Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-13/2025 09.01.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi, Saatlı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1978-ci ildə Saatlı rayon Azadkənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi qaydada təsərrüfatla məşğul olan, Saatlı rayon Fətəlikənd kəndində qeydiyyatda olmaqla, orada yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs tamah niyyəti və özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Saatlı rayonu Fətəlikənd kəndində yaşadığı evdən 200 metr aralı məsafədə çöl sahədə sahibsiz olmalarını fürsət bilərək həmkəndlisi Zərərçəkmiş şəxs məxsus 7 baş 6 yaşında dişi cinsli, hər birinin qiyməti 200 manat olmaqla cəmi 1400 manat, 8 baş 3 yaşında dişi cinsli, hər birinin qiyməti 320 manat olmaqla cəmi 2560 manat, 3 baş 1 yaşında dişi cinsli, hər birinin qiyməti 400 manat olmaqla cəmi 1200 manat, 1 baş 3 aylıq erkək cinsli, qiyməti 250 manat olan, ümumilikdə 19 baş xeyli miqdarda 5410 manat dəyərində xırdabuynuzlu heyvanları (qoyunları) gizli yolla talayıb oğurlamaqla, Zərərçəkmiş şəxs cəmi 5410 manat dəyərində xeyli miqdarda ziyan vurmuş, yəni xeyli miqdarda özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bu əməllərinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, şəxsi təsərrüfatla da məşğul olur. Onun şəxsi təsərrüfatında təxminən 28 baş xırdabuynuzlu qoyun və quzuları var və xırdabuynuzlu heyvanları mütəmadi olaraq özü işdən gəldikdən sonra yaşadığı yerə yaxın olan ərazilərdə otarır. xx.xx.2024-cü il tarixdə saat 11 radələrində yağışlı havada xırdabuynuzlu heyvanlarını otarırmış, bu zaman 19 baş xırdabuynuzlu, 18 baş dişi cinsli qoyunların və 1 baş erkək cinsli quzunun ürkmüş vəziyyətdə yaxınlığına gəldiklərini görmüş, bu zaman həmin heyvanların yanında sahibinin yaxud da çobanın olmadığını görüb, çaqqala və ya digər yırtıcı heyvanlara rast gələcəklərini düşünərək, həmin heyvanları da öz heyvanlarının içərisinə qatmışdır. Həmin gün saat təxminən 12 radələrində heyvanlarını yaşadığı evə gətirən zaman fikirləşmiş ki, elə heyvanlarına qarışan 19 baş xırdabuynuzlu heyvanı da oğurlayıb yaşadığı evə aparsın. Bundan sonra bütün heyvanları, yəni 19 baş xırdabuynuzlu heyvanı da oğurlayaraq yaşadığı evə aparmışdır. Evə apardıqdan sonra öz heyvanlarını saxladığı tövləyə, 19 baş oğurladığı xırdabuynuzlu heyvanları isə həmin tövləyə bitişik olan digər boş olan tövləyə salmışdır. Bundan bir müddət sonra həmkəndlisi və qonşuluqda yaşayan Tahirin oğlu Nihat küçədə ona yaxınlaşaraq 19 baş xırdabuynuzlu heyvanlarını görüb-görmədiyini soruşmuş, o həmin vaxt 19 baş qoyunun Nihata məxsus olduğunu bilmiş, lakin heyvanları görmədiyini demişdir. Bir müddət sonra Nihatla yolda yenidən rastlaşmış bu dəfə Nihat ondan qoyunlarını soruşduqda, o qoyunların izini azdırmaq üçün “ola bilsin pambıq tarlasına gediblər” demişdir. Nihat pambıq tarlaları istiqamətində getmişdir. Bundan sonra fikirləşmişdir ki, heyvanları hissə-hissə satsın. Bu məqsədlə Saatlı rayon Azadkənd kəndində yaşayan, heyvan alqı-satqısı ilə məşğul olan, uzaq qohumu Şahid1 zəng edərək iki baş xırdabuynuzlu heyvanı olduğunu və satmaq istədiyini demiş, Elvin də razılaşaraq bir neçə dəqiqə sonra şəriki Əmrahla birlikdə onun yanına gəlmişdir. O oğurlamış olduğu heyvanların içərisindən bir baş dişi qoyunu və bir baş erkək quzunu Elvinlə Əmraha 420 manata satmışdır. Heyvanları haradan aldığı barədə heç nə soruşmamışlar, o da heyvanı haradan əldə etdiyini deməmişdir. Elvinlə Əmrah heyvanları götürüb getmişlər. Həmin gün saat 18 radələrində işə getmiş, bir qədər sonra Nihat əvvəllər işlədiyi Saatlı rayon Şirinbəyli kəndində yerləşən “Nənəmin Təndiri” adlı çörəkbişirmə sexinə gəlmiş, orada ona “bəlkə heyvanlarımı aparanları görmüsən, kimsə səni qorxudub deyə demirsən” deyə sual vermiş, bu vaxt o həyəcanlansa da Nihata “mən də sənə kömək edəcəm ki, tapasan, əlimdən gələni edirəm, amma tapa bilmirəm” demişdir. Bundan sonra Nihat çıxıb getmişdir. Ertəsi gün, xx.xx.2024-cü il tarixdə saat təxminən 08 radələrində Nihatla yaşadığı evin qarşısında rastlaşmış, yenə ondan heyvanlarını soruşmuş, o da görmədiyini, yalandan kömək məqsədi ilə axtaracağını demişdir. Bundan sonra polis əməkdaşları yaşadığı evə gəlmişlər və oğurlamış olduğu 17 baş heyvanı aşkar etmişlər, o da polis əməkdaşlarına heyvanları oğruladığını etiraf edərək, təhvil vermişdir. O, xırdabuynuzlu heyvanları özünə məxsus xırdabuynuzlu heyvanlarla birlikdə tək gətirmiş, onun yanında heç kəs olmamış, oğurluğu tək etmiş, yağışlı hava olması səbəbindən yaxınlıqda da heç kəs olmamış, onun oğurluq etməyini heç kəs görməmişdir. Oğurladığı xırdabuynuzlu heyvanlar 19 baş olmaqla 18 baş dişi cinsli qoyunlardan, 1 baş erkək erkək quzudan ibarət oplmuşdur. Ailə üzvlərindən heç kəs oğurluq etməyi barədə məlumatlı olmamış, arvadı Zülfiyyə isə heyvanları oğurladığı gün axşam işə getməzdən əvvəl oğurladığı heyvanları görüb soruşduqda, sahibini tanımadığını, öz qoyunlarını otaran zaman qoyunlarına qoşulub gəldiyini, sahibi gəlsə qaytaracağını demişdir. Elvinlə Əmraha 2 baş xırdabunuzlu heyvanların özünə məxsus olduğunu demiş, hər ikisinin heyvanların oğurluq olmasından xəbərləri olmamışdır. O 2 baş xırdabuynuzlu heyvanları Elvin və Əmraha satmaqla onlardan əldə etdiyi 420 manat məbləğində pulu bir nəfər şəxsə 500 manat borcu var imiş, həmin borcundan vermişdir. Hazırda etdiyi əməldən peşmandır və gələcəkdə belə hərəkətləri etməyəcəyinə söz verir. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş və onunla barışmışdır. Ona görə də, məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ərizə təqdim edərək ifadəsində göstərdi ki, onun şəxsi təsərrüfatında 15 baş iribuynuzlu, 19 baş da xırdabuynuzlu heyvanları, yəni qoyunları vardır. Xırdabuynuzlu heyvanları mütəmadi olaraq həyətaynı sahəyə buraxmış, həmin heyvanlar da orada otlamışlar. Müəyyən vaxtlarda heyvanlar həyətyanı sahənin açıq olan yerindən çıxaraq otlamaq üçün getsələr də, sonradan yenidən geri qayıdırmışlar, yaxud o və ailə üzvlərindən kimsə görərdisə heyvanları geri qaytarırmışlar. xx.xx.2024-cü il tarixdə saat 09 radələrində xırdabuynuzlu heyvanlarını otlamaları üçün həyətyanı bağ sahəsinə buraxmış, həmin gün saat təxminən 12 radələrində baxmış ki, heyvanlar həyətyanı sahədə yoxdur. Bu vaxt o küçəyə çıxaraq həmkəndlisi və qonşusu İbrahimi görmüş, qoyunlarını xəbər almış, İbrahim də görmədiyini bildirmişdir. Sonra digər qonşusu Alixandan heyvanlarını görüb-görmədiyini soruşmaq üçün yaşadığı evə getmiş, Alixan da yaşadığı evin həyətində ona heyvanlarını görmədiyini bildirmişdir. Bundan sonra yaxın ərazilərə baxmış və 19 baş xırdabuynuzlu yehvanlarının olmadığı görmüşdür. Bundan sonra heyvanlarını axtaran zaman xırdabuynuzlu qoyunlarını otaran həmkəndlisi və qonşuluqda yaşayan Təqsirləndirilən şəxs rast gəlmişdir. Elsevərdən də qoyunlarını görüb görmədiyini soruşduqda o, qoyunlarını görmədiyini bildirmişdir. Bir müddət qoyunlarını axtardıqdan sonra yenidən Elsevərlə yolda rastlaşmış, bu dəfə də Elsevərdən qoyunlarını soruşduqda, ona ola bilsin pambıq tarlasına gedə biləcəklərini demişdir. O, da pambıq tarlalarına baş çəkmiş, lakin heyvanlarını tapa bilməmişdir. Bundan sonra fikirləşmiş ki, Elsevər bütün günü onun heyvanlarının otladığı ərazilərdə olur, necə olub ki, Elsevər görməyib, bu zaman belə bir şübəyə düşmüş ki, bəlkə kimsə heyvanlarını aparıb və Elsevər də heyvanlarını aparan kimlərisə görüb, həmin şəxslər də Elsevəri qorxudublar, bu səbəbdən də Elsevər ona heç nə demir. Bu şübhəyə aydınlıq gətirmək üçün Elsevərin işlədiyi, Saatlı rayon Şirinbəyli kəndində yerləşən “Nənəmin Təndiri” adlı çörəkbişirmə sexinə getmişdir. Orada Elsevərdən “bəlkə heyvanlarımı aparanları görmüsən, kimsə səni qorxudub deyə demirsən” deyə sual vermiş, bu zaman Elsevər ona “mən də sənə kömək edəcəm ki, tapasan, əlimdən gələni edirəm, amma tapa bilmirəm” demişdir. Bundan sonra həmin günün geri qalan hissəsini və gecəni səhərə qədər müxtəlif şəxslərin sahələrində qoyunlarını axtarmış, lakin tapa bilməmişdir. xx.xx.2024-cü il tarixdə saat təxminən 08 radələrində Elsevərin yaşadığı evin qarşısında rastlaşmış, yenə heyvanlarını soruşmuş, Elsevər də görmədiyini, kömək məqsədi ilə axtaracağını demişdir. Bundan sonra o yorulduğu üçün evə getmiş, evdə olan zaman qardaşı Kənana heyvanları tapa bilmədiyini demiş, Kənan da 102 xidmətinə zəng edərək təxminən 6 min manatlıq heyvanları tapa bilməməkləri barədə məlumat vermişdir. Elə həmin gün polis əməkdaşlarının səyi nəticəsində ona məlum olmuş ki, heyvanlarını qonşusu və həmkəndlisi Təqsirləndirilən şəxs çöl sahəsindən oğurlamış, həmin heyvanlardan iki başını Saatlı rayon Azadkənd kəndində yaşayan və heyvan alqı-satqısı ilə məşğul olan Elvin adlı şəxsə satmışdır. Saxladığı xırdabuynuzlu heyvanlara çobanlıq edən şəxs olmamışdır. Xırdabuynuzlu heyvanları 19 baş olmaqla 18 baş dişi cinsli qoyunlardan, 1 baş erkək erkək quzudan ibarət olmuşdur. Oğurluq nəticəsində ona 5410 manat maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxsdən heç bir şikayət, tələbi və mülki iddiası yoxdur. Təqsirləndirilən şəxsə köməklik olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun atasıdır, birlikdə yaşayırlar. Zərərçəkmiş şəxs həmkəndlisi kimi tanıyır, Nihatın qardaşı Kənan sinif yoldaşı və dostudur, gediş-gəlişləri vardır. xx.xx.2024-cü il tarixdə saat 11 radələrində anası Zülfiyyə və arvadı ilə birlikdə Saatlı rayon Qara Nuru kəndində yaşayan xalası qızıgilə qonaq getmiş, gecəni orada qaldıqdan sonra səhər saat 10 radələrində anası və arvadı ilə birlikdə yaşadığı evə gəlmişdir. O anası ilə arvadını evə düşürdükdən sonra işə getmiş, işə gedərkən yolda atasının qoyunları otardığını görmüşdür. Avtomobili saxlayıb atası ilə görüşmüş, sonra isə çıxıb işə getmişdir. İş yerində olan zaman ona məlum olmuş ki, atası Nihata məxsus 19 baş qoyunları oğurlamışdır. Onun atası Elsevərin xırdabuynuzlu heyvanları oğurlamasından heç bir xəbəri olmamışdır. Məhkəmə istintaqı zamanı elan edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində Şahid4 ifadəsi ilə eyni məzmunda ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı elan edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, fərdi qaydada xırdabuynuzlu heyvanların alqı-satqısı ilə məşğul olur. Bundan başqa şəxsi təsərrüfatla da məşğul olur. Zərərçəkmiş şəxs ümumiyyətlə tanımır, Təqsirləndirilən şəxs isə uzaqdan qohumudur. Əvvəllər Elsevərlə heç bir ədavəti olmamış, 2-3 dəfə Elsevərdən heyvan almış, bir dəfə isə heyvan satmışdır. xx.xx.2024-cü il tarixdə günorta radələrindən sonra şəxsi avtomobil ilə Saatlı rayon Şirinbəyli kəndindən yaşadığı Azadkənd kəndinə gedirmişdir. Yolda gözü telefonuna sataşmış və Elsevərdən çoxlu sayda “cavabsız” zəng gəldiyini görmüş və Elsevərə zəng eləmişdir. Telefon danışığı zamanı Elsevər ona iki baş quzusu olduğunu və satdığını bildirmişdir. O da ala biləcəyini, gəlib götürəcəyini demişdir. Bundan sonra onunla birlikdə şərikli heyvan alıb-satdığı Əmraha zəng eləmiş, “Elsevərdə heyvan var, zəng edəb, gəl gedək” demiş, Əmrah da razılaşmış, Azadkənd kəndində “kolxoz” adlanan ərazidə onu gözləyən Əmrahı götürmüş və birlikdə onun avtomobililə Elsevərin yaşadığı evin qarşısına getmişdir. Çatanda Elsevərin təxminən yaşadığı evdən 50-60 metr aralıda qoyunlarını otardığını görmüş və Əmrahla birlikdə Elsevərə yaxınlaşmışdır. Salamlaşdıqdan sonra bir baş dişi toğlunu və bir baş erkək quzunu göstərmiş, erkək olanın özünə məxsus olduğunu, dişi toğlunun isə baldızının oğluna toy hədiyyəsi verdiyini demişdir. O qoyunlara baxıb bəyənmiş və qiymət deməsini istəmişdir. Elsevər iki heyvana birlikdə 600 manat demiş, o Elsevərin dediyi qiymətlə razılaşmamış, çox baha dediyini demişdir. Sonra 500 manat demiş, o yenə baha olduğunu demiş, bu zaman Elsevər xəstəsinin olduğunu, bu səbəbdən satdığını demişdir. Bu zaman o 400 manat demiş, Elsevər ona “konkret 420 manat verəcəksən, ehtiyacım var, xəstəm var“ demişdir. Vəziyyət belə olanda o 420 manat verərək heyvanları almışdır. O heyvanları alan zaman yaxınlıqdan keçən sonradan adının Kənan olduğunu bildiyi bir nəfər sarıbəniz oğlan Elsevərə yaxınlaşaraq “Elsevər əmi qoyun görməmisən, qoyunlarım həyətdən çıxıb” demiş, Elsevər də ona “yox” cavabı vermişdir. Heyvanları aldıqdan sonra hər iki heyvanı Əmrahın evinə aparmış və saxlaması üçün Əmraha vermişdir. Daha sonra həmin iki baş xırdabuynuzlu heyvanı polis əməkdaşlarına təhvil vermişdir. Onun və Əmrahın Elsevərin satmış olduğu heyvanların oğurluq olması barədə heç bir məlumatı olmamış, Elsevər heyvanların özünə məxsus olmasını, xəstəsi olduğu üçün satdığını demiş, heyvanların oğurluq olması barədə məlumatı olsaymışdır. Məhkəmə istintaqı zamanı elan edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində Şahid1 ifadəsi ilə eyni məzmunda ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Saatlı rayon Fətələlikənd kəndində yaşadığı evin həyətyanı sahəsinə bitişik ərazidə yerləşən, heyvan saxlamaq üçün nəzərdə tutulmuş tövləsinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs oğlurlamış olduğu 19 baş xırdabuynuzlu heyvandan 17 baş xırdabuynuzlu heyvanlar həmin tövlədən aşkar edilərək götürülmüş, həmçinin Təqsirləndirilən şəxs xırdabuynuzlu heyvanları oğuladığı yeri əyani şəkildə təqdim etmiş, baxışda iştirak edən Zərərçəkmiş şəxs xırdabuynuzlu heyvanlarını tanımış, baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Saatlı rayon Azadkənd kəndində yaşayan Şahid1 təqdim etmiş olduğu iki baş xırdabuynuzlu heyvanlara baxış keçirilmiş, baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin xırdabuynuzlu heyvanları Elvinə satdığını, baxışda iştirak edən Zərərçəkmiş şəxs isə heyvanları tanıyaraq ona məxsus olduğunu bildirmiş, baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İşdə olan "xxxx" MMC-dən əldə edilmiş xx.xx.2024-cü il tarixli 13 saylı məktubda 7 baş 6 yaşında olmaqla dişi cinsli 15 kiloqram təmiz ət çəkisi olan xırdabuynuzlu heyvanların bir başının qiyməti 200 manat olmaqla cəmi 1400 manat, 8 baş 3 yaşında olmaqla dişi cinsli 15 kiloqram təmiz ət çəkisi olan xırdabuynuzlu heyvanların bir başının qiyməti 320 manat olmaqla cəmi 2560 manat, 3 baş 1 yaşında olmaqla dişi cinsli 15 kiloqram təmiz ət çəkisi olan xırdabuynuzlu heyvanların bir başının qiyməti 400 manat olmaqla cəmi 1200 manat, 1 baş 3 aylıq olmaqla erkək cinsli 11 kiloqram təmiz ət çəkisi olan xırdabuynuzlu heyvanın qiyməti 250 manat, olmaqla sarı rəngli, yerli cinsdən, başqa heç bir fərqləndirici əlamətləri olmayan xırdabuynuzlu heyvanların (qoyunların) xx.xx.2024cü il tarixinə ümumilikdə qiymətlərinin 5410 manat təşkil etməsi göstərilmişdir. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddələrlə də təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən, hərəkətini səmimi etiraf edib peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halın olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Həmçinin, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs və X1 11 noyabr 2024-cü il tarixədən 13 noyabr 2024-cü il tarixdək tutularaq həbsdə saxlanılmışdır. Belə olan halda Təqsirləndirilən şəxs 11 noyabr 2024-cü il tarixədən 13 noyabr 2024-cü il tarixdək tutularaq 02 (iki) gün həbsdə saxlanıldığı müddət ona təyin olunacaq cəzadan çıxılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə olunmalı əmlak və məhkəmə xərcləri yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 noyabr 2024-cü il tarixədən 13 noyabr 2024-cü il tarixdək, 02 (iki) gün tutularaq həbsdə saxlanılmasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ona təyin olunmuş iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasından dörd gün çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Hökmün icrası Saatlı rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(055)-13/2025
Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-13/2025
09.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver