Məhkəmə qərarları › İş №1(055)-12/2025

Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-12/2025

15.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-12/2025 15.01.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi, Saatlı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxx 1989-cu ildə Saatlı rayonu Bayramovka kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, faktiki evli, Saatlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsilə təqsirli bilinərək 05 ay, 23 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmiş, işləməyən, Saatlı rayonu Mollavazlı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən təmiz çəkisi 1,140 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda əldə etmiş, saxlamış və daşımış, həmin psixotrop maddəni 16 sentyabr 2024-cü il tarixdə saat 22:20 radələrində Saatlı şəhəri, Nizami küçəsində piyada satış məqsədi olmadan qanunsuz olaraq üstündə daşıyarkən əməliyyat tədbiri keçirən polis əməkdaşları onu saxlayaraq, orada həmin tarixdə və vaxtda 1 ədəd polietilen kəsiyi bükümdə xeyli miqdarda 1,140 qram psixotrop maddə olan metamfetamini onun əynindəki şalvarının sağ cibindən aşkar edərək götürmüşlər, yəni satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 1 ildir arada tapanda el arasında “patı” adlanan psixotrop maddə olan metamfetamindən istifadə etmişdir. 15 sentyabr 2024-cü il tarixdə səhər saatlarında şəxsi işi ilə əlaqədar yaşadığı evdən çıxaraq Saatlı şəhəri, Nizami küçəsində yerləşən məscidin yanına getmişdir. Orada işlərini bitirdikdən sonra saat 11 radələrində yaşadığı ev istiqamətində qayıtmağa başlamışdır. Küçə ilə yaşadığı ev istiqamətində qayıdarkən yolun kənarında yerdə 1 ədəd sellofan büküm olduğunu görmüşdür. Maraq üçün həmin sellofan bükümü yerdən götürüb açıb içinə baxdıqda içərisində psixotrop maddə olan metamfetamin olduğunu bilmiş və dərhal öz istifadəsi üçün həmin metamfetamini əynimdəki şalvarının sağ yan cibinə qoyub yaşadığı ev istiqamətində hərəkət etməyə başlamışdır. Metamfetamin yadından çıxdığından şalvarının cibində qalmışdır. 16 sentyabr 2024-cü il tarixdə şəxsi işi ilə əlaqədar Saatlı şəhəri, Nizami küçəsi ilə hərəkətdə olarkən saat 22:20 radələrində Saatlı RPŞ-nin əməkdaşları ona yaxınlaşıb qanunsuz olaraq narkotik saxlamağı barədə məlumatları olduğunu, üstündə hər hansı qanunsuz bir əşya, narkotik vasitənin olub-olmaması, olduğu təqdirdə özümün təqdim etməyini bildirib, hazırki vaxtdan şübhəli şəxs qismində saxlanılaraq faktiki olaraq azadlığının məhdudlaşdırıldığını, müdafiə hüququnun olması, araşdırma zamanı öz vəsaiti hesabına və ya dövlət hesabına müdafiəçi ilə təmin olunmaq hüququnun olması izah edilmişdir. Bu zaman o, polis əməkdaşlarının onu metamfetamin saxladığını bildiklərini başa düşmüş və buna görə də etiraz etməyib, əynindəki şalvarın sağ yan cibindən 1 ədəd sellofan kəsiyi bükümündə metamfetamini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Sonra polis əməkdaşları təqdim etdiyi sellofan bükümü onun yanında açarkən içərisindəkinin psixotrop maddə olan metamfetamin olduğunu görmüşlər. O da səmimi olaraq üstündən aşkar edilən sellofan bükümdəki kütlənin metamfetamin olduğunu, metamfetamini Saatlı şəhəri, Nizami küçəsindən tapdığını və öz istifadəsi üçün saxladığını etiraf etmişdir. Polis əməkdaşları tərəfindən üstündən aşkar edilmiş metamfetamin sellofan büküm ilə birlikdə elektron tərəzidə çəkilərkən çəkisinin 1,18 qram olduğu müəyyən olunduqdan sonra 1 ədəd kağız zərfdə qablaşdırılaraq möhürlənib götürülmüşdür. Bütün bunlar barədə protokol tərtib olunmuş, o, baxışda iştirak edən polis əməkdaşları kimi protokolda imza etmişdir. O, həmçinin psixotrop maddənin qablaşdırıldığı zərfin üzərində imza etmişdir. Baxış zamanı video çəkiliş aparılmışdır. Daha sonra polis əməkdaşları onu Saatlı rayon Polis şöbəsinə dəvət etmiş və polis əməkdaşları ilə birlikdə Saatlı rayon Polis Şöbəsinə getmişdir. Saatlı rayon Polis Şöbəsinə gətirildikdən sonra orada təhqiqatçı Qərib İsmayılov ona şübhəli şəxs qismində saxlanıldığını, hüquq və vəzifələrini izah etmiş və onun tutulmağı barədə mobil telefonla zəng edib anası Marifəyə məlumat vermişlər. Sonra təhqiqatçı Qərib İsmayılov tərəfindən üstündən aşkar edilmiş 1 ədəd sellofan bükümdəki metamfetaminə baxış keçirilmişdir. Polis əməkdaşları tərəfindən üstünə baxış keçirilərkən aşkar edilmiş metamfetamindən başqa qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet müəyyən edilməmişdir. Bütün bunlar barədə protokol tərtib olunmuş, ucadan oxunmuş, protokol doğru yazıldığı üçün o, baxışda iştirak edən polis əməkdaşları kimi protokolda imza etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafı ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 16 sentyabr 2024-cü il tarixdə Saatlı rayonu Mollavazlı kəndində qeydiyyatda olmaqla, orada yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edərək saxlaması və istehlakı barədə əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra onun, Saatlı RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid2 və Saatlı RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid1 iştirakı ilə keçirilmiş tədbir nəticəsində Təqsirləndirilən şəxs saat 22:20 radələrində Saatlı şəhəri, Nizami küçəsində hərəkətdə olarkən tərəflərindən müəyyən edilmiş və Təqsirləndirilən şəxs yaxınlaşaraq qanunsuz olaraq narkotik saxlamağı barədə məlumatları olduğunu, üstündə hər hansısa bir qanunsuz əşya, narkotik vasitənin olub-olmaması, olduğu təqdirdə özünün təqdim etməsini bildirib, hazırkı vaxtdan şübhəli şəxs qismində saxlanılaraq faktiki olaraq azadlıqlarının məhdudlaşdırıldığı, müdafiəçi ilə təmin olunmaq hüquqlarının olması, ilkin araşdırma zamanı müdafiəçinin təmin olunacağını izah etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üstünə baxış keçiriləcəyini bildirib, üzərində qanunsuz saxlanılan əşya və ya predmet olub-olmadığı soruşulmuşdur. Təqsirləndirilən şəxs üstündən 1 ədəd poletilen kəsiyi bükümü təqdim edərək içərisində “patı” adlanan narkotik olduğunu, həmin patını tapdığını və öz istifadəsi üçün saxladığını bildirmişdir. Həmin büküm açılıb içərisinə baxılarkən içərisində psixotrop maddə olan metamfetaminə oxşar kütlə olduğu müəyyən edilmişdir. Həmin kütlə olduğu polietilen bükümlə birlikdə elektron tərəzidə çəkilərkən çəkisinin 1,18 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 1 ədəd bükümdə psixotrop maddə olan metamfetamin oxşar kütlə bir ədəd zərfdə qablaşdırılıb götürülmüşdür. Baxış zamanı videoçəkiliş “Samsunq S-23” markalı mobil telefonla NMQ-nun əməliyyat müvəkkili, polis kapitanı Şahid3 tərəfindən aparılmışdır. Bundan sonra aşkar edilmiş psixotrop maddəyə oxşar kütlə müvafiq təhqiqat orqanına təhvil verilməsi və protokolun tərtib edilməsi üçün videoçəkiliş dayandırılmışdır. Bununla bağlı tərəflərindən protokol tərtib olunmuşdur. Protokol ucadan oxunmuş, protokolun yekununda şübhəli şəxs qismində saxlanılan Təqsirləndirilən şəxs müdafiə hüququnun olması, müvafiq araşdırma zamanı öz vəsaiti hesabına və ya dövlət hesabına müdafiəçi ilə təmin olunmaq hüququ bir daha izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin kütlə ilə birlikdə tərəfindən Təhqiqat bölməsinə təqdim edilmişdir. Daha sonra onların iştirakı ilə Təqsirləndirilən şəxs üstü yoxlanılan zaman götürülmüş həmin kütləyə Saatlı RPŞ-nin inzibati binasında Təhqiqat Bölməsinin təhqiqatçısı Qərib İsmayılov tərəfindən baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş 1 ədəd polietilen kəsiyi bükümdəki psixotrop maddə olan metamfetamini Saatlı şəhəri, Nizami küçəsindən tapdığını, həmin metamfetaminin özünə məxsus olduğunu, öz istifadəsi üçün saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş 1 ədəd polietilen büküm təhqiqatçı Qərib İsmayılov tərəfindən açılmış, içərisində psixotrop maddə olan metamfetaminə oxşar kütlə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərində başqa əşya varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya və predmet olmadığını bildirmişdir. Təqdim edilmiş kütlə 1 ədəd kağız zərfdə qablaşdırılmış, möhürlənmiş və həmin zərfin üzərində imza etmişdir. Baxış keçirilməsi ilə bağlı təhqiqatçı Qərib İsmayılov tərəfindən protokol tərtib edilərək ucadan oxunmuş, doğru yazıldığı üçün o, Təqsirləndirilən şəxs və digər polis əməkdaşı kimi həmin protokolda imza etmişdir. Baxış keçirilməsi zamanı videoçəkiliş aparılmışdır. Məhkəmə istintaqı zamanı elan edilmiş şahidlər Şahid2 və Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadələrində Şahid3 ifadəsi ilə eyni məzmunda ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlərr. İşdə olan 16 sentyabr 2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxslərin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokol və ona əlavə edilən videoçəkilişlə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əynindəki şalvarının sağ cibində saxladığı 01 ədəd polietilen kəsiyi bükümü ilə birlikdə çəkisi 1,18 qram psixotrop maddə olan metamfetaminə oxşar kütlə aşkar edilərək götürülmüşdür. İşdə olan məhkəmə-kimyəvi ekspertizanın 17 sentyabr 2024-cü il tarixli 18/811 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 01 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi-1,140 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi 1,140 qram olub, tədqiqata istifadə olundu 0,05 qram, qalıq-1,090 qram. İşdə olan məhkəmə-narkoloji ekspertin 23 oktyabr 2024-cü il tarixli 6951 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən və hökmlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə Saatlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirli bilinərək 05 ay, 23 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Hazırda məhkumluğu ödənilməmişdir. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan Saatlı rayon İHB-nın Mollavaizli kənd İƏD üzrə nümayəndəliyinin verdiyi xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2008ci il təvəllüdlü və xx.xx.2010-cu il təvəllüdlü iki nəfər yetkinlik yaşına çatmayan uşaqları vardır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi, habelə barəsində CM-nin 62, yaxud 70-ci maddələrinin tətbiq edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə Təqsirləndirilən şəxs, himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Əzizov X3 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə məhkumluğu xx.xx.2025-ci il tarixdə ödənilməli olduğu halda, Təqsirləndirilən şəxs hazırda ittiaham olunan cinayət əməllini məhkumluğu ödənilmədiyi dövrdə, yəni xx.xx.2024-cü il tarixdə törətmişdir. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcələnin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını son həddinin yarısından az olmamaqla təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və yenidən qəsdən cinayət törətməsi cinayətin residivini yaratdığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən 16 sentyabr 2024-cü il tarixdən 18 sentyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı iki gün ona təyin olunacaq cəzadan çıxılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyinə görə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. İş materiallarından görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ona görə də, Təqsirləndirilən şəxs barəsində məcburi müalicə təyin edilməli və narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan 1,090 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. İşdə olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, aparılmış tədqiqatın dəyəri 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) təşkil edir. Ona görə də həmin xərc Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının Dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia, xüsusi müsadirə olunmalı əmlak və maddi ziyan yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 sentyabr 2024-cü il tarixdən 18 sentyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı iki günün bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulub hesablanmaqla ona hazırki hökmlə təyin olunmuş cəzadan iki gün çıxılıb üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 15 yanvar 2025-ci il tarixdən hesab edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan 1,090 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar