Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-22/2025 08.04.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1988-ci ildə Saatlı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 aprel 2024-cü il tarixli, 1(006)- 192/2024 saylı hökmü ilə bir il beş ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs, xx.xx.2024-cü il tarixdə saat 01:30 radələrində tanışı Şahid1 qanunsuz olaraq satış məqsədi ilə xeyli miqdarda, ümumi təmiz çəkisi 0,396qram narkotik vasitə heroini və xeyli miqdarda ümumi təmiz çəkisi 0,507qram psixotrop maddə olan metamfetamini 30 (otuz) manat pulun müqabilində ünvan 2 ünvanında yerləşən yaşadığı evdə satın alıb, qanunsuz olaraq əldə etmiş və saxlamış, həmin gün saat 02 radələrində həmin narkotik vasitə heroinin 0,318qram çəkidə və həmin psixotrop maddə metamfetaminin 0,214qram çəkidə hissələrini Saatlı şəhəri E.Hüseynov küçəsinə qanunsuz olaraq daşıyıb, əvvəlcədən tanışı Şahid2 aldığı 80 (səksən) manat pulun müqabilində tanışı Şahid2 həmin yerdə qanunsuz olaraq satmış, xx.xx.2024-cü il tarixdə saat 02:40 radələrində Saatlı RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində tanışı Şahid2 ilə birlikdə Saatlı Şəhəri E.Hüseynov küçəsində saxlanılmış, həmin yerdə və həmin tarixdə saat 02:41-dən 03:05-dək olan müddət ərzində üstünün yoxlanılması və baxış zamanı Şahid2 satdığından əlavə satış məqsədi ilə qanunsuz olaraq əynində olan şalvarının sağ yan cibində, “West” markalı siqaret qutusunun içərisində saxladığı bir ədəd bükümdə təmiz çəkisi 0,078qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,130qram və 0,163qram, ümumi təmiz çəkisi 0,293qram kustar üsulla psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, yəni satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmiş, saxlamış, daşımış və qanunsuz olaraq satmışdır. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə deyil, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2 il olar ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. Şahid1 uzun müddətdir tanıyır. Əvvəllər Zaurdan 2-3 dəfə öz istifadəsi üçün narkotik vasitə və psixotrop maddə almışdır. Şahid2 da çoxdan tanıyır, təxminən 200 metr aralı məsafədə qonşuluqda yaşayır. Şahid2 da əvvəllər onun vasitəsi ilə Şahid1 narkotik vasitə almışdır. Tutulmamışdan 5-6 gün bundan əvvəl ağrıları artdığı üçün Zaura zəng vuraraq, narkotik istəmiş, Zaur da ona “gətirəcəm” deyə cavab vermişdir. xx.xx.2024-cü il tarixdə Zaur günorta saatlarında onun yaşadığı evə gəlmiş, həmin vaxt Hüseyn ona Zaur gələndə mənə də narkotik vasitə gətirsin” demişdir. Zaur onun evində olan vaxt Hüseyn də evə gəlmiş, evdə qaz olmadığından Hüseyn Zaur üçün öz evndən çay gətirmişdir. Bu zaman Zaur Hüseynə “əmidə mal var” demişdir. xx.xx.2024-cü il tarixdə saat təxminən 01 radələrində Zaur malın hazır olmasını bildirmiş, o da Hüseynə zəng edib narkotik olduğunu demiş, Hüseyn də 80 manatlıq mal alacağını demişdir. Həmin vaxt Zaurdan ğzü üçün də 50 manatlıq narkotik istəmişdir. Lakin həmin vaxt üzərində 30 manat pul olduğundan həmin pulu vermiş, qalan 20 manatı da sonra verəcəyini demişdir. Zaur da onun təklifi ilə razılaşmışdır. Hüseynin qapıya gəldiyini görüb Zaurdan həm özü, həm də Hüseynə vermək üçün aldığı narkotikləri də götürüb qapıya çıxmış, həmin vaxt Hüseyn narkotikin müqabilində 80 manat pul vermişdir. O da Zaura 20 manat pulu da hazırladıqdan sonra birdəfəlik 100 manat verəcəyini, o gələnə kimi Zaur evdə olmasa pulu kartına atacağını bildirmişdir. Xatırladığı qədərilə Zaurun ona verdiyi narkotik siqaret qutusunun içərisində 1 büküm “kola”, bir büküm də “patı”, Hüseyn üçün isə 5 büküm “kokos”, bir büküm də “patı” olmuşdur. Bundan sonra narkotiki birlikdə istifadə etmək məqsədilə küçəyə çıxmışlar. Bir qədər küçə ilə getdikdən sonra təxminən saat 01-02 radələrində tanımadığı bir neçə nəfər şəxs yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək onun və Hüseynin qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, saxlamaqda və istifadə etməkdə şübhəli olduqlarını bildirərək, üstlərinin yoxlanacağını bildirmişlər. O və Hüseyn polis əməkdaşlarının tələblərinə etiraz etməmişlər. Bu zaman polis əməkdaşları videoçəkilişə başlamışlar. O da üzərində narkotik vasitə və psixotrop maddə olduğunu bildirərək əynində olan qara rəngli cins şalvarın cibində olan “West” markalı siqaret qutusunun içərisindəki bükümdə “şüşə” və “kokos” çıxararaq təqdim eləmiş və polis əməkdaşlarının sualına cavab olaraq öz istifadəsi üçün Zaurdan aldığını demişdir. Üzərindən aşkar edilmiş narkotik götürülmüşdür. Bundan sonra Hüseynə üzərində qanunla saxlanması qadağan olunmuş əşya və ya narkotik vasitə və ya psixotrop maddə varsa onları təqdim etməyi təklif etmişlər. Hüseyn də üstündə narkotik vasitə və psixotrop maddə olduğunu bildirərək üzərindəki narkotik vasitəni təqdim etmişdir. Baxış zamanı videoçəkiliş aparılmış, protokol tərtib edilərək imzalanmışdır. Daha sonra onu və Hüseyini Saatlı RPŞ-yə gətirmişlər. Saatlı RPŞ-də olarkən təhqiqatçı tərəfindən aşkar olunmuş narkotik vasitələrə baxış keçirilmiş, baxış zamanı videçəkiliş aparılmış, protokol tərtib edilərək imzalanmışdır. Bir daha bildirir ki, o, Zaurun verdiyi narkotikdən hər hansı məbləğdə qazanc əldə etməmiş, özünü Zaura borclu olduğu 20 manatı da hazır etdikdən sonra Zaura birdəfəlik 100 manat vermək məqsədilə, həmçinin Hüseyn dərhal qapıya gəldiyinə görə birlikdə narkotik istifadə etmək üçün getdiklərinə görə Hüseynin verdiyi 80 manatı özündə saxlamış, lakin polis əməkdaşları tərəfindən tutulduğuna görə həmin vaxt 80 manat pul cibindən düşüb itmişdir. Əməlindən peşmadır.Hazırda himayəsində iki övladı vardır. Həmin uşaqlardan biri yenicə əməliyyat olunmuşdur. Uşaqlarına baxacaq kimsə yoxdur. Odur ki, barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təxminən 3 ildir Bakı şəhəri Yasamal rayonu İİ Alatavada kirayə yayaşır, taski fəaliyyəti ilə məşğul olur. Əvvəllər “nəşə”dən istifadə etsə də, təxminən 1 ildir “kokos”, yəni heroindən istifadə edir. Təqsirləndirilən şəxs Qoçəlı qızın Saatlı şəhərində qonşuluqda yaşadığından uşaqlıqdan tanıyır, münasibətləri yaxşı olmuş, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Şahid2 ilə də qonşuluqda yaşadığından uşaqlıqdan tanıyır, münasibətləri yaxşı olmuş, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Fitatın narkotik vasitə istifadə etdiyini çoxdan bilir, Hüseynin isə narkotik istifadə etdiyini dəqiq bilməmişdi. Birlikdə Fitatla narkotik istifadə etmişlər.28 avqust 2024cü il tarixdə Saatlı şəhərində yaşayan qardaşı Samirin qızı Jalənin ad günü ilə bağlı Saatlı şəhərinə gələrkən Fitat ondan narkotik istədiyinə görə Fitata narkotik vasitə gətirmişdir. Həmin gün gecə saat 00:30 radələrində qardaşı Samirin evindən çıxıb heroini Fitata vermək üçün Fitatın yaşadığı evin həyətinə getmiş, həmin vaxt Fitatın həyətində bacısı Ülviyyə olmuşdur. O, Fitatın evində bacısı Ülviyənin yanında gətirdiyi heroin və metamfetamini Fitata vermiş, həmin vaxt o Fitata demiş ki, narkotikə görə 30 manat versin, Fitat isə ona demiş ki, indi yoxudur, sonra verəcəkdir. O razılaşmış, həmin vaxt Fitat onun yanında kiminləsə danışırmış və həmin şəxsə narkotik verəcəyini deyirmiş, lakin Fitat ona kiminlə danışdığını deməmiş, o da Fitatdan kiminlə danışdığını soruşmamışdır. Fitat narkotiki Bakı şəhərindən gələn şəxsə verəcəyini demişdir. Bundan sonra Fitat çıxıb getmişdir. Biraz sonra Fitat gəlməmiş, Fitatın polis tərfindən tutulduğundan şübhələndiyi üçün dərhal Fitatın evindən çıxıb Bakı şəhərinə gedən yola çıxmış, təsadüfi bir avtomobil ilə Bakı şəhərinə getmişdir. Sonrdan Bakı şəhərində olarkən Saatlı şəhərindəki qohumlardan maraqlandıqda ona Fitatın Hüseyn ilə birlikdə polis tutulduğunu öyrənmişdir. 03 sentyabr 2024-cü il tarixdə isə Saatlı polisinin əməkdaşları onu Bakı şəhərində kirayə yaşadığı evdə tutub Saatlı RPŞ-yə gətirmişlər. Şahid1 həmçinin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs dedikləri yalandır. Təqsirləndirilən şəxs 50 manatlıq deyil, 30 manatlıq narkotik vasitə vermiş, Fitata verdiyi narkotik vasitənin sonuncu tərəfindən Şahid2 80 manata veriləməsindən məlumatı olmamış, Təqsirləndirilən şəxs da bu barədə ona nəsə deməmiş, ümumiyyətlə, Fitatla aralarında sonuncuya verdiyi narkotikdən 80 manat dəyərində Hüseynə satılacağı barədə razılaşma olmamış, Hüseynlə şəxsən də bu barədə danışmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-cü maddəsi ilə məhkum olunmuşdur. O təxminən üç il olar ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. Şahid1 tanıyır, aralarında ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs da tanıyır. Qonşudurlar, aralarında ədavət və düşmənçilik olmamışdır. Bir neçə dəfə Fitatla birlikdə narkotik istifadə etmişlər. xx.xx.2024-cü il tarixdə saat təxminən 01 radələrində Fitat onu küçəyə çağırmış, o da küçəyə çıxmış və piyada Fitatın yaşadığı ev istiqamətində getməyə başlamış, Fitatın yaşadığı evə bir qədər qalmış Fitat da küçəyə çıxmış və ona tərəfə gəlməyə başlamışdır. Fita ona yaxınlaşaraq “pulu ver gedim götürüm” demiş, o da nə qədər pul lazım olduğunu soruşduqda sonuncu 80 manat vermək lazım olduğunu demişdir. O da 80 manat pulu cibindən çıxararq Fitata vermişdir. Təxminən 10 dəqiqədən sonra Fitat yanına gəlmiş, ona 5 büküm “kokos”, bir büküm də “şüşə” vermişdir. Bundan sonra Fitat ona təklif etmiş ki, birlikdə narkotik istifadə edək. Daha sonra bir yerdə küçə ilə hərəkət etmişlər. Təxminən saat 01-02 radələri küçədə olarkən tanımadığı bir neçə nəfər şəxs yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək onun və Fitatın qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, saxlamaqda və istifadə etməkdə şübhəli olduqlarını bildirərək, üstlərinin yoxlanacağını bildirmişlər. O və Fitat polis əməkdaşlarının tələblərinə etiraz etməmişlər. Bu zaman polis əməkdaşları videoçəkilişə başlamışlar. Həm onun, həm də Fitatın üzərindən Zaurdan aldıqları narkotik vasitələr aşkar olunmuşdur. Bildirir ki, Təqsirləndirilən şəxs dedikləri yalandır. Yəni narkotiki Zaurun satmasını bilsə də, onunla Şahid1 arasında narkotik almaqla bağlı söhbət olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs 80 manat pulu alan kimi narkotiki qapıda ona verməmişdir. Fitat 80 manat pulu ondan alandan sonra evə getmiş, təxminən 10 dəqiqə keçəndən sonra narkotiki götürüb gəlmişdir. Şahid5 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Şahid2 qanunsuz olaraq narkotik vasitələri əldə edərək saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı Şahid2 ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi məqsədilə qərar qəbul edilmişdir. 29 avqust 2024-cü il tarixdə saat 02 radələrində başlanmış və videoçəkilişlə qeydə alınmış əməliyyat tədbiri ilə bağlı Saatlı şəhəri H.Əliyev prospekti ilə Sabirabad şəhəri istiqamətində getdikdə “Aynur” klinikasına çatmamış sola ayrılan Saatlı şəhəri E.Hüseynov küçəsinə daxil olduqda Şahid2 yanında sonradan adı məlum olan Təqsirləndirilən şəxs ilə birlikdə olduğu müəyyən olunduğu üçün hər ikisinə daxil olmuş məlumat barədə bildirib üzərlərinə baxış keçirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ cibindən bir ədəd “West” markalı siqaret qutusu çıxarıb təqdim edərək həmin qutunun içərsində narkotik vasitə olduğunu bildirmişdir. Həmin siqaret qutusunun içərisinə baxılarkən 3 ədəd kağız bükümün olduğu müəyyən edilmiş, həmin kağız bükümlər ayrı-ayrılıqda açılarkən ikisinin içərisində metamfetaminə oxşar kütlə, bir ədədinin içərsində isə heroinə oxşar kütlə oldduğu müəyyən olunmuşdur. Bundan sonra Şahid2 bir ədəd sellofan bükümü təqdim etmiş, içərisində “kokos” adlı narkotik vasitə olduğunu bildirmiş, həmin büküm açılarkən isə içərisində 6 ədəd ayrı-ayrılıqla büküm olduğu müəyyən edilmişdir. Həmin bükümlərin 5 ədədi açılarkən içərisində heroinə oxşar kütlələr aşkar edilmiş, digər bir büküm açılarkən isə içərisində metamfetaminə oxşar kütlə olduğu müəyyən edilmişdir. Açkar olunmuş narkotik vasitə və psixotrop maddələr qablaşdırılıb götürülmüş, videoçəkiliş aparılmış, protokol tərtib edilərək imza edilmişdir. Məhkəmə baxışı zamanı Şahid3 Şahid5 ilə eyniməzmunlu ifadə verdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmədə iştirak etməsə də, şahidlər Şahid4 və Şahid6 ibtidai istintaq zamanı vermiş olduqları və məhkəmə iclasında elan edilmiş ifadələri ilə də təsdiq olunduğundan məhkəmə onların ifadələrini də iş üzrə sübut növü kimi qəbul edir. İşdə olan xx.xx.2024-cü il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxslərin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında protokol, ona əlavə edilən videoçəkilişlə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibində saxladığı “West” markalı siqaret qutusunun içərisindən bir bükümdə narkotik vasitə heroinə bənzər və 2 bükümdə psixotrop maddə olan metamfetaminə bənzər maddələr, Şahid2 əynində olan şalvarın cibindən isə 5 bükümdə narkotik vasitə olan heroinə bənzər və 1 ədəd bükümdə psixotrop maddə olan metamfetaminə bənzə maddələr aşkar edilərək götürülmüşdür. İşdə olan xx.xx.2024-cü il tarixli əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs və Şahid2 üstlərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroinə bənzər və psixotrop maddə olan metamfetaminə bənzər maddələrə baxış keçirilmiş, sonuncular həmin kütlələrin üzərlərindən aşkar edildiklərini təsdiq etmişlər. İşdə olan məhkəmə-bioloji ekspertizanın xx.xx.2024-cü il tarixli 3-16-16/2-18/774 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Şahid2 Teyub oğlunun üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 5 ədəd kağız kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri-0,103 qram, 0,088 qram, 0,045 qram, 0,040 qram, 0,042 qram, ümumi çəkisi-0,318qram olan maddələr kustar üsulla hazırlanmış, xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli narkotik vasitə heroindir. Tədqiqata təqdim olunmuş üzərində “...Şahid2 Teyub oğlunun üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki kağız kəsiyinə bükülmüş 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi-0,214qram maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd kağız kəsiyi bükümündə təmiz çəkisi 0,078qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 2 ədəd kağız kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri-0,130qram, 0,163qram, ümumi çəkisi-0,293qram olan maddələr kustar üsulla hazırlanmış, xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş Şahid2 üzərindən götürülmüş 5 ədəd bükümdə və Təqsirləndirilən şəxs üzərindən götürülmüş 1 ədəd bükümdə, cəmi 6 ədəd bükümdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Tədqiqata təqdim edilmiş Şahid2 üzərindən götürülmüş 1 bükümdə və Təqsirləndirilən şəxs üzərindən götürülmüş 2 ədəd bükümdə, cəmi 3 ədəd bükümdə olan metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Heroin 28 iyun 2005ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (İsiyahı). Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr siyahısı”na daxildir (İ siyahı). İşdə olan məhkəmə-narkoloji ekspertizanın xx.xx.2024-cü il tarixli 6884 nömrəli rəyindən görünür ki, müayinə zamanı BAĞİROVA FİTAT QOÇƏLİ qızında Kannabinoidlərin, psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Naromaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin Nəsimi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya idarəsinin 06 mart 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 aprel 2024-cü il tarixli, 1(006)-192/2024 saylı hökmü ilə 01 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumun yeri müəyyən olunmadığı üçün probasiya qeydiyyatına alınmamışdır. Məhkum tərəfindən cəzasının çəkilməmiş hissəsi 01 il 05 ay 26 gün təşkil edir. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət-hüquqi qiymətdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 8-ci bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadəsində Şahid1 130 manat dəyərində narkotik vasitə aldığını, yəni 50 manat dəyərində özü, 80 manat dəyərində isə Şahid2 üçün aldığını, həmin vaxt Zaura 30 manat pul verdiyini, 20 manat borclu qaldığını, Şahid2 öz təşəbbüsü ilə 80 manatlıq narkotik vasitə satmadığını, Şahid1 onun vasitəsilə Hüseynə 80 manatlıq narkotik satdığını, özünə görə Zaura borclu qaldığı 20 manat pulu hazır etmədiyi üçün Hüseynin ona verdiyi 80 manat pulu Zaura vermədiyini, niyyətinin qazanc əldə etmək deyil, Zaura birdəfəlik 100 manat vermək olduğunu, polis əməkdaşları tərəfindən saxlanıldığı üçün Zaura 100 manat pul verə bilmədiyini göstərsə də, təqsirləndirilən şəxsin göstərdiyi xüsusatlar məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamış və mötəbər sübutlarla təkzib olunmuşdur. Belə ki, məhkəmə baxışı zamanı Şahid1 ifadəsində Təqsirləndirilən şəxs göstərdiklərini təkzib edərək Fitata 30 manatlıq narkotik vasitə verdiyini, Şahid2 ona 80 manat pul verəcəyindən məlumatı olmadığını, Təqsirləndirilən şəxs da bu barədə ona nəsə demədiyini, ümumiyyətlə Fitatla aralarında sonuncuya verdiyi narkotikdən 80 manat dəyərində Hüseynə satılacağı barədə razılaşma olmadığını göstərmişdir. Bundan başqa, məhkəmə baxışı zamanı Şahid2 da ifadəsində Təqsirləndirilən şəxs göstərdiklərini təkzib edərək (Təqsirləndirilən şəxs ifadəsində özünün Zaura borclu olduğu 20 manatı da hazır etdikdən sonra Zaura birdəfəlik 100 manat vermək məqsədilə, həmçinin Hüseyn dərhal qapıya gəldiyinə görə birlikdə narkotik istifadə etmək üçün getdiklərinə görə Hüseynin verdiyi 80 manatı özündə saxladığını, yəni qazanc əldə etmək niyyətinin olmadığını, Zaur narkotiki verəndən sonra Hüseynin də ona 80 manat pul verdiyini göstərir) Təqsirləndirilən şəxs 80 manat pulu verəndən sonra Fitatın evə gedib təxminən 10 dəqiqə sonra qayıtdığını və narkotiki ona verdiyini göstərmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs Şahid2 80 manat dəyərində narkotik vasitə satmaqla narkotik vasitələrin və psixotrop maddələrin qazanc əldə etmək məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər etməsi öz təsdiqini tapmışdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinin məhkəmə istintaqı zamanı tam sübuta yetirilməsi qənətinə gələrək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə müəyyən olunmuş cinayəti törətməsi işdə olan təkzibolunmaz sübutların məcmusu ilə təsdiq olunduğuna görə, təqsirləndirilən şəxsin göstərdikləri özünümüdafiə məqsədilə verilmiş sayılmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi, barəsində CM-nin 62 və ya 70-ci maddəsinin tətbiq edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan övladının olmasını, ailənin yeganə qazanc gətirəni olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını məhkəmə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını aşağı həddə təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 aprel 2024-cü il tarixli, 1(006)-192/2024 saylı hökmü ilə 01 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və hazırda cəzasının çəkilməmiş hissəsi 01 il 05 ay 26 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Həmin Məcəllənin 68.1 və 68.1.1-1-ci maddələrinə görə cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanarkən azadlıqdan məhrumetmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 aprel 2024-cü il tarixli, 1(006)-192/2024 saylı hökmü ilə qəti olaraq təyin edilmiş və çəkilməmiş qalan bir il beş ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü bir gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulub hesablanmaqla hazırkı hökmlə ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə görə təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət və məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət həbsdə saxlama müddətinə daxildir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanılmış, barəsində Saatlı Rayon Məhkəməsinin 05 sentyabr 2024-cü il tarixli, 4(055)-29/2024 saylı qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Belə olan halda Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı iki gün ona təyin olunacaq cəzadan çıxılmalı, barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyinə görə ev dustaqlığı qətimkan tədbiri ləğv edilərək məhkəmə iclas zalından dərhal həbsə alınmalı, cəzaçəkmə müddətinin əvvəli Saatlı Rayon Məhkəməsinin 05 sentyabr 2024-cü il tarixli, 4(055)-29/2024 saylı qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçildiyi gündən, yəni 05 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ona görə də, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İşdə olan Saatlı Rayon Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli, 1(055)-77/2024 saylı hökmündən görünür ki, iş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz çəkisi 0,216 qram olan heroin kütləsi və ümumi təmiz çəkisi 0,357 qram olan metamfetaminin məhv edilməsi, 49(qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik ekspertiza xərcinin isə təqsirləndirilən şəxs Şahid1 alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməsi qərara alınmışdır. Odur ki, bu hallar nəzərə alınmalıdır. İşdə mülki iddia, maddi ziyan və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353 və 356-cı maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində üç il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində üç il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 aprel 2024-cü il tarixli, 1(006)-192/2024 saylı hökmü ilə qəti olaraq təyin edilmiş və çəkilməmiş qalan bir il beş ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü bir gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulub hesablanmaqla hazırkı hökmlə ona təyin ediləcək üç il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilib üzərində üç il üç ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki günün bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulub hesablanmaqla təyin olunmuş üç il üç ay müddətə azadlıqdan məhrum etmə cəzasından iki gün çıxılaraq üzərində qəti olaraq üç il iki ay iyirmi səkkiz gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Saatlı Rayon Məhkəməsinin 05 sentyabr 2024-cü il tarixli, 4(055)-29/2024 saylı qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçildiyi gündən, yəni 05 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz çəkisi 0,216 qram olan heroin kütləsi və ümumi təmiz çəkisi 0,357 qram olan metamfetaminin Saatlı Rayon Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli, 1(055)-77/2024 saylı hökmü ilə məhv edilməsi nəzərə alınsın. İş üzrə 49(qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik ekspertiza xərcinin Saatlı Rayon Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli, 1(055)-77/2024 saylı hökmü ilə təqsirləndirilən şəxs Şahid1 alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməsi nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(055)-22/2025
Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-22/2025
08.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver