Məhkəmə qərarları › İş №1(055)-16/2024

Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-16/2024

12.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-16/2024 12.03.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Saatlı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə saat 17:35-də 15 avqust 1988-ci il tarixdə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir nəfər azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq 2,08 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə etmiş və qanunsuz olaraq saxlamış, 09 noyabr 2023-cü il tarixdə həmin narkotik vasitəni Saatlı şəhəri, H.Əliyev prospektində yerləşən “Centilmen” çay evinə satış məqsədi ilə qanunsuz olaraq daşıyıb orada saat 15:20 radələrində qazanc əldə etmək məqsədi ilə narkotik vasitənin yayılmasına yönəlmiş hərəkət edərək həmin narkotik vasitə olan qurudulmuş marixuanadan 1,85 qram çəkidə bir ədəd salfet kəsiyi bükümündə tanışı Şahid2 20 manata qanunsuz olaraq satmış, qalan 1 ədəd kibrit qutusunda təmiz çəkisi 0,23 qram narkotik vasitə olan qurudulmuş marixuana isə 09 noyabr 2023-cü il tarixdə saat 18 radələrində Saatlı RPŞ-də onun üstünə şəxsi axtarış aparılarkən aşkar edilərək götürülmüş, yəni satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etmiş, saxlamış, daşımış və qanunsuz olaraq narkotik vasitəni satmışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, Ağdam rayonundan məcburi köçkün kimi Saatlı rayonunda ailəsi ilə birlikdə yaşayır. Əvvəllər hərbi xidmətdə olmuş, 2-ci Qarabağ müharibəsi başlayanda isə könüllü olaraq müharibəyə getmiş, Laçının azadlığı uğrunda döyüşlərdə iştirak etmiş və müvafiq medallarla təltif olunmuşdur. Müharibə qurtardıqdan sonra Laçın rayonunda olarkən çöl sahədə yabanı halda bitmiş “nəşə” kollarının yarpaqlarından öz istifadəsi üçün bir qədər yığıb yaşadığı Saatlı rayonuna gətirib evində saxlayaraq arabir istifadə etmişdir. Müharibədən sonra səhhətində yaranmış ciddi problemlərə görə xəstəxanalarda, həmçinin Maştağa xəstəxanasında müalicə almış, üç ildir nəşədən istifadə etməyinin səbəbi 2-ci Qarabağ müharibəsi zamanı aldığı travmanın yaratdığı xəstəliyin ağrılarını azaltmaq olmuşdur. 09 noyabr 2023-cü il tarixdə sinif yoldaşı Şahid2 ona zəng edərək istifadə etmək üçün 20 manata satılıq “nəşə” lazım olduğunu demişdir. O da Əzulla ilə razılaşmışdır. Bundan sonra o, evində saxladığı axırıncı kibrit qutusunda olan “nəşə”dən 20 manatlıq ayırıb salfetkaya bükmüş və həm kibrit qutusundakı “nəşə”ni, həm də salfetkadakı “nəşə”ni cibinə qoyub evdən çıxmışdır. Həmin gün saat 15 radələrində Əzulla ilə Saatlı şəhərində yerləşən “Centilmen” çay evinin qarşısında görüşüb salfetkada olan “nəşə”ni 20 manata Əzullaya satmışdır. İmkansızlıqdan borcu yarandığı üçün nəşə satmışdır, əvvəl heç vaxt nəşə satmamışdır. Sonra çay evinin ikinci mərtəbəsinə qalxıb orada tanışı Amidi görüb onunla çay içib söhbət edərkən mülki geyimdə olan polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim etmişlər və ona Saatlı RPŞ-yə daxil olmuş məlumata əsasən onlarla birlikdə polis şöbəsinə getməli olduğunu demişlər. O, polis şöbəsinə gəldikdə Əzullanı və tanımadığı bir nəfər şəxsi orada görmüşdür. Polis əməkdaşı Əzullaya “nəşə” satmağına dair ondan soruşduqda o, satdığını könüllü etiraf etmişdir. Sonra üstünə baxış keçirilmiş, cibindən 2 ədəd 5 manatlıq, bir ədəd 10 manatlıq pul əskinası, bundan başqa bir ədəd kibrit qutusunda olan nəşə aşkar edilərək götürülmüşdür. Törətdiyi əmələ görə peşmandır və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Saatlı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid4 ifadəsində göstərdi ki, 09 noyabr 2023-cü il tarixində Saatlı rayon Fətəlikənd kənd sakini Şahid1 Saatlı RPŞ-yə ərizə ilə müraciət edərək Şahid2 və Təqsirləndirilən şəxs adlı şəxslərin Saatlı şəhəri ərazisində narkotik vasitənin satışı ilə məşğul olduqlarını və həmin şəxslərin ifşa olunması üçün könüllü olaraq köməklik etməsini bildirmişdir. Həmin ərizənin icrası ona həvalə edildiyindən dərhal tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbiri keçirilməsi barədə qərar qəbul edilmiş və həmin qərar şöbənin rəisi tərəfindən təsdiq olunduqdan sonra öz vəsaiti hesabına iki ədəd beş manatlıq, bir ədəd on manat pul əskinasının kserosurətini çıxardıb, bu barədə müvafiq akt tərtib edib, həmin pul əskinaslarını narkotok vasitənin alınması üçün Əliheydər Əsədova vermişdir. Şahid1 Təqsirləndirilən şəxs tanımadığı üçün ondan birbaşa narkotik vasitə ala bilməyəcəyini, bunun üçün Anarın dostu Əzulla vasitəsi ilə narkotiki ala biləcəyini bildirmişdir. 09 noyabr 2023-cü il tarixdə Əliheydar Əzullaya zəng edərək Saatlı şəhəri ərazisində yerləşən “Muğan” parkında görüşüb ona pul verəcəyini və onun da narkotik vasitə almasını demiş və onlar həmin yerdə görüşmüşlər. Əliheydar polis əməkdaşları tərəfindən ona verilmiş 20 manat pulu narkotik vasitə almaq üçün Əzullaya vermişdir. Həmin gün təxminən saat 15:15-də Əliheydar Əzulla ilə yenidən görüşmüş və narkotoki Əzizulladan almışdır. Bu hal tərəflərindən kənardan müşahidə olunduğundan dərhal onları polis şöbəsinə gətirmişlər. Sonra isə Təqsirləndirilən şəxs “Centilmen” çay evindən çıxarıb polis şöbəsinə gətirmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs Şahid2 20 manata nəşə satdığını etiraf etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Saatlı Rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid5 ifadəsində göstərdi ki, 09 noyabr 2023-cü il tarixdə Əliheydar adlı şəxs Anar və Əzulla adlı şəxslərin Saatlı rayonu ərazisində narkotik vasitələrin saxlanılması, satışı ilə məşğul olmaları barədə ərizə ilə Saatlı Rayon Polis Şöbəsinə müraciət etmişdir. Bununla bağlı Saatlı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid4 rəhbərlik etdiyi əməliyyat qrupu yaradılaraq əməliyyat tədbiri keçirilmiş, şərti alıcı qismində iştirak edən Şahid1 narkotik vasitəni həmin şəxslərdən alması üçün Saatlı RPŞ-də kserosurətləri çıxarılmış pul əskinasları verilmişdir. 09 noyabr 2023-cü ildə Saatlı şəhər ərazisində “Muğan” parkında Əliheydar Şahid2la görüşmüş və 20 manat pulu Əzullaya vermiş, Əzulla da həmin gün saat 15:15 radələrində Təqsirləndirilən şəxs aldığı narkotik vasitəni Əliheydara vermişdir. Əliheydar Əzullanı tanıdığı üçün narkotik vasitəni Anardan Əzullanın əli ilə almışdır. Daha sonra onların hər üçünü polis şöbəsinə gətirmişlər. Saatlı RPŞ-də təhqiqatçı tərəfindən onların üzərinə baxış keçirilmiş, Təqsirləndirilən şəxs üzərindən iki ədəd beş manatlıq, bir ədəd 10 manatlıq pul əskinası və bir kibrit qutusunda marixuana adlanan narkotik vasitə çıxmış, Əliheydarın üstündən isə Əzullanın ona verdiyi salfetkaya bükülmüş el arasında “nəşə” deyilən narkotik vasitə aşkar olunmuşdur. Aşkar edilmiş pullar kserosurətləri çıxarılmış pullarla qarşılaşdırılmış və eyni pullar olması məlum olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Əzullanı çoxdan tanıyır və onun narkoman olduğunu bilir. Özü də narkoman olduğu üçün ailəsi dağılmışdır. Hazırda narkotikdən istifadə etmir. 09 noyabr 2023-cü il tarixdə Şahid2 narkotik vasitələrin satışı ilə məşğul olması barədə ərizə ilə Saatlı Rayon Polis Şöbəsinə müraciət etmişdir. Onun Əzulla ilə, nə də Əzullanın onunla ədavəti olmamışdır, sadəcə narkotik satan kimi Əzullanın ifşa olunması üçün polisə ərizə vermişdir. Bununla bağlı Saatlı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid4 rəhbərlik etdiyi əməliyyat qrupu yaradılaraq əməliyyat tədbiri keçirilmiş, ona iki ədəd beş manatlıq, bir ədəd on manatlıq pul əskinası verilmiş və həmin gün şərti alıcı qismində onun Əzulla ilə görüşüb satdığı narkotik vasitəni almalı olduğu bildirilmişdir. Bundan sonra o, Əzullaya zəng etmiş və onunla “Muğan” parkında görüşüb pulu ona vermiş, amma Əzulla bir azdan nəşəni gətirib ona verəcəyini demişdir. Həmin gün saat 15:15 radələrində yenidən “Muğan” parkda Əzulla ilə görüşüb narkotik vasitə olan qurudulmuş marixuananı almışdır. Həmin vaxt Əzulla ona nəşəni sinif yoldaşı Anardan 20 manata aldığını demişdir. Bundan sonra polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim edərək onları polis şöbəsinə gətirmişlər. Daha sonra, Saatlı RPŞ-yə Anar adlı şəxs də gətirilmiş və onların üzərinə baxış keçirilmişdir. Baxış zamanı onun üstündən Əzulladan aldığı qurudulmuş marixuna, Anarın üstündən isə iki ədəd beş manatlıq, bir ədəd on manatlıq pul əskinasları, bir ədəd kibrit qutusunda qurudulmuş marixuna aşkar edilmişdir. O, narkotik vasitə satdığı üçün Əzullanı ifşa etmək istəmişdir, Əzulla isə özü polislərə narkotiki Anardan aldığını etiraf etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Anarı tanıyır və onda narkotik olması ilə bağlı əvvəlcədən eşitmişdir. Anarla münasibətləri yaxşı olmuşdur. Əliheydarı isə 16 saylı cəzaçəkmə müəssisəsində birlikdə cəza çəkdikləri dövrdən tanımışdır. Əliheydar ona birlikdə istifadə etmək üçün “nəşə” tapmasını demişdir. O da Anara zəng edərək ona “nəşə” satmasını istəmişdir. Daha sonra, o, Anarla Saatlı şəhərində yerləşən “Centilmen” adlı çay evinin yanında görüşmüş və 20 manata Anardan narkotiki almışdır. O, Əliheydarla görüşərək aldığı narkotiki ona vermişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Şahid1 Saatlı Rayon Polis Şöbəsinə verdiyi 09 noyabr 2023-cü il tarixli ərizədən görünür ki, o, Saatlı şəhər sakini Yaqubun oğlu Əzulla və Saatlı rayon sakini Mahirin oğlu Anarın Saatlı şəhəri ərazisində narkotik maddələrin satışı ilə məşğul olmaları, əhalinin cavan təbəqəsini zəhərləmələri, onların cinayət əməlinin ifşa olunmasında polis əməkdaşlarına kömək etmək istədiyini bildirmiş və ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 09 noyabr 2023-cü il tarixli "Şahid2 və Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədi ilə şərti alıcı qismində iştirak etmək üçün müraciət etmiş Şahid1 üzərində şəxsi axtarış aparılması və bu məqsədlə ona əməliyyat tədbirində istifadə ediləcək pul əskinaslarının verilməsi barədə” protokol və ona əlavə edilən fotoşəkillərdən görünür ki, narkotik vasitələrin satışı ilə məşğul olması ehtimal olunan Saatlı şəhəri, ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan Şahid2 və ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Saatlı rayonu Əlisoltanlı kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə almaq məqsədi ilə Saatlı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid4 tərəfindən şəxsi vəsaiti hesabına şərti alıcı Şahid1 əvvəlcədən nömrələri qeyd edilməklə 1 ədəd 10 manatlıq A47787814 nömrəli və 2 ədəd 5 manatlıq B25858449 və B18462432 nömrəli pul əskinasları verilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 09 noyabr 2023-cü il tarixli "Şəxsi axtarış, baxış və götürmə aparılması barədə” protokol və ona əlavə olan fotoşəkillərdən görünür ki, polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri nəticəsində şərti alıcı Şahid1, Təqsirləndirilən şəxs və Əsədov X6 RPŞ-yə gətirilmiş, orada şərti alıcı Şahid1 əynində olan gödəkçənin sol iç cibindən 1 ədəd salfet kağız bükümünü çıxarıb təqdim edərək həmin bükümün içərisində narkotik vasitə marixuana olduğunu və həmin narkotik vasitəni polis əməkdaşların tərəfindən kserosurətləri çıxarılaraq ona verilmiş pul müqabilində Şahid2 aldığını qeyd etmiş, Şahid1 könüllü təqdim etdiyi 1 ədəd bükümdəki kütlə açılarkən içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olduğu müəyyən olunmuş, şəxsi axtarış zamanı Şahid2 Şahid1 verdiyi narkotik vasitəni 20 manat pulun müqabilində Təqsirləndirilən şəxs aldığını və Şahid1 ona verdiyi pul əskinaslarını Təqsirləndirilən şəxs verdiyini bildirmiş, Təqsirləndirilən şəxs da Şahid2 dediyini təsdiq edərək Şahid2 verdiyi 20 manat pulun müqabilində ona salfet bükümündə narkotik vasitə olan qurudulmuş marixuana verdiyini, onun verdiyi həmin narkotikin hazırda Şahid1 təqdim etdiyi narkotik vasitə olduğunu bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış aparılarkən onun üstündən 1 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmiş, bundan başqa, Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 239 manat pul əməliyyat tədbiri ilə əlaqədar əvvəlcədən Əlihdeydar Allahverdiyevə verilmiş pul əskinaslarının kserosurətləri ilə eyniləşdirilərkən onların içərisində 1 ədəd 10 manatlıq və 2 ədəd 5 manatlıq pul əskinasları olduğu müəyyən edilmiş, pul əskinasları eyniləşdirilərkən 1 ədəd 10 manatlıq A47787814 nömrəli və 2 ədəd 5 manatlıq B25858449 və B18462432 nömrəli pul əskinaslaırı olduğu müəyyən edilmişdir. Şahid1 təqdim etdiyi 1 ədəd salfet kəsiyi bükümündə narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə və Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 1 ədəd kibrit qutusundakı narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə ayrıayrılıqda məhkəmə-bioloji ekspertizaya göndərilməsindən ötrü 2 ədəd zərfdə qablaşdırılaraq götürülmüş və həmçinin 1 ədəd 10 manatlıq A47787814 nömrəli və 2 ədəd 5 manatlıq B25858449 və B18462432 nömrəli pul əskinaslaırı başqa 1 ədəd zərfdə qablaşdırılaraq götürülmüşdür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 09 noyabr 2023-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən qəbz verilərək özünə məxsus olan ümumilikdə 219 manat pula Saatlı RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Rasim Əliyev tərəfindən baxış keçirildikdən sonra ona geri qaytarıldığı bildirilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 bölməsinin 10 noyabr 2023-cü il tarixli 18/1050 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Şahid1 könüllü olaraq təqdim etdiyi...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd salfet kəsiyi bükümündə təmiz çəkisi - 1,85 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd kibrit qutusunda təmiz çəkisi - 0,23 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş Şahid1 təqdim etdiyi marixuana ilə Təqsirləndirilən şəxs üzərindən götürülmüş marixuana orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eynidirlər . Marixuana (kannabis) 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 noyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və bu barədə saat 16:50-də protokol tərtib edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Saatlı Rayon Məhkəməsinin 11 noyabr 2023-cü il tarixli 4(055)-48/2023 saylı və 29 yanvar 2024-cü il tarixli 4(055)-6/2024 saylı qərarlarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina olunaraq məhkəmənin öz təşəbbüsü ilə 11 noyabr 2023-cü il tarixdən hesablanmaqla 3 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmiş və daha sonra Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti 20 gün müddətə uzadılmışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 14 yanvar 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2017-ci il təvəllüdlü X3 adlı bir nəfər azyaşlı uşağı vardır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş ******* saylı hərbi bilet, Azərbaycan Vətən Müharibəsi X1 75231 nömrəli vəsiqəsi, İ-10865 nömrəli “Vətən müharibəsi iştirakçısı” medalı, İ-1919 nömrəli “Laçının azad olunmasına görə” medalından görünür ki, Təqsirləndirilən şəxs İİ Qarabağ müharibəsi iştirakçısı olmuş və medallarla təltif edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş həkim psixiatr komissiyasının 30 oktyabr 2023-cü il tarixli 2254 saylı rəyi, ambulator kitabçadan çıxarışlar, xəstəlik haqqında şəhadətnamələr və Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının 09 yanvar 2023-cü il tarixli 14 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda “fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, funksional tutmalar, intihar cəhdləri ilə F 62.0”, “mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu, psixotik və dissosiativ daxilolmalarla, intihar cəhdləri ilə”, “hər iki gözün sadə miopik astiqmatizmi Em və M 1, 0D nəticəsində görmə itiliyinin 0,8-ə, solda 0,6-ya qədər azalması, korreksiya ilə 1,0 olmaqla. Burun arakəsməsinin əyriliyi, tənəffüsünün cüzi dərəcədə pozulması ilə. Lokal paradontit, ikincili hissəvi adentiya”, “uzanmış gedişli posttravmatik stress pozuntusu, psixotik daxilolmalarla F 43,1, F 06,5, F 92,8” diaqnozları qoyulmuşdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 13 dekabr 2023-cü il tarixli 3471 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayəti törədərkən “yüngül ifadə olunmuş posttravmatik stress pozuntusu” müəyyən edilmişdir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayəti törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırda “yüngül posttravmatik stress pozuntusu” aşkar olunur. Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinə cavab vermək, onlara rəhbərlik etmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. İşdə olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini şərh olunan qaydada törədərək istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq 2,08 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə etməsi və qanunsuz olaraq saxlaması, 09 noyabr 2023-cü il tarixdə həmin narkotik vasitəni Saatlı şəhəri, H.Əliyev prospektində yerləşən “Centilmen” çay evinə satış məqsədi ilə qanunsuz olaraq daşıyıb orada saat 15:20 radələrində qazanc əldə etmək məqsədi ilə narkotik vasitənin yayılmasına yönəlmiş hərəkət edərək həmin narkotik vasitə olan qurudulmuş marixuanadan 1,85 qram çəkidə bir ədəd salfet kəsiyi bükümündə tanışı Şahid2 20 manata qanunsuz olaraq satması, qalan 1 ədəd kibrit qutusunda təmiz çəkisi 0,23 qram narkotik vasitə olan qurudulmuş marixuananın isə 09 noyabr 2023-cü il tarixdə saat 18 radələrində Saatlı RPŞ-də onun üstünə şəxsi axtarış aparılarkən aşkar edilərək götürülməsi, yəni satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etməsi, saxlaması, daşıması və qanunsuz olaraq narkotik vasitəni satması məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, anlaqlılığı istisna etməyən psixi pozuntusu olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9-cu maddəsinə, Vətən müharibəsi iştirakçısı olmaqla Azərbaycan Respublikasının medalları ilə təltif edilməsini, hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını aşağı həddə təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsin 13 dekabr 2023-cü il tarixli 8190 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Ona görə də Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 09 noyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Saatlı Rayon Məhkəməsinin 11 noyabr 2023-cü il tarixli 4(055)-48/2023 saylı və 29 yanvar 2024-cü il tarixli 4(055)-6/2024 saylı qərarları ilə onun barəsində əvvəli 11 noyabr 2023-cü il tarixdən hesablanmaqla üç ay müddətə ev dustaqlığı qətimkan tədbiri seçilmiş, daha sonra həmin qətimkan tədbiri 20 gün müddətinə uzadılmış, Saatlı Rayon Məhkməsinin 13 fevral 2024-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarı ilə isə Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.2.2-ci maddəsinə görə şəxsin ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələblərinə görə Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin əvvəli tutulduğu gündən, yəni 09 noyabr 2023-cü il tarixdən hesab edilməlidir. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan xalis çəkisi 2,04 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə maddi sübut olan 1 ədəd 10 manatlıq A47787814 nömrəli və 2 ədəd 5 manatlıq B25858449 və B18462432 nömrəli pul əskinaslarının cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 10 noyabr 2023-cü il tarixli 18/1050 saylı ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 49 manat 74 qəpik təşkil edir. Ona görə də, həmin xərc Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia, maddi ziyan və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib üç il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 09 noyabr 2023-cü il tarixdən hesab edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan xalis çəkisi 2,04 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmdən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar