Məhkəmə qərarları › İş №1(055)-18/2023

Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-18/2023

11.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-18/2023 11.04.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi- Saatlı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxsin hüquqi varisi X2, Təqsirləndirilən şəxs iştirakı ilə saat 14:55-də xx xxxxxx 1969-cu il tarixdə Füzuli rayonu Horadiz kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Füzuli rayonu Horadiz kəndində qeydiyyatda olmaqla, Saatlı rayonu Əlisoltanlı kəndi ərazisində yerləşən qaçqın və köçkün şəhərciyi ev 63-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyənetdi: Təqsirləndirilən şəxs 22 dekabr 2022-ci il tarixdə saat 18:30 radələrində Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Saatlı şəhəri, H.Əliyev prospektindən keçən 59-cu kilometrliyində nəqliyyat vasitəsini idarə etmək hüququ olmaqla, özünə məxsus "VAZ 21065" markalı **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobili Saatlı rayonu Əlisoltanlı kəndi istiqamətindən Saatlı şəhəri istiqamətində idarə edərkən yol hərəkəti qaydalarını pozaraq "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, yəni “Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin surətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir” tələbinə zidd olaraq qarşıdan ona nisbətən yolu soldan sağa keçən piyadalar X7 və Zərərçəkmiş şəxs gördükdə avtomobili tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməyə texniki imkanı olduğu halda bu qaydalara əməl etməyərək yolun hərəkət hissəsində onları vurmaqla, nəticədə Zərərçəkmiş şəxs müştərək politravma, qapalı kəllə-beyin travması, sağ bazu sümüyünün, sağ qalça sümüyünün, sağ sirkə kasasının arxa divarının, sağ baldır sümüklərinin yuxarı 1/3-nin qapalı qəlpəli yerdəyişən sınıqları, hər iki tərəfdə qabırğaların sınıqları, travmatik, hemmoragik şok əmələ gəlməsi ilə nəticələnən həyat üçün təhlükəli olan ehtiyatsızlıqdan sağlamlığına ağır zərər vurmaya aid xəsarətlər almasına, X4 isə ənsə sağ gicgah nahiyəsinə hematoma (şişkinlik və dərialtı qansızma), sağ gicgah sümüyünün kəllə əsası sümüyünə keçən yerini dəyişməyən sınığı, sınıq proyeksiyasında baş beyinin sərt və yumşaq qişasında, qişaaltında qansızma, baş beyin toxumasına qansızma, sağ göz yuvası ətrafında hematoma, sol baldırın yuxarı 1/3-nin arxa səthində, sağ baldırın aşağı 1/3-nin arxa səthində qançırlar, burun belində sağda, sifətin sağ yarısında, sağ gözün bayır bucaq nahiyəsində, alın nahiyəsində ortada sıyrıqlar əmələ gəlməsi ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmaya aid xəsarətlər yetirilməklə ehtiyatsızlıqdan zərər çəkmiş X4 başın qapalı küt travması nəticəsində sağ gicgah sümüyünün kəllə əsası sümüyünə keçən yerini dəyişməyən sınığı nəticəsində baş beyin toxumasına qansızmasından ölümünə səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 22 dekabr 2022-ci il tarixdə özünə məxsus "VAZ 21065" markalı **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə trasla Saatlı rayon mərkəzinə tərəf gedərkən qaranlıq olduğu üçün zərər çəkmiş şəxsləri görməmiş və avtomobillə onları vurmuşdur. Qəzadan sonra avtomobil özü dayanmışdır. Həmin vaxt avtomobili təxminən 50 km/saat sürətlə idarə etmişdir. Həmin vaxt orada yerləşən şadlıq sarayında toy olduğu üçün ətrafda qarışıqlıq olmuş, axşam vaxtı olduğu üçün zərər çəkmiş şəxsləri görməmiş, onlar qəflətən avtomobilin qarşısına çıxmışlar. Zərər çəkmiş şəxsləri görmüş olsaydı, mütləq avtomobili dayandırardı. Qəzadan sonra ətrafa çoxlu adam yığışmış, zərər çəkmiş şəxsləri xəstəxanaya aparmışlar, o isə şok vəziyyətində olmuş və yerində dayanıb qalmışdır. Zərər çəkmiş Zərərçəkmiş şəxs müalicəsi və mərhum X4 dəfn və yas mərasiminə köməklik üçün qohumları arasında hissə-hissə pul yığaraq Zərərçəkmiş şəxs qardaşı Zaur adlı şəxsə 15700 manat pul vermişdir. Zərər çəkmiş şəxslə və zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə çalışmışdır, lakin onlar daha çox pul tələb etdikləri üçün barışıq olmamışdır. Hazırda etdiyi əməldən peşmançılıq çəkir və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Məhkəmədən ona köməklik olunmasını xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli, onun özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspert rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxsin hüquqi varisi X5 ifadəsində göstərdi ki, mərhum X7 onun qızı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs isə onun arvadıdır. 22 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs arvadı Gülxara və qızı Nurayı Saatlı şəhərində “Səma” şadlıq sarayının qarşısında avtomobil ilə vurmuşdur. Hadisə nəticəsində qızı Nuray ölmüş, arvadı Gülxara isə ağır xəsarətlər almışdır. O, hadisə baş verən zaman orada olmamış, lakin hadisə baş verən yerdə olmuş şəxslərin dediklərinə görə Təqsirləndirilən şəxs yüksək sürətlə avtomobili idarə etmiş, Gülxara və Nuray sürücüyə əlləri ilə xəbərdarlıq etmələrinə baxmayaraq, o avtomobili saxlamamışdır. Təqsirləndirilən şəxs 15700 manat məbləğində maddi yardım etsə də, Zərərçəkmiş şəxs hələ də xəstəxanada müalicə alır və həmin pul onun müalicəsi üçün kifayət etməmiş, təqsirləndirilən şəxslə aralarında barışıq olmamışdır. Təqsirləndirilən şəxs ümumilikdə 60000 manat verərsə, barışıq ola bilər. Təqsirləndirilən şəxs ağır cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqında iştirak etməyən iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istinaq zamanı vermiş olduğu və məhkəmədə elan edilmiş ifadəsindən görünür ki, 22 dekabr 2022-ci il tarixdə həmkəndlisi Şahid2 avtomobili ilə Bakı şəhərindən Saatlı rayonuna qayıtmışlar, Saatlı rayonuna çatdıqda “Araz” marketin qarşısında olarkən Nuray kiçik bacısına hədiyyə almaq istədiyi üçün marketə getmək istəmişlər, Şahid2 marketin qarşısında çox avtomobil dayandığı üçün idarə etdiyi avtomobili yolun digər tərəfində saxlamış, onlar da piyada keçidi ilə keçib marketə getmək üçün piyada keçidinə çıxmışlar, bu zaman "VAZ 21065" markalı avtomobil sürətlə piyada keçidinə yaxınlaşaraq onları vurmuşdur. Hadisə nəticəsində o huşunu itirmiş və olanlardan xəbəri olmamışdır. Sonradan qızı Nurayın öldüyünü bilmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmədə iştirak etməsə də, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsi ilə də təsdiq olunduğundan məhkəmə onun ifadəsini iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Saatlı Rayon Polis Şöbəsinin Dövlət yol polis bölməsinin yol patrul xidməti inspektoru vəzifəsində işləyən, polis baş serjantı Şahid3 ifadəsində göstərdi ki, 22 dekabr 2022-ci il tarixdə təxminən saat 18:41 radələrində Saatlı şəhəri, H.Əliyev prospektində xidmətdə olarkən “Səma” şadlıq sarayının qarşısında bir avtomobilin piyadaları vurduğu ilə bağlı məlumat almış və hadisə yerinə getmişdir. Baş vermiş hadisəni görməmişdir. O, həmin yerdə olarkən avtomobili ilə piyadaları vuran sürücü orada olmuş, o, sürücüyə yaxınlaşmış, həmin vaxt sürücü normal davranmış, onun sərxoş olması ilə bağlı şübhə yaranmamışdır. Daha sonra həmin yerə digər polis əməkdaşları gəlmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 22 dekabr 2022-ci il tarixdə əvvəldən tanıdığı həmkəndliləri Zərərçəkmiş şəxs və X6 Bakı şəhərindən Saatlı rayonuna gətirmiş, Saatlı rayonuna çatdıqda Gülxara “Səma” şadlıq sarayının yanındakı “Araz” marketə getmək istədiklərini bildirmiş, həmin vaxt şadlıq sarayında toy olduğundan marketin qarşısında çox avtomobil dayandığı üçün orada saxlaya bilməyəcəyini demiş, onlar da piyada keçidindən gedəcəklərini dedikləri üçün onları yolun digər tərəfində avtomobildən düşürdüb piyada keçidini göstərib avtomobili söndürmək üçün geri qayıtmış, həmin vaxt səs eşitmiş və bundan sonra bir avtomobilin Gülxara və Nurayı piyada keçidində olarkən vurduğunu bilmişdir. O, həmin vaxt şok vəziyyətində olmuşdur. Hadisəni görməmişdir. Həmin vaxt hava qaranlıq, lakin piyada keçidi işıqlandırılmış vəziyyətdə olmuşdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 22 dekabr 2022-ci il tarixli protokoldan və hadisə yerinin sxemindən görünür ki, yol-nəqliyyat hadisəsi Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun Saatlı şəhəri, H.Əliyev prospektindən keçən hissəsində piyadalar Zərərçəkmiş şəxs və X7 yolun hərəkət hissəsinin sol kənarından sağ kənarındakı “Araz supermarketi” istiqamətində hərəkətdə olarkən baş vermişdir. Piyadaların vurulduğu yer hərəkət hissəsinin sağ tərəfində, “VAZ 21065” markalı avtomobilin hərəkət etdiyi zolaqda olmuş, piyadaların vurulduğu yerdən “VAZ 21065” markalı avtomobilə qədər məsafə 9,5 metr, sağ kənardakı elektrik dirəyinə qədər məsafə 7,4 metr, sağ kənardakı sarı xəttə qədər məsafə 3,9 metr, yolun ortasından ağ xəttə qədər məsafə 2,4 metr, yolun sol kənarındakı “Horadiz” löhvəsinə qədər məsafə 10,2 metr, oradan elektrik dirəyinə qədər məsafə 12,1 metrdir. “VAZ 21065” markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi və alın şüsəsi əzilərək deformasiyaya uğramış vəziyyətdə yolun sağ kənarında təkərləri üzərində müşahidə edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA Birliyi” X12 22 dekabr 2022-ci il tarixli 32 saylı rəyindən görünür ki, 2013-cü il təvəllüdlü X4 meyitinin məhkəmə-tibbi ekspertizasına əsasən müayinə zamanı aşkar edilmiş xəsarətlər- sağ gicgah nahiyəsində hematoma (şişkinlik və dərialtı qansızma), sağ gicgah sümüyünün kəllə əsası sümüyünə keçən yerini dəyişməyən sınığı, sınıq proyeksiyasında baş beyinin sərt və yumşaq qişasında, qişaaltında qansızma, baş beyin toxumasına qansızma, sağ göz yuvası ətrafında hematoma, sol baldırın yuxarı 1/3nin arxa səthində, sağ baldırın aşağı 1/3-nin arxa səthində qançırlar, burun belində sağda, sifətin sağ yarısında, sağ gözün bayır bucaq nahiyəsində, alın nahiyəsində ortada sıyrıqlar həyatidirlər, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma əlamətlərinə aiddirlər. Xəsarətlər qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni 22 dekabr 2022-ci il tarixdə avtomobil travması- piyadanın hərəkətdə olan minik avtomobili ilə vurulması nəticəsində əmələ gələ bilərdi. X4 ölümünün müddəti 22 dekabr 2022-ci il tarixə uyğun gəlir və onun ölümünə səbəb başın qapalı küt travması nəticəsində sağ gicgah sümüyünün kəllə əsası sümüyünə keçən yerini dəyişməyən sınığı və baş beyin toxumasına qansızma olmuşdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA Birliyi” X12 Sabirabad rayon şöbəsinin 17 yanvar 2023-cü il tarixli 12 saylı rəyindən görünür ki, 1991-ci il təvəllüdlü Zərərçəkmiş şəxs 22 dekabr 2022-ci il tarixdən 28 dekabr 2022-ci il tarixə kimi KTM-də “Müştərək politravma. Qapalı kəllə beyin travması. Sağ bazu sümüyünün, sağ qalça sümüyünün, sağ sirkə kasasının arxa divarının. Sağ baldır sümüklərinin yuxarı 1/3-nin qapalı qəlpəli yerdəyişən sınıqları, hər iki tərəfdə qabırğaların sınıqları. Travmatik, hemmoragik şok-İİİ dərəcə” diaqnozu ilə, 28 dekabr 2022-ci il tarixdən 09 yanvar 2023-cü il tarixə kimi ATU TCK-də isə “sağ bazu sümüyünün proksimal hissəsinin sınığı, sağ baldır sümüklərinin proksimal hissəsinin sınığı, sağ asetabulum sınığı” diaqnozu ilə stasionar müalicədə olmuşdur. Müayinə zamanı aşkar edilmiş xəsarətlər- müştərək politravma, qapalı kəllə beyin travması, sağ bazu sümüyünün, sağ qalça sümüyünün, sağ sirkə kasasının arxa divarının, sağ baldır sümüklərinin yuxarı 1/3-nin qapalı qəlpəli yerdəyişən sınıqları, hər iki tərəfdə qabırğaların sınıqları, travmatik, hemmoragik şok-İİİ dərəcə küt əşyanın/əşyaların təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri 22 dekabr 2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Xəsarətlər ilk məlumatda göstərilən şəraitdə əmələ gələ bilərdi. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 mart 2023-cü il tarixli 8/430 saylı rəyindən görünür ki, istintaq tərəfindən verilən məlumatlara əsasən: “VAZ-21065” markalı, ** KE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş AA seriyalı 277780 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Füzuli rayonunda doğulmuş, lakin daimi yaşayış yerini tərk edərək Saatlı rayonunda məskunlaşmışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X1 haqqında arayışının surətindən görünür ki, Təqsirləndirilən şəxs əlildir və əlilliyinə görə 327,21 manat pensiya alır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 05 mart 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini şərh olunan qaydada törədərək 22 dekabr 2022-ci il tarixdə saat 18:30 radələrində Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Saatlı şəhəri, H.Əliyev prospektindən keçən 59-cu kilometrliyində nəqliyyat vasitəsini idarə etmək hüququ olmaqla, özünə məxsus "VAZ 21065" markalı **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobili Saatlı rayonu Əlisoltanlı kəndi istiqamətindən Saatlı şəhəri istiqamətində idarə edərkən yol hərəkəti qaydalarını pozaraq "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, yəni “Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin surətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir” tələbinə zidd olaraq qarşıdan ona nisbətən yolu soldan sağa keçən piyadalar X7 və Zərərçəkmiş şəxs gördükdə avtomobili tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməyə texniki imkanı olduğu halda bu qaydalara əməl etməyərək yolun hərəkət hissəsində onları vurmaqla, nəticədə Zərərçəkmiş şəxs müştərək politravma, qapalı kəlləbeyin travması, sağ bazu sümüyünün, sağ qalça sümüyünün, sağ sirkə kasasının arxa divarının, sağ baldır sümüklərinin yuxarı 1/3-nin qapalı qəlpəli yerdəyişən sınıqları, hər iki tərəfdə qabırğaların sınıqları, travmatik, hemmoragik şok əmələ gəlməsi ilə nəticələnən həyat üçün təhlükəli olan ehtiyatsızlıqdan sağlamlığına ağır zərər vurmaya aid xəsarətlər almasına, X4 isə ənsə sağ gicgah nahiyəsinə hematoma (şişkinlik və dərialtı qansızma), sağ gicgah sümüyünün kəllə əsası sümüyünə keçən yerini dəyişməyən sınığı, sınıq proyeksiyasında baş beyinin sərt və yumşaq qişasında, qişaaltında qansızma, baş beyin toxumasına qansızma, sağ göz yuvası ətrafında hematoma, sol baldırın yuxarı 1/3-nin arxa səthində, sağ baldırın aşağı 1/3-nin arxa səthində qançırlar, burun belində sağda, sifətin sağ yarısında, sağ gözün bayır bucaq nahiyəsində, alın nahiyəsində ortada sıyrıqlar əmələ gəlməsi ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmaya aid xəsarətlər yetirilməklə ehtiyatsızlıqdan zərər çəkmiş X4 başın qapalı küt travması nəticəsində sağ gicgah sümüyünün kəllə əsası sümüyünə keçən yerini dəyişməyən sınığı nəticəsində baş beyin toxumasına qansızmasından ölümünə səbəb olması məhkəmə istintaqında tam sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs məcburi köçkün və əlil olmasını, hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını orta həddə təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkməlidir. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan “VAZ 21065” markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Təqsirləndirilən şəxs qaytarılmalıdır. İşdə olan 03 mart 2023-cü il tarixli 8/430 saylı ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 85 manat təşkil edir. Ona görə də həmin xərc Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək iki il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə dörd il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəksin. Cəza çəkməsinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan “VAZ 21065” markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə 85 (səksən beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmün icrası Saatlı Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar