Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-17/2024 20.06.2024 SAATLI RAYON MƏHKƏMƏSİ saat 17:20 Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1988-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, məhkum olunmuş və məhkumluğu götürülmüş, işləməyən, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Aşıq ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 180.2.2 və 180.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 22:30 radələrində ünvan 2 ünvanın qarşısından özgənin əmlakını tamah niyyəti ilə əvəzsiz götürmək məqsədi ilə Zərərçəkmiş şəxs4 məxsus 900 manat dəyərində “Stark” markalı velisopedi götürüb idarə edərək hadisə yerindən uzaqlaşıb oğurlamaqla, özgə əmlakını gizli olaraq talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs4 900 manat məbləğdə maddi ziyan vurmuş, yəni özgə əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsi 106 ünvanının qarşısından özgənin əmlakını tamah niyyəti ilə əvəzsiz götürmək məqsədi ilə Zərərçəkmiş şəxs6 məxsus 150 manat dəyərində “SAFT” markalı velosipedi götürüb idarə edərək hadisə yerindən uzaqlaşıb oğurlamaqla, özgə əmlakını gizli olaraq talayaraq, zərərçəkmiş Məhəmməd Qanatayevə 150 manat məbləğdə maddi ziyan vurmuş, yəni özgə əmlakını gizli olaraq talayaraq təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx.xx.2023-cü il tarixdə saat 22 radələrində Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsi 14 ünvanında yerləşən “Gənclik Mall” ticarət mərkəzinin yaxınlığından özgənin əmlakını tamah niyyəti ilə əvəzsiz götürmək məqsədi ilə Zərərçəkmiş şəxs5 məxsus 1200 manat dəyərində “Trinx” markalı velosipedi götürüb idarə edərək hadisə yerindən uzaqlaşıb oğurlamaqla, özgə əmlakını gizli olaraq talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs5 1200 manat məbləğdə maddi ziyan vurmuş, yəni özgə əmlakını gizli olaraq talayaraq təkrarən oğurluq etmişdir Bundan başqa o, təkrarən 29.08. 2023-cü il tarixdə saat 02 radələrində Saatlı rayonu Qırağlı kəndində yaşayan Zərərçəkmiş şəxs3 əmlakını tamah niyyəti ilə əvəzsiz götürməkdən ötrü sonuncuya məxsus Saatlı şəhəri H.Əliyev prospektində yerləşən mağazanın nəfəsliyindən qanunsuz olaraq mağaza binasına daxil olub, oradan 3 ədəd hər birinin qiyməti 25 manat olan “İONİ 105” markalı mobil telefonu, 1 ədəd qiyməti 80 manat olan “Samsunq Tab 3” markalı planşeti, 2 ədəd hər birinin qiyməti 40 manat olan “Kisonli” markalı səs gücləndiricini, 1 ədəd qiyməti 60 manat olan “KTS1501”markalı musiqi aparatını, 1 ədəd qiyməti 522 manat olan 6.5 qram çəkidə qızıl qadın boyunbağını, 1 ədəd qiyməti 144 manat olan 1.7 qram çəkidə qızıl qadın boyunbağını, 1 ədəd qiyməti 190 manat olan 2.3 qram çəkidə qızıl qadın boyunbağını, 60 ədəd hər birinin qiyməti 25 manat olan gümüş üzükləri, 12 ədəd hər birinin qiyməti 42 manat olan gümüş qolbağını, 8 ədəd hər birinin qiyməti 100 manat olan gümüş kişi boyunbağını, 1 ədəd qiyməti 110 manat olan gümüş boyunbağı, sırğa və qolbağ dəsti, 15 ədəd hər birinin qiyməti 20 manat olan gümüş qadın boyunbağı, 8 ədəd hər birinin qiyməti 35 manat olan gümüş qadın qolbağı, bir manatlıq əskinaslarda 50 manat və 120 ədəd 50 qəpik xırda pulları qanunsuz götürüb aparıb oğurlamaqla, özgə əmlakını gizli olaraq talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs3 cəmi 4760 manat məbləğdə maddi ziyan vurmuş, yəni binaya qanunsuz daxil olmaqla özgə əmlakını gizli olaraq talayaraq təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən 02 sentyabr 2023-cü il tarixdə saat 00:30 radələrində Saatlı rayonu Əhmədbəyli kəndində yerləşən Zərərçəkmiş şəxs1 yaşayış sahəsi hesab edilən evinin birinci mərtəbəsindəki otağın açıq pəncərəsindən qanunsuz olaraq həmin otağa girib, tamah niyyəti ilə əvəzsiz götürməkdən ötrü, həmin evdə qonaq olan Zərərçəkmiş şəxs2 Əslan qızının içərisində Zərərçəkmiş şəxs1 məxsus 2000 manat pul, Zərərçəkmiş şəxs2 özünə məxsus 153 manat pul və 1 ədəd 1500 manat dəyərində qızıl aksesuar olan 10 manat dəyərində çantasını şkafın üstündən götürüb apararkən, həmin otağa daxil olan Zərərçəkmiş şəxs2 və evin həyətində olan Şahid4 gözü qarşısında qaçıb getməklə, açıq şəkildə qeyd edilən əmlakları talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs1 2000 manat və zərərçəkmiş Zərərçəkmiş şəxs2 Əslan qızına 1663 manat məbləğdə maddi ziyan vurmuş, yəni yaşayış sahəsinə qanunsuz olaraq girməklə özgənin əmlakını açıq talayaraq təkrarən soyğunçuluq etmişdir. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 180.2.2 və 180.2.3-cü maddələri ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər oğurluq etdiyinə məhkum olunmuş, sonuncu dəfə 2021-ci ilin noyabr ayında azadlığa çıxmışdır. xx.xx.2023-cü il tarixdə gecə saatlarında Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 143 nömrəli binanın qarşısında olarkən binanın qarşısında “Stark” markalı motorlu bir velisopedin dayandığını görmüş və velisopedə yaxınlaşarkən görmüşdür ki, velisopedin təkərindən rama hissəsinə tros asma qıfıl ilə bağlanmışdır. O, həmin velisopedi sürüyüb binanın kənarına, avtomobil yoluna tərəf aparmış, orada velisopedə əyləşib pedalı fırladan kimi tros qırılmış və o, velisopedi yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Aşıq Şəmkir küçəsində yerləşən 20 nömrəli fərdi yaşayış evi istiqamətinə sürmüşdür. Hətta evə çatmağına az qalmış həmin velisopedin arxa təkəri partlamış, o, velisopedi çətinliklə də olsa yaşadığı evin həyətinə gətirmiş və bir neçə gün sonra yeni təkər alıb velisopedin üzərinə bağlamışdır. xx.xx.2023-cü il tarixdə yaşadığı evin həyətində olarkən polis əməkdaşları həyətə gəlmiş, o da velisopedi oğurladığını polis əməkdaşlarına etiraf edib təhvil vermişdir. Bundan başqa o, 10 iyul 2023-cü il tarixdə saat 16 radələrində şəxsi işləri ilə əlaqədar olaraq Bakı şəhəri, Nərimanov rayonu, X10 küçəsi ev 106 saylı binanın qarşısında olan zaman bir nəfər “Wolt” şirkətində işləyən kuryerin idarə etdiyi “SAFF” markalı velosipedi binanın qarşısında saxlayaraq sifarişi vermək üçün binaya daxil olduğunu görmüşdür. Velosipedin nəzarətsiz olduğunu görüb oğurlamaq qərarına gəlmişdir. Buna görə də ətrafa göz gəzdirmiş və ətrafda heç kimin onu görmədiyinə əmin olaraq yaxınlaşıb velosipedi götürüb idarə edərək oradan uzaqlaşıb Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi adlanan yerə getmişdir. Həmin gün oğurlamış olduğu “SAFF” markalı velosipedi orda tanımadığı şəxsə 70 manat satmışdır. Əldə etmiş olduğu pulu isə şəxsi işlərinə xərcləmişdir. Bundan başqa o, 01 avqust 2023-cü il tarixdə saat 20 radələrində Bakı şəhəri, Nərimanov rayonu “Gənclik Mall” ticarət mərkəzinin yaxınlığında yerləşən “Papa Jones” adlı kafedə pizza yeyib çıxan zaman bir nəfərin daşın üzərində oturduğunu görüb həmin şəxsə yaxınlaşaraq söhbət etmiş və söhbət zamanı həmin şəxsin adının Pünhan olduğunu öyrənmişdir. Pünhan ona özünə məxsus “Trinx” markalı velosipedlə kuryer kimi işlədiyini bildirmiş və aralarında səmimi münasibət yaranmış, velosipedi binanın qarşısında saxlayaraq kilidlə kilidlədiyini, özünün 2006-cı il təvəllüdlü olduğunu, buna görə də, velosipedin kilidinin şifrəsini təvəllüdünə uyğun olaraq qarşısına bir atdığını, yəni 12006 nömrəli şifrə qoyduğunu bildirmişdir. Pünhanla bir qədər söhbət etdikdən sonra Pünhanın mobil telefonuna “Gənclik Mall” ticarət mərkəzindən sifariş gəlmişdir. Həmin vaxt Pünhan onunla birlikdə sifarişi götürməyi təklif etmiş, o etiraz etməmiş, birlikdə “Gənclik Mall” ticarət mərkəzinə getmişdir. Bu zaman Pünhan velosipedi “Gənclik Mall” ticarət mərkəzinin velosiped və motosikletlərin park edilməsi üçün nəzərdə tutulmuş yerdə saxlayaraq kilidlə dəmirə bağlamışdır. Bundan sonra Pünhanla birlikdə “Gənclik Mol” Ticarət mərkəzinin 4-cü mərtəbəsinə qalxmışdır. Həmin vaxt Pünhan sifarişi götürmək üçün restorana daxil olmuşdur. O da Pünhana məxsus velosipedi oğurlayaraq satıb pul əldə etmək qərarına gəldiyindən Pünhan sifarişi götürmək üçün restorana daxil olduqdan sonra tez Pünhanın velosipedi saxladığı yerə gedərək 12006 nömrəli kodu yığaraq velosipedin kilidini açmışdır. Bundan sonra oğurlamış olduğu “Trinx” markalı velosipedi idarə edərək oradan uzaqlaşıb Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi adlanan yerə getmişdir. Həmin gün velosipedi orda tanımadığı şəxsə 100 manat satmışdır. Əldə etmiş olduğu pulu isə şəxsi işlərinə xərcləmişdir. Bundan başqa o, 2023-cü ilin avqust ayının 26-da səhər saatlarında qaynı Nurlanla birlikdə Nurlana məxsus “Mersedes 190” markalı avtomobillə baldızı Fatimənin Nurlana sifariş verdiyi təxminən 70 manat dəyərində planşet almaları üçün Saatlı şəhərinə getmişlər. Onlar orada yerləşən mobil telefon mağazalarında planşetlərə baxmışlar. Lakin planşetlər baha olduğu üçün onlar planşet almayıb Saatlı rayonu Əhmədbəyli kəndinə Nurlangilə getmişlər. Avtomobillə yolda gedərkən o, Nurlana Bakı şəhərində yaşadığı evdə özünə məxsus planşet olduğunu deyib 70 manatı ona verməsini və əvəzində həmin planşeti ona satacağını bildirmişdir. xx.xx.2023-cü il tarixdə o, Nurlanla birlikdə Nurlanın Saatlı rayonu Nabatkənd kəndində yaşayan qayınatası Vidadigilə getmişdir. Vidadigildə yemək yedikdən sonra Nurlan yuxusunun gəldiyini deyib yataq otağına keçmişdir. Nurlan yatandan bir qədər sonra o da Nurlanın qayınatasıgilin yaşadığı evdən çıxıb piyada kəndarası yolla asfalt yola çıxmışdır. Asfalt yola çıxdıqdan sonra taksi saxlatdırıb Saatlı rayonu Sarıcalar kəndinə, oradan da Saatlı rayonuna getmişdir. Saatlı rayonunda tanımadığı taksi ilə Əhmədbəyli kəndinə Nurlangilin evinə getmişdir. Nurlangilin yaşadığı evə çatdıqda küçə darvazasının qarşısında olan Nurlanın qonşusuna məxsus velosipedi minib əvvəlcədən oğurluq edəcəyini planlaşdırdığı Saatlı şəhərinin mərkəzində yerləşən qızıl-zinət əşyaları və aksesuarlar satılan mağazadan oğurluq etmək üçün yola çıxmışdır. O, həmin velosipedlə asfalt yolun qırağı ilə hərəkət edib Saatlı şəhərinə gəlmişdir. Velosipedi Saatlı şəhərinin mərkəzində yerləşən parkda saxlayıb piyada mağazaya doğru getmişdir. Bundan sonra Nurlanla planşetlərə baxdıqları qızıl-zinət əşyaları və aksesuarlar satılan mağazanın yanında olan yaşayış evinin darvazasının üzərindən həyətə daxil olmuşdur. Mağazanın arxasında olan həyətə keçib oradan mağazanın balaca pəncərəsindən mağazanın içərisinə daxil olmuşdur. Mağazaya daxil olduqdan sonra oradan 1 ədəd qızıl sep, 1 ədəd qızıl qolbaq və saylarını dəqiq bilmədiyi və içərisində üzük, qolbaq, sep və sırğa olan bir ovuc gümüş materialdan zinət əşyalarını, eləcə də 5 ədəd sadə telefon, 1 ədəd Tab 3 planşet, 2 ədəd kompüter səsgücləndiricisi, 1 ədəd MP3 musiqi aparatı oğurlayaraq sellofan torbaya yığıb parka aparmışdır. Bundan sonra parkda velosipedi minib Saatlı rayonu Əhmədbəyli kəndi istiqamətində yola düşmüşdür. O, Əhmədbəyli kəndinə çatdıqdan sonra mağazadan oğurladığı və sellofan torbaya yığdığı 1 ədəd “Tab 3” markalı planşeti, 1 ədəd MP 3 musiqi aparatını, 2 ədəd səsgücləndiricini və telefonları Nurlangilin evinin yaxınlığında gizlətmişdir. Qızıl-zinət əşyalarını və gümüş materialdan olan bjuteriyanı isə sellofana yığıb satmağı üçün özündə saxlamış və gecəni Nurlangilin evində yatmışdır. Həmin gün səhər saatlarında Nurlanın atası Əlislam özünə məxsus traktorla Şirvan şəhərindən mebel gətirməyində ona kömək etməyini xahiş etmişdir. O da qayınatası Əlislamla birlikdə əvvəlcə Saatlı rayonu Nabatkənd kəndinə, oradan da Şirvan şəhərinə getmişdir. Şirvan şəhərinə gedərkən Nurlanın qayınatası Vidadi də onlarla birlikdə getmişdir. Onlar təxminən saat 11 radələrində Şirvan şəhərinə çatanda o, qayınatası Əlislama Şirvan şəhərində yaşayan dostu ilə görüşüb yarım saata qayıdacağını bildirmişdir. Qayınatası Əlislamgildən uzaqlaşdıqdan sonra gecə oğurladığı qızıl-zinət əşyalarını Şirvan şəhərində olan Elit ticarət mərkəzində yerləşən qızıl-zinət əşyaları satılan mağazaya gedib orada 1 ədəd qızıl sepi və 1 ədəd qızıl qolbağı lom şəkilində tanımadığı şəxsə 490 manat dəyərində satmışdır. Gümüş materialdan olan büjeteriyanı isə Şirvan şəhərində yerləşən köhnə bazarda qızıl-zinət əşyaları satılan mağazaya satmışdır. Bundan başqa mağazadan oğuladığı 1 ədəd Tab 3 planşetini 70 manata qaynı Nurlana satmışdır. 1 ədəd MP3 musiqi aparatını və 2 ədəd səsgücləndiricini isə Nurlana hədiyyə etmişdir. 5 ədəd sadə telefonları isə Bakı şəhərində tanımadığı şəxslərə 5-10 manat dəyərində satmışdır. Bundan başqa o, 2023-cü ilin avqust ayının ortalarında ailə üzvləri ilə birlikdə qayınatasıgilə qonaq gəlmişdir. Qayınatasıgildə olan zaman eşitmişdir ki, qayınatasının fermasında işlədiyi İlqar adlı şəxs vəfat etmişdir. İlqarın yasının ikinci günü, yəni xx.xx.2023-cü il tarixdə təxminən saat 20 radələrində o, evə ərzaq alması üçün Əhmədbəyli kəndinin mərkəzində olan mağazaya getmişdir. Ərzaq alıb mağazadan çıxan zaman İbrahimin də mağazaya gəldiyini görmüşdür. İbrahim onunla salamlaşıb onu kənara çəkib işinin olduğunu bildirmişdir. Sonra onlar mağazanın yanında dəmir materialdan düzəldilmiş tikilinin qarşısına keçib həmin tikilinin pilləkənin üzərində oturub söhbət etməyə başlamışlar. Söhbət zamanı İbrahim ona “sən oğurluq eləmisən həbsdə olmusan” deyib ona bu mövzuda suallar vermişdir. O da İbrahimə elədiyi cinayətlərdən və türmə həyatından danışmışdır. Bundan sonra İbrahim ona bir evdə 30000 manat pul olduğunu deyib həmin evə girib oğurluq edə bilib-bilməyəcəyini soruşmuşdur. O, ilk öncə tərəddüd etmişdir. Lakin İbrahim həmin pulun 20000 manatını ona verəcəyini, 10000 manatını isə özü götürəcəyini dedikdən sonra o, İbrahimlə razılaşdır. Bundan sonra İbrahim evin həyətində kameraların harada yerləşdiyini və evə hansı otağa haradan girəcəyimi ona izah etmişdir. Bundan başqa İbrahim ona mərhum İlqarın qonşusunun Rusiyada yaşadığını deyib evdə heç kimin yaşamadığını bildirmişdir. İbrahimlə söhbətdən bir gün sonra, yəni xx.xx.2023-cü il tarixdə gecə təxminən saat 23:30 radələrində onun dediyi kimi mərhum İlqarın qonşusunun hasarının yanını ilə gedib İlqarın küçə darvazasının yuxarı tərəfində çardaqda olan kameranın görüntü hissəsini yuxarı etmək məqsədi ilə hasara çıxmışdır. Müşahidə kamerasının görüntüsünü yuxarı qaldırdıqdan sonra hasardan aşağı enib mərhum İlqarın qonşusunun hasarına çıxaraq qonşu həyətin bağına daxil olmuşdur. Sonra bağ ilə hərəkət edib oradan da İlqarın evinin arxasında olan bağçaya keçmək üçün hasara çıxıb İlqarın həyətinə enmişdir. İlqarın bağçasında toyuq saxlamaq üçün hin olduğundan bağ ilə hin arasına dəmir tor çəkilmiş, o da həmin toru aşağı basaraq onun üzərindən hin olan yerə daxil olmuşdur. Bundan sonra hinin üzərinə çıxıb çardağın digər tərəfində olan kameranın görüntü hissəsini yuxarı qaldırmışdır. Kameraların görüntüsünü yuxarı qaldırdıqdan sonra evin həyətində kimsənin olubolmamasını dəqiqləşdirməsi üçün bağça ilə evin həyətini ayıran hasarın üzərindən həyətə baxmışdır. Həmin vaxt evin həyətində heç kəs olmamışdır. Bundan sonra o, hasarın üzərinə çıxıb evin həyətinə düşmüş və oradan da evin birinci mərtəbəsində yerləşən künc otağının pəncərəsinə yaxınlaşmışdır. Pəncərənin qarşısında olan nəfəsliyi götürüb hasarın üzərindən bağçaya tullamışdır. Həmin vaxt otağın pəncərəsi açıq olmuşdur. Bundan sonra kimsənin gəlməsindən ehtiyat edib yenidən hasarın üzərinə çıxıb bağçaya keçmişdir. Sonra isə hasarın üzərindən evin həyətinə kimsənin gəlib-gəlməməsini dəqiqləşdirdikdən sonra yenidən həyətə qayıdıb evin birinci mərtəbəsinin pəncərəsindən otağa daxil olmuşdur. Həmin vaxt otağın işığı sönülü vəziyyətdə olmuş, qonaq otağına açılan qapı açıq olduğundan orada oturub söhbət edən qadınların səslərini də eşitmişdir. Qonaq otağının və həyətdə, evin qarşısında olan çardağın işıqları da yataq otağına düşdüyü üçün yataq otağının içərisində nəyin olduğu görünmüşdür. Buna görə də o, işıqdan istifadə etməmişdir. Belə ki, qonaq otağında olan termonun qarşısında İbrahim dediyi kimi 2 ədəd biri böyük, digəri isə balaca olan qadın çantasını görmüşdür. Həmin çantaların böyüyü termonun sol tərəfində, balaca çanta isə termonun sağ tərəfində olmuşdur. O da böyük olan qadın əl çantasını götürüb kimsənin olub-olmamasını bilməsi üçün otağın pəncərəsindən evin həyətinə baxmışdır. Həmin vaxt evin həyətində olan stolun baş tərəfində arxası evin otağına tərəf olan bir nəfər arıq yaşlı kişinin oturduğunu görmüşdür. O da həmin kişinin onu görməməsini ehtimal edib otağın pəncərəsindən çölə çıxıb hasara tərəf qaçmışdır. Həmin vaxt evin həyətində olan İbrahim onu görüb qışqıraraq onun arxası ilə qaçmışdır. O da hasara çıxıb hasarın üstündən bağçaya tullanıb oradan qonşu həyətə, həmin həyətdən də digər qonşu həyətə keçib oradan da küçəyə çıxmışdır. Bundan sonra torpaq yolla gedib hasarı olmayan evin qarşısından keçərək həmin evin bağçasına daxil olmuşdur. Evin qarşısında olan işıq gur olduğu üçün bağçada çantada nəyin olub-olmamasını dəqiqləşdirməsi üçün çantanın içərisinə baxmışdır. Belə ki, çantanın içərisində 2 ədəd 50 manatlıq əskinas, bank kartları, sənədlər, disklər və çantanın yanındakı kiçik cibdə isə 3 ədəd 1 manatlıq əskinas olduğunu görmüşdür. O da çantadan 2 ədəd 50 manatlıq əskinası, 3 ədəd 1 manatlıq əskinası və qızıldan olan aksesuarı(breloku) götürmüşdür. Bundan sonra çantada olan əşyaları çantadan götürüb baxıb lazım olmayan əşyaları, sənədləri ayrı-ayrı yerlərə atmışdır. Bank kartları isə çantanın içərisində qalmışdır. Pulları və qızıl aksesuarı götürdükdən sonra ən sonda çantanı ara yolla gedib kənd arası torpaq yolun yaxınlığında olan drenaj kollektoruna atmışdır. Bundan sonra avtomobil yoluna çıxması üçün torpaq yolla gedib mərhum İlqargilin evinə çatmamış ara yolla avtomobil yoluna çıxıb qayınatası Əlislamgilə doğru hərəkət etmişdir. Təxminən 100 metr gedib asfalt yolun altından keçən su kanalının yaxınlığında dayanıb Saatlı rayonuna doğru getməsi üçün avtomobilin gəlməsini gözləmişdir. Təxminən 3-4 dəqiqə sonra asflat yolla hərəkət edən tanımadığı “VAZ 2106” markalı avtomobili saxlatdırıb həmin avtomobilə əyləşib Saatlı rayonun mərkəzinə getmişdir. Həmin vaxt avtomobildə ondan başqa iki nəfər olmuşdur. Həmin şəxslər rayona çatmamış yolun kənarında düşmüşlər, o isə Sabirabad rayonuna “Qlobus” adlanan dairəyə, oradan da taksiyə əyləşib Şirvan şəhərinə getmişdir. Orada oğurladığı qızıl aksesuarı Şirvanda köhnə bazar deyilən yerdə satmışdır. Təqsirləndirilən şəxs hazırki məhkəmə iclası zamanı ona elan olunmuş ittihamlar üzrə özünü tam təqsirli bildiyini, törətdiyi əməllərdən peşman olduğunu, gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verdiyini bildirərək məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, hazırki məhkəmə iclasında iştirak etməsə də, əvvəlki məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, atası İlqar xəstə olduğu üçün 2023-cü ilin avqust ayının 28-də vəfat etmişdir. Yas mərasimi ilə əlaqədar qohumları da onlarda qonaq olmuşlar. xx.xx.2023-cü il tarixdə təxminən saat 00:30 radələrində evdə uzanan vaxt səsə gəldiyini görüb həyətə düşmüş və məlum olmuşdur ki, naməlum şəxs evin pəncərəsindən yataq otağına daxil olmuş, yataq otağına evlərində qonaq olan Salyan rayonunda yaşayan dayısı X4 arvadı Zərərçəkmiş şəxs2 Əslan qızı daxil olub otağın işığını yandıran zaman otaqda olan şəxs İradəni görmüş, qaçmaq istəyərkən onu itələyərək pəncərədən çıxıb qaçmışdır. Həmin vaxt naməlum şəxs İradənin çantasını da özü ilə götürmüşdür. İradənin səs-küyünü eşidən və həmin otağın çölə açılan pəncərəsindən bir qədər aralıda həyətdə oturub çay içən qohumu Şahid4 oğrunu görüb onun arxasınca qaçmışdır. Lakin naməlum şəxs evin pəncərəsinin yaxınlığında olan və bağçaya açılan qapının üzərinə çıxaraq bağçaya keçib qaçmışdır. İbrahim də həmin şəxsin arxası ilə qaçsa da, çata bilməmişdir. Bütüb bunlar məlum olandan sonra qardaı Fərid Əlizadə DİN-nin 102 xidmətinə zəng edərək naməlum şəxsin evdən oğurluq edib qaçması barədə məlumat vermişdir. Bir qədər sonra Saatlı RPŞ-nin əməkdaşları yaşadığı ünvana gəlmiş və müşahidə kameralarının görüntüsünə baxan evə daxil olan şəxsin həmkəndlisi Əlislam Nuriyevin kürəkəni Bakı şəhərində yaşayan Təqsirləndirilən şəxs olduğunu görmüşdür. Təqsirləndirilən şəxs yaşadığı evdən dayısı arvadı İradəyə məxsus çantanı aparan zaman həmin çantada ona məxsus 2000 manat pul, İradəyə məxsus 150 manat pul, bir ədəd 1500 manat qızıl aksesuar, İradəyə məxsus xarici pasport və dayısı oğlu Kənana məxsus xarici pasport, İradənin xəstəliyi ilə bağlı tibbi sənədlər olmuşdur. Ona dəymiş ziyan ödənilməmişdir və Təqsirləndirilən şəxs şikayətçidir. Hazırki məhkəmə iclasında iştirak etməsə də, əvvəlki məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, baldızı Fərqanə Əliyevanın əri İlqar xəstəliyi ilə bağlı Bakı şəhərində uzun müddət müalicə aldığından onların Saatlı rayonu Əhmədbəyli kəndində yerləşən evləri baxımsız qaldığı üçün Fərqanənin xahişi ilə o, əri ilə birlikdə Əhmədbəyli kəndinə onun evinə gəlmişlər. xx.xx.2023-cü il tarixdə İlqar vəfat etdiyi üçün yas mərasimi ilə bağlı halhazıradək onların evində qalmışlar. xx.xx.2023-cü il tarixdə təxminən saat 00:30 radələrində oğlu Kənanın yadından çıxaraq onda qalan mobil telefonu evin birinci mərtəbəsində yerləşən künc otaqda özünə məxsus çantaya qoyması üçün otağa daxil olmuşdur. Həmin vaxt otağın qapısı açıq olmuş, bundan başqa otağa qonaq otağından və evin həyətinin işığı düşdüyünə görə otağın işığını yandırmamışdır. Həmin vaxt çanta otaqda termonun üstündə olmuş və çantanı götürmək istəyən zaman otağın pəncərəsinin yanında bir nəfər şəxsin hərəkət etdiyini görmüşdür. Dərhal həmin şəxsə tərəf getmiş və həmin şəxsin əlində nəsə bir əşya olduğunu görüb qorxmuş və həyəcandan bilmədiyi halda həmin şəxs ayağı ilə onu itələyib pəncərədən çölə çıxmışdır. Həmin şəxs arıq bədən quruluşuna malik təxminən onun boyda, yəni 1.70 m boyda kişi olmuşdur. Bundan sonra o, otaqdakı dəri materialdan olan qara rəngli qadın əl çantasının otaqda olmadığını görmüşdür. Həmin çantada özünün və oğlu Kənanın xarici pasportu, özünün xəstəliyi ilə bağlı tibbi sənədlər, yas mərasiminə yığılan İlqarın oğlu Səidə məxsus saxlamaq üçün ona verdiyi 2000 manat pul və oğlu Kənana məxsus “Hyundai” markalı avtomobilin loqosu olan 1500 manat dəyərində qızıl aksesuar(brelok), özünə məxsus 150 manat pul, özünə məxsus birkart və albalı kart var olmuşdur. Ona məxsus oğurlanmış pul 3 ədəd 50 manatlıq əskinaslarda, 2000 manat pul isə yasa yığılan pul olduğu üçün müxtəlif əskinaslarda olmuşdur. Evə daxil olarkən onun Vüsalı görmədiyi, onu itələmədiyi, oğurladığı çantada 2000 manat pul olmaması, yalnız 2 ədəd 50 manatlıq və 3 ədəd 1 manatlıq pul olması barədə Təqsirləndirilən şəxs göstərdikləri yalandır. Ona dəymiş ziyan ödənilməmişdir və Təqsirləndirilən şəxs şikayətçidir. Hazırki məhkəmə iclasında iştirak etməsə də, əvvəlki məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Saatlı şəhəri H.Əliyev prospektində icarəyə götürdüyü mağazada qızıl-zinət əşyalarının, aksesuarların və telefonların satışını həyata keçirir. Təxminən saat 09 radələrində mağazaya gələndə qapının açıq olduğu və mağazadan 3 ədəd hər birinin qiyməti 25 manat olan “İONİ 105” markalı mobil telefonun, 1 ədəd qiyməti 80 manat olan “Samsunq Tab 3” markalı planşetin, 2 ədəd hər birinin qiyməti 40 manat olan “Kisonli” markalı səs gücləndiricinin, 1 ədəd qiyməti 60 manat olan “KTS1501”markalı musiqi aparatının, 1 ədəd qiyməti 522 manat olan 6.5 qram çəkidə qızıl qadın boyunbağının, 1 ədəd qiyməti 144 manat olan 1.7 qram çəkidə qızıl qadın boyunbağının, 1 ədəd qiyməti 190 manat olan 2.3 qram çəkidə qızıl qadın boyunbağının, 60 ədəd hər birinin qiyməti 25 manat olan gümüş üzüklərin, 12 ədəd hər birinin qiyməti 42 manat olan gümüş qolbağının, 8 ədəd hər birinin qiyməti 100 manat olan gümüş kişi boyunbağının, 1 ədəd qiyməti 110 manat olan gümüş boyunbağın, sırğa və qolbağ dəstinin, 15 ədəd hər birinin qiyməti 20 manat olan gümüş qadın boyunbağının, 8 ədəd hər birinin qiyməti 35 manat olan gümüş qadın qolbağnını, bir manatlıq əskinaslarda 50 manat və 120 ədəd 50 qəpik xırda pulların oğurlandığını görmüşdür. Əvvəllər fikirləşmişdir ki, bəlkə kimsə qohum-əqrabasından oğurluğu edər, buna görə də polisə şikayət etməmişdir. xx.xx.2023-cü il tarixdə Saatlı RPŞ-nin əməkdaşları onun mağazasına gəlib mağazasında oğurluq hadisəsinin olduğunu və oğurluq edən şəxsin Təqsirləndirilən şəxs olduğunu bildirmiş, sonuncu isə haradan və necə oğurluq etdiyini göstərmişdir. Oğurlanmış əşyalardan 285 manatı dəyərində 1 ədəd “KTS 1501” markalı musiqi aparatı, 1 cüt sırğa, 7 ədəd üzük, 2 ədəd “Kisonli” markalı səsgücləndirici ona qaytarılmışdır. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir. Hazırki məhkəmə iclasında iştirak etməsə də, əvvəlki məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, fərdi olaraq “Wolt” çatdırılma xidmətinə qoşularaq kuryer kimi işləyir. Onun əsas işi “Wolt” şirkətinə sifariş verilmiş qida məhsullarını müştərinin ünvanına çatdırıb təhvil verməkdən ibarətdir. 01 avqust 2023-cü il tarixdə saat 21 radələrində Bakı şəhəri, Nərimanov rayonu “Gənclik Mall” ticarət mərkəzinin yaxınlığında yerləşən “Papa Jones” adlı kafenin qarşısında daşın üzərində oturub sifariş gözləyən zaman bir nəfər əvvəllər tanımadığı şəxs yaxınlaşaraq onunla salamlaşmışdır. Söhbət zamanı onların arasında səmimi söhbət yaranmış və o özünə məxsus “Trinx” markalı velosipedlə kuryer kimi işlədiyini, sifarişi çatdıran zaman idarə etdiyi “Trinx” markalı velosiped binanın qarşısında saxlayaraq kilidlə kilidlədiyini, 2006-cı il təvəllüdlü olduğunu, buna görə də, velosipedin kilidinin şifrəsini unutmamaq üçün 12006 nömrəli şifrə qoyduğumu bildirmişdir. Vüsalla bir qədər söhbət etdikdən sonra mobil telefonuna “Gənclik Mall” ticarət mərkəzindən sifariş gəlmiş və aralarında dostluq münasibəti yarandığı üçün sifarişi götürmək məqsədilə birlikdə “Gənclik Mall” ticarət mərkəzinə getmişlər. Bu zaman o, velosipedi “Gənclik Mall” ticarət mərkəzinin qarısında velosiped və motosikletlərin park edilməsi üçün nəzərdə tutulmuş yerdə saxlayaraq kilidlə dəmirə bağlamışdır. Bundan sonra Vüsal ilə birlikdə “Gənclik Mall” Ticarət mərkəzinin 4-cü mərtəbəsinə qalxmışlar. Həmin vaxt o sifarişi götürmək üçün restorana daxil olmuşdur. Vüsal isə onu gözləməyib aşağı düşmüşdür. O sifarişi götürdükdən sonra velosipedi saxladığı yerə yaxınlaşan zaman velosipedin orada olmadığını aşkar etmiş və DİN-nin 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Ümumilikdə ona 1200 manat maddi ziyan dəymişdir. Dəymiş ziyan ödənilməmişdir və Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 və onun qardaşı Fərid Əlizadə onun qohumlarıdır. xx.xx.2023-cü il tarixdə Səid və Fərid Əlizadələrin ataları İlqar vəfat etdiyi üçün yas mərasimi ilə bağlı onların evində kömək etmişdir. xx.xx.2023-cü il tarixdə təxminən saat 00 radələrində Səidin yaşadığı evin həyətində stolda oturub çay içən zaman evin künc otağından Səidin dayısı arvadı İradənin qışqırıq səsi gəldiyini eşitmiş və otağın həyətə açılan pəncərəsindən bir nəfər şəxsin özünü çölə ataraq pəncərənin yaxınlığında olan qapısı bağlı olan hasara çıxıb bağa qaçmaq istəyini görmüşdür. Həmin vaxt naməlum şəxsin arxası ilə qaçıb onu tutmağa çalışmış, naməlum şəxs hasarın üzərinə çıxıb bağa tullanadığı üçün onu tuta bilməmiş və onun arxası ilə qaçsa da, qaranlıq olduğundan onun hansı istiqamətə getdiyini görə bilməmişdir. Sonra İradənin deməsindən ona məlum olmuşdur ki, həmin şəxs gizlincə otağa daxil olub İradənin çantasını götürərkən İradə otağa daxil olub onu görüb və həmin şəxs İradəni itələyib çantanı götürərək pəncərədən qaçıb getmişdir. İradənin deməsinə görə çantada Səidin ona verdiyi yas mərasiminə yığımış 2000 manat pul, özünün 150 manat pulu, qızıl burlok olmuşdur. Bundan sonra Saatlı RPŞ-nin əməkdaşları gəlib baxış keçirmişlər və evdə olan müşahidə kameralarının görüntüsünə baxan zaman evə daxil olan şəxsin Təqsirləndirilən şəxs olduğu bilinmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun kürəkəni, Zərərçəkmiş şəxs1 isə həmkəndlisidir. Onlarla düşmənçiliyi və ədavəti yoxdur. xx.xx.2023-cü il tarixdə səhər saatlarında Vüsalla birlikdə baldızı Fatiməyə planşet almaları üçün ona məxsus “Mersedes 190” markalı avtomobillə Saatlı rayonun mərkəzində yerləşən mobil telefon satılan mağazalara gedib planşetlərə baxmışlar. Lakin qiymət baha olduğu üçün planşet almayıb Vüsalla birlikdə yaşadıqları kəndə qayıtmışlar. Yolda Vüsal ona Bakı şəhərində yaşadığı evdə “Tab” markalı planşet olduğunu deyib 70 manata ona sata biləcəyini demişdir. xx.xx.2023-cü il tarixdə axşam saatlarında Vüsalla birlikdə taksi tutub Saatlı rayonu Çolpı kəndində yaşayan qayınatası Vidadigilə getmişlər. Qayınatası Vidadigildə yemək yeyib bir qədər söhbət etdikdən sonra yatmışdır. Səhər açılanda Vüsalın qayınatasıgildə olmadığını görüb qayınanasından Vüsalın harada olduğunu soruşmuşdur. Qayınanası Maya da ona Vüsala zəng gəldiyini və təcili Bakı şəhərinə gedəcəyini deməsini bildirmişdir. xx.xx.2023-cü il tarixdə axşam saatlarında atası Əlislam Vüsalla birlikdə ona məxsus “Mersedes190” markalı avtomobillə onu yaşadıqları kəndə aparması üçün qayınatası Vidadigilə gəlmişdir. Baldızı Fatimə də Vüsalı görüb ona dediyi planşeti alıb-almamasını soruşmuşdur. Lakin Vüsal da Fatiməyə həmin planşeti almadığını bildirmişdir. Bundan sonra atası, özü və Vüsal onun avtomobili ilə yaşadıqları kəndə gəlmişlər. Kəndə gəldikdən sonra Vüsal təcili Bakı şəhərinə gedəcəyini bildirib ondan 70 manat istəyib baldızı Fatimənin dediyi planşeti gətirəcəyini bildirmişdir. O da baldızı Fatimənin mobil nömrəsinə zəng edib Vüsalın Bakı şəhərinə gedəcəyini və onun istədiyi telefonu gətirəcəyini deyib bunun üçün 70 manat pul lazım olduğunu demişdir. Fatimə də onun adına olan “Kapital Bank”a aid kart hesabına 70 manat pul köçürmüşdür. Bundan sonra o Vüsalla birlikdə onun avtomobili ilə Saatlı rayonuna gəlib bankomatdan 70 manat pulu kartından çıxarıb Vüsala vermişdir. Sonra Vüsalı Bakı şəhərinə gedən taksilərin dayandığı yerə aparıb orada düşürüb yaşadığı kəndə qayıtmışdır. Təxminən saat 20 radələrində Vüsal yaşadığı evə gəlmiş və əlində göy sellofan olmuşdur. Vüsal sellofanın ağzını açıb sellofandan “Tab 3” markalı planşet, iki ədəd “spiker” markalı səsgücləndirici və 1 ədəd “KTS1510” markalı kalonka çıxarmışdır. Bundan sonra Vüsal gətirdiyi səsgücləndiriciləri yaşadığı evin həyətində televizora quraşdırmışdır. Bundan başqa qabaqcadan 70 manat ödəniş etdiyi və baldızı Fatimə üçün gətirdiyi “Tab 3” markalı planşeti ona vermişdir. xx.xx.2023-cü il tarixdə təxminən saat 12 radələrində Vüsal və ailə üzvlərilə birlikdə Saatlı rayonu Çolpı kəndinə getmişdir. Vüsal ona verdiyi “Tab 3” markalı planşeti baldızı Fatiməyə vermiş, lakin Fatimə narazılığını bildirib “planşetin onun dediyindən olmadığını bildirmiş, o da Fatiməyə həmin planşeti özündə saxlamasını, lazım olarsa ona yenisini alacağını demişdir. Təxminən saat 14 radələrində atası Əlislam, Vüsal və qayınatası Vidadi mebel almaları üçün atasına məxsus traktorla Şirvan şəhərinə getmişlər. Atası Əlislamın deməsinə görə Vüsal Şirvan şəhərinə çatandan sonra yarım saat müddətinə dostu ilə görüşə gedəcəyini deyib harasa getmişdir. Təxminən saat 17 radələrində atasıgil mebel alıb geri qayıtmışdır. Atasıgil gəldikdən sonra saat 22 radələrində ailə üzvlərilə birlikdə yaşadığı kəndə qayıtmış və yatmağa getmişdir. xx.xx.2023-cü il tarixdə təxminən saat 02 radələrində yuxudan qalxıb həyətə düşərkən Vüsalın televizora baxdığını görmüş və niyə yatmadığını soruşmuşdur. Vüsal cavabında ona mərhum İlqargilin küçəsi tərəfdə hay-küy olduğunu və atası Əlislamın da traktorla oraya getdiyini bildirmişdir. O da Vüsala “hay-küyün sənə nə aidiyyəti var get yat” demişdir. Bundan sonra yenidən yataq otağına qayıdıb yatmışdır. xx.xx.2023-cü il tarixdə təxminən saat 11 radələrində anası Bənövşə mənə Vüsalın mərhum İlqargilin evindən oğurluq etməsini demişdir. Bundan sonra o da Vüsala zəng edib harada olduğunu soruşmuşdur. Vüsal da ona Bakı şəhərində olduğunu və gələcəyini bildirmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs kürəkənidir. Təqribən 9 ilə yaxındır ki, Zərərçəkmiş şəxs1 traktorunu idarə edir. Ona görə də Səidgiillə yaxın münasibətim olmuşdur. 02 sentyabr 2023-cü il tarixə gecə saat 2 radələrində Şahid4 ona zəng edərək Zərərçəkmiş şəxs1 evinə oğru girdiyini və batareyanı götürüb gəlməyi bildirmiş, o da dərhal Səidin evinə getmişdir. Həyətə çatandan sonra kimin və nə oğurluq etdiyini soruşmuş, lakin heç kim bilməmişdir. Daha sonra isə Səidin evinə quraşdırılan kamera görüntülərinə baxılmış və kamera görüntülərində oğurluq edən şəxsi görsə də, üzünü görə bilməmişdir. Sonradan öyrənmişdir ki, digər kamera görüntüsündə Vüsalın üzü aşkar görünmüş və oğurluq edən şəxs kürəkəni Vüsaldır. Hadisə yerinə polislər gəldikdən sonra Zərərçəkmiş şəxs1 dayısı Alim Babayev polis əməkdaşına çantadan 2000 AZN pulun oğurlandığını bildirmişdir. Halbuki onda olan məlumata görə həmin çantada 2000 AZN deyil, 150 AZN pul olmuşdur. Daha sonra Alim Babayevə polis əməkdaşlarına niyə 2000 AZN pulun oğurlandığını bildirdiyini soruşduqda sonuncu ona “Vüsal gəlsin üzr istəsin, söhbəti bağlayaq” demişdir. Zərərçəkmiş şəxs6 teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, dəymiş ziyanın ödənilmədiyini və təqsirləndirilən şəxsdən şikayətçi olduğunu göstərmişdir. Zərərçəkmiş şəxs4 teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, dəymiş ziyanın ödənildiyini və təqsirləndirilən şəxsdən şikayətçi olmadığınu göstərmişdir. Şahid X3 teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyinin nəzərə alınmasını xahiş etmişdir. Şahid3 Xanəmməd qızı teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, azyaşlı uşağı xəstə olduğu üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyinin nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmədə iştirak etməsələr də, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs4 və şahidlər X3 və Şahid3 Xanəmməd qızının ibtidai istintaq zamanı vermiş olduqları və məhkəmə iclasında elan edilmiş ifadələri ilə də təsdiq olunduğundan məhkəmə onların ifadələrini iş üzrə sübut növü kimi qəbul edir. İşdə olan 02 sentyabr 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə baş vermiş ev Saatlı rayonu Əhmədbəyli kənd sakini mərhum İlqar Əliyevə məxsusdur və həmin evdə onun oğlu Zərərçəkmiş şəxs1 yaşayır. Soyğunçuluq hadisəsi baş vermiş evin otağı evin künc tərəfində, bağça ilə evin həyətini ayıran hasara yaxın yerdə və evin birinci mərtəbəsində yerləşir. Hadisə baş vermiş otağın bir pəncərəsi vardır və pəncərə açıq vəziyyətdədir. Otaqda pəncərə tərəfdə yatacaq və kamot, pəncərə ilə üzbəüz divara bitişik paltar asmaq üçün dolab vardır. Otaqda olan əşyalara toxunulmamış və dağıdılmamışdır. Yaşayış evinin hər iki tərəfi, yəni sağı və solu eləcə də ön tərəfi dəmir şifer materialdan tikilmiş çardaqla əhatə olunmuşdur. Çardağın küçə tərəfə olan hissəsində küçə darvazasının yuxarısında müşahidə kamerası quraşdırılmışdır. Naməlum şəxs mərhum İlqar Əliyevə məxsus evin yataq otağından Zərərçəkmiş şəxs2 məxsus çantanı götürüb qaçarkən Zərərçəkmiş şəxs2 onu görmüş, bundan başqa naməlum şəxs evin pəncərəsindən həyətə çıxıb qaçarkən həyətdə iş görən Şahid4 də onu görmüş və arxası ilə qaçsa da tuta bilməmişdir. İşdə olan 02 sentyabr 2023-cü il tarixli baxış və götürmə aparılması haqqında protokol, ona əlavə edilən CD ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 fərdi yaşayış evindəki “LG” markalı televizorun ekranında “TVT” videogörüntü aparatının yaddaşında olan həyətə quraşdırılmış kameraların görüntülərinə baxış keçirilərkən evin qarşı tərəfinə quraşdırılmış kameranın xx.xx.2023-cü il tarixdə saat 14:03-dən 14:04-dək olan görüntülərinə baxarkən bir şəxsin hasara çıxaraq kameranın ekranını yuxarı çevirdiyi müşahidə edildi, baxışda iştirak edən Zərərçəkmiş şəxs1 həmin şəxsin onlara təsərrüfat işlərində köməklik edən həmkəndlisi Əlislamın Bakı şəhərində yaşayan yeznəsi Vüsal adlı şəxsin olduğunu bildirdi. Bundan əlavə evin həyətində quraşdırılmış kameranın xx.xx.2023-cü il tarixdə saat 14:25-dən 14:28-dək olan görüntülərinə baxarkən orada bir şəxsin hasardan həyətə keçdiyi və sonra qaçdığı, sonra isə həyətdə olan Şahid4 həmin şəxsin ardınca qaçdığına dair görüntülər müşahidə edildi. Baxış zamanı Zərərçəkmiş şəxs1 görüntülərdəki tarix və saatın səhv olduğunu, həmin görüntülərin bir neçə saat əvvələ aid olduğunu qeyd etdi. Qeyd edilən 1 dəqiqə və 3 dəqiqədən ibarət görüntülər tərərimdən sonradan CD-yə köçürülməsi üçün “TVT” aparatına taxılan flaş karta köçürülərək götürülmüşdür. İşdə olan 02 avqust 2023-cü il tarixli baxış protokolundan görünür ki, “Trinx” markalı velosiped Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsi 14 ünvanında yerləşən “Gənclik Mall” ticarət mərkəzinin yaxınlığından oğurlanmışdır. İşdə olan 10 iyul 2023-cü il tarixli baxış protokolundan görünür ki, “SAFT” markalı velosiped Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsi 106 ünvanının qarşısından oğurlanmışdır. İşdə olan məhkəmə-əmtəəşünanslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 3-16- 16/2-9/4996/2023 saylı nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş velisopedin istifadə olunması nəzərə alınmaqla 2023-cü ilin aprel ayına olan orta bazar qiyməti təxminən 900 manat müəyyən edilir. İşdə olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 30 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-9/7559/2023 nömrəli rəyindən görünür ki, İNOİ 105 markalı mobil telefon 03 ədəd, hər birinin qiyməti 25 manat, cəmi: 75 manat, Samsunq Tab 3 markalı planşet 01 ədəd, qiyməti 80 manat, Kvadrat formasında 585 əyarlı, Türkiyə istehsallı, çəkisi 6.5 qram olan qadın boyunbağı 01 ədəd, qiyməti 552 manat, “Şanop” adlanan fumru formada 585 əyarlı, Türkiyə istehsallı, çəkisi 1.7 qram olan qadın boyunbağı 01 ədəd, qiyməti 144 manat, Nazik formada 583 əyarlı, Rusiya istehsallı, çəkisi 2.3 qram olan qadın boyunbağı 01 ədəd, qiyməti 195 manat olmaqla adları göstərilən 05 adda malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin sentyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1046,00 manat müəyyən edilmişdir. Ekspertizaya təqdim edilən 07 adda mallar haqqında ətraflı məlumat (əyarı, çəkisi, modeli və. s) olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin xx.xx.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 326.2, 177.3.2-ci maddələrinə əsasən 7 il müddətinə azadlıqdan məhrum etmə cəzası almış, cəzasının sonu ilə azad olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 177.3.2-ci maddəsinə əsasən 10 il müddətinə azadlıqdan məhrum edilmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə xx.xx.2007-ci il tarixli Qanuna əsasən əməli CM-nin 177.3.2-ci maddəsindən CM-nin 177.2.2, 177.2.3, 177.2.4cü maddələrinə tövsif edilib, cəza müddəti 05 ilə endirilib və xx.xx.2018-ci il tarixində azad olunub. Bundan başqa Təqsirləndirilən şəxs Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən 3 il 6 ay müddətinə, həmin Məhkəmənin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli 395-VİQR saylı qərarının 2.4-cü bəndi tətbiq edilərək xx.xx.2021-ci il tarixdə cəzadan azad edilmişdir. İşdə olan Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(001)-39/2019 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşdə olan Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(001)-26/2020 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşdə olan Ədliyyə Nazirliyi Penitensiar xidmətin 15 saylı cəzaçəkmə müəssisəsinin Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi ilə razılaşdırılmaqla və Ədliyyə Nazirliyi Penitensiar xidmət tərəfindən təsdiq edilməklə qəbul edilmiş 12 noyabr 2021-ci il tarixli Amnistiya aktının tətbiq edilməsi barədə Qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli 395-VİQR saylı qərarının 2.4-cü bəndi tətbiq edilərək təqsirləndirilən şəxs 12 noyabr 2021-ci il tarixdə cəza çəkməkdən azad edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxs1 Nadir oğluna məxsus evdən əşyaları götürərəkən Zərərçəkmiş şəxs2 görmədiyini, onu itələmədiyini, çantadan 2000 manat deyil, 150 AZN pul olduğunu göstərsə də, hazırki məhkəmə iclası zamanı özünü tam təqsirli bildiyini göstərmiş, eyni zamanda zərərçəkmiş və şahid ifadələri, habelə digər sübutlarla Təqsirləndirilən şəxs göstərdiklərinin özünümüdafiə xarakterli olması öz təsdiqini tapmışdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 180.2.2 və 180.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə olan halda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 180.2.2 və 180.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur və o, həmin maddərlə təqsirli bilinib cəzalandırılmalıdır. İttiham aktına əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması cəzasını ağırlaşdıran hal kimi qeyd olunsa da, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə ona təyin edilmiş 3 il 6 ay müddətinə müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli 395-VİQR saylı qərarının 2.4-cü bəndinə əsasən azad edildiyindən, Amnistiya aktının 7-ci bəndinə əsasən isə bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürüldüyündən təqsirləndirilən şəxs məhkumluğu olmayan hesab olunduğundan Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi müəyyən edilmir. Odur ki, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Bundan başqa, dövlət ittihamçısı məhkəmə çıxışı zamanı Təqsirləndirilən şəxs haqqında “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli 395-VİQR saylı qərarının 2.4-cü bəndinin Ədliyyə Nazirliyi Penitensiar xidmətin 15 saylı cəzaçəkmə müəssisəsi tərəfindən səhv tətbiq olunduğunu və belə olan halda təqsirləndirilən şəxs barəsində amnistiya aktının nəzərə alınmadan, cinayətinin residivinin cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilərək ağır cəza təyin edilməsini xahiş etmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Ədliyyə Nazirliyi Penitensiar xidmətin 15 saylı cəzaçəkmə müəssisəsi tərəfindən Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi ilə razılaşdırılmaqla və Ədliyyə Nazirliyi Penitensiar xidmət tərəfindən təsdiq edilməklə qəbul edilmiş 12 noyabr 2021-ci il tarixli Amnistiya aktının tətbiq edilməsi barədə Qərara əsasən barəsində “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli 395-VİQR saylı qərarının 2.4-cü bəndi tətbiq edilərək 12 noyabr 2021-ci il tarixdə cəza çəkməkdən azad edilmişdir.Ədliyyə Nazirliyi Penitensiar xidmətin 15 saylı cəzaçəkmə müəssisəsinin sözügedən qərarı hazırda qüvvədədir.Həmin qərar qanuni qüvvədə ola-ola onun hökm çıxarılarkən nəzərə alınmaması, əksinə təqsirləndirilən şəxsin ziyanına şərh edilərək barəsində cinayətinin residivinin cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilərək daha ağır cəza təyin edilməsi qanunsuz olduğundan məhkəmə dövlət ittihamçısının mövqeyini əsassız hesab edir. Təqsirləndirilən şəxs zərəçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs4 ilə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyandan ödəniş etməsini, himayəsində iki azyaşlı övladının olmasını məhkəmə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 66.1-66.2-ci maddələrinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun əvvəllər də eyni xarakterli cinayət əməlləri törətməsini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi hər bir maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzalarını orta həddə təyin etməyi məhkəmə qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 15 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Saatlı Rayon Məhkəməsinin 17 sentyabr 2023-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 15 sentyabr 2023-cü il tarixdən hesab edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalıdır. İşdə olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Ona görə də həmin xərc Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353 və 356-cı maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 180.2.2 və 180.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə iki il altı ay müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2 və 180.2.3-cü maddələri ilə üç il altı ay müddətə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq beş il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azadlıqdan məhrumetmə cəzasının çəkilməsinin əvvəli 15 sentyabr 2023-cü il tarixdən hesab edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “Stark” markalı “ZBL-SJB” modelli velisoped, 1 ədəd “KTS 1501” markalı musiqi aparatı, 1 cüt sırğa, 7 ədəd üzük, 2 ədəd “Kisonli” markalı səsgücləndiricinin sahiblərində saxlanılması nəzərə alınsın. İş üzrə 100(bir yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmdən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Əsli ilə düzdür Hakim: Mirlətif Sadıqov Azərbaycan Respublikası Saatlı Rayon Məhkəməsi Poçt indeksi 4900, Saatlı şəhəri Tel: (02128) 5-20-67 H.Aslanov küçəsi № 1 faks: (02128) 5-32-83 www. Elektron ünvan 1 № 1(055)-17/2024 20 iyun 2024-cü il Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Saatlı Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli 1(055)-17/2024 saylı hökmünün surəti Sizə göndərilir. Qoşma: «14» vərəqədə hökmün surəti. Hakim Mirlətif Sadıqov Azərbaycan Respublikası Saatlı Rayon Məhkəməsi Poçt indeksi 4900, Saatlı şəhəri Tel: (02128) 5-20-67 H.Aslanov küçəsi № 1 faks: (02128) 5-32-83 www. Elektron ünvan 1 № 1(055)-17/2024 20 iyun 2024-cü il Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin 3 saylı Şüvəlan İstintaq təcridxanasının rəisi cənab Cəlil Əliyevə Hörmətli Cəlil müəllim, Saatlı Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli 1(055)-17/2024 saylı hökmü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 180.2.2 və 180.2.3cü maddələri ilə Təqsirləndirilən şəxs təqdim edilməsi üçün Sizə göndərilir. Hökmün surəti məktuba əlavə edilmiş qəbzə imza etdirməklə Təqsirləndirilən şəxs təqdim edildikdən sonra həmin qəbzin məhkəməyə qaytarılmasını təmin etməyiniz xahiş olunur. Qoşma: «14» vərəqədə hökmün surəti və «01» ədəd məhkəmə qəbzi. Hörmətlə, Hakim Mirlətif Sadıqov
Məhkəmə qərarları › İş №1(055)-17/2024
Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-17/2024
20.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver