Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 1(055)-2/2024 30.01.2024 SAATLI RAYON MƏHKƏMƏSİ (İş üzrə icraata xitam verilməsi barədə) Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakı ilə saat 15:17-də 26 avqust 1992-ci il tarixdə Saatlı rayonu Qolovino kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, X5 İdarəsində kadrlar üzrə müfəttiş işləyən, məhkum olunmamış, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair; xx xxxxx 1980-ci il tarixdə Füzuli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, ünvan 2 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs əlilliklə əlaqədar kəsilmiş pensiyasını yenidən bərpa etdirəcəyi adı ilə yalan vəd verib aldadaraq vahid niyyətlə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 qızı X4 məxsus “LeoBank”ın “4098-5844-5027-1695” nömrəli bank kartına 24 iyun 2022-ci il tarixdə saat 02:10-da Saatlı şəhəri, H.Əliyev prospekti 2260 ünvanında yerləşən “Azpetrol” YDM-dəki “eManat” ödəmə terminalı ilə mədaxil etdiyi 2000 manat, 27 iyun 2022-ci il tarixdə saat 23:28-də Saatlı şəhərində yerləşən “Cola market”dəki “eManat” ödəmə terminalı ilə mədaxil etdiyi 250 manat, 04 iyul 2022-ci il tarixdə saat 15:14-də "xxxx"ın “Birbank” mobil tətbiqi vasitəsi ilə mədaxil etdiyi 100 manat və 06 iyul 2022-ci il tarixdə saat 15:07-də Saatlı şəhərində yerləşən “Cola market”dəki “eManat” ödəmə terminalı ilə mədaxil etdiyi 250 manat olmaqla, cəmi 2600 manat puldan 600 manat pulu özü, qalan 2000 manat pulu isə Təqsirləndirilən şəxs1 götürməklə, Təqsirləndirilən şəxs1 ilə birlikdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 2600 manat ziyan vurmaqla özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs2 vasitəsi ilə tanıdığı ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs əlilliklə əlaqədar kəsilmiş pensiyasını yenidən bərpa etdirəcəyi adı ilə yalan vəd verib aldadaraq vahid niyyətlə Zərərçəkmiş şəxs onun qızı X4 məxsus “LeoBank”ın “4098-5844-5027-1695” nömrəli bank kartına 24 iyun 2022-ci il tarixdə saat 02:10-da Saatlı şəhəri, H.Əliyev prospekti 2260 ünvanında yerləşən “Azpetrol” YDM-dəki “eManat” ödəmə terminalı ilə mədaxil etdiyi 2000 manat, 27 iyun 2022-ci il tarixdə saat 23:38-də Saatlı şəhərində yerləşən “Cola market”dəki “eManat” ödəmə terminalı ilə mədaxil etdiyi 250 manat, 04 iyul 2022-ci il tarixdə saat 15:14-də "xxxx"ın “Birbank” mobil tətbiqi vasitəsi ilə mədaxil etdiyi 100 manat və 06 iyul 2022-ci il tarixdə saat 15:07-də Saatlı şəhərində yerləşən “Cola market”dəki “eManat” ödəmə terminalı ilə mədaxil etdiyi 250 manat olmaqla, cəmi 2600 manat puldan 600 manat pulu Təqsirləndirilən şəxs2 verib, qalan 2000 manat pulu isə özü götürməklə Təqsirləndirilən şəxs2 ilə birlikdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 2600 manat ziyan vurmaqla özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək və ödəniş qəbzini məhkəməyə təqdim edərək göstərdi ki, Təqsirləndirilən şəxs1 telefon satışı ilə bağlı tanımışdır. Zərərçəkmiş şəxs pensiyası kəsilmişdir və o da Arzu ilə razılaşaraq Ələdddin Zeynalova kəsilmiş pensiyasını ümumilikdə 2600 manat pul müqabilində 3-4 ay ərzində bərpa edəcəklərinə dair söz vermişlər və Arzunun qızının kartına atılması vasitəsi ilə Ələddindən 2600 manat pul almışlar. Daha sonra Ələddin pulunun geri qaytarılmasını tələb edərək onun və Arzunun barəsində polisə şikayət etmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs1 ilə birlikdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs üzr istəyərək onunla barışmış, ona dəyən ziyanı tamamilə ödəmiş və vurulmuş ziyanın 25%-i həcmində dövlət büdcəsinə ödəniş etmişlər. Özü həbsdə olduğu üçün vurulmuş ziyanın 25%-i həcmində dövlət büdcəsinə ödənilməli olan pulu atası onun adından ödəmişdir. Zərərçəkmiş şəxs ondan heç bir şikayət və tələbi yoxdur və onu bağışlamışdır. Ona görə də onu cinayət məsuliyyətindən azad edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, hadisə Təqsirləndirilən şəxs2 dediyi kimi olmuşdur. O, Təqsirləndirilən şəxs2 ilə razılaşaraq Zərərçəkmiş şəxs kəsilmiş pensiyasını ümumilikdə 2600 manat pul müqabilində 3-4 ay ərzində bərpa edəcəklərinə dair söz vermişlər və ondan 2600 manat pul almışlar. Hal-hazırda Təqsirləndirilən şəxs2 ilə birlikdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs üzr istəyərək onunla barışmış, ona dəyən ziyanı tamamilə ödəmiş və vurulmuş ziyanın 25%-i həcmində dövlət büdcəsinə ödəniş etmişlər. Özü həbsdə olduğu üçün vurulmuş ziyanın 25%-i həcmində dövlət büdcəsinə ödənilməli olan pulu Təqsirləndirilən şəxs2 atası onun adından ödəmişdir. Zərərçəkmiş şəxs ondan heç bir şikayət və tələbi yoxdur və onu bağışlamışdır. Ona görə də onu cinayət məsuliyyətindən azad edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 əvvəldən tanımış və bəzən onunla çayxanada oturmuşlar. Bir gün evə gedərkən Sənan ona dayısı oğlunun pensiya düzəldə bildiyini, Bakıda həkim olduğunu və həmin həkim vasitəsi ilə onun da kəsilmiş pensiyasını 3000 manat müqabilində düzəldə biləcəyini demişdir. Sənan ona göndərdiyi Nigar Orucovanın adına olan karta 2000 manat atmasını demiş, o da həmin karta 2000 manat atmışdır. Daha sonra Sənan pulun qalanını da atmasını demiş, o isə Sənandan pulu qaytarmasını istəmişdir. Lakin Sənan onu məcbur etmiş və həmin karta 250, 100, 250 manat pul atmışdır. Lakin uzun müddət xəbər çıxmadığı üçün o şübhələnmiş və Sənandan pulu geri qaytarmasını tələb etmiş, Sənan isə pulu qaytarmamışdır. Buna görə də o, bu barədə şikayət etmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ondan üzr istəyərək onunla barışmış və ona dəyən ziyanı tamamilə ödəmişlər. Onun Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 heç bir şikayət və tələbi yoxdur və onları bağışlayaraq bu barədə olan şikayətindən imtina edir. Ona görə də Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 30 yanvar 2024-cü il tarixli, 19719 nömrəli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs2 adından 650 manat məbləğində pul vəsaiti "xxxx" ASC-nin Saatlı filialı vasitəsi ilə AZ23CTRE******************** nömrəli hesaba ödənilmişdir. İşə olan və məhkəmə istintaqında elan edilmiş 10 oktyabr 2023-cü il tarixli ərizədən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş ziyan tam olaraq ödənilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinin həmin Məcəllənin 73-1.2 və 73-1.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 yanvar 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 73-1-ci maddəsində göstərilən iştirakçılıqla törədilən cinayət əməllərinin vurduğu ziyana görə birgə məsuliyyət daşıyan bir qrup şəxs tərəfindən törədilən cinayətlərə dair işlərdə, Cinayət Məcəlləsinin 73-1-ci maddəsinin bütün tələbləri yerinə yetirilmişsə, zərərin ödənilməsi və digər ödənişlər onlardan ən azı biri tərəfindən tam şəkildə yerinə yetirildiyi halda da cinayət prosesini həyata keçirən orqan cinayətin bütün iştirakçılarına qarşı cinayət təqibinə son qoya bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkəmə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barışmalarını, təqsirləndirilən şəxslər tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyanın tamamilə ödənilməsini və vurulmuş ziyanın iyirmi beş faizi miqdarında təqsirləndirilən şəxslər tərəfindən dövlət büdcəsinə ödəniş edildiyini, eləcə də Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə barələrində olan cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilərək iş üzrə icraata xitam verilməsi barədə özlərinin və zərər çəkmiş şəxsin ifadələrini nəzərə alıb, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39-cu maddələrinə əsaslanaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməklə, cinayət işi üzrə icraata xitam verilməlidir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 356, 381, 383 və 384-cü maddələrini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsini rəhbər tutaraq məhkəmə, Qəraraaldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs2 ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs barışdığından, zərər çəkmiş şəxsə vurulmuş ziyan tamamilə ödənildiyindən və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edildiyindən Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilərək barəsində olan cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs1 ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışdığından, zərər çəkmiş şəxsə vurulmuş ziyan tamamilə ödənildiyindən və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edildiyindən Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilərək barəsində olan cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək məhkəmə iclas zalından dərhal həbsdən azad edilsinlər. Qərardan 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(055)-2/2024
Saatlı Rayon Məhkəməsi Qərar — İş №1(055)-2/2024
30.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver