Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-21/2024 22.05.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə Saat: 15:00 xx xxxxxxx 1994-cü ildə Saatlı rayonunun Kamallı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, Bakı şəhəri, Yasamal rayonu, 3153-cü məhəllə, Zərdabi küçəsi ev 7, mənzil 218-də qeydiyyatda olmaqla, Saatlı şəhəri, H.Zərdabi küçəsi ev 114-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq 0,58 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə etmiş və qanunsuz olaraq saxlamış, 24 dekabr 2023-cü il tarixdə həmin narkotik vasitəni Saatlı şəhəri H.Əliyev prospektində yerləşən “Centilmen” çay evinə satış məqsədilə qanunsuz olaraq daşıyıb, orada saat 16:45 radələrində qazanc əldə etmək məqsədilə narkotik vasitənin yayılmasına yönəlmiş hərəkət edərək 0,58 qram çəkidə bir ədəd polietilen bükümündə narkotik vasitə olan qurudulmuş marixuananı tanışı X8 20 manata qanunsuz olaraq satmış, yəni satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etmiş, saxlamış, daşımış və qanunsuz olaraq narkotik vasitəni satmışdır. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə özünü təqsirli bilmir. Özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilir. Çünki o, ara-sıra narkotik vasitələrdən istifadə etsə də, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. X3, həm də X10 tanıyır. Aralarında ədavət və düşmənçilik olmamışdır. Tutulana qədər Saatlı şəhəri ərazisində yerləşən “Centlmen” çay evini işlətmişdir. 24 dekabr 2024-cü il tarixdə “Centlmen” çay evində olan zaman Qurban, Məhəmməd və Xanəli adlı polis əməkdaşları gəlib ona onlarla birlikdə rayon polis şöbəsinə getməli olduqlarını bildirmişlər. O da etiraz etmiş və hansı səbəbdən onu polis şöbəsinə apamaq istədiklərini soruşduqda polis əməkdaşları hər şeyə şöbədə ayadınlıq gətiriləcəyini deyib onu “Honda” markalı atomobilə əyləşdirib Saatlı RPŞ-yə aparmışlar. Orada onu Qəhrəman adlı şəxsin otağına aparmışlar. Həmin vaxt Qəhrəman ona Eyaz Ağayevə narkotik vasitə satdığını, ilin sonu olduğunu və həbs olunacağını bildirmişdir. O da israrla Eyvaza narkotik vasitə satmadığını demişdir. Bu zaman Eyvazı gətirmişlər. Eyvaz narkotik vasitəni 20 manat pul müqabilində ondan aldığını demişdir. Daha sonra otaqların birində videoçəkiliş aparılmışdır. Videçəkiliş zamanı Eyvaz narkotik vasitəni 20 manat müqabilində ondan alıb Pərvin Nəzərova verdiyini bildirmiş, o da polis əməkdaşları ona ya CM-nin 234.1-ci maddəsi, ya da İXM-nin 206-cı maddəsi ilə məsuliyyətə cəlb ediləcəyini bildirdikləri üçün inanıb 20 manat müqabilində Eyvaz Ağayevə marixuana satdığını demiş və protokola imza etmişdir. Bir daha bildirir ki, 24 dekabr 2024cü il tarixdə Eyvaz Ağayev onun işlətdiyi “Centlmen” çay evinə gəlsə də, sonuncuya 20 manat müqabilində narkotik satmamışdır. O, ümumiyyətlə, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Ona ya CM-nin 234.1-ci maddəsi, ya da İXM-nin 206-cı maddəsi ilə məsuliyyətə cəlb olunacağı barədə vəd verildiyi üçün həm videoçəkiliş zamanı, həm də barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətə baxılarkən təqsirini etiraf etmişdir. Həm polis əməkdaşları tərəfindən saxlanılarkən, həm də ibtida araşdırmanın sonrakı dövrlərində polis əməkdaşları tərəfindən zorakılığa və digər qeyri-qanuni hərəkətlərə məruz qalmamışdır. İstintaq zamanı müstəntiq tərəfindən dindirilən zaman isə ifadəsini oxumadan imzaladığı üçün ifadənin məzmunundan məlumatsız olmuşdur.Sonda məhkəmədən ona köməklik olunmasını xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, X9 bir yerdə işlədiyi üçün tanımış, həmin vaxtdan münasibətləri yaranmışdır. Təqsirləndirilən şəxs isə onun həmkəndlisidir, onunla da ədavət və düşmənçiliyi olmamışdır. 24 dekabr 2023-cü il tarixdə saat 16 radələrində Pərvin Nəzərov zəng edib ondan çəkmək üçün pulu ilə “nəşə” istəmiş, o da narkotik təşkil edə biləcəyini demiş və “Xan Bağı” kafesində olduğunu, həmin yerə gəlməsini bildirmişdir. “Xan Bağı” kafesinin qarşısında olan zaman Pərvin ona yaxınlaşıb cibindən 2 ədəd 10 manatlıq, ümumilikdə 20 manat pul vermiş, ona nəşə verməyini istəmiş, o da Pərvindən pulu alıb onu həmin yerdə gözləməsini, 15-20 dəqiqəyə gələcəyini deyib çıxıb getmişdir. Həmkəndlisi Təqsirləndirilən şəxs “Centelmen” çay evində işlədiyi üçün onun işlədiyi yerə getmiş və onu çayxanadan çölə çağırıb 2 ədəd 10 manatlıq, ümumilikdə 20 manat pul verib “nəşə” verməsini istəmiş, Tamerlan da onun verdiyi pulu alıb elə həmin yerdə cibindən bir ədəd ağ rəngli büküm çıxarıb ona vermiş, o da Pərvinin onu gözlədiyi yerə getmişdir. “Xan Bağı” kafesinin qarşısında Pərvinin onu gözlədiyini görüb Tamerlanın ona verdiyi bükümü Pərvinə verən zaman polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim etdikdən sonra onu və Pərvini Saatlı RPŞ-yə aparmışlar. RPŞ-də olan zaman bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs da Saatlı RPŞ-yə gətirmişlər. Polis şöbəsində üstlərinə şəxsi axtarış aparılmış, əvvəlcə Pərvin Nəzərov cibindən bir ədəd bükümü çıxarıb təqdim edərək, həmin bükümü polis əməkdaşları tərəfindən kserosurətləri çıxarılıb ona verilmiş 2 ədəd 10 manatlıq pul əskinasına ondan aldığı narkotik vasitə olduğunu bildirmişdir. Həmin vaxt bilmiş ki, Pərvin Nəzərov polis tərəfindən keçirilən tədbirdə iştirak etmiş, ondan narkotik almaq üçün ona kserosurəti çıxarılmış pullar verilmişdir. Daha sonra o, Pərvinin dediklərini təsdiq edərək bükümdəki kütləni Pərvinin ona verdiyi ümumilikdə 20 manat pulun müqabilində Təqsirləndirilən şəxs alıb ona verdiyini demiş və onun üstünə şəxsi axtarış aparılmışdır. Daha sonra o, cibindən bir ədəd 10 manatlıq pul əskinası çıxarıb təqdim edərək bildirmiş ki, həmin 10 manat pul Pərvin Nəzərovun ona verdiyi puldandır, pulu ona verən zaman cibində özünə məxsus 1 ədəd 10 manatlıq pul olmuş və pulu Tamerlana verən zaman qarışdırmışdır. Daha sonra polis əməkdaşları həmin pulu ondan alıb onlarda olan kserosurətlər ilə eyniləşdirmiş və onun verdiyi pulun nömrəsi ilə kserosurətdə olan pulun nömrəsi eynilik təşkil etmişdir. Daha sonra Təqsirləndirilən şəxs etiraf edərək bildirmiş ki, ona 2 ədəd 10 manatlıq, ümumilikdə 20 manat pul alıb bir büküm narkotik vasitə satmış, aldığı pulu isə mərc oyunlarına yükləmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış aparılan zaman 2 ədəd 10 manatlıq pul əskinasının olmadığı müəyyən olunmuşdur. Həm narkotik vasitə, həm də pul əskinasları polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarışın aparılması ilə bağlı protokol tərtib edilərək imza edilmiş, foto və video çəkiliş aparılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 24 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Saatlı rayon ərazisində narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmçinin X13 24 dekabr 2023-cü il tarixdə ərizə ilə Saatlı RPŞ-yə müraciət edərək Tamerlanın Saatlı şəhər ərazisində narkotik vasitələrin satışı ilə məşğul olduğunu və onun ifşa olunmasında könüllü olaraq polis əməkdaşlarına köməklik etmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və 2 ədəd 10 manatlıq pul əskinasları tədbir iştirakçısı Pərvin Nəzərova verilmiş, bununla bağlı protokol tərtib edilmiş, Pərvin Nəzərova verilmiş pul əskinaslarının kserosurəti çıxarılaraq həmin protokola əlavə edilmiş, foto və videoçəkiliş aparılmışdır. Daha sonra Pərvin Nəzərov bildirmiş ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olduğunu bilsə də ondan birbaşa narkotik vasitə ala bilməyəcək, narkotik vasitəni Tamerlandan həmkəndlisi Eyvaz Ağayev vasitəsi ilə alacaq və Tamerlanın narkotik satdığını da ona Eyvaz söyləmişdir. Həmin vaxt X15 Ağayevlə telefon vasitəsi ilə danışmış və ondan pulu ilə narkotik istəmiş, Eyvaz da təşkil edə biləcəyini bildirmiş və onu Saatlı şəhəri, H.Əliyev prospektində yerləşən “Xan Bağı” kafesinin qarşısına çağırmışdır. O, Şahid1la birlikdə Pərvin Nəzərovun qeyd etdiyi yerə getmiş, əməliyyat müvəkkili Şahid3 isə Təqsirləndirilən şəxs işlədiyi, “Centelmen” çay evinin yaxınlığına getmişdir. Onlar bir qədər kənarda gözləmiş və “Xan Bağı” kafesinin qarşısında X15 Ağayevlə görüşüb tədbirin keçirilməsi üçün ona verilmiş ümumilikdə 20 manat pulu Eyvaz Ağayevə vermiş, Eyvaz həmin yerdən çıxıb getmiş, sonradan Murad Məhəmməd ilə telefon vasitəsi ilə danışan zaman Eyvazın “Centelmen” çay evinin qarşısına getdiyini və Təqsirləndirilən şəxs da ora gəldiyini, bir-birilərinə nə isə verdiklərini demişdir. Onlar dayandıqları yerdə X14 Nəzərovun yanına gəlib ona narkotik vasitə verməsini gözləmişlər. Təxminən 10 dəqiqə sonra X19 Nəzərovun yanına gəlib əlində ona nəsə vermiş və Pərvin Nəzərov ona veriləni cibinə qoyduqdan sonra onlara yaxınlaşıb özlərini təqdim etdikdən sonra onları Saatlı RPŞ-yə gətirmişlər. Eyvaz Ağayev və Təqsirləndirilən şəxs Saatlı RPŞ-də olan zaman üstlərinə şəxsi axtarış aparılmış, əvvəlcə Pərvin Nəzərov könüllü olaraq əynindəki şalvarın cibindən bir ədəd bükümü çıxarıb təqdim edərək, həmin bükümü polis əməkdaşları tərəfindən kserosurətləri çıxarılıb ona verilmiş 2 ədəd 10 manatlıq pul əskinasına Eyvaz Ağayevin vasitəsi ilə Təqsirləndirilən şəxs aldığı narkotik vasitə olduğunu bildirmişdir. Daha sonra X19 Nəzərovun dediklərini təsdiq edərək içərisində narkotik vasitə olan bükümdəki kütləni Pərvinin ona verdiyi ümumilikdə 20 manat pulun müqabilində Təqsirləndirilən şəxs alıb verdiyini demiş və üstünə şəxsi axtarış aparılmışdır. Daha sonra Eyvaz Ağayev cibindən bir ədəd 10 manatlıq pul əskinası çıxarıb təqdim edərək həmin pulun Pərvin Nəzərov tərəfindən ona verilmiş pul olduğunu, pulu Pərvindən alıb cibinə qoyduğunu, cibində özünə məxsus əlavə 10 manat pul olduğunu, narkotik vasitəni alan zaman 1 ədəd 10 manatlıq öz pulundan və 1 ədədi isə Pərvinin ona verdiyi puldan olduğunu qeyd etmiş və həmin 1 ədəd 10 manatlıq pul əskinasını təqdim edərkən həmin pul qabaqcadan kserosurəti çıxarılmış pullar ilə eyniləşdirilən zaman əməliyyat tədbiri üçün istifadə edilmiş pul olduğu məlum olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs Eyvaz Ağayevdən 2 ədəd 10 manatlıq, ümumilikdə 20 manat pul alıb bir büküm narkorik vasitə satdığını, aldığı pulu isə mərc oyunlarına yüklədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı həm narkotik vasitə, həm də pul əskinası qablaşdırılıb götürülmüşdür. Şəxsi axtarış keçirilməsi ilə bağlı foto və video çəkiliş aparılmış, protokol tərtib edilərək imza edilmişdir. Məhkəmə istintaqı zamanı şahid Atakişiyev X2 Qurban Şakir oğlu ilə eyniməzmunlu ifadə verdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmədə iştirak etməsə də, şahidlər Şahid1 və X5 ibtidai istintaq zamanı vermiş olduqları və məhkəmə iclasında elan edilmiş ifadələri ilə də təsdiq olunduğundan məhkəmə onların ifadələrini də iş üzrə sübut növü kimi qəbul edir. İşdə olan 24 dekabr 2023-cü il tarixli “Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə şərti alıcı qismində iştirak etmək üçün müraciət etmiş X5 üstünə baxış keçirilməsi və əməliyyat tədbirində istifadə ediləcək pul əskinaslarının ona verilməsi barədə protokol”, ona əlavə olan videoçəkilişlə müəyyən edilmişdir ki, narkotik vasitələrin satışı ilə məşğul olduğu ehtimal olunan Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi prospekti ev 7, mənzil 218-də qeydiyyatda olmaqla, Saatlı şəhəri, H.Zərdabi küçəsi ev 114-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə almaq məqsədi ilə əməliyyat tədbirinin həyata keçirilməsindən ötrü şərti alıcı X11 əvvəlcədən nömrələri qeyd edilməklə 2 ədəd 10 manatlıq A27004500 və A42992491 nömrəli pul əskinasları verilmişdir. İşdə olan 24 dekabr 2023-cü il tarixli “Şəxsi axtarış, baxış və götürmə aparılması barədə protokol”, ona əlavə olan fotoşəkillər və videoçəkilişlə müəyyən edilmişdir ki, polis əməkdaşları əməliyyat tədbiri həyata keçirdikdən sonra şərti alıcı X13 və X12, Əsədov X6 RPŞ-yə gətirilmiş, orada şərti alıcı Pərvin Nəzərov əynindəki şalvarın yan cibindən içərisində narkotik vasitə marixuanaya oxşar kütlə olan 1 ədəd ağ rəngli polietilen büküm çıxarıb təqdim edərək, həmin kütləni ona verilmiş 20 manat miqdarda pulun müqabilində Eyvaz Ağayevdan almış, Eyvaz Ağayev isə Pərvin Nəzərovun ona vermiş olduğu 20 manat pulun müqabilində Təqsirləndirilən şəxs polietilen bükümündə narkotik vasitə olan marixuanaya oxşar kütlə alaraq ona vermiş, X12 cibindən 1 ədəd 10 manatlıq pul əskinası çıxarıb təqdim edərək Təqsirləndirilən şəxs narkotik vasitə almaq üçün Pərvin Nəzərov tərəfindən ona verilmiş pul əskinaslarından qalan pul olduğunu bildirmiş, həmin bir ədəd 10 manatlıq pul əskinası kserosurətlər ilə eyniləşdirilərkən əskinasın əməliyyat keçirilməzdən əvvəl şərti alıcı Pərvin Nəzərovə verilən 2 ədəd 10 manatlıq A27004500 və A42992491 nömrəli pul əskinaslarından A42992491 nömrəli pul olmuş, şərti alıcı Pərvin Nəzərovun könüllü təqdim etdiyi polietilen bükümündəki marixuanaya oxşar kütlənin çəkisinin büküm ilə birlikdə 1,05 qram olduğu məlum olmuşdur. Həmin narkotik vasitə 1 ədəd zərfdə, pul əskinası isə başqa bir zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. İşdə olan məhkəmə-bioloji ekspertizanın 25 dekabr 2023-cü il tarixli 18/1139 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...X1 olaraq təqdim etdiyi...” sözləri yazılmış və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 0,58 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 0,58 qram, cəmi tədqiqata sərf edildi 0,02 qram, qalıq 0,56 qram. İşdə olan məhkəmə-narkoloji ekspertizasının 05 mart 2024-cü il tarixli 1454 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan aslılıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İşdə olan İmişli Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 1(036)-75/2022 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib qəti olaraq 1 il 10 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. İşdə olan Saatlı rayon İcra və Probasiya şöbəsinin 22 may 2024-cü il tarixli, 27 saylı məktubundan görünür ki, İmişli Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 1(036)- 75/2022 nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 1 il 10 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 10 ay 2 gün təşkil edir. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə deyil, narkotik istifadəçisi olması ilə əlaqədar CM-nin 234.1-ci maddəsi ilə təqsirli bildiyini göstərmişdir.Lakin təqsirləndirilən şəxsin göstərdiyi xüsusatlar məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamış və mötəbər sübutlarla təkzib olunmuşdur. Belə ki, işfdə olan 24 dekabr 2023-cü il tarixli “Şəxsi axtarış, baxış və götürmə aparılması barədə protokol”, ona əlavə olan fotoşəkillər və videoçəkilişlə müəyyən edilmişdir ki, polis əməkdaşları əməliyyat tədbiri həyata keçirdikdən sonra şərti alıcı X13 və X12, Əsədov X6 RPŞ-yə gətirilmiş, orada şərti alıcı Pərvin Nəzərov əynindəki şalvarın yan cibindən içərisində narkotik vasitə marixuanaya oxşar kütlə olan 1 ədəd ağ rəngli polietilen büküm çıxarıb təqdim edərək, həmin kütləni ona verilmiş 20 manat miqdarda pulun müqabilində Eyvaz Ağayevdan almış, Eyvaz Ağayev isə Pərvin Nəzərovun ona vermiş olduğu 20 manat pulun müqabilində Təqsirləndirilən şəxs polietilen bükümündə narkotik vasitə olan marixuanaya oxşar kütlə alaraq ona vermiş, X12 cibindən 1 ədəd 10 manatlıq pul əskinası çıxarıb təqdim edərək Təqsirləndirilən şəxs narkotik vasitə almaq üçün Pərvin Nəzərov tərəfindən ona verilmiş pul əskinaslarından qalan pul olduğunu bildirmiş, həmin bir ədəd 10 manatlıq pul əskinası kserosurətlər ilə eyniləşdirilərkən əskinasın əməliyyat keçirilməzdən əvvəl şərti alıcı Pərvin Nəzərovə verilən 2 ədəd 10 manatlıq A27004500 və A42992491 nömrəli pul əskinaslarından A42992491 nömrəli pul olmuş, şərti alıcı Pərvin Nəzərovun könüllü təqdim etdiyi polietilen bükümündəki marixuanaya oxşar kütlənin çəkisinin büküm ilə birlikdə 1,05 qram olduğu məlum olmuşdur. Həmin narkotik vasitə 1 ədəd zərfdə, pul əskinası isə başqa bir zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs özü də şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində aşkar edilmiş narkotik vasitənin özünə məxsus olduğunu və 20 manat pul müqabilində Eyvaz Ağayevə satdığını göstərmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətə 26 dekabr 2023-cü il tarixdə baxılarkən sonuncu elan olunmuş ittiham üzrə təqsirli bilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə müəyyən olunmuş cinayəti törətməsi işdə olan təkzibolunmaz sübutların məcmusu ilə təsdiq olunduğuna görə, təqsirləndirilən şəxsin göstərdikləri özünümüdafiə məqsədilə verilmiş sayılmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını məhkəmə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Əsədov X7 Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 1(036)-75/2022 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib qəti olaraq 1 il 10 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və hazırda azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 10 ay 2 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Həmin Məcəllənin 68.1 və 68.1.1-1-ci maddələrinə görə cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanarkən azadlıqdan məhrumetmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs İmişli Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 1(036)-75/2022 saylı hökmü ilə qəti olaraq təyin edilmiş bir il on ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan on ay iki gün hissəsinin iki günü bir gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulub hesablanmaqla hazırkı hökmlə ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 24 dekabr 2023-cü ildə şübhəli şəxs qismində tutulmuş, 26 dekabr 2023-cü il tarixdə Saatlı Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Ona görə də, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz çəkisi 0,56 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə maddi sübut olan və əməliyyat tədbirində istifadə edilən 1 ədəd 10 manatlıq A42992491 nömrəli pul əskinası cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə 31.95 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia, maddi ziyan və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353 və 356-cı maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək üç il üç ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs İmişli Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 1(036)-75/2022 saylı hökmü ilə qəti olaraq təyin edilmiş bir il on ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan on ay iki gün hissəsinin iki günü bir gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulub hesablanmaqla hazırkı hökmlə ona təyin ediləcək üç il üç ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilib üzərində qəti olaraq üç il altı ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 24 dekabr 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz çəkisi 0,56 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut olan və əməliyyat tədbirində istifadə edilən 1 ədəd 10 manatlıq A42992491 nömrəli pul əskinası cinayət işi materiallarında saxlanılsın. İş üzrə 31(otuz bir) manat 95 (doxsan beş) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmdən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(055)-21/2024
Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-21/2024
22.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver