Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 1(055)-19/2023 23.10.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə, 23 oktyabr 2023-cü il Saatlı şəhəri X5 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət təqibinin başlanması barədə X2 xüsusi ittiham qaydasında şikayətinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyənetdi: X6 xüsusi ittiham qaydasında şikayətlə Saatlı Rayon Məhkəməsinə müraciət edərək X5 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət təqibi başlanılaraq cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Saatlı Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli 1(055)-19/2023 saylı qərarı ilə X5 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət təqibinin başlanması barədə X2 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 1(106)-393/2023 saylı qərarı ilə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 Saatlı Rayon Məhkəməsinin şikayətin icraata qəbul edilməsindən imtinaya dair 17 aprel 2023-cü il tarixli 1(055)- 19/2023 saylı qərarından verdiyi apellyasiya şikayəti təmin edilərək 17 aprel 2023-cü il tarixli qərar ləğv edilmiş və xüsusi ittiham qaydasında şikayəti üzrə icraat materialları Saatlı Rayon Məhkəməsinə məhkəmənin hazırlıq iclasının keçirilməsi mərhələsinə qaytarılmışdır. Saatlı Rayon Məhkəməsinin 02 avqust 2023-cü il tarixli 1(055)-19/2023 saylı qərarı ilə X5 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət təqibinin başlanması barədə X2 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli, 1(106)-666/2023 saylı qərarı ilə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 Saatlı Rayon Məhkəməsinin şikayətin icraata qəbul edilməsindən imtinaya dair 02 avqust 2023-cü il tarixli 1(055)-19/2023 saylı qərarından verdiyi apellyasiya şikayəti təmin edilərək qərar ləğv edilmiş və xüsusi ittiham qaydasında şikayəti üzrə icraat materialları Saatlı Rayon Məhkəməsinə məhkəmənin hazırlıq iclasının keçirilməsi mərhələsinə qaytarılmışdır. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 şikayətini onunla əsaslandırmışdır ki, X7 onun sədri olduğu “X4” İctimai Birliyinin hazırki sədr müavinidir. Asim Əliyevi həmin təşkilatda olarkən tanımış, onunla heç bir ədavəti olmamışdır. X10 həmin təşkilatın və onun nüfuzuna xələl gətirmiş, “Facebook” sosial şəbəkəsində bir qrup şəxslə təşkil etdiyi profil vasitəsi ilə onun barəsində yalan məlumatlar yaymış, bundan sonra həmin şəxslərlə və Asimlə aralarında barışıq olmuş və həmin profil silinmiş, X10 qanunsuz hərəkətlərinə davam etmiş və “Facebook”, “You Tube” sosial şəbəkələrində onun barəsində şərəf və ləyaqətini alçaldan, böhtan dolu məlumatlar yaymışdır. Həmçinin o, “X4” İctimai Birliyinin tərkibində fəaliyyət göstərən “Dövlət TV” vasitəsi ilə də çıxışlar edərək onun barəsində şəxsiyyətini alçaldan və həqiqətə uyğun olmayan məlumatlar yaymışdır. Bundan başqa, Asim Əliyev başqa sosial platformalarda da onun barəsində şərəf və ləyaqəti ləkələyən ifadələr işlətmiş və hazırda da belə əməllərini davam etdirir. Asim Əliyev “X4” İctimai Birliyinin üzvlərinə onun barəsində böhtan xarakterli məlumatlar çatdırmaqda da davam edir. Ona görə də X5 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət təqibi başlanılaraq cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X7 məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb belə hesab edir ki, X5 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət təqibinin başlanması barədə X2 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 302.1.8cimaddəsinə görə şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. İş materiallarından göründüyü kimi, X5 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət təqibinin başlanması barədə X2 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə hazırlıq iclası əvvəlcə xx.xx.2023-cü il tarixə, saat 12:45-ə təyin edilmiş və bu barədə X3 məlumat verilmiş, lakin sonuncu heç bir üzürlü səbəb olmadan məhkəmənin hazırlıq iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.Ona görə də məhkəmə hazırlıq iclası xx.xx.2023-cü il tarixə, saat 14:30-a təxirə salınmış və bu barədə X3 məlumat verilsə də, sonuncu heç bir üzrlü səbəb olmadan məhkəmənin hazırlıq iclasına təkrarən gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.Bundan sonra məhkəmənin hazırlıq iclası xx.xx.2023-cü il tarixə, saat 16:30-a təxirə salınmış və bu barədə X3 məlumat verilsə də, sonuncu yenə də heç bir üzrlü səbəb olmadan məhkəmənin hazırlıq iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Göründüyü kimi, X6 məhkəmə hazırlıq iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişi, sms bildiriş və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə xəbərdar edilsə də, məhkəmənin hazırlıq iclaslarına üzrlü səbəb olmadan təkrarən gəlməmişdir. Ona görə də şərh olunanlara əsasən məhkəmə hesab edir ki, X5 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət təqibinin başlanması barədə X2 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300, 302, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qəraraaldı: X5 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət təqibinin başlanması barədə X2 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu vaxtdan 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(055)-19/2023
Saatlı Rayon Məhkəməsi Qərar — İş №1(055)-19/2023
23.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver