr 2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan görünür ki, Saatlı rayonu Mircəlal kənd sakini Təqsirləndirilən şəxs üstündə saxladığı və polis əməkdaşlarına təqdim etdiyi 1 ədəd bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı üzərində saxladığını, həmin kütlədən qonşusu Şahid1 50 manat pul müqabilində 1 ədəd polietilen kəsiyi bükümündə narkotik vasitə qurudulmuş marixuana satdığını etiraf etmişdir. Bundan başqa, Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin 05 mart 2025-ci il tarixli qərarıdan görünür ki, aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması barədə göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işi başlanması rədd edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özü də ilkin izahatında, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində aşkar edilmiş narkotik vasitənin özünə məxsus olduğunu, həmçinin 01 ədəd bükümdə narkotik vasitəni Şahid1 50 manat pul müqabilində satdığını göstərmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətə 27 sentyabr 2024-cü il tarixdə baxılarkən təqsirini etiraf etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə müəyyən olunmuş cinayəti törətməsi işdə olan təkzibolunmaz sübutların məcmusu ilə təsdiq olunduğuna görə, təqsirləndirilən şəxsin göstərdikləri özünümüdafiə məqsədilə verilmiş sayılmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs məhkumluğunun olmamasını, ailənin yeganə qazanc gətirəni olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını məhkəmə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddində cəza təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 25 sentyabr 2024-cü ildə şübhəli şəxs qismində tutulmuş, 27 sentyabr 202r-cü il tarixdə Saatlı Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ona görə də, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz çəkisi 7.86 qram qalan narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə 49.74 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia, maddi ziyan və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353 və 356-cı maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində üç il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 25 sentyabr 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz çəkisi 7.86 qram qalan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə 49(qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmdən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(055)-11/2025
Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-11/2025
09.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver