Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-13/2024 12.09.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə saat 12:10-da xx xxxxxx 1983-cü ildə Saatlı rayonu Qaracalar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, Saatlı rayon SİB-də elektrik işləyən, Saatlı rayonu Seyidlər kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair; xx xxxxxxx 1988-ci ildə Saatlı rayonu Qaracalar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Saatlı rayonu Seyidlər kəndində qeydiyyatda olmaqla, orada yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs1 23 iyul 2023-cü il tarixdə saat 21 radələrində Saatlı rayonu Seyidlər kəndində məscidin qarşısında qardaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə, bacısı Sənubər Ağayevanın ailə həyatına müdaxilə etməsi səbəbindən məhərrəmlik ayı ilə bağlı həmin məsciddə keçirilən məclisdə iştirak edən sonuncunun qaynı Zərərçəkmiş şəxs məscidin həyətindən küçəyə çağırıb, orada əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə qəsdən yumruq və təpiklə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq ona sol budun yuxarı 1/3-də bayır səthdə, sol baldırın yuxarı 1/3-də bayır səthdə sıyrıqlardan ibarət sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən və alın nahiyəsində fluktasiya edici hematomadan ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, həmçinin Zərərçəkmiş şəxs kürək nahiyəsindən qəsdən zərbə vuraraq ona L1, L2, L3, L4 fəqərələrinin sol köndələn çıxıntılarının minimal yerdəyişmiş qapalı sınıqları ilə müşayiət olunan onurğa xətti üzrə 1-5-ci fəqərəsi səviyyəsində qançırlardan ibarət sağlamlığının uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurmuş, yəni xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü, 221.2.1-ci maddələri ilə ittiham irəli sürülmüşdür ondan ötəri ki, Təqsirləndirilən şəxs1 23 iyul 2023-cü il tarixdə saat 21 radələrində Saatlı rayonu Seyidlər kəndində məscidin qarşısında qardaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə bir qrup şəxs halında bacısı Sənubər Ağayevanın ailə həyatına müdaxilə etməsi səbəbindən məhərrəmlik ayı ilə bağlı həmin məsciddə keçirilən məclisdə iştirak edən sonuncunun qaynı Zərərçəkmiş şəxs məscidin həyətindən küçəyə çağırıb, orada Zərərçəkmiş şəxs hərəkətlərinə adekvat olmadığı üçün əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ictimai mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərilməsində, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıqda ifadə olunan, vətəndaşlar üzərində zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər edib qəsdən yumruq və təpiklə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq ona sol budun yuxarı 1/3-də bayır səthdə, sol baldırın yuxarı 1/3-də bayır səthdə sıyrıqlardan ibarət sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən və alın nahiyəsində fluktasiya edici hematomadan ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətləri yetirməklə və onu öldürməklə hədələyərək məhərrəmlik ayı ilə əlaqədar məsciddə keçirilən məclisin gedişatını və həmin məclisdə iştirak edən şəxslərin dincliyini pozub qəsdən xuliqanlıq etmiş, həmin qərəzli xuliqanlıq hərəkətlərini edərkən həm də xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs kürək nahiyəsindən qəsdən zərbə vuraraq ona L1, L2, L3, L4 fəqərələrinin sol köndələn çıxıntılarının minimal yerdəyişmiş qapalı sınıqları ilə müşayiət olunan onurğa xətti üzrə 1- 5-ci fəqərəsi səviyyəsində qançırlardan ibarət sağlamlığının uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurmuş, yəni bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmiş və xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ondan ötəri ki, o 23 iyul 2023cü il tarixdə saat 21 radələrində Saatlı rayonu Seyidlər kəndində məscidin qarşısında qardaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə bir qrup şəxs halında bacısı Sənubər Ağayevanın ailə həyatına müdaxilə etməsi səbəbindən məhərrəməlik ayı ilə bağlı həmin məsciddə keçirilən məclisdə iştirak edən sonuncunun qaynı Zərərçəkmiş şəxs məscidin həyətindən küçəyə çağırıb, orada Zərərçəkmiş şəxs hərəkətlərinə adekvat olmadığı üçün əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ictimai mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərilməsində, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıqda ifadə olunan, vətəndaşlar üzərində zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər edib qəsdən yumruq və təpiklə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq ona alt və üst dodaqda qansızmalar, ənsə nahiyələrində, onurğa xətti üzrə 5-8-ci döş fəqərəsi səviyyəsində, sağ böyrək proyeksiyasında, sağ bazunun orta 1/3-də bayır səthdə qançırlardan, sağ və sol diz oynaqlarının ön səthində sıyrıqlardan ibarət sağlamlığa zərər vurmayan olduqları üçün dərəcələri təyin edilməyən xəsarətləri yetirməklə və onu öldürməklə hədələyərək məhərrəmlik ayı ilə əlaqədar məsciddə keçirilən məclisin gedişatını və həmin məclisdə iştirak edən şəxslərin dincliyini pozub qəsdən xuliqanlıq etmiş, yəni bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, hadisənin kökündə Zərərçəkmiş şəxs onların bacısını hədələməsi, telefonunu alması durmuşdur. Belə ki, 2023-cü ilin məhərəmlik ayı ilə bağlı o və qardaşı Təqsirləndirilən şəxs2 Seyidlər kəndində olan məscidə getmişlər. Orada Zərərçəkmiş şəxs görmüşlər, amma kənd camaatı kimi onlar da məsciddə əyləşib məclisə baxmışlar. Qardaşı Mircavid məclisdən çıxdığı üçün o da qardaşı ilə birlikdə məscidin həyətindən çölə çıxmış, təxminən 50 metr aralıda yerləşən Əmirxanın evinin yanında maşınının yanında Mircavid ona demişdir ki, Eyvaz burada olmuşkən onu çağırıb bacısının telefonunu nə səbəbə alıb qaytarmadığını öyrənmək istəyir. Bunun üçün onun telefonu ilə məsciddə Eyvazın yanında oturan əvvəldən tanıdıqları Sabirə zəng etmiş və demişdir ki, Eyvaza desin ki, Mircavid məsciddən çöldə onu çağırır. Təxminən 15 dəqiqə sonra Eyvaz məscidin həyətindən çölə çıxıb ona tərəf gəlmişdir. O həmin vaxt Mircaviddən 3-4 metr aralıda maşının yanındaymış. Eyvaz Mircavidə yaxınlaşmış, nə söhbət etdiklərini bilməmiş, amma qardaşı Mircavidin Eyvaza kəllə vurmasını görüb tez qardaşını arxadan tutub Eyvazdan aralamaq istəyəndə aşağı əyilmiş vəziyyətdə olan Eyvaz Mircavidin paltarından yapışmışdır. Həmin vaxt Mircavid də Eyvazın boynundan yumruqla vurmuşdur. Bundan sonra Eyvazın səsinə məsciddə olan adamlar gəlmişlər, onlar da öz maşınlarına oturub oradan getmişlər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, özü namaz qılıb, oruc tutan adamdır, həmişə məhərrəmlik ayında istər Seyidlər məscidində, istər Qaracalar məscidində, istərsə də digər məscidlərdə iştirak etmişdir. Həmin gün o və qardaşı X4 təziyəsində iştirak etmək üçün Seyidlər kənd məscidinə getmişlər. Eyvazı da orada görmüşdür. Məsciddə quran ayələrinə, mərsiyəyə qulaq asdıqdan sonra otura bilmədiyini görüb Mircamala demişdir ki, çıxıb getsinlər. Mircamal da onunla birlikdə məsciddən çıxmışdır. Onun telefonu maşında olduğu üçün Mircamala demişdir ki, Eyvazın yanında oturan Sabirin nömrəsini bilir, ona zəng edib deyəcək ki, Eyvazı onun adından çölə çağırsın, bacısının ailəsi ilə bağlı onunla söhbət etsin. Elə də etmişdir. Təxminən 10-15-dəqiqə sonra Eyvaz məscidin həyətindən çölə çıxmış və ona tərəf gəlməyə başlamışdır. Gəlib ona yaxınlaşmış, Eyvaza demişdir ki, bacısına niyə zülm edirsən, hanı bacısının telefonu. Eyvazın ona dediyi söz o olmuşdur ki, zor eləmişəm. Elə söz ağzında qalmışdır ki, Eyvaza alınından kəlləsi ilə zərbə endirmiş, Eyvaz zərbənin təsirindən dizi üstünə çökərək paltarından yapışmış, həmin vaxt Eyvazın boynundan yumruqla bir zərbə vurmuşdur. Bundan sonra Eyvaz uca səslə qışqırmağa başlamışdır ki, ay camaat, məni öldürürlər, köməyə gəlin. 50-60 metr aralıda olan məsciddəki insanlar onların yanına gəlmişlər, onu kənara çəkib sakitləşdirmişlər. Həmin vaxt onlar camaatdan üzr istəmişlər ki, iş belə gətirmiş, onları bağışlasınlar. Ondan sonra maşına əyləşib oradan uzaqlaşmışlar. Təqsirləndirilən şəxs1 törətdiyi xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma cinayət əməli iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o Saatlı rayonunun Seyidlər kəndində doğulmuş və uzun illər həmin kənddə yaşamışdır. 1988-ci ildən işləmək üçün Rusiyaya gedərək orada yaşayır, arabir Azərbaycana gəlir. Sonuncu dəfə Azərbaycana gələndə məhərrəmlik ayı olmuş və arzusunda olmuşdur ki, məscidlərində ehsan verər. Bu məqsədlə 23 iyul 2023-cü ildə saat 20 radələrində kəndlərinin məscidinə getmiş və məscidin həyətində qoyulmuş stulların birində oturub kənd camaatı ilə birlikdə quran ayələrinə və mərsiyəyə qulaq asırmış. Həmin vaxt təqsirləndirilən şəxslər, sonradan adlarını bildiyi Mircamal və Mircavid qardaşları məscidə gəlmişlər və həmin vaxt yanında əyləşmiş Yaşar adlı həmkəndlisi demişdir ki, bunlar nə əcəb onların məscidinə gəliblər. Təxminən bir saat sonra yanında oturan digər həmkəndlisi Sabir adlı şəxs ona demişdir ki, məsciddən çöldə onu çağırırlar. O mollanın quran ayələrinin oxuyub qurtarmasından sonra siqaret çəkmək bəhanəsi ilə məscidin giriş darvazasından 10 metr aralıda dayanmış avtomobilin arxa hissəsində qaranlıq yerdə bir nəfər şəxsi görmüş və zənn etmişdir ki, həmin şəxs onu çağıran adamdır. O əli cibində həmin şəxsə yaxınlaşdıqda o vaxt tanımasa da sonradan adını bildiyi Mircavidi görmüşdür, amma o Mircavidə çatan kimi elə bil onun arxasından kimsə alın nahiyəsindən ağır zərbə endirmiş, həmin vaxt ona dəyən zərbənin yumruq və şillə ilə deyil, başqa şeylə vurulduğunu hiss etmişdir. O həmin an zərbənin təsirindən dizi üstünə çökdükdə Mircavid başının arxa tərəfindən zərbə endirməyə başlamışdır. Döyüldüyü an görmüşdür ki, onu vuran iki nəfərdir və onlar yumruqla, təpiklə bədəninin müxtəlif yerlərinə vururlar. Onun döyülməsi təxminən üç-beş dəqiqə çəkmiş, ilk aldığı zərbələrdən sonra huşunu itirmiş, lakin sonuncu dəqiqədə ona dəyən zərbələrdən sonra özünə gəlmiş və təqsirləndirlən şəxslərin hələ də onu uca səslə söyüb, təhqir edə-edə vurmalarını görmüşdür. Bundan sonra onların səsinə məsciddəki kənd camaatı gələrək onu Mircavidlə Mircamalın əlindən almışlar. O özündə güc tapıb əvvəl məscidin həyətinə getmiş, lakin aldığı zərbələrin ağrılarına dözə bilmədiyi üçün həmkəndlisi Bəhlulun maşını ilə xəstəxanaya gedib həkim müayinəsindən, KATEdən keçmiş və 5-6 gün Saatlı rayon xəstəxanasında müalicə almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hənkəndli kimi tanıyır, qohumluq əlaqələri yoxdur. Hər üç şəxslə münasibəti həmkəndli kimi yaxşıdır. 23 iyul 2023-cü ildə saat 20:30-da yaşadığı Seyidlər kəndində məhərrəmlik ayı ilə əlaqədar məsciddə iştirak etmişdir. Həmin vaxt orada Eyvazı, Mircavidi və Mircamalı görmüşdür. Təxminən saat 21 radələrində məscidin həyətindən çöldə dava-dalaş salan adamların səsini eşitmiş və dərhal məsciddə olan adamlar kimi o da çölə çıxmış və görmüşdür ki, Eyvaz yerdə uzanmış vəziyyətdədir, Mircavidlə Mircamal onu döyürlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, davadalaş olan gün o Seyidlər kəndində məsciddə olmuşdur. Orada olan vaxt məscidin həyətindən çöldə dava-dalaş səsi eşitmişlər. O camaatla birlikdə səs gələn yerə getmiş. Orada Eyvazın kimin tərəfindən döyülməsini görməsə də, Eyvazın üstünü çırpmasını, oradakı adamların Mircavidlə Mircamalı sakitləşdirib aralaşdırmalarını görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Saatlı rayon Seyidlər kəndində yerləşən məsciddə 10 ildir mollalıq edir. Təsirləndirilən şəxslər onun qaynının qaynıdırlar, zərərçəkən şəxs isə qaynıdır. Dava-dalaş olan gündə Seyidlər kəndində məsciddə olarkən Eyvazı görmüşdür. Məclisdə namazdan sonra Qurandan 10- 15 ayə oxumuşdur ki, məsciddən çöldə səs gəlmiş və hamı səsə görə çölə qaçmış, o da Quranı yarımçıq qoyub səs gələn yerə getmişdir. Təxminən məscidin giriş qapısından 5-10 metr aralıda qaranlıq yerə, işıq düşməyən yerə yaxınlaşanda görmüşdür ki, Eyvazı iki nəfər döyürlər, camaat da bunları aralaşdırır. O da gəlib Eyvazı yerdə yıxılmış vəziyyətdə görmüş, onu ayağa qaldırmış, məscidin həyətinə aparmış, lakin 10 dəqiqədən az müddətdə Eyvaz bədənindəki ağrılara görə taksi sürücüsü olan Bəhlulla rayon xəstəxanasına getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, zərərçəkmiş Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmkəndli kimi tanıyır, qohumluq əlaqələri yoxdur. Hər üç şəxslə münasibəti həmkəndli kimi yaxşıdır. 23 iyul 2023-cü ildə saat 20:30-da yaşadığı Seyidlər kəndində məhərrəmlik ayı ilə əlaqədar məsciddə iştirak etmişdir. Həmin vaxt orada Eyvazı, Mircavidi və Mircamalı görmüşdür. Təxminən saat 21 radələrində məscidin həyətindən kənarda siqaret çəkirmiş, həmin vaxt məsciddən təqribən 30 metr aralıda səs eşitmiş və onunla bərabər məsciddə olan insanların çox hissəsi həmin yerə gəlmişdir. Orada görmüşdür ki, Eyvaz yıxılıb yerdədir, amma o çatanda Eyvaz ayağa durmuş, üstünü təmizləmiş, sonra Eyvaz məscidin həyətinə getmiş, kənd camaatı da Mircavidlə Mircamalı sakitləşdirib oradan uzaqlaşdırmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 göstərdi ki, Mircavid, Mircamal və Eyvazı tanıyır, qohumluqları yoxdur, hər üçü ilə münasibəti normaldır. 23 iyul 2023-cü ildə saat 21-də yaşadığı Seyidlər kəndində məhərrəmlik ayı ilə əlaqədar məsciddə iştirak edərkən məscidin həyətindən çöldə gələn səsə görə hamı çölə çıxmışdır. O da məsciddən çıxarkən görmüşdür ki, Eyvaz məscidə tərəf gəlir, Mircavidlə Mircamal maşına oturub gedirlər. Həmin vaxt orada Eyvazın Mircavid və ya Mircamal tərəfindən vurulmasını görməmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X2 24 iyul 2023-cü il tarixli 240 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs L1, L2, L3, L4 fəqərələrinin sol köndələn çıxıntılarının minimal yerdəyişmiş qapalı sınıqları ilə müşafiyət olunan, alt və üst dodaqda qansızmalar, alın nahiyəsində hematoma, ənsə nahiyələrində, sol kürəkaltı nahiyədə, onurğa xətti üzrə 5-8-ci döş fəqərəsi səviyyəsində, 1-5-ci bel fəqərəsi səviyyəsində, sağ böyrək proyeksiyasında, sol sağrının yuxarı iç kvadrantında, sol budun yuxarı 1/3-də bayır səthdə, sol baldırın yuxarı 1/3-də bayır səthdə, sağ bazunun orta 1/3də bayır səthdə qançırlar, sağ və sol diz oynaqlarının ön səthində sıyrıqlar bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. Xəsarətlər müayinə olunanın göstərdiyi şəraitdə əmələ gələ bilərdi. İşdə olan və məhkəmə istintaqında elan edilmiş əlavə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X2 08 avqust 2023-cü il tarixli 4-240A nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- L1, L2, L3, L4 fəqərələrinin sol köndələn çıxıntılarının minimal yerdəyişmiş qapalı sınıqları ilə müşayiət olunan, alt və üst dodaqda qansızmalar, alın nahiyəsində hematoma, ənsə nahiyələrində, sol kürəkaltı nahiyədə, onurğa xətti üzrə 5-8-ci döş fəqərəsi səviyyəsində, 1-5-ci bel fəqərəsi səviyyəsində, sağ böyrək proyeksiyasında, sol sağrının yuxarı iç kvadrantında, sol budun yuxarı 1/3-də bayır səthdə, sol baldırın yuxarı 1/3-də bayır səthdə, sağ bazunun orta 1/3-də bayır səthdə qançırlar, sağ və sol diz oynaqlarının ön səthində sıyrıqlar bərk küt əşyanın (əşyaların), ola bilsin daş, dəmir, taxta parçası, yumruq və s. təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gəlir, ayrı-ayrılıqda dərəcəsinə görə L1, L2, L3, L4 fəqərələrinin sol köndələn çıxıntılarının minimal yerdəyişmiş qapalı sınıqları ilə müşayiət olunan onurğa xətti üzrə 1-5-ci fəqərəsi səviyyəsində qançırlar sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. Digər xəsarətlər - alt və üst dodaqda qansızmalar, ənsə nahiyələrində, sol kürəkaltı nahiyədə, onurğa xətti üzrə 5-8-ci döş fəqərəsi səviyyəsində, sağ böyrək proyeksiyasında, sol sağrının yuxarı iç kavadrantında, sol budun yuxarı 1/3-də bayır səthdə, sol baldırın yuxarı 1/3-də bayır səthdə, sağ bazunun orta 1/3-də bayır səthdə qançırlar, sağ və sol diz oynaqlarının ön səthində sıyrıqlar isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmişdir. Qeyd olunmuş alın nahiyəsində fluktasiya edici hematoma isə ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığıa YÜNGÜL zərər vurmaya aiddir. Xəsarətlər müayinə olunanın göstərdiyi şəraitdə əmələ gələ bilərdi. İşdə olan və məhkəmə istintaqında elan edilmiş əlavə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X2 14 oktyabr 2023-cü il tarixli 5-240A nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- L1, L2, L3, L4 fəqərələrinin sol köndələn çıxıntılarının minimal yerdəyişmiş qapalı sınıqları ilə müşayiət olunan, alt və üst dodaqda qansızmalar, alın nahiyəsində hematoma, ənsə nahiyələrində, sol kürəkaltı nahiyədə, onurğa xətti üzrə 5-8-ci döş fəqərəsi səviyyəsində, 1-5-ci bel fəqərəsi səviyyəsində, sağ böyrək proyeksiyasında, sol sağrının yuxarı iç kvadrantında, sol budun yuxarı 1/3-də bayır səthdə, sol baldırın yuxarı 1/3-də bayır səthdə, sağ bazunun orta 1/3-də bayır səthdə qançırlar, sağ və sol diz oynaqlarının ön səthində sıyrıqlar bərk küt əşyanın (əşyaların), ola bilsin daş, dəmir, taxta parçası, yumruq və s təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gəlir, ayrı-ayrılıqda dərəcəsinə görə L1, L2, L3, L4 fəqərələrinin sol köndələn çıxıntılarının minimal yerdəyişmiş qapalı sınıqları ilə müşayiət olunan onurğa xətti üzrə 1-4-ci fəqərəsi səviyyəsində qançırlar sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. Digər xəsarətlər - alt və üst dodaqda qansızmalar, ənsə nahiyələrində, sol kürəkaltı nahiyədə, onurğa xətti üzrə 5-8-ci döş fəqərəsi səviyyəsində, sağ böyrək proyeksiyasında, sol sağrının yuxarı iç kavadrantında, sol budun yuxarı 1/3-də bayır səthdə, sol baldırın yuxarı 1/3-də bayır səthdə, sağ bazunun orta 1/3-də bayır səthdə qançırlar, sağ və sol diz oynaqlarının ön səthində sıyrıqlar isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmişdir. Qeyd olunmuş alın nahiyəsində fluktasiya edici hematoma isə ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığıa YÜNGÜL zərər vurmaya aiddir. Xəsarətlər müayinə olunanın göstərdiyi şəraitdə əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyalar) təsirindən əmələ gəlmişdir, konkret olaraq daş, dəmir, taxta parçası demək mümkün deyil, belə ki, kontakt yerlərində qeyd olunmuş küt alətlərin xarakterik iz və formasına aid əlamətlər aşkar edilməmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X2 05 avqust 2024-cü il tarixli T441/2024 nömrəli rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs İ, İİ, İİİ, İV bel fəqərələrinin sol yan çıxıntılarının yerdəyişmiş qapalı sınığı, alt və üst dodağın selikli qişasına qansızma, alın nahiyəsində dərialtı hematoma, ənsə və sol kürəkaltı nahiyədə, onurğa xətti üzrə V-Vİİİ döş fəqərələri, İ-V bel fəqərələri səviyyəsində, sağ böyrək nahiyəsində, sol sağrıda, sol budda, sol baldırda, sağ bazuda qançır, sağ və sol diz oynağının ön səthində sıyrıqlar olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, zərərçəkmişin göstərdiyi şəraitdə və vaxtda, yəni xx.xx.2023-cü il tarixdə əl və ayaqla yetirilən zərbələr nəticəsində yarana bilərdilər, dərəcəsinə görə bel nahiyəsinin qançır və İ-İV bel fəqərələrinin yan çıxıntısının sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərərvurmaya, alt və üst dodağın selikli qişasına qansızma, alın, ənsə və sol kürǝkaltı nahiyədə hematoma, döş fəqərələri, sağ böyrək nahiyəsindəki qançırlar sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zǝrǝrvurmaya aiddir, digər xəsarətlər isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 24 iyul 2023-cü il tarixli protokoldan görünür ki, hadisə Saatlı rayonu Seyidlər kəndində məscidin giriş qapısından 30 metr aralıda yolda baş vermişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 18 dekabr 2023-cü il tarixli 255 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 iki azyaşlı uşağı vardır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 18 dekabr 2023-cü il tarixli 256 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 üç azyaşlı uşağı vardır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 03 avqust 2023-cü tarixli xasiyyətnamələrdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunurlar. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş tələbnamələrdən görünür ki, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. Beləliklə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə cinayət əməli törətməsi sübut edilsə də, onun törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən həmin maddə ilə düzgün tövsif olunsa da, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə cinayət əməlini törətmələri sübuta yetirilməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 xuliqanlıq niyyəti ilə qəsdən yumruq və təpiklə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq ona sol budun yuxarı 1/3-də bayır səthdə, sol baldırın yuxarı 1/3-də bayır səthdə sıyrıqlardan ibarət sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən və alın nahiyəsində fluktasiya edici hematomadan ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməsi, həmçinin Zərərçəkmiş şəxs kürək nahiyəsindən qəsdən zərbə vuraraq ona L1, L2, L3, L4 fəqərələrinin sol köndələn çıxıntılarının minimal yerdəyişmiş qapalı sınıqları ilə müşayiət olunan onurğa xətti üzrə 1-5-ci fəqərəsi səviyyəsində qançırlardan ibarət sağlamlığının uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurması, yəni xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı törətdiyi və CM-nin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini etiraf etməsə də, ona istinad edilən cinayəti törətməsi iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs vurmadığını, onun baş nahiyəsindən qardaşı Təqsirləndirilən şəxs2 vurduğunu, həmçinin də, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs baş nahiyəsindən və boynundan özünün vurduğunu bildirsə də, təqsirləndirilən şəxslərin ifadələri digər sübutlarla təkzib olunmuşdur. Həmçinin də, ilkin olaraq Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs baş nahiyəsindən vursa belə, ekspert rəyləri ilə müəyyən edilir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinin tərkibini yaradan az ağır xəsarət kürək nahiyəsindədir. Şahidlərin və zərər çəkmiş şəxsin ifadələri ilə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs kürək nahiyəsində təpiklə vuraraq döyməsi faktı təsdiq olunur. Zərər çəkmiş şəxs həmçinin də, ifadəsində göstərmişdir ki, döyülərkən Təqsirləndirilən şəxs1 təpiklə vurduğu zərbənin ona daha çox ağır xəsarət yetirdiyini hiss etmişdir. Bu hal da, Təqsirləndirilən şəxs1 zərər çəkmiş şəxsə az ağır xəsarət yetirməsi ilə bağlı əməlinin ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif olunduğunu sübut edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 2004-cü il 23 mart tarixli 1 saylı qərarının 3-cü bəndinə qeyd edilmişdir ki, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Həmin qərarın 5-ci bəndinə qeyd edilmişdir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2, yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsüf edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı, təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdanaçığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə, onda həmin şəxsin əməli cinayətlərin məcmuyu qaydasında, həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsüf olunmalıdır. Məhkəmə iclasında sübutların araşdırılması zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslərin əməlləri şəxsi münasibətlər zəminində başlanılmış və bu hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilməmişdir. Təqsirləndirilən şəxslər tərəfindən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ictimai mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərilməsində, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıqda ifadə olunan, zərər çəkmiş şəxsi öldürmək hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər edilməsi halı məhkəmə iclasında sübuta yetirilməmişdir. Yalnız zərər çəkmiş şəxsin ifadəsi həmin halı təsdiq edən sübut növü kimi qəbul edilə bilməz. Bu səbəbdən də, əməl həm də xuliqanlıq kimi qiymətləndirilə bilməz. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmçinin də, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və ittihamda göstərilmişdir ki, Təqsirləndirilən şəxs1, 23 iyul 2023-cü il tarixdə saat 21 radələrində Saatlı rayonu Seyidlər kəndində məscidin qarşısında qardaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə bir qrup şəxs halında bacısı Sənubər Ağayevanın ailə həyatına müdaxilə etməsi səbəbindən məhərrəmlik ayı ilə bağlı həmin məsciddə keçirilən məclisdə iştirak edən sonuncunun qaynı Zərərçəkmiş şəxs məscidin həyətindən küçəyə çağırıb, orada Zərərçəkmiş şəxs hərəkətlərinə adekvat olmadığı üçün əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ictimai mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərilməsində, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıqda ifadə olunan, vətəndaşlar üzərində zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər etmişlər. Bu zaman onlardan, Təqsirləndirilən şəxs1 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilməyən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid və sağlamlığının uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirmiş, digər təqsirləndirilən Təqsirləndirilən şəxs2 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-cü maddəsinin tərkibi olmadığından onlara əsassız olaraq həmin maddə ilə ittiham irəli sürülmüşdür. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında qeyd olunmuşdur ki, xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər isə təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətlər kimi başa düşülür. Cinayət Məcəlləsinin 221.1-ci maddəsində göstərilən əməl subyektiv cəhətdən ictimai qaydanın məhz xuliqanlıq motivi ilə kobud surətdə pozulması niyyətində ifadə olunur. Belə ki, təqsirkarın, şəxslər üzərində zor tətbiq etməklə və ya əmlakı məhv etmək yaxud zədələməklə ictimai qaydanı pozduğunu və cəmiyyətə açıq hörmətsizlik etdiyini dərk etməsi və bunu arzulaması, yalnız o halda cəmiyyət və ictimai qayda əleyhinə yönələn hərəkət kimi qiymətləndirilə bilər ki, bu əməl xuliqanlıq motivindən irəli gəlsin və şəxsi münasibətlər zəminində törədilməmiş olsun. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Məhkəmə iclasında təqsirləndirilən şəxslərin, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri ilə müəyyən edildi ki, təqsirləndirilən şəxslər zərər çəkmiş şəxslə aralarında olan məsələni aydınlaşdırmaq məqsədi ilə ictimai qaydanı pozmamaq üçün zərər çəkmiş şəxsi əyləşdikləri məscidin içərisində və ya onun həyətində deyil, insanların uzaq olduğu yerə, yəni hadisə yerinə baxış protokolunda göstərilən məscidin giriş qapısından 30 metr uzağa çağırmış, təqsirləndirilən şəxslər mübahisə edərkən səs-küy yaranmış, məsciddəki insanlar səsə gəldikdən sonra təqsirləndirilən şəxslər oradan uzaqlaşmışlar. Buradan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərər çəkmiş şəxslə mübahisə edərkən ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətləri olmamış, onların bilərəkdən özlərini ictimai qaydaya qarşı qoymağa cəhd etmək, güc nümayiş etdirmək, qalmaqal salmağa meyllilik motivi olmamış, təqsirləndirilən şəxslərin əməli xuliqanlıq motivindən irəli gəlməmişdir. Sadəcə onların əsaslı səbəb olmadan, şəxsi münasibətlər zəminində zərər çəkmiş şəxsi cəzalandırmaq istəmələri konkret cinayətin, yəni bədənə xəsarət yetirmə cinayətinin motivi kimi özünü büruzə vermişdir. Təqsirləndirilən şəxs1 yetirdiyi yüngül və dərəcəsi təyin edilməyən xəsarətlərin hamısı az ağır xəsarətlərlə əhatə olunduğundan onun əməli xuliqanlıq niyyəti ilə sağlamlığa az ağır xəsarət yetirmə kimi qiymətləndirilməlidir. Digər Təqsirləndirilən şəxs2 hərəkətləri nəticəsində isə zərər çəkmiş şəxs dərəcəsi təyin edilməyən xəsarətlər almışdır ki, bu da cinayət məsuliyyətinə deyil, inzibati məsuliyyətə səbəb olan hərəkətlərdir. Ona görə də, Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətinə deyil, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə ittiham hökmü çıxarmaq üçün əsaslı səbəblər yoxdur. Məhkəmə araşdırması gedişində sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsinə baxmayaraq, ittiham tərəfindən təqsirləndirilən şəxsin hazırki cinayət əməlini törətməsinə dair əsaslı sübut məhkəməyə təqdim edilməmişdir, irəli sürülən ittihamın əsaslılığına dair şübhələr vardır və həmin şübhələr təqsirləndirilən şəxslərin xeyrinə şərh olunmalıdır. Təqsirləndirilən şəxslərin xuliqanlıq cinayəti ilə bağlı təqsirliliyi barədə həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olan sübutlar yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqları və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı (2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli Qərarında qeyd edir ki, ədalətli və çəkişmə xarakterli məhkəmə araşdırması anlayışı prinsipcə onu nəzərdə tutur ki, başqa cür qərara gəlmək üçün əsaslı səbəblər yoxdursa, məhkəmə ittiham tərəfinin təqdim etdiyi, şahidin məhkəməyə qədər dindirmə protokolunda qeydə alınmış ifadəsindən daha çox, məhkəmə iclasında verdiyi ifadəyə əhəmiyyət verməlidir. Digər səbəblərlə yanaşı, bunun səbəbi ondan ibarətdir ki, məhkəməyə qədər dindirmə ilk növbədə ittiham tərəfinin məhkəmədə öz mövqeyini müdafiə etmək məqsədi ilə məhkəmə araşdırması üçün məlumat toplaması prosesidir. Məhkəmə tərəfindən həyata keçirilən məhkəmə araşdırmasının vəzifəsi isə faktiki olaraq təqdim edilmiş bütün sübutların ədalətli qiymətləndirilməsindən sonra təqsirləndirilən şəxsin təqsiri məsələsini dəlillərin məhkəmədə birbaşa yoxlanılması əsasında müəyyən etməkdir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. “Azərbaycan Respublikası CPM-nin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da, işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarında göstərilmişdir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. Həmçinin, həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarında göstərilmişdir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Beləliklə, məhkəmə bir daha qeyd edir ki, ittiham aktında şəxsə istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair şübhəli nəticələr və faktlar şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. Həmin Məcəllənin 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Həmin Məcəllənin 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinmələri üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur. Həmin Məcəllənin 42.1.2-cü maddəsinin əsasən əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2.2-ci maddəsinin əsasən bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; Həmin Məcəllənin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının 19-cu bəndinə görə bəraət hökmünün nəticəvi hissəsində cinayət qanununun hər bir maddəsi (onun hissəsi, bəndi) üzrə müttəhimə qanunla nəzərdə tutulan hansı əsaslarla bəraət verildiyi göstərilməlidir. Yuxarıda qeyd olunanları, həmçinin Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-ci maddəsi ilə təqsirli olmasının işin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarla tam təsdiq edildiyini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin olunmaqla ittiham hökmü çıxarılmalıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, məhkəmə istintaqında təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibinin olmaması sübut olunduğundan Təqsirləndirilən şəxs1 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə irəli sürülmüş ittiham ümumi ittihamdan xaric edilməli, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə verilmiş ittiham üzrə əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası adından təqsirsiz elan edilməli və ona bəraət verilməlidir. Təqsirləndirilən şəxs1 barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində iki nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 64.1-ci maddəsinə əsasən iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini əsaslı və ədalətli hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə və cəmiyyətdən təcrid etmədən onun islah olunması mümkündür və ona təqsirli bilindiyi CM-nin 127.2.3-cü maddəsilə üç il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müəyyən edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğun olardı. O cümlədən, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.3-cü maddəsinə, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il tarixli 4 nömrəli qərarına və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarına əsasən, məhkəmə təqsirləndirilən şəxsin üzərinə kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələrinin qoyulmasını məqsədəmüvafiq hesab edir. Qeyd olunanlarla yanaşı həmçinin məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin əvvəlinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmasını, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvəsində saxlanmasını əsaslı hesab edir. Ədalətli məhkəmə araşdırması hüququ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, «ədalət mühakiməsi mahiyyət etibarilə ədalət anlayışına cavab verməli və hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir» («Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 420.3-cü maddəsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 19 aprel 2002-ci il tarixli qərarı). Minelli İsveçrəyə qarşı işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası ibtidai istintaqın necə nəticələnməsindən asılı olmayaraq, cinayət prosesinin bütün mərhələlərinə aiddir, o, təkcə ittihamın mahiyyətinin araşdırılması ilə məhdudlaşmır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56-cı maddəsinə və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə Təqsirləndirilən şəxs2 bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. İş materialları araşdırılarkən Təqsirləndirilən şəxs2 tərəfindən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dərəcəsi təyin edilməyən xəsarətlər yetirilməsi müəyyən edildiyindən hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs2 inzibati məsuliyyətə cəlb edilməsinin həll edilməsi üçün hökmün surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərcləri və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42, 44, 344-347, 349-353, 356 və 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək üç il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə irəli sürülmüş ittiham ümumi ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə verilmiş ittiham üzrə əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası adından təqsirsiz elan edilsin və ona bəraət verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs2 inzibati məsuliyyətə cəlb edilməsinin həll edilməsi üçün hökmün surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Hökmün icrası Təqsirləndirilən şəxs1 aid hissədə icra edilməsi Saatlı rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən 20 gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsiə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(055)-13/2024
Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-13/2024
12.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver