Məhkəmə qərarları › İş №1(055)-113/2025

Saatlı Rayon Məhkəməsi Qərar — İş №1(055)-113/2025

26.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 1(055)-113/2025 26.02.2026 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Balazir qızının, Təqsirləndirilən şəxs, Müdafiəçi, Saatlı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Saatlı rayonu, Qırağlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Saatlı rayonu, Qırağlı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məlik Aslanov A 1 küçəsi, fərdi (nömrəsiz) evdə kirayədə yaşayan, xx.xx.2025-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs, o, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq icra etməmişdir. Belə ki, o, cavabdeh kimi ondan, xx.xx.2016-cı il tarixdən hesablanmaqla xx.xx.2016-cı il təvəllüdlü Aysun adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100,00 manat sabit pul məbləğində alimenti Zərərçəkmiş şəxs ödənilməsinə dair Saatlı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(055)-2014/2016 saylı qətnaməsini, həmçinin Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən hesablanmaqla xx.xx.2017-ci il təvəllüdlü Fariz adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100,00 manat sabit pul məbləğində alimenti Zərərçəkmiş şəxs ödənilməsinə dair Saatlı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(055)-468/2018 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Saatlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(055)-297/2024 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə və həmin məhkəmənin xx.xx.2025-ci il tarixli, 3(055)-557/2025 saylı qərarı ilə 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs olunmasına, habelə əvvəllər analoji cinayət əməlinə görə məhkəmə məsuliyyətinə verilməsinə, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2025-ci il tarixədək 11000,00 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək və ərizə təqdim edərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə xx.xx.2015-ci il tarixdə faktiki nikaha daxil olmaqla ailə həyatı qurmuş, birgə nikahdan xx.xx.2016-cı il tarixdə Aysun və xx.xx.2017-ci il tarixdə Fariz adlı 2 (iki) övladları dünyaya gəlmişdir. Zərərçəkmiş şəxs ilə evli olduğu ilk vaxtlar münasibətləri normal olsa da, lakin sonradan ailə daxili baş verən münaqişələr nəticəsində ailə münasibətləri kəskin şəkildə pisləşmiş və onların birlikdə yaşamaqları qeyri-mümkün olduğundan Zərərçəkmiş şəxs ondan faktiki olaraq ayrılaraq valideyinlərinin yanında yaşamağa başlamışdır. Ayrı yaşadıqları gündən bir müddət keçdikdən sonra Zərərçəkmiş şəxs aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmiş və Saatlı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən xx.xx.2016-cı il tarixdən hesablanmaqla xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin və Saatlı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2018-ci il tarixdən hesablanmaqla xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin ondan tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Saatlı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli və xx.xx.2018-ci il tarixli qətnamələri qanuni qüvvəsini aldıqdan sonra aidiyyəti üzrə icra olunması məqsədi ilə onun qeydiyyatda olduğu yer üzrə Saatlı rayon icra və probasiya şöbəsinə göndərilmiş və həmin qurumdan qeyd edilən məbləğdə alimentin Zərərçəkmiş şəxs ödənilməsi barədə ona rəsmi qaydada bildiriş təqdim edilmişdir. O, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini icra etmədiyi üçün Saatlı Rayon Məkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcələsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. O, həbsdən azad olunduqdan sonra yenidən qeyd olunan qətnamələri icra etmədiyi üçün Saatlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 15 (on beş) gün və həmin məhkəmənin xx.xx.2025-ci il tarixli qərarı ilə 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilmiş, həmçinin icra məmurunun təqdimatına əsasən, Saatlı Rayon Məhkəməsinin qərardadı ilə ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Bundan sonra icra məmuru tərəfindən ona yeni müddətlər verilərək, cinayət məsuliyyəti barədə xəbərdarlıqlar edilsə də, təqdimat verilən günə, yəni xx.xx.2025-ci il tarixədək Zərərçəkmiş şəxs yaranmış olan 11000 manat aliment borcunu ödəməmişdir. Hal-hazırda 11000 manat aliment borcunu tam şəkildə ödəmişdir. Odur ki, cinayət məsuliyyətindən azad edilməsini və cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafı ilə yanaşı, iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Balazir qızı ərizə təqdim edərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə xx.xx.2015-ci il tarixdə faktiki nikaha daxil olmaqla ailə həyatı qurmuş, birgə nikahdan xx.xx.2016-cı il tarixdə Aysun və xx.xx.2017-ci il tarixdə Fariz adlı 2 (iki) övladları dünyaya gəlmişdir. Təqsirləndirilən şəxs ilə evli olduğu ilk vaxtlar münasibətləri normal olsa da, lakin sonradan ailə daxili baş verən münaqişələr nəticəsində ailə münasibətləri kəskin şəkildə pisləşmiş və onların birlikdə yaşamaqları qeyri-mümkün olmuşdur. Bu səbəbdən də o, Təqsirləndirilən şəxs faktiki olaraq ayrılaraq valideyinlərinin yanında yaşamağa başlamış və ayrı yaşadıqları gündən bir müddət keçdikdən sonra o, aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Saatlı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən xx.xx.2016-cı il tarixdən hesablanmaqla xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100,00 manat sabit pul məbləğində alimentin və Saatlı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2018-ci il tarixdən hesablanmaqla xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100,00 manat sabit pul məbləğində alimentin Təqsirləndirilən şəxs tutularaq ona verilməsi qət edilmişdir. Saatlı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli və xx.xx.2018-ci il tarixli qətnamələri qanuni qüvvəsini aldıqdan sonra aidiyyəti üzrə icra olunması məqsədi ilə Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə Saatlı rayon icra və probasiya şöbəsinə göndərilmiş və həmin qurumdan qeyd edilən məbləğdə alimentin ona ödənilməsi barədə Təqsirləndirilən şəxs rəsmi qaydada bildiriş təqdim edilmişdir. Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini icra etmədiyi üçün, Saatlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 15 (on beş) gün və həmin məhkəmənin xx.xx.2025-ci il tarixli qərarı ilə 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilmiş, həmçinin icra məmurunun təqdimatına əsasən, Saatlı Rayon Məhkəməsinin qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Təqsirləndirilən şəxs əvvəllərdə ona aliment ödəmədiyi üçün Saatlı Rayon Məkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcələsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və azad olunduqdan sonrada öz qərəzli hərəkətlərini davam etdirərək, ona olan aliment borcundan ödəniş etməmişdir. Bundan sonra icra məmuru tərəfindən Təqsirləndirilən şəxs yeni müddətlər verilərək, cinayət məsuliyyəti barədə dəfələrlə xəbərdarlıq edilsə də, təqdimat verilən günə, yəni xx.xx.2025-ci il tarixədək ona yaranmış olan 11000 manat aliment borcunu ödəməmişdir. Hal-hazırda aliment borcu tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Odur ki, cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Saatlı rayon İcra və probasiya şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Saatlı Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli, 2(055)-2014/2016 saylı qiyabi qətnaməsi əsasında verilmiş icra sənədinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdən hesablanmaqla xx.xx.2016-cı il təvəllüdlü Aysun adlı uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 100,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmiş, qeyd olunan icra sənədi üzrə Saatlı rayon icra və probasiya şöbəsində xx.xx.2016-cı il tarixdə başlanılmış icraat zamanı tələbin icrasını təmin etmək məqsədi ilə borclu Təqsirləndirilən şəxs bildiriş göndərilmiş, lakin tələb yerinə yetirilməmiş, məcburi icra tədbirləri keçirtmək üçün edilmiş sorğular və digər yoxlamalar qənaətbəxş olmamışdır. Borclu Təqsirləndirilən şəxs aliment tələbi üzrə öhdəliydən yayınaraq icra məmurunun qanuni tələblərinə əməl etmədiyindən Saatlı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 3(055)-109/2017 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmiş, həmçinin Saatlı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 8(055)-70/2017 saylı qərardadına əsasən borclunun ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Bundan əlavə Saatlı Rayon Məhkəməsinin xx.xx.2018-cı il tarixli, 2(055)-468/2018 saylı qətnaməsi əsasında verilmiş icra vərəqəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2018-cı il tarixdən hesablanmaqla xx.xx.2017-ci il təvəllüdlü Fariz adlı uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 100,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmiş, göstərilən icra sənədi xx.xx.2018-cı il tarixdə şöbənin icraatına daxil olmuş və həmin tarixdə iş üzrə icraata başlanılaraq tələbin könüllü icra olunması barədə borclu Təqsirləndirilən şəxs bildiriş göndərilmiş və qeyd olunan icra sənədləri xx.xx.2018-ci il tarixli qərarla bir icraatda birləşdirilmişdir. Borclu Təqsirləndirilən şəxs aliment öhdəliyindən yayınmağı davam etdiyindən Saatlı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(055)- 45/2020 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə təqsirli bilinərək 20 (iyirmi) gün müddətində inzibati qaydada həbs edilmişdir. Təqsirləndirilən şəxs aliment tələbi üzrə 9000,00 manat aliment borcunu ödəməkdən yayınaraq qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrasını təmin etmədiyindən borclu Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunması barədə xx.xx.2021-ci il tarixdə təqdimat hazırlanaraq Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilmişdir. Təqsirləndirilən şəxs barəsində ƏN İstintaq idarəsində Azərbaycan Respublikası CM-nin 306.1-cı maddəsi ilə cinayət işi başlanmış, istintaq tamamlanaraq məhkəməyə göndərilmiş və Saatlı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(055)-04/2022 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Sonradan qeyd olunan icra sənədləri aidiyyatı üzrə icra edilməsi üçün ƏN Penitensiar xidmətin14 saylı CÇM-nə göndərilmiş və Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində məhkumdan heç bir vəsait tutulmamışdır. Təqsirləndirilən şəxs həbsdən azad olunduqdan sonra aparılmış məcburi icra tədbirləri nəticəsində borclu Təqsirləndirilən şəxs yerini müəyyən etmək mümkün olmadığından xx.xx.2023-ci il tarixdə borclunun axtarılması barədə qərar qəbul edilərək icra edilməsi üçün Saatlı RPŞ-nə göndərilmiş və həmin polis şöbəsində borclu Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixli, 700382 nömrəli axtarış işi açılmışdır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Saatlı RPŞ-nin əməkdaşları tərəfindən müəyyən edilərək şöbəyə gətirilmiş, Təqsirləndirilən şəxs aliment borcunu ödəməkdən yayındığı üçün Saatlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(055)- 297/2024 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 15 (on beş) gün müddətində inzibati qaydada həbs edilmişdir. Yenidən borclu Təqsirləndirilən şəxs aliment öhdəliyindən yayındığından və keçirilmiş icra hərəkətləri nəticəsində borclunun yerini müəyyən etmək mümkün olmadığından xx.xx.2024-cü il tarixdə borclunun axtarılması barəsində qərar qəbul edilərək icra edilməsi üçün Saatlı RPŞ-nə göndərilmiş və borclu barəsində xx.xx.2024-cü il tarixli, 700554 nömrəli axtarış işi açılmışdır. xx.xx.2025-ci il tarixdə borclu Təqsirləndirilən şəxs Saatlı RPŞ-nin əməkdaşları tərəfindən müəyyən edilərək şöbəyə gətirilmiş, borclu aliment borcunu ödəməkdən yayındığı üçün Saatlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(055)-557/2025 saylı qərarı ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 20 (iyirmi) gün müddətində inzibati qaydada həbs edilmişdir. İnzibati tənbehlərdən sonra tələblə bağlı Təqsirləndirilən şəxs məsuliyyəti elan olunmaqla xəbərdarlıq edilməsinə baxmayaraq tələb yenə icra olunmamış, aliment borcunu ödəməkdən tam yayınaraq tələbkarın xeyrinə heç bir vəsait ödəməmişdir. Materiallardan göründüyü kimi Təqsirləndirilən şəxs dəfələrlə inzibati qaydada həbs olunmasına, ölkədən getmək hüququnun məhdudlaşdırılmasına, məsuliyyəti elan olunmaqla dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, Saatlı Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli, 2(055)-2014/2016 saylı və xx.xx.2018-ci il tarixli, 2(055)-468/2018 saylı qanuni qüvvəyə minmiş qətnamələrini icra etməməkdə davam etməklə faktiki imkanlarından istifadə etməmiş və əməlində qərəzlilik müşahidə olunmuşdur. Borclu Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edildikdən sonra, yəni xx.xx.2021-ci il tarixli təqdimat verildiyi gündən xx.xx.2025-ci il tarixli verilən təqdimatadək tələbkar Zərərçəkmiş şəxs 11000,00 manat məbləğində ödənilməmiş aliment borcu yaranmışdır. Bundan əlavə tələbkar Zərərçəkmiş şəxs Saatlı rayon icra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək borclunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbir görülməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən dövlət adından çıxarılmış məhkəmə qətnamələri qərəzli olaraq icra edilmədiyindən barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə cinayət məsuliyyətinə cəlb olunması üçün İcra Xidməti vasitəsilə Ədliyyə Nazirliyinin İstintaq idarəsinə təqdimat göndərilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Saatlı rayon İcra və probasiya şöbəsinin icra məmuru Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunda ifadə vermişdir. İşdə olan xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktublarından, Saatlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(055)-297/2024 saylı və xx.xx.2025-ci il tarixli, 3(055)-557/2025 saylı qərarlarından və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs Saatlı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(055)-2014/2016 saylı və xx.xx.2018-ci il tarixli, 2(055)-468/2018 saylı qanuni qüvvəyə minmiş qətnamələrini qərəzli olaraq icra etməmişdir. İşdə olan Saatlı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 8(055)-70/2017 saylı qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılmışdır. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Saatlı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün azdlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş və məhkumluğu ödənilmişdir. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin dispozisiyasına görə məsuliyyət qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törədildiyi hallarda yaranır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ərizə və etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin ərizə və ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 39.1.11-ci maddəsinin tələbinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Bununla yanaşı məhkəmə göstərir ki, tərəflər arasındakı münasibətlər dəyişmişdir. Yəni təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə aliment borcunu zərərçəkmiş şəxsə tamamilə ödəmişdir. Belə ki, zərərçəkmiş şəxs ərizəsində, təqsirləndirilən şəxs tərəfindən aliment borcunun ona tam şəkildə ödənildiyini göstərib iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ittiham üzrə zərərçəkmiş şəxsə olan aliment borcunu tam şəkildə ödəməsini və zərərçəkmiş şəxsin bunun nəzərə alınması barədə xahişini nəzərə alaraq hesab edir ki, o, cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata xitam verilməlidir. İş materiallarından görünür ki, 10 dekabr 2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. CPM-nin 175.2 və 175.5-ci maddələrinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərci və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 39, 40, 43.3, 321.2.1, 344-347, 356, 358 və 384-cü maddələrinə əsaslanaraq, məhkəmə Qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu vaxtdan 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar