Məhkəmə qərarları › İş №1(055)-116/2025

Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-116/2025

04.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-116/2025 04.02.2026 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-Saatlı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1992-ci il tarixdə Saatlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Saatlı şəhəri, X7 küçəsi ev 75də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında saat 14:45-də baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda 01 ədəd nömrəsi silinmiş vəziyyətdə, çərçivəsinin üzərində "PC" hərfləri olan, zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı, hissəmexanizmlərinin üzərində sonradan təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmiş, yivli odlu silah olan Makarov konstruksiyalı PM modelli tapançanı və 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı, 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş və həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi olan darağı qanunsuz olaraq əldə edib, yaşadığı Saatlı şəhəri X7 küçəsi ev 75 ünvanına qanunsuz olaraq daşıyıb, orada evin həyətindəki qarajda istifadə edilməyən odun sobasının içində qanunsuz olaraq saxlamış, 20 noyabr 2025-ci il tarixdə Saatlı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yuxarıda qeyd edilən ünvandakı evin həyətindəki qarajda istifadə edilməyən odun sobasının içərisindən həmin yivli odlu silah olan Makarov konstruksiyalı PM modelli tapança və onun komplekt hissəsi olan daraq aşkar edilərək 20 noyabr 2025-ci il tarixdə saat 15:25-dən 16:00-dək olan müddət ərzində aparılan baxış zamanı götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, 20 noyabr 2025-ci il tarixdə polis əməkdaşları onun yaşadığı evə gələrək bildirmişlər ki, evdə silah saxlamağı barədə onlarda məlumat vardır. O da sobanın içərisində gizlətdiyi “makarov” tipli tapançanı könüllü olaraq onlara təqdim etmişdir. O həmin silahı Muğan parkdan tapmışdır. Silahın patronları yox idi, yalnız darağı var idi. O, həmin silahın istifadəyə yararlı olduğunu bilməmişdir. Törətdiyi əmələ görə peşmançılıq çəkir və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Saatlı RPŞ-nin CAB-ın rəisi Şahid1 ifadəsində göstərdi ki, 20 noyabr 2025-ci il tarixdə Saatlı şəhərində yaşayan Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətində qanunsuz olaraq odlu silah saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı o raportla polis şöbəsinin rəisinə məruzə etmişdir. Bundan sonra raport üzrə əməliyyat axtarış tədbirlərinin keçirilməsi ona həvalə olunmuş, əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən olunmuşdur. Əməliyyat tədbirində iştirak edəcək şəxslərin Təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru X3, RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, Saatlı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid3 və ondan ibarət olması təsdiqlənmişdir. Həmin gün keçirilmiş tədbir nəticəsində Təqsirləndirilən şəxs saat 15:25 radələrində Saatlı şəhəri, X7 küçəsində yaşadığı evin yaxınlığında olarkən müəyyən edilmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah saxlamağı barədə məlumatları olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs həyətyanı sahəyə baxış keçirilməsinə etirazı olmadığını bildirmiş və bununla bağlı ərizə yazmışdır. Daha sonra onlar Təqsirləndirilən şəxs həmin silahı saxladığı yeri göstərməsini bildirmişlər. Təqsirləndirilən şəxs həmin silahı həyətyanı sahəsində yaşadığı evə bitişik qarajda yerləşən istifadə olunmayan odun sobasının içərisində saxladığını bildirmiş və həmin qaraja getmişdir. Qaraja daxil olduqda, Təqsirləndirilən şəxs silahı qarajın içərisində istifadə olunmayan odun sobasının içərisindən götürərək onlara təqdim etmişdir. Silaha təhqiqatçı Mirzahid Abasov tərəfindən baxış keçirilmişdir. Baxış zamanı həmin silahın nömrəsi silinmiş “Makarov” tipli tapança olması və həmin silahın komponenti olan 01 ədəd patronsuz sandıq müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs həyətyanı sahəsində yerləşən qarajdan aşkar edilərək götürülmüş silahın və sandığın odlu silah və onun komplekt hissəsi olub-olmamasının müəyyən edilməsi üçün ekspertizaya göndərilməsindən ötrü 1 ədəd kağız paketdə qablaşdırılmış, həmin kağız möhürlənib götürülmüşdür. Baxış zamanı Təqsirləndirilən şəxs həyətyanı sahəsində yerləşən qarajdan aşkar edilmiş həmin silahı Saatlı rayon Muğan park ərazisindən tapdığını bildirmişdir. Sonda təhqiqatçı Mirzahid Abasov tərəfindən protokol tərtib edilərək digər iştirakçılar kimi o da həmin protokolda imza etmişdir. Baxış və götürmə zamanı videoçəkiliş CAB-ın əməliyyat müvəkkili Şahid2 tərəfindən aparılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Saatlı rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ifadəsində göstərdi ki, 20 noyabr 2025-ci il tarixdə Saatlı şəhərində yaşayan Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətində qanunsuz olaraq odlu silah saxlaması barədə Şahid1 əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən olunmuşdur və onun da əməliyyat tədbirində iştirak etməyi təsdiqlənmişdir. Həmin gün keçirilmiş tədbir nəticəsində Təqsirləndirilən şəxs saat 15:25 radələrində Saatlı şəhəri, X7 küçəsində yaşadığı evin yaxınlığında olarkən müəyyən edilmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah saxlamağı barədə məlumatları olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs həyətyanı sahəyə baxış keçirilməsinə etirazı olmadığını bildirmiş və bununla bağlı ərizə yazmışdır. Daha sonra onlar Təqsirləndirilən şəxs həmin silahı saxladığı yeri göstərməsini bildirmişlər. Təqsirləndirilən şəxs həmin silahı həyətyanı sahəsində yaşadığı evə bitişik qarajda yerləşən istifadə olunmayan odun sobasının içərisində saxladığını bildirmiş və həmin qaraja getmişdir. Qaraja daxil olduqda, Təqsirləndirilən şəxs silahı qarajın içərisində istifadə olunmayan odun sobasının içərisindən götürərək onlara təqdim etmişdir. Silaha təhqiqatçı Mirzahid Abasov tərəfindən baxış keçirilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş xx.xx.2025-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs yaşadığı Saatlı şəhər X7 küçəsi ev 75 ünvanında yerləşən evinin həyətyanı sahəsində fərdi yaşayış evinə bitişik qarajda, istifadə olunmayan odun sobasının içərisində qanunsuz olaraq əldə etdiyi 01 ədəd nömrəsi silinmiş vəziyyətdə, Makarov konstruksiyalı PM modelli tapança və 01 ədəd daraq aşkar edilərək götürülmüşdür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2025-ciil tarixli 25/1699 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd nömrəsi silinmiş, çərçivəsinin üzərində “PC” hərfləri olan silah, zavod üsulu ilə istehsal olunmuş 9 mm kalibrli “Makarov” konstruksiyalı PM modelli tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə-mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 01 ədəd darağ zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsidirdarağıdır, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən, Saatlı Rayon Məhkəməsinin 21 iyun 2022-ci il və 02 iyul 2025-ci il tarixli hökmlərinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Saatlı Rayon Məhkəməsinin 26 noyabr 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 69.4-cü maddələrinə əsasən 1500 manat cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli Amnistiya qərarının 1.8-ci bəndinə əsasən təyin olunmuş cərimə cəzasından azad edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Saatlı Rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1, 228.4, 66.2, 69.3-cü maddələrinə əsasən 01 il 08 ay 12 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 23 avqust 2022-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilmədən qüvvədə saxlanılmış, 12 iyun 2024-cü il tarixdə cəza müddəti bitdiyinə görə qeydiyyatdan çıxarılmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs Saatlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən 02 il 08 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 17 yanvar 2026-cı il tarixli “Amnistiya aktının tətbiq edilməsi barədə” qərarın surətindən görünür ki, “Konstitusiya və Suverenlik İli” münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 2.6-cı bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzadan azad edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 22 dekabr 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini şərh olunan qaydada törədərək istintaqa məlum olmayan mənbədən və vaxtda 01 ədəd nömrəsi silinmiş vəziyyətdə, çərçivəsinin üzərində "PC" hərfləri olan, zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı, hissə-mexanizmlərinin üzərində sonradan təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmiş, yivli odlu silah olan Makarov konstruksiyalı PM modelli tapançanı və 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı, 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş və həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi olan darağı qanunsuz olaraq əldə etməsi, yaşadığı Saatlı şəhəri X7 küçəsi ev 75 ünvanına qanunsuz olaraq daşıyıb, orada evin həyətindəki qarajda istifadə edilməyən odun sobasının içində qanunsuz olaraq saxlaması, 20 noyabr 2025-ci il tarixdə Saatlı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yuxarıda qeyd edilən ünvandakı evin həyətindəki qarajda istifadə edilməyən odun sobasının içərisindən həmin yivli odlu silah olan Makarov konstruksiyalı PM modelli tapançanın və onun komplekt hissəsi olan darağın aşkar edilərək 20 noyabr 2025-ci il tarixdə saat 15:25-dən 16:00-dək olan müddət ərzində aparılan baxış zamanı götürülməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər də başqa cinayət əməllərinə görə məhkumluqları olmuşdur və hazırda da ödənilməyən məhkumluğu vardır. Məhkəmə bu halı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyinində təqsirləndirilən şəxsin şəxsiyyətini müəyyən edən hal kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını orta həddə təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan, 01 ədəd nömrəsi silinmiş, Makarov konstruksiyalı PM modelli tapança və 01 ədəd həmin kalibirli Makarov konstruksiyalı tapançanın komplekt hissəsi olan daraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Silah-Sursat anbarına təhvil verilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsi haqqında protokola əlavə edilmiş 1 ədəd CD-nin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İşdə mülki iddia, maddi ziyan və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək bir il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 20 noyabr 2025-ci il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan 01 ədəd nömrəsi silinmiş, Makarov konstruksiyalı PM modelli tapança və 01 ədəd həmin kalibirli Makarov konstruksiyalı tapançanın komplekt hissəsi olan daraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Silah-Sursat anbarına təhvil verilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsi haqqında protokola əlavə edilmiş 1 ədəd CD-nin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar