Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 1(055)-17/2023 28.03.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə saat 14:55-də xx xxxxxx 1988-ci il tarixdə Saatlı rayonunun Qarayevkənd (indiki Orta Muğan) kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki nəfər azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Saatlı rayonu Orta Muğan kəndində qeydiyyatda olmaqla orada yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs 03 fevral 2023-cü il tarixdə saat 18 radələrində yaşadığı Saatlı rayonu Orta Muğan kəndində həmkəndlisi Zərərçəkmiş şəxs evinə dönən yolun kənarında sonuncu ilə şəxsi münasibətlər zəminində mübahisə edib dalaşaraq yumruqla Zərərçəkmiş şəxs sifət nahiyəsinə vurub ona sağ tərəfli postravmatik nevritlə müşayiət olunan, sağ qaşın üstündə yara, alın nahiyəsində, sağ yanaq proyeksiyasında qançırlar əmələ gəlməsi ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə baxışı iclasında Təqsirləndirilən şəxs verdiyi ifadəsi ilə yanaşı məhkəməyə ərizə təqdim edərək göstərdi ki, ona elan olunmuş yekun protokolu üzrə özünü təqsirli bilir, etdiyi əməldən peşmandır. 03 fevral 2023-cü il tarixdə saat 18 radələrində yaşadığı Saatlı rayonu Orta Muğan kəndində çayxanada oturan zaman həmkəndlisi Zərərçəkmiş şəxs kələm satan bir nəfər şəxslə mübahisə etdiyini görmüş, onları ayırmaq istəmiş, lakin Xudaşükür söyüş söydüyü üçün aralarında mübahisə yaranmış və bu zaman o, yumruqla Xudaşükürün sifət nahiyəsinə vurub ona xəsarət yetirmişdir. Hal-hazırda Zərərçəkmiş şəxs ilə barışmış, Zərərçəkmiş şəxs ondan heç bir şikayət və tələbi yoxdur və onu bağışlamışdır. Ona görə də onu cinayət məsuliyyətindən azad edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında Zərərçəkmiş şəxs ifadəsində və məhkəməyə təqdim etdiyi ərizəsində göstərdi ki, 03 fevral 2023-cü il tarixdə saat 18 radələrində yaşadığı Saatlı rayonu Orta Muğan kəndi ərazisində müharibə veteranı olan sinif yoldaşı kələm satan bir nəfər şəxsin maşınına dəydiyi üçün kənarda olan şəxslər sinif yoldaşına gülmüş, o da bu hadisədən əsəbləşərək nalayiq ifadələr işlətmişdir. Həmin vaxt həmkəndlisi Təqsirləndirilən şəxs yumruqla onun sifət nahiyəsindən vurmuşdur. Halhazırda Təqsirləndirilən şəxs ilə barışmışdır. Onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur və onu bağışlayaraq bu barədə olan şikayətindən imtina edir. Ona görə də Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 03 fevral 2023-cü il tarixdə mağazada olmuş, buna görə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs mübahisə etdiyini görməmiş, sonradan kənd sakinləri onların mübahisə edib dalaşdıqlarını dedikdən sonra hadisədən xəbəri olmuşdur. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 03 fevral 2023-cü il tarixdə özünə məxsus mağazada olmuş, buna görə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs mübahisə etdiyini görməmiş, sonradan kənd sakinləri onların mübahisə edib dalaşdıqlarını dedikdən sonra hadisədən xəbəri olmuşdur. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, 03 fevral 2023-cü il tarixdə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs mübahisə etdiyini, Anarın Xudaşükürü vurmasını görməmiş, onların mübahisə edib dalaşdıqlarını kənd sakinlərindən eşitmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA X6 Şəxsin Sabirabad rayon şöbəsinin 10 fevral 2023-cü il tarixli 24 saylı rəyindən görünür ki, 1976-cı il təvəllüdlü Zərərçəkmiş şəxs müayinə zamanı aşkar edilmiş xəsarətlər- sağ tərəfli postravmatik nevritlə müşayiət olunan, sağ qaşın üstündə yara, alın nahiyəsində, sağ yanaq proyeksiyasında qançırlar küt əşyanın/əşyaların təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri 03 fevral 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 07 fevral 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2015-ci il təvəllüdlü X3 və 2017-ci il təvəllüdlü X4 adlı iki nəfər azyaşlı uşaqları vardır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 03 fevral 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Həmin məcəllənin 73.2-ci maddəsinə əsasən bu məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs barışmasını, zərər çəkmiş şəxsin şikayətinin olmamasını, eləcə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət məsuliyyətindən azad edilərək iş üzrə icraata xitam verilməsi barədə özünün və zərərçəkmiş şəxsin ərizə və ifadələrini nəzərə alıb, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39-cu maddələrinə əsaslanaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qəraraaldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs barışdığından və zərər çəkmiş şəxsin şikayəti olmadığından Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilərək barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Qərardan 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(055)-17/2023
Saatlı Rayon Məhkəməsi Qərar — İş №1(055)-17/2023
28.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver