Məhkəmə qərarları › İş №1(055)-15/2023

Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-15/2023

28.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-15/2023 28.03.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə saat 15:15-də xx xxxxx 1991-ci il tarixdə Saatlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2əsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair; xx xxxx 1996-cı il tarixdə Saatlı rayonu Mustafabəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 fevral 2015-ci il tarixli 1(101)-310/2015 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3 və 181.2.1-ci maddələri ilə təqsirli bilinərək 09 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Saatlı rayonu Mustafabəyli kəndində qeydiyyatla olmaqla həmin kənddə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan mənbədən naməlum tarixdə və şəraitdə qanunsuz olaraq 01 ədəd zavod üsulu ilə 1961-ci ildə Polşa dövlətində istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı odlu yivli silah hesab edilən TB-02899 nömrəli, 7,62 mm kalibrli Kalaşnikov konstruksiyalı AKS-47 modelli avtomat, 144 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, atəş üçün yararlı döyüş sursatı hesab edilən 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronları, 05 ədəd zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı, hər biri 30 ədəd 7,62x39 kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi hesab edilən daraqları, 01 ədəd nömrəsi silinmiş zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, yivli odlu silah hesab edilən 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli tapança, 16 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, təyinatı üzrə istifadə və atəş üçün yararlı, döyüş sursatı hesab edilən 9x18 mm kalibrli olmaqla Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronları, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi hesab edilən darağı, 01 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1981-ci ildə istehsal olunmuş, təyinatı üzrə istifadə və atəş üçün yararlı, döyüş sursatı hesab edilən 5,45x39 mm kalibrli, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların, əl pulemyotlarının ştat patronu, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı, 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi hesab edilən darağı əldə edib gəzdirməklə daşıyaraq saxlamış, daha sonra tanışı Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək həmin odlu silahların, onların komplekt hissələrinin və döyüş sursatlarının satışı ilə məşğul olaraq qazanc əldə etmək məqsədi ilə 12 dekabr 2022-ci il tarixli ərizə ilə Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etmiş və keçirilmiş əməliyyat tədbirində şərti alıcı qismində iştirak edən Şahid1 həmin odlu silahları, onların komplekt hissələrini və döyüş sursatlarını 13 dekabr 2022-ci il tarixdə satacaqları barədə razılaşaraq sonuncunun idarə etdiyi “Hyundai Elantra” markalı **-CB-*** qeydiyyat nişanlı avtomobilin arxa yük yerinə daşıyaraq gəzdirməklə saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 13 dekabr 2022-ci il tarixdə, saat 19:45-də Saatlı şəhəri, H.Əliyev prospekti 53 ünvanının yaxınlığında “Hyundai Elantra” markalı **- CB-*** qeydiyyat nişanlı avtomobilin yanında saxlanılaraq Saatlı Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş, orada həmin gün saat 22:46-dan etibarən Şahid1 idarə etdiyi “Hyundai Elantra” markalı **-CB-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman həmin avtomobilin arxa yük yerində olan 1 ədəd qara rəngli sellofan torbadan Təqsirləndirilən şəxs1 qanunsuz olaraq əldə etdiyi, daha sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək qanunsuz olaraq gəzdirməklə daşıyaraq saxladıqları 01 ədəd zavod üsulu ilə 1961-ci ildə Polşa dövlətində istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı odlu yivli silah hesab edilən TB-02899 nömrəli, 7,62 mm kalibrli Kalaşnikov konstruksiyalı AKS-47 modelli avtomat, 144 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, atəş üçün yararlı döyüş sursatı hesab edilən 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronları, 05 ədəd zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı, hər biri 30 ədəd 7,62x39 kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi hesab edilən daraqları, 01 ədəd nömrəsi silinmiş zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, yivli odlu silah hesab edilən 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli tapança, 16 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, təyinatı üzrə istifadə və atəş üçün yararlı, döyüş sursatı hesab edilən 9x18 mm kalibrli olmaqla Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronları, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi hesab edilən darağı, 01 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1981-ci ildə istehsal olunmuş, təyinatı üzrə istifadə və atəş üçün yararlı, döyüş sursatı hesab edilən 5,45x39 mm kalibrli, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların, əl pulemyotlarının ştat patronu, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı, 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi hesab edilən darağı aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək qanunsuz olaraq 01 ədəd zavod üsulu ilə 1961-ci ildə Polşa dövlətində istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı odlu yivli silah hesab edilən TB-02899 nömrəli, 7,62 mm kalibrli Kalaşnikov konstruksiyalı AKS-47 modelli avtomat, 144 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, atəş üçün yararlı döyüş sursatı hesab edilən 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronları, 05 ədəd zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı, hər biri 30 ədəd 7,62x39 kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi hesab edilən daraqları, 01 ədəd nömrəsi silinmiş zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, yivli odlu silah hesab edilən 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli tapança, 16 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, təyinatı üzrə istifadə və atəş üçün yararlı, döyüş sursatı hesab edilən 9x18 mm kalibrli olmaqla Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronları, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi hesab edilən darağı, 01 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1981-ci ildə istehsal olunmuş, təyinatı üzrə istifadə və atəş üçün yararlı, döyüş sursatı hesab edilən 5,45x39 mm kalibrli, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların, əl pulemyotlarının ştat patronu, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı, 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi hesab edilən darağı qazanc əldə etmək məqsədi ilə 12 dekabr 2022-ci il tarixli ərizə ilə Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etmiş və keçirilmiş əməliyyat tədbirində şərti alıcı qismində iştirak edən Şahid1 həmin odlu silahları, onların komplekt hissələrini və döyüş sursatlarını 13 dekabr 2022-ci il tarixdə satacaqları barədə razılaşaraq sonuncunun idarə etdiyi “Hyundai Elantra” markalı **-CB-*** qeydiyyat nişanlı avtomobilin arxa yük yerinə daşıyaraq gəzdirməklə saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 13 dekabr 2022-ci il tarixdə, saat 19:45-də Saatlı şəhəri, H.Əliyev prospekti 53 ünvanının yaxınlığında “Hyundai Elantra” markalı **-CB-*** qeydiyyat nişanlı avtomobilin yanında saxlanılaraq Saatlı Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş, orada həmin gün saat 22:46-dan etibarən Şahid1 idarə etdiyi “Hyundai Elantra” markalı **-CB-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman həmin avtomobilin arxa yük yerində olan 1 ədəd qara rəngli sellofan torbadan Təqsirləndirilən şəxs1 qanunsuz olaraq əldə etdiyi, daha sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək qanunsuz olaraq gəzdirməklə daşıyaraq saxladıqları 01 ədəd zavod üsulu ilə 1961-ci ildə Polşa dövlətində istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı odlu yivli silah hesab edilən TB-02899 nömrəli, 7,62 mm kalibrli Kalaşnikov konstruksiyalı AKS-47 modelli avtomat, 144 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, atəş üçün yararlı döyüş sursatı hesab edilən 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronları, 05 ədəd zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı, hər biri 30 ədəd 7,62x39 kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi hesab edilən daraqları, 01 ədəd nömrəsi silinmiş zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, yivli odlu silah hesab edilən 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli tapança, 16 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, təyinatı üzrə istifadə və atəş üçün yararlı, döyüş sursatı hesab edilən 9x18 mm kalibrli olmaqla Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronları, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi hesab edilən darağı, 01 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1981-ci ildə istehsal olunmuş, təyinatı üzrə istifadə və atəş üçün yararlı, döyüş sursatı hesab edilən 5,45x39 mm kalibrli, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların, əl pulemyotlarının ştat patronu, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı, 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi hesab edilən darağı aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2022-ci ilin yay aylarında əvvəllər tanıdığı Saatlı rayon sakini Azər Hüseynov adlı şəxs ona tapança və avtomat silahı olduğunu demişdir. Azər Hüseynov ağır xəstə olduğu üçün İran İslam Respublikasına ximya köçürməyə gedəcəyini, özündə olan silahları ona verəcəyini, əgər sağalarsa, silahları qaytarmasını, vəfat edərsə, onda silahları məhv etməsini ona demişdir. Azər onu dostunun oğlu kimi tanımışdır. O, Azərlə razılaşmış və Azərdən bir ədəd avtomatı, bir ədəd tapançanı, yeddi ədəd darağı və 161 ədəd gülləni götürərək yaşadığı evin həyətində yerləşən yarım tikilidə 5-6 ay gizlətmiş, əsgərlikdə olduğu üçün həmin silahların təyinatından məlumatı olmuş, ailə üzvlərindən heç kimin onun silah saxlamasından xəbəri olmamışdır. Azər 2022-ci ilin iyul ayında ağır xəstəlikdən vəfat etdikdən sonra Azərin ona verdiyi silahları satmaq qərarına gəlmişdir. Uşaqlıqdan tanıdığı dostu Təqsirləndirilən şəxs2la Saatlı rayon ərazisində bazarın qarşısında görüşərkən Araza onda silah olduğunu, həmin silahları satmaq istədiyini demiş, aralarında silahın neçəyə satılması və qiyməti barəsində söhbət olmamışdır. Bir neçə gün sonra Araz ona Zaur adlı tanışı olduğunu, silah almaq istədiyini, həmin silahları ona sata biləcəyini demişdir. Bundan sonra Araz onu Zaurla tanış etmiş, o da Zauru yaşadığı Saatlı şəhərinə dəvət etmişdir. O, Arazın vasitəsi ilə Zaurla görüşmüş və Zaurun onda olan silahları satması və pulunu verməsi ilə bağlı razılaşmış, o Zaurun hara sakini olmasını bilməmiş, sadəcə silahları Bakıya aparacağını bilmişdir. Bundan sonra Araz və Zaur avtomobillə onun yaşadığı evin küçəsinə gəlmişlər, Zaur və Araz avtomobildə oturub onu gözləmişlər, o həyətində yarım tikilidə gizlətdiyi silahları götürüb küçədə onu gözləyən Zaurun maşınının yük yerinə qoymuşdur. Bundan sonra o, Araz və Zaur maşınla Sabirabad rayonu istiqamətində Saatlı şəhəri H.Əliyev prospektində hərəkətdə olarkən, Zaur maşını yanacaq doldurma məntəqəsində saxlamış və həmin vaxt polis əməkdaşları tərəfindən saxlanılmışlar. O, yalan danışmağın mənasız olduğunu bilib Zaurun avtomobilinin arxa saxlanc yerinə qoyduğu silahlar barədə polis əməkdaşlarına könüllü etiraf etmişdir. Bundan sonra polis əməkdaşları onları Saatlı Rayon Polis Şöbəsinə dəvət etmişlər və polis şöbəsinə getmişlər. Polis şöbəsində olan zaman videoçəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilmişdir. O da avtomobilin arxa saxlanc yerinə qoyduğu silahları və patronları təqdim etmişdir. Əməlindən peşmandır və bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, uşaqlıqdan tanıdığı dostu Təqsirləndirilən şəxs1la Saatlı rayonu ərazisində bazarın qarşısında görüşərkən Kənan ona silahları olduğunu, həmin silahları satmaq istədiyini demişdir. Bundan iki gün sonra birinci məhkumluq dövründə tanış olduğu Zaur adlı şəxs “WhatsApp”da ona silah satan olarsa, almaq istədiyini yazmışdır. O da Kənana Zaur adlı şəxsin olduğunu, həmin silahları almaq istədiyini demişdir. Bundan sonra Zaurla Kənanı tanış etmiş və silahın neçəyə alınması və ya satılmasında iştirak etməmişdir. Sadəcə Zaurun avtomobili ilə Kənanın yaşadığı C.Cabbarlı küçəsinə gəlmişlər və maşında gözləmişlər. Kənan da, Zaur da dostu olduğu üçün silahın neçəyə satılmasında və ona pul çatmasında maraqlı olmamış, sadəcə Kənanın silahı satmasını istəmişdir. Kənan yaşadığı həyətdən gətirdiyi silahları maşının yük yerinə qoymuş, o, maşında aparılan silahların bir ədəd avtomat, bir ədəd tapança, yeddi ədəd daraq və 161 ədəd güllə olmasını bilmiş, daha sonra Zaur Bakı şəhərinə, o və Kənan isə Saatlı rayonu Mustafabəyli kəndi ərazisində düşüb onun evinə getmək məqsədi ilə Zaurla birlikdə maşınla getmişlər. X3 şəhərində yanacaq doldurma məntəqəsində maşını saxlamış və həmin vaxt polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs1 yalan danışmağın mənasız olduğunu bilib Zaurun avtomobilinin arxa saxlanc yerində olan silahlar barədə polis əməkdaşlarına könüllü etiraf etmişdir. Polis əməkdaşları onları Saatlı Rayon Polis Şöbəsinə dəvət etmişlər və rayon polis şöbəsinə getmişlər. Polis şöbəsində olan zaman videoçəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilmişdir. Etdiyi əməldən peşmançılıq çəkir və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri Təqsirləndirilən şəxs1 tam və Təqsirləndirilən şəxs2 qismən etirafedici ifadələri ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid5 ifadəsində göstərdi ki, mahiyyəti üzrə qeyd edir ki, 12 dekabr 2022-ci il tarixdə Şahid1 Rafiq oğlu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gələrək tanışı Təqsirləndirilən şəxs2 dostu Kənan adlı şəxsdə avtomat və tapança silahlarının olması barədə məlumat vermiş və şərti alıcı qismində həmin silahları alması barədə baş idarəyə ərizə vermişdir. Bununla bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 rəhbərliyi altında əməliyyat qrupu yaradılmış və o da həmin əməliyyat qrupunun üzvü kimi digər əməliyyat üzvləri ilə birlikdə 13 dekabr 2022-ci il tarixdə Saatlı şəhərinə gəlmiş və Saatlı şəhər ərazisində təlimat üzrə hərəkət etməyə başlamışlar. Şərti alıcı Şahid1 Təqsirləndirilən şəxs2la və Təqsirləndirilən şəxs1la görüşüb, silahları Zaurun idarə etdiyi avtomobilə qoyduqdan sonra həmin gün 19:45 radələrində Saatlı şəhər H.Əliyev pr 53 ünvanında o və onunla birlikdə olan digər əməkdaşlar Şahid1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaxınlaşıb özlərini təqdim etmiş və onları Saatlı Rayon Polis Şöbəsinə gətirmişlər. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, bir ədəd tapançanı və bir ədəd avtomatı Zaurun idarə etdiyi avtomobilin arxa saxlanc yerinə qoymuşdur. Həmin silahları satmaq üçün saxlamış, Təqsirləndirilən şəxs1 həmin silahların satılmasında dostu Arazdan kömək istəmiş, silah satıldıqdan sonra müəyyən miqdarda Araza pul da verməyi planlaşdırmışdır. Həmin vaxt Zaurun idarə etdiyi maşından bir ədəd avtomat, bir ədəd tapança, yeddi ədəd avtomat darağı və müxtəlif sayda patronlar aşkar edilərək götürülmüş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis mayorudur. Bildirir ki, 12 dekabr 2022-ci il tarixdə Şahid1 Rafiq oğlu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gələrək tanışı Təqsirləndirilən şəxs2 dostu Kənan adlı şəxsdə avtomat və tapança silahlarının olması barədə məlumat vermişdir. Bununla bağlı Şahid1 verdiyi məlumat əsasında əməliyyat qrupunun yaradılması ona tapşırılmışdır. O, Şahid1 ərizə alaraq rəhbərlikdən qeydiyyatdan keçirib səhəri gün, yəni 13 dekabr 2022-ci il tarixdə digər polis əməkdaşları ilə Saatlı rayonuna gəlmişdir. Onlar təlimat üzrə hərəkət etməyə başlamışlar. Belə ki, Şahid1 Təqsirləndirilən şəxs2la və Təqsirləndirilən şəxs1la görüşüb silahları Zaurun idarə etdiyi avtomobilə qoyduqdan sonra onlar Bakı şəhəri istiqamətində hərəkətdə olarkən Saatlı şəhər H.Əliyev pr 53 ünvanında o və onunla birlikdə olan əməliyyat üzvləri Şahid1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaxınlaşıb özlərini təqdim etmiş, həmin vaxt onlar özləri maşında silah olduğunu etiraf etmişlər, o və digər polis əməkdaşları Şahid1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Saatlı Rayon Polis Şöbəsinə gətirmişlər. Orada vəkilllərin iştirakı ilə üstlərinə və maşına videoçəkilişlə baxış keçirilmişdir. Həmin vaxt Zaurun idarə etdiyi avtomobilin arxa saxlanc yerindən Təqsirləndirilən şəxs1 olan silahlar aşkar edilərək götürülmüş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 ifadəsində göstərdi ki, 12 dekabr 2022-ci il tarixdə Şahid1 Rafiq oğlunun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə tanışı Təqsirləndirilən şəxs2 dostu Kənan adlı şəxsdə avtomat və tapança silahlarının olması barədə vermiş olduğu ərizə əsasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 rəhbərliyi altında əməliyyat qrupu yaradılmışdır. O da həmin əməliyyat qrupunun üzvü kimi digər əməliyyat üzvləri ilə birlikdə 13 dekabr 2022-ci ildə Saatlı şəhərinə gəlmiş və Saatlı şəhəri ərazisində təlimat üzrə hərəkət etməyə başlamışlar. Əməliyyat nəticəsində həmin gün 19:30 radələrində Saatlı şəhəri H.Əliyev prospektində o və onunla birlikdə olan digər əməkdaşlar Şahid1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaxınlaşıb özlərini təqdim etmiş və onları Saatlı Rayon Polis Şöbəsinə gətirmişlər. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 bir ədəd tapançanı, bir ədəd avtomatı, yeddi ədəd avtomat darağını və çox sayda patronu Zaurun idarə etdiyi avtomobilin arxa saxlanc yerinə qoyduğunu bildirmişdir. Onlar da həmin silahları, daraqları və patronları Zaurun idarə etdiyi maşından aşkar edərək götürmüşlər və bu barədə müvafiq protokol tərtib edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4 ifadəsində göstərdi ki, mahiyyəti üzrə qeyd edir ki, 12 dekabr 2022-ci il tarixdə Şahid1 Rafiq oğlu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gələrək tanışı Təqsirləndirilən şəxs2 dostu Kənan adlı şəxsdə avtomat və tapança silahlarının olması barədə məlumat vermiş və şərti alıcı qismində həmin silahları alması barədə baş idarəyə ərizə vermişdir. Bununla bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 rəhbərliyi altında əməliyyat qrupu yaradılmış və o da həmin əməliyyat qrupunun üzvü kimi digər əməliyyat üzvləri ilə birlikdə 13 dekabr 2022-ci ildə Saatlı şəhərinə gəlmiş və Saatlı şəhəri ərazisində təlimat üzrə hərəkət etməyə başlamışlar. Şərti alıcı Şahid1 Təqsirləndirilən şəxs2la və Təqsirləndirilən şəxs1la görüşüb, silahları Zaurun idarə etdiyi avtomobilə qoyduqdan sonra həmin gün 19:45 radələrində Saatlı şəhər H.Əliyev pr 53 ünvanında o və onunla birlikdə olan digər əməkdaşlar Şahid1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaxınlaşıb özlərini təqdim etmiş və onları Saatlı Rayon Polis Şöbəsinə gətirmişlər. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 bir ədəd tapançanı, bir ədəd avtomatı, yeddi ədəd avtomat darağını və çox sayda patronları Zaurun idarə etdiyi avtomobilin arxa saxlanc yerinə qoyduğunu bildirmişdir. Həmin silahları satmaq üçün saxlamış və silahların satılmasında dostu Arazdan kömək istəmişdir. Şəxsi axtarış zamanı Arazla Kənanın üzərindən qanunsuz əşya aşkar edilməmişdir. Lakin, Zaurun idarə etdiyi maşından bir ədəd avtomat, bir ədəd tapança, yeddi ədəd avtomat darağı və müxtəlif sayda patronlar aşkar edilərək götürülmüş və bu barədə müvafiq protokol tərtib edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 12 dekabr 2022-ci il tarixli ərizədən görünür ki, Şahid1 ərizə ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edərək tanışı Təqsirləndirilən şəxs2 dostu Kənan adlı şəxsdə avtomat silah və tapança olması, həmin silahların satılmasında yaxından kömək edəcəyini bildirərək həmin şəxslərin tutulması üçün müştəri kimi alıcı qismində iştirak edərək polis əməkdaşlarına kömək etmək istədiyini bildirmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında və baxış keçirilməsi və əşyaların götürülməsi haqqında 13 dekabr 2022-ci il tarixli protokollardan görünür ki, qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edib saxlamaqda və daşımaqla üzərlərində gəzdirməkdə, həmçinin satışında şübhəli bilinən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində 13 dekabr 2022-ci il tarixdə həyata keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduqları yer müəyyən edilərək həmin gün saat 19:45-də Saatlı şəhəri, H.Əliyev prospekti 53 ünvanının yaxınlığında tanışları Şahid1 ilə birlikdə sonuncunun idarə etdiyi “Hyundai Elentra” markalı **-CB-*** qeydiyyat nişanlı avtomobilin yanında olduqları zaman saxlanılmış, Saatlı Rayon Polis Şöbəsinə gətirilmiş və şübhəli şəxs qismində tutulmuş həmin şəxslər barəsində 13 dekabr 2022-ci il tarixdə saat 21:31-də şəxsi axtarış və götürmə aparılmış, Şahid1 idarə etdiyi “Hyundai Elentra” markalı **-CB-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən Təqsirləndirilən şəxs1 silahları satmaq üçün avtomobilin arxa saxlanc yerinə qoyduğunu bildirmiş, həmin yerdən qara rəngli sellofan paketi göstərib içərisindəkiləri baxışa təqdim etmiş, həmin sellofan paket açılarkən içərisindən 01 ədəd avtomat tipli odlu silaha oxşar dəmir predmet, 06 ədəd daraq, 02 ədəd sarı rəngli paket aşkar edilmiş, 02 ədəd sarı rəngli paket açılarkən içərisindən 01 ədəd tapança tipli predmet, 08 ədəd patron, 01 ədəd daraq aşkar edilmiş, 01 ədəd darağın üzərində isə əlavə olaraq 08 ədəd patron aşkar edilmişdir. Digər sarı paket açılarkən içərisindən əlavə şəffaf sellofan paket və onun içərisindən 145 ədəd sayılaraq tamlığı pozulmamış patron aşkar edilmişdir. Avtomobilin arxa hissəsindən Təqsirləndirilən şəxs1 məxsus “Samsung” markalı mobil telefon, ön hissədən isə Təqsirləndirilən şəxs2 məxsus “Honor” və “Micromax” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 14 dekabr 2022-ci il tarixli 22/747R saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd TB-02899 nömrəli, 7,62 mm kalibrli olmaqla, zavod üsulu ilə 1961-ci ildə Polşa dövlətində istehsal olunmuş Kalaşnikov konstruksiyalı AKS-47 modelli avtomatdır, odlu yivli silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 144 ədəd patron zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronlarıdır, döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 05 ədəd zavod üsulu ilə istehsal olunmuş, hər biri 30 ədəd 7,62x39 kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidir-daraqlarıdır, texniki cəhətdən sazdırlar və təyinatı üzrə istifadə üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 01 ədəd nömrəsi silinmiş silah, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 16 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronlarıdır, döyüş sursatıdırlar, təyinatı üzrə istifadə və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş, 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd patron zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1981-ci ildə istehsal olunmuş, 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların, əl pulemyotlarının ştat patronudur, döyüş sursatıdır, təyinatı üzrə istifadə və atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş, 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 11 yanvar 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 05 yanvar 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ondan ötəri ki, o, tanışı Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək istintaqa məlum olmayan mənbədən naməlum tarixdə və şəraitdə qanunsuz olaraq 01 ədəd zavod üsulu ilə 1961-ci ildə Polşa dövlətində istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı odlu yivli silah hesab edilən TB-02899 nömrəli, 7,62 mm kalibrli Kalaşnikov konstruksiyalı AKS-47 modelli avtomat, 144 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, atəş üçün yararlı döyüş sursatı hesab edilən 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronları, 05 ədəd zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı, hər biri 30 ədəd 7,62x39 kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi hesab edilən daraqları, 01 ədəd nömrəsi silinmiş zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, yivli odlu silah hesab edilən 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli tapança, 16 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, təyinatı üzrə istifadə və atəş üçün yararlı, döyüş sursatı hesab edilən 9x18 mm kalibrli olmaqla Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronları, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi hesab edilən darağı, 01 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1981-ci ildə istehsal olunmuş, təyinatı üzrə istifadə və atəş üçün yararlı, döyüş sursatı hesab edilən 5,45x39 mm kalibrli, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların, əl pulemyotlarının ştat patronu, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı, 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi hesab edilən darağı əldə edib gəzdirməklə daşıyaraq saxlamış, daha sonra həmin odlu silahların, onların komplekt hissələrinin və döyüş sursatlarının satışı ilə məşğul olaraq qazanc əldə etmək məqsədi ilə 12 dekabr 2022-ci il tarixli ərizə ilə Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etmiş və keçirilmiş əməliyyat tədbirində şərti alıcı qismində iştirak edən Şahid1 həmin odlu silahları, onun komplekt hissələrini və döyüş sursatlarını 13 dekabr 2022-ci il tarixdə satacaqları barədə razılaşaraq sonuncunun idarə etdiyi “Hyundai Elantra” markalı **-CB-*** qeydiyyat nişanlı avtomobilin arxa yük yerinə daşıyaraq gəzdirməklə saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 13 dekabr 2022-ci il tarixdə, saat 19:45-də Saatlı şəhəri, H.Əliyev prospekti 53 ünvanının yaxınlığında “Hyundai Elantra” markalı **-CB-*** qeydiyyat nişanlı avtomobilin yanında saxlanılaraq Saatlı Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş, orada həmin gün saat 22:46-dan etibarən Şahid1 idarə etdiyi “Hyundai Elantra” markalı **-CB-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman həmin avtomobilin arxa yük yerində olan 1 ədəd qara rəngli sellofan torbadan Kənan Abbasovun və Təqsirləndirilən şəxs2 əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək qanunsuz olaraq əldə edib gəzdirməklə daşıyaraq saxladıqları 01 ədəd zavod üsulu ilə 1961-ci ildə Polşa dövlətində istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı odlu yivli silah hesab edilən TB-02899 nömrəli, 7,62 mm kalibrli Kalaşnikov konstruksiyalı AKS-47 modelli avtomat, 144 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, atəş üçün yararlı döyüş sursatı hesab edilən 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronları, 05 ədəd zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı, hər biri 30 ədəd 7,62x39 kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi hesab edilən daraqları, 01 ədəd nömrəsi silinmiş zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, yivli odlu silah hesab edilən 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli tapança, 16 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, təyinatı üzrə istifadə və atəş üçün yararlı, döyüş sursatı hesab edilən 9x18 mm kalibrli olmaqla Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronları, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi hesab edilən darağı, 01 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1981-ci ildə istehsal olunmuş, təyinatı üzrə istifadə və atəş üçün yararlı, döyüş sursatı hesab edilən 5,45x39 mm kalibrli, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların, əl pulemyotlarının ştat patronu, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı, 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi hesab edilən darağı aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə, tədqiq olunmuş digər sübutlarla müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittihamda göstərilən silahların və döyüş sursatlarının əldə edilməsində iştirak etməmiş, onun tanışı Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etməsi halı Təqsirləndirilən şəxs2 həmin silahların və döyüş sursatlarının satılmasında Təqsirləndirilən şəxs1 kömək edəcəyini vəd etdiyi andan başlamışdır. Buradan da görünür ki, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli ona qarşı irəli sürülmüş ittihamda göstərilən silahların və döyüş sursatlarının satışı ilə məşğul olaraq qazanc əldə etmək məqsədi ilə onların gəzdirilməsi, daşınması və saxlanılması hissələri ilə əhatə olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittihamdan onun tanışı Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək istintaqa məlum olmayan mənbədən naməlum tarixdə və şəraitdə qanunsuz olaraq 01 ədəd zavod üsulu ilə 1961-ci ildə Polşa dövlətində istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı odlu yivli silah hesab edilən TB-02899 nömrəli, 7,62 mm kalibrli Kalaşnikov konstruksiyalı AKS-47 modelli avtomat, 144 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, atəş üçün yararlı döyüş sursatı hesab edilən 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronları, 05 ədəd zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı, hər biri 30 ədəd 7,62x39 kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi hesab edilən daraqları, 01 ədəd nömrəsi silinmiş zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, yivli odlu silah hesab edilən 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli tapança, 16 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, təyinatı üzrə istifadə və atəş üçün yararlı, döyüş sursatı hesab edilən 9x18 mm kalibrli olmaqla Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronları, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi hesab edilən darağı, 01 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1981-ci ildə istehsal olunmuş, təyinatı üzrə istifadə və atəş üçün yararlı, döyüş sursatı hesab edilən 5,45x39 mm kalibrli, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların, əl pulemyotlarının ştat patronu, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı, 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi hesab edilən darağı əldə etməsi hissəsi çıxarılmalı, Təqsirləndirilən şəxs2 sadəcə həmin silahların və döyüş sursatlarının gəzdirilməsi, daşınması və saxlanılması hissəsində təqsirli bilinməlidir. Beləliklə, təqsirləndirilən şəxslər cinayət əməllərini şərh olunan qaydada törədərək, onlardan Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan mənbədən naməlum tarixdə və şəraitdə qanunsuz olaraq 01 ədəd zavod üsulu ilə 1961-ci ildə Polşa dövlətində istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı odlu yivli silah hesab edilən TB-02899 nömrəli, 7,62 mm kalibrli Kalaşnikov konstruksiyalı AKS-47 modelli avtomat, 144 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş atəş üçün yararlı döyüş sursatı hesab edilən 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronları, 05 ədəd zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı, hər biri 30 ədəd 7,62x39 kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi hesab edilən daraqları, 01 ədəd nömrəsi silinmiş zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, yivli odlu silah hesab edilən 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli tapança, 16 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, təyinatı üzrə istifadə və atəş üçün yararlı, döyüş sursatı hesab edilən 9x18 mm kalibrli olmaqla Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronları, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi hesab edilən darağı, 01 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1981-ci ildə istehsal olunmuş, təyinatı üzrə istifadə və atəş üçün yararlı, döyüş sursatı hesab edilən 5,45x39 mm kalibrli, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların, əl pulemyotlarının ştat patronu, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı, 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi hesab edilən darağı əldə edib gəzdirməklə daşıyaraq saxlaması, daha sonra tanışı Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək həmin odlu silahların, onların komplekt hissələrinin və döyüş sursatlarının satışı ilə məşğul olaraq qazanc əldə etmək məqsədi ilə 12 dekabr 2022-ci il tarixli ərizə ilə Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etmiş və keçirilmiş əməliyyat tədbirində şərti alıcı qismində iştirak edən Şahid1 həmin odlu silahları, onların komplekt hissələrini və döyüş sursatlarını 13 dekabr 2022-ci il tarixdə satacaqları barədə razılaşaraq sonuncunun idarə etdiyi “Hyundai Elantra” markalı **-CB-*** qeydiyyat nişanlı avtomobilin arxa yük yerinə daşıyaraq gəzdirməklə saxlaması, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 13 dekabr 2022-ci il tarixdə, saat 19:45-də Saatlı şəhəri, H.Əliyev prospekti 53 ünvanının yaxınlığında “Hyundai Elantra” markalı **-CB-*** qeydiyyat nişanlı avtomobilinin yanında saxlanılaraq Saatlı Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmələri, orada həmin gün saat 22:46-dan etibarən Şahid1 idarə etdiyi “Hyundai Elantra” markalı **-CB-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman həmin avtomobilin arxa yük yerində olan 1 ədəd qara rəngli sellofan torbadan Təqsirləndirilən şəxs1 qanunsuz olaraq əldə etdiyi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək qanunsuz olaraq gəzdirməklə daşıyaraq saxladıqları 01 ədəd zavod üsulu ilə 1961-ci ildə Polşa dövlətində istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı odlu yivli silah hesab edilən TB-02899 nömrəli, 7,62 mm kalibrli Kalaşnikov konstruksiyalı AKS-47 modelli avtomat, 144 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş atəş üçün yararlı döyüş sursatı hesab edilən 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronları, 05 ədəd zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı, hər biri 30 ədəd 7,62x39 kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi hesab edilən daraqları, 01 ədəd nömrəsi silinmiş zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, yivli odlu silah hesab edilən 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli tapança, 16 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, təyinatı üzrə istifadə və atəş üçün yararlı, döyüş sursatı hesab edilən 9x18 mm kalibrli olmaqla Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronları, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi hesab edilən darağı, 01 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1981-ci ildə istehsal olunmuş, təyinatı üzrə istifadə və atəş üçün yararlı, döyüş sursatı hesab edilən 5,45x39 mm kalibrli, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların, əl pulemyotlarının ştat patronu, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı, 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi hesab edilən darağının aşkar edilərək götürülməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Digər Təqsirləndirilən şəxs2 cinayət əməlini şərh olunan qaydada törədərək tanışı Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək 01 ədəd zavod üsulu ilə 1961-ci ildə Polşa dövlətində istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı odlu yivli silah hesab edilən TB-02899 nömrəli, 7,62 mm kalibrli Kalaşnikov konstruksiyalı AKS-47 modelli avtomat, 144 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, atəş üçün yararlı döyüş sursatı hesab edilən 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronları, 05 ədəd zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı, hər biri 30 ədəd 7,62x39 kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi hesab edilən daraqları, 01 ədəd nömrəsi silinmiş zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, yivli odlu silah hesab edilən 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli tapança, 16 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, təyinatı üzrə istifadə və atəş üçün yararlı, döyüş sursatı hesab edilən 9x18 mm kalibrli olmaqla Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronları, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi hesab edilən darağı, 01 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1981-ci ildə istehsal olunmuş, təyinatı üzrə istifadə və atəş üçün yararlı, döyüş sursatı hesab edilən 5,45x39 mm kalibrli, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların, əl pulemyotlarının ştat patronu, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı, 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi hesab edilən darağı qazanc əldə etmək məqsədi ilə 12 dekabr 2022-ci il tarixli ərizə ilə Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etmiş və keçirilmiş əməliyyat tədbirində şərti alıcı qismində iştirak edən Şahid1 həmin odlu silahları, onların komplekt hissələrini və döyüş sursatlarını 13 dekabr 2022-ci il tarixdə satacaqları barədə razılaşaraq sonuncunun idarə etdiyi “Hyundai Elantra” markalı **-CB-*** qeydiyyat nişanlı avtomobilin arxa yük yerinə daşıyaraq gəzdirməklə saxlaması, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 13 dekabr 2022-ci il tarixdə, saat 19:45-də Saatlı şəhəri, H.Əliyev prospekti 53 ünvanının yaxınlığında “Hyundai Elantra” markalı **-CB-*** qeydiyyat nişanlı avtomobilinin yanında saxlanılaraq Saatlı Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmələri, orada həmin gün saat 22:46-dan etibarən Şahid1 idarə etdiyi “Hyundai Elantra” markalı **-CB-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman həmin avtomobilin arxa yük yerində olan 1 ədəd qara rəngli sellofan torbadan Təqsirləndirilən şəxs1 qanunsuz olaraq əldə etdiyi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək qanunsuz olaraq gəzdirməklə daşıyaraq saxladıqları yuxarıda qeyd olunan silahların, onların komplekt hissələrinin və patronların aşkar edilərək götürülməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin dispozisiyasına görə məsuliyyət qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etdikdə, başqasına verdikdə, satdıqda, saxladıqda, daşıdıqda və ya gəzdirdikdə yaranır. Həmin Məcəllənin 228.2.1-ci maddəsinin dispozisiyasına görə məsuliyyət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində göstərilmiş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə yaranır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs1 barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını aşağı həddə təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 fevral 2015-ci il tarixli 1(101)-310/2015 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 fevral 2015-ci il tarixli 1(101)-310/2015 saylı hökmü ilə Azərbaycan Repsublikası Cinayət Məcəlləsinin 170.3 və 181.2.1-ci maddələri ilə təqsirli bilinərək 09 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını çəkib qurtardıqdan sonra məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı cinayət əməlini törətmişdir. Belə olan halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs2 tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsində nəzərdə tutulduğu kimi cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Həmin Məcələnin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə törədilmiş cinayətlərinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş son həddinin yarısından az olmamaqla azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs2 əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və yenidən qəsdən cinayət törətməsi cinayətin residivini yaratdığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin maddi sübutları saxlama yerində saxlanılan 01 ədəd zavod üsulu ilə 1961-ci ildə Polşa dövlətində istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı odlu yivli silah hesab edilən TB-02899 nömrəli, 7,62 mm kalibrli Kalaşnikov konstruksiyalı AKS-47 modelli avtomat, ekspertizadan sonra qalıq qalan 138 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş atəş üçün yararlı döyüş sursatı hesab edilən 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronları, 05 ədəd zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı, hər biri 30 ədəd 7,62x39 kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi hesab edilən daraqları, 01 ədəd nömrəsi silinmiş zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, yivli odlu silah hesab edilən 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli tapança, ekspertizadan sonra qalıq qalan 10 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, təyinatı üzrə istifadə və atəş üçün yararlı, döyüş sursatı hesab edilən 9x18 mm kalibrli olmaqla Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronları, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi hesab edilən darağı, 01 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1981-ci ildə istehsal olunmuş, təyinatı üzrə istifadə və atəş üçün yararlı, döyüş sursatı hesab edilən 5,45x39 mm kalibrli, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların, əl pulemyotlarının ştat patronu, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı, 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi hesab edilən darağı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Silah-Sursat anbarına təhvil verilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı və “Hyundai Elantra” markalı **-CB-*** qeydiyyat nişanlı avtomobilə keçirilən baxış götürmə zamanı çəkilərək videogörüntüləri özündə saxlayan 02 ədəd DVD diskin cinayət işinə əlavə edilib saxlanması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan 06 ədəd 7,62x39 mm kalibrli patronların və 06 ədəd 9x18 mm kalibrli patronların eksperimental atəşlər zamanı istifadə olunması nəzərə alınmalıdır. İşdə mülki iddia, maddi ziyan, məhkəmə xərcləri və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək üç il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 13 dekabr 2023-cü il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək üç il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 13 dekabr 2023-cü il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin maddi sübutları saxlama yerində saxlanılan, 01 ədəd zavod üsulu ilə 1961-ci ildə Polşa dövlətində istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı odlu yivli silah hesab edilən TB-02899 nömrəli, 7,62 mm kalibrli Kalaşnikov konstruksiyalı AKS-47 modelli avtomat, ekspertizadan sonra qalıq qalan 138 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş atəş üçün yararlı döyüş sursatı hesab edilən 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronları, 05 ədəd zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı, hər biri 30 ədəd 7,62x39 kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi hesab edilən daraqları, 01 ədəd nömrəsi silinmiş zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, yivli odlu silah hesab edilən 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli tapança, ekspertizadan sonra qalıq qalan 10 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, təyinatı üzrə istifadə və atəş üçün yararlı, döyüş sursatı hesab edilən 9x18 mm kalibrli olmaqla Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronları, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi hesab edilən darağı, 01 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1981-ci ildə istehsal olunmuş, təyinatı üzrə istifadə və atəş üçün yararlı, döyüş sursatı hesab edilən 5,45x39 mm kalibrli, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların, əl pulemyotlarının ştat patronu, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı, 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi hesab edilən darağı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Silah-Sursat anbarına təhvil verilsin. Hökmdən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsiə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar