Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-12/2023 29.03.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə, 29 mart 2023-cü il, Saat: 14:25 Saatlı şəhəri xx xxxx 1999-cu ildə Saatlı rayonu Mustafabəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Saatlı rayonu Mustafabəyli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 228.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs 17 oktyabr 2022-ci il tarixdə saat 15 radələrində yaşadığı Saatlı rayonu Mustafabəyli kəndinin ərazisindən keçən “Araz” çayı sahillərində yolun kənarında yerdən tapdığı “KENT” markalı siqaret qutusunun içərisindəki kustar üsulla hazırlanmış 19,66 qram təmiz çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı mənimsəyərək satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş və daşıyaraq Saatlı rayon Mustafabəyli kəndindəki yaşadığı evə aparıb yataq otağında saxlamış, 18 oktyabr 2022-ci il tarixdə saat 23:30 radələrində şəxsi istehlak üçün həmin narkotik vasitəni əynindəki qara rəngli gödəkçənin sağ cibinə qoyub yaşadığı evdən çıxıb evinin yaxınlığında küçədə saat 23:55 gəzərəkən radələrində əməliyyat tədbiri keçirən polis əməkdaşları onu Saatlı RPŞ-nə gətirib, 19 oktyabr 2022-ci il tarixdə saat 00:15 radələrində həmin narkotik vasitəni əynindəki qara rəngli gödəkçənin sağ cibindən aşkar edərək götürmüşlər, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Bundan başqa o, istintaqa məlum olmayan tarixdə və mənbədən zavod üsulu ilə istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla, Kalaşnikov konstruksiyalı avtomatlarından, əl pulemyotlarında və SKS karabinlərində atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı sayılan, istifadə və atəş üçün yararlı 17 ədəd patronu və «Kalaşnikov» konstruksiyalı silahın komplekt hissəsi olmaqla, 30 ədəd 7,62×39 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış texniki cəhətdən saz və istifadəyə yararlı darağı qanunsuz olaraq əldə etmiş və yaşadığı Saatlı rayonu Mustafabəyli kəndindəki evə qanunsuz olaraq daşıyıb, özünə məxsus olan yataq otağında paltar dolabında qanunsuz olaraq saxlamış, 19 oktyabr 2022-ci il tarixdə saat 11:00 radələrində axtarış aparılarkən həmin 17 ədəd patron və silahın komplekt hissəsi olan daraq onun yaşadığı Saatlı rayonu Mustafabəyli kəndindəki evin yataq otağında paltar dolabından aşkar edilib götürülmüş, yəni qanunsuz olaraq döyüş sursatı və silahın komplekt hissəsini əldə etmiş, daşımış və saxlamışdır. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 228.1-ci maddələri ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, bir neçə ildir ki, narkotik vasitə olan “nəşə”-dən istifadə etmişdir. 17 oktyabr 2022-ci il tarixdə saat 15 radələrində yaşadığı kəndin ərazisindən keçən “Araz” çayı sahillərində gəzərkən yolun kənarında kolluğun arasında əzilməmiş halda parıldayan siqaret qutusunu görmüş və əzik olmaması onun diqqətini çəkmişdir. Həmin qutunu qeyd etdiyi yerdən götürəndə məlum olmuşdur ki, qutu “KENT 8” markalı siqaretə məxsusdur və içərisini açan zaman görmüşdür ki, içərisi dolu vəziyyətdə “nəşə”-dir. O, “nəşə” istifadə etdiyi üçün həmin bitkinin quru vəziyyətini tanımış, həmin vaxt hava şəraiti gündüz aydınlıq olduğundan tapdığı “nəşə”-dən istifadə etməmiş, içərisində “nəşə” olan qutunu gələcəkdə istifadə etmək üçün cibinə qoymuş və yaşadığı evə aparmış, həmin qutunu evin özünə məxsus olan otağında gizlətmişdir. Daha sonra 18 oktyabr 2022-ci il tarixdə gecə radələrində küçəyə çıxıb tapdığı “nəşə”-dən istifadə etmək üçün gedən zaman otağında gizlətdiyi içərisində “nəşə” olan qutunu əynində olan gödəkçənin cibinə qoymuş, saat 23 radələrində küçəyə çıxmış, küçədə bir qədər piyada hərəkət edib tapdığı “nəşə”-dən istifadə etmək üçün yer axtaran zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək onun qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması barədə məlumatları olduğunu qeyd edib onu Saatlı RPŞ-yə dəvət emişlər. O, polis əməkdaşları ilə birlikdə Saatlı RPŞ-yə gəlmiş, Saatlı RPŞ-də üzərində şəxsi axtarış aparılarkən əynindəki gödəkçənin cibinə qoyduğu içərisində “nəşə” olan “KENT 8” markalı siqaretə məxsus qutu polis əməkdaşları tərəfindən aşkar edilmiş və həmin qutu onun yanında açılarkən polis əməkdaşları içərisində narkotik vasitə olan marixuana olduğunu bilmişlər. Aşkar edilmiş narkotik vasitə olan marixuana olduğu qutu ilə birlikdə qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış zamanı o, aşkar edilmiş kütlənin narkotik vasitə olan “nəşə” olduğunu və özünün istifadə etməyi üçün əynindəki gödəkçənin cibində saxladığını bildirmişdir.Şəxsi axtarış zamanı foto və video çəkiliş aparılmış, protokol tərtib edilərək imza edilmişdir. Daha sonra yaşadığı evdə axtarış aparılmasına etirazı olmaması barədə polis əməkdaşlarına razılıq verib bu barədə ərizə yazdıqdan sonra evdə axtarış aparılarkən yataq otağında ilk öncə otaqda siyirməli dolabın içərisində saxladığı 3 ədəd “beşbarmaq” və bir ədəd ov bıçağı çıxarıb orada olan masanın üzərinə yığılmış, bundan başqa həmin otaqda yerləşən paltar asmaq üçün nəzərdə tutulmuş dolabdan isə bir ədəd avtomat, üzərində ona məxsus olan daraq və həmin avtomata aid olan 17 ədəd patronlar polis əməkdaşları tərəfindən aşkar edilib götürülmüş, axtarış aparılan zaman foto və video çəkiliş aparılmış, protokol tərtib edilərək imza edilmişdir. Təqsirləndirilən şəxs Soltan oğlu, həmçinin ifadəsində göstərdi ki, yaşadığı evdən aşkar edilmiş bir ədəd avtomat, həmin avtomata məxsus olan daraq və 17 ədəd patronlar ölmüş əmisi X1 məxsus olmuş, əmisinin həmin əşyaları haradan əldə etməsini bilməmiş, əmisi 2019-cu il tarixdə vəfat etmiş, ölməmişdən əvvəl ona çöl pay torpaq sahəsinin yaxınlığında torbada torpağın altında gizlətdiyini demiş, əmisi vəfat etdikdən sonra ondan qalan yadigar kimi, həmçinin silah, sursat və silah qismində istifadə olunan əşyaları yığmağa həvəsi olduğundan 2020-ci ilin oktyabr ayında həmin avtomat və patronları əmisi qeyd etdiyi yerdə torpaqdan çıxarıb təmizləyib saxlamaq üçün evə gətirmişdir. İlkin ifadələrində yaşadığı evdə silah və sursat olması barədə polis əməkdaşlarına özünün məlumat verdiyini bildirsə də, hazırda səmimi olaraq bildirir ki, yaşadığı evdə silah-sursat olması barədə polis əməkdaşlarına heç nə deməmiş, qeyd olunan əşyalar evdə axtarış aparan polis əməkdaşları tərəfindən aşkar edilmişdir. Təqsirləndirilən şəxs hazırda törətdiyi əməldən peşman olduğunu, gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyini, yaşlı baba və nənəsinin himayəsində qalmasını bildirib məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 Firudin oğlu ifadəsində göstərdi ki, 18 oktyabr 2022-ci il tarixdə Saatlı rayonu, Mustafabəyli kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edərək saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, bununla bağlı Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirilərək Təqsirləndirilən şəxs saat 23 radələrində Saatlı rayonu Mustafabəyli kəndində öz yaşadığı küçədə gedərkən müəyyən edilib Saatlı RPŞyə gətirilmişdir. Saatlı RPŞ-də Təqsirləndirilən şəxs üstündə şəxsi axtarış aparılarkən Ülvinin əynindəki qara rəngli gödəkçənin sağ cibindən 01 ədəd parıltılı formada “Kent 8” siqaretinə aid olan qutu aşkar edilmiş, həmin qutu açılarkən içərisində narkotik vasitə olan marixuana olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş həmin qutudakı narkotik vasitə olan marixuana qutu ilə birlikdə çəkilərək qablaşdırılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş qutudakı kütlənin marixuana olduğunu, həmin narkotik vasitənin özünə məxsus olduğunu və istifadəsi üçün saxladığını bildirmiş, sonda axtarış və götürmə aparılması ilə bağlı protokol tərtib edilmiş, foto və videoçəkiliş aparılmışdır. Daha sonra əməliyyat tədbirinin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı Saatlı rayonu Mustafabəyli kəndindəki evdə Ülvinin, polis əməkdaşlarının və 2 nəfər hal şahidinin iştirakları ilə axtarış aparılarkən yaşayış evinin Ülviyə məxsus olan yataq otağındakı dolabda saxlanılması qanunla qadağan edilmiş bıçaqlar, 1 ədəd AKM avtomat, üçün daraq və patronlar aşkar edilmişdir. Qeyd olunan əşyalar qablaşdırılaraq götürülmüş, axtarış aparılması ilə bağlı protokol tərtib olunmuş, foto və videoçəkiliş aparılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3, Şahid7, Şahid5 və X3 Şahid4 Firudun oğlu ilə eyni məzmunda ifadələr verdilər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Saatlı RİHB-nin Mustafabəyli kənd İƏD-si üzrə nümayəndəsinin müavini vəzifəsində işləyir. 19 oktyabr 2022-ci il tarixdə saat 10 radələrində Saatlı RPŞ-nin əməkdaşları onu polislər tərəfindən keçiriləcək tədbirdə hal şahidi qismində iştirak etmək üçün dəvət etmişlər. O, digər hal şahidi qismində dəvət edilmiş Saatlı rayon Mustafabəyli kənd Bələdiyyəsinin sədri işləyən Şahid2, polis əməkdaşları ilə birlikdə Saatlı rayonu, Mustafabəyli kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına getmiş, yaşayış sahəsində axtarış aparılmamışdan əvvəl polis əməkdaşları tərəfindən ona və digər hal şahidinə qanunda nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra orada olan Saatlı rayonu, Mustafabəyli kənd sakini, onunla heç bir qohumluq əlaqəsi olmayan Təqsirləndirilən şəxs da, iştirakı ilə yaşayış evinin Ülviyə məxsus olan yataq otağındakı siyirmələri olan dolabda bir neçə bıçaq, AKM avtomat, daraq və patronlar aşkar edilmişdir. Həmin əşyalar qablaşdırılıb götürülmüşdür.Sonda axtarış aparılması ilə bağlı protokol tərtib edilərək imza edilmiş, axtarış zamanı foto və videoçəkiliş aparılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunda ifadə verdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmədə iştirak etməsə də, Şahid6 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsi ilə də təsdiq olunduğundan məhkəmə onun ifadəsini iş üzrə sübut növü kimi qəbul edir. İşdə olan 19 oktyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokol, ona əlavə edilən fotoşəkillər və videoçəkilişlə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ cibindən 01 ədəd siqaret qutusunda narkotik vasitə olan marixuanaya oxşar kütlə aşkar edilərək götürülmüşdür. İşdə olan 19 oktyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokol, ona əlavə edilən fotoşəkillər və videoçəkilişlə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı evin özünə məxsus olan otağından üzərində bir ədəd daraq olan PM-4215 nömrəli AKM markalı avtomat, 17 ədəd 7,62 kalibrli patronlar, bir ədəd bıçaq, 2 ədəd üzərində dörd ədəd dairə və 1 ədəd üzərində üç ədəd dairə olan metal əşyalar aşkar edilərək götürülmüşdür. İşdə olan məhkəmə-bioloji ekspertizanın 19 oktyabr 2022-ci il tarixli 18/1135 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...vət. Təqsirləndirilən şəxs üzərində...” sözləri yazılmış kağız paketdə olan siqaret qutusunun içərisində təmiz çəkisi 19,66 qram olan kütlə çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 19,66 qram olub, tədqiqata istifadə edildi 0,02 qram, qalıq 19,64 qram. İşdə olan məhkəmə-ballistik ekspertizanın 20 oktyabr 2022-ci il tarixli 22/658R nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd PM-4215 N-li silah, keçmiş SSRİ-dövlətində 1970-ci ildə zavod üsulu ilə istehsal olunmuş 7.62 mm kalibrli, Kalaşnikov konstruksiyali AKM modelli avtomatdır, odlu yivli silahdır. Silah hal-hazırda texniki cəhətdən nasazdır ve atəşə yararsızdır. Tədqiqata təqdim edilmiş 17 ədəd patronlar, zavod üsulu ilə istehsal olunmuş 7,62×39 mm kalibrli Kalaşnikov avtomatlarında, əl pulemyotlarında və SKS karabinlərində atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır va atəşə yararlıdırlar. Təqdim edilmiş 01 ədəd əşya, «Kalaşnikov» konstruksiyalı silahın komplekt hissəsi olmaqla, 30 ədəd 7,62×39 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış darağdır, texniki cəhətdən sazdır ve istifadəyə yararlıdır. İşdə olan məhkəmə-narkoloji ekspertizanın 22 noyabr 2022-ci il tarixli 7056 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 228.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Belə olan halda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 228.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur və o, həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət törətməsini, gənc olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını məhkəmə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi hər bir maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzalarını təyin etməyi məhkəmə qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 66.1-66.2-ci maddələrinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən 19 oktyabr 2022-ci il tarixdən 20 oktyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı iki gün ona təyin olunacaq cəzadan çıxılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyinə görə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz çəkisi 19,64 qram qalan narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, 12 ədəd döyüş sursatı olan patron və silahın komplekt hissəsi olan 01 ədəd daraq Azərbaycan Respublikası DİN-in Təchizat anbarına təhvil verilməlidir. İşdə olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 95 manat 95 qəpik təşkil edir. Ona görə də həmin xərc Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia, maddi ziyan və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353 və 356-cı maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 228.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bir il müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə bir il altı ay müddətə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq iki il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 oktyabr 2022-ci il tarixdən 20 oktyabr 2022-ci il tarixədək, yəni iki gün şübhəli şəxs qismində saxlanılma müddətinin bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq bir il on bir ay iyirmi səkkiz gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək məhkəmə iclas zalından dərhal həbsə alınsın. Cəzaçəkmə müddətinin başlanğıcı 29 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz çəkisi 19,64 qram qalan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, 12 ədəd döyüş sursatı olan patron və silahın komplekt hissəsi olan 01 ədəd daraq Azərbaycan Respublikası DİN-in Təchizat anbarına təhvil verilsin. İş üzrə 95 (doxsan beş) manat 95 (doxsan beş) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmdən 20 gün müddətinə Saatlı rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hakim: Mirlətif Sadıqov
Məhkəmə qərarları › İş №1(055)-12/2023
Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-12/2023
29.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver