Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-21/2023 25.04.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə saat 11:47-də xx xxxxxx 1974-cü il tarixdə Saatlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki nəfər azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Saatlı rayonu Mollavazlı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı bir kibrit qutusundakı 3,21 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı 14 yanvar 2023-cü il tarixdə saat 17:50 radələrində qazanc əldə etmək məqsədi ilə narkotik vasitənin yayılmasına yönəlmiş hərəkət edib Saatlı şəhəri, H.Əliyev prospektində yerləşən “Mollavaizli körpüsü” adlanan yerin yaxınlığında avtomobil yolunun kənarında əməliyyat tədbirinin iştirakçısı, şərti alıcı X8 50 manata qanunsuz olaraq satmış, yəni satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə edərək saxlamış və qanunsuz olaraq narkotik vasitəni satmışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, narkotik vasitədən istifadə edir. X9 əvvəldən tanımışdır. Pərvin ona narkotik vasitə lazım olduğunu, onda varsa, verməsini istəmiş, o da Pərvinə 50 manat müqabilində narkotik vasitə olan qurudulmuş marixuananı satmışdır. Həmin narkotik vasitəni öz istifadəsi üçün əkdiyi narkotik tərkibli bitkidən əldə edib saxlamışdır. Pərvinə narkotik vasitəni verərkən polis əməkdaşları hadisəni görüb onları şöbəyə aparmışlar. O, narkotik vasitənin ona aid olduğunu etiraf etmiş və Pərvindən aldığı pulu polis əməkdaşlarına təqdim etmişdir. Törətdiyi əmələ görə peşmandır və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Saatlı Rayon Polis Şöbəsinin Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərdi ki, 14 yanvar 2023-cü il tarixdə X2 RPŞ-nə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılaraq əməliyyat tədbiri keçirilmişdir. Tədbir nəticəsində Rzayev X5 rayonu Mollavazlı kəndində X8 narkotik satarkən saxlanılaraq şöbəyə gətirilmişlər. Saatlı RPŞ-də olarkən Təqsirləndirilən şəxs narkotikin özünə məxsus olduğunu bildirmiş, həmçinin həmin narkotik vasitəni 50 manata satdığını özü Pərvin Nəzərova demişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Saatlı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin alqı-satqısı ilə məşğul olması ilə bağlı Saatlı RPŞ-nə məlumat daxil olmuş, bundan sonra əməliyyat qrupu yaradılaraq əməliyyat tədbiri keçirilmiş, şərti alıcı qismində iştirak edən X8 Saatlı RPŞ-də 1 ədəd 20 manatlıq və 6 ədəd 5 manatlıq pul əskinasları verilmiş, Təqsirləndirilən şəxs Pərvin Nəzərovla 14 yanvar 2023-cü il tarixdə saat 17:50 radələrində “Mollavaizlı körpüsü” adlanan yerdə görüşərək bir kibrit qutusundakı narkotik vasitəni 50 manat müqabilində Pərvin Nəzərova satarkən onlara yaxınlaşaraq hər ikisini Saatlı RPŞ-nə dəvət etmişlər. Şöbədə onların üstünə baxış keçirilmiş və narkotik vasitə və pullar aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəldən tanımış, onun narkotik vasitələrin satışı ilə məşğul olduğunu bilmişdir. 13 yanvar 2023-cü il tarixdə bazar ətrafında Təqsirləndirilən şəxslə görüşərək ondan narkotik vasitə istəmiş, Eldar da ona növbəti gün görüşüb danışmalarını söyləmişdir. 14 yanvar 2023-cü il tarixdə o, Saatlı RPŞ-nə müraciət edərək Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirmiş və onun ifşa olunması üçün tədbir keçirilməsini xahiş etmişdir. 14 yanvar 2023-cü il tarixdə o, Təqsirləndirilən şəxslə “Mollavaizlı körpüsü” ətrafında görüşmüş, Eldar ona 50 manat müqabilində narkotik vasitəni satarkən polis əməkdaşları gələrək onları Saatlı RPŞ-nə aparmışlar. Şöbədə olarkən onun üzərindən Eldarın verdiyi narkotik vasitə, Eldarın üzərindən isə polis əməkdaşlarının narkotik vasitəni Eldardan almaq üçün ona verdikləri pul əskinasları aşkar edilərək götürülmüşdür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş X6 Saatlı Rayon Polis Şöbəsinə verdiyi 14 yanvar 2023-cü il tarixli ərizədən görünür ki, o, Saatlı şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olduğunu və onun cinayət əməlinin ifşa olunması üçün polis əməkdaşlarına könüllü kömək etmək istədiyini bildirmiş və ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 12 avqust 2022-ci il tarixli "Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə şərti alıcı qismində iştirak etmək üçün müraciət etmiş X6 üstünə baxış keçirilməsi və əməliyyat tədbirində istifadə ediləcək pul əskinaslarının ona verilməsi barədə protokol" və ona əlavə edilən fotoşəkillərdən görünür ki, narkotik vasitələrin satışı ilə məşğul olduğu ehtimal olunan Təqsirləndirilən şəxs narkotik vasitə almaq məqsədi ilə əməliyyat tədbirinin həyata keçirilməsindən ötrü Saatlı Rayon Polis Şöbəsinin Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən şəxsi vəsaiti hesabına şərti alıcı X8 əvvəlcədən nömrələri qeyd edilməklə bir ədəd 20 manatlıq A55220267 nömrəli, altı ədəd 5 manatlıq B04835023, A71218970, A12357019, A06515054, A13874053 və A41874714 nömrəli pul əskinasları verilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 14 yanvar 2023-cü il tarixli "Şəxsi axtarış, baxış və götürmə aparılması barədə” protokol və ona əlavə olan fotoşəkillərdən görünür ki, polis əməkdaşları əməliyyat tədbiri həyata keçirdikdən sonra şərti alıcı X11 və Rzayev X5 RPŞ-yə gətirilmiş, orada şərti alıcı X11 əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd kibrit qutusunu çıxarıb təqdim edərək, həmin kibrit qutusunun içərisində narktik vasitə olan marixuana olduğunu və onu polis əməkdaşları tərəfindən ona verilmiş pulların müqabilində Təqsirləndirilən şəxs aldığını bildirmiş, Təqsirləndirilən şəxs da əynindəki qara rəngli vilvet şalvarının sol yan cibindən bir ədəd 20 manatlıq, altı ədəd 5 manatlıq pul əskinaslarını çıxararaq həmin pulların satdığı narkotik vasitəyə görə X6 verdiyi pullar olduğunu bildirmiş, şəxsi axtarış aparılarkən həmin bir ədəd 20 manatlıq, altı ədəd 5 manatlıq pul əskinaslarının əməliyyat tədbiri ilə bağlı şərti alıcı X8 verilən bir ədəd 20 manatlıq A55220267 nömrəli, altı ədəd 5 manatlıq B04835023, A71218970, A12357019, A06515054, A13874053 və A41874714 nömrəli əskinaslar olduğu məlum olmuş, şərti alıcı X1 təqdim etdiyi bir ədəd kibrit qutusundakı narkotik vasitə marixuanaya oxşar kütlə məhkəmə-bioloji ekspertizaya göndərilməsindən ötrü 1 ədəd zərfdə və Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd 20 manatlıq A55220267 nömrəli, altı ədəd 5 manatlıq B04835023, A71218970, A12357019, A06515054, A13874053 və A41874714 nömrəli pul əskinasları 1 ədəd zərfdə qablaşdırılaraq götürülmüşdür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 bölməsinin 15 yanvar 2023-cü il tarixli 18/47 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...X6 təqdim etdiyi..” sözləri yazılmış və imzalar olan kağız paketdəki 01 ədəd kibrit qutusunda təmiz çəkisi- 3,21 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuana (kannabis) 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş, hazırda məhkumluğu ödənilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 01 fevral 2023-cü il tarixli qəbzdən görünür ki, əməliyyat tədbiri zamanı istifadə olunmuş bir ədəd 20 manatlıq A55220267 nömrəli, altı ədəd 5 manatlıq B04835023, A71218970, A12357019, A06515054, A13874053 və A41874714 nömrəli pul əskinasları sahibi Saatlı Rayon Polis Şöbəsinin Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 qaytarılmışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 27 mart 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 27 mart 2023-cü il tarixli 111 saylı arayışdan və şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 22 dekabr 2009-cu il tarixdə anadan olmuş X4 və 03 iyun 2016-cı il tarixdə anadan olmuş X10 adlı iki nəfər azyaşlı uşağı vardır. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini şərh olunan qaydada törədərək istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı bir kibrit qutusundakı 3,21 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı 14 yanvar 2023-cü il tarixdə saat 17:50 radələrində qazanc əldə etmək məqsədi ilə narkotik vasitənin yayılmasına yönəlmiş hərəkət edib Saatlı şəhəri, H.Əliyev prospektində yerləşən “Mollavaizli körpüsü” adlanan yerin yaxınlığında avtomobil yolunun kənarında əməliyyat tədbirinin iştirakçısı, şərti alıcı X8 50 manata qanunsuz olaraq satması, yəni satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə edərək saxlaması və qanunsuz olaraq narkotik vasitəni satması məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını nisbətən aşağı həddə təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X15 Şəxsin 03 mart 2023-cü il tarixli 1243 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ona görə də Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan xalis çəkisi 3,19 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd 20 manatlıq A55220267 nömrəli, altı ədəd 5 manatlıq B04835023, A71218970, A12357019, A06515054, A13874053 və A41874714 nömrəli pul əskinaslarının sahibi Saatlı Rayon Polis Şöbəsinin Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 qaytarılması nəzərə alınmalıdır. İşdə olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 49 manat 74 qəpik təşkil edir. Ona görə də, həmin xərc Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia, maddi ziyan və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib üç il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 14 yanvar 2023-cü il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan xalis çəkisi 3,19 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmdən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(055)-21/2023
Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-21/2023
25.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver