Məhkəmə qərarları › İş №1(055)-16/2025

Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-16/2025

23.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-16/2025 23.01.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Saatlı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1973-cü ildə Saatlı rayonu Əliabad kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmayan, işsiz, Saatlı rayonu Əliabad kəndində qeydiyyatda qeydiyyatda olan, yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan xeyli miqdarda, ümumi təmiz çəkisi 13,40 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib daşıyaraq yaşadığı evin qonaq otağındakı dolabın içərisində olan 1 ədəd sellofan torbada qanunsuz saxlamış, 14 sentyabr 2024-cü il tarixdə saat 08:20 dəqiqədə əməliyyat tədbiri həyata keçirən Saatlı RPŞ-nin əməkdaşları tərəfindən onun yaşadığı evə və həyətyanı sahəyə baxış keçirilən zaman evin qonaq otağında yerləşən dolabın içərisindəki 1 ədəd sellofan torbanın içində 1 ədəd dəmir qabda təmiz çəkisi 8,90 qram və 1 ədəd kibrit qutusunda təmiz çəkisi 4,50 qram olmaqla, xeyli miqdarda ümumi çəkisi 13,40 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə etmiş, daşımış və saxlamışdır. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 20 ildir ki, narkotik vasitə olan el arasında “nəşə” kimi tanınan çətənə bitkisindən istifadə edir. 2024-cü ilin aprel ayında yaşadığı evdə olan iri ölçülü dibçəyin içərisində torpaq yığıb həmin dibçəyin içərisinə yaşadığı kənd ərazisində yolun kənarında kibrit qutusunda tapdığı çətənə bitkisinə aid toxumlardan qalmış iki ədədini əkmişdir. Toxumları əkdiyi gündən təxminən 20 gün sonra bitkilər cücərməyə başlamışdır. Əkdiyi çətənə bitkilərinin boyu təxminən 50 sm olduqdan sonra öz istifadəsi üçün həmin bitkinin yarpaqlarını toplayaraq istifadə etməyə başlamışdır. Sonuncu dəfə həmin bitkiləri yerləşdikləri dibçəkdən kötük qarşıq çıxarıb yarpaqlarını yıxaraq gövdə hissəsini heç kəsin görməməsi üçün su kanalına atmışdır. Çətənə bitkilərinin yarpaqlarını qurudub 1 ədəd dəmir qaba və 1 ədəd kibrit qutusuna yığıb sellofan torbanın içərisinə yerləşdirib yaşadığı evdə qonaq otağında olan dolabın saxlanc yerinə qoymuşdur. 2024-cü ilin sentyabr ayının 14-də səhər saatlarında yaşadığı evdə olarkən kiminsə onu çağırdığını eşidib evdən həyətə çıxmışdır. Həmin vaxt yaşadığı evin küçə qapısının qarşısında polis və mülki geyimdə olan şəxslərin onu çağırdıqlarını görmüşdür. O, həmin şəxslərə yaxınlaşan zaman həmin şəxslər özlərini təqdim edib Saatlı RPŞ-nin əməkdaları olduqlarını deyib ona yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilərin əkibbecərməyi barədə əməliyyat məlumatının daxil olduğunu və buna görə də yaşadığı evin həyətyanı sahəsinə baxış keçirəcəklərini bildirib ondan baxış keçirilməsinə etirazının olubolmaması soruşulmuşdur. O da yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitki əkib-becərdiyini deyərək, hazırda çətənə bitkilərinin olmadığını, lakin həmin bitkiləri qurudaraq narkotik vasitə qurudulmuş marixuana əldə etdiyini, həmin marixuananı da yaşadığı evin qonaq otağındakı dolabda saxladığını və təqdim edə biləcəyini, baxış keçirilməsinə etiraz etmədiyini deyib bu barədə ərizə yazmışdır. Bundan sonra polis əməkdaşlarının və hal şahidlərinin iştirakları ilə yaşadığı evin həyətyanı sahəsində olan dibçəkdə əkib-becərdiyi çətənə bitkilərini əkdiyi yeri göstərib polis əməkdaşlarına çətənə bitkilərinin yarpaqlarını toplamaq məqsədilə kötüyündən çıxarıb yarpaqlarını yığdığını, gövdə hissələrini isə su arxına atdığını və nəşə bitkilərinin yarpaqlarını toplayıb qurutduqdan sonra 1 ədəd dəmir qaba və 1 ədəd kibrit qutusuna yığıb sellofan torbanın içərisinə qoyub yaşadığı evin qonaq otağında olan dolabda saxladığımı demişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə yaşadığı evə gedib qonaq otağında dolabda saxladığı 1 ədəd dəmir qabı və 1 ədəd kibrit qutusunu polis ənməkdaşlarına təqdim etmişdir. Sonra Saatlı RPŞ-nin əməkdaşı onun təqdim etdiyi sellofan torbanın içərisində olan qapağı olmayan 1 ədəd dəmir qabı və 1 ədəd kibrit qutusunu açaraq içinə baxdıqdan sonra ondan həmin kütlə barədə soruşduqda o, həmin kütlənin yaşadığı evin həyətyanı sahəsində olan dibçəkdə əkdiyi iki ədəd çətənə bitkisindən toplayaraq qurutduğu çətənə bitkiləri olduğunu demişdir. Bundan sonra polis əməkdaşı evin qonaq otağındakı dolabda olan içərisində çətənə bitkisinə aid kütlə olan 1 ədəd dəmir qab və 1 ədəd kibrit qutusu elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq möhürlənmişdir. Bütün bunlar barədə protokol tərtib olunmuş və baxışda iştirak edən polis əməkdaşları kimi o, da protokolda imza etmişdir. Baxış zamanı videoçəkiliş aparılmışdır. Sonda əməlində peşman olduğunu bildirərək ona köməklik olunmasını xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafı ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Saatlı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 14 sentyabr 2024-cü il tarixdə Saatlı rayonu Əliabad kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq narkotik tərkibli bitkilərin əkib-becərməsi ilə məşğul olması barədə Saatlı RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar sonuncu raportla Saatlı RPŞ-nin rəisinə məruzə etdikdən sonra, həmin tarixdə Şahid1 tərəfindən qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar rəis tərəfindən təsdiq olunmuşdur. Bundan sonra həmin qərarın icrası ilə əlaqədar keçirilən tədbirlə bağlı onun, Saatlı RPŞnin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1, RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid3, hal şahidləri qismində dəvət edilmiş Saatlı RİHB-nın Əliabad kənd İƏD-si üzrə nümayəndəsi vəzifəsini icra edən Şahid4 və Saatlı rayonu Əliabad kənd sakini X2 iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına getmişlər. Evin həyətində olan Təqsirləndirilən şəxs evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkib-yetişdirməsi barədə məlumat daxil olduğunu, bununla əlaqədar həyətyanı sahəyə baxış keçiriləcəyini bildirərkən Təqsirləndirilən şəxs baxışın keçirilməsinə etiraz etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs özünün də iştirakı ilə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik tərkibli çətənə bitkiləri aşkar edilməmişdir. Şifahi sorğu əsasında Təqsirləndirilən şəxs həqiqətən də 2024-cü ilin aprel ayında yaşadığı evin həyətində 2 ədəd çətənə bitkisini kultivasiya etdiyini, sonra isə həmin bitkilərin yarpaqlarını qurutduğunu və əldə etdiyi narkotik vasitə qurudulmuş marixuananı 1 ədəd dəmir qaba və 1 ədəd kibrit qutusuna yığıb sellofan torbanın içərisinə yerləşdirib yaşadığı evdə qonaq otağında olan dolabın saxlanc yerinə qoyduğunu və təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra evin içərisinə də baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin qonaq otağındakı dolabın içərisində olan 1 ədəd sellofan torbadakı 1 ədəd dəmir qabın içərisində və 1 ədəd kibrit qutusunda yığıb saxladığı çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin kütlələri özü istifadə etmək məqsədilə saxladığını və satış məqsədinin olmadığı bildirmişdir. Sonda baxışın keçirilməsi barədə Saatlı RPŞ-nin TB-nin təhqiqatçısı tərəfindən tərtib edilmiş protokol ucadan oxunmuş, doğru yazıldığı üçün o, baxışda iştirak edən digər şəxslər kimi imzası ilə protokolun doğruluğunu təsdiq etmişdir. Baxış zamanı videoçəkiliş aparılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 verdiyi ifadəsində və məhkəmə istintaqı zamanı elan edilmiş Şahid1 istintaq zamanı verdiyi ifadəsində Şahid2 ifadəsi ilə eyni məzmunda ifadə vermişlər. Məhkəmə istintaqı zamanı elan edilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Saatlı RİHB-nın Əliabad kənd İƏD-si üzrə nümayəndəsinin müavini vəzifəsində işləyir. 14 sentyabr 2024-cü il tarixdə Saatlı RPŞ-nin əməkdaşları onu keçiriləcək tədbirdə hal şahidi qismində iştirak etmək üçün dəvət etmişlər. O, digər hal şahidi qismində dəvət edilmiş Saatlı rayon Əliabad kənd sakini X3 və polis əməkdaşları ilə birlikdə Saatlı rayonu, Əliabad kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə getmişdir. Orada baxış keçirilməmişdən əvvəl polis əməkdaşları tərəfindən ona və digər hal şahidinə qanunda nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra orada olan Saatlı rayonu, Əliabad kənd sakini, heç bir qohumluq əlaqəsi olmayan Təqsirləndirilən şəxs iştirakı ilə həyətinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik tərkibli çətənə bitkiləri aşkar edilməmişdir. Şifahi sorğu əsasında Təqsirləndirilən şəxs həqiqətən də 2024-cü ilin aprel ayında yaşadığı evin həyətində 2 ədəd çətənə bitkisini kultivasiya etdiyini, sonra isə həmin bitkilərin yarpaqlarını qurutduğunu və əldə etdiyi narkotik vasitə qurudulmuş marixuananı 1 ədəd dəmir qaba və 1 ədəd kibrit qutusuna yığıb sellofan torbanın içərisinə yerləşdirib yaşadığı evdə qonaq otağında olan dolabın saxlanc yerinə qoyduğunu və təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra evin içərisinə də baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin qonaq otağındakı dolabın içərisində olan 1 ədəd sellofan torbadakı 1 ədəd dəmir qabın içərisində və 1 ədəd kibrit qutusunda yığıb saxladığı çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin kütlələri özü istifadə etmək məqsədilə saxladığını və satış məqsədinin olmadığı bildirmişdir. Sonda baxışın keçirilməsi barədə Saatlı RPŞ-nin TB-nin təhqiqatçısı tərəfindən tərtib edilmiş protokol ucadan oxunmuş, doğru yazıldığı üçün o, baxışda iştirak edən digər şəxslər kimi imzası ilə protokolun doğruluğunu təsdiq etmişdir. Baxış zamanı videoçəkiliş aparılmışdır. İşdə olan “Baxış keçirilməsi haqqında” 14 sentyabr 2024-cü il tarixli protokoldan, ona əlavə olan videoçəkilişdən görünür ki, Saatlı rayonu Əliabad kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin qonaq otağındakı dolabın içərisində olan 1 ədəd sellofan torbanın içərisindən 1 ədəd dəmir qabın içərisində təmiz çəkisi – 8,90 qram və 1 ədəd kibrit qutusunda təmiz çəkisi – 4,50 qram, ümumi çəkisi 13,40 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İşdə olan məhkəmə-bioloji ekspertizanın 14 sentyabr 2024-cü il tarixli 18/802 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs yaşadığı evdən” sözləri və imzalar olan kağız paketdə olan 01 ədəd şəffaf faylda, 01 ədəd polietilen torbanın içərisində olan 01 ədəd dəmir qabda təmiz çəkisi – 8,90 qram, 01 ədəd kibrit qutusunda təmiz çəkisi – 4,50 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni tərkibli narkotik vasitə qurudulmuş marixuanadır. İşdə olan məhkəmə-narkoloji ekspertin xx.xx.2024-cü il tarixli 6310 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan Narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlini etiraf edib səmimi peşman olmasını məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunan qərarının 2-ci və 3-cü bəndlərində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, qardaşlarının İkinci Qarabağ müharibəsi iştirakçıları olmaqla müxtəlif medallarla təltif olunmalarını, anasının ağır dərəcəli onkoloji xəstə olmasını, ailənin yeganə qazanc gətirən olmasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən 14 sentyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutularaq 15 sentyabr 2024-cü il tarixədək həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs 14 sentyabr 2024-cü il tarixdən 15 sentyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün ona təyin olunacaq cəzadan çıxılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan Narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ona görə də, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 13,20 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. İşdə olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, aparılmış tədqiqatın dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik) manat təşkil edir. Ona görə də həmin xərc Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının Dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia, xüsusi müsadirə olunmalı əmlak və maddi ziyan yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 02 (iki) il, 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 sentyabr 2024-cü il tarixdən 15 sentyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutularaq 02 (iki) gün həbsdə saxlanılmasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ona təyin olunmuş iki il, altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından dörd gün çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 13,20 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə 31,95 (otuz bir manat doxsan beş qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmün icrası Saatlı rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar