Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-19/2025 04.06.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi, Saatlı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1978-ci ildə Saatlı rayon Sarıcalar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, təqaüdçü, Saatlı rayon Sarıcalar kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyinin PX-in 3 saylı istintaq təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda, ümumi təmiz çəkisi 96,56 qram narkotik vasitə olan qurudulmuş marixuananı əldə etmiş, saxlamış və daşımış, xx.xx.2024-cü il tarixdə saat 9 radələrində həmin narkotik vasitədən 1 ədəd bükümdə 0,39 qramını Saatlı rayonu Sarıcalar kəndindəki “Komfort” şadlıq sarayının qarşısına qanunsuz olaraq satış məqsədilə daşıyıb, orada 5 manat pulun müqabilində tanışı Şahid1 qanunsuz olaraq satmış, xx.xx.2024-cü il tarixdə Saatlı rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı Saatlı rayon Sarıcalar kəndində yerləşən fərdi yaşayış evində həmin gün saat 12:35-dən 13:15-dək baxış keçirilən zaman həyətindəki yardımçı tikilinin içərisinə qoyulmuş divanın alt hissəsindən göy polietilen torbanın içərisində iki ədəd şəffaf rəngli polietilen torbalarda ayrı ayrılıqda təmiz çəkiləri 4,03qram və 80,0qram, həmin yardımçı tikilinin divarından asılmış vəziyyətdə olan qəhvəyi rəngli gödəkcənin sağ yan cibindən 43 ədəd gümüşü rəngli siqaret kağızlarının içərisindən ayrı-ayrılıqda təmiz çəkiləri 0,35 qram, 0,31 qram, 0,30 qram, 0,25 qram, 0,28 qram, 0,29 qram, 0,24 qram, 0,26 qram, 0,25 qram, 0,36 qram, 0,31 qram, 0,29 qram, 0,33 qram, 0,30 qram, 0,26 qram, 0,21 qram, 0,29 qram, 0,24 qram, 0,36 qram, 0,26 qram, 0,24 qram, 0,33 qram, 0,21 qram, 0,23 qram, 0,25 qram, 0,28 qram, 0,36 qram, 0,24 qram, 0,21 qram, 0,32 qram, 0,23 qram, 0,34 qram, 0,27 qram, 0,23 qram, 0,28 qram, 0,33 qram, 0,23 qram, 0,21 qram, 0,38 qram, 0,38 qram, 0,30 qram, 0,28 qram, 0,27 qram olmaqla ümumi təmiz çəkisi 96,17 qram təşkil edən orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eynilik təşkil edən, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüş, yəni satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımış, qanunsuz olaraq narkotik vasitə satmışdır. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, özü mütəmadi olaraq demək olar gündəlik narkotik vasitə olan “nəşə” istifadə edir. O, təxminən 2024-cü ilin iyun-iyul aylarında özü istifadə etmək üçün yaşadığı evin həyətində yerləşən üstü açıq yarımtikilinin içərisində 4 ədəd plastik dibçəklərdə narkotik tərkibli çətənə bitkilərinin toxumlarını əkmişdir. Həmin bitkilərdən 2 ədəd əmələ gəlməyib məhv olmuş, 2 ədədi isə inkişaf etmişdir. 2024-cü ilin oktyabr ayının əvvəllərində həmin bitkilərin yarpaqlarından yığıb yarımtikilinin içərisində qurutmuş və quruduqdan sonra sellofan torbalara yıxıb evin həyətində yerləşən əl damı kimi istifadə olunan yardımçı tikilidə saxlamışdır. Bundan sonra mütəmadi olaraq həmin narkotik vasitədən istifadə edirmişdir. xx.xx.2024-cü il tarixdə saat təxminən 12:30 radələrində yaşadığı evin qarşısında oturmuş, bu zaman bir neçə avtomobil yaxınlaşmış və içərisindən bir neçə nəfər mülki və polis geyimində olan polis əməkdaşları düşərək ona yaxınlaşmışlar və özlərini təqdim edərək yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkilərini əkib becərməkdə şübhəli olduğunu bildirərək yaşadığı evin həyətinə baxış keçirilməli olduqlarını bildirmişlər. O, da baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirərək bu barədə ərizə yazmışdır. Polis əməkdaşları bir nəfər əvvəlcədən tanımadığı aqronomu da özləri ilə gətirmişlər. Bundan sonra baxış keçirilməyə başlanmış, ilk öncə həyətdə yerləşən yarımçıq tikilinin içərisində olan narkotik tərkibli çətənə bitkilərini əkib becərmiş olduğu plastik qabları təqdim eləmiş, sonra həmin bitkilərin yarpaqlarından yığıb qurutduğunu və yaşadığı evin həyətində yerləşən yarımçıq tikili ilə üzbə-üz yerləşən əl damı istifadə olunan yardımçı tikilinin içərisində saxladığını bildirmişdir. Bundan sonra həmin yardımçı tikiliyə daxil olmuşlar, orada qoyulmuş divanın alt hissəsində saxladığı üzərinə “Levis” yazılmış sellofan torbanın içərisində olan digər iki ədəd şəffaf rəngli sellofan torbaların içərisindəki narkotik vasitə olan “nəşə”ləri təqdim eləmişdir. Bundan başqa polis əməkdaşları şəffaf rəngli torbaların birinin içərisindən “Sobranie” markalı siqaret qutusunun içərisindən narkotik tərkibli bitki toxumları aşkar etmişlər. Həmçinin iki ədəd də “Manchester” markalı siqaret qutularının içərisindən isə siqaret folqaları aşkar etmişlər. Həmin vaxt o sellofan torbadakı narkotik vasitənin marixuana olduğunu, siqaret folqalarını isə özü istifadə etmək üçün hazırlayıb saxladığını bildirmişdir. Bundan sonra, başqa hər hansı bir narkoitk vasitə olub-olmadığı soruşulmuş, o, da həmin yerin divarından asılmış vəziyyətdə olan qəhvəyi rəngli gödəkcənin sağ qabaq cibində olan gümüşü rəngli siqaret kağızlarına büküb saxladığı “nəşə”ləri təqdim etmişdir. Bundan sonra həmin bükümlər sayılmış və ümumi sayı 43 ədəd olmuşdur. Həmin bükülülərin də qurudulmuş marixuana olduğunu bildirmişdir. Bundan sonra üzərinə “Levis” yazılmış torbanın içərisindən aşkar edilmiş şəffaf rəngli sellofan torbada olan qurudub saxladığı marixuana elektron əl tərəzisində çəkilmiş, çəkisi 95 qram olmuş, sonra digər şəffaf rəngli sellofan torbada olan qurudulmuş marixuana elektron əl tərəzisində çəkilmiş, çəkisi 5,10 qram olmuşdur. Sonra “Sobranie” markalı siqaret qutusunun içərisindən aşkar edilmiş narkotik tərkibli çətənə bitkisinin toxumları sayılmış, cəmi sayı 24 ədəd olmuşdur. Bundan sonra 95 qram və 5,10 qram çəkidə olan qurudulmuş marixuanalar ekspertizaya təqdim edilməsi üçün üzərinə “Levis” yazılmış sellofan torbada qablaşdırılmış, bitki toxumları da həmin qablaşmaya əlavə olunmuşdur. Bundan sonra 43 ədəd gümüşü rəngli siqaret bükümlərinə büküb saxladığı narkotik vasitə olan qurudulmuş marixuanalar bir ədəd şəffaf rəngli sellofan torbaya yığılmış, həmin vaxt nə səbəbə narkotik vasitəni bükümlərdə saxladığı soruşulmuş, o da özü üçün saxladığını, narkotik vasitə istifadə edənlərdən də kiminsə ehtiyacı olan zaman pay verdiyini bildirmişdir. Həmin bükümlərdə birlikdə elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 19,82 qram olmuşdur. Həmin torba da qablaşdırılaraq ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Aşkar olunanlardan başqa hər hansı bir narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Polis əməkdaşları baxışı videoçəkilişlə keçirmişlər. Bundan sonra o polis şöbəsinə dəvət edilərək gətirilmiş, orada ona hüquq və vəzifələri bir daha izah olunmaqla vəkillə təmin olunmuş və şübhəli şəxs qismində tutulmuşdur. O, narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmur, sadəcə özü qurudulmuş marixuanadan istifadə edir, digər kimyəvi narkotiklərdən istifadə etmir. Əvvəllər narkotik vasitə ilə əlaqədar məhkumluq həyatı yaşamağı səbəbindən narkotik vasitə istifadə etdiyini ailə üzvləri və qohumları bilmişlər, lakin hazırda aşkar olunmuş narkotik vasitə barədə heç kimə deməmiş, narkotik vasitə qəbul etməyi barədə heç kimin xəbəri olmamışdır. Hazırda həmin narkotik vasitələrdən kimlərə verdiyini xatırlamır, yadına düşmür, ola bilsin istəyən olanda vermək barədə düşünmüşdür. Narkotik vasitə olan qurudulmuş marixuana istifadəçisi olduğu üçün narkotik vasitə dozasını, yəni ehtiyacını bükümlərlə tənzimləyir, istifadəsini də bu şəkildə bilir. Narkotik vasitə istifadə edən olduğu üçün, əldə etmiş olduğu qurudulmuş marixuanaların içərisindən toxum çıxanda götürüb saxlamışdır. O, narkotik tərkibli çətənə bitkisini tək əkib-becərmiş, yarpaqlarını tək yığmış, tək qurutmuş və tək saxlamış, bu əməllərindən ailə üzvləri də daxil olmaqla heç kəsin xəbəri və məlumatı olmamışdır. O, narkotik vasitə satışı ilə məşğul olmur, Şahid1 də tutlmamışdan təxminən 3 gün əvvəl, isifadəçisi olduğunu bildiyi üçün bir büküm narkotik vasitəni pay vermişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs həmkəndlisidir, arasında heç bir münasibəti olmamışdır. O, təxminən 6-7 ay olar ki, aradabir narkotik vasitə olan “nəşə”dən istifadə edir, narkotik vasitə lazım olduqda hər zaman həmkəndlisi Vüqardan 5 manat verərək alır, yəni əvvəllər Vüqardan bir neçə dəfə 5 manat nağd pul verərək “nəşə” almışdır. xx.xx.2024-cü il tarixdə saat təxminən 9-10 radələrində yaşadığı kənddə yerləşən “Komfort” restoranının qarşısında dayanıb işə getmək üçün avtomobil gözləyirmiş, bu zaman həmkəndlisi Vüqarın yolun digər tərəfindən onun olduğu istiqamətdə gəldiyini görmüş, Vüqarı görən kimi ürəyi “nəşə” çəkmək istəmiş və o, Vüqar yanından keçəndə onunla salamlaşmış və nəzərində “nəşə” tutaraq “varındırmı” deyə sual vermişdir. Vüqar da “hə” demiş, bundan sonra o cibindən 5 manat nağd pul çıxarıb Vüqara vermiş, Vüqar da cibindən bir ədəd gümüşü rəngli siqaret kağızı bükümünü ona verib getmişdir. Bundan sonra o da həmin narkotik vasitəni üzərində saxlamış və istifadə etməyə imkanı və şəraiti olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 14 radələrində yaşadığı kənddə yerləşən "xxxx" filialının qarşısında fəhləlik edən zaman bir neçə nəfər mülki geyimli şəxslər yaxınlaşaraq özlərini təqdim etmişlər və narkotik vasitə əldə etməkdə, saxlamaqda və istifadə etməkdə şübhəli olduğunu bildirib, üstünə baxış keçirilməli olduğunu bildirmişlər. O, da etiraz etməmiş və bundan sonra polis əməkdaşları videoçəkilişlə üstünə baxış keçirmişlər. Baxış zamanı o, əynində olan kapuşonlu idman paltarının sağ cibində saxladığı içərisində narkotik vasitə olan gümüşü rəngli siqaret kağızı bükümünü təqdim etmişdir. Bundan sonra içərisində narkotik vasitə olan “nəşə” olduğunu, həmkəndlisi Vüqardan aldığını bildirmişdir. Bundan sonra polis əməkdaşları həmin bükümü elektron tərəzidə çəkmişlər, çəkisinin nə qədər olduğunu xatırlamır, amma lap az miqdarda olmuşdur. Həmin təqdim etmiş olduğu narkotik vasitə olan “nəşə”dən başqa üzərindən heç bir narkotik vasitə və saxlanması, daşınması qanunla qadağan edilmiş hər hansı bir əşya və sair aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş içərisində narkotik vasitə olan büküm bir ədəd ağ rəngli zərfdə qablaşdırılmış, üzəri o, da daxil olmaqla bütün iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Daha sonra üstünə baxış barədə protokol tərtib olunmuş, həmin protokolun doğruluğunu o, da imzalamışdır. Bundan sonra polis əməkdaşları ona polis şöbəsinə dəvət eləmişlər, polis şöbəsində olan otaqların birində üzərindən aşkar edilmiş narkotik vasitəyə baxış keçirilmiş, baxış zamanı üstündə saxladığı və polis əməkdaşlarına təqdim etdiyi 1 ədəd bükümdə olan kütlənin narkotik vasitə qurudulmuş marixuana olmasını bildirmiş, həmin kütləni tanışı Vüqardan əldə etdiyini və özü istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Üstündən saxladığı və polis əməkdaşlarına təqdim etdiyi 1 ədəd kağız büküm açılmış, içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olması müəyyən edilmişdir. Bundan sonra ona təklif edilmiş ki, üzərində başqa əşya varsa təqdim etsin. Əynində olan şalvarın cibində saxladığı 1 ədəd siqaret qutusunu, özünə məxsus şəxsiyyət vəsiqəsini, “Leobank” plastik kartını, 1 ədəd adaptor və 1 ədəd elektron izləmə aparatı təqdim etmişdir. Polis əməkdaşları tərəfindən baxışda üzərindən aşkar edilmiş 1 ədəd “Redmi” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyi üçün götürülmüş, digər siqaret qutusu, bank kartı, adaptor və elektron aparat özünə qaytarılmışdır. Daha sonra üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana kağız zərfdə qoyularaq qablaşdırılmış, möhürlənmiş və tərəfindən imzalanmışdır. Baxış zamanı da polis əməkdaşları videoçəkilişdən istifadə etmişlər, daha sonra protokol tərtib edilmiş, protokolun doğruluğunu o, da imzası ilə təsdiq etmişdir. Narkotik vasitə qurudulmuş marixuanadan başqa, heç bir narkotik vasitə qəbul etmir, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Narkotik vasitəni özü istifadə etmək məqsədi ilə saxlamış, kiməsə satmaq fikri olmamışdır. Əvvəllər 2-3 dəfə hər dəfə də Vüqara 5 manat nağd pul verib əvəzində narkotik vasitə almışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdi ki, Saatlı RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə Saatlı rayon Sarıcalar kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı Saatlı rayon Sarıcalar kəndində yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq narkotik tərkibli bitkiləri əkib becərməsi və qanunsuz olaraq saxlaması barədə Saatlı RPŞ-nin NMQ-nun baş inspektoru Şahid5 əməliyyat məlumatı daxil olmuş, bununla bağlı daxil olmuş məlumatın yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması və ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi üçün həmin gün Şahid5 raportla Saatlı RPŞ-nin rəhbərliyinə məruzə etdikdən sonra təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə tərəfindən qəbul edilmiş qərar RPŞ-nin rəisi tərəfindən təsdiq olunmuşdur. Sonra RPŞ-nin rəisi tərəfindən “əməliyyat qrupunun yaradılması haqqında” əmr çıxarılmış və Şahid5 rəhbərliyi ondan, Saatlı RPŞ-nin PPXBnün polis nəfəri polis baş serjantı Şahid6 və Saatlı RPŞ-nin TB-nin təhqiqatçısı polis baş leytenantı X5 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra təhqiqatçı İsa Əlizadə tərəfindən Saatlı DAİM-də bitkiçilik sektorunun müdiri vəzifəsində işləyən X2 mütəxəssis qismində dəvət edilmişdir. xx.xx.2024-cü il tarixdə saat təxminən 12:10 radələrində əməliyyat qrupunun üzvləri və mütəxəssislələ birlikdə Saatlı RPŞ-dən çıxaraq Saatlı rayon Sarıcalar kəndi istiqamətində yola düşmüşlər. Həmin gün saat təxminən 12:30 radələrində Saatlı rayon Sarıcalar kəndində Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında çatmışlar. Həmin yerdə Vüqarın yaşadığı evin qarşısında oturduğunu görüb avtomobillərdən düşərək Vüqara yaxınlaşmış və özlərini təqdim edərək yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkilərini əkib becərməkdə şübhəli olduğunu bildirərək yaşadığı evin həyətinə baxış keçirilməli olduqlarını bildirmişlər. Vüqar da baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirərək bu barədə ərizə yazmışdır. Bundan sonra baxış keçirilməyə başlanmış, Vüqar ilk öncə həyətdə yerləşən yarımçıq tikilinin içərisində olan narkotik tərkibli çətənə bitkilərini əkib becərmiş olduğum plastik qabları təqdim eləmiş, daha sonra həmin bitkilərin yarpaqlarından yığıb qurutduğunu və yaşadığı evin həyətində yerləşən yarımçıq tikili ilə üzbə-üz yerləşən əl damı kimi istifadə olunan yardımçı tikilinin içərisində saxladığını bildirmişdir. Bundan sonra həmin yardımçı tikiliyə daxil olmuşlar, orada qoyulmuş divanın alt hissəsində saxladığı üzərinə “Levis” yazılmış sellofan torbanın içərisində olan digər iki ədəd şəffaf rəngli sellofan torbaların içərisindəki narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələri təqdim eləmişdir. Bundan başqa şəffaf rəngli torbaların birinin içərisindən “Sobranie” markalı siqaret qutusunun içərisindən narkotik tərkibli bitki toxumları aşkar edilmişdir. Həmçinin iki ədəd də “Manchester” markalı siqaret qutularının içərisindən isə siqaret folqaları aşkar edilmişdir. Həmin vaxt Vüqar sellofan torbadakı narkotik vasitənin marixuana olduğunu, siqaret folqalarını isə özü istifadə etmək üçün hazırlayıb saxladığını bildirmişdir. Sonra Vüqardan başqa hər hansı bir narkotik vasitə olub-olmadığı soruşulmuş, Vüqar da həmin yerin divarından asılmış vəziyyətdə olan qəhvəyi rəngli gödəkcənin sağ qabaq cibində olan gümüşü rəngli siqaret kağızlarına büküb saxladığı bükümləri təqdim etmişdir. Həmin bükümlər sayılmış, ümumi sayı 43 ədəd olmuş, içəriləri açılmış, içərilərindən qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilmişdir. Vüqar da bükülülərin də qurudulmuş marixuana olduğunu bildirmişdir. Bundan sonra üzərinə “Levis” yazılmış torbanın içərisindən aşkar edilmiş şəffaf rəngli sellofan torbada olan qurudub saxladığı marixuanaya oxşar kütlə elektron əl tərəzisində çəkilmış, çəkisi 95 qram olmuş, sonra digər şəffaf rəngli sellofan torbada olan qurudulmuş marixuana elektron əl tərəzisində çəkilmiş, çəkisi 5,10 qram olmuşdur. Sonra “Sobranie” markalı siqaret qutusunun içərisindən aşkar edilmiş narkotik tərkibli çətənə bitkisinin toxumları sayılmış, cəmi sayı 24 ədəd olmuşdur. Çəkiləri 95 qram və 5,10 qram çəkidə olan qurudulmuş marixuanalar ekspertizaya təqdim edilməsi üçün üzərinə “Levis” yazılmış sellofan torbada qablaşdırılmış, bitki toxumları da həmin qablaşmaya əlavə olunmuşdur. Həmin torbanın üzərinə ağ rəngli kağız bərkidilmiş, həmin kağızın üzəri o da daxil olmaqla bütün iştirakçılar tərəfindən imzalanmış, “89” nömrəli möhürlə möhürlənmiş və götürülmüşdür. Bundan sonra 43 ədəd gümüşü rəngli siqaret bükümlərinə büküb saxladığı narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlələr bir ədəd şəffaf rəngli sellofan torbaya yığılmış, həmin vaxt Vüqardan nə səbəbə narkotik vasitəni bükümlərdə saxladığı soruşulmuş, Vüqar da özü üçün saxladığını, narkotik vasitə istifadə edənlərdən də kiminsə ehtiyacı olan zaman pay verdiyini bildirmişdir. Həmin bükümlərdə birlikdə elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 19,82 qram olmuşdur. İçərisinə 43 ədəd narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlələr yığılmış sellofan torbanın də üzərinə bir ədəd ağ rəngli kağız bərkidilmiş, üzəri bütün iştirakçılar tərəfindən imzalanmış və “89” saylı möhürlənmişdir. Həmin torba da qablaşdırılaraq ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Aşkar olunanlardan başqa hər hansı bir narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Baxışın keçirilməsi videoçəkilişlə aparılmışdır. Bundan sonra Vüqar polis şöbəsinə dəvət edilərək gətirilmiş, orada Vüqara hüquq və vəzifələri bir daha izah olunmaqla vəkillə təmin olunmuş və şübhəli şəxs qismində tutulmuşdur. Bundan başqa xx.xx.2024-cü il tarixdə əvvəllər tanımadığı, heç bir münasibəti və qohumluq əlaqəsi olmayan Şahid1 qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və daşıması ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı daxil olmuş məlumatın yoxlanılması, Şahid1 cinayət əməlinin ifşa olunması və ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi üçün həmin gün tərəfindən raportla Saatlı RPŞ-nin rəhbərliyinə məruzə etdikdən sonra təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə tərəfindən qəbul edilmiş qərar RPŞ-nin rəisi tərəfindən təsdiq olunmuşdur. Sonra RPŞ-nin rəisi tərəfindən “əməliyyat qrupunun yaradılması haqqında” əmr çıxarılmış və rəhbərliyi altında ondan, Saatlı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı X1 və Saatlı RPŞ-nin PPXB-nün polis nəfəri polis baş serjantı Şahid6 ibarət əməliyyat qrupu yaradılmışdır. xx.xx.2024-cü il tarixdə saat təxminən 13:45 radələrində əməliyyat qrupunun üzvləri ilə birlikdə Saatlı RPŞ-dən çıxaraq Saatlı rayon Sarıcalar kəndi istiqamətində yola düşmüş, həmin gün saat təxminən 14:00 radələrində Saatlı rayon Sarıcalar kəndinə çatmışlar. Rasifin Sarıcalar kəndində yerləşən "xxxx" MMC-nin filialının qarşısında görərək yaxınlaşaraq özlərini təqdim etmiş və narkotik vasitə əldə etməkdə, saxlamaqda və istifadə etməkdə şübhəli olduğunu bildirib, üstünə baxış keçirilməli olduqlarını bildirmişlər. Şahid1 də etiraz etməmiş və bundan sonra videoçəkilişlə üstünə baxış keçirməyə başlamışlar. Baxış zamanı Rasif əynində olan kapuşonlu idman paltarının sağ cibində saxladığı, gümüşü rəngli siqaret kağızı bükümünü təqdim etmiş, içərisində narkotik vasitə olan “nəşə” olduğunu, həmkəndlisi Vüqardan aldığını bildirmişdir. Sonra həmin bükümü açılmış, içərisindən narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmiş, həmin kütlə bükümlə birlikdə elektron tərəzidə çəkilmiş, bükümlə birlikdə çəkisi 0,50 qram olduğu müəyyən olunmuşdur. Həmin təqdim etmiş olduğu narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlədən başqa üzərindən heç bir narkotik vasitə və saxlanması, daşınması qanunla qadağan edilmiş hər hansı bir əşya və sair aşkar edilməmişdir. Şahid1 üzərindən aşkar edilmiş içərisində narkotik vasitəyə oxşar kütlə olan büküm bir ədəd ağ rəngli zərfdə qablaşdırılmış, üzəri Şahid1 də daxil olmaqla bütün iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Daha sonra tərəfindən “şübhəli şəxslərin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” protokol tərtib olunmuş, həmin protokolun doğruluğu da bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Şahid1 polis şöbəsinə dəvət olunmuş, polis şöbəsində o raportla RPŞ-nin rəhbərliyinə məruzə edərək Şahid1 üzərindən narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunduğunu bildirmişdir. Raportun icraası RPŞ-nin TB-nin təhqiqatçısı polis mayoru Mirzahid Abasova həvalə edilmişdir. Mirzahid Abasovun xidməti iş otağında Şahid1 üzərindən aşkar edilmiş narkotik vasitəyə baxış keçirilmiş. Baxış zamanı Şahid1 üstündə saxladığı və aşkar olunmuş 1 ədəd bükümdə olan kütlənin narkotik vasitə qurudulmuş marixuana olmasını bildirmiş, həmin kütləni tanışı İnqilabın oğlu Vüqardan əldə etdiyini və özü istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Aşkar edilmiş 1 ədəd kağız büküm açılmış, içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olması müəyyən edilmişdir. Bundan sonra Şahid1 təklif edilmiş ki, üzərində başqa əşya varsa təqdim etsin. Rasif də əynində olan şalvarın cibində saxladığım 1 ədəd siqaret qutusunu, özümə məxsus şəxsiyyət vəsiqəsini, “Leobank” plastik kartını, 1 ədəd adaptor və 1 ədəd elektron izləmə aparatı təqdim etmişdir. Bunlardan başqa Şahid1 məxsus 1 ədəd “Redmi” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyi üçün götürülmüş, digər siqaret qutusu, bank kartı, adaptor, elektron aparat və sair özünə qaytarılmışdır. Daha sonra üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə kağız zərfdə qoyularaq qablaşdırılmış, möhürlənmış və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Baxış zamanı videoçəkilişdən istifadə olunmuş, daha sonra protokol tərtib edilmiş, protokolun doğruluğu da bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 və Şükürov X6 Elnur Əbil oğlu ilə eyniməzmunlu ifadə vermişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər qonşu kənd sakini kimi tanımış, arasında heç bir münasibəti olmamışdır. Buna baxmayaraq Vüqarın narkotik vasitə olan “nəşə” satışı ilə məşğul olduğu barədə eşitmişdir. Bir müddət əvvəl beyninə “nəşə” çəkmək fikri düşmüş, 2024-cü ilin oktyabr ayının sonlarında dəqiq xatırlamadığı gündə Vüqarın yaşadığı kənddə olan zaman Vüqarla kənddə olan ərzaq mağazasının yaxınlığında rastlaşmış və Vüqardan mobil nömrəsini istəmişdir. Vüqar da hazırda xatırlamadığı mobil nömrəsini ona vermiş, həmin günün ertəsi günü, nahar edən zaman naharla birlikdə bir qədər spirtli içki qəbul etmiş və sərxoş olmuşdur. Sərxoş olan zaman ağlına “nəşə” çəkmək fikri düşmüş və Vüqardan “nəşə” almaq qərarına gəlmişdir. Saat təxminən 13 radələrində Vüqarın yaşadığı kənddə yaşadığı küçəyə gedərək Vüqara zəng eləmiş, telefon danışığı zamanı Vüqara 5 manat verəcəyini, “nəşə” istədiyini, yaşadığı küçədə olduğunu demişdir. Vüqar da neçə ədəd istədiyini soruşmuş, o da 1 ədəd istədiyini demişdir. Vüqar da ona gözləməyini bildirmiş, bir neçə dəqiqə sonra Vüqar yaşadığı evdən çıxaraq ona tərəf gəlmiş, yanına çatan kimi “pulunu ver” demiş, o da cibindən 5 manat çıxararaq Vüqara vermişdir. Vüqar da cibindən bir ədəd “gümüşü” rəngli siqaret kağızı bükümündə nəşəni ona vermiş, o da həmin bükümü götürüb yaşadığı evə gəlmiş, sonra küçəyə çıxaraq bir ədəd siqaretin içərisində olan tütünü boşaltmış, Vüqardan aldığı “nəşə”ni siqaret içinə doldurub çəkmişdir. Bir iki tüstü aldıqdan sonra yerdə qalanını su kanalına atmışdır. O, ömründə bircə dəfə “nəşə” qəbul etmiş, başqa heç bir narkotik vasitə, psixotrop maddə qəbul etməmişdir. O, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Əvvəllər Vüqardan və yaxud kimdənsə narkotik vasitə almamış, ömründə bircə dəfə, o da təxminən 2024-cü ilin oktyabr ayının sonlarında 5 manat nağd pul verib Vüqardan narkotik vasitə almışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, O, Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır, aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. O, istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Vüqarın hazırda xatırlamadığı mobil nömrəsilə əlaqə saxlamış və Vüqardan narkotik almaq istədiyini bildirmişdir. Vüqar narkotikin satışı ilə məşğul olur və o da bunu bildiyi üçün Vüqara zəng etmişdir. Vüqar da onu Saatlı şəhərində yerləşən “Su-20” adlanan “Pasyolka” qəsəbəsində yaşadığı evə çağırmışdır. O, da 20 oktyabr 2024-cü il tarixdə axşam saat 19 radələrində Vüqarın yaşadığı evə getmiş, həmin zaman Vüqar yaşadığı evin qarşısına çıxmış və o, Vüqardan 5 manat pul müqabilində 1 ədəd kağız bükümdə narkotik vasitə almışdır. O, həmin narkotik vasitəni almış və Saatlı rayonu “Pasyolka” qəsəbəsində yaşadığı evə gedib həmin narkotik vasitəni 1 ədəd siqaretə doldurub çəkmişdir. Bundan sonra o, 23 oktyabr 2024-cü il tarixdə yenidən Vüqarla əlaqə saxlamış və narkotik vasitə almaq istədiyini bildirmiş və Vüqarın evinə getmişdir. Həmin gün Vüqardan eyni qaydada 5 manat pul müqabilində 1 ədəd kağız bükümdə narkotik vasitə olan nəşə almış və yaşadığı evə gedib həmin narkotiki siqaretə doldurub çəkmişdir. Sonuncu dəfə isə 26 oktyabr 2024-cü il tarixdə axşam saat 20 radələrində Vüqarla eyni qaydada əlaqə saxlayıb narkotik almaq istədiyini bildirmişdir. O, həmin gün Vüqarın evinin qarşısına gəlmiş və Vüqardan 50 manat pul müqabilində 1 kibrit qutusunda nəşə almış və həmin narkotiki cibində saxlayıb işləmək üçün Bakı şəhərinə getmişdir. O, Bakı şəhərində həmin narkotiki 1 həftə müddətində çəkmiş, bundan sonra o, Vüqarla əlaqə saxlamamışdır. O, Vüqardan 3 dəfə, yəni 20 oktyabr və 23 oktyabr 2024-cü il tarixlərdə hər biri 1 ədəd kağız bükümlərdə olmaqla 5 manat pul müqabilində, sonuncu dəfə isə 26 oktyabr 2024-cü il tarixlərdə 50 manat pul müqabilində 1 kibrit qutusunda narkotik vaitə olan nəşə almışdır. O, narkotik istifadəçisidir və heç kəsə narkotik satmamışdır. İş üzrə Təqsirləndirilən şəxs ilə iş üzrə Şahid1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Təqsirləndirilən şəxs Şahid1 narkotik vasitə olan qurudulmuş marixuananı pay şəklində verdiyini, Şahid1 isə 5 manat pul müqabilində Təqsirləndirilən şəxs 1 büküm narkotik vasitə olan qurudulmuş marixuananı aldığını sonuncunun üzünə qarşı demişdir. İşdə olan xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokol, ona əlavə edilən videoçəkilişlə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs həyətindəki yardımçı tikilinin içərisinə qoyulmuş divanın alt hissəsindən göy polietilen torbanın içərisində iki ədəd şəffaf rəngli polietilen torbalarda ayrı ayrılıqda torbalarla birlikdə çəkiləri 5,10qram və 95qram, həmin yardımçı tikilinin divarından asılmış vəziyyətdə olan qəhvəyi rəngli gödəkcənin sağ yan cibindən 43 ədəd gümüşü rəngli siqaret kağızlarının içərisindən bükümlərlə birlikdə ümumilikdə çəkisi 19,82qram qurudulmuş marixuanaya bənzər maddələr, “Sobranie” markalı siqaret qutusunun içərisindən 24 ədəd narkotik tərkibli çətənə bitkisinin toxumları, “Manchester” markalı siqaret qutularının içərisindən isə siqaret folqaları aşkar edilərək götürülmüşdür. İşdə olan xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” protokol və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, Saatlı rayon Sarıcalar kəndində yaşayan Şahid1 üstünün yoxlanması zamanı əynində olan qara rəngli gödəkcəsinin sağ cibindən bir ədəd bükümdə, bükümlə birlikdə çəkisi 0,50qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. İşdə olan xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan “Əməliyyataxtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, Saatlı rayonu Sarıcalar kənd sakini Şahid1 üstündən aşkar edilmiş 1 ədəd bükümdə olan kütləyə baxış keçirilmiş, həmin kütlənin narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddə olduğu müəyyən edilərək götürülmüş, Şahid1 həmin kütləni həmkəndlisi İnqilabın oğlu Vüqardan 5 manat pul müqabilində aldığını və üstündən aşkar edildiyini etiraf etmiş, Şahid1 məxsus 1 ədəd “Redmi” markalı mobil telefon götürülmüşdür. İşdə olan məhkəmə-bioloji ekspertizanın xx.xx.2024-cü il tarixli 18/892 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs İmqilab oğlunun üzərindən..gödəkçənin sağ yan cibindən....” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd polietilen torbanın içərisində 43 ədəd “gümüşü” rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri- 0,35 qram, 0,31 qram, 0,30 qram, 0,25 qram, 0,28 qram, 0,29 qram, 0,24 qram, 0,26 qram, 0,25 qram, 0,36 qram, 0,31 qram, 0,29 qram, 0,33 qram, 0,30 qram, 0,26 qram, 0,21 qram, 0,29 qram, 0,24 qram, 0,36 qram, 0,26 qram, 0,24 qram, 0,33 qram, 0,21 qram, 0,23 qram, 0,25 qram, 0,28 qram, 0,36 qram, 0,24 qram, 0,21 qram, 0,32 qram, 0,23 qram, 0,34 qram, 0,27 qram, 0,23 qram, 0,28 qram, 0,33 qram, 0,23 qram, 0,21 qram, 0,38 qram, 0,38 qram, 0,30 qram, 0,28 qram, 0,27qram, ümumi çəkisi-12,14qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır.
2. Tədqiqata təqdim olunmuş üzərindəki ağ kağızda: “...Təqsirləndirilən şəxs..divanın altından...” sözləri yazılmış və imzalar olan polietilen torba bağlamadakı: -2 ədəd polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri-4,03qram, 80,0qram, ümumi çəkisi -84,03qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. -1 ədəd “gümüşü” rəngli kağız bükümdə təmiz çəkisi-0,56qram olan bitki toxumları, narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarıdır, narkotik vasitələrə aid deyildir. Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs fərdi yaşayış evindən götürülmüş ümumi çəkisi 96,17qram olan marixuanalar orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eynidir. Marixuana (kannabis) 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik maddələr siyahısı”na daxildir (İsiyahı) İşdə olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 18/893 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində: “...Şahid1 üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd kağız bükümdə təmiz çəkisi- 0,39qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən küstar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş Şahid1 üzərindən və Təqsirləndirilən şəxs evindən götürülmüş marixuanalar orqanoleptik əlamətərinə və tərkiblərinə görə eynidir. Marixuana (kannabis) 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik maddələr siyahısı”na daxildir (İsiyahı) İşdə olan məhkəmə-narkoloji ekspertin xx.xx.2024-cü il tarixli 7415 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asİlılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Naromaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid1 istifadəsində olan “Redmi Note12” markalı mobil telefona tərəfimdən baxış keçirilmiş, baxış zamanı Şahid1 məxsus mobil telefonun “Redmi Note 12” markalı olmaqla açıq mavi rəngli olduğu, mobil telefon smartfon tipli olması, toxunuşla idarə olunması, içərisində qalereya, qısa mesaj, zəng qeydiyyatı, telefon kitabçası ilə yanaşı, “Whatsapp”, “TikTok”, “Facebook”, “İnstagram” və sair proqramların olması, həmçinin telefonun GSM SİM kart yuvasında 050 837 36 85 saylı mobil nömrə olması, mobil telefonun “telefon kitabçasına” daxil olduqda orada Təqsirləndirilən şəxs istifadəsində olan 051 821 21 81 saylı mobil nömrə “S” kimi qeyd olunması, mobil telefonda olan telefona daxil olan və çıxan zənglər siyahısında Şahid1 ilə Təqsirləndirilən şəxs istifadəsində olan 051 821 21 81 saylı mobil nömrə ilə danışıq olmaması müəyyən olunmuş, bunlardan başqa Şahid1 istifadəsində olmuş mobil telefonun digər sosial və mesajlaşma proqramlarında, qalereyasında və digər bölmələrində iş üçün sübuti əhəmiyyət kəsb edən yazışmalara, mesajlara, şəkillərə, videolara və digər məlumatlara rast gəlinməmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" MMC-dən xx.xx.2024-cü il tarixli 24937 nömrəli məktubu ilə daxil olmuş 01 ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı "xxxx" MMC-dən əldə olunmuş məlumatların qeyd olunduğu 01 ədəd üzərində “Verbatim” yazısı və digər göstəricilər həkk olunmuş, əl yazısı ilə “xx.xx.2024 15955” yazısı yazılmış CD disk «HP» markalı kompüterə yerləşdirilmiş, diski açdıqda içərisində “15955-xx.xx.2024.zip” qovluğu, həmin qovluğu açdıqda içərisində “518212181_SMS.txt”, “abuneciler.xlsx”, “**********81.txt” və “antenna.xlsx” faylları olması, “518212181_SMS.txt”, “abuneciler.xlsx” və “**********81.txt” fayllarını açdıqda, həmin faylların içərisində iş üzrə sübuti əhəmiyyətə malik hər hansı bir məlumatın olmaması, “antenna.xlsx” faylını açdıqda isə Təqsirləndirilən şəxs istifadəsində olan 051 821 21 81 saylı mobil nömrənin xx.xx.2024-cü il tarixi saat 12:11-dən həmin tarixdə saat 12:16-dək “Saatli ray., Saricalar kendi” anten dairəsində, həmin tarixdə saat 13:31-dən saat 19:04dək “Saatli r-nu.“ anten dairəsində olması müəyyən olunmuşdur. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs bir neçə dəfə məhkum olunmuş və məhkumluğu ödənilmişdir. Hazırda məhkumluğu yoxdur. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə deyil, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək, evindən aşkar olunmuş narkotik vasitənin satış məqsədilə deyil, öz şəxsi istifadəsi üçün üzərində saxladığını və və Şahid1 narkotik vasitə pay vermədiyi göstərmişdir. Lakin təqsirləndirilən şəxsin göstərdiyi xüsusatlar məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamış və mötəbər sübutlarla təkzib olunmuşdur. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 narkotik vasitəni Təqsirləndirilən şəxs aldığını bildirmişdir. İş üzrə Təqsirləndirilən şəxs ilə iş üzrə Şahid1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Təqsirləndirilən şəxs Şahid1 narkotik vasitə olan qurudulmuş marixuananı pay şəklində verdiyini, Şahid1 isə 5 manat pul müqabilində Təqsirləndirilən şəxs 1 büküm narkotik vasitə olan qurudulmuş marixuananı aldığını sonuncunun üzünə qarşı demişdir. Bundan başqa işdə olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 18/893 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş Şahid1 üzərindən və Təqsirləndirilən şəxs evindən götürülmüş marixuanalar orqanoleptik əlamətərinə və tərkiblərinə görə eynidir. Bundan başqa ibtidai istintaq zamanı və məhkəmə istintaqı verdiyi ifadəsində təqsirləndirilən şəxs evindən aşkar olunmuş narkotik vasitəni istəyən olsa hədiyyə verəcəyini bildirmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci bəndinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi faktalar qəbul edilsə belə, onun narkotik vasitəni kiməsə hədiyyə etməsi yuxarıda qeyd edilən qanunu tələbinə əsasən narkotik vasitənin satışı kimi qiymətləndirilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə müəyyən olunmuş cinayəti törətməsi işdə olan təkzibolunmaz sübutların məcmusu ilə təsdiq olunduğuna görə, təqsirləndirilən şəxsin göstərdikləri özünümüdafiə məqsədilə verilmiş sayılmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir nəfər yetkinlik yaşına çatmayan övladının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının orta həddində cəza təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 01 noyabr 2024-cü ildə şübhəli şəxs qismində tutulmuş, 03 noyabr 2024-cü il tarixdə Saatlı Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Naromaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ona görə də, Təqsirləndirilən şəxs barəsində məcburi müalicə təyin edilməli və narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan, 94,37qram qurudulmuş marixuana kütləsi, 0,54qram çətənə (kannabis) bitkisinin toxumları və gümüşü rəngli siqaret kağızları məhv edilməlidir. İş üzrə 99,48 (doxsan doqquz manat qırx səkkiz qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia, maddi ziyan və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353 və 356-cı maddələrini rəhbər tutaraq məhkəmə,
Hökmetdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il, 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 01 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan, 94,37qram qurudulmuş marixuana kütləsi, 0,54qram çətənə (kannabis) bitkisinin toxumları və gümüşü rəngli siqaret kağızları məhv edilsin. İş üzrə 99,48 (doxsan doqquz manat qırx səkkiz qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.