Məhkəmə qərarları › İş №1(055)-15/2024

Saatlı Rayon Məhkəməsi Qərar — İş №1(055)-15/2024

13.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 1(055)-15/2024 13.02.2024 SAATLI RAYON MƏHKƏMƏSİ (İş üzrə icraata xitam verilməsi barədə) Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs X3 iştirakı ilə saat 11:10-da xx xxxx 1971-ci il tarixdə Saatlı rayonunun Krasnoselski kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, Saatlı rayonu Qara Nuru kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyənetdi: X5 M-6(59 km, Saatlı)-Sarıcalar-Səmədkənd avtomobil yolunun Saatlı rayonu Qara Nuru kəndindən keçən 12-ci km-də, 26 iyul 2023-cü il tarixdə saat 18 radələrində yol hərəkəti qaydalarını pozub nəqliyyat vasitəsini idarə etmək hüququ olmaqla etibarnamə əsasında idarə etdiyi “Ford Transit” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı mikroavtobusla yolun sağ çiynindən geriyə Saatlı rayonu Qara Nuru kəndi istiqamətindən rayonun Sarıcalar kəndi istiqamətində hərəkətdə olan mikroavtobusu sola döndərərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin “relssiz nəqliyyat vasitəsinin sürücüsü hərəkətə başlamazdan, dönməzdən qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə siqnal verməli, bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır” tələbinə zidd olaraq onunla eyni istiqamətdə, ondan arxada sol tərəfdə düzünə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ-2106” markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol verərək, sonra sola dönmə əməliyyatı aparmaqla hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bu qaydalara əməl etməyib, idarə etdiyi mikroavtobusu döndərərkən Zərərçəkmiş şəxs idarə etdiyi avtomobil onun idarə etdiyi mikroavtobusun arxa sol qanadı ilə toqquşmuş, nəticədə sonuncunun sağ diz qapağının qapalı sınığı ilə müşayiət olunan, sağ və sol diz oynaqlarının ön səthlərində sıyrıq xəsarətləri ilə nəticələnən ehtiyatsızlıqdan dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmuş, yəni yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Məhkəmə hazırlıq iclasında təqsirləndirilən şəxs X5 məhkəməyə ərizə təqdim edərək göstərdi ki, özünü təqsirli bilir və əməlindən peşmandır. Hazırda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş maddi ziyanı ödəmiş və onunla barışıq əldə etmişdir. Zərər çəkmiş şəxsin ondan heç bir şikayət və tələbli yoxdur. Ona görə də onu cinayət məsuliyyətindən azad edərək iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə hazırlıq iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək göstərdi ki, hazırda ona dəyən ziyan tam olaraq ödənilmişdir. X1 heç bir şikayət və tələbi yoxdur və onunla barışmışdır. Ona görə də X4 cinayət məsuliyyətindən azad edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA X10 Şəxsin Sabirabad rayon şöbəsinin 04 avqust 2023-cü il tarixli 246 saylı rəyindən görünür ki, 1999cu il təvəllüdlü Zərərçəkmiş şəxs sağ diz qapağının qapalı sınığı ilə müşayiət olunan, sağ və sol diz oynaqlarının ön səthlərində sıyrıqlar küt əşyanın/əşyaların təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 dekabr 2023-cü il tarixli 8/3350 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Ford Transit” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun sürücüsü X3 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “VAZ-2106” markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, sürücünün hərəkətlərində qeyd olunan maddənin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuş və Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 13 fevral 2024-cü il tarixli ərizələrdən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə təqsirləndirilən şəxs X5 barışmışdır. Zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs X5 barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir. Belə ki, məhkəmə hazırlıq iclası zamanı müəyyən edilmişdir ki, zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışmışdır, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur və ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Məhkəmə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə təqsirləndirilən şəxs X3 barışmasını, zərər çəkmiş şəxsin şikayətinin olmamasını, eləcə də X3 cinayət məsuliyyətindən azad edilərək iş üzrə icraata xitam verilməsi barədə özünün və zərər çəkmiş şəxsin ərizələrini nəzərə alıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39-cu maddəsinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinə əsaslanaraq belə hesab edir ki, təqsirləndirilən şəxs X5 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilərək barəsində olan cinayət işi üzrə icraata xitam verilməli və onun əməlində inzibati xəta olub-olmaması araşdırılması üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Saatlı rayon prokuroruna göndərilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1.7-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Həmin Məcəllənin 300.5-ci maddəsinə əsasən bu Məcəllənin 300.1.3, 300.1.6 və 300.1.7-ci maddələrində nəzərdə tutulmuş qərarlardan bu Məcəllənin 381, 383 və 384-cü maddələrinin müddəalarına uyğun olaraq apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. İşdə olan 12 dekabr 2023-cü il tarixli 8/3350 saylı ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 128 manat təşkil edir. Ona görə də həmin xərc təqsirləndirilən şəxs X2 alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. İşdə maddi sübut, mülki iddia və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 299, 300 və 305-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qəraraaldı: X5 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilərək barəsində olan cinayət işi üzrə icraata xitam verilsin. X3 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri bu gündən ləğv edilsin. X3 əməlində inzibati xəta olub-olmaması araşdırılması üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Saatlı rayon prokuroruna göndərilsin. İş üzrə 128 (bir yüz iyirmi səkkiz) manat ekspertiza xərci X2 alınıb Azərbaycan Respublikasının Dövlət büdcəsinə köçürülsün. Qərardan 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar