Məhkəmə qərarları › İş №1(055)-2/2025

Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-2/2025

09.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-2/2025 09.09.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X15, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxxx 1984-cü ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, “Saatlı Rayon Mərkəzi Xəstəxanası” X42 Ginekologiya və doğum şöbəsinin müdiri vəzifəsində işləmiş, hazırda “Tovuz Rayon Mərkəzi Xəstəxanası” X42 Ginekologiya və doğum şöbəsində həkim mamaginekoloq vəzifəsində işləyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə saat 14:45-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək “Saatlı Rayon Mərkəzi Xəstəxanası” X42 Ginekologiya və doğum şöbəsinin müdiri vəzifəsində işləməklə vəzifəli şəxs qismində 12 iyul 2023-cü il tarixdə saat 09:00-da rəhbərlik etdiyi şöbəyə daxil olmuş xx.xx.2003-cü il təvəllüdlü hamilə Şahid1 barəsində klinik müayinələr aparılmadan və hamilədən tam şəkildə anamnez toplanmadan “H2D1A0. Hamiləlik 38 həftə+3 gün. Baş gəlişi. Doğuşun birinci dövrü” diaqnozunu müəyyənləşdirdikdən sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 19 sentyabr 2012-ci il tarixli, 70 nömrəli əmri ilə təsdiq edilmiş, hazırda qüvvədə olan “Həkim mama-ginekoloqun nümunəvi vəzifə təlimatı”nın məsuliyyət əks etdirən İV bölməsinin 50.1-ci bəndinə əsasən ona həvalə olunmuş vəzifə öhdəliklərini vaxtında və keyfiyyətli həyata keçirməli olduğu halda, bunları etməyərək işə vicdansız və laqeyd münasibəti nəticəsində müvafiq təlimatla üzərinə düşən xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyərək, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 29 iyun 2012-ci il tarixli 22 saylı qərarı ilə təsdiq edilmiş “Normal doğuş X44”un tələblərinə əməl etməyərək, sonuncuya göstərilən doğuşayardım xidmətində hamilə qadının xəstəxanaya müraciət etdiyi anda dölün ümumi vəziyyətini təyin edən hamiləlik ultrsasəs müayinəsinin, dölün ürək döyüntülərinin nəzarətini təyin edən kardiotokoqrafiya müayinəsinin tam həcmdə aparılmasını təmin etməməklə dölün bətndaxili hipoksiyasını, göbək ciyəsinin dölün boynuna dolanmasını və “Kesar (qeysəriyyə) kəsiyi” cərrahiyyə əməliyyatına göstərişin olmasını düzgün qiymətləndirməyib bətndaxili hipoksiyanın qarşısının alınması məqsədi ilə antihipoksantlardan istifadə edilməsi və medikamentoz kimi zəruri tibbi tədbirlərin adekvat, düzgün və vaxtında icra edilməməsi ilə öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımı diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməyib həmin tarixdə hamiləni Saatlı RMX PHŞ-nin Ginekologiya və doğum şöbəsinin doğuş otağında birbaşa fizioloji doğuşa buraxmış və tərəfindən doğuşun qüsurlu texniki icrası ilə əlaqədar vəziyyəti ağırlaşaraq “Sabirabad Rayon Mərkəzi Xəstəxanası” X42 X13 təxliyyə edilən Şahid1 diri doğulmuş qadın cinsli yenidoğulmuşunun 13 iyul 2023-cü il tarixdə saat 16:30da həmin mərkəzdə bətndaxili hipoksiyanın postnatal asfiksiyaya keçməsi fonunda kəskin ağciyər-ürək çatmamazlığı ilə nəticələnən ölümünə səbəb olmuş, bununla da ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, hamilə qadın Şahid1 səhər saat 09 radələrində doğum şöbəsinə doğum sancıları ilə daxil olmuşdur. Aysel müayinə edilərkən müəyyən olunmuşdur ki, Ayselin ikinci hamiləliyidir. Gecə saatlarından başlayaraq doğuş sancıları çəkir. Onun müvafiq analizlərini, xəstəliyin tarixçəsini topladıqdan sonra doğuşun aktiv fazasında, yəni 1 saatdan sonra doğuşun baş verəcəyini müəyyən etmişdir. O, əl dopleri ilə dölün ürək döyüntüsünü aydın olaraq eşitmişdir. Bütün klinik-laborator analizlər götürdükdən sonra doğan qadını, yəni Şahid1 doğuş zalına yerləşdirmişdir. Daha sonra Aysel doğuş sancıları ilə saat 10:05-də gücənmə dövrünə başlamış, həmin vaxt yenə də dölün ürək döyüntüsünü əl dopleri ilə yoxlamış, saat 10:25-də Aysel normal doğuşla bir qız uşağı dünyaya gətirmiş, uşağın göbək ciyəsini kəsərək onu neonatoloq İradə həkimə təhvil vermişdir. Bundan sonra onun doğulmuş uşaqla işi qurtarmış və doğuş edən ana ilə məşğul olmağa başlamışdır. Belə ki, anadan cifti xaric etmiş, qanaxmaya nəzarət etmiş, doğuş yollarına baxış etmişdir. Onun vəzifəsi doğuşdan sonra ana ilə məşğul olmaqdır. O, uşağı neonatoloq İradə həkimə təhvil verdikdən sonra Araz həkimə telefonla zəng edərək doğulmuş uşaqla bağlı İradə həkimə yardım etməsini bildirmişdir. Təxminən 5-7 dəqiqə sonra Araz həkim doğuş zalına gəlmiş və İradə həkimlə birlikdə uşaqla bağlı reanimasiyon tədbirlər görməyə başlamışlar. Bundan sonra olanlar ona məlum deyildir. Uşağın ölümünü sonradan bilmişdir və ölümdə onun təqsiri və ya hər hansı səhlənkarlığı yoxdur. Ona görə də, barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq göstərdi ki, ittiham aktında qeyd edilənləri qəbul etmir. O, xəstənin təzyiqini ölçmüş, nəbzini saymış, çəkisinə baxmış, dölün ürək döyüntülərini yoxlamış, əl dopleri ilə müayinə etmiş, daxili müayinə etmiş, mamalıq durumunu yoxlamış, kliniki laborator analizlərini (qanın, sidiyin ümumi analizi, qan qrupu, hepatitlər) götürmüşdür. Bu barədə doğum tarixində hər şey qeyd olunmuşdur. Həmin analizlərin cavabları əlində olmamışdır, çünki Saatlı rayon mərkəzi xəstəxanası mərkəzləşdirilmiş laboratoriya üzərində çalışır, ilk öncə bütün xəstələrdən müayinələr toplanır, saat 12 radələrində xidməti kuryer gəlib həmin analizləri Şirvan şəhərinə aparır. Xəstə elə vəziyyətdə olduğundan analizlərin nəticələrini gözləyə bilməzdi. Yalnız anada kritik vəziyyətin əlaməti olsaydı, məsələn qanaxma və ya ayaqlarda ödəm ilə daxil olsaydı, o zaman analizləri tələb edə bilərdi. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq həmçinin göstərdi ki, xəstədə ultrasəs müəyinəsi aparmamışlar, çünki ultrasəs müayinəsi aparatı digər korpusda olmuşdur, xəstədə intensiv doğum sancıları olan zaman, hansı ki, 20 dəqiqə sonra doğa bilər, onun xəstəni bir korpusdan o biri korpusa aparmaq ixtiyarı yoxdur. Çünki ana yolda doğa bilər. USM olan korpusla onların olduğu korpus haradasa 100 metr məsafə var və ultrasəs müayinəsi saat 9:00-dan 12:00-a qədər, cəmi 3 saat işləyir. Bir aparat bütün xəstəxananı təmin edir, ona görə də həmişə qarşısında böyük növbə olur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla təsdiq olunur. Belə ki, zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, təqsirləndirilən şəxsin və onun müdafiəçisinin göstərdikləri hallarla razılaşmır, çünki onlar yalan danışırlar. Mahiyyəti üzrə bildirir ki, onun arvadı uşaq dünyaya gətirmək üçün Saatlı MRX-nin doğum şöbəsinə yerləşdirilmişdir. Təqsirləndirilən şəxs da doğuşu uğurla həyata keçirməmişdir. Xəstəni, yəni arvadını yaxşı müayinə etməmiş, analizlər götürməmiş, digər zəruri hərəkətləri etməmişdir. Uşaq doğulduqdan sonra arvadı ilə telefon əlaqəsi saxlamışdır. Həmin vaxt arvadı ona uşağın doğulduğunu, onun vəziyətinin yaxşı olduğunu, doğuş prosesinin ağır olduğunu, uşağın vəziyyətinin yaxşı olmadığını, uşağın burnuna bir şey qoyduqlarını demişdir. Onun sualına cavab olaraq arvadı ona həkimlər ona demişdir ki uşaq maye udub, onu təmizləmək üçün ediblər. Amma sonra onlara uşağın yaxşı olduğu deyilmiş, onlar da evə getmişlər. Bir neçə saat sonra arvadının yanında qalan bacısı mobil telefonla ona zəng edərək uşağın vəziyyətinin pis olduğunu, Sabirabad xəstəxanasına aparıldığını demişdir. Uşaq Sabirabad xəstəxanasına aparıldıqdan sonra vəfat etmişdir. Təqsirləndirilən şəxs ona vurduğu ziyanı bu günə qədər ödəməmişdir. Ona görə də, Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, onun təqsirləndirilən şəxslə və zərərçəkmiş şəxsin hüquqi varisi ilə heç bir ədavəti yoxdur. Uşaq anadan olandan sonra yeni doğulmuş uşağa yardım üçün doğuş zalına gəlməsini ona demişlər. O da dərhal doğuş zalına gəlmiş və ixtisasca neonatoloq olduğu üçün uşaqda narahatlıq görmüşdür. Lakin, Saatlı MRX-da uşaqda olan narahatlığı qarşılamaq üçün SPAP, yəni müsbət təyziqli oksigen aparatı olmadığından TƏBİB-in bölgə üzrə kuratoru ilə əlaqə saxlamış, yenidoğulmuş uşaqda olan narahatlığı demiş və uşağın yaxın rayon xəstəxanalarında boş yerə keçirilməsinin vacibliyini vurğulamışdır. Onu da, qeyd edir ki, həmin müsbət təyziqli oksigen aparatı Sabirabad MRX-da vardır. 2 saat keçməsinə baxmayaraq kuratordan cavabın gec gəlməsini görüb özü uşağın Sabirabad RMX-ya təxliyə edilməsini qərarlaşdırmışdır. Bundan sonra xəstə haqqında məlumat verərək SPAM aparatına qoşulmalı olduğunu, lakin Saatlı MRX-da SPAM aparatı olmadığını bildirmişdir. Daha sonra uşağı təcili tibbi yardım maşını və bir tibb bacısı ilə Sabirabad rayon xəstəxanasına təxliyə etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, səhər saatlarında xəstəxananın doğum şöbəsinə gəlmişlər, təxminən bir saat sonra uşaq dünyaya gətirmişdir. Həmin vaxt ondan heç bir yoxlama və analiz götürülməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, doğuşa girərkən ondan sənəd istəmişlər, o da hamiləlik dövründə müayinə və müalicə edən Arzu həkimin ona verdiyi sənədi təqdim etmişdir. Uşaq dünyaya gələndən sonra ona uşaqda oksigen çatışmamazlığı olduğunu, düzələcəyini demişlər, lakin uşağın vəziyyəti düzəlməmiş, Sabirabad rayon xəstəxanasına göndərmişlər. Doğuşa gedərkən Saatlı MRX-da ondan analiz, USM müayinəsi və sair götürülməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X16 ifadəsində göstərdi ki, xəstə səhər saat 9-10 radələrində xəstəxanaya daxil olmuş, 10:25-də doğuş olmuş, onlar hamısı doğuşda iştirak etmişlər. Normal doğuş keçmişdir. Könül həkim özü də təcrübəli həkimdir, xəstəxanada 6 ay da olsa təcrübəsinə şəhid olmuşdur. Uşaq olandan sonra tənəffüs çatışmamazlığından əziyyət çəkdiyini görmüşlər. Uşağa yardım etmişlər, oksigenə qoymuşlar. Könül həkim də hiss etmişdir ki, uşağın vəziyyəti yaxşı deyil. Sonra Araz həkimi çağırmışlar. Onlar uşağı həmin vaxt başqa xəstəxanaya göndərə bilməmişlər. Araz həkim təxliyə ilə bağlı Bakıda neonotal mərkəzlə məsləhətləşmişdir. Araz həkim uşağın şəkillərini çəkib onlara göndərmiş, uşağın qarın boşluğunda tənəffüs problemi olduğunu bildirmişdir. Neontal mərkəzdən onlara bildirmişlər ki, uşağı nəmləndirilmiş oksigendə saxlayıb gözləsinlər. Onlar uşağı 4 saat saxlamışlar, 4 saat ərzində onlara zəng gəlməmiş, bundan sonra Araz həkim təcili tibbi yardım maşını çağırmış, uşağı oksigenə qoşmuş, Sabirabad rayon xəstəxanası ilə əlaqə saxlayıb, uşağı ora göndərmişlər. Onlar uşaqları ancaq ağır vəziyyətdə göndərməlidirlər, orta-ağır vəziyyətə göndərməyə ixtiyarları yoxdur. Uşağın vəziyyəti pisdirsə uşağı xəstəxanada ləngitməyə onun ixtiyarı yoxdur. Təlimatda göstərilir ki, belə halda xəstə ixtisaslaşdırılmış tipli müəssisəyə köçürülməlidir. Onlar da, öz növbələrində uşağı Sabirabad MRX-yə göndərmişlər. Saatlı MRX birinci səviyyəlidir, Sabirabad MRX üçüncü səviyyəlidir. Uşaq 1 gün həmin xəstəxanada qalmış, sonra vəfat etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, dəqiq vaxt tam yadında deyil, həmin günü axşamçağı o işdə olarkən xəstəxananın doğum şöbəsinə Saatlı Rayon Xəstəxanasından təcili tibbi maşında tibb bacısının müşayəti ilə xəstə uşaq gətirmişlər. Uşağı qəbul etmiş, uşağın vəziyyətinin pis olduğunu görüb təcili reanimasiya otağına yerləşdirmişlər. Xəstəni müşayiət edən tibb bacısının iştirakı ilə müayinə etmiş, müayinə zamanı süstlük, ağız ətrafı göyərməni görmüş, uşaqda ürək qüsuru olduğunu təxmin etmişdir. O xəstəni müşayiət edən tibb bacısından Saatlı Rayon Xəstəxanasında uşaqda ürək qüsuru olduğu ilə bağlı hər hansı bir məlumat verilibverilməməsini soruşmuşdur. Tibb bacısı cavabında uşaqda ürək qüsuru ilə bağlı heç bir məlumat verilmədiyini bildirmişdir. O həmin andan uşağı özü müayinə etməyə başlamışdır. Həkim kardioloqu çağırmış, sonra üzərinə düşən bütün standart müayinələri, yəni qanın ümumi analizi, qan rezusu, rentgen etmişdir. Ürəyin genişlənməsi güman edildiyindən kardioloq müayinələrini həyata keçirmişdir. Kardioloq gəldikdən sonra exo müayinə etmiş, amma fonendoskopla müayinə etdikdən sonra uşaqda ağır ürək qüsuru olduğunu bildirmişdir. Bu proseslər bitdikdən sonra onun növbəsi bitsə belə, o neonatal qrupa uşağın vəziyyəti ilə bağlı məlumat vermiş və uşağın təcili olaraq Bakıya köçürülməsinin zəruriliyini bildirmişdir. Ürək qüsuru olan uşaqların təcili əməliyyat olunmaları lazım ola bilər. O, perinatal mərkəzin Sabirabad rayonu üzrə kuratoru Zeynəb həkimə də bu barədə məlumat vermişdir. Ana və Uşaq Sağlamlıq Mərkəzinin “whatsapp” qrupuna da uşağın vəziyyətinin pis olduğunu, təcili köçürülməyə ehtiyac olduğunu tez-tez yazmışdır. Onun növbəsi saat 21:00-da bitmişdir, o, evə getmiş, lakin mütəmadi olaraq uşağın vəziyyəti ilə bağlı məlumat almışdır. Səhəri gün saat 16 radələrində uşağın vəfat etməsi barədə ona məlumat vermişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X9 ona verilən suallara cavab olaraq bildirmişdir ki, ilkin baxışda uşaq sönük, süst vəziyyətdə idi, rəngi göyərmişdi, ürək döyüntüsü karlaşmışdı, ağır ürək qüsuru olan xəstədə mümkün olan bütün göstəricilər uşaqda var idi. Ona görə də, xəstə Sabirabad Rayon Xəstəxanasına gəldikdən sonra onun vəziyyətinin ağır olduğu qənaətinə gəlmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X35 ifadəsində göstərdi ki, onlar tibbi rəyi sənədlər əsasında verirlər. Müayinələr tam və dolğun olmamış, doğum şöbəsində lazımi avadanlıqların olmadığı müəyyən edilmişdir. Xəstə daxil olduqda USM olunmalı, bütün doğuş kardiotokoqrafiya aparatı altında getməlidir. Birinci səviyyəli doğum xəstəxanası olsa da, bu avadanlıqlar olmalı idi. Bu avadanlıqlar olmadığı halda həkim üçün doğumu idarə etmək çətindir, təbii ki, belə halda gecikmə də ola bilər, həkim görməyə də bilər, hər şey ola bilərdi. Heç olmasa həkim ciftə baxmalı idi, qan dövranını yoxlamalı idi. Fetoplasentar deyilən qan dövranları var, onları doğuşa qədər qiymətləndirib, sonra doğuşa aparmaq lazım idi. Onları etmək üçün əllərində vəsaitləri olmamışdır. O avadanlıqların qiyməti bahadır, birinci səviyyəli xəstəxana olsa da, xəstəxana həmin avadanlıqları özü almalıdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X35 ona verilən suallara cavab olaraq bildirmişdir ki, uşaq doğulan kimi SPAP aparatına qoşulsaydı, birinci dəqiqədən yardım göstərilsəydi onun yaşaması mümkün idi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X35 ona verilən suallara həmçinin cavab olaraq bildirmişdir ki, ana doğuşa gələn vaxt ananı xəstəxanada USM müayinəsi üçün bir korpusdan digər korpusa aparmaq lazımdırsa, şübhəli vəziyyət yaranmışdırsa məsafə uzaq olsa, uşaq artıq çanağa daxil olsa, vaxt az olsa da belə, ana müayinədən keçirilməli idi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, hadisələr tam olaraq yadında deyil, yadında olan odur ki, yenidoğulmuşun ölümünə dair həkim ekspertizasında iştirak etmişdir. Orada hansı qüsurlar, hansı çatışmamazlıqlar, hansı hüquqi normativlərin qiymətləndirilməsi ilə bağlı rəy vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X7 ona verilən suallara cavab olaraq bildirmişdir ki, onlarda olan sənədlər, meyitin müayinəsi ona dəlalət edir ki, uşaq hipoksiyadan ölüb. Uşağın beynində travmatik qansızma olsaydı belə, bu yenə ginekoloji səhv olacaqdır, yəni doğuş zamanı edilən səhvin nəticəsidir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X20 ifadəsində göstərdi ki, uşaq Sabirabad Rayon Perenatal Mərkəzdə ölmüş, ölümün səbəbi bətndaxili hipoksiyanın postnatal asfeksiyaya keçməsi nəticəsində ağciyər-ürək çatışmamazlığı olmuşdur. Müayinə zamanı bütün daxili orqanlarda veynor doluqanlılığı, baş-beyin qişalarında hipoksik qansızmalar olduğunu müəyyən etmişlər. Bu da bətndaxili hipoksiyanın postnatal asfeksiyaya keçməsi nəticəsində ölümün göstəriciləridir. Uşağın bütün daxili orqanlarından müayinələr götürülmüş, ilkin olaraq uşağın diri və ya ölü doğulmasını müəyyən etmək üçün müvafiq sınaqları aparmış, sonra bütün daxili orqanları müayinə etmiş, baş-beyin, ağciyərlər, ürək-böyrək, qaraciyərlərdən müvafiq olaraq histaloji müayinəyə göndərmiş və nəticələrini almışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X33 ifadəsində göstərdi ki, tibb işçilərinin peşə fəaliyyəti ilə bağlı məsələlərə cavab verilməsi üçün mütləq şəkildə həmin sahə üzrə mütəxəsisslər dəvət olunmalıdır. Həmin komissiyanın tərkibində yüksək ixtisaslı həkim ekspertlər - Azərbaycan Tibb Universitetinin Mamalıq və ginekologiya kafedrasının elmlər doktoru, professor Səadət Süleymanova və Məhkəmə-tibbi ekspertizasının Xəzər rayon şöbəsinin rəisi, məhkəmə tibb eksperti Nəsimi Əlinağıyev komissiyanın tərkibinə dəvət olunmuşlar. Həmin ekspertizanın icrasında sırf həmin mütəxəsisslərin fikirlərinə istinad olunaraq bu nəticəyə gəlmişlər, yəni məhkəmə tibbi ekspertizasının mötəbər təhqiqat üsulu olmamışdır. Bu rəyi birlikdə tərtib etmişlər, amma rəydə sırf həmin mütəxəsisslərin fikirlərinə istinad olunmuşdur. Aparılmış ekspertiza tərtib olunmuş doğum tarixinə və yenidoğulmuşun inkişaf tarixinə əsaslanmışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş “meyitə baxış aparılması haqqında” protokoldan görünür ki, meyit qadın cinsinə mənsub düzgün bədən quruluşlu, boyu 48 sm-dir. Dəri örtüyü solğun olub təmizdir, bədən səthi əlləndikdə soyuqdur, meyit ləkələri göyümtül bənövşəyi rəngdə olmaqla gövdəsinin arxa səthində yerləşməklə hissəvidirlər. Meyit ləkələrinə barmaqla təzyiq etdikdə yox olur, iki-üç dəqiqədən sonra bərpa olur. Meyit qacıması yoxlanılan əzələ qruplarında zəif dərəcədə inkişaf etmişdir. Başı adi konfiqurasiyada olub, başın tükləri qəhvəyimtil rəngdə olmaqla 1-1.5 sm uzunluqdadır. Başında xəsarət yoxdur, əmgəklər əllənir. Sifətin dərisi solğun göyümtül rəngdədir, sifətində xəsarət yoxdur. Üz skeleti sümükləri əlləndikdə tamdır. Gözləri, göz qapaqları ilə örtülüdür, ağzı yarı açıqdır, dodaqların selikli qişası göyümtül rəngdə olmaqla qurumuş vəziyyətdədir. Boynu bədəninə mütənasibdir, az hərəkətli olub pataloji hərəkət yoxdur. Döş qəfəsi simmetrikdir, qabırğaları əlləndikdə tamdır. Qarını qabırğaların qövsi səviyyəsindən yuxarıdadır. Xarici cinsiyyət üzvləri qadın tiplidir, düzgün formalaşmışdır. Ətraflar bədəninə mütənasibdir. Əlləndikdə sümükləri tamdır. Anal dəlik örtülüdür, dəlik ətrafı dəri qəhvəyi rəngli kalla bulaşmışdır. Kürək, çanaq və fəqərə sütunu sümükləri əlləndikdə tamdır. Göbək ciyəsi 3 sm uzunluqda olub, sıxıcı ilə bağlanmış vəziyyətdədir. Sol dirsək büküşündə, sol iç topuq proyeksiyasinda, sağ dirsək oynağının bayır səthində inyeksiya izləri vardır. Həmin proyeksiyalarda dəri altı qansızmalar izlənir. Müayinə zamanı meyitin bədəni üzərində digər xəsarət və ya xəsarət izləri aşkar olunmadı. İşdə olan və məhkəmə istintaqında elan edilmiş ambulator, stasionar xəstənin tibbi kartasından çıxarışdan görünür ki, doğulmuş uşağa “dəqiqləşdirilməmiş təngənəfəslik, anadangəlmə ürək qüsuru” diaqnozu qoyulmuşdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş “Omega” Hospitalın xx.xx.2023-cü il 2907/001 saylı məktubundan görünür ki, 06 may 2023-cü il tarixdə Şahid1 “29-30 həftəlik hamiləlik. Baş gəlişi. Dölün qarın boşluğunda az miqdarda sərbəst maye izlənir” diaqnozu qoyulmuşdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Şahid1 yenidoğulmuşu barəsində Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi PHŞ-nin xx.xx.2023-cü il tarixli 26 nömrəli rəyindən görünür ki, 2003-cü il təvəllüdlü Şahid1 doğduğu yenidoğulmuşun meyitinin müayinəsi zamanı aşkar edilmişdir – ağ ciyərdə birincili ocaqlı atelektaz (tənəffüs almış ağciyərlər), venoz doluqanlılıq, visseral plevralarda perivaskulyar qansızmalar. Miokarda stromanın ödemi, xırdaocaqlı qansızmalar. Baş beynin yumşaq qişasında xırda ocaqlı perivaskulyar hipoksik qansızmalar, beyin maddəsinin ödemi. Müayinə olunan üzv və toxumalarda venoz doluqanlılıq. Qeyd: Bətndaxili hipoksiyanın postnafal asfiksiyaya keçməsi. Sol dirsək büküşündə, sol iç topuq proyeksiyasında, sağ dirsək oynağının bayır səthində inyeksiya izləri. Döl qadın cinsinə mənsubdur. Dölün antropometrik göstəricilərinə əsasən, ana bətnində keçirdiyi müddət 39 həftədir. Dölün bədəni üzərində inyeksiya izləri istisna olmaqla, digər hansı bir travmatik xəsarət və ya xəsarət izləri aşkar edilmədi. Döl diri doğulmuş, ölümünə səbəb bətndaxili hipoksiyanın postnatal asfiksiyaya keçməsi fonunda kəskin ağciyər ürək çatışmazlığı olmuşdur, ölüm xx.xx.2023-cü il tarixdə sat 16:30-da baş vermişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Sabirabad Rayon Mərkəzi X30 Şəxsinin xx.xx.2023-cü il tarixli, PHŞ-6-70/2- 828/2023 nömrəli məktubundan görünür ki, Sabirabad rayon prokurorluğunun xx.xx.2023cü il tarixli 161-C-23 saylı məktubuna cavab olaraq Sabirabad rayon Mərkəzi Xəstəxanasının ASM şöbə müdiri və Sabirabad rayon X10 neanotoloqu izahat verərək bildirmişdir ki, xx.xx.2003-cü il təvəllüdlü, Saatlı şəhər Minbaşı qəsəbə sakini Şahid1 xx.xx.2023-cü il tarixdə, saat 17:00 radələrində Sabirabad Rayon Mərkəzi X4 Mərkəzinə, Saatlı rayonunun Mərkəzi Xəstəxanasının doğum evindən İİ hamiləlik İİ doğuşla 38 həftəlik hamiləlik sonunda cinsi qız, çəkisi 3 kq olan, səhər saat 10:25 radələrində doğulan uşaq qəbul edilmişdir. Körpə tibb bacısının müşayiəti ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına təcili yardım avtomobili ilə gətirilmişdir. Körpə dərhal reanimasiya şöbəsinə aparılmış, orada isidilmiş uşaq çarpayısında tibb bacısının yanında onun iştirakı ilə müayinə edilmişdir. Körpə Saatlı Rayon Mərkəzi Xəstəxanasından "Dəqiqləşdirilməmiş tənəffüs pozğunluğu" diaqnozu ilə göndərilmişdir. Lakin, körpə müayinə olunmuş "ağır ürək qüsurlu diaqnozu qoyulduqdan sonra müayinələrə başlanılmışdır. Körpə küveyzə yerləşdirildikdən sonra, SPAP aparatına qoşulmuş, adrenalin canlandırma edilmiş, manitor nəzarəti ilə ilk antibiotik müalicə infuzion müalicəyə başlanılmışdır. Hemograma edilmiş, şəkər hemoqlobin, CRZ qan qrupu təyin olunmuş, rentgenoqrafiya tərəfindən ağ ciyərlərin rentgeni olunmuşdur. Rentgendə patoloji kölgələr aşkar olunmamış, lakin ürək hüdudlarının genişlənməsi qeyd edilmişdir. Kardioloq müayinəsi olunmuş, uşaqda ağır ürək qüsuru qeyd olunmuşdur. Kurator Zeynəb xanımla əlaqə saxlanılmış, bütün məlumatlar Zeynəb xanıma bildirilmiş, yuxarıda qeyd olunan bütün müayinələr Zeynəb xanımın göstərişi ilə aparılmışdır. Zeynəb xanım ürək qüsurlu uşaqların sayı çox olduğu üçün heç bir xəstəxanada yer olmadığını bildirmişdir. Buna baxmayaraq, neonataloji qrupa ürək qüsurlu körpə haqqında məlumat verilmişdir. xx.xx.2023-cü il tarixdə saat 05:00 radələrində körpənin vəziyyəti getdikcə ağırlaşmışdır. Uşağın vəziyyəti haqqında Sabirabad rayon X11 Hüquqi şəxsin direktoru Ənvər Lumanov OMD-nin hakimi Reqina xanımla əlaqə saxlamış, körpənin vəziyyəti haqqında məlumat vermişdir. Lakin, Reqina xanım xəstəxanada yer olmadığını bildirmiş və bu səbəbdən körpənin göndərilməsi mümkün olmamışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyi” PHŞ-nin komisyon ekspertizalar şöbəsinin məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 573/KEŞ saylı rəyindən görünür ki, 2003-cü il təvəllüdlü Şahid1 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara və yenidoğulmuş qadın cinsli uşağının meyitinin məhkəmə-tibbi müayinələrinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir:

1. Şahid1 yenidoğulmuş uşağının meyitinin məhkəmə-tibbi müayinəsi aparılmış və yenidoğulmuşun boyunun 48 sm, çəkisinin 3000,0 gram, düzgün bədən quruluşlu olduğu, hestasiya müddətinə uyğun olaraq inkişaf etdiyi, har hansı inkişaf qüsurunun olmadığı müəyyən edilmişdir. Şahid1 yenidoğulmuş uşağı yaşamaq qabiliyyətli olmuşdur.

2. Şahid1 antenatal qulluq zamanı Səhiyyə Nazirliyi Kollegiyasının 11 mart 2013cü il tarixli 08 saylı qərarı ilə təsdiq edilmiş "Fizoloji hamiləliyi olan qadınlara antenatal qulluq X44"a uyğun olaraq "Hamilə və zahının tibbi kitabçası" tərtib edilmişdir. Hamilənin müraciətləri zamanı hestasiya yaşına uyğun olaraq müayinə və müalicələr icra edilmişdir. Qeyd edilən protokola əsasən hamiləlik dövründə hamilənin qadın məsləhətxanasına 7 gəlişi tövsiyə olunur. Lakin, qadın məsləhətxanasına gəlişlərin sayı tövsiyə xarakterli olub məcburi xidmət deyildir.

3. Şahid1 adına Saatlı Rayon Mərkəzi Xəstəxanası PHŞ-da tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, xx.xx.2023-cü il tarixdə hamiləyə "H₂D1A0. Hamiləlik 38 həftı+3gün. Baş gəlişi. Doğuşun birinci dövrü diaqnozu təyin edilmişdir. Hamilə tibb müəssisəsinə qəbul edildikdən və müayinələr aparıldıqdan sonra təyin edilməli olan klinik diaqnoz müayinələr aparılmadan və hamilədən anamnez toplanmadan təyin edilmişdir (ilkin diaqnoz və klinik diaqnoz eynilik təşkil edir). Hamilə xəstəxanaya daxil olduqdan sonra onun üzərində qanın ümumi analizi (hemoqlobin (C), hematokrit, trombositlər), sidiyin ümumi analizi, ananın qan qrupu va Rh-faktoru, qanın biokimyəvi analizi (şəkərin təyini), koaqulogramm: Li-Uayt üsulu ilə, laxtalanma müddəti, fibrinogen, protrombin indeksi, APTV), EKQ, dölün auskultasiyası, KTQ müayinəsi, USM, qanda İİV, hepatit B və C, RW müayinələri aparılmalı olduğu halda aparılmamışdır. Tibbi sənədlərin və iş materiallarının tədqiqi zamanı Saatlı Rayon Mərkəzi Xəstəxanası PHŞ-də təyin edilmiş diaqnoz düzgün təyin edilməmişdir. Belə ki, abortların sayı 0, hamiləliyin sayı 2 kimi göstərilsə də, Şahid1 3 hamiləliyi və 1 abortu olduğu müəyyən edilmişdir. Əlavə olaraq, hamilə qəbul olduqdan sonra klinik diaqnozun təyin edilməsi üçün heç bir müayinə aparılmamışdır. Doğuş baş verdikdən və xəstə xx.xx.2023-cü il saat 1600-da digər tibb müəssisəsi olan Sabirabad Rayon Mərkəzi Xəstəxanası PHŞ-yə getmək məqsədi ilə xəstəxanadan buraxıldıqdan sonra saat (1644-də əldə edilmiş laborator müayinələrin nəticəsinə əsasən, zahı qan azlığından (orta dərəcəli anemiya) əziyyət çəkmişdir (hemoqlobin 8g/dL). Anemiya qan azlığı hamilənin klinik diaqnozunda öz əksini tapmamışdır. Saatlı Rayon Mərkəzi Xəstəxanası PHŞ-də hamilənin qəbulu zamanı müayinələri aparılmadığından qeyd olunan anemiyanın doğuşdan əvvəl və ya doğuşdan sonra qanaxma fonunda yarandığı haqda dəqiq fikir söyləmək mümkün deyildir. Lakin, Şahid1 adına tərtib edilmiş xx.xx.2023-cü il tarixli laborator müayinənin nəticəsinə əsasən, onun qanında hemoqlobinin miqdarı 9.9g/dL (yüngül dərəcəli anemiya) olmuşdur. Bu isə anemiyanın qan transfuziya (qan köçürmə) həddinə yaxın göstəricilərə çatmasının doğuşdan əvvəl baş verməsini istisna edir. Sabirabad Rayon Mərkəzi Xəstəxanası PHŞ-də Şahid1 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, ona "doğuşdan sonrakı vəziyyət" diaqnozu təyin edilmiş, lakin hər hansı laborator, instrumental müayinə aparılmadığından onun əziyyət çəkdiyi orta dərəcəli anemiya aşkar edilməmişdir. Hamiləlik zamanı anemiyanın aşkar edilməsi ana və döl üçün əhəmiyyətlidir. Belə ki, analarda anemiya olduqda döldə də xroniki hipoksiya baş verir, antenatal dövrdən sonra dezadaptasiya əhəmiyyətli dərəcədə artır.

4. Şahid1 yenidoğulmuşunun meyitinin məhkəmə-tibbi müayinəsi aparılmış və onun bətndaxili hipoksiyadan əziyyət çəkdiyi (anemiya və ya digər səbəblərdən) aşkar edilmişdir. Hətta qeyd edilən bətndaxili hipoksiyanın postnatal asfiksiyaya keçməsi fonunda yenidoğulmuşun ölümünə səbəb olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 03 oktyabr 2013-cü il tarixli 30 saylı qərarı ilə təsdiq edilmiş "Kesar kəsiyi" əməliyyatı X44a əsasən, hazırda dünya təcrübəsində QK əməliyyatı üçün olan göstərişlər beş əsas qrupa bölünür. Bunlardan biri dölün distressi (dölün distressinə şübhə) (18,2%) olub hamiləlik və doğuş vaxtı təcili "Kesar kəsiyi" cərrahi əməliyyatına göstərişdir. Şahid1 adına Saatlı Rayon Mərkəzi Xəstəxanası PHŞ-də müayinələri tam icra edilmədiyindən, hamilə və ya döl tərəfdən "Kesar kəsiyi" cərrahiyyə əməliyyatına göstəriş olub-olmadığı müəyyən edilməmiş, hamilə birbaşa fizioloji doğuşa buraxılmışdır.

5. Şahid1 yenidoğulmuş uşağının meyitinin məhkəmə-tibbi müayinəsi aparılmış və onun ölümünə səbəb hər hansı infeksion xəstəliklər deyil, bətndaxili hipoksiyanın postnatal asfiksiyaya keçməsi fonunda kəskin ağciyər-ürək çatmamazlığı olduğu müəyyən edilmişdir.

6. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli "Omeqa" klinikasında aparılmış ultrasəs müayinəsində dölün qarın boşluğunda aşkar edilmiş maye az miqdarda olub, digər müayinələr zamanı aşkar edilməyə bilərdi. Qeyd edilən patologiya Plasentar keçiriciliyin pozulması, ödem, magistral damarların patologiyası və bir çox digər sindromlar zamanı yarana bilər. Şahid1 yenidoğulmuş uşağının ölümü ilə qeyd edilən patologiya arasında birbaşa səbəbli əlaqə olmamışdır.

7. Şahid1 yenidoğulmuş uşağında hamiləlik dövründə və doğuş zamanı hər hansı patologiya aşkar edilməmişdir (müayinələr tam həcmdə aparılmadığından). Lakin, doğuşdan sonra yenidoğulmuşun asfiksiya və hipoksiyadan əziyyət çəkdiyi müəyyən edilmişdir. Hipoksiyanın doğuşdan sonra aşkar edilməsinə baxmayaraq doğuş zamanı da mövcud olmuşdur (meyitin məhkəmə-tibbi ekspertizasına əsasən). Döldə aşkar edilmiş hipoksiya ilə baş vermiş ölümü arasında birbaşa səbəbli əlaqə vardır.

8. Şahid1 yenidoğulmuş uşağının meyitinin məhkəmə-tibbi müayinə nəticəsi, zahıda laborator müayinə zamanı aşkar edilmiş orta dərəcəli anemiya və digər göstəricilərə əsasən, dölün doğuş zamanı hipoksiyadan əziyyət çəkdiyini söyləmək mümkündür. Qeyd edilən halın aşkar edilməsi üçün KTQ, USM vǝ DOPPLER müayinəsi icra edilməli idi. Antenatal qulluq zamanı müayinələr tövsiyə olunan vaxtlarda icra edilməmiş, icra edildiyi zamanlarda isə dölün hipoksiyası aşkar edilməmişdir.

9. Şahid1 yenidoğulmuş uşağının meyitinin məhkəmə-tibbi müayinəsi aparılmış, daxili müayinə zamanı ürək və ağciyərlərdə inkişaf qüsuru aşkar edilməmişdir.

10. Şahid1 yenidoğulmuş uşağının doğuşu zamanı dölyanı mayeni aspirasiya etməsi əlamətləri aşkar edilməmişdir.

11. Şahid1 yenidoğulmuş uşağının meyitinin Azərbaycan Respublikası Səhiyyə Nazirlliyinin "Məhkəmə-tibbi Ekspertiza və X25"nin Sabirabad rayon şöbəsində məhkəmətibbi müayinəsi aparılmış, ekspert rǝyi, laborator, histoloji və digər müayinə nəticələrinə istinad edilərək əsaslı və düzgün tərtib edilmişdir.

12. Şahid1 yenidoğulmuş qadın cinsli uşağının meyitinin məhkəmə-tibbi ekspertizası keçirilmiş, dölün diri doğulduğu, ölümünə səbəb isə bətndaxili hipoksiyanın postnatal asfiksiyaya keçməsi fonunda kəskin ağciyər-ürək çatmamazlığı olduğu müəyyən edilmişdir. Şahid1 və doğuşdan sonra yenidoğulmuş qadın cinsli uşağına tibbi tədbirlər Saatlı Rayon Mərkəzi Xəstəxanası PHŞ-də lazımi tibbi müayinə və tədbirlər vaxtında və düzgün icra edilməmişdir. Qeyd edilən tibbi tədbirlərin vaxtında və düzgün icra edilməməsinə məsul şəxslər həkim mama-ginekoloq və həkim-neonatoloqdur. Tibbi tədbirlərin vaxtında və düzgün icra edilməməsi səhiyyə nazirliyinin 70 saylı əmrinin müvafiq bəndinin pozulması kimi qiymətləndirilir.

13. Şahid1 doğuşu və yenidoğulmuş qadın cinsli uşağına tibbi tədbirlərin vaxtında və düzgün icra edilməməsi ilə yenidoğulmuşun ölümü arasında səbəbli əlaqə vardır. Hamiləyə vaxtında lazımi laborator, instrumental müayinələri aparılmalı, yenidoğulmuşa isə doğuşdan dərhal sonra əziyyət çəkdiyi hipoksiyanın qarşısının alınması məqsədi ilə ağciyərlərin süni ventilyasiyası və digər reanimasion tədbirlər icra edilməli idi. Tibbi tədbirlərin icra edilməsinin mümkün olmayacağı halda yenidoğulmuş dərhal digər ixtisaslı tibb müəssisəsinə təxliyyə edilməli idi. Qeyd edilən tibbi tədbirlərin vaxtında və düzgün icra ediləcəyi halda yenidoğulmuşun həyatının xilas edilməsi şansı çox olardı. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA birliyi” PHŞ-nin məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 725/KEŞ saylı rəyindən görünür ki, 2003-cü il təvəllüdlü Şahid1 Fərasat qızının adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir:

1. Şahid1 yenidoğulmuş uşağının meyitinin məhkəmə-tibbi müayinəsi aparılmış və yenidoğulmuşun boyunun 48 sm, çəkisinin - 3000,0 qram, düzgün bədən quruluşlu olduğu, hestasiya müddətinə uyğun olaraq inkişaf etdiyi, har hansı inkişaf qüsurunun olmadığı müəyyən edilmişdir. Şahid1 yenidoğulmuş uşağı yaşamaq qabiliyyətli olmuşdur.

2. Şahid1 antenatal qulluq zamanı Səhiyyə Nazirliyi Kollegiyasının 11 mart 2013cü il tarixli 08 saylı qərarı ilə təsdiq edilmiş "Fizoloji hamiləliyi olan qadınlara antenatal qulluq X44"a uyğun olaraq "Hamilə və zahının tibbi kitabçası" tərtib edilmişdir. Hamilənin müraciətləri zamanı hestasiya yaşına uyğun olaraq müayinə və müalicələr icra edilmişdir. Qeyd edilən protokola əsasən hamiləlik dövründə hamilənin qadın məsləhətxanasına 7 gəlişi tövsiyə olunur. Lakin, qadın məsləhətxanasına gəlişlərin sayı tövsiyə xarakterli olub məcburi xidmət deyildir.

3. Şahid1 adına Saatlı Rayon Mərkəzi Xəstəxanası PHS-də tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, xx.xx.2023-cü il tarixdə hamiləyə "HD,Ao. Hamiləlik 38 həftə+3gün. Baş gəlişi. Doğuşun birinci dövrü" diaqnozu təyin edilmişdir. Hamilə tibb müəssisəsinə qəbul edildikdən və müayinələr aparıldıqdan sonra təyin edilməli olan klinik diaqnoz müayinələr aparılmadan və hamilədən anamnez toplanmadan təyin edilmişdir (ilkin diaqnoz və klinik diaqnoz eynilik təşkil edir). Hamilə xəstəxanaya daxil olduqdan sonra onun üzərində qanın ümumi analizi, hemoqlobin (C), hematokrit, trombositlər), sidiyin ümumi analizi, ananın qan qrupu ve Rh-faktoru, qanın biokimyəvi analizi (şəkərin təyini), koaquloqramm: Li-Uayt üsulu ilə laxtalanma müddəti, fibrinogen, protrombin indeksi, APTV), EKQ, dolün auskultasiyası, KTQ müayinəsi, USM, qanda İİV, hepatit B və C, RW müayinələri aparılmalı olduğu halda aparılmamışdır. Tibbi sənədlərin və iş materiallarının tədqiqi zamanı Saatlı RMX-da təyin edilmiş diaqnoz düzgün təyin edilməmişdir. Belə ki, abortların sayı 0, hamiləliyin sayı 2 kimi göstərilsə də Şahid1 3 hamiləliyi və 1 abortu olduğu müəyyən edilmişdir. Əlavə olaraq hamilə qəbul olduqdan sonra klinik diaqnozun təyin edilməsi üçün heç bir müayinə aparılmamışdır. Doğuş baş verdikdən və xəstə xx.xx.2023cü il saat 16-da digər tibb müəssisəsi olan Sabirabad Rayon Mərkəzi Xəstəxanası PHS-nə getmək məqsədi ilə xəstəxanadan buraxıldıqdan sonra saat 16:44-də əldə edilmiş laborator müayinələrin nəticəsinə əsasən, zahı qan azlığından (orta dərəcəli anemiya) əziyyət çəkmişdir (hemoqlobin 8g/dL). Anemiya (qan azlığı) hamilənin klinik diaqnozunda öz əksini tapmamışdır. Saatlı RMX-da hamilənin qəbulu zamanı müayinələri aparılmadığından qeyd olunan anemiyanın doğuşdan əvvəl və ya doğuşdan sonra qanaxma fonunda yarandığı haqqında dəqiq fikir söyləmək mümkün deyildir. Lakin, Şahid1 adına tərtib edilmiş xx.xx.2023-cü il tarixli laborator müayinələrin nəticələrinə əsasən, onun qanında hemoqlobinin miqdarı 9.9g/dL (yüngül dərəcəli anemiya) olmuşdur. Bu isə anemiyanın qan transfuziya (qan köçürmə) həddinə yaxın göstəricilərə çatmasının doğuşdan əvvəl baş vermasini istisna edir. Sabirabad RMX-da Şahid1 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, ona "doğuşdan sonrakı vəziyyət" diaqnozu təyin edilmiş, lakin hər hansı laborator, instrumental müayinə aparılmadığından onun əziyyət çəkdiyi orta dərəcəli anemiya aşkar edilməmişdir. Hamiləlik zamanı anemiyanın aşkar edilməsi ana və döl üçün əhəmiyyətlidir. Belə ki, analarda anemiya olduqda döldə də xroniki hipoksiya baş verir, antenatal dövrdən sonra dezadaptasiya əhəmiyyətli dərəcədə artır. 4.15. Şahid1 yenidoğulmuş uşağının meyitinin məhkəmə-tibbi müayinəsi aparılmış və onun bətndaxili hipoksiyadan əziyyət çəkdiyi (anemiya və ya digər səbəblərdən) aşkar edilmişdir. Hətta qeyd edilən bətndaxili hipoksiya postnatal astiksiyaya keçməsi fonunda yenidoğulmuşun ölümünə səbəb olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 03 oktyabr 2013-cü il tarixli 30 saylı qərarı ilə təsdiq edilmiş "Kesar kəsiyi" əməliyyatı X44a əsasən, hazırda dünya təcrübəsində QK əməliyyatı üçün olan göstərişlər beş əsas qrupa bölünür. Bunlardan biri dölün distressi (dölün distressinə şübhə) (18,2%) olub hamiləlik və doğuş vaxtı təcili "Kesar kəsiyi" cərrahi əməliyyatına göstərişdir. Şahid1 adına Saatlı RMX-da müayinələri tam icra edilmədiyindən, hamilə və ya döl tərəfdən "Kesar kəsiyi" cərrahiyyə əməliyyatına göstəriş olub-olmadığı müəyyən edilməmiş, hamilə birbaşa fizioloji doğuşa buraxılmışdır.

5. Şahid1 yenidoğulmuş uşağının meyitinin məhkəmə-tibbi müayinəsi aparılmış və onun ölümünə səbəb hər hansı infeksion xəstəlik deyil, bətndaxili hipoksiyanın postnatal asfiksiyaya keçməsi fonunda kəskin ağciyər-ürək çatmamazlığı olduğu müəyyən edilmişdir.

6. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli "Omeqa" Klinikasında aparılmış ultrasəs müayinəsində dölün qarın boşluğunda aşkar edilmiş maye az miqdarda olub, digər müayinələr zamanı aşkar edilməyə bilərdi. Qeyd edilən patologiya plasentar keçiriciliyin pozulması, ödem, magistral damarların patologiyası və bir çox digǝr sindromlar zamanı yarana bilər. Şahid1 yenidoğulmuş uşağının ölümü ilə qeyd edilən patologiya arasında birbaşa səbəbli əlaqə olmamışdır.

7. Şahid1 yenidoğulmuş uşağında hamiləlik dövründə və doğuş zamanı hər hansı patologiya aşkar edilməmişdir (müayinələr tam həcmdə aparılmamışdır). Lakin doğuşdan sonra yenidoğulmuşun asfiksiya və hipoksiyadan əziyyət cəkdiyi müəyyən edilmişdir. Hipoksiyanın doğuşdan sonra aşkar edilməsinə baxmayaraq doğuş zamanı da mövcud olmuşdur (meyitin məhkəmə-tibbi ekspertizasına ǝsasən). Döldə aşkar edilmiş hipoksiya ilə baş vermiş ölümü arasında birbaşa səbəbli əlaqə vardır. 8.9. Şahid1 yenidoğulmuş uşağının meyitinin məhkəmə-tibbi müayinə nəticəsi, zahıda laborator müayinə zamanı aşkar edilmiş orta dərəcəli anemiya və digər göstəricilərə əsasən, dölün doğuş zamanı hipoksiyadan əziyyət çəkdiyini söyləmək mümkündür. Qeyd edilən halın aşkar edilməsi üçün KTQ, USM və DOPPLER müayinəsi icra edilməli idi. Antenatal qulluq zamanı müayinələr tövsiyə olunan vaxtlarda icra edilməmiş, icra edildiyi zamanlarda isə dölün hipoksiyası aşkar edilməmişdir. 10.14. Şahid1 doğuşu və yenidoğulmuş qadın cinsli uşağına tibbi tədbirlərin vaxtında və düzgün icra edilməməsi ilə yenidoğulmuşun ölümü arasında səbəbli əlaqə vardır. Hamiləyə vaxtında lazımi laborator, instrumental müayinələri aparılmalı, yenidoğulmuşa isə doğuşdan dərhal sonra əziyyət çəkdiyi hipoksiyanın qarşısının alınması məqsədi ilə ağciyərlərin süni ventilyasiyası və digər reanimasion tədbirlər icra edilməli idi. Tibbi tədbirlərin icra edilməsinin mümkün olmayacağı halda yenidoğulmuş dərhal digər ixtisaslı tibb müəssisəsinə təxliyyə edilməli idi. Qeyd edilən tibbi tədbirlərin vaxtında və düzgün icra ediləcəyi halda yenidoğulmuşun həyatının xilas edilməsi şansı çox olardı. Bununla əlaqədar səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrin müvafiq bəndi pozulmuşdur.

11. Şahid1 yenidoğulmuş uşağının meyitinin məhkəmə-tibbi müayinəsi aparılmış, daxili müayinə zamanı ürək və ağciyərlərdə heç bir anadangəlmə inkişaf qüsuru aşkar edilməmişdir.

12. Şahid1 yenidoğulmuş uşağının doğuşu zamanı dölyanı mayeni aspirasiya etməsi əlamətləri aşkar edilməmişdir.

13. "MTE vǝ PA Birliyi"nin Sabirabad rayon şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 26 nömrəli məhkəmə-tibbi ekspert rəyinin nəticə hissəsi təsviri hissəssinə uyğun və əsaslı tərtib edilmişdir. Daxili müayinə zamanı hipoksiyanın əlaməti olan xırda ocaqlı qansızmalar gözlə aşkar edilməyə bilir. Lakin toxumalardan götürülmüş nümunələrin məhkəmə-histoloji müayinəsi zamanı mikroskop altında “ağciyərdə birincili ocaqlı atelektaz (tənəffüs almış ağciyərlər), venoz doluqanlılıq visseral plevralarda perivaskulyar qansızmalar, miokarda stromanın ödemi, xırdaocaqlı qansızmalar, baş beynin yumşaq qişasında xırda ocaqlı perivaskulyar hipoksik qansızmalar və beyin maddəsinin ödemi" müəyyən edilmişdir. 16-18. Şahid1 yenidoğulmuş qadın cinsli uşağının meyitinin məhkəmə-tibbi ekspertizası keçirilmiş, dölün diri doğulduğu, ölümünə səbəb isə bətndaxili hipoksiyanın postnatal asfiksiyaya keçməsi fonunda kəskin ağciyər-ürək çatmamazlığının olduğu müəyyən edilmişdir. Şahid1 və doğuşdan sonra yenidoğulmuş qadın cinsli uşağına tibbi tədbirlər Saatlı Rayon Mərkəzi Xəstəxanası PHS-də lazımi tibbi müayinə, tibbi tədbirlər vaxtında və düzgün icra edilməmişdir. Qeyd edilən tibbi tədbirlərin vaxtında və düzgün icra edilməməsinə məsul şəxslər həkim mama-ginekoloq və həkim-neonatoloqdur. Tibbi tədbirlərin vaxtında və düzgün icra edilməməsi Səhiyyə Nazirliyinin 70 saylı əmrinin müvafiq bəndinin pozulması kimi qiymətləndirilir.

19. X6 şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 573/KEŞ saylı ekspert rəyinin nəticə hissəsi təsviri hissəssinə uyğun və əsaslı tərtib edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA birliyi” PHŞ-nin komisyon ekspertizalar şöbəsinin təkrar komisyon məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 101/KEŞ saylı rəyindən görünür ki, 2003-cü il təvəllüdlü Şahid1 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir:

1. Şahid1 yenidoğulmuş uşağı antropometrik göstəricilərinə əsasən ana bətnindən kənarda yaşamaq qabiliyyətinə malik hesab edilir.

2. Şahid1 antenatal qulluq zamanı Səhiyyə Nazirliyi Kollegiyasının xx.xx.2014-cü il tarixli 02 saylı qərarı ilə təsdiq edilmiş “Qadın məsləhətxanalarında, ambulator-poliklinik tibb müəssisələrində antenatal xidmətin təşkili haqqında” təlimatın tələbləri pozulmuşdur. Belə ki, Səhiyyə Nazirliyi Kollegiyasının Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılması”na dair 2014-2022-ci illər üçün dövlət proqramının 4.3.4-cü bəndinə görə yenidoğulmuşa anadangəlmə ürək qüsurunun skrininqi aparılmamış, anadangəlmə ürək qüsuru diaqnozu əsaslandırılmamışdır.

3. Şahid1 adına Saatlı Rayon Mərkəzi Xəstəxanası PHŞ-ndə tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, xx.xx.2023-cü il tarixdə hamiləyə “H2D1A0. Hamiləlik 38 həftə+3 gün. Baş gəlişi. Doğuşun birinci dövrü” diaqnozu klinik müayinələr aparılmadan və hamilədən anamnez toplanmadan təyin edilmişdir. Belə ki, Saatlı RMX PHŞ-də Şahid1 göstərilən doğuşayardım xidmətində hamilə qadının xəstəxanaya müraciət etdiyi anda dölün ümumi vəziyyətini təyin edən hamiləlik USQ (USM) müayinəsi xəstəlik tarixində göstərilməmiş, dölün ürək döyüntülərinin nəzarətini təyin edən kardiotokoqrafiya müayinəsi aparılmamışdır. Xəstəlik tarixində qeyd edildiyi kimi yenidoğulmuşun anadangəlmə ürək qüsuru olma şübhəsini göstərən sənəd təqdim olunmamışdır. Bununla da Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 29 iyun 2012-ci il tarixli 22 saylı qərarı ilə təsdiq edilmiş “Normal doğuş X44”a əməl edilməmiş və dölün bətndaxili hipoksiyası qiymətləndirilməmişdir. Buna cavabdeh həkim mama-ginekoloq Təqsirləndirilən şəxsdır. Sabirabad Rayon Mərkəzi Xəstəxanası PHŞ-də Şahid1 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, ona “Doğuşdan sonrakı vəziyyət” diaqnozu qoyulmuş, lakin hər hansı laborator, instrumental müayinə aparılmamış, “Anemiya” diaqnozu təyin edilməmişdir. Hamiləlik zamanı anemiyanın aşkar edilməsi ana və döl üçün əhəmiyyətlidir. Belə ki, analarda anemiya olduqda döldə də xroniki hipoksiya baş verir, antenatal dövrdən sonra dezadaptasiya əhəmiyyətli dərəcədə artır. Beləliklə, həkim neonatoloq Mehriban Ağayeva və həkim Güllü Nəsirova tərəfindən X14 yenidoğulmuşa göstərilən xidmət adekvat olmamış, xəstəyə lazımi müayinələr aparılmamış və monitorinq olunmamışdır. X14 yenidoğulmuşa kardioloq Şəhla Həsənovanın müayinəsi standartlara uyğun aparılmamış, rəy düzgün tərtib edilməmiş, diaqnoz əsaslandırılmamışdır. Qeyd olunan qüsurlar yenidoğulmuşun vəziyyətinin daha da ağırlaşmasına və ölümünə gətirib çıxarmışdır. 4.15. Şahid1 yenidoğulmuş uşağının meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş patomorfoloji dəyişikliklər, bətndaxili hipoksiyanın postnatal asfiksiyaya keçməsi, dölün distressinə şübhə olması doğuş vaxtı təcili “Kesar kəsiyi” cərrahiyyə əməliyyatına göstərişin olmasına dəlalət edir. Şahid1 Saatlı RMX PHŞ-də müayinələri tam icra edilmədiyindən, hamilə və ya döl tərəfdən “Kesar kəsiyi” cərrahiyyə əməliyyatına göstərişin olması düzgün qiymətləndirilməmiş, hamilə birbaşa fizioloji doğuşa buraxılmış və bu da yenidoğulmuşun ölümünə gətirib çıxarmışdır.

5. Şahid1 yenidoğulmuş uşağının ölümünə səbəb ola biləcək hər hansı infeksion xəstəlik aşkar edilməmişdir.

6. “Omeqa” Klinikasında xx.xx.2023-cü il tarixdə aparılmış ultrasəs müayinəsində dölün qarın boşluğunda aşkar edilmiş sərbəst mayenin həcmi az miqdarda olduğundan digər müayinələr zamanı aşkar edilməyə bilərdi. Qeyd edilən patologiya ilə ölüm arasında bilavasitə səbəbli əlaqə olmamışdır.

7. Şahid1 yenidoğulmuş uşağında onun ölümünə səbəb olan hipoksiya istisna olmaqla digər xarakterli patologiya müəyyən edilməmişdir. 8.9. Şahid1 yenidoğulmuş uşağının meyitində məhkəmə-tibbi müayinə zamanı hipoksiyadan əziyyət çəkdiyinə uyğun morfoloji dəyişikliklər müəyyən edilmişdir. Qeyd edilən halın aşkar edilməsi üçün KTQ, USM və Doppler müayinəsi icra edilməli idi. Antenatal qulluq zamanı müayinələr tövsiyə olunan vaxtlarda icra edilməmiş, icra edildiyi zamanlarda isə dölün hipoksiyası aşkar edilməmişdir. Bətndaxili dövrdə hipoksiyanın aşkar edildiyi halda adekvat təyin edilmiş tibbi tədbirlər nəticəsində ölümün qarşısının alınması mümkün ola bilərdi. 10.14. Şahid1 yenidoğulmuş uşağına doğuşdan dərhal sonra əziyyət çəkdiyi hipoksiyanın qarşısının alınması məqsədi ilə ağciyərlərin süni ventilyasiyası və digər reanimasion tədbirlər vaxtında, düzgün və müvafiq həcmdə icra edilsəydi, daha ixtisaslı tibb müəssisəsinə təxliyyə edilməklə həmin tibb müəssisəsində vaxtında, düzgün diaqnostik və müalicə tədbirləri icra ediləcəyi halda yenidoğulmuşun həyatının xilas edilməsi mümkün olardı.

11. Şahid1 yenidoğulmuş uşağının meyitində anadangəlmə inkişaf qüsuru aşkar edilməmişdir.

12. Şahid1 yenidoğulmuş uşağının meyitinin məhkəmə-tibbi müayinəsi zamanı yuxarı tənəffüs yollarında və ağciyərlərində doğuş zamanı dölyanı mayeni aspirasiya etməsi əlamətləri aşkar edilməmişdir.

13. “MTE və PA Birliyi”nin Sabirabad rayon şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 26 nömrəli məhkəmə-tibbi ekspert rəyinin nəticə hissəsi təsviri hissəssinə uyğun və əsaslı tərtib edilmişdir. Daxili müayinə zamanı hipoksiyanın əlaməti olan xırda ocaqlı qansızmalar makroskopik olaraq, yəni gözlə görünməyə bilər. Lakin meyitin daxili üzvlərindən götürülmüş biomateriallarda məhkəmə-histoloji tədqiqat zamanı mikroskop altında (görünüşü 40, 60 və ya 80 dəfə böyütməklə) “Ağciyərdə birincili ocaqlı atelektaz (tənəffüs almış ağciyərlər), venoz doluqanlılıq, visseral plevralarda perivaskulyar qansızmalar, miokarda stromanın ödemi, xırdaocaqlı qansızmalar, baş beynin yumşaq qişasında xırda ocaqlı perivaskulyar hipoksik qansızmalar və beyin maddəsinin ödemi” müəyyən edilmişdir. 16.17. Xəstənin təxliyyəsi təlimatlara uyğun aparılmamış, yalnız tibb bacısının iştirakı ilə aparılmaqla təxliyyə şərtləri pozulmuşdur. “TƏBİB” PHŞ-n tibb müəssisələri arasında xəstə köçürülmələrinin təhlükəsizliyinin təmini və daşınmanın düzgün təşkili barədə olan təlimat qaydaları pozulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 30 dekabr 2016-cı il tarixli 100 №-li əmrinə əsasən TQS №117 Neonatal daşınma və TQS №114/1 müşayiət göndəriş vərəqi tərtib edilməmişdir.

18. Şahid1 və doğuşdan sonra yenidoğulmuş qadın cinsli uşağına tibbi tədbirlər Saatlı RMX PHŞ-də və eləcə də Sabirabad RMX PHŞ-ndə lazımi tibbi müayinə, tibbi tədbirlər adekvat olmamış, vaxtında və düzgün icra edilməmişdir. Tibbi tədbirlərin vaxtında və düzgün icra edilməməsinə məsul şəxslər Saatlı RMX-da həkim mama-ginekoloq və həkim-neonatoloq, Sabirabad RMX-nda həkim-neonatoloqdur. Onların qüsurlu diaqnostik və müalicə tədbirləri yenidoğulmuşun vəziyyətinin ağırlaşmasına və ölümünə səbəb olmuşdur. Bununla əlaqədar həkim-neonatoloqlar tərəfindən səhiyyə sistemində qüvvədə olan, Səhiyyə Nazirliyinin xx.xx.2012-ci il tarixli 70 saylı əmri ilə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə Təlimatları”nın “Həkim-neonatoloqun nümunəvi vəzifə təlimatı”nın 24.1-ci bəndinin (“ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməsi”), həkim mama-ginekoloq tərəfindən isə “Həkim mama-ginekoloqun nümunəvi vəzifə təlimatı”nın 50.1-ci bəndinin (“ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməsi”) tələbləri pozulmuşdur.

19. İlkin və təkrar ekspertizalar meyitin autopsiyasına, meyitdən götürülmüş biomaterialların laborator tədqiqatlarına, səhiyyə sistemində qüvvədə olan normativ hüquqi aktların tələblərinin icrasına, yüksək ixtisaslı mütəxəssis rəylərində istinad edilən tibbi sənədlərdə yazılanların təhlilinə uyğun tərtib edilməsi həmin rəylərin elmi əsaslı olmasına dəlalət edir.”. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA birliyi” PHŞ-nin komisyon ekspertizalar şöbəsinin əlavə komisyon məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 211/KEŞ saylı rəyindən görünür ki, 2003-cü il təvəllüdlü Şahid1 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir:

1. X6 şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 101/KEŞ nömrəli ekspert rəyində hamilə Şahid1 xəstəxanaya daxil olduğu zaman ona zəruri olan dölün ümumi vəziyyətini təyin edən hamiləlik USQ (USM) müayinəsi, dölün ürək döyüntülərinin nəzarətini təyin edən kardiotokoqrafiya müayinəsi, habelə Şahid1 yenidoğulmuş uşağının hipoksiyadan əziyyət çəkdiyinə görə qeyd edilən halın aşkar edilməsi üçün KTQ, USM və Doppler müayinələrinin icra edilməli olması göstərilmişdir. İş materiallarına əlavə edilmiş məlumatlarda göstərilənlərə əsasən, istintaq zamanı rayon prokurorluğuna daxil olmuş məktub və ifadələrlə müəyyən edilmişdir ki, göstərilənlərin dəqiqləşdirilməsindən ötrü zəruri olan instrumental müayinələrin keçirilməsinin təmin edilməsi üçün “Saatlı Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də KTQ (KT) və Doppler aparatı mövcud olmamış, lakin Saatlı RMX PHŞ-də USM kabineti, habelə Ginekologiya və doğum şöbəsində portativ (daşınar) tipli “Siemens model: ACUSON P300” markalı USM cihazı və portativ (daşınar) Fetal əl doppler cihazı vardır. Belə olan halda Şahid1 və yenidoğulmuşuna göstərilən tibbi xidmətlər həkim mama-ginekoloqun qüsurlu tibbi xidməti kimi qəbul edilməlidir. Şahid1 yenidoğulmuş uşağının meyitində məhkəmə-tibbi müayinə zamanı hipoksiyadan əziyyət çəkdiyinə uyğun morfoloji dəyişikliklər müəyyən edildiyindən qeyd edilən halın aşkar edilməsi üçün KTQ, USM və Doppler müayinələri icra edilməli idi. Bətndaxili hipoksiyanın aşkar edilməsi üçün KTQ, USM və Doppler müayinələrindən başqa hər hansı bir instrumental müayinə metodu yoxdur. Göstərilən halın aşkar edilməsi portativ USM və əl doppler müayinələri zamanı mümkün olardı.

2. Şahid1 adına Saatlı Rayon Mərkəzi Xəstəxanası PHŞ-də tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, xx.xx.2023-cü il tarixdə hamiləyə “H2D1A0. Hamiləlik 38 həftə+3 gün. Baş gəlişi. Doğuşun birinci dövrü” diaqnozu klinik müayinələr aparılmadan və hamilədən anamnez toplanmadan təyin edilmişdir. Belə ki, Saatlı RMX PHŞ-də Şahid1 göstərilən doğuşayardım xidmətində hamilə qadının xəstəxanaya müraciət etdiyi anda dölün ümumi vəziyyətini təyin edən hamiləlik USQ (USM) müayinəsi xəstəlik tarixində göstərilməmiş, dölün ürək döyüntülərinin nəzarətini təyin edən kardiotokoqrafiya müayinəsi aparılmamışdır. Bununla əlaqədar Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 29 iyun 2012-ci il tarixli 22 saylı qərarı ilə təsdiq edilmiş “Normal doğuş X44”a əməl edilməmiş və dölün bətndaxili hipoksiyası qiymətləndirilməmişdir. Həmçinin həkim mamaginekoloq tərəfindən “Həkim mama-ginekoloqun nümunəvi vəzifə təlimatı”nın 50.1-ci bəndinin (“ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməməsinə”) tələbləri pozulmuşdur. Bunlara cavabdeh həkim mama-ginekoloq Təqsirləndirilən şəxsdır. Odur ki, qeyd olunan tibbi tədbirlərin, yəni dölün bətndaxili hipoksiyasını, tibbi sənədlərdə görünən göbək ciyəsinin dölün boynuna dolanmasını və “Kesar kəsiyi” cərrahiyyə əməliyyatına göstərişin olmasını düzgün qiymətləndirilməməsi, bətndaxili hipoksiyanın qarşısının alınması məqsədilə antihipoksantlardan istifadə edilməsi və medikamentoz kimi zəruri tibbi tədbirlərin düzgün və vaxtında icra edilməməsi həkim mama-ginekoloq Təqsirləndirilən şəxs tərəfindən təmin edilməməsi ilə Şahid1 yenidoğulmuş uşağının ölümü arasında birbaşa səbəbli əlaqə vardır.”. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyi” PHŞ-nin komisyon ekspertizalar şöbəsinin məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 861/KEŞ saylı rəyində ekspertlər aşağıdakı nəticəyə gəlmişlər:

1. Şahid1 yenidoğulmuş uşağının meyitinin müayinəsi zamanı onun ölümünə səbəb kəskin ağciyər ürək çatmamazlığı olmuşdur. Əgər kəskin bətndaxili hipoksiya doğuşun gedişatında qeyd olunsa idi dölün ürək döyüntülərində taxikardiya və ya bradikardiya müşahidə edilməli idi. Bu vəziyyət xəstəlik tarixində öz əksini tapmır. Apqar şkalası ilə qiymətləndirmə subyektiv dəyərləndirmədir. Asfiksiya diaqnozunun qoyulması üçün qan qazı müayinəsi, ətraflı nevroloji müayinənin olunması mütləqdir (Sarnat və sarnat, Thompson şkalasına görə dəyərləndirmə). Bətndaxili hipoksiyanı qiymətləndirmək üçün non-stress-test aparatı olmadığı üçün mama-ginekoloq doğum prosesində auskultasiya ilə dölün ürək döyüntülərini izləmişdir. Bu səbəbdən hipoksiyanın doğum öncəsi və doğum anında başlaması ilə bağlı fikir yürütmək mümkün deyildir. Postnatal dövrdə hipoksiyanın başlanmış olması ehtimal olunur. Yenidoğulmuşda natal asfiksiyadan şübhələnmək üçün doğuş anında kəskin perinatal vəziyyət (ciftin qopması, göbək ciyəsinin prolapsı, qovulma dövrünün uzanması, mekonial sularla aspirasiya, çiyinlərin distosiyası, anada kəskin ürəkağciyər çatmazlığı və s) olmadığı, Apqar şkalasına görə verilən balların orta (4-6) aralıqda olması bu yenidoğulmuşa canlandırma dəstəyinə ehtiyacı ola biləcəyinə dəlalət edir. Təkbaşına asfiksiya diaqnozunu Apqar şkalasına görə qoymaq mümkün deyil.

2. "Hamilə və zahının tibbi kitabçası"nda Şahid1 anemiyanın ağır dərəcədə olmaması (yəni >7.0 q/dl) və ilk trimestrdə keçirilən yuxarı tənəffüs yollarının respirator virus xəstəliyi infeksiyası ilə yenidoğulmuşda hipoksiyanın yaranması ilə əlaqəsi olmasını gözləmək doğru deyil.

3. Neonatoloji praktikaya əsasən, yenidoğulmuşlarda anadangəlmə burun əsasının olmaması yəhərvari burun patologiyasının olması onda hipoksiyanın yaranmasına səbəb ola bilməz.

4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 03 oktyabr 2013-cü il tarixli 30 saylı qərarı ilə təsdiq edilmiş “Qeysəriyyə kəsiyi əməliyyatı X44"un tələblərinə əsasən qeysəriyyə kəsiyi qərarı qəbul olunduqdan sonra əməliyyat mümkün qədər tez, ən qısa müddət ərzində icra edilməli olduğu (30 dəqiqədən çox olmamaq şərti ilə), ana və dölün həyatı üçün bilavasitə təhlükə, məsələn, uşaqlıq yolundan qanaxma, uşaqlığın cırılması, dölün kəskin hipoksiyası, göbək ciyəsinin düşməsi və digər fəsadlar olduğu halda Təxirəsalınmaz QK-nin təmin edilməsi nəzərdə tutulduğunu əsas götürərək xx.xx.2023-cü il tarixdə saat 0900 radələrində İ səviyyəli tibb müəssisəsi olan Saatlı RMX PHŞ-nin Ginekologiya və doğum şöbəsinə daxil olmuş hamiləliyin 38-39 həftəsində təkrar doğan, doğuşun İ; İİ və İİİ dövrləri fəsadsız keçən Şahid1 hamiləliyin İ dövrünün sonunda 2-3 dəqiqədən bir 40-45 saniyə davam edən requlyar doğum sancıları və dölyanı mayenin axması ilə, həmçinin daxili müayinə zamanı isə uşaqlıq boynunun 7-8 sm açıq olması, eləcə də 20 dəqiqə davam edən gücənmə dövrü ərzində ciftin vaxtından əvvəl qopması, göbək ciyəsi ilgǝklərinin düşməsi, göbək ciyəsinin dölün boynu ətrafında 2 və daha artıq sıx dolanması patologiyası və kəskin intranatal hipoksiya (distress sindromu) əlamətləri olmadığı halda, boyu 48 sm, çəkisi 3,200 qram olan dölün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 29 iyun 2012-ci il tarixli 22 saylı qərarı ilə təsdiq edilmiş "Normal doğuş X44"un tələblərinə uyğun hamiləliyin fizioloji doğuşla sonlandırılmasına əks göstəriş olmamışdır.

5. Şahid1 yenidoğulmuş uşağı doğuşdan 30 saat sonrakı yaşadığı dövrdə neonatoloji xidmət səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat və əmrlərin tələblərinə uyğun həyata keçirilməmişdir. Belə ki, yenidoğulmuşa tənəffüs dəstəyi (SPAP və mexaniki ventilyasiya) yetərsiz olmuşdur. Tənəffüs dəstəyi təmin edilmiş olsa idi, yenidoğulmuşun ölümünün qarşısının alınması şansı çox olardı.

6. Saatlı RMX PHŞ-də ultrasəs müayinəsi aparatının doğum şöbəsinin yerləşdiyi korpusda deyil, başqa korpusda yerləşən şöbədə olduğu halda xx.xx.2023-cü il tarixdə, saat 0900 radələrində doğum sancıları ilə doğum şöbəsinə daxil olmuş, saat 1005-də gücənmə dövrü başlamış və saat 1025-də normal doğuş həyata keçirmiş Aysel İbrahimova doğuşa qədər olan müddət ərzində digər korpusda olan USM aparatında ultrasəs müayinəsindən mütləq keçirilməsinə tibbi göstəriş olmamış və bunun doğuşun gedişinə də təsiri olmamışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyi” PHŞ-nin təkrar məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 34/MEŞ saylı rəyindən görünür ki, 2003-cü il təvəllüdlü Şahid1 adına tərtib olunmuş 725/KEŞ saylı ekspert rəyində və tibbi sənədlərdə yazılanlara əsaslanaraq, qərarda göstərilənləri nəzərə alaraq, ekspertiza qarşısında qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinir:

1. Şahid1 xx.xx.2023-cü il tarixdə, saat 10:25-də təbii yolla doğulmuş qadın cinsli uşağının (çəkisi 3000,0 qram, boyu 46 sm, baş dairəsi 35 sm, döş dairəsi 36 sm) meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş morfoloji dəyişikliklərə, meyitdən götürülmüş biomaterialların məhkəmə-histoloji tədqiqatının nəticələrinə (ağciyərdə birincili ocaqlı atelektaz (tənəffüs almış ağciyərlər), venoz doluqanlılıq, visseral plevralarda perivaskulyar qansızmalar, miokarda stromanın ödemi, xırdaocaqlı qansızmalar, baş beynin yumşaq qişasında xırda ocaqlı perivaskulyar hipoksik qansızmalar, beyin maddəsinin ödemi, müayinə olunan üzv və toxumalarda venoz doluqanlılıq) və yenidoğulmuşun inkişaf tarixində qeyd olunan kliniki əlamətlərə əsasən ölümün bilavasitə səbəbi intranatal hipoksiyanın postnatal asfiksiyaya keçməsi ilə əlaqədar inkişaf edən dölün kəskin hipoksiyası, kəskin ağciyər-ürək çatışmazlığının olması təsdiqini tapmışdır. Belə ki, meyitlərin patoloji-anatomik təşrihi üzrə metodik təlimatların tələblərinin pozulmasına yol verilməmişdir. Nəzərə almaq lazımdır ki, doğuş prosesindən sonra postnatal dövrdə yenidoğulmuşun sərbəst tənəffüs aktları zamanı oksigen çatışmazlığına səbəb doğuş prosesinin ləngidilməsi olmuşdur və asfiksiya doğuşdan bilavasitə sonra deyil, az müddət ərzində, yəni 30 saat və hətta bir neçə gün sonra belə baş verə bilər. Odur ki, doğuş taktikası və doğuş texnikası qüsurlu icra edildiyindən kəskin hipoksiya, asfiksiya və anoksiya inkişaf etmişdir.

2. "Hamilə və zahının tibbi kitabçası"nda yazılanların təhlilinə əsasən Şahid1 hamiləliyin 8- 9-cu həftəsində "yuxarı tənəffüs yollarının respirator virus infeksiyası" xəstəliyi keçirməsi, hamiləliyin sonrakı dövründə "yüngül forma anemiya" xəstəliyinin proqnozlaşdırılması ilə doğuş zamanı döldə kəskin xarakterli hipoksiyanın yaranması arasında səbəbli əlaqə müəyyən edilməmişdir. Belə ki, cift-döl qan dövranı pozğunluğu nəticəsində ciftdə və yenidoğulmuşda xroniki xarakterli hipoksiyanın inkişafını obyektivləşdirən morfoloji dəyişikliklər aşkar edilə bilərdi. Lakin, ciftin histoloji tədqiqata təqdim edilməməsinə baxmayaraq, meyitin təşrihi və biomaterialların histoloji tədqiqatı zamanı xroniki xarakterli hipoksiyanın morfoloji dəyişiklikləri aşkar edilməmişdir.

3. Şahid1 Fərasǝt qızının yenidoğulmuş uşağının meyitində bətndaxili morfogenezin pozulması nəticəsində üzvlərin və sistemlərin lokal və sistem anadangəlmə inkişaf qüsurlarına uyğun davamlı morfoloji dəyişikliklər, defektlər aşkar edilməmişdir. Nəzərə almaq lazımdır ki, morfoloji dəyişikliklər normal inkişaf variasiyalarından kənara çıxdığı halda belə normal funksiyanın pozulmasına səbəb olmursa, buna mikroanomaliya və ya morfogenetik variant deyilir. Belə vəziyyət yenidoğulmuşda tənəffüs çatışmazlığı törətmir, asfiksiya, hipoksiya yaratmır və postnatal ölümə səbəb olmur. Tam həcmdə tibbi müayinələrin diaqnostikası "asfiksiya" diaqnozunun təyin olunmasını reallaşdıra bilər.

4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 03 oktyabr 2013-cü il tarixli 30 saylı qərarı ilə təsdiq edilmiş "Kesar kəsiyi" əməliyyatı X44"a əsasən hazırda dünya təcrübəsində QK əməliyyatı üçün dölün distressi (dölün distressinə şübhə) hamiləlik və doğuş vaxtı təcili "Kesar kəsiyi" cərrahiyyə əməliyyatına göstərişdir. Saatlı RMX PHŞ-də tərtib olunmuş doğum tarixində tibbi müayinələr tam həcmdə icra edilməməsi səbəbindən hamilə və ya döl tərəfdən "Kesar kəsiyi" cərrahiyyə əməliyyatına mütləq göstərişin olubolmadığı müəyyən edilmədən hamilə birbaşa fizioloji doğuşa yönləndirilmişdir.

5. Şahid1 yenidoğulmuş uşağının ölümünə səbəb olan hallar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2012-ci il tarixli, 70 saylı əmrlə təsdiq edilmiş "Həkim mamaginekoloqun nümunəvi vəzifə təlimatı"nın 24.1-ci bəndinin tələblərinin ("ona həvalə olunmuş vəzifə öhdəliklərini vaxtında və keyfiyyətli icra edilməsi") pozulması kimi qiymətləndirilir.

6. Saatlı RMX PHŞ-də ultrasəs müayinəsi (USM) aparatının doğum şöbəsinin yerləşdiyi korpusda deyil, başqa korpusda yerləşən şöbədə olduğu halda 12 iyul 2023-cü il tarixdə saat 09:00 radələrində doğuş sancıları ilə doğum şöbəsinə daxil olmuş Şahid1 doğuşa qədər olan müddət ərzində digər korpusda olan USM aparatında ultrasəs müayinəsindən qüvvədə olan təlimat və əmrlərin tələbləri baxımından mütləq keçirilməli idi. Ultrasəs müayinəsi ilə bətndaxili hipoksiyanı müəyyən etmək mümkündür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyi” PHŞ-nin komisyon ekspertizalar şöbəsinin məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 285.1/KEŞ saylı rəyində ekspertlər aşağıdakı nəticəyə gəlmişlər:

1. Şahid1 yenidoğulmuş uşağının meyitinin adına tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 26 saylı meyitin ekspertizası rəyində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 11 mart 2013-cü il tarixli 08 saylı qərarı ilə təsdiq edilmiş "500,0-999,0 qram çəkisi olan ölüdoğulmuş və yenidoğulmuşların meyitlərinin patoloji-anatomik təşrihi üzrə Metodik Təlimat”ın tələblərinə istinad edilmişdir. Şahid1 yenidoğulmuş uşağının doğuşdan 30 saat sonrakı dövrdə postnatal ölümü ilə bağlı yenidoğulmuş uşağın meyitinin patolojianatomik müayinəsi üçün yenidoğulmuşun inkişaf tarixi və sonun (ciftin) müayinəsinin həyata keçirilməsi nəzərdə tutulur. Şahid1 yenidoğulmuş uşağının meyiti müayinə olunmuş və daxili üzvlərdən (orqanlardan) götürülmüş biomateriallar patohistoloji müayinəyə təqdim edilmişdir. Aparılmış tədqiqata əsasən, yenidoğulmuşun ölümünə səbəb bətndaxili hipoksiyanın postnatal asfiksiyaya keçməsi fonunda kəskin ağciyər-ürək çatmamazlığının olduğu müəyyən edilmişdir. Şahid1 yenidoğulmuşunun inkişaf tarixi və sonu (cifti) ekspertizaya təqdim olunmadığından, eyni zamanda yenidoğulmuşun erkən neonatal dövrdə qan qazlarının müayinəsi aparılmadığından Şahid1 yenidoğulmuş uşağının ölümünün səbəbinin antenatal, intranatal və ya postnatal dövrdə yaranmış hipoksiyaasfiksiya nəticəsində baş verməsini Şahid1 yenidoğulmuş uşağının adına tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 26 saylı meyitin ekspertizası rəyinin təsviri hissəsində göstərilən daxili üzvlərdən (orqanlarından) götürülmüş biomaterialların patohistoloji müayinəsi ilə dəqiq müəyyən etmək mümkün olmamışdır. Qeyd etmək lazımdır ki, doğuşdan sonra sonu (cift) patohistoloji müayinəyə təqdim olunması mama-ginekoloq tərəfindən təmin edilir. Lakin naməlum səbəbdən cift patohistoloji müayinəyə təqdim edilməmiş və ciftdə ola biləcək patologiyaları müəyyən etmək mümkün olmamışdır.

2. Cinayət işinin materiallarında olan ******* saylı "Hamilə və Zahının tibbi kitabçası”nda xx.xx.2022-ci il tarixdə Şahid1 hamiləliyin 8-9 həftəsində yuxarı tənəffüs yollarının respirator virus infeksiyası xəstəliyi (qrip) keçirməsi barədə terapevtin müayinəsi aparılmışdır. Bununla da hamiləyə müvafiq təyinatlar verilmişdir. Daha sonra, xx.xx.2023-cü il tarixdə hamiləliyin 20-21-ci həftəsində və xx.xx.2023-cü il tarixdə hamiləliyin 35-36-cı həftəsində XBT kodu üzrə 099.0 ekstagenital xəstəliklərin olduğu qeyd edilmişdir. xx.xx.2023-cü il tarixdə qanın müayinəsi zamanı hamilədə hemoqlobin miqdarının 9.9 g/dl olduğu qeyd edilmiş və bu da qanazlığının göstəricisidir. Ekstragenital xəstəliklər və qanazlığı göstəricisi həmiləliyin son trimestrində cift qan dövranının pozulmasında, ana və döl arasında qaz mübadiləsində, qidalanma, həmçinin döldə hipoksiyanın yaranmasında rol oynaya bilər. Lakin ciftin patohistoloji müayinəsi aparılmadığı üçün ciftdə hansı patologiyaların olub-olmaması barədə fikir söylənilməsi mümkün olmadı.

3. Şahid1 yenidoğulmuş uşağının adına tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 26 saylı məhkəmə-tibbi ekspertiza rəyinə əsasən, onda anadangəlmə burun əsasının olmaması - yəhərvari burun patologiyası qeyd edilməmişdir. Həmçinin qeyd etmək lazımdır ki, neonatoloji praktikaya əsasən, yenidoğulmuşlarda anadangəlmə burun əsasının olmaması - yəhərvari burun patologiyasının olması onda hipoksiyanın yaranmasına səbəb ola bilməzdi.

4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 03 oktyabr 2013-cü il tarixli 30 saylı qərarı ilə təsdiq edilmiş "Qeysəriyyə kəsiyi əməliyyatı X44"un tələblərinə əsasən qeysəriyyə kəsiyi qərarı qəbul olunduqdan sonra əməliyyat mümkün qədər tez, ən qısa müddət ərzində icra edilməli olduğu halda (30 dəqiqədən çox olmamaq şərti ilə), ana və dölün həyatı üçün bilavasitə təhlükə, məsələn, uşaqlıq yolundan qanaxma, uşaqlığın cırılması, dölün kəskin hipoksiyası, göbək ciyəsinin düşməsi və digər fəsadlar olduğu halda təxirəsalınmaz "Qeysəriyyə kəsiyi”nin təmin edilməsinin nəzərdə tutulduğunu əsas götürərək xx.xx.2023-cü il tarixdə, saat 0900 radələrində İ səviyyəli tibb müəssisəsi olan Saatlı RMX PHŞ-nin Ginekologiya və doğum şöbəsinə daxil olmuş, hamiləliyin 38-39 həftəsində təkrar doğan, doğuşun İ, İİ və İİİ dövrləri fəsadsız keçən Şahid1 hamiləliyin İ dövrünün sonunda 2-3 dəqiqədən bir 40-45 saniyə davam edən requlyar doğum sancıları və dölyanı mayenin axması ilə, həmçinin daxili müayinə zamanı isə uşaqlıq boynunun 7-8 sm açıq olması, eləcə də 20 dəqiqə davam edən gücənmə dövrü ərzində ciftin vaxtından əvvəl qopması, göbək ciyəsi ilgǝklərinin düşməsi, göbək ciyəsinin dölün boynu ətrafında 2 və daha artıq six dolanması patologiyası və kəskin intranatal hipoksiya (distress sindromu) əlamətləri olmadığı halda, boyu 48 sm, çəkisi 3200 qram olan dölün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 29 iyun 2012-ci il tarixli 22 saylı qərarı ilə təsdiq edilmiş "Normal doğuş X44"un tələblərinə uyğun hamiləliyin fizioloji doğuşla sonlandırılmasına əks göstəriş olmamışdır. Lakin tərtib edilmiş doğum tarixində göstərilənlərə əsasən, Şahid1 Saatlı RMX PHŞ-nin Ginekologiya və doğum şöbəsinə daxil olarkən ona həkim mama-ginekoloq tərəfindən "H2D1A0. Hamiləlik 38 həftə+3 gün. Baş gəlişi. Doğuşun birinci dövrü" diaqnozu klinik müayinələr aparılmadan və hamilədən anamnez toplanmadan təyin edilmişdir. Göstərilən doğuşayardım xidmətində hamilə qadının xəstəxanaya müraciət etdiyi anda dölün ümumi vəziyyətini təyin edən hamiləlik USQ (USM) müayinəsi xəstəlik tarixində göstərilməmiş, dölün ürək döyüntülərinin nəzarətini təyin edən kardiotokoqrafiya müayinəsi aparılmamışdır. Bununla da, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 29 iyun 2012-ci il tarixli 22 saylı qərarı ilə təsdiq edilmiş "Normal doğuş X44"un tələbləri pozulmuşdur. Buna məsul şəxs həkim mamaginekoloqdur.

5. Şahid1 yenidoğulmuş uşağının doğuşdan 30 saat sonrakı yaşadığı dövrdə neonatoloji xidmət səhiyyə sistemində qüvvədə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 29 iyun 2012-ci il tarixli, 22 saylı qərarı ilə təsdiq edilmiş "Doğum evlərində (şöbələrində) doğuşayardım işinin təşkili haqqında" Təlimatın Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 fevral 2014-cü il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş "X2 X44"un və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 18 mart 2013cü il tarixli 24 nömrəli "Hamilə, doğan qadın, zahıların və yenidoğulmuşların hospitalizasiyasının təşkili barədə Əmr"in tələblərinə uyğun həyata keçirilməmişdir. Belə ki, yenidoğulmuşa tənəffüs dəstəyi (SPAP və süni ventilyasiya) yetərsiz olmuş və təxliyyə qaydaları pozulmuşdur. Yenidoğulmuşa tənəffüs dəstəyi təlimat və protokolların tələblərinə uyğun təmin edilmiş olsaydı, yenidoğulmuşun ölümünün qarşısının alınması şansı çox olardı.

6. Saatlı RMX PHŞ-də ultrasəs müayinəsi aparatının doğum şöbəsinin yerləşdiyi korpusda deyil, başqa korpusda yerləşən şöbədə olduğu halda xx.xx.2023-cü il tarixdə, saat 0900 radələrində doğum sancıları ilə doğum şöbəsinə daxil olmuş, saat 1005-də gücənmə dövrü başlamış və saat 1025-də normal doğuş həyata keçirmiş Şahid1 doğuşa qədər olan müddət ərzində digər korpusda olan USM aparatında ultrasəs müayinəsindən mütləq keçirilməsinə tibbi göstəriş olmamış və bunun doğuşun gedişinə də təsiri olmamışdır.

7. İş materiallarına əlavə edilmiş məlumatlarda göstərilənlərə əsasən, zəruri olan instrumental müayinələrin keçirilməsinin təmin edilməsi üçün "Saatlı Rayon Mərkəzi Xəstəxanası" PHŞ-də KTQ (KT) vǝ Doppler aparatı mövcud olmamış, lakin Saatlı RMX PHŞ-dǝ USM kabineti, habelə Ginekologiya və doğum şöbəsində portativ (daşınar) tipli "Siemens model: ACUSON P300" markalı USM cihazı və portativ (daşınar) Fetal ǝl doppler cihazı olmuşdur. USM-si hamiləliyi öyrənməyə imkan verir, lakin dölün intranatal hipoksiyasını təyin etmək üçün istifadə edilmir. Doppler müayinəsi zamanı isə ürək döyüntüləri təyin olunur və bu müayinə ilə də yenidoğulmuşun ürək döyüntüləri müəyyən edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Hamiləlik, doğuş və zahılıq dövrlərində ölüm, həmçinin mamalıq ağırlaşmaları hallarının təhlili üzrə Komissiyası”nın Şahid1 12.07.23-cü il tarixində saat 09:00-da Saatlı RMX PHŞ-də yenidoğulmuş uşağının, Sabirabad RPM-də 13.07.23-cü il tarixində saat 16:30-da tələf olması ilə bağlı rəyindən görünür ki, doğuşdan sonra yenidoğulmuşa vaxtında və tam həcmdə (Saatlı RMX PHŞ-da, Sabirabad RPM-də və təxliyyə zamanı) müvafiq müalicə tədbirləri aparılsa idi, həmçinin patoloji anatomik müayinənin nəticələrini əsas götürərək böyük ehtimalla demək olar ki, ölüm halının qarşısının alınması mümkün ola bilərdi. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Neonatoloji xidmətin təkmilləşdirilməsi üzrə Komissiyası”nın Şahid1 12.07.23cü il tarixində saat 09:00-da Saatlı RMX PHŞ-də yenidoğulmuş uşağının, Sabirabad RPMdə 13.07.23-cü il tarixində saat 16:30-da tələf olması ilə bağlı rəyindən görünür ki, doğuşdan sonra yenidoğulmuşa vaxtında və tam həcmdə (Saatlı RMX PHŞ-da, Sabirabad RPM-də və təxliyyə zamanı) müvafiq müalicə tədbirləri aparılsa idi, həmçinin patoloji anatomik müayinənin nəticələrini əsas götürərək böyük ehtimalla demək olar ki, ölüm halının qarşısının alınması mümkün ola bilərdi. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X42 xx.xx.2024-cü il tarixli, 18-1/2-724/2024 nömrəli, xidməti yoxlamaya dair sorğuya cavab məktubundan və məktuba əlavə edilmiş "xxxx" X42 X3 Hamiləlik, Doğuş, X37 X52 X26 X48 X34 Üzrə Komissiyanın iclasının 1/6 nömrəli protokulundan çıxarışdan görünür ki, komissiya aşağıdakı qərara gəlmişdir:

1. Saatlı MRX-da Şahid1 göstərilən doğuşayardım xidmətində hamilə qadının xəstəxanaya müraciət etdiyi anda dölün ümumi vəziyyətini təyin edən hamiləlik USQ müayinəsi xəstəlik tarixində izlənməmişdir. Xəstənin xəstəxanaya daxil olduqda müayinə əsasında dölün ürək döyüntülərinin nəzarətini təyin edən kardiotokoqrafiya nümunəsi izlənməmişdir. Xəstəlik tarixində qeyd edildiyi kimi yenidoğulmuşun anadangəlmə ürək qüsuru olma şübhəsini göstərən sənəd təqdim olunmamışdır. Bununla da Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 29 iyun 2012-ci il tarixli 22 saylı qərarı ilə təsdiq edilmiş Normal doğuş X44a əməl edilməmiş və dölün bətndaxili hipoksiyası qiymətləndirilməmişdir. Mama - ginekoloq Təqsirləndirilən şəxs.

2. 38+3 hestasiya həftəsində çəkisi 3000 qr, boyu 46 sm, qadın cinsində uşaq doğmuşdur. Uşaq Apqar şkalası ilə 5/6 bal qiymətləndirilmişdir. Doğularkən uşağın vəziyyəti orta-ağır qiymətləndirilmişdir. Dərisi sianotikdir. Ürək tonları karlaşıb. Saturasiyası 79-82%dir. Dz.Dəqiqləşdirilməmiş bətndaxili hipoksiya. Ürək qüsuru? Yenidoğulmuşun vəziyyəti qiymətləndirilməmiş, müayinələr aparılmamış və adekvat müalicə tədbirləri görülməmişdir. X18.

3. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair” 2014-2022-ci illər üçün dövlət proqramının 4.3.4. bəndinə görə yenidoğulmuşa anadangəlmə ürək qüsurunun skrininqi aparılmamışdır və anadangəlmə ürək qüsuru diaqnozu əsaslandırılmamışdır. Müalicə həkimi Hüseynova İradə. Doğum şöbəsinin müdiri: Təqsirləndirilən şəxs.

4. Komissiyaya təqdim edilmiş, Saatlı RMX PHŞ direktor müavini, baş həkim Şahid2 “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ icracı direktoru Vüqar Qurbanova xx.xx.2023-cü il tarixində yazdığı izahatında qeyd edir ki, yenidoğulmuşun X12 təxliyyəsi qərarını vermişdir və yenidoğulmuş X19 göndərilmişdir. Xəstənin təxliyyəsi təlimata uyğun aparılmamış, tibb bacısının iştirakı ilə aparılaraq, təxliyyə şərtləri pozulmuşdur. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyil “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X50 tibb müəssisələri arasında xəstə köçürülmələrinin təhlükəsizliyinin təmini və daşınmanın düzgün təşkili qaydaları pozulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 30 dekabr 2016-cı il tarixli 100 №-li əmrinə əsasən TQS № 117 Neonatal daşınma və TQS № 114/1 Müşayiət göndəriş vərəqi tərtib edilməmişdir.

5. X14 yenidoğulmuşa göstərilən xidmət adekvat olmamışdır. Xəstəyə lazımi müayinələr aparılmamış və monitorinq olunmamışdır. Həkim - neonatoloq Mehriban Ağayeva və həkim Güllü Nəsirova.

6. Sabirabad PM-də yenidoğulmuşa kordioloq Şəhla Həsənovanın müayinəsi standartlara uyğun aparılmamış, rəy düzgün tərtb edilməmiş, diaqnoz əsaslandırılmamışdır. Yuxarıda qeyd olunan qüsurlar yenidoğulmuşun vəziyyətinin ağırlaşmasına və ölümünə səbəb olmuşdur.

7. Saatlı MRX və Sabirabad Perinatal mərkəzin TQS-nin tərtibatında qüsurlar var. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Saatlı Rayon Mərkəzi X30 Şəxsin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, “xx.xx.2023-cü il tarixdə ana Şahid1 doğuş prosesi zamanı “Saatlı Rayon Mərkəzi Xəstəxanası” X42 Mamalıq ginekologiya və doğum şöbəsi ana bətnində dölün ürək döyüntülərini dinləmək üçün “X51 (Fental Əl doppleri-Ana bətnində Doppler cihazı ilə körpənin ürək döyüntülərini dinləməyə və onun sağlamlıq vəziyyətini izləməyə imkan verir)” cihazı ilə təmin edilmişdir. Mamalıq ginekologiya və doğum şöbəsi portativ tipli USM cihazı ilə də təmin edilmişdir. Həmin cihazlar həkim mütəxəssislər tərəfindən istifadə edilməsi üçün şöbəyə təhkim edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş “əşyaya baxış keçirilməsi haqqında” 20 fevral 2024-cü il tarixli protokoldan görünür ki, “Saatlı Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Ginekologiya və doğum şöbəsində portativ (daşınar) tipli Fetal əl dopleri və portativ(daşınar) tipli USM cihazları mövcuddur. Şöbədə mövcud olan Fetal əl dopler cihazı ilə müraciət edən hamilə ananın bətnində körpənin ürək döyüntülərini dinləmək və onun sağlamlıq vəziyyətini izləmək mümkündür, həmin cihaz kardiotokoqrafiya (KTQ) müayinəsinə bərabər tutulur. Şöbə həmin cihazı ilə xx.xx.2020-ci il tarixdə təmin edilmişdir (müvafiq akt əlavə edildi). Şöbədə mövcud olan portativ tipli “Siemens model: ACUSON P300” markalı USM cihazı ilə hamiləliyin olub-olmaması, hamiləliyin müddətini, döldəki patologiyaların, uşaqlığın hipertonusunun müəyyən edilməsi üçün istifadə edilir, şöbə həmin cihaz ilə xx.xx.2022-ci ildə təmin edilmişdir (müvafiq akt əlavə edildi). Ginekologiya və doğum şöbəsinin sabiq müdiri Təqsirləndirilən şəxs şöbədə həmin cihazların mövcudluğundan xəbərdar olmuş, bundan əlavə həmin cihazları xəstələrin müayinəsi zamanı mütəmadi olaraq şəxsən istifadə etmiş, bununla bağlı X1 aid 0079486№, hamilə X21 aid 0079491№, hamilə X22 aid 0079498№, hamilə X17 aid 0079500№ xəstəlik tarixlərinə əlavə edilən həkim Təqsirləndirilən şəxs tərəfindən aparılan USM müayinələrinin nəticələrinə dair təqdim edilən tibbi sənədlərin surətləri protokola əlavə edildi. Baxış keçirilərkən şöbədə olan portativ tipli “Siemens model: ACUSON P300” markalı USM cihazı və üzərində “First” yazısı olan Fetal əl dopler cihazı işə salındı, cihazların yararlı və işlək vəziyyətdə olduqları müəyyən edildi. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Saatlı rayon Qeydiyyat Şöbəsinin 03 avqust 2023-cü il tarixli arayışından görünür ki, İbrahimova Rasiman qızı (adsız) 13 iyul 2023-cü ildə ölmüşdür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Saatlı Rayon Mərkəzi Xəstəxanası” X42 xx.xx.2024-cü il tarixli 18-1-65/2-164/2024 nömrəli məktubundan görünür ki, Saatlı Rayon Mərkəzi Xəstəxanasının mamalıq ginekologiya və doğum şöbəsində kardiotokoqrafiya və kardiotokoqrafiya (KTQ, KT), ultrasonoqrafiya (USQ) müayinələri kabineti, Doppler müayinəsi aparatı yoxdur. Lakin, ultrasəs (USM) cihazı ilə müəssisənin radiologiya şöbəsi təmin edilmişdir, hazırda USM kabinetində 1 ədəd USM cihazı, müəssisənin anbarında 2 ədəd USM cihazı (1 ədəd 2023-cü ildə TƏBİB tərəfindən yeni verilmişdir) mövcuddur və mamalıq ginekologiya və doğum şöbəsi xx.xx.2022-cü il tarixdən portativ USM cihazı ilə təmin olunmuşdur. Araşdırmalar nəticəsində məlum oldu ki, xəstəxananın ümumi şöbəsində və xəstəxanaya aid X32 Sistemində xx.xx.2022xx.xx.2023-cü illər aralığında həkim mama-ginekoloq Təqsirləndirilən şəxs mamalıq ginekologiya və doğum şöbəsinin müdiri vəzifəsində çalışan zaman adı çəkilən cihazlarla şöbənin təchizata uyğun olaraq təmin edilməsi və ya təcili zərurət yaranması ilə bağlı heç bir yazılı şəkildə tələbnamə, xidməti məktub, təklif, müraciət və ya xidməti məruzə ilə xəstəxana rəhbərliyinə və ya TƏBİB-ə müraciət etməmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Saatlı Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2024-cü il tarixli 18-1-65/2-214/2-024 nömrəli məktubundan görünür ki, müəssisədaxili tibbi və qeyri-tibbi şöbələrdə zəruri təchizat və təminatla əlaqədar olaraq şöbə müdiri tələbnamə və ya xidməti məruzə ilə yazılı şəkildə müraciət etməlidir. Təşkilat daxili və təşkilat xarici müraciətlər, eyni zamanda şöbələrarası müraciətlər, şöbələr və bölmələr tərəfindən tələbnamələr və digər müraciətlər (tələbnamələr, xidməti məruzələr, məruzələr, ərizələr) Azərbaycan Respublikasının Prezidentinin 27 sentyabr 2003-cü il tarixli, 935 saylı Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair” Təlimata uyğun olaraq həyata keçirilir. Mamalıq-ginekologiya və doğum şöbəsinin müdiri vəzifəsində çalışmış Təqsirləndirilən şəxs KTQ, USM və digər cihazlarla bağlı müəssisənin kargüzarlıq xidmətini həyata keçirən Ümumi şöbəsində qeydiyyata alınan və aidiyyəti üzrə baxılması üçün göndərilən heç bir tələbnamə və ya digər müraciət forması yoxdur. Şöbələrin təminatı və təchizatı barədə rəhbərliyə müraciət etmək səlahiyyəti şöbələrin böyük tibb bacıları, böyük feldşərləri, böyük mamaları və baş tibb bacısı tərəfindən deyil, şöbənin müdirinin müəsissənin kargüzarlıq xidmətini göstərən Ümumi şöbəsinə yazılı müraciəti əsasında həyata keçirilir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Saatlı Rayon Mərkəzi Xəstəxanası PHŞnin xx.xx.2024-cü il tarixli 18-1-65/2-215/2024 nömrəli məktubundan görünür ki, xx.xx.2023cü il tarixdə həmin xəstəxananın Ginekologiya və doğum şöbəsinə müraciət etmiş hamilə Şahid1 doğuşu həmin şöbənin doğuş otağında icra edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Saatlı Rayon Mərkəzi Xəstəxanası PHŞnin 13 dekabr 2024-cü il tarixli, 18-1-65/2-1095/2024 saylı məktubundan görünür ki, portativ tipli USM aparatı ilə digər tipli USM aparatı qismən eyni nəticəni verə bilir. 3D. 4D-dən fərqli olaraq. Portativ tipli USM aparatı vasitəsi ilə doğuşa hazırlaşan hamilə qadını müayinə etmək mümkündür, lakin onda doppler funksiyası olmadığı üçün ana bətnindəki uşağın xəstəlikləri barədə məlumat vermək olmur. Portativ tipli USM aparatı digər tipli USM aparatı arasında fərq odur ki, portativ tipli USM aparatında doppler funksiyası mövcud deyil. Portativ tipli USM aparatı ilə müayinə zamanı ana bətnindəki uşaqda asfeksiyanın əlamətləri aşkar oluna bilər. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Tovuz Rayon Mərkəzi X30 Şəxsin xx.xx.2023-cü il tarixli, 18-1-76/3-367/2023 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Tovuz Rayon Mərkəzi X30 Şəxsin Ginekologiya və doğum şöbəsində 1.0 ştat vahidi həkim-mama-ginekoloq vəzifəsində işləyir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Tovuz Rayon Mərkəzi X30 Şəxs tərəfindən ünvanlanmış 23 noyabr 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs iş yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Saatlı Rayon Mərkəzi Xəstəxanası” X42 xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş əmrdən çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək həmin xəstəxananın Ginekologiya və doğum şöbəsinin müdiri vəzifəsində işləmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Tovuz Rayon İcra Hakimiyyəti başçısının Tovuz Şəhəri İƏD üzrə nümayəndəliyinin 19 fevral 2024-cü il 631 saylı məktubundan və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Tovuz şəhəri M.P.Vaqif küçəsi ev 8A mənzil 21 ünvanında kirayə yaşayır və ailə tərkibi ərindən və 3 nəfər yetkinlik yaşına çatmayan uşaqlarından ibarətdir. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini şərh olunan qaydada törədərək xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək “Saatlı Rayon Mərkəzi Xəstəxanası” X42 Ginekologiya və doğum şöbəsinin müdiri vəzifəsində işləməklə vəzifəli şəxs qismində 12 iyul 2023-cü il tarixdə saat 09:00-da rəhbərlik etdiyi şöbəyə daxil olmuş xx.xx.2003-cü il təvəllüdlü hamilə Şahid1 barəsində klinik müayinələr aparılmadan və hamilədən tam şəkildə anamnez toplanmadan “H2D1A0. Hamiləlik 38 həftə+3 gün. Baş gəlişi. Doğuşun birinci dövrü” diaqnozunu müəyyənləşdirdikdən sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 19 sentyabr 2012-ci il tarixli, 70 nömrəli əmri ilə təsdiq edilmiş hazırda qüvvədə olan “Həkim mama-ginekoloqun nümunəvi vəzifə təlimatı”nın məsuliyyət əks etdirən İV bölməsinin 50.1-ci bəndinə əsasən ona həvalə olunmuş vəzifə öhdəliklərini vaxtında və keyfiyyətli həyata keçirməli olduğu halda, bunları etməyərək işə vicdansız və laqeyd münasibət nəticəsində müvafiq təlimatla üzərinə düşən xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyərək, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 29 iyun 2012-ci il tarixli 22 saylı qərarı ilə təsdiq edilmiş “Normal doğuş X44”un tələblərinə əməl etməyərək, sonuncuya göstərilən doğuşayardım xidmətində hamilə qadının xəstəxanaya müraciət etdiyi anda dölün ümumi vəziyyətini təyin edən hamiləlik ultrsasəs müayinəsinin, dölün ürək döyüntülərinin nəzarətini təyin edən kardiotokoqrafiya müayinəsinin tam həcmdə aparılmasını təmin etməməklə dölün bətndaxili hipoksiyasını, göbək ciyəsinin dölün boynuna dolanmasını və “Kesar (Qeysəriyyə) kəsiyi” cərrahiyyə əməliyyatına göstərişin olmasını düzgün qiymətləndirməyib bətndaxili hipoksiyanın qarşısının alınması məqsədi ilə antihipoksantlardan istifadə edilməsi və medikamentoz kimi zəruri tibbi tədbirlərin adekvat, düzgün və vaxtında icra edilməməsi ilə öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımı diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməyib həmin tarixdə hamiləni Saatlı RMX PHŞ-nin Ginekologiya və doğum şöbəsinin doğuş otağında birbaşa fizioloji doğuşa buraxması və tərəfindən doğuşun qüsurlu texniki icrası ilə əlaqədar vəziyyəti ağırlaşaraq “Sabirabad Rayon Mərkəzi Xəstəxanası” X42 X12 təxliyyə edilən Şahid1 diri doğulmuş qadın cinsli yenidoğulmuşunun 13 iyul 2023-cü il tarixdə saat 16:30-da həmin mərkəzdə bətndaxili hipoksiyanın postnatal asfiksiyaya keçməsi fonunda kəskin ağciyər-ürək çatmamazlığı ilə nəticələnən ölümünə səbəb olması, bununla da ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq etməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Müdafiə tərəfi xx.xx.2025-ci il tarixli 285.1/KEŞ saylı ekspert rəyinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Hamiləlik, doğuş və zahılıq dövrlərində ölüm, həmçinin mamalıq ağırlaşmaları hallarının təhlili üzrə Komissiya”nın və “Neonotoloji xidmətin təkmilləşdirilməsi üzrə Komissiya”nın rəylərinə əsaslanaraq çift və qan qazlarının müəyyən edilməməsi səbəbindən hipoksiyanın hansı dövrdə baş verməsini müəyyən etməyin mümkün olmamasını, doğuşdan sonra yenidoğulmuşa vaxtında və tam həcmdə (Saatlı RMX PHŞ-da, Sabirabad RPM-də və təxliyyə zamanı) müvafiq müalicə tədbirləri aparılmadığını, yenidoğulmuşun ölümünə mama-ginekoloqun deyil, yenidoğulmuşun təxliyə prosesinin düzgün həyata keçirilməməsini, yenidoğulmuşa neontoloji xidmətin düzgün və keyfiyyətli aparılmamasının səbəb olduğunu bildirir. Lakin, məhkəmə iclasında elan edilmiş Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi PHŞ-nin xx.xx.2023-cü il tarixli 26 nömrəli rəyi ilə müəyyən edilir ki, Şahid1 yenidoğulmuşunun meyitinin müayinəsi zamanı ağ ciyərdə birincili ocaqlı atelektaz (tənəffüs almış ağciyərlər), venoz doluqanlılıq, visseral plevralarda perivaskulyar qansızmalar, miokarda stromanın ödemi, xırdaocaqlı qansızmalar, baş beynin yumşaq qişasında xırda ocaqlı perivaskulyar hipoksik qansızmalar, beyin maddəsinin ödemi, müayinə olunan üzv və toxumalarda venoz doluqanlılıq aşkar edilmişdir ki, bu əlamətlər də onu göstərir ki, Şahid1 yenidoğulmuşun ölümünə səbəb bətndaxili hipoksiyanın postnatal asfiksiyaya keçməsi fonunda kəskin ağciyər ürək çatışmazlığı olmuşdur. Həmçinin də, Təqsirləndirilən şəxs özünün, Şahid2, X8 və Şahid1 ifadələri ilə müəyyən edilir ki, uşaq doğulduqda onun tənəffüs çatışmazlığından əziyyət çəkdiyini görmüşlər, Təqsirləndirilən şəxs dərhal xəstəxananın baş həkimi Şahid2 zəng edərək onu köməyə çağırmış, 5-7 dəqiqə sonra Araz həkim doğuş zalına gəlmiş və İradə həkimlə birlikdə uşaqla bağlı reanimasiyon tədbirlər görməyə başlamışlar. Lakin, Saatlı MRX-da uşaqda olan narahatlığı qarşılamaq üçün SPAP, yəni müsbət təyziqli oksigen aparatı olmadığından TƏBİB-in bölgə üzrə kuratoru ilə əlaqə saxlanılmış, yenidoğulmuşun digər xəstəxanaya təxliyyəsi üçün danışıqlar aparılmışdır. Göründüyü kimi, müdafiə tərəfinin bu arqumentləri məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilən yuxarıda qeyd olunan şahid ifadədləri və ekspert rəyi ilə təkzib olunur. İş üzrə verilmiş 01 noyabr 2024-cü il tarixli, 861/KEŞ saylı ekspert rəyində müvafiq nəticəyə gəlinsə də, ekspert rəyində istifadə edilən metodlar göstərilməklə tədqiqatın məzmunu və nəticələri, tədqiqatın nəticələrinin qiymətləndirilməsi, qoyulmuş suallar üzrə yekun nəticələr əsaslandırılmamış və dürüst ifadə olunmamışdır. Rəyin əsaslandırıcı hissəsində sadəcə iş materiallarından bəziləri sadalanmış və cinayət işi üzrə ibtidai araşdırma zamanı verilmiş rəylərin nəticə hissələri göstərilmişdir. Həmçinin məhkəmənin qərarında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 19 sentyabr 2012-ci il tarixli, 70 nömrəli əmri ilə təsdiq edilmiş “Həkim mama-ginekoloqun nümunəvi vəzifə təlimatı”nın, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 29 iyun 2012-ci il tarixli, 22 saylı qərarı ilə təsdiq edilmiş “Normal doğuş X44”un, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 11 mart 2013-cü il tarixli 08 saylı qərarı ilə təsdiq edilmiş 500,0-999,0 qram çəkisi olan ölüdoğulmuş və yenidoğulmuşların meyitlərinin patoloji-anatomik təşrihi üzrə Metodik Təlimatın, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 29 iyun 2012-ci il tarixli 22 saylı qərarı ilə təsdiq edilmiş “Normal doğuş X44”un, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 29 iyun 2012-ci il tarixli 22 saylı qərarı ilə təsdiq edilmiş “Doğum evlərində (şöbələrində) doğuşayardım işinin təşkili haqqında” Təlimatın, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 fevral 2014-cü il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “X2 X44”un, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 18 mart 2013-cü il tarixli 24 nömrəli “Hamilə, doğan qadın, zahıların və yenidoğulmuşların hospitializasiyasının təşkili barədə Əmr”in tələbləri nəzərə alınmaqla rəy verilməsi göstərilsə də, ekspert rəyində bu sənədlərə istinad olunmamış, gəlinən nəticələr həmin sənədlərə uyğun əsaslandırılmamışdır. Bu səbəblərdən və rəy vermiş ekspert Rafik Nuriyev rəydə gəldikləri nəticələri izah edə bilmədiyindən, məhkəmə tərəfindən təkrar ekspertiza təyin edilmişdir. Ona görə də məhkəmə 01 noyabr 2024-cü il tarixli, 861/KEŞ saylı ekspert rəyini mötəbər sübut kimi qəbul etməmişdir. İş üzrə verilmiş xx.xx.2025-ci il tarixli 34/MEŞ saylı ekspert rəyində müvafiq nəticəyə gəlinsə də, həmin rəy Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 267.3-cü maddəsinin tələbləri pozulmaqla tərtib edildiyindən, təkrar ekspertizanın aparılması başqa ekspertə tapşırılmalı olduğu, tədqiqat zamanı və rəy tərtib edilərkən əvvəlki rəyi tərtib etmiş ekspertlər iştirak etməməli olduğu halda təkrar komisyon məhkəmə-tibbi ekspertizasının aparılması hazırki cinayət işi üzrə xx.xx.2023-cü il tarixli 725/KEŞ saylı ekspert rəyini vermiş şəxs məhkəmə-tibb eksperti X27 tapşırıldığından və rəy tərtib edilərkən sonuncu iştirak etdiyindən 07 mart 2025-ci il tarixli, 34/MEŞ saylı ekspert rəyi məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilməmişdir. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi məhkəmə çıxışı zamanı “MTE və PA ETT” Birliyi PHŞ-nin Komisyon ekspertizalar şöbəsinin xx.xx.2023-cü il tarixli 573/KEŞ saylı, xx.xx.2023-cü il tarixli KEŞ/725 saylı, xx.xx.2024-cü il tarixli 101/KEŞ saylı komisyon məhkəmə tibbi ekspertiza rəylərində təqdim olunan sənədlər siyahısında Saatlı RMX PHŞ DGŞ-nin və Sabirabad RMX PHŞ RPM-nin neoatoloq həkimləri tərəfindən tərtib edilmiş və iş üçün ciddi əhəmiyyət kəsb edən “yenidoğulmuşun inkişaf tarixi”nin olmadığını göstərsə də, məhkəmənin sorğusuna cavab olaraq Saatlı RMX PHŞ tərəfindən “yenidoğulmuşun inkişaf tarixi” məhkəməyə göndərilmiş və həmin sənəd iş materiallarına əlavə edilərək rəy verilməsi üçün “MTE və PA ETT” Birliyi PHŞ-yə göndərilmiş, məhkəmənin sübut qismində mötəbər hesab etdiyi sonuncu, yəni xx.xx.2025-ci il tarixli 285.1/KEŞ saylı ekspert rəyində “yenidoğulmuşun inkişaf tarixi”nə qiymət verilmişdir. Həmçinin, Müdafiəçi məhkəmə çıxışı zamanı Təqsirləndirilən şəxs hamilə Şahid1 anamnez topladığını bildirsə də, məhkəmə hesab edir ki, təkcə qan analizi götürmək tam anamnez toplamaq demək deyildir. Həmçinin, Təqsirləndirilən şəxs bildirmişdir ki, xəstədə ultrasəs müəyinəsi aparmamışdır, çünki, ultrasəs müayinəsi aparatı digər korpusda yerləşir, xəstədə intensiv doğum sancıları olan zaman, hansı ki, 20 dəqiqə sonra doğa bilər, onun xəstəni bir korpusdan o biri korpusa aparmaq ixtiyarı yoxdur. Çünki, ana yolda doğa bilər. USM olan korpus onların olduğu korpusdan haradasa 100 metr məsafədə yerləşir və ultrasəs müayinəsi saat 9:00-dan 12:00-a qədər, cəmi 3 saat işləyir. Bir aparat bütün xəstəxanı təmin edir, ona görə də həmişə qarşısında böyük növbə olur. Lakin, işdə olan və məhkəmə istintaqında elan edilmiş Saatlı Rayon Mərkəzi Xəstəxanası” X42 məktubları və əşyaya baxış keçirilməsi haqqında” protokolla müəyyən edilir ki, Saatlı Rayon Mərkəzi Xəstəxanasının Mamalıq, ginekologiya və doğum şöbəsi portativ tipli USM cihazı ilə də təmin edilmişdir. Həmin cihazlar həkim mütəxəssislər tərəfindən istifadə edilməsi üçün şöbəyə təhkim edilmişdir. Şöbədə mövcud olan Fetal əl dopler cihazı ilə müraciət edən hamilə ananın bətnində körpənin ürək döyüntülərini dinləmək və onun sağlamlıq vəziyyətini izləmək mümkündür, həmin cihaz kardiotokoqrafiya (KTQ) müayinəsinə bərabər tutulur. Şöbə həmin cihazla xx.xx.2020-ci il tarixdə təmin edilmişdir. Şöbədə mövcud olan portativ tipli “Siemens model: ACUSON P300” markalı USM cihazı ilə hamiləliyin olub-olmaması, hamiləliyin müddətini, döldəki patologiyaların, uşaqlığın hipertonusunun müəyyən edilməsi üçün istifadə edilir, şöbə həmin cihaz ilə xx.xx.2022-ci ildə təmin edilmişdir. Təqsirləndirilən şəxs şöbədə həmin cihazların mövcudluğundan xəbərdar olmuş, bundan əlavə həmin cihazları xəstələrin müayinəsi zamanı mütəmadi olaraq şəxsən istifadə etmişdir. X1 aid 0079486№, hamilə X21 aid 0079491№, hamilə X22 aid 0079498№, hamilə X17 aid 0079500№ xəstəlik tarixlərinə əlavə edilən həkim Təqsirləndirilən şəxs tərəfindən aparılan USM müayinələrinin nəticələrinə dair təqdim edilən tibbi sənədlərin surətləri protokola əlavə edilmişdir. Baxış keçirilərkən şöbədə olan portativ tipli “Siemens model: ACUSON P300” markalı USM cihazı və üzərində “First” yazısı olan Fetal əl dopler cihazı işə salınmış, cihazların yararlı və işlək vəziyyətdə olduqları müəyyən edilmişdir. Göründüyü kimi, müdafiə tərəfinin bu arqumenti də əsassızdır. Həmçinin, Müdafiəçi məhkəmə çıxışı zamanı Şahid1 hamiləliyin sayı və və abort barəsində düzgün məlumat vermədiyini bildirsə də, bu hal əməlin tövsifinə və ittihama təsir etmir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, yaşayış yeri və iş yeri üzrə müsbət xarakterizə olunmasını isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, qeydiyyatda olduğu Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.3-cü maddəsinə, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il tarixli 4 nömrəli qərarına və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarına əsasən, məhkəmə təqsirləndirilən şəxsin üzərinə kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələrinin qoyulmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Həmin Məcəllənin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 noyabr 2011-ci il tarixli Qərarının 3-cü bəndinə görə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14 və 353.2.8-ci maddələrinin tələblərinə görə cinayət qanununun müvafiq maddələrinin sanksiyasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının əlavə cəza kimi tətbiq edilməsi və ya edilməməsi nəzərdə tutulduğu hallarda, məhkəmələr onun təyin edilməsinin zəruri olubolmaması məsələsini müzakirə etməli və hökmdə bu cəzanın təyin edilməsi haqqında qərarın motivlərini göstərməlidirlər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 23-cü bəndində göstərilmişdir ki, CM-nin 46.1-ci maddəsinə müvafiq olaraq müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə kimi alternativ qaydada təsbit edilən cəzalardan birincisi, yəni müəyyən vəzifə tutma yalnız dövlət orqanlarında və yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın qadağan edilməsi şəklində tətbiq edilə bilər. Digər orqanlarda müəyyən vəzifə tutma hüququndan məhrum etmə qismində əlavə cəzanın təyin edilməsinə yol verilmir. Bu cəzalardan ikincisi, yəni müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə isə konkret orqanda, konkret vəzifənin tutulmasını deyil, bu və ya digər fəaliyyət növü ilə (misal üçün tibb sahəsində, pedoqoji sahədə) məşğul olmanı ehtiva etdiyi üçün bu və ya digər sahə üzrə fəaliyyətə qoyulan qadağa da yalnız dövlət və yerli özünüidarə orqanları ilə (onlara aid olan müəssisələrlə) məhdudlaşa bilməz və təqsirkar şəxsə müəyyən olunmuş zaman ərzində istənilən yerdə (o cümlədən istər dövlət, istərsə də özəl tibb və yaxud tədris müəssisələrində) konkret fəaliyyət növü ilə məşğul olmanın qadağan edilməsi şəklində tətbiq olunmalıdır. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun Ginekologiya və doğum şöbəsində şöbə müdiri və mama-ginekoloq kimi vəzifə səlahiyyətləri ilə əlaqədar olduğundan ona dövlət və özəl tibb müəssisələrinin Ginekologiya və doğum şöbəsində müəyyən müddətə rəhbər vəzifə tutmaq və mama-ginekoloq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə əlavə cəza olaraq təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.1.1 və 181.1.2-ci maddələrinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 181.3 və 181.3.3-cü maddələrinə əsasən maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, zərər çəkmiş şəxsin dəfninə çəkilmiş xərc şəklində özünü göstərir. Cinayət işinin məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı mülki iddia qaldıraraq 13 iyul 2023-cü il tarixdə vəfat etmiş övladının müayinə və müalicəsinə çəkilmiş xərcin, həmçinin dəfn və hüzür xərcinin əvəzi olaraq mülki cavabdehdən ümumilikdə 5000 manat pulun alınıb ona verilməsini xahiş etmişdir. Lakin, Zərərçəkmiş şəxs bu barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, təkcə mülki iddiaçının izahatı vurulmuş ziyanın ödənilməsi üçün mötəbər sübut kimi qəbul edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Ankerin» işində qeyd etmişdir ki, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarların qanunliyi və əsaslılığını təmin etməlidir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı qaldırdığı 13 iyul 2023-cü il tarixdə vəfat etmiş övladının müayinə və müalicəsinə çəkilmiş xərcin, həmçinin dəfn və hüzür xərcinin əvəzi olaraq cavabdehdən ümumilikdə 5000 manat pulun alınıb ona verilməsi tələbinə dair iddiası təmin edilməməlidir. İş üzrə məhkəmə xərcləri, xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə,

Hökmetdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əlavə cəza kimi bir il müddətə dövlət və özəl tibb müəssisələrinin ginekologiya və doğum şöbələrində rəhbər vəzifə tutmaq və mama-ginekoloq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı 13 iyul 2023-cü il tarixdə vəfat etmiş övladının müayinə və müalicəsinə çəkilmiş xərcin, həmçinin dəfn və hüzür xərcinin əvəzi olaraq cavabdehdən ümumilikdə 5000 (beş min) manat pulun alınıb ona verilməsi tələbinə dair iddiası təmin edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan şəxsə münasibətdə hökmün surətinin ona verildiyi andan) 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar