Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-20/2023 18.04.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Mülki iddiaçının nümayəndəsi X3, Təqsirləndirilən şəxs iştirakı ilə saat 12:25-də xx xxxxxxxx 1988-ci il tarixdə Saatlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində iki nəfər azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkum olunmamış, Saatlı rayonunun Azadkənd kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017ci il tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarının sənaye ovu qaydaları”nın 2-ci bəndinin 2.5.1 və 2.5.4-cü hissələrinin tələbini pozaraq, yəni balıqovlama bileti olmadan qanunsuz balıq tutmaq məqsədi ilə 08 mart 2023-cü il tarixdə saat 20:30-da Saatlı rayonu Azadkənd kəndi istiqamətində Baş Mil-Muğan Kollektorunun sahilinə gəlib, taxta parçalarına kətan sapdan toxunmuş, eni və uzunluğu 1,2 metr, gözlərinin ölçüsü 20x20 mm olan tor bağlanmış 1 ədəd “ekran” adlandırılan balıqovlama vasitəsindən istifadə etməklə saat 22:10-dək 31 ədəd hər biri 33 manat dəyərində, ümumi dəyəri 1023 manat olan «şamayı» balıqlarını qanunsuz tutaraq balıq ehtiyatlarına xeyli miqdarda, yəni 1023 manat məbləğində ziyan vurmuş və həmin tarixdə saat 22:10-da Su NPİ-nin İmişli XPM-nin əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı ondan taxta parçalarına kətan sapdan toxunmuş, eni və uzunluğu 1,2 metr, gözlərinin ölçüsü 20x20 mm olan tor bağlanmış 1 ədəd “ekran” adlandırılan balıqovlama vasitəsi və 31 ədəd «şamayı» balıqları aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş yekun protokolu üzrə özünü təqsirli bilərək göstərdi ki, o, əvvəllər heç bir cinayət törətməmişdir. Hazırda heç bir yerdə işləmir. Uşaqlarının yeməsi üçün balıq tutmaq məqsədi ilə 08 mart 2023-cü il tarixdə saat 20 radələrində yaşadığı Azadkənd istiqamətində Baş Mil-Muğan Kollektorunun sahilinə gəlmiş, orada çoxlu insanların balıq tutmağa gəldiyini görmüş, həmin yerdə heç bir qadağanedici nişan olmadığı üçün orada balıq tutmasında heç bir problem olmayacağını düşünmüşdür. Özü ilə gətirdiyi kustar üsulla düzəltmiş olduğu “ekran” adlanan balıqovlama vasitəsi ilə balıq ovlamağa başlamış və ümumilikdə 31 ədəd «şamayı» balığı tutmuşdur. Həmin vaxt Su nəqliyyatında polis idarəsinin İmişli xətt polis məntəqəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Hal-hazırda törətdiyi əmələ görə peşmançılıq çəkir və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyimə söz verir. Ona görə də ona köməklik olunmasını xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqı zamanı mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 qaldırılmış mülki iddianı müdafiə edərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 08 mart 2023-cü il tarixdə «ekran» adlandırılan balıqovlama alətindən istifadə edərək “Mil-Muğan” Kollektorunun Saatlı rayonunun Azadkənd kəndi ərazisindən keçən hissəsindən balıq tutmağa rəsmi icazəsi olmadan qanunsuz olaraq 31 ədəd «şamayı» balıqlarını tutması nəticəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə 1023 manat ziyan dəymişdir. Həmin maddi ziyan ödənilməmiş qalmışdır. Ona görə də, göstərdiklərini nəzərə alaraq mülki iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Su NPİ-nin İmişli XPM-nin polis nəfəri Şahid2 göstərdi ki, 08 mart 2023-cü il tarixdə Su NPİ-nin İmişli XPM-nin əməkdaşları ilə birlikdə xidməti sahədə qanunsuz balıq tutanlara qarşı mübarizə xarakterli tədbir keçirərkən Saatlı rayonu Azadkənd kəndi istiqamətində Baş X1 Elvin Elşən oğlunun kustar üsulla hazırlanmış “ekran” adlanan torla balıq tutduğunu görüb ona yaxınlaşmışlar. Təqsirləndirilən şəxs həmin torun kimə məxsus olduğunu soruşduqda Təqsirləndirilən şəxs həmin torun özünə məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs 1 ədəd kustar üsulla hazırlanmış “ekran” adlandırılan balıqovlama vasitəsini və ovladığı 31 ədəd «şamayı» balıqlarını aşkar edərək götürmüşlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Su NPİ-nin İmişli XPM-nin polis nəfəri Şahid3 ifadəsində göstərdi ki, 08 mart 2023-cü il tarixdə Su NPİ-nin İmişli XPM-nin əməkdaşları ilə birlikdə xidməti sahədə qanunsuz balıq tutanlara qarşı mübarizə xarakterli tədbir keçirərkən Saatlı rayonu Azadkənd kəndi istiqamətində Baş X1 Elvin Elşən oğlunun “ekran” adlanan torla balıq tutduğunu görüb ona yaxınlaşmışlar. Təqsirləndirilən şəxs 1 ədəd kustar üsulla hazırlanmış “ekran” adlandırılan balıqovlama vasitəsini və ovladığı 31 ədəd «şamayı» balığını aşkar edərək götürmüşlər və bununla bağlı protokol tərtib etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Su NPİ-nin İmişli XPM-nin polis nəfəri Şahid4 şahidlər Şahid2 və Şahid3 ilə eyni məzmunda ifadə verdi. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 08 mart 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, 08 mart 2023-cü il tarixdə Su NPİ-nin İmişli XPM-nin əməkdaşları birlikdə xidməti ərazidə ekoloji cinayətləri törədənlərə qarşı keçirilən mübarizə xarakterli tədbir zamanı Saatlı rayonu Azadkənd kəndi idtiqamətində Baş Mil-Muğan Kollektorunda qanunsuz balıq ovu ilə məşğul olan şəxsiyyəti sonradan müəyyən edilmiş, xx xxxxxxxx 1988-ci il təvəllüdlü Saatlı rayonu Azadkənd kəndində yaşayan Təqsirləndirilən şəxs saxlanılmış, yoxlama zamanı Təqsirləndirilən şəxs taxta parçalarına kətan sapdan toxunmuş, eni və uzunluğu 1,2 metr, gözlərinin ölçüsü 20x20 mm olan tor bağlanmış 1 ədəd “Ekran” adlandırılan balıqovlama vasitəsi və 31 ədəd «şamayı» balıqları aşkar edilərək götürülmüşdür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş balıq ehtiyatlarına vurulmuş ziyan barədə 09 mart 2023-cü il tarixli arayışdan görünür ki, 31 ədəd «şamayı» balıqlarının qanunsuz tutulması ilə əlaqədar vurulan ziyan ümumilikdə 1023 manat təşkil edir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş şəxsiyyət vəsiqəsinin, doğum haqqında şəhadətnamənin surətindən və 13 mart 2023-cü il tarixli 24 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 05 noyabr 2018-ci il təvəllüdlü X6 və 17 iyul 2020-ci il təvəllüdlü X7 adlı iki nəfər azyaşlı uşağı vardır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini şərh olunan qaydada törədərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarının sənaye ovu qaydaları”nın 2-ci bəndinin 2.5.1 və 2.5.4-cü hissələrinin tələbini pozaraq, yəni balıqovlama bileti olmadan qanunsuz balıq tutmaq məqsədi ilə 08 mart 2022-ci il tarixdə saat 20:30-da Saatlı rayonu Azadkənd kəndi istiqamətində Baş Mil-Muğan Kollektorunun sahilinə gəlib, taxta parçalarına kətan sapdan toxunmuş, eni və uzunluğu 1,2 metr, gözlərinin ölçüsü 20x20 mm olan tor bağlanmış 1 ədəd “ekran” adlandırılan balıqovlama vasitəsindən istifadə etməklə saat 22:10-dək 31 ədəd hər biri 33 manat dəyərində, ümumi dəyəri 1023 manat olan «şamayı» balıqlarını qanunsuz tutaraq balıq ehtiyatlarına xeyli miqdarda, yəni 1023 manat məbləğində ziyan vurması və həmin tarixdə saat 22:10-da Su NPİ-nin İmişli XPM-nin əməkdaşları tərəfindən saxlanılması, yoxlama zamanı ondan taxta parçalarına kətan sapdan toxunmuş, eni və uzunluğu 1,2 metr, gözlərinin ölçüsü 20x20 mm olan tor bağlanmış 1 ədəd “Ekran” adlandırılan balıqovlama vasitəsi və 31 ədəd «şamayı» balıqlarının aşkar edilərək götürülməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsinin dispozisiyasına görə məsuliyyət balıq və digər su bioresurslarının qanunsuz tutulması xeyli miqdarda ziyan vurduqda yaranır. Həmin Məcəllənin 256-cı maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 256.1-ci maddəsində «xeyli miqdar» dedikdə, min manatdan yeddi min manatadək olan məbləğ başa düşülür. Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq 31 ədəd «şamayı» balıqlarının tutulması ilə əlaqədar vurulan ziyanın məbləği 1023 manat, yəni «xeyli miqdar» təşkil etdiyindən onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində ictimai işlər cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 47.2-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs “Mil-Muğan” Kollektorunun Saatlı rayonunun Azadkənd kəndi ərazisindən keçən hissəsindən 31 ədəd «şamayı» balıqlarını tutması nəticəsində ümumilikdə dövlət balıq ehtiyatlarına 1023 manat maddi ziyan dəymiş və həmin ziyanla bağlı ibtidai istintaq zamanı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi mülki iddiaçı kimi tanınmış və həmçinin də məhkəmə istintaqı zamanı mülki iddiaçının nümayəndəsi mülki iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs mülki iddia ilə bağlı göstərdi ki, törətdiyi cinayət əməli nəticəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə 1023 manat ziyan vurmuş, maddi imkanı olmadığı üçün vurulmuş ziyanı ödəyə bilməmişdir. Ona görə də iş üzrə mülki iddianı qəbul edir və təmin olunmasına heç bir etirazı yoxdur. Belə olan halda iş üzrə mülki iddia təmin edilərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə 1023 manat ziyan Təqsirləndirilən şəxs tutulmalıdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 08 mart 2023-cü il tarixli ******* nömrəli qaimə fakturadan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 31 ədəd «şamayı» balıqlarının cəmi dəyəri 16 manat təşkil edir və həmin balıqlar "xxxx" Kiçik Müəssisəsinə təhvil verilmişdir. Ona görə də həmin balıqların cəmi dəyəri olan 16 manat "xxxx" Kiçik Müəssisəsindən tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs balıq tutan zaman istifadə etdiyi bir ədəd «ekran» adlandırılan balıqovlama aləti faydalı istifadəyə yararsızdır. Ona görə də iş üzrə maddi sübut olan və Su nəqliyyatında polis idarəsinin İmişli xətt polis məntəqəsində saxlanılan, yuxarıda qeyd olunan bir ədəd «ekran» adlandırılan balıqovlama aləti məhv edilməlidir. İş üzrə məhkəmə xərcləri və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək gündə dörd saatdan çox olmamaqla üç yüz saat müddətə ictimai işlər cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı çəkməyə başladığı vaxtdan hesab edilsin. İş üzrə mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs 1023 (bir min iyirmi üç) manat alınaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ödənilsin. İş üzrə Təqsirləndirilən şəxs götürülmüş və "xxxx" Kiçik Müəssisəsinə təhvil verilmiş 31 ədəd «şamayı» balıqlarına görə 16 (on altı) manat "xxxx" Kiçik Müəssisəsindən alınaraq dövlət büdcəsinə köçürülsün. İş üzrə maddi sübut olan və Su nəqliyyatında polis idarəsinin İmişli xətt polis məntəqəsində saxlanılan bir ədəd «ekran» adlandırılan balıqovlama aləti məhv edilsin. Hökmün icrası Saatlı Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən 20 gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(055)-20/2023
Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-20/2023
18.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver