Məhkəmə qərarları › İş №1(055)-19/2024

Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-19/2024

16.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-19/2024 16.04.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə saat 11:55-də xx xxxx 1964-cü il tarixdə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq 0,222 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə etmiş və saxlamış, 04 yanvar 2024-cü il tarixdə isə həmin psixotrop maddəni Saatlı rayonu Bəylik kəndi ərazisində yerləşən “Görüş” restoranının qarşısına satış məqsədi ilə qanunsuz olaraq daşıyıb orada saat 16:25 radələrində 55 manat pulun müqabilində həmin bir ədəd bükümdəki 0,222 qram təmiz çəkidə psixotrop maddəni əməliyyat tədbirinin iştirakçısı X10 qanunsuz olaraq satmış, yəni satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni əldə etmiş, saxlamış, daşımış və qanunsuz olaraq psixotrop maddəni satmışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, iki ildən çoxdur ki, şərti alıcı Rəmal Əliyevi tanıyır. Rəmal Əliyevlə birlikdə narkotik istifadə etmişlər. 04 yanvar 2024-cü il tarixindən təxminən bir ay yarım əvvəl Rəmal ona zəng edərək metamfetamin istəmişdir. Daha sonra 04 yanvar 2024-cü il tarixdə Rəmal ona zəng edərək yanında adam olduğunu, həmin adamın ayağında qandal olduğu üçün Sabirabad rayonu ərazisinə gedə bilmədiyini və “Görüş” kafesində olduqlarını bildirmiş, onun kartına pul atmaları müqabilində metamfetamin alaraq onların yanına getməsini və orada birlikdə istifadə etmələrini demişdir. O da Rəmalın dedikləri ilə razılaşmışdır. Həmin vaxt saat 11 olmuş, lakin o malı tapdıqda saat 4 olmuşdur. O, malı tapdıqdan sonra Rəmalgilin yanına gemiş, 1 qramın 1/3-i qədər malı 55 manat pulun müqabilində Rəmala vermişdir. Daha sonra polis əməkdaşları gəlmişlər. Onun Rəmala verdiyi metamfetamin özündə olan və saxladığı psixotrop maddə olmuşdur. Törətdiyi əmələ görə peşmandır və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Saatlı Rayon Polis Şöbəsinin Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərdi ki, Saatlı rayon sakini X3 rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitə satması barədə polis şöbəsinə ərizə ilə müraciət etmiş və Təqsirləndirilən şəxs yaxalanmasında onlara köməklik etmək istədiyini bildirmişdir. X13 Təqsirləndirilən şəxs arasında telefon danışığı olmuş, daha sonra onlar “Görüş” adlı kafedə görüşmüşlər və onlar arasında psixotrop maddənin alqı-satqısı olmuşdur. Onlar Təqsirləndirilən şəxs və Rəmal Əliyevi polis şöbəsinə gətirmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Saatlı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili X6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin alqı-satqısı ilə məşğul olması barədə polis şöbəsinə əməliyyat məlumatı daxil olmuş və Saatlı Rayon Polis Şöbəsinin Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 rəhbərliyi ilə əməliyyat tədbiri keçirilmiş, X13 Təqsirləndirilən şəxs arasında telefon danışığı olmuş və Təqsirləndirilən şəxs kart hesabına pul köçürülmüş, daha sonra X16 Fərəcov “Görüş” adlı kafedə görüşmüşlər və onlar arasında psixotrop maddənin alqı-satqısı olmuşdur. Sonra isə onlar Təqsirləndirilən şəxs və Rəmal Əliyevi polis şöbəsinə dəvət etmişlər. İşdə olan və məhkəmə istintaqında elan edilmiş X7 Saatlı Rayon Polis Şöbəsinə təqdim etdiyi 04 yanvar 2024-cü il tarixli ərizədən görünür ki, o, Sabirabad rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olduğunu və onun cinayət əməlinin ifşa olunması üçün polis əməkdaşlarına könüllü kömək etmək istədiyini bildirmiş və ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 04 yanvar 2024-cü il tarixli "Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədi ilə şərti alıcı qismində iştirak etmək üçün müraciət etmiş X7 üzərində şəxsi axtarış aparılması və bu məqsədlə ona əməliyyat tədbirində istifadə ediləcək pul əskinaslarının verilməsi barədə protokol" və ona əlavə edilən fotoşəkillərdən görünür ki, narkotik vasitələrin satışı ilə məşğul olması ehtimal olunan Sabirabad şəhəri, H.Həmidov küçəsi, dalan 7, ev 12 A ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə almaq məqsədi ilə Saatlı Rayon Polis Şöbəsinin Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən şəxsi vəsaiti hesabına şərti alıcı X10 əvvəlcədən nömrələri qeyd edilməklə 2 ədəd 20 manatlıq A08835608, A42882045, 1 ədəd 10 manatlıq A55912173 və 1 ədəd 5 manatlıq A36216794 nömrəli pul əskinasları verilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş şübhəli şəxsin tutulması haqqında 04 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 yanvar 2024-cü il tarixdə saat 16:25 radələrində Saatlı rayonu Bəylik kəndi ərazisində yerləşən “Görüş” restoranının qarşısında narkotik vasitəni əməliyyat tədbirinin iştirakçısına satarkən polis əməkdaşları tərəfindən saxlanılmış, həmin vaxtdan azadlığı məhdudlaşdırılmışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 04 yanvar 2024-cü il tarixli "Şəxsi axtarış, baxış və götürmə aparılması barədə” protokol və ona əlavə olan fotoşəkillərdən görünür ki, polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri nəticəsində şərti alıcı X12 və Təqsirləndirilən şəxs Saatlı RPŞ-yə gətirilmiş, orada şərti alıcı X12 əynindəki şalvarın sağ cibindən bir ədəd kağız bükümü çıxarıb təqdim edərək həmin bükümün içərisində el arasında “patı” adlanan narkotik olduğunu və həmin narkotiki polis əməkdaşları tərəfindən kserosurətləri çıxarılaraq ona verilmiş pul müqabilində Təqsirləndirilən şəxs aldığını, 45 manat pulu Saatlı şəhəri, H.Əliyev prospektində yerləşən "xxxx"ın qarşısındakı bankomatdan Təqsirləndirilən şəxs ona verdiyi kart hesabına göndərdiyini, qalan 10 manat pulu isə özünə verdiyini qeyd etmişdir. Rəmal Əliyevin könüllü təqdim etdiyi 1 ədəd büküm onun özünün, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Vüsal Abbasovun və şəxsi axtarışda iştirak edən polis əməkdaşlarının yanında açılarkən içərisində psixotrop maddə olan metamfetaminə oxşar kütlə olduğu müəyyən olunmuş, bundan sonra Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ cibindən 1 ədəd 10 manatlıq pul əskinası aşkar edilmiş, həmin 1 ədəd 10 manatlıq pul əskinasları əvvəlcədən kserosurətləri çıxarılaraq Təqsirləndirilən şəxs narkotik vasitə almaq üçün Rəmal Əliyevə verilmiş pul əskinasları ilə eyniləşdirilərkən 1 ədəd 10 manatlıq A55912173 nömrəli pul əskinası ilə eyni olduğu müəyyən olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs Rəmal Əliyevin göstərdiklərini təsdiq edərək Rəmal Əlyevin könüllü təqdim etdiyi “patı”nı ona özünün 55 manata satdığını, 45 manatı onun kart hesabına göndərdiyini, 10 manatı isə özünə verdiyini, üstündən aşkar olunmuş 10 manatlıq pul əskinasının Rəmal Əliyevin verdiyi əskinas olduğunu bildirmişdir. Daha sonra Rəmal Əliyevin könüllü təqdim etdiyi 1 ədəd kağız bükümdəki psixotrop maddə olan metamfetaminə oxşar kütlə 1 ədəd zərfdə qaplaşdırılaraq məhkəmə-bioloji ekspertizaya göndərilməsindən ötrü götürülmüş, Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 1 ədəd A55912173 nömrəli 10 manatlıq pul əskinası və Təqsirləndirilən şəxs adına olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus **********308125 nömrəli plastik kart ayrı-ayrılıqda 1 ədəd zərfdə qablaşdırılaraq götürülmüşdür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X9 bölməsinin 05 yanvar 2024-cü il tarixli 18/07 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...X1 təqdim etdiyi...” sözləri və imzalar olan kağız paketdə 1 ədəd bükümdə təmiz çəkisi - 0,222 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 05 yanvar 2024-cü il tarixli şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs istintaqda verdiyi ifadəsində göstərdiklərini bir daha təsdiq etdikdən sonra ona psixotrop maddə olan metamfetamini X10 harada satdığını və ona məxsus plastik karta göndərilmiş pulu haradan çıxartdığını göstərməsi təklif olunmuş, Təqsirləndirilən şəxs müdafiəçisi X11 ilə Saatlı RPŞ-nin inzibati binasından konvoy xidmətinin müşayiəti ilə çıxaraq Saatlı rayonu Bəylik kəndinə gedərək “Görüş” restoranının qarşısını göstərərək orada X10 psixotrop maddə olan metamfetamini satdığını bildirmiş, Təqsirləndirilən şəxs qeyd etdiyi yerin Saatlı rayonu Bəylik kəndində yerləşən “Görüş” restoranının qarşısı olduğu və Saatlı rayonu ərazisində metamfetamini X2 müəyyən edilmişdir. Daha sonra o, Sabirabad şəhərinə gedərək H.Əliyev prospektində yerləşən "xxxx"ın bankomatını göstərərək oradan Rəmal Əliyevin göndərdiyi pulu özünə məxsus plastik kartdan çıxartdığını bildirmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Saatlı Rayon Məhkəməsinin 06 yanvar 2024-cü il tarixli 4(055)-2/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 04 yanvar 2024-cü il tarixdən saat 16:25 dəqiqədən hesablanmaqla bir ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş əlilliyi olan şəxs barədə axtarış məlumatından görünür ki, Təqsirləndirilən şəxs sol bazu kəlləsinin posttravmatik pleksopatiyasının davamlı qalıqları, yuxarı ətrafların monoplegiyası, sol yuxarı ətrafın iflici, güclü trofiki və hissi pozğunluqlarının davamlı qalıqları diaqnozu qoyulmuş və İİİ dərəcə əlilliyi müəyyən edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və Sabirabad Rayon Məhkəməsinin 17 iyul 2017ci il tarixli 1(056)-68/2017 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs bir neçə dəfə məhkumluğu olmuş, sonuncu dəfə Sabirabad Rayon Məhkəməsinin 17 iyul 2017-ci il tarixli 1(056)-68/2017 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək bir il səkkiz ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nizami Rayon Məhkəməsinin qərarı ilə çəkilməmiş qalan bir ay on altı gün müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməsindən vaxtından əvvəl şərti azad edilmişdir. Məhkumluğu ödənilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Təqsirləndirilən şəxs pensiya, müavinət və təqaüd alıb-almaması barədə məktubdan görünür ki, Sabirabad şəhəri, H.Həmidov küçəsi, dalan 7, ev 12 A ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X20 Şəxsin Mil-Muğan regional filialından İİİ dərəcə əlilliyə görə 23 yanvar 2020-ci il tarixdən 31 yanvar 2025-ci il tarixədək sosial müavinət təyin edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Saatlı Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli 4(055)-7/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılmasından imtina edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Saatlı Rayon Polis Şöbəsinin 31 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 fevral 2024-cü il tarixli 4(106)-12/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılmasından imtina edilməsi barədə Saatlı Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli 4(055)- 7/2024 saylı qərarı ləğv edilərək Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 04 aprel 2024-cü il tarixədək uzadılmış, uzatmanın əvvəli 09 fevral 2024-cü il tarixdən hesablanmışdır. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini şərh olunan qaydada törədərək istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq 0,222 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə etməsi və saxlaması, 04 yanvar 2024-cü il tarixdə isə həmin psixotrop maddəni Saatlı rayonu Bəylik kəndi ərazisində yerləşən “Görüş” restoranının qarşısına satış məqsədi ilə qanunsuz olaraq daşıyıb orada saat 16:25 radələrində 55 manat pulun müqabilində həmin bir ədəd bükümdəki 0,222 qram təmiz çəkidə psixotrop maddəni əməliyyat tədbirinin iştirakçısı X10 qanunsuz olaraq satması, yəni satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni əldə etməsi, saxlaması, daşıması və qanunsuz olaraq psixotrop maddəni satması məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini və əlil olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını aşağı həddə təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X17 Şəxsin 27 yanvar 2024-cü il tarixli 496 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİİ dərəcə əlil olması ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ona görə də Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 04 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Saatlı Rayon Məhkəməsinin 06 yanvar 2024-cü il tarixli 4(055)-2/2024 saylı qərarı ilə onun barəsində əvvəli 04 yanvar 2024-cü il tarixdən hesablanmaqla bir ay müddətə həbs qətimkan tədbiri seçilmiş, Saatlı Rayon Məhkməsinin 31 yanvar 2024-cü il tarixli 4(055)-7/2024 saylı qərarı ilə isə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılmasından imtina olunmuş, Saatlı Rayon Polis Şöbəsinin 31 yanvar 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri tətbiq edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 fevral 2024-cü il tarixli 4(106)-12/2024 saylı qərarı ilə Saatlı Rayon Məhkməsinin 31 yanvar 2024-cü il tarixli 4(055)-7/2024 saylı qərarı ləğv edilərək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 04 aprel 2024cü il tarixədək uzadılmış, uzatmanın əvvəli 09 fevral 2024-cü il tarixdən hesablanmış və məhkəmə hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələblərinə görə Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı iyirmi səkkiz gün ona təyin olunacaq cəzadan çıxılmalı, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 09 fevral 2024-cü il tarixdən hesab edilməlidir. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan xalis çəkisi 0,172 qram psixotrop maddə olan metamfetamin məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd 10 manatlıq A55912173 nömrəli pul əskinasının cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 05 yanvar 2024-cü il tarixli 18/07 saylı ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 31 manat 95 qəpik təşkil edir. Ona görə də həmin xərc Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia, maddi ziyan və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib üç il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 yanvar 2024-cü il tarixdən 31 yanvar 2024-cü il tarixədək iyirmi səkkiz gün həbsdə saxlanılması ona təyin olunmuş üç il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq üç il beş ay iki gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 09 fevral 2024-cü il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan xalis çəkisi 0,172 qram psixotrop maddə olan metamfetamin məhv edilsin. İş üzrə 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmdən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar