Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-114/2025 11.02.2026 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi, Saatlı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1978-ci il tarixdə Saatlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, evli, Saatlı şəhəri, ünvan 1 ünvanda yaşayan, barəsində “ev dustaqlığı”qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda 1,47 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş və saxlamış, 30 oktyabr 2025-ci il tarixdə saat 19 radələrində həmin narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq üstündə saxlayaraq yaşadığı Saatlı şəhəri, Babək küçəsi, ev 154 ünvanının yaxınlığına satış məqsədi ilə qanunsuz olaraq daşıyıb, orada 30 manat pulun müqabilində həmin 1,47 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı 1 ədəd bükümdə tanışı Şahid1 qanunsuz olaraq satmışdır. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, uzun müddətdir narkotik vasitə qəbul edir. Bir neçə ay öncə Maştağa qəsəbəsində toyda olarkən narkotik vasitəsini ordan əldə etmişdir. Həmin narkotik vasitədən Camala bir yerdə istifadə etmişlər, balaca bir bükümdə Camala hədiyyə eləmişdir. Polis əməkdaşları onu saxlayıb polis şöbəsinə gətirdikdə Camalın pis vəziyyətdə olduğunu görmüş və ona kömək etmək məqsədilə etirafedici ifadə vermişdir. O, Camala narkotik vasitə satmamışdır. Onun üzərində narkotik olmamış və satmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 234.2ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, bəzi vaxtlarda narkotik vasitə hesab edilən marixuanadan istifadə edir. İstifadə etdiyi narkotik vasitədən özündə bir büküm qalmışdır ki, xx.xx.2025-ci il tarixdə ailə üzvlərini və şəxsən özünü tanıdığı rayon sakini Şahid1 onunla ***-***-**-** nömrəli nömrəli mobil nömrədən istifadəsində olan ***-***-**-** nömrəli mobil nömrə ilə əlaqə saxlayıb ona şifrəli sözlərlə, yəni “nəsə var” deyə bildirməklə narkotik vasitənin olduğunu soruşmuşdur. O da Şahid1 cavabında “birazdan” deyə bildirmişdir. Daha sonra öz istifadəsi üçün özündə saxladığı bir bükümdə olan narkotik vasitəni Şahid1 satmaq qərarına gəlmişdir. Bundan bir qədər sonra Şahid1 ona “Whatsapp” ani mesajlaşma vasitəsi ilə öz istifadəsində olan ***- ***-**-** nömrəli mobil nömrədən onun istifadəsində olan ***-***-**-** nömrəli mobil nömrəyə “gəldin əmi?” deyə mesaj yazmış və o da Şahid1 cavabında “hə” deyə bildirdikdə Şahid1 ona “gəlirəm” deyə yazmışdır. Daha sonra Şahid1 onun yaşadığı yerə gəlmiş və o, Şahid1 sellofana bükülmüş vəziyyətdə bir büküm narkotik vasitə olan marixuananı 30 manat pulu Şahid1 almaqla vermişdir. Daha sonra Şahid1 onun yanından uzaqlaşmışdır. Növbəti gün, yəni 31 oktyabr 2025-ci il tarixdə axşam saatlarında polis əməkdaşları ona yaxınlaşmış və özlərini təqdim etməklə Şahid1 saxlanıldığını və üstündən aşkar edilib götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananı ondan 30 manat pulun dəyərində aldığını və üzərində hər hansısa bir qanunsuz əşyanın, narkotik vasitənin olub-olmaması və olduğu təqdirdə təqdim etməyini, şübhəli şəxs qismində saxlanılaraq faktiki olaraq azadlığının məhdudlaşdırıldığını, müdafiəçi ilə təmin olunmaq hüququnun olduğunu və təhqiqat zamanı müdafiəçinin təmin olunacağını bildirmişdirlər. O da polis əməkdaşlarına üzərində hər hansısa bir qanunsuz əşyanın və narkotik vasitənin olmadığını, lakin idarə etdiyi "Volkswagen" markalı, ** CO *** dövlət qeydiyyat nişanlı avtomobilində bıçaq olduğunu bildirmişdir. Daha sonra idarə etdiyi və özünə məxsus "Volkswagen" markalı, ** CO *** dövlət qeydiyyat nişanlı avtomobilinin salon hissəsindən 02 ədəd müxtəlif ölçülü qatlanan bıçaqları və 01 ədəd "Samsung" markalı mobil telefonu götürüb polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra üzərinə və idarə etdiyi "Volkswagen" markalı, ** CO *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, lakin hər hansısa bir qanunsuz əşya və narkotik vasitə aşkar olunmamış və polis əməkdaşları tərəfindən Saatlı RPŞ-ə təmin edilmişdir. Əlavə olaraq Təqsirləndirilən şəxs ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, Şahid1 30 manat məbləğində satmış olduğu həmin narkotik vasitə qurudulmuş marixuananı özü istifadə etmək məqsədi ilə saxlamış və həmin narkotiki 5-6 ay əvvəl yaşadığı küçədən tapmış, Şahid1 onunla Şahid1 özünə məxsus ***- ***-**-** nömrəli mobil nömrədən istifadəsində olan ***-***-**-** nömrəli mobil nömrə ilə əlaqə saxlayıb, daha sonra isə qeyd olunan nömrələrlə “Whatsapp” ani mesajlaşma vasitəsi ilə yazışmış, Şahid1 ilə əvvəllər birlikdə narkotik vasitədən istifadə etdiklərinə görə onun narkotik vasitədən istifadə etdiyindən məlumatlı olduğunu, ona görə də Şahid1 ona “nəsə var” deyəndə o, Şahid1 narkotik vasitə istədiyini bildiyini, birinci dəfə Camala narkotik verdiyini, əvvəllər vermədiyini, başqa şəxsə də narkotik satmadığını bildirmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs əlavə olaraq dindirildiyi zaman istintaqa ilkin verdiyi ifadənin ona ucadan oxunmaqla yenidən tanış edildiyini və verdiyi həmin ifadəni təsdiq etdiyini, narkotik vasitəni Şahid1 30 manat pul müqabilində satmağı ilə bağlı ilkin verdiyi ifadədə qeyd edilənlərin doğru olduğunu bildirməklə yanaşı ona ünvanlanan suallara cavab olaraq Şahid1 onunla mütəmadi olaraq olan zəngləri Şahid1 narkotik vasitə satmağı ilə bağlı olduğunu, sonuncu dəfə Şahid1 narkotik vasitəni satdığı tarixin xx.xx.2025-ci il tarix olduğunu, tarixi dəqiq xatırlamağına səbəbin Şahid1 narkotiki satdığı gün Şahid1 tutulduğunu eşitdiyini və Şahid1 tutulduğu gündən 1 gün sonra da onun polis əməkdaşları tərəfindən tutulduğunu, həmin vaxt, yəni xx.xx.2025-ci il tarixdə onların arasında olan zənglərin “Whatsapp” ani mesajlaşma vasitəsi ilə olduğunu, yəni normal zənglə və ya SMS vasitəsi ilə onların arasında telefon danışığı olmadığını, normal zəng dedikdə internetsiz olan bağlantını nəzərdə tutduğunu, onların internet yolu ilə danışılması və mesaj yazılması mümkün olan “Whatsapp” ani mesajlaşma vasitəsi ilə xx.xx.2025-ci il tarixdə danışdıqlarını və Şahid1 verdiyi, hansı ki, Şahid1 üzərində aşkar edilən narkotik vasitəni həmin tarixdə, yəni xx.xx.2025-ci il tarixdə satdığını, etdiyi əməlin cinayət məsuliyyətinə səbəb olduğunun fərqində olduğuna görə Şahid1 ilə aralarında internet yolu ilə olan “Whatsapp” ani mesajlaşma vasitəsi ilə aparılan danışıqları sildiyini bildirmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təxminən 2 il müddətdir ki, el arasında “nəşə” adlanan narkotik vasitədən istifadə etsə də cari ilin fevral ayının ortalarında Türkiyə Respublikasına getdiyi üçün narkotik vasitədən istifadə etməmişdir. Keçən ilin sentyabr ayının sonlarında Bakı şəhərində olduğu vaxt narkotik vasitədən istifadə etmişdir. Baş vermiş hadisə ilə əlaqədar bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə tanışı Vüsal adlı şəxslə həmişə birlikdə oturduqları və istirahət etdikləri kafe bağlı olduğundan Vüsaldan nəşə çəkmək istəyini soruşmuş, Vüsal da cavabında pulunun olmadığını və bu səbəbdən nəşə çəkməyəcəyini ona bildirmişdir. O da Vüsala nəşəni təşkil edəcəyi halda yanına gələcəyini və birlikdə çəkəcəklərini bildirmişdir. Bu niyyətlə Saatlı şəhəri ərazisində narkotik vasitələrin satışı ilə məşğul olan qonşusu Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə hava qaralan zaman, yəni axşam tərəfi istifadəsində olan 050 ***-**-** nömrəli mobil nömrə ilə Şahsuvarın istifadəsində olan mobil nömrəyə zəng vuraraq “əmi salam, nə var nə yox, nəsə var?” deyə Təqsirləndirilən şəxs bildirdikdə Şahsuvar ona “birazdan” deyə bildirmişdir. Bundan sonra yaşadığı ünvan tərəfdə gəzişməyə başlamış və bir qədər sonra Şahsuvarın idarə etdiyi “Wolksvagen” markalı nəqliyyat vasitəsinin onun yaxınlığından keçdiyini müşahidə etmiş və Şahsuvara “Whatsapp” ani mesajlaşma vasitəsi ilə “gəldin əmi?” deyə mesaj yazmışdır. Təqsirləndirilən şəxs da cavabında “hə” deyə ona bildirdikdə o, Təqsirləndirilən şəxs “gəlirəm” deyə yazmışdır. Bundan sonra o, Şahsuvar Abzuərovun yaşadığı ünvana getmiş və Təqsirləndirilən şəxs küçədə, yəni yaşadığı ünvanda çöldə oturduğunu görmüşdür. Ona yaxınlaşmış və 30 manat məbləğində pul verib, qarşılığında şəffaf sellofana bükülmüş vəziyyətdə narkotik vasitə hesab edilən marixuananı almış və oradan uzaqlaşmışdır. Daha sonra ara küçə ilə oradan uzaqlaşıb evə gedən zaman narkotik vasitə hesab edilən marixuananı sellofanda üzərində gəzdirməmək üçün yolda tapdığı “Argo” markalı siqaret qutusuna qoyub əynindəki olan qara rəngli gödəkçənin sağ cibinə qoymuşdur. Yolda gedən zaman Ruhid adlı tanışını görmüş və Ruhidlə birlikdə hərəkətdə olarkən ictimai qaydanı pozduqlarına görə polis əməkdaşları onlara yaxınlaşmış və özlərini təqdim etmişdirlər. Yaratdıqları səs küyə görə polis əməkdaşları tərəfindən Saatlı RPŞ-yə gətirilmiş və polis şöbəsində polis əməkdaşları tərəfindən üzərlərində olan əşyaları təqdim etmək təklifi veriləndə o, üzərində olan “Winchester” markalı siqaret qutusunu və “Argo” siqaret qutusunu təqdim etmiş və polis əməkdaşları siqaret qutularını açmış və həmin vaxt Şahsuvardan aldığı narkotik vasitə müəyyən edilmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən izahatı alınaraq narkotik vasitəni haradan əldə etməyi soruşulduqda o, narkotik vasitə hesab edilən marixuananı tanıdığı Şahsuvar adlı şəxsdən aldığını bildirmişdir. Daha sonra narkotik vasitə də qablaşdırılaraq götürülmüşdür. Şahid1 ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, əvvəllər də Təqsirləndirilən şəxs narkotik vasitə alıb istifadə etmiş və ümumiyyətlə Şahsuvarın narkotik vasitə satdığını demək olar ki, Saatlı rayonunda narkotik vasitədən istifadə edən hər kəsin bildiyini qeyd etmişdir. Şahid1 Təqsirləndirilən şəxs narkotik vasitəni aldığı zaman 30 manat məbləğində pulu ona 1 ədəd 20 manatlıq və 2 ədəd 5 manatlıq əskinaslarla verdiyini, telefonla danışan zaman Şahsuvara 30 manat pulunun olduğunu bildirdiyi üçün Şahsuvarın elə hazır vəziyyətdə bir büküm marixuananı ona verdiyini, Şahsuvarın ona narkotik vasitəni dərhal bir bükümdə verdiyini, yəni Şahsuvardan narkotik vasitəni götürən zaman Şahsuvarın tərəzidən istifadə etmədiyini, Təqsirləndirilən şəxs aldığı, hansı ki, polis şöbəsində müəyyən edilən narkotik vasitə marixuananı xx.xx.2025-ci il tarixdə təxminən saat 19:00 radələrində Təqsirləndirilən şəxs Saatlı şəhərində yerləşən və həmin ünvanda yaşadığı evinin yaxınlığında 30 manat pul verməklə aldığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 19 radələrində yaşadığı küçədə mağazada olduğu vaxt bir küçədə yaşadığı və tanıdığı Şahid1, o mağazada olduğu vaxt mağazaya gəlmiş, bundan sonra Camal ondan nə etdiyini soruşduqda o, Şahid1 evə gedəcəyini bildirmişdir. Daha sonra onlar birlikdə evə getdikləri yolda bir-biriləri ilə uca səslə danışaraq ucadan nalayiq ifadələr işlətmişdirlər. Bu zaman polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim etmiş və uca səslə nalayiq ifadələr işlətdiklərinə görə ictimai qaydanı pozduqları onlara bildirlimişdir. Bundan sonra hər ikisinin şəxsiyyətini müəyyən edib baş verənlərlə bağlı rayon polis şöbəsinə təmin edilməli olduqları və sənədləşdirmə işlərinin aparılacağı onlara bildirilmişdir. Daha sonra onlar birlikdə polis əməkdaşları ilə Saatlı RPŞ-ə gətirilmişdirlər. Şöbənin inzibati binasına daxil olduqda polis əməkdaşları onlara üzərlərində hər hansı qeyri qanuni əşya, həmçinin kəsici deşici alət olub olmadığını soruşduqda Şahid1 üzərində olan narkotik vasitə marixuananı saxladığı Argo markalı siqaret qutusunu və digər əşyalarını polis əməkdaşlarına təqdim etmişdir. Həmin vaxt o, üzərində olan Argo markalı siqareti və telefonunu polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları onun üzərindən çıxan özünə məxsus siqareti və telefonunu geri qaytarmışdırlar. Şahid1 üzərindən çıxan narkotik vasitəni haradan əldə etməsi ilə bağlı polis əməkdaşları soruşduqda Şahid1 üzərində saxladığı narkotik vasitə marixuananı onun da tanıdığı Şahsuvar adlı şəxsdən aldığını bildirmişdir. Daha sonra aşkar olunan narkotik vasitə polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. Qeyd edilənlərlə bağlı videoçəkiliş aparılmış və qablaşdırılan zərfə o da imza etmişdir. Əlavə olaraq Şahid2 ona Şahid1 üzərində olan narkotik vasitə marixuananı polis əməkdaşlarına təqdim etdiyini bildirməsi, lakin videoçəkiliş zamanı ona eyni xüsusatla bağlı sual verildikdə ilkin olaraq cavabında “xeyr” deyə bildirməsi, daha sonra isə verdiyi izahatın eyni məzmununu bildirməsi barədə nə deyə bilməsi ilə əlaqəli ona ünvanlanan suala cavab olaraq bildirmişdir ki, hal-hazırda verdiyi ifadədə doğru olanları bildirir və bir daha təsdiq edir ki, onlar şöbəyə gətirilən zaman Şahid1 üzərində olan narkotik vasitəni polis əməkdaşlarına cibindən çıxardıb təhvil vermiş və o da bunu görmüşdür. Videoçəkiliş zamanı sualı səhv başa düşmüşdür. Şahid1 üzərindən aşkar olunan narkotik vasitənin ona aid olduğunun polis əməkdaşı tərəfindən soruşulduğunu zənn etdiyini və buna görə “xeyr” deyə cavab verdiyini, lakin sual ona tam aydıq olduqdahəmin narkotik vasitənin həqiqətən də Şahid1 üzərindən çıxması, yəni ona məxsus olmadığını bidlirmişdir. Şahid2 bildirmişdir ki, Şahid1 onun yanına gəldiyi vaxt tək olmuşdur. Şahid1 üzərində narkotik vasitə saxladığından məlumatı olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə satması barədə isə heç bir məlumatı yoxdur. Onlar birlikdə polis şöbəsinə gətirildikləri vaxt o, Şahid1 üzərində narkotik vasitə saxladığını görmüş və bilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Şahid1 tanıyır, yəni onun qohumudur. Şahid1 tez-tez onun yanına gəlib gedir. Şahid1 tutulduğu günün axşam tərəfi, yəni hava qaralmağa yaxın bir vaxtda onun yanına gəlmiş və ona birlikdə narkotik vasitə olan marixuanadan istifadə etməklə bağlı təklif etmişdir. O da səhhətində problemlər olduğuna görə narkotik vasitə istifadə etmək istəmədiyindənŞahid1 cavabında pulunun olmadığını bildirmişdir. Bu zaman Şahid1 ona narkotik vasitə əldə etdiyi halda yanına gələcəyini bildirmişdir. O isə Şahid1 cavabında heç bir məlumat bildirməmişdir. Bundan sonra Şahid1 onun yanından uzaqlaşmış və sonradan o, Şahid1 tutulduğunu öyrənmişdir. Əlavə olaraq Şahid3 ona ünvanlanan suallara cavab olaraq narkotik vasitədən çox nadir hallarda istifadə etdiyini, Şahid1 üzərində olduğunu bildiyi vaxtda ondan istədiyini və birlikdə istifadə etdiklərini, Camalın əldə etdiyi narkotik vasitəni ona nə hədiyyə formasında nə də ki, qarşılığında hər hansı maddi dəyəri olan əşya almadan, həmçinin pul almadan verdiyini, ümumiyyətlə Şahid1 narkotik vasitə olubolmamasını soruşduğunu və Şahid1 olduğu halda istifadə etdiyini, pinəçi olduğuna görə yaşadığı yerdə hər kəsin onun yanına gəlməklə ayaqqabı təmiri işi gördürdüyünü, Şahid1 də həmçinin onun yanına tez-tez gəlib gedən şəxs olduğundan Şahid1 narkotik vasitə istifadəçisi olduğunu bildiyini, buna görə də aradabir Şahid1 narkotik vasitə olduğunu soruşduqda o, əgər Şahid1 narkotik vasitə olduğu halda ona da verdiyini və birlikdə istifadə etdiklərini, Şahsuvarı rayon sakini olaraq tanıdığını, lakin Şahsuvarın narkotik vasitə satması ilə bağlı məlumatının olmadığını, Şahid1 də Təqsirləndirilən şəxs narkotik vasitə alması ilə bağlı ona heç bir məlumat vermədiyini, nə də ki, Şahid1 narkotik vasitəni haradan əldə etməsi ilə bağlı sual vermədiyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Saatlı RPŞ-nin İTB-nin sahənin polis nəfəri Şahid4 ifadəsində göstərmişdir ki, 30 oktyabr 2025-ci il tarixdə saat 19:40 radələrində Saatlı RPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı Şahid5 və polis nəfəri polis serjantı Şahid6 Habil oğlu ilə birlikdə Saatlı şəhəri, A.Abuzərov küçəsində xidmətdə olan zaman iki nəfər şəxsin birlikdə hərəkət etdiklərini və onların ucadan ünvansız nalayiq ifadələr işlətdiyini müşahidə etmiş və həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etmişlər. Onların Saatlı şəhər sakinləri Şahid1 və Şahid2 olduqlarını müəyyən etmişlər. Bundan sonra onların davranışlarını sənədləşdirmək üçün həmin şəxsləriSaatlı RPŞ-yǝ dəvət etmişlər. Saatlı RPŞ-nin inzibati binasında Növbətçi Hissəsinin qarşısında təhlükəsizlik tədbiri kimi həmin şəxslərə üzərlərində gəzdirilməsi qanunla qadağan edilmiş əşya, predmet və ya kəsici deşici alət olub-olmadığı soruşulduqda həmin vaxt Şahid1 əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən 1 ədəd "ARGO" markalı və həmin gödəkçəsinin sol yan cibindən isə 1 ədəd "WİNCHESTR" markalı siqaret qutuları təqdim etmiş və təqdim etdiyi əşyalardan başqa üzərində heç bir qeyri-qanuni əşya olmadığını Şahid1 bildirmişdir. Bu zaman Şahid1 "WİNCHESTR" markalı siqaret qutusunda normal siqaret olduğunu, "ARGO" markalı siqaret qutusunda isə öz istifadəsi üçün "nəşə" olduğunu bildirmişdir. Bu zaman onlar, yəni polis əməkdaşları Şahid1 təqdim etdiyi siqaret qutularına baxış keçirən zaman həqiqətən də onun təqdim etdiyi iki siqaret qutusundan birinin, yəni"WİNCHESTR" markalı siqaret qutusunun içərisində bir neçə ədəd siqaret olduğunu, digərində isə, yəni “Argo” markalı siqaret qutusunun içərisində isə narkotik vasitə hesab edilən marixuanaya bənzər yaşıl rəngli xüsusi qoxuya məxsus kütlə olduğunu müşahidə etmişlər. Şahid1 yenidən həmin kütlənin nə olduğunu soruşduqda o, “Argo” markalı siqaret qutusunun içərisində öz istifadəsi üçün əldə etdiyi “nəşə” olduğunu bildirmişdir. Polis əməkdaşları tərəfindən Şahid1 həmin narkotik vasitəni kimdən əldə etməsini soruşulduqda o, Saatlı şəhər sakini olan tanışı Şahsuvar adlı şəxsdən həmin narkotik vasitəni əldə etdiyini bildirmişdir. Həmin vaxt Şahid1lə birlikdə RPŞ-yə təmin edilən dostu Şahid2 da baş verənləri müşahidə etmişdir.Daha sonra Şahid2 üzərində saxladığı 1 ədəd mobil telefon, bir ədəd "ARGO" markalı siqaret qutusunu və bir ədəd alışqanı polis əməkdaşlarına təqdim edərək üzərində başqa əşyaların olmadığını bildirmişdir. Şahid1 üzərindən aşkar edilmiş predmetlər müvafiq sənədləşmə aparılmasından ötrü polis əməkdaşları tərəfindən təhqiqatçıya təqdim edilmiş və qeyd olunanlarla bağlı videoçəkiliş aparılmaqla narkotik vasitə olan qurudulmuş marixuana “Argo” markalı siqaret qutusu ilə birlikdə tərəziyə qoyularaq çəkisi ölçülmüş və ekspertizaya təqdim edilməsindən ötrü qablaşdırılmışdır. Bildirmişdir ki, Şahid1lə birlikdə RPŞ-yə təmin etdikləri Şahid2 üzərində isə heç bir qeyri-qanuni predmet aşkar edilməmişdir. Onlardan Şahid2 xırda xuliqanlıq əməlini törətməsinə görə cərimə edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 və Şahid6 Şahid4 ifadəsi ilə eyni məzmunda ifadə vermişlər. İş materiallarından görünür ki, ibtidai istintaq vaxtı şahid qismində dindirilmiş Şahid1 ilə Təqsirləndirilən şəxs arasında videoçəkiliş aparılmaqla üzləşdirmə istintaq hərəkəti həyata keçirilmiş, Şahid1 üstündən aşkar edilmiş 1,47 qram çəkidə tərkibində narkotik vasitə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı Təqsirləndirilən şəxs 30 manat pul qarşılığında aldığını sonuncunun üzünə qarşı demiş, Təqsirləndirilən şəxs da qeyd edilənlərin doğru olduğunu və razılaşdığını bildirməklə günün qaranlıq vaxtı olduğuna görə verilən Şahid1 tərəfindən ona verilən pulun nə qədər olduğunu bilmədiyini, lakin özündə istifadəsi üçün saxladığı narkotik vasitə marixuananı Şahid1 pul qarşılığında satdığını bildirməklə onun dediklərini təsdiq etmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Saatlı şəhər sakinləri Şahid1 və Şahid2 ucadan ünvansız küçə söyüşləri söydüklərinə rayon polis şöbəsinin əməkdaşları tərəfindən Saatlı RPŞ-ə gətirilmiş və təhlükəsizlik tədbiri kimi adları qeyd olunan şəxslərə üstlərində olan qanunla qadağan edilmiş əşya, predmet və ya kəsicideşici alət olub olmadığı soruşulduqda Şahid1 əynindəki qara rəngli gödəkçəsinin sol yan cibindən çıxardığı “Argo” markalı siqaret qutusunda öz istifadəsi üçün “nəşə” olduğunu bildirmiş və həmin kütlə polis əməkdaşları tərəfindən götürülmüşdür. İşdə olan 30 oktyabr 2025-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş içərisində videogörüntü olan CD diskdən görünür ki, Saatlı şəhər sakini Şahid1 üstündən aşkar olunaraq götürülmüş narkotik vasitə qurudulmuş marixuanaya baxış keçirilmiş, Şahid1 həmin kütləni tanıdığı Şahsuvar adlı şəxsdən 30 manat pul müqabilində aldığını etiraf etmişdir. İşdə olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 18/760 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində: “...imza C. Eynullayev..”sözləri və imzalar olan kağız paketi açdıqda 01 ədəd siqaret qutusunda təmiz çəkisi 1,47 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İşdə olan məhkəmə-narkoloji ekspertin xx.xx.2025-ci il tarixli 7300 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Lakin halhazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. İşdə olan "xxxx" MMC-dən daxil olan məktuba əlavə edilmiş bir ədəd diskdəki məlumatlara baxış keçirilməsi haqqında 04 dekabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs və Şahid1 istifadələrində olan mobil nömrələr ilə telefon danışıqlarına və SMS-lərə dair məlumatlar təhlil olunarkən müəyyən edilmişdir ki, Şahid1 istifadəsində olan ***-***-**-** nömrəli nömrəli mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli nömrəli mobil nömrəyə müxtəlif vaxtlarda dəfələrlə zənglər olmuş və eyni zaman da Təqsirləndirilən şəxs da ona zəng vurmaqla mütəmadi olaraq bir-biriləri ilə əlaqədə olmuşdurlar. Sonuncu zənglər təhlil edilərəkən görünür ki, Şahid1 istifadəsində olan ***-***-**-** nömrəli nömrəli mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli saylı mobil nömrəyə xx.xx.2025-ci il tarixdə saat 20:02:42-də (həmçinin, bundan sonra müvafiq olaraq saat:dəqiqə:saniyə), saat 20:27:47-də, saat 20:32:46-da zəng vurmuşdur. xx.xx.2025-ci il tarixə yaxın tarixlərdə, yəni xx.xx.2025-ci il tarixdə, xx.xx.2025-ci il tarixdə, xx.xx.2025-ci il tarixdə, xx.xx.2025-ci il tarixdə hər iki şəxs bir-biriləri ilə gün ərzində dəfələrlə olmaqla mütəmadi olaraq bir-biriləri ilə telefon zəng vasitəsi ilə əlaqə saxlamışlar. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Eyni zamanda, Təqsirləndirilən şəxs Birinci Qarabağ müharibəsinin şəhidi X2 qardaşıdır. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü verilmiş ittiham üzrə təqsirli bilməyərək, Şahid1 narkotik vasitə satmadığını göstərmişdir. Lakin təqsirləndirilən şəxsin göstərdiyi xüsusatlar məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamış və mötəbər sübutlarla təkzib olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq vaxtı müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən Şahid1 30 manat müqabilində narkotik vasitə satdığını etiraf etmişdir. İş üzrə Təqsirləndirilən şəxs ilə iş üzrə Şahid1 arasında ibtidai istintaq zamanı üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Şahid1 30 manat pul müqabilində Təqsirləndirilən şəxs 2 kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana aldığını sonuncunun üzünə qarşı demişdir. Bundan başqa, məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilərkən də, Şahid1 ifadəsində 120 manat pul müqabilində Təqsirləndirilən şəxsdən 1 büküm narkotik vasitə qurudulmuş marixuana aldığını bildirmiş, öz növbəsində Təqsirləndirilən şəxs da, Şahid1 30 manat müqabilində narkotik vasitə satdığını etiraf bildirmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.8-ci bəndinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.9-cu bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu bəndinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.11-ci bəndinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, şəhid qardaşı olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, şəhid qardaşı olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddində cəza təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 31 oktyabr 2025-ci il tarixdən 02 noyabr 2025-ci il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanıldığı müddət ona təyin olunacaq cəzadan çıxılmalıdır. Bundan başqa, iş materiallarına əlavə edilmiş Saatlı Rayon Məhkəməsinin 02 noyabr 2025-ci il tarixli 4(055)-51/2025 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 02 noyabr 2025-ci il tarixdən hesablanmaqla 2 ay, 29 gün müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2.2-ci maddəsinə görə şəxsin ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli 02 noyabr 2025-ci il tarixdən hesablanmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyinə görə barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. İş materiallarından görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmadığı müəyyən olunmuşdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ona görə də, Təqsirləndirilən şəxs narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz çəkisi 1,45 qram qalan narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə maddi sübut olan 1 ədəd disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə 67,30 (altımış yeddi manat otuz qəpik) manat manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia, xüsusi müsadirə olunmalı əmlak və maddi ziyan yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 31 oktyabr 2025-ci il tarixdən 02 noyabr 2025-ci il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı iki günün bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulub hesablanmaqla ona hazırki hökmlə təyin olunmuş cəzadan iki gün çıxılıb üzərində qəti olaraq 02 (iki) il, 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 02 noyabr 2025-ci il tarixdən hesab edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz çəkisi 1,45 qram qalan narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə 67,30 (altımış yeddi manat otuz qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(055)-114/2025
Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-114/2025
11.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver