Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-117/2025 04.03.2026 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi, Saatlı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.2005-ci ildə Saatlı rayonu, Qara Nuru kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, Saatlı rayonu, Qara Nuru kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etmiş, saxlamış, daşımış və qanunsuz olaraq narkotik vasitəni satmışdır. Belə ki, o, xx.xx.2025-ci il tarixdə saat 22:50 radələrində Saatlı rayonu, Qara Nuru kəndinin girişində əmisi oğlu Şahid4 satış məqsədi ilə 14,16 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı 55 manat pulun müqabilində qanunsuz olaraq əldə etmiş və saxlamış, 09 oktyabr 2025-ci il tarixdə saat 23:20 radələrində həmin narkotik vasitə qurudulmuş marixuanadan 05 ədəd gümüşü rəngli kağız bükümdə, ayrı-ayrılıqda çəkiləri 1,50 qram, 1,37 qram, 1,34 qram, 1,09 qram və 1,21 qram, ümumilikdə təmiz çəkisi 6,51 qram hissəsini satış məqsədi ilə qanunsuz olaraq üstündə saxlayaraq Saatlı rayonu Qara Nuru kəndində “Mehman” marketin yaxınlığına satış məqsədi ilə qanunsuz olaraq daşıyıb, orada əvvəlcədən aldığı 55 manat pulun müqabilində həmkəndlisi Şahid3 qanunsuz olaraq satmış, qalan 7,65 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı xx.xx.2025-ci il tarixdə saat 13:30-da Saatlı rayonu, Qara Nuru kəndində evinin yaxınlığında küçədə piyada hərəkət edərək qanunsuz olaraq satış məqsədi ilə üstündə saxlayıb və daşıyarkən əməliyyat tədbiri keçirən Saatlı RPŞ-nin əməkdaşları tərəfindən müəyyən olunmuş və orada saat 13:30-dan 13:38-dək olan müddətdə üstü yoxlanılarkən əynindəki şalvarın sağ yan cibində saxladığı həmin 7,65 qram narkotik vasitə olan qurudulmuş marixuana 1 ədəd sellofan bükümdə aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, təxminən 2 aydır ki, el arasında “nəşə” kimi adlanan narkotik vasitə olan qurudulmuş marixuanadan arabir istifadə edir. xx.xx.2025-ci il tarixdə saat 21 radələrində həmkəndlisi, tanışı Şahid3 Fizuli oğlu ona zəng vurub ondan 50 manatlıq narkotik vasitə olan qurudulmuş marixuana istəmişdir. O, da Firdövsiyə biraz gözləməyini, xəbər verəcəyini bildirmişdir. Daha sonra əmisi oğlu Şahid4 zəng edib Vahiddə 50 manatlıq narkotik vasitə qurudulmuş marixuana olub-olmamasını soruşmmuş və Vahid də ona olduğunu, verə biləcəyini dedikdən sonra Firdövsiyə zəng edib təşkil edə biləcəyini demişdir. Onda kart hesabı olmadığı üçün həmkəndlisi Eldar adlı şəxslə razılaşmışdır ki, Eldar ona 55 manat pulu nağd versin və Eldarın kartına 55 manat pul göndərsinlər. Bundan sonra Firdövsiyə Eldarın kart hesabını “Whatsapp” mobil tətbiqi vasitəsi ilə göndərmiş və Firdövsiyə əlavə 5 manat da yol xərci üçün göndərməsini demiş, 55 manat pul göndərməsini istəmişdir. Həmin gün saat 21 radələrində Firdövsi həmin karta 55 manatı göndərmiş və o, da Eldardan nağd şəkildə 55 manat pulu almışdır. Bundan sonra əmisi oğlu Vahidə zəng edərək kəndlərin yerləşən “Qədir-Xum” kafesindən onu öz avtomobili ilə götürməsini istəmişdir. Əmisi oğlu Vahid özünə məxsus avtomobillə saat 21 radələrində həmin kafenin qarşısına çatmışdır. O, avtomobilin sükanı arxasında əyləşmiş, Vahid isə ön sərnişin oturacağında əyləşmişdir. Avtomobildə olarkən o, əmisi oğlu Vahidə 55 manat pul vermişdir. Vahid ona narkotik vasitə olan qurudulmuş marixuananı götürəcəyini, ona avtomobilini aparıb onun yaşadığı evin qarşısında saxlamağını, daha sonra isə gəlib onu Saatlı rayon, Qara Nuru kəndinin girişində gözləməyini demişdir. Bundan sonra Vahid Saatlı rayonu, Sarıcalar kəndində yerləşən “Komfort” şadlıq sarayının yaxınlığında avtomobildən düşmüş, o, da avtomobili onun yaşadığı evin qarşısına sürüb getmişdir. Avtomobili Vahidin yaşadığı evin qarşısında saxlamışdır. Daha sonra, Saatlı rayonu, Qara Nuru kəndinin girişinə “Qara Nuru” yazısı olan yol nişanının yanına gəlib Vahidi gözləməyə başlamışdır. Saat 23 radələrində Vahid də ora gəlmişdir. Orda Vahid 1 ədəd bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı ona vermişdir. Sonra o, Vahidə öz evlərinə getməyi, orada həmin narkotik vasitə qurudulmuş marixuanadan 1 baş çəkməyi təklif etmişdir. Vahid də onunla razılaşmış, daha sonra yaşadığı Saatlı rayonu, Qara Nuru kəndindəki fərdi yaşayış evinin həyətində yerləşən dama getmişlər. Orada o, həmin narkotik vasitə qurudulmuş marixuanadan 1 başını, təxminən 1 qramını götürüb 1 ədəd siqaretə doldurmuş və onlar ikisi də çəkərək qəbul etmişlər. Daha sonra isə Vahid çıxıb evə getmişdir. Bundan sonra Firdövsi ondan narkotik vasitə qurudulmuş marixuananı 5 ədəd bükümdə istədiyi üçün həmin 1 ədəd kibrit qutusundakı narkotik vasitə qurudulmuş marixuananı 5 ədəd gümüşü rəngli, siqaret kağızlarına bölmüşdür. Bundan sonra həmin 5 ədəd bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı təxminən yarım saat sonra, yəni saat 23 radələrində Firdövsi ilə danışıb kəndlərində yerləşən “Mehman” marketin yaxınlığında görüşmüş və Firdövsiyə həmin 5 ədəd gümüş rəngli kağız bükümdə narkotik vasitə qurudulmuş marixuananı vermişdir. Daha sonra Firdövsi çıxıb getmişdir. Üzərindən çıxan narkotik vasitə ilə bağlı isə bildirir ki, polis əməkdaşları onu saxlayarkən üstündə narkotik olmamışdır. Həmin narkotiki onun üstünə polis əməkdaşları qoymuşlar. Əvvəl o, qorxduğu üçün polis əməkdaşları ilə razılaşmışdır ki, guya ki, həmin narkotik onundur. Lakin indi doğru olanı bildirir ki, Vahiddən 1 dəfə narkotik götürüb həmin narkotiki də Firdövsiyə vermiş, onun üzərində narkotik vasitə olmamışdır. Polis əməkdaşları onu 10 oktyabr 2025-ci il tarixdə saat təxminin 11-12 radələrində yaşadığı evin yayında saxlayıb, polis şöbəsinə gətirmişlər. Saat 5-6-a kimi onu orda saxladıqdan sonra üzərinə narkotik vasitə qoyub, yenidən saxladıqları yerə gətirmişlər. Orda çəkilişlə üzərinə baxış keçirmişlər və qoyduqları narkotik vasitə üzərindən çıxmışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Saatlı rayonu, Qara Nuru kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. Təxminən 2 aydır ki, el arasında “nəşə” kimi adlanan narkotik vasitə olan qurudulmuş marixuanadan arabir istifadə edir. Hadisə ilə bağlı qeyd etmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 21 radələrində həmkəndlisi, tanışı Şahid3 Fizuli oğlu ona zəng vurub ondan 50 manatlıq narkotik vasitə olan qurudulmuş marixuana istəmişdir. O da Firdövsiyə biraz gözləməyini, xəbər verəcəyini bildirmişdir. Daha sonra əmisi oğlu Şahid4 zəng edib Vahiddə 50 manatlıq narkotik vasitə qurudulmuş marixuana olub-olmamasını soruşmuş və Vahid də ona olduğunu, verə biləcəyini dedikdən sonra Firdövsiyə zəng edib təşkil edə biləcəyini demişdir. Onda kart hesabı olmadığı üçün həmkəndlisi Eldar adlı şəxslə razılaşmışdır ki, Eldar ona 55 manat pulu nağd versin və Eldarın kartına 55 manat pul göndərsinlər. Bundan sonra Firdövsiyə hazırda xatırlamadığı Eldarın kart hesabını “Whatsapp” mobil tətbiqi vasitəsi ilə göndərmişdir və Firdövsiyə əlavə 5 manat da yol xərci üçün göndərməsini deyib, 55 manat pul göndərməsini istəmişdir. Həmin gün saat 21 radələrində Firdövsi həmin karta 55 manatı göndərmişdir və o da Eldardan nağd şəkildə 55 manat pulu almışdır. Lakin pulun hansı səbəbə göndərildiyini Eldara deməmişdir. Daha sonra həmin gün saat 22 radələrində əmisi oğlu Vahidə zəng edib Vahidlə Saatlı rayonu, Qara Nuru kəndinin girişində görüşmüş və 50 manatı Vahidə verib Vahiddən 1 kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuananı almışdır. Vahiddən narkotiki götürəndə Vahidə kiməsə verəcəyini deməmişdir. Bundan sonra Firdövsi ondan narkotik vasitə qurudulmuş marixuananı 5 ədəd bükümdə istədiyi üçün həmin 1 ədəd kibrit qutusundakı narkotik vasitə qurudulmuş marixuananı 5 ədəd gümüşü rəngli, siqaret kağızlarına bölmüşdür. Bundan sonra həmin 5 ədəd bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı təxminən yarım saat sonra, yəni saat 22 radələrində Firdövsi ilə danışıb kəndlərində yerləşən “Mehman” marketin yaxınlığında görüşmüş və Vahidə həmin 5 ədəd gümüş rəngli kağız bükümdə narkotik vasitə qurudulmuş marixuananı vermişdir. Firdövsiyə narkotik vasitəni verərkən Firdövsiondan haradan əldə etməsi barədə soruşmamış, o da Firdövsiyə heçnə deməmişdir. Daha sonra Firdövsi çıxıb getmişdir. Bundan sonra özü də narkotik vasitə qurudulmuş marixuana istifadə etmək qərarına gəlmiş və əmisi oğlu Şahid4 təkrar zəng edib Vahiddən narkotik vasitə qurudulmuş marixuana istəmişdir. Həmin gün saat 23 radələrində Vahidlə Saatlı rayonu, Qara Nuru kəndinin girişində görüşmüş və Vahid ona 1 ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuana vermişdir. Həmin vaxt Vahid ondan pul almamışdır. O, həmin narkotik vasitəni şalvarının sağ cibində saxlamış, istifadə etməmişdir. 10 oktyabr 2025-ci il tarixdə saat 13:30 radələrində Saatlı rayonunu, Qara Nuru kəndində evinin yaxınlığındakı küçədə piyada hərəkətdə olarkən mülki geyimli tanımadığı bir neçə nəfər şəxs videoçəkilişlə ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, daşımaqda və saxlamaqda, Şahid3 narkotik vasitə satmaqda şübhəli olduğunu bildirərək, həmçinin xidməti vəsiqələrini göstərərək, özünü təqdim etməsini istəmişlər. O da özünü təqdim etdikdən sonra üstündə qanunla qadağan edilmiş əşya, predmet vardırsa təqdim etməsi təklif edilmişdir. O da səmimi olaraq etiraf edib, Firdövsiyə 5 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuananı 50 manat civarında satdığını bildirib, əynində olan şalvarın sol yan cibindən özünə məxsus 1 ədəd “Tecno” markalı mobil telefonu, həmin şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuananı təqdim etmişdir. Həmin 1 ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuana olduğunu, əmisi oğlu Şahid4 aldığını, öz istifadəsi üçün üstündə saxladığını bildirmişdir. Həmçinin Şahid3 satdığı 5 ədəd bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı da Şahid4 aldığını etiraf etmişdir. Bundan sonra üstündən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana kütləsi həmin 1 ədəd sellofan bükümlə birlikdə elektron tərəzidə çəkilmişdir. Daha sonra üstündən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana kütləsi həmin 1 ədəd sellofan bükümlə birlikdə bir ədəd ağ rəngli zərfdə qablaşdırılmış, möhürlənmiş, zərfin üzəri o da daxil olmaqla bütün iştirakçılar tərəfindən imzalanmış, müvafiq ekspertizaya göndərilməsindən ötrü götürülmüşdür. Ona məxsus olan 1 ədəd “Tecno” markalı mobil telefon da polis əməkdaşları tərəfindən götürülmüşdür. Üstündən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuana kütləsindən başqa qanunla saxlanması, daşınması, əldə edilməsi qadağan olunmuş hər hansı bir narkotik vasitə və sair əşya aşkar edilməmişdir. Bundan sonra polis əməkdaşları videoçəkilişi dayandırmış, üstünə baxış keçirilməsi barədə protokol tərtib edilmiş, protokolun doğruluğu o da daxil olmaqla bütün iştirakçılar tərəfindən imzalanmışdır. Sonra polis əməkdaşları ilə polis şöbəsinə gətirilmiş, polis şöbəsində yerləşən xidməti otaqların birində videoçəkilişlə üstündən aşkar edilmiş içərisində narkotik vasitə qurudulmuş marixuana kütləsi olan 1 ədəd sellofan büküm açılmış, içərisinə baxış keçirilmiş, həmin vaxt da narkotik vasitə qurudulmuş marixuananı əmisi oğlu Şahid4 aldığını, öz istifadəsi üçün üstündə saxladığını, həmçinin Şahid3 satdığı 5 ədəd bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı da Şahid4 aldığını bildirmişdir. Sonra üstündən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana kütləsi yenidən qablaşdırılaraq götürülmüşdür. Üstündən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana kütləsindən başqa qanunla əldə edilməsi, saxlanması, daşınması qadağan edilmiş başqa əşya aşkar edilməmişdir. Bu barədə də protokol tərtib edilmiş, protokolun doğruluğu o da daxil olmaqla bütün iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra ona bir daha hüquq və vəzifələri izah edilməklə şübhəli şəxs qismində tutulmüş, vəkillə təmin edilmiş və hüquq və vəzifələrinə dair bildiriş təqdim edilmişdir. Sonradan ekspertiza rəyi ilə tanış olarkən üstündən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana kütləsinin çəkisinin 7,65 qram olduğunu bilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təxminən 1 aydır ildir ki, el arasında “nəşə” kimi adlanan narkotik vasitə olan qurudulmuş marixuanadan arabir istifadə edir. xx.xx.2025-ci il tarixdə saat 21 radələrində həmkəndlisi, tanışı Təqsirləndirilən şəxs zəng vurub Elsevərdən özü istifadə etmək məqsədi ilə 50 manatlıq narkotik vasitə olan qurudulmuş marixuana istəmişdir. Elsevər də ona biraz gözləməyini, xəbər verəcəyini bildirmişdir. Təxminən 10 dəqiqə sonra Elsevər ona zəng edib təşkil edə biləcəyini demiş və ona “Whatsapp” mobil tətbiqi vasitəsi ilə kart hesabı göndərərək həmin kart hesabına 50 manat narkotik vasitə olan qurudulmuş marixuana üçün, 5 manat isə yol xərci üçün göndərməyini istəmişdir. O da Elsevərlə razılaşmışdır və həmin gün saat 21 radələrində kəndlərində yerləşən “Mehman” marketdə quraşdırılmış “Milliön” elektron ödəniş terminalından həmin karta 55 manat pul göndərmişdir. Bundan təxminən yarım saat sonra, yəni saat 22 radələrində Elsevərlə həmin mağazanın yaxınlığında görüşmüş və Elsevər ona 5 ədəd gümüş rəngli kağız bükümdə narkotik vasitə qurudulmuş marixuana vermişdir. Həmin vaxt o, Elsevərdən narkotiki hardan əldə etməsini soruşmamışdır, o da elə bilmişdir ki, Elsevərin özündə olmuşdur. O, həmin narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etməmişdir və həmin həmin narkotik vasitə olan qurudulmuş marixuananı əynində olan şalvarın sol yan cibində saxlamışdır. 10 oktyabr 2025-ci il tarixdə saat 10:00 radələrində Saatlı rayonu, Qara Nuru kəndində evinin yaxınlığındakı küçədə piyada hərəkətdə olarkən mülki geyimli tanımadığı bir neçə nəfər şəxs videoçəkilişlə ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, daşımaqda və saxlamaqda şübhəli olduğunu bildirərək, həmçinin xidməti vəsiqələrini göstərərək, özünü təqdim etmələrini istəmişlər. O da özünü təqdim etdikdən sonra üstündə qanunla qadağan edilmiş əşya, predmet vardırsa təqdim etməsi təklif edilmişdir. O da əynində olan şalvarın sağ yan cibindən özünə məxsus 1 ədəd “Samsung” markalı mobil telefonu, həmin şalvarın arxa sağ cibindən 1 ədəd 20 manatlıq, 1 ədəd 5 manatlıq, 4 ədəd 1 manatlıq pul əskinaslarını və həmin şalvarın sol yan cibindən 5 ədəd gümüşü rəngli kağız bükümlərdə narkotik vasitə qurudulmuş marixuanları təqdim etmişdir. Həmin 5 ədəd gümüşü rəngli kağız bükümlərdə narkotik vasitə qurudulmuş marixuana olduğunu, balıq ovu edərkən yerdən tapdığını, öz istifadəsi üçün üstündə saxladığını bildirmişdir. Əslində isə o, həmin narkotik vasitə qurudulmuş marixuana kütlələrini 55 manata həmkəndlisi Təqsirləndirilən şəxs almışdır. Lakin həmin vaxt qorxduğu üçün elə demişdir ki, birdən məsuliyyəti daha da ağırlaşar. Bundan sonra üstündən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana kütlələri həmin 5 ədəd gümüşü rəngli kağız bükümlərlə birlikdə elektron tərəzidə çəkilmişdir. Daha sonra üstündən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana kütlələri həmin 5 ədəd gümüşü rəngli kağız bükümlərlə birlikdə bir ədəd ağ rəngli zərfdə qablaşdırılmış, möhürlənmiş, zərfin üzəri o da daxil olmaqla bütün iştirakçılar tərəfindən imzalanmış, müvafiq ekspertizaya göndərilməsindən ötrü götürülmüşdür. Ona məxsus olan 1 ədəd “Samsung” markalı mobil telefon da polis əməkdaşları tərəfindən götürülmüş, pul əskinazları onun özünə qaytarılmışdır. Üstündən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuana kütlələrindən başqa qanunla saxlanması, daşınması, əldə edilməsi qadağan olunmuş hər hansı bir narkotik vasitə və sair əşya aşkar edilməmişdir. Bundan sonra polis əməkdaşları videoçəkilişi dayandırmış, üstünə baxış keçirilməsi barədə protokol tərtib edilmiş, protokolun doğruluğu o da daxil olmaqla bütün iştirakçılar tərəfindən imzalanmışdır. Sonra polis əməkdaşları ilə polis şöbəsinə gətirilmiş, polis şöbəsində yerləşən xidməti otaqların birində videoçəkilişlə üstündən aşkar edilmiş içərisində narkotik vasitə qurudulmuş marixuana kütlələri olan 5 ədəd gümüşü rəngli kağız bükümlər açılmış, içərilərinə baxış keçirilmiş, həmin vaxt da yalandan demişdir ki, narkotik vasitə qurudulmuş marixuananı balıq tumağa gedərkən yerdən tapmış və öz istifadəsi üçün üstündə saxlamışdır. Sonra üstündən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana kütlələri yenidən qablaşdırılaraq götürülmüşdür. Üstündən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana kütlələrindən başqa qanunla əldə edilməsi, saxlanması, daşınması qadağan edilmiş başqa əşya aşkar edilməmişdir. Bu barədə də protokol tərtib edilmiş, protokolun doğruluğu o da daxil olmaqla bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 20 radələrində “Whatsapp” mobil tətibiqi vasitəsi ilə əmisi oğlu Təqsirləndirilən şəxs ona zəng edib ondan 55 manatlıq narkotik vasitə qurudulmuş marixuana tapmasını istəmişdir. O, da Elsevərdən bir qədər gözləməsini, xəbər edəcəyini bildirmişdir. Bundan sonra tanışı Saatlı rayon, Sarıcalar kənd sakini X3 “Whatsapp” mobil tətibiqi vasitəsi ilə zəng edib Nurəddindən 55 manatlıq “nəşə” istəmiş, Nurəddin isə onunla razılaşıb sata biləcəyini demişdir. Daha sonra o, Elsevərə zəng edib “nəşə” tapdığını demişdir. Elsevər isə ondan kart hesabı istəmişdir. O da Elsevərə kart hesabının olmadığını, nağd şəkildə pulu gətirməsini demişdir. Bundan sonra Elsevər kəndlərində yerləşən “Qədir-Xum” kafesindən onu öz avtomobili ilə götürməsini istəmişdir. O da özünə məxsus avtomobillə saat 21 radələrində həmin kafenin qarşısına çatmış, Elsevəri orada gözləmiş, Elsevər gəlib avtomobilin sükanı arxasında əyləşmiş, o, isə ön sərnişin oturacağında əyləşmişdir. Avtomobildə olarkən Elsevər ona 55 manat pul vermiş, o, Elsevərə narkotik vasitə olan qurudulmuş marixuananı götürəcəyini, Elsevərdən avtomobilini aparıb onun yaşadığı evin qarşısında saxlamasını, daha sonra isə gəlib onu Saatlı rayon, Qara Nuru kəndinin girişində gözləməsini demişdir. Bundan sonra Saatlı rayonu, Sarıcalar kəndində yerləşən “Komfort” şadlıq sarayının yaxınlığında avtomobildən düşmüş, Elsevər avtomobili onun yaşadığı evin qarşısına sürüb getmiş, o, isə Saatlı rayonu, Sarıcalar kəndində yerləşən Nurəddinə məxsus fermanın yaxınlığına piyada getmişdir. Həmin yerdə saat 22:30 radələrində Nurəddinə 55 manat pul verib Nurəddindən 1 ədəd sellofan bükümdə çəkisini bilmədiyi narkotik vasitə qurudulmuş marixuana alıb, əynində olan şalvarın sağ cibinə qoymuşdur. Bundan sonra piyada təxminən 15 dəqiqə hərəkət edib, saat 22:50 radələrində Saatlı rayonu, Qara Nuru kəndinin girişinə gəlmişdir. Orada “Qara Nuru” yazısı olan yol nişanının yanında əmisi oğlu Elsevərlə görüşüb həmin 1 ədəd bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı Elseverə vermişdir. Sonra Elsevər ona öz evlərinə getməyi, orada həmin narkotik vasitə qurudulmuş marixuanadan 1 baş çəkməyi təklif etmişdir. O da Elsevərlə razılaşmış, daha sonra Elsevərin yaşadığı Saatlı rayonu, Qara Nuru kəndindəki fərdi yaşayış evinin həyətində yerləşən dama getmişlər. Orada Elsevər həmin narkotik vasitə qurudulmuş marixuanadan 1 başını, təxminən 1 qramını götürüb 1 ədəd siqaretə doldurmuş və onlar ikisi də çəkərək qəbul etmişlər. Daha sonra isə o, çıxıb evə getmişdir. Sonra Elsevərlə nə danışmış, nə dəki görüşmüşdür. 10 oktyabr 2025-ci il tarixdə isə səhər saat 07 radələrində o, Bakı şəhərinə işləmək üçün getmişdir. Günorta saatlarında eşitmişdir ki, Elsevəri polis əməkdaşları salxamışdır. Onu isə xx.xx.2025-ci il tarixdə saat 15:15 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı kəndində olarkən polis əməkdaşları saxlamış, narkotik vasitə ilə bağlı cinayət etməkdə şübhəli olduğunu bildirib Saatlı rayon polis şöbəsinə dəvət etmişlər. O da razılaşıb polis əməkdaşları ilə birlikdə Saatlı rayon polis şöbəsinə gəlmişdir. Saatlı rayon Polis Şöbəsinə gətirildikdən sonra onun üstünə şəxsi axtarış keçirmişlər və üstündən qanunla qadağan edilmiş heç bir əşya və ya predmət, narkotik vasitə aşkar edilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Saatlı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantıdır. 10 oktyabr 2025-ci il tarixdə Saatlı rayonu, Qara Nuru kənd sakini Şahid3 narkotik vasitə əldə etməsi, saxlaması və daşıması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı olaraq raportla polis şöbəsinin rəisinə məruzə etmişdir. Daha sonra raport üzrə əməliyyat axtarış tədbirlərinin keçirilməsi ona həvalə olunmuşdur. Tərəfindən təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Bundan sonra əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən olunmuş, belə ki, əməliyyat tədbirində iştirak edəcək şəxslərin CAB-nin əməliyyat müvəkkili, polis mayoru X7, CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı X4 və ondan ibarət olması təsdiqlənmişdir. Bundan sonra Şahid3 Saatlı rayonu, Qara Nuru kəndi ərazisində ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşlər. Həmin gün saat 10:00 radələrində Saatlı rayonu, Qara Nuru kəndində evinin yaxınlığında küçədə piyada hərəkətdə olarkən Şahid3 saxlanılaraq Şahid3 həmin vaxtdan şübhəli şəxs qismində saxlanılaraq faktiki olaraq azadlıqlarının məhdudlaşdırıldığı, müdafiəçi ilə təmin olunmaq hüquqlarının olması, ilkin araşdırma zamanı müdafiəçinin təmin olunacağını izah etmişlər. Daha sonra Şahid3 üzərində narkotik vasitə gəzdirməsi barədə şübhəli olduğunu izah edərək üzərində qanunla qadağan olunmuş əşya, yaxud predmet olub-olmadığını soruşmuşlar. Həmin vaxt Şahid3 üstündə “nəşə” olduğunu bildirib, əynindəki şalvarın sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu, həmin şalvarın arxa sağ cibindən 1 ədəd 20 manatlıq, 1 ədəd 5 manatlıq, 4 ədəd 1 manatlıq pul əskinaslarını və həmin şalvarın sol yan cibindən 5 ədəd gümüşü rəngli kağız bükümlərdə narkotik vasitə qurudulmuş marixuanaları çıxarıb təqdim edərək həmin bükümlərin içərisində “nəşə” olduğunu, həmin “nəşə”ni balıq ovunda olarkən çöl sahədən tapdığını və özü istifadə etmək məqsədi ilə üstündə saxladığını bildirmişdir. Həmin 05 ədəd büküm ayrı-ayrılıqda açılıb içərisinə baxılarkən içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlələr olduğu müəyyən olunmuşdur. Həmin kütlələr olduğu bükümlərlə birlikdə elektron tərəzidə çəkilərkən çəkisinin 7,90 qram olduğu müəyyən olunmuşdur. Bundan sonra Şahid3 üstündən aşkar edilmiş 05 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr bir ədəd zərfdə qablaşdırılıb götürülmüşdür. 01 ədəd “Samsung” markalı mobil telefon da götürülmüş, digər əşyalar Şahid3 özünə qaytarılmışdır. Baxış zamanı videoçəkiliş aparılmışdır. Bundan sonra aşkar edilmiş 05 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr, 01 ədəd “Samsung” markalı mobil telefon və Şahid3 Fizuli oğlu müvafiq təhqiqat orqanına təhvil verilməsi və protokolun tərtib edilməsi üçün videoçəkiliş dayandırılmış, bununla bağlı protokol tərtib olunmuş, protokol oxunmuş, protokolun yekununda şübhəli şəxs qismində saxlanılan Şahid3 Fizuli oğluna müdafiə hüququnun olması, müvafiq araşdırma zamanı öz vəsaiti hesabına və ya dövlət hesabına müdafiəçi ilə təmin olunmaq hüququ bir daha izah edilmişdir. Bundan sonra Şahid3 həmin kütlələr və 1 ədəd “Samsung” markalı mobil telefonla birlikdə Təhqiqat bölməsinə təqdim edilmişdir. Daha sonra onların iştirakı ilə Şahid3 üstü yoxlanılan zaman götürülmüş həmin 05 ədəd bükümdə kütlələrə Saatlı RPŞnin inzibati binasında təhqiqatçı tərəfindən baxış keçirilmişdir. Baxış zamanı Şahid3 üstündə saxladığı və polis əməkdaşlarına təqdim etdiyi 05 ədəd bükümdə olan kütlələrin narkotik vasitə qurudulmuş marixuana olmasını, həmin kütlələri əslində xx.xx.2025-ci il tarixdə həmkəndlisi Təqsirləndirilən şəxs 55 manata aldığını və istifadə etmək məqsədi ilə üstündə saxlamasını bildirmişdir. Şahid3 üstündə saxladığı və polis əməkdaşlarına təqdim etdiyi 05 ədəd gümüşü rəngli kağız bükümlərə baxış zamanı, içərisində tünd yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr olması müəyyən edilmişdir. Bundan sonra Şahid3 təklif edilmişdir ki, üstündə başqa əşya varsa təqdim etsin. Şahid3 üstündə başqa əşya və predmet olmadığını bildirmişdir. Daha sonra təqdim edilmiş kütlələr 1 ədəd kağız zərfdə qoyularaq qablaşdırılmış, möhürlənmiş və işitakçılar tərəfindən imzalanmışdır. Bundan əlavə Şahid3 üstündən aşkar edilmiş 1 ədəd “Samsung” markalı mobil telefon da iş üçün əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Bütün bunlar barədə videoçəkiliş aparılmış, protokol tərtib olunmuş, o da digər iştirakçilar kimi protokola imza etmişdir.Bundanbaşqa həmin gün Təhqiqat bölməsindən icraatına Saatlı rayonu, Qara Nuru kənd sakini Təqsirləndirilən şəxs Şahid3 55 manata narkotik vasitə qurudulmuş marixuana satması barədə əməliyyat tapşırığının, həmçinin Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitə əldə etməsi, saxlaması və daşıması barədə əməliyyat məlumatının icrası ilə əlaqədar raportla polis şöbəsinin rəisinə məruzə etmişdir. Daha sonra raport üzrə əməliyyat axtarış tədbirlərinin keçirilməsi ona həvalə olunmuş və tərəfindən təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunduqdan sonra əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən olunmuşdur. Belə ki, əməliyyat tədbirində iştirak edəcək şəxslərin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2, PPXB-nin manqa komandiri, polis baş serjantı X6 və ondan ibarət olması təsdiqlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Saatlı rayonu, Qara Nuru kəndi ərazisində ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşlər. Həmin gün saat 13:30 radələrində Saatlı rayonu, Qara Nuru kəndində evinin yaxınlığında küçədə piyada hərəkətdə olarkən Təqsirləndirilən şəxs saxlanılaraq həmin vaxtdan şübhəli şəxs qismində saxlanılaraq faktiki olaraq azadlıqlarının məhdudlaşdırıldığı, müdafiəçi ilə təmin olunmaq hüquqlarının olması, ilkin araşdırma zamanı müdafiəçinin təmin olunacağını izah etmişlər. Bundan sonra Şahid3 Fizuli oğlunun üstündən aşkar edilərək götürülmüş 5 ədəd gümüşü rəngli kağız bükümlərdə narkotik vasitə qururudulmuş marixuanaya oxşar kütlələrin Şahid3 Təqsirləndirilən şəxs aldığını bildirdiyini, həmçinin üzərində narkotik vasitə gəzdirməsi barədə şübhəli olduğunu izah edərək üzərində qanunla qadağan olunmuş əşya, yaxud predmet olub-olmadığını soruşmuşlar. Həmin vaxt Təqsirləndirilən şəxs Şahid3 5 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuananı 50 manata satdığını bildirərək, əynində olan şalvarın sol yan cibindən özünə məxsus 1 ədəd “Tecno” markalı mobil telefonu, həmin şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuananı təqdim edərək həmin 1 ədəd sellofan bükümdə narkotik olduğunu, həmin narkotiki və Firdövsiyə satdığı narkotiki əmisi oğlu Şahid4 aldığını və özü istifadə etmək məqsədi ilə üstündə saxladığını bildirmişdir. Həmin sellofan büküm açılıb içərisinə baxılarkən içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olduğu müəyyən olunmuşdur. Həmin kütlə olduğu bükümlə birlikdə elektron tərəzidə çəkilərkən çəkisinin 7,94 qram olduğu müəyyən olunmuş, bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 01 ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə bir ədəd zərfdə qablaşdırılıb götürülmüşdür. 01 ədəd “Tecno” markalı mobil telefon da götürülmüşdür. Baxış zamanı videoçəkiliş aparılmışdır. Bundan sonra aşkar edilmiş 01 ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə, 01 ədəd “Tecno” markalı mobil telefon və Təqsirləndirilən şəxs müvafiq təhqiqat orqanına təhvil verilməsi və protokolun tərtib edilməsi üçün videoçəkiliş dayandırılmışdır. Bununla bağlı protokol tərtib olunmuş,protokol oxunmuş, protokolun yekununda şübhəli şəxs qismində saxlanılan Təqsirləndirilən şəxs müdafiə hüququnun olması, müvafiq araşdırma zamanı öz vəsaiti hesabına və ya dövlət hesabına müdafiəçi ilə təmin olunmaq hüququ bir daha izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin kütlə və 1 ədəd “Tecno” markalı mobil telefonla birlikdə Təhqiqat bölməsinə təqdim edilmişdir. Daha sonra onların iştirakı ilə Təqsirləndirilən şəxs üstü yoxlanılan zaman götürülmüş həmin 01 ədəd sellofan bükümdə kütləyə Saatlı RPŞ-nin inzibati binasında təhqiqatçı tərəfindən baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs üstündə saxladığı və polis əməkdaşlarına təqdim etdiyi 01 ədəd bükümdə olan kütlənin narkotik vasitə qurudulmuş marixuana olmasını, həmin kütləni əmisi oğlu Şahid4 aldığını, bundan başqa Şahid4 əldə etdiyi narkotik vasitə qurudulmuş marixuananı 09 oktyabr 2025-ci il tarixdə tanışı Şahid3 50 manata satdığını etiraf etmişdir. Təqsirləndirilən şəxs üstündə saxladığı və polis əməkdaşlarına təqdim etdiyi 01 ədəd sellofan bükümə baxış zamanı, içərisində tünd yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üstündə başqa əşya varsa təqdim etsin. Təqsirləndirilən şəxs üstündə başqa əşya və predmet olmadığını bildirmişdir. Daha sonra təqdim edilmiş kütlə 1 ədəd kağız zərfdə qoyularaq qablaşdırılmış, möhürlənmiş və işitakçılar imzalanmışdır. Bundan əlavə Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 1 ədəd “Tecno” markalı mobil telefon da iş üçün əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Bütün bunlar barədə videoçəkiliş aparılmış, protokol tərtib olunmuş, o da digər iştirakçilar kimi protokola imza etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunda ifadə vermişdir. İşdə olan 10 oktyabr 2025-ci il tarixli “Şübhəli şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, Saatlı rayonu, Qara Nuru kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs üstünə baxış keçirilən zaman əynindəki şalvarın sağ yan cibində saxladığı 01 ədəd sellofan bükümdə 7,65 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.Təqsirləndirilən şəxs həmkəndlisi, tanışı Şahid3 50 manata narkotik vasitə satdığını etiraf edib, həm üstündən aşkar edilmiş narkotik vasitəni, həm də Şahid3 satdığı narkotik vasitəni əmisi oğlu Şahid4 əldə etdiyini bildirmişdir. İşdə olan 10 oktyabr 2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan görünür ki, Saatlı rayonu, Qara Nuru kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs üstünə baxış keçirilən zaman aşkar olunaraq götürülmüş narkotik vasitə qurudulmuş marixuanaya baxış keçirilmiş, Təqsirləndirilən şəxs həmkəndlisi, tanışı Şahid3 50 manata narkotik vasitə satdığını, həm üstündən aşkar edilmiş narkotik vasitəni, həm də Şahid3 satdığı narkotik vasitəni əmisi oğlu Şahid4 əldə etdiyini bir daha etiraf etmişdir. İşdə olan məhkəmə-bioloji ekspertizasının 11 oktyabr 2025-ci il tarixli 18/727 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində: ".. X2 üzərindən.." sözləri və imzalar olan kağız paketdə 05 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,50qr, 1,37qr, 1,34qr, 1,09qr, 1,21qr, ümumi çəkisi – 6,51qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində: "...Təqsirləndirilən şəxs üzərindən." sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi- 7,65qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş cəmi 06 ədəd bükümdə olan narkotik vasitə marixuanalar orqanoleptikəlamətlərinə və tərkiblərinə görə eyni tərkiblidir. İşdə olan ambulator məhkəmə-psixiatrik ekspertizasının 07 noyabr 2025-ci il tarixli 3801 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı emosional davamsız şəxsiyyət pozuntusu(F60.3) aşkar olunur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar(xasiyyətcə əsəbi, qıcıqlara qarşı həssas olması, əsəbi gərginlik zamanı özünə yüngül xəsarətlər yetirməsi, SN Respublika Psixiatriya Xəstəxasında xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək müayinə və müalicədə olarkənona "İctimailəşməmiş davranış pozuntusu. Emosional davamsız şəxsiyyət pozuntusunun başlanması inkar olunmur" diaqnozunun təyin edilməsi, hərbi xidmətə yararsız hesab edilməsi və hal-hazırkı psixiatrik müayinənin nəticələri (ünsiyyətə narazı tərzdə daxil olması, əhvali-ruhiyyəsinin dəyişkənliyi, emosional dayanıqsızlığı və s.) sübut edir. Eyni zamanda qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs qeyd olunan “Emosional davamsız şəxsiyyət pozuntusu” onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur.Təqsirləndirilən şəxs “Emosional davamsız şəxsiyyət pozuntusu” aşkar olunur. Təqsirləndirilən şəxs qeyd olunan “Emosional davamsız şəxsiyyət pozuntusu” onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. İşdə olan məhkəmə-narkoloji ekspertin 07 noyabr 2025-ci il tarixli 7007 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniyanın xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji tibb müəssisəində dispanser qeydiyyata alınması məsləhət görülür. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü verilmiş ittiham üzrə təqsirli bilməyərək, üzərində narkotik vasitə olmadığını, həmin narkotik vasitəni polis əməkdaşla onun üzərinə qoyduqlarını göstərmişdir. Lakin təqsirləndirilən şəxsin göstərdiyi xüsusatlar məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamış və mötəbər sübutlarla təkzib olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq vaxtı müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən əmisi oğlu Vahiddən, Firdövsi üçün aldığı narkotik vasitədən 1 ədəd bükümdə özü üçün saxladığını bildirmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.8-ci bəndinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.9-cu bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu bəndinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.11-ci bəndinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Bundan başqa, Təqsirləndirilən şəxs ifadəsində xx.xx.2025-ci il tarixdə saat 11-12 radələrində yaşadığı evin yayında saxlayıb, polis şöbəsinə gətirməsi, saat 5-6-a kimi onu orda saxladıqdan sonra üzərinə narkotik vasitə qoyub, yenidən saxladıqları yerə gətirməsi barədə qeyd etdikləri məhkəmə araşırması zamanı öz təsdiqni tapmamışdır. Belə ki, müdafiə tərəfinin vəsatəti əsasında Təqsirləndirilən şəxs istifadəsində olmuş (070) ***-**-** saylı telefon nömrəsinin 10 oktyabr 2025-ci il tarixdə saat 08:00-dan saat 22:00-dək anten dairəsinə dair məlumatlar və eyni zamanda həmin nömrəyə qeyd edilən tarixdə daxil olan və çıxan zənglər və SMS-lər barədə məlumat "xxxx" MMC-dən götürülməsi qərar alınmışdır. Məhkəmənin qərarı əsasında "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirlərək müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş (070) ***-**-** mobil nömrə xx.xx.2025-ci il tarixdə saat 09:48:01-də Saatlı rayonu Qara Nuru kəndində olmuşdur. Həmin saatdan sonra mobil nömrənin anten dairəsi müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 11-12 radələrində polis əməkdaşları tərəfindən saxlanıraq Saatlı RPŞ-nə gətirildiyi halda mobil nömrənin anten dairəsi Saatlı şəhərinin hər hansı nöqtəsi və ya RPŞ-nin ətrafında müəyyən olunmalı idi. Lakin yuxarıda da qeyd edildiyi kimi 09:48:01-dən sonra mobil nömrənin anten dairəsi müəyyən olunmamışdır. Müdafiə tərəfindən bu halları təsdiq edəcək hər hansı sübut da məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs barəsində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddində cəza təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 10 oktyabr 2025-ci il tarixdən 12 oktyabr 2025-ci il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün saxlanılmışdır. Bundan başqa, iş materiallarına əlavə edilmiş Saatlı Rayon Məhkəməsinin 12 oktyabr 2025-ci il tarixli 4(055)-49/2025 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 12 oktyabr 2025-ci il tarixdən hesablanmaqla 2 ay, 29 gün müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2.1 və 158.2.2-ci maddəsinə görə şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli 10 oktyabr 2025-ci il tarixdən hesablanmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyinə görə barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. İş materiallarından görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmadığı müəyyən olunmuşdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ona görə də, Təqsirləndirilən şəxs narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan təmiz çəkisi 14,04 qram qalan narkotik vasitə olan qurudulmuş marixuananın Saatlı Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 1(5-150)-1/2026 nömrəli hökmü ilə məhv edilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan Saatlı rayon Polis Şöbəsində saxlanılan 01 ədəd “Tecno” markalı mobil telefon qanuni sahibi Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılmalıdır. İş üzrə maddi sübut olan 4 ədəd disk cinayət işi materiallarında saxlanılmalıdır. İşdə mülki iddia, xüsusi müsadirə olunmalı əmlak, məhkəmə xərci və maddi ziyan yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 03 (üç) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 10 oktyabr 2025-ci il tarixdən hesab edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan təmiz çəkisi 14,04 qram qalan narkotik vasitə olan qurudulmuş marixuananın Saatlı Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 1(5-150)-1/2026 nömrəli hökmü ilə məhv edilməsi nəzərə alınsın. İş üzrə maddi sübut olan Saatlı rayon Polis Şöbəsində saxlanılan 01 ədəd “Tecno” markalı mobil telefon qanuni sahibi Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılsın. İş üzrə maddi sübut olan 4 ədəd disk cinayət işi materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(055)-117/2025
Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-117/2025
04.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver