Məhkəmə qərarları › İş №1(055)-23/2023

Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-23/2023

20.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-23/2023 20.06.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X8, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-İmişli rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə saat 15:15-də xx xxxxx 1983-cü il tarixdə Saatlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir nəfər azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq ümumilikdə 0,907 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edərək yaşadığı ünvan 2 ünvanında qanunsuz saxlamış, 26 sentyabr 2022-ci il tarixdə saat 18 radələrində qazanc əldə etmək məqsədilə narkotik vasitənin yayılmasına yönəlmiş hərəkət edib, həmin narkotik vasitədən 1 ədəd bükümdə 0,235 qram təmiz çəkidə qanunsuz olaraq daşıyıb Saatlı şəhəri H.Əliyev prospektində yaşadığı küçəyə ayrılan döngə 5-də əməliyyat tədbirinin iştirakçısı şərti alıcı X5 9 manata qanunsuz olaraq satmış, qalan narkotik vasitə 1 ədəd bükümdə 0,672 qram təmiz çəkidə heroin 26 sentyabr 2022-ci il tarixdə saat 21:30 radələrində onun yaşadığı ünvan 2 ünvanında qonaq otağında masanın üstündəki plastik qabın içərisindən aşkar edilərək götürülmüş, yəni satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etmiş, saxlamış, daşımış və qanunsuz olaraq narkotik vasitəni satmışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, həmin hadisə günü o evdə olmuşdur. Telman ona zəng etmiş və o, Telmanın zəngini açmamışdır. Ancaq Telman dəfələrlə ona zəng etdikdən sonra Telmanın zəngini açmışdır. Telman ondan özü üçün narkotik istəmişdir. O isə cavabında narkotik satmadığını Telmana bildirmişdir. Lakin Telman həddən artıq təkid etmişdir. Sonda o əsəbiləşib Telmanı məhəllələrinə çağırmışdır. Telmana taksi Elçinin maşınına minib gəlməsini bildirmişdir. Onun hər ikisindən xoşu gəlməmişdir. Telmanı narkotik satan kimi tanımışdır. Onları çağırmaqda məqsədi hər ikisini döymək olmuşdur. Telmanı döyərsə, ondan əl çəkəcəyini düşünmüşdür. Telman gələnə yaxın məhəlləyə çıxmışdır. Telefonuna kontur yükləmişdir. Daha sonra isə polislər onu tutmuşlar və şöbəyə gətirmişlər. O, Telmanı yalnız polis şöbəsində görmüşdür. Orada onun cibinə zorla işarələnmiş pul qoymuşlar. O, pula əlini vurmamışdır. Həmçinin onun evinə baxış keçirməmişdən qabaq da polislər evinə girmişlər. Onun yoldaşını döymüşlər. Evdəki kuklanın içinə zorla narkotik yerləşdirmişlər. Ondan sonra isə onunla birgə evinə baxış keçirməyə getmişlər. Odur ki, özünü təqsirli bilmir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, o, Gündüzü həm narkotik istifadəçisi kimi, həm də narkotik satan kimi tanımışdır. O, özü narkotikə nifrət etmişdir. Ona görə də belə narkotik satan şəxsləri ifşa etmək üçün polisə köməklik edir. Hadisədən 1-2 gün qabaq Gündüz özü ona özündə narkotik olduğunu və almaq istəyərsə ondan almağını bildirmişdir. O da bu barədə şöbəyə məlumat vermişdir. Onun polislə əməkdaşlıq etdiyini rayonda heç kim bilməmişdir. Polis əməkdaşları ona işarələnmiş 9 manat vermişlər. O, birinci tanımadığı taksi sürücüsü Amidin telefonu ilə Gündüzə zəng etmişdir. Lakin Amid onun telefonda narkotikdən bəhs etdiyini bilib telefonunu ondan almış və yanından uzaqlaşmışdır. Daha sonra o, başqa telefonla Gündüzlə danışmış və razılaşmışdır. Razılaşmaya görə Gündüz ona “kakos” verəcək, o isə əvəzində ona 9 manat verəcəkdir. O, təxminən saat 5-6 arası Gündüzün məhəlləsinə getmiş və orada görüşmüşlər. Pulu Gündüzə verib ondan aldığı narkotiki cibinə qoymuşdur. Bir yerdə yeriməyə başlamışlar. O an polis əməkdaşları onlara yaxınlaşmışlar. Onları polis şöbəsinə gətirmişlər. Şöbəyə gətiriləndən 10-15 dəqiqə sonra çəkiliş aparılarkən üstlərinə baxış keçirilmişdir. Şöbədə o, hadisəni olduğu kimi etiraf etmiş, lakin Gündüz etiraf etməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Gündüzü rayon sakini kimi tanımışdır. O, taksi fəaliyyəti ilə məşğul olur. Yenicə taksidən adam düşürtmüşdür ki, sonradan Telman olduğunu bildiyi bir nəfər ona yaxınlaşmış və danışmaq üçün telefonunu istəmişdir. Ona əvvəlcə danışacağını, sonra bir yer olduğunu, oraya gedəcəyini bildirmişdir. O da razılaşmışdır. O, maşınında əyləşmişdir. Telman isə maşından çöldə olmuşdur. Telman onun telefonu ilə Gündüzə bir neçə dəfə zəng etdikdən sonra danışmışlar. O, telefonda Gündüzün adını eşitmiş. Telman ona ağrıdığını və narkotikə ehtiyacı olduğunu bildirmişdir. O, Telmanın telefonda narkotik ifadəsini işlətdiyini eşitmiş və dərhal telefonunu ondan alıb oradan uzaqlaşmışdır. Daha sonra şöbəyə dəvət olunanda hadisəni öyrənmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 Vasif oğlu ifadəsində göstərdi ki, o, Gündüzü bir rayon sakini kimi tanıyır. Əvvəldən də Gündüzün narkotik satışı ilə məşğul olduğunu eşitmişdir. Polis əməkdaşları Gündüzün evinə baxış keçirmək üçün gedəndə onu da hal şahidi kimi dəvət etmişlər. O da getmişdir. Onlar Gündüzün evinə getmişlər. Gündüz də onlarla olmuşdur. Gündüzün ailəsi də evdə olmuşdur. Gündüzün evindən narkotik, limon duzu, şüşə ampula və tərəzi çıxmışdır. Gündüz onların özünə məxsus olmadığını bildirmişdir. Polislərin dediyinə görə, Gündüzün evindəki narkotik vasitələr “nəşə” və “heroin” olmuşdur. İbtidai istintaq zamanı Gündüzün evinə getdikləri vaxtı 20 radələri kimi qeyd etsə də, hal-hazırda hadisədən təxminən 9 ay keçmişdir. Ona görə də saat dəqiq yadında qalmamışdır, ancaq Gündüzün evinə getdikdə havanın qaranlıq olduğu yadındadır. O, Gündüzün evinə baxış keçirilməsi üçün hal şahidi qismində cəmi bir dəfə getmişdir. Gündüzün evindən tapılan nəşə kibrit qutusunda, heroin isə kağızda olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Saatlı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi, polis kapitanı Şahid4 ifadəsində göstərdi ki, əvvəlcə bildirmək istəyir ki, Gündüz onun qonşusudur. Camaatı narkotik vasitələrlə məhv edir. Hadisə ilə bağlı onu deyə bilər ki, Telman Gündüzün barəsində şöbəyə müraciət etmişdir. Həmin tarixdə təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı qərar hazırlanmış, rəisə məruzə edilmiş və həmin qərar təsdiq edilmişdir. Onlar da bununla bağlı Telmana işarələnmiş 9 manat dəyərində pul vermişlər. Onları alqı-satqı zamanı tutmuşlar və şöbəyə gətirmişlər. Üstlərinə videoçəkiliş aparılarkən baxış keçirilmiş və Gündüzün üzərindən onların şərti alıcıya təqdim etdikləri pul və Telmanın üzərindən Gündüzün ona satdığı narkotik çıxmışdır. Daha sonra isə Gündüzün evinə baxış keçirmişlər və onun evindən də narkotik vasitələr və tərəzi çıxmışdır. Gündüzün evinə cəmi bir dəfə baxış keçirilmişdir. Tədbir günortadan sonra keçirilmiş, lakin evə baxış keçirəndə isə hava qaralmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Saatlı Rayon Polis Şöbəsinin Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili, polis kapitanı Şahid6 ifadəsində göstərdi ki, o, əməliyyat müvəkkili olaraq Təqsirləndirilən şəxs həm narkotik istifadəçisi kimi, həm də narkotik satan kimi tanıyır. Ona görə də Gündüzün qonşuları polis şöbəsinə dəfələrlə Gündüzə görə küçəyə narkomanların gəlməsi, onların da narahat olması barədə şikayətlər etmişlər. O da Gündüzü tanıdığı üçün ona narkotikdən əl çəkməsini, bu işdən uzaqlaşmasını demişdir. Amma Gündüz qanunsuz hərəkətlərindən əl çəkməmişdir. Belə ki, 26 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələr əldə etməsi və satışı ilə məşğul olması barədə polis şöbəsinə daxil olmuş məlumatla bağlı əməliyyat qrupu yaradılmış və o da digər polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs cinayət başında yaxalamaq üçün saat 17-18 radələrində Gündüzün yaşadığı küçəyə getmişlər və “Azres” deyilən yerdə Təqsirləndirilən şəxs Telman adlı şərti alıcıya narkotik vasitə satması ilə bağlı saxlayıb polis şöbəsinə gətirmişlər. Polis şöbəsində video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən Gündüzün üstündən 1 ədəd 5 manatlıq və 4 ədəd 1 manatlıq kağız pul əskinası aşkar edilmiş, şərti alıcı Telman Süleymanovdan isə bir büküm narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilərək götürülmüşdür və bu barədə müvafiq sənədləşmə aparılmışdır. Bundan sonra polis əməkdaşları ilə birlikdə saat 21 radələrində Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilməsi üçün getmişlər və mənzildə bir kibrit qutusunda marixunaya oxşar narkotik vasitə, şipris, paçka halında limon duzu və bir büküm də heroin aşkar etmişlər. Mənzildə axtarış aparılarkən video çəkilişdən istifadə edilmişdir. Gündüzün evində polis əməkdaşları tərəfindən bir dəfə axtarış olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Saatlı Rayon Polis Şöbəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri, polis baş serjantı X18 ifadəsində göstərdi ki, 26 sentyabr 2022-ci il tarixdə, saat 18:00 radələrində Telman Süleymanovun Təqsirləndirilən şəxs narkotik vasitələr əldə etməsi və satışı ilə məşğul olması barədə polis şöbəsinə daxil omuş ərizəsi ilə bağlı yaradılmış əməliyyat qrupunun tərkibində o da iştirak etmişdir və həmin vaxt Təqsirləndirilən şəxs cinayət başında yaxalamışlar, yəni köhnə “Azres” deyilən yerdə Gündüz Telman adlı şərti alıcıya narkotik vasitə satdıqdan sonra onu saxlayıb polis şöbəsinə gətirmişlər. Polis şöbəsində video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən Gündüzün üstündən 1 ədəd 5 manatlıq və 4 ədəd 1 manatlıq kağız pul əskinası aşkar edilmiş, şərti alıcı Telman Süleymanovdan isə bir büküm narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilərək götürülmüşdür və tərtib edilmiş müvafiq protokola imza etmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilməsi üçün getmişlər və mənzildə yataq otağında olan stolun üstündə bir kibrit qutusunda marixunaya oxşar narkotik vasitə, şipris, paçka halında limon duzu və çörək qabına oxşar əşyanın içindən bir büküm heroini aşkar etmişlər. Gündüzün evinə bir dəfə saat 21 radələrində baxış keçirilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Saatlı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid8 ifadəsində göstərdi ki, onu deyə bilər ki, Telmanın Gündüzün barəsində narkotik vasitə olan heroin satması barədə şöbəyə etdiyi müraciət əsasında 26 sentyabr 2022-ci il tarixdə təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı qərar hazırlanmış, rəisə məruzə edilmiş və həmin qərar əsasında Telman Süleymanova işarələnmiş 9 manat dəyərində pul vermişlər. Həmin gün Telmanla Gündüzü narkotok vasitə olan heroinin alqısatqısı zamanı tutmuşlar və şöbəyə gətirmişlər. Onların üzərinə videoçəkilişlə baxış keçirilmiş və Gündüzün üzərindən onların şərti alıcıya təqdim etdikləri pul və Telmanın üzərindən Gündüzün ona satdığı heroinə oxşar kütlə çıxmışdır. Daha sonra isə Gündüzün evinə baxış keçirmişlər və onun evindən bir kibrit qutusunda marixuana, bir bükümdə heroin, limon duzu, şüşə ampula və tərəzi çıxmışdır. Marixuana kibrit qutusunda stolun üstündə, heroin isə bükülmüş kağızda çörək qabında aşkar olunmuşdur. Həmin vaxt Gündüz evində aşkar olunanlardan heroinin ona məxsus olmadığını bildirmişdir. Gündüzün evinə gedəndə hava qaralmışdır və ailə üzvləri evdə olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, 26 sentyabr 2022-ci il tarixdə polis əməkdaşlarının təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs evinə baxış keçirmək üçün hal şahidi kimi dəvət edilmişdir. Onlar Gündüzün evinə gedəndə Gündüz də onlarla olmuşdur. Həmin vaxt hava qaranlıq olmuşdur. Gündüzün ailəsi də evdə olmuşdur. O, Gündüzü evində görmüşdür. Gündüzün evində yataq otağında axtarış aparılarkən otaqda olan stolun üstündən şipris, kibrit qutusunda el arasında “nəşə” deyilən marixuana, paçkada limon duzu, tərəzi və çörək qabına oxşar əşyada gümüşü kağıza bükülmüş narkotik vasitəyə oxşar heroin aşkar edilmişdir. Gündüz heroinin ona məxsus olmadığını demişdir. Polislərdən kiminsə Gündüzü vurmasını görməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Saatlı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə Telman Süleymanovun polis şöbəsinə daxil olmuş ərizəsi ilə bağlı tərəfindən yaradılmış əməliyyat qrupu ilə birlikdə 26 sentyabr 2022-ci il tarixdə, saat 18:00 radələrində H.Əliyev prospektinə yaxın yer olan köhnə “Azres” deyilən ərazidə Təqsirləndirilən şəxs tərəfindən Telman Süleymanova narkotik vasitənin satışı zamanı saat 18 radələrində saxlayaraq onları polis şöbəsinə gətirmişlər. Polis şöbəsində video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən Gündüzün üstündən 1 ədəd 5 manatlıq və 4 ədəd 1 manatlıq kağız pul əskinası aşkar edilmiş, şərti alıcı olan Telman Süleymanovdan isə bir büküm narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilərək götürülmüşdür. Həmin vaxt Telman özü könüllü şəkildə etiraf etmişdir ki, üstündə aşkar olunan heroini Gündüz ona 9 manata satmışdır. Bununla bağlı müvafiq protokol tərtib edilmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilməsi üçün getmişlər və mənzildə yataq otağında olan stolun üstündə bir kibrit qutusunda marixunaya oxşar narkotik vasitə, şipris, paçka halında limon duzu, tərəzi və çörək qabının içindən bir büküm heroin aşkar etmişlər. Gündüzün evinə cəmi bir dəfə baxış keçirilmişdir. Onlar evdə olanda Gündüzün ailə üzvlərindən arvadı səs-küy etmişdir. Gündüz heroinin onun olmasını qəbul etməmiş, digər narkotik vasitə olan marixuananı, şiprisi, tərəzini və limon duzunu qəbul etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Saatlı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid7 ifadəsində göstərdi ki, 26 sentyabr 2022-ci il tarixdə, saat 21:00 radələrində əməliyyat qrupunun polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilməsində iştirak etmişdir. Gündüzün özünün iştirakı ilə evinin yataq otağında olan stolun üstündə bir kibrit qutusunda marixunaya oxşar narkotik vasitə, şipris, paçka halında limon duzu, tərəzi və çörək qabının içindən bir büküm heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X13 ifadəsində göstərdi ki, 26 sentyabr 2022-ci il tarixdə yoldaşı Gündüzün əl telefonuna zəng gəlmiş və telefonu o götürmüşdür. Zəng edən adam Telman olduğunu demişdir. O da yoldaşından eşitdiyinə görə Telmanı pis bir insan kimi tanıdığı üçün telefonu söndürmüşdür. Lakin Telman dayanmadan zəng etdiyinə görə telefonu Gündüzə vermişdir. Telmanın Gündüzə nə deməsindən xəbəri olmamışdır. Lakin az bir müddət keçmişdir ki, qonşusu Gündüzün velosipedini həyətə gətirərək polislərin Gündüzü tutub şöbəyə apardıqlarını demişdir. Bundan 15 dəqiqə sonra isə bir maşın polis əməkdaşı evlərinə girib evdə axtarış etməyə başlamışlar, evi alt-üst edib, döşəmənin altına qədər axtarmışlar və həmin vaxt onu da döymüşlər. Sonra polislər getmişlər, amma Xanəli və Həmid adlı polis əməkdaşları onların həyətində qalmışlar. Təzədən Ümüd, Qəhrəman və digər çoxlu sayda polis əməkdaşları evlərinə gəlmişlər və həmin vaxt Ümid adlı polis əməkdaşını barmağının arasında otaqda olan çörək qabına həmin heroini atanda görmüşdür və səs-küy salmağa başlamışdır, amma onun səsinə heç kim məhəl qoymamışdır. Əri Gündüzün polislər tərəfindən tutulma anı və polislərin onların evinə iki dəfə gəlmələri küçələrində olan 3 ədəd müşahidə kamerasına düşmüşdür. Küçələrində müşahidə kameralarının olması ilə bağlı heç kimə deməmişdir. Son 4-5 ildir ki, Gündüzün narkotikdən istifadə etməsini görməmişdir. Əgər evində heroin olsa idi, əri Gündüzü qorumaq üçün onu gizlədərdi. Evdə aşkar olunan kibrit qutusunda olan marixuananı Gündüzə dostları vermişdir. Evdə olan kuklanın içindən isə heç bir narkotik vasitə çıxmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Saatlı Rayon Polis Şöbəsinin Əməlliyat rabitə qrupunun kiçik inspektoru, polis baş serjantı X19 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır. Gündüz və Rüqəyyə onu çoxdan tanıyırlar və onlarla heç bir düşmənçiliyi, ədavəti yoxdur. Gündüzün dayısı keçmiş polis işçisi olmuşdur və onlarla qonşudur. O, Gündüzün yaşadığı mənzilə baxış keçirilməsində iştirak etməmişdir, həmçinin də onun belə səlahiyyəti yoxdur. O, rayon polis şöbəsində rabitə qrupunda kiçik inspektor işləyir. Ona görə də qeyd edir ki, Gündüzün həyat yoldaşının onların evində polis əməkdaşı kimi olması barədə adını nəyə görə çəkməsi ona məlum deyil. İşdə olan və məhkəmə istintaqında elan edilmiş X4 Saatlı Rayon Polis Şöbəsinə verdiyi 26 sentyabr 2022-ci il tarixli ərizədən görünür ki, o, Saatlı şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olduğunu və onun cinayət əməlinin ifşa olunması üçün polis əməkdaşlarına könüllü kömək etmək istədiyini bildirmiş və ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 26 sentyabr 2022-ci il tarixli "Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə şərti alıcı qismində iştirak etmək üçün müraciət etmiş X4 üzərində şəxsi axtarış aparılması və bu məqsədlə ona əməliyyat tədbirində istifadə ediləcək pul əskinaslarının verilməsi barədə protokol" və ona əlavə edilən fotoşəkillərdən görünür ki, narkotik vasitələrin satışı ilə məşğul olması ehtimal olunan Saatlı şəhəri, H.Əliyev prospekti D-5, ev 12-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə almaq məqsədi ilə Saatlı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid5 tərəfindən şəxsi vəsaiti hesabına şərti alıcı X5 əvvəlcədən nömrələri qeyd edilməklə 01 ədəd 5 manatlıq A00769518 və 04 ədəd 1 manatlıq B08448813, F47212241, A25591217 və A21627731 nömrəli pul əskinasları verilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 26 sentyabr 2022-ci il tarixli "Şəxsi axtarış və götürmə aparılması barədə” protokol və ona əlavə olan fotoşəkillərdən görünür ki, polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri nəticəsində şərti alıcı X6 və Təqsirləndirilən şəxs Saatlı RPŞ-yə gətirilmiş, bununla bağlı Saatlı RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı İsmayıl Hacıyev tərəfindən şəxsi axtarış aparılarkən Telman Süleymanov əynindəki şalvarın sol cibindən 1 ədəd bükümü çıxarıb təqdim edərək həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu və həmin narkotik vasitəni polis əməkdaşları tərəfindən kserosurətləri çıxarılaraq ona verilmiş pullar müqabilində Gündüzdən aldığını qeyd etmişdir. Telman Süleymanovun könüllü təqdim etdiyi 1 ədəd büküm onun özünün, Təqsirləndirilən şəxs və şəxsi axtarışda iştirak edən polis əməkdaşlarının yanında açılarkən içərisində narkotik vasitə heroinə oxşar kütlə olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı Telman Süleymanova narkotik vasitə satmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üstündə olanları könüllü təqdim etmək təklif olunarkən Təqsirləndirilən şəxs bundan imtina etmiş, buna görə də onun üstünə şəxsi axtarış aparılarkən əynindəki qara rəngli şalvarının sağ cibindən 1 ədəd 5 manatlıq və 4 ədəd 1 manatlıq pul əskinasları akar olunmuşdur. Həmin pullar əvvəlcədən Təqsirləndirilən şəxs narkotik vasitə almaq üçün Telman Süleymanova verilmiş pulların kserosurətləri ilə eyniləşdirilərkən onların eyni pullar olduğu müəyən olunmuşdur. Telman Süleymanovun könüllü təqdim etdiyi 1 ədəd bükümdəki narkotik vasitə heroinə oxşar kütlə məhkəmə-kimyəvi ekspertizasına göndərilməsindən ötrü 1 ədəd zərfdə və Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd 5 manatlıq A00769518 və 04 ədəd 1 manatlıq B08448813, F47212241, A25591217 və A21627731 nömrəli pul əskinasları 1 ədəd zərfdə qablaşdırılaraq götürülmüşdür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 26 sentyabr 2022-ci il tarixli "Axtarış və götürmə aparılması barədə” protokol və ona əlavə olan fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs, onun müdafiəçisinin, dəvət edilərək hüquq və vəzifələri izah edilmiş iki nəfər hal şahidinin və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında yerləşən evinə baxış keçirilmiş, evə daxil olduqda giriş qapısına paralel yerləşən otaqda kiçik stolun üzərində 1 ədəd yuxarı hissəsi sınmış şüşə ampula içərisində tünd rəngli kütlə, 1 ədəd açıq kibrit qutusunun içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə, 1 ədəd istifadə olunmamış şpris, 2 ədəd sellofan paketdə ağ kristal formada Təqsirləndirilən şəxs dediyinə görə, içərisində limon duzu olan kütlə, 1 ədəd üstündə “portable electronic scale” yazısı olan tərəzi, həmin otaqda böyük masanın üstündəki plastik çörək qabının içərisində isə 1 ədəd gümüşü rəngli kağız bükümün içərisində narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş kibrit qutusundakı kütlənin narkotik vasitə “nəşə” olduğunu və ona məxsus olduğunu, öz istifadəsi üçün saxladığını, ağ kristal formasında olan limon duzunun ona məxsus olduğunu, narkotikdən istifadə edərkən həmin duzdan istifadə etdiyini, sınmış ampuladakı kütlənin də narkotik olduğunu, özünün istifadə etdiyini bildirmiş, evindən aşkar edilmiş gümüşü rəngli kağız bükümdəki heroinə oxşar kütlənin isə ona məxsus olmadığını bildirmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X16 bölməsinin 27 sentyabr 2022-ci il tarixli 18/1069-1070 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...X2 olaraq təqdim etdiyi...” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi – 0,235 qram olan qəhvəyimtil rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs evindən...heroinə oxşar...” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi – 0,672 qram olan qəhvəyimtil rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Tədqiqata təqdim olunmuş 02 ədəd bükümdə olan heroin xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidir. Tədqiqata təqdim olunmuş üzərində: “... Təqsirləndirilən şəxs evindən.... 1 ədəd şüşə ampula....limon duzuna oxşar...” sözləri və imzalar olan kağız paketdə olan 02 ədəd paketdə ayrı-ayrılıqda təmiz çəkisi-0,398 qram, 75,120 qram, ümumi çəkisi-75,518 qram olan ağımtıl rəngli maddələr narkotik vasitə və psixotrop maddələrə aid deyildir. 01 ədəd şüşə ampulanın içərisində heroinin izləri vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric-mikroçəki) və bu səbəbdən də iz mikrohissəciklərinin miqdarını və təqdim edilən maddələr ilə eyni tərkibli olub-olmadığını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs evindən..marixuanaya oxşar...” sözləri yazılmış kağız paketdə 01 ədəd kibrit qutusunun içliyində təmiz çəkisi-0,69 qram olan kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı 1) daxildir. Heroinin ümumi çəkisi-0,907 qram, cəmi tədqiqata sərf edildi-0,10 qram (hər ob- 0,05 qram), qalıq - 0,807 qram. Ağımtıl rəngli maddənin ümumi təmiz çəkisi-75,518 qram, cəmi tədqiqata sərf edildi-0,10 qram (hər oby-0,05 qram), qalıq-75,418 qram. Marixuananın təmiz çəkisi-0,69 qram, tədqiqata sərf edildi-0,02 qram, qalıq-0,67 qram. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 30 yanvar 2023-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokol və ona əlavə olan fotoşəkillərdən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Saatlı RPŞ-yə müraciət edilərək məhkəmə-fonoskopik ekspertizasının keçirilməsi ilə əlaqədar tədqiqatı aparılan şəxslərin eksperimental səs və nitq nümunələrinin və mübahisəli fonoqramların qeyd olunduğu yazı qurğusunun təqdim edilməsi bildirilmişdir. Bununla əlaqədar Təqsirləndirilən şəxs arvadı Rüqəyyə Seyidova ilə əlaqə saxlanılmış və o, telefonu gətirərək təqdim etmişdir. Telefona baxış keçirildikdən sonra götürülmüşdür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 mart 2023-cü il tarixli 4/84-4/92-4/151 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunan 1 ədəd optik diskdə qeydə alınmış mübahisəli fonoqramdakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətndən ibarətdir. Ekspertizaya təqdim olunmuş 1 ədəd optik diskdə olan mübahisəli fonoqramdakı danışıqlarda diktorların emosianal vəziyyətinin və sayının əsaslanmamış dəyişməsi, akustik fonun kəskin şəkildə dəyişməsi, pozma, buraxma, əlavəetmə, birləşdirmə kimi montaj əlamətləri müəyyən olunmadı. Ekspertizaya təqdim olunmuş 1 ədəd optik diskdə olan və tədqiqatı tələb olunan mübahisəli fonoqram ilkindir ve “LG” markalı mobil telefon vasitəsilə qeydə alınmışdır. Ekspertizaya təqdim olunmuş 1 ədəd optik diskdə olan mübahisəli fonoqramda olan danışıqlar açıq şəraitdə aparılmışdır. Ekspertizaya təqdim olunmuş 1 ədəd optik diskdə olan mübahisəli fonoqramdakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnində «K1» kimi işarə olunmuş diktorun səsi və nitqi - Təqsirləndirilən şəxs, «K2» kimi işarə olunmuş diktorun səsi və nitqi - X5, «Q1» kimi işarə olunmuş diktorun səsi və nitqi - X9 məxsusdur. Mübahisəli fonoqramdakı danışıqlarda iştirak edən diktorların emosional vəziyyətində nisbi ekstremallıq müşahidə olunur və danışıq anında digər təsir əlamətləri müşahidə edilmədi. İşdə olan və məhkəmə istintaqında elan edilmiş DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən, Saatlı Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli 1(055)-77/2021 saylı hökmünün surətindən və Saatlı Rayon İcra və Probasiya Şöbəsinin 13 iyun 2023-cü il tarixli 175919/2020-69-2 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Saatlı Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli 1(055)- 77/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq bir il on bir ay iyirmi altı gün müddətə azadlığın mədudlaşdırılması cəzasına məhkum edilmiş, hazırda cəzasını çəkib qurtarmış, lakin məhkumluğu ödənilməmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş sübutların qiymətləndirilməsi haqqında 03 aprel 2023-cü il tarixli qərardan görünür ki, tədqiqata sərf edildikdən sonra ümumi təmiz çəkisi 0,807 qram qalan narkotik vasitə olan heroin və 1 ədəd üstündə “portable electronic scale” sözləri yazılmış elektron tərəzi 27 sentyabr 2022-ci il tarixli qərarla maddi sübut kimi tanınmış və Saatlı RPŞ-yə məsul saxlanışa verilmiş, həmin qərarla maddi sübut kimi tanınmış 0,67 qram qalan qurudulmuş marixuanaya görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərardan çıxarışın Saatlı RPŞ-yə göndəriləcəyi nəzərə alınaraq həmin qurudulmuş marixuana iş üzrə maddi sübut hesab edilməmiş, inzibati icraat üzrə maddi sübut hesab edilmiş, həmçinin 1 ədəd içərisində heroin izləri olan şüşə ampulaya görə Təqsirləndirilən şəxs barəsində cinayət işinin başlanılmasının rədd edildiyi nəzərə alınaraq həmin 1 ədəd ampula da iş üzrə maddi sübut hesab edilməmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 14 fevral 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 06 iyun 2023-cü il tarixli 1162 saylı arayışdan və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 10 iyun 2014-cü il tarixdə anadan olmuş X14 adlı bir nəfər azyaşlı uşağı vardır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş TQS 027 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ambulator kitabçadan çıxarışdan, Saatlı rayon poliklinikasının 1164 saylı sənədindən, Saatlı Mərkəzi Rayon Xəstəxanasının göndərişindən və ambulator stasionar xəstənin tibbi kitabçasından çıxarışdan, 18 oktyabr 2021-ci il tarixli 4710 saylı tibbi arayışdan, İmişli Mərkəzi Rayon Xəstəxanasının laboratoriyasının sənədindən görünür ki, Təqsirləndirilən şəxs orta-ağır dərəcəli “hepatit c” virusundan əziyyət çəkir. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini şərh olunan qaydada törədərək istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq ümumilikdə 0,907 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edərək yaşadığı ünvan 2 ünvanında qanunsuz saxlaması, 26 sentyabr 2022-ci il tarixdə saat 18 radələrində qazanc əldə etmək məqsədilə narkotik vasitənin yayılmasına yönəlmiş hərəkət edib, həmin narkotik vasitədən 1 ədəd bükümdə 0,235 qram təmiz çəkidə qanunsuz olaraq daşıyıb Saatlı şəhəri H.Əliyev prospektində yaşadığı küçəyə ayrılan döngə 5-də əməliyyat tədbirinin iştirakçısı şərti alıcı X5 9 manata qanunsuz olaraq satması, qalan narkotik vasitə 1 ədəd bükümdə 0,672 qram təmiz çəkidə heroinin 26 sentyabr 2022-ci il tarixdə saat 21:30 radələrində onun yaşadığı ünvan 2 ünvanında qonaq otağında masanın üstündəki plastik qabın içərisindən aşkar edilərək götürülməsi, yəni satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etməsi, saxlaması, daşıması və qanunsuz olaraq narkotik vasitəni satması məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməlini etiraf etməsə də, ona istinad edilən cinayəti törətməsi iş üzrə dindirilmiş şahidlər X4, Şahid2, Şahid3 Vasif oğlunun, Şahid4, Şahid6, Şahid10, Şahid8, Şahid1, Şahid5, Şahid7 ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla yanaşı, cinayət işinə əlavə edilmiş “Şəxsi axtarış və götürmə aparılması barədə”, "Axtarış və götürmə aparılması barədə” protokollarla, həmin protokollara əlavə edilmiş foto şəkillərlə və həmçinin də axtarış və götürmə aparılarkən video çəkilişi aparılaraq cinayət işinə əlavə edilmiş “DVD” diskə baxış keçirilərkən də öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi şifahi vəsatətinə əsasən təqsirləndirilən şəxsin arvadı X13 şahid qismində dindirilmiş və o, ifadəsində polis əməkdaşlarının toplu şəkildə onların yaşadığı evə gələrək axtarış apardığını, daha sonra getdiklərini, lakin Xanəli və Həmid adlı polis əməkdaşlarının onların evində qaldıqlarını, daha sonra yenidən digər polis əməkdaşlarının evlərinə gələrək axtarış apardığını və bu zaman polis əməkdaşı tərəfindən evə narkotik qoyulduğunu, onların evində daha əvvəl heroin olmadığını bildirmişdir. Lakin məhkəmə iclası zamanı evə baxış keçirilməsi ilə bağlı “DVD” diskə baxış keçirilmiş və məlum olmuşdur ki, evə baxış keçirilən zaman X7 qeyd etdiyi Xanəli adlı polis əməkdaşı əvvəlcədən də, evə baxış keçirildiyi zaman da evdə olmamışdır. Həmid adlı polis əməkdaşı isə əvvəlcədən evdə olmamış, yalnız rəsmi qaydada evə baxış keçirilməsi üçün digər polis əməkdaşları ilə birlikdə gəlmişdir. Bundan başqa Saatlı Rayon Polis Şöbəsinin Əməlliyat rabitə qrupunun kiçik inspektoru, polis baş serjantı X19 əlavə şahid qismində məhkəmə istintaqında dindirilmiş və ifadəsində Təqsirləndirilən şəxs və Rüqəyyə Seyidovanın onu çoxdan tanıdıqlarını, onlarla heç bir düşmənçiliyi və ədavətinin olmadığını, Gündüzün yaşadığı mənzilə baxış keçirilməsində iştirak etmədiyini və onun belə səlahiyyəti olmadığını, Gündüzün həyat yoldaşının onların evində polis əməkdaşı kimi olması barədə onun adını nə üçün çəkdiyini bilmədiyini göstərmişdir. Buradan da görünür ki, X1, yəni Xanəli və Həmid adlı polis əməkdaşlarının onların evinə qeyri-rəsmi axtarış aparılması zamanı orada olmaları və evdə qalmaları barədə ifadəsinin həqiqətə uyğun olmadığı əlavə şahid qismində dindirilmiş X10 ifadəsi və məhkəmə istintaqı zamanı baxış keçirilmiş “DVD” disklə təsdiq olunmuşdur və X7 ifadəsi əri Təqsirləndirilən şəxs müdafiə etmək məqsədi ilə verilmiş sayılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 mart 2023-cü il tarixli 4/84-4/92-4/151 saylı rəyi ilə bağlı qeyd edir ki, həmin rəydə ekspertizaya təqdim olunmuş 1 ədəd optik diskdə olan mübahisəli fonoqramdakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnində «K1» kimi işarə olunmuş diktorun səsi və nitqinin Təqsirləndirilən şəxs, «K2» kimi işarə olunmuş diktorun səsi və nitqinin X5, «Q1» kimi işarə olunmuş diktorun səsi və nitqinin X9 məxsus olduğu göstərilmişdir. Həmin danışıqların yazılı mətnindən görünür ki, Təqsirləndirilən şəxs “ona narkotik satıbsatmaması” ilə bağlı sualına X6 hər dəfə yayındırıcı ifadələrlə cavab verməkdən boyun qaçırmış, lakin Təqsirləndirilən şəxs ona qarşı tənqidi və nalayiq ifadələr işlətmiş, ona pul və mal (narkotik) vəd edərək onun haqqında vermiş olduğu ifadəni dəyişdirməsini tələb etmiş, X6 isə bu təzyiqlərdən sonra Təqsirləndirilən şəxs ona narkotik satıb-satmaması ilə bağlı sualına ötəri olaraq “yox” cavabını verir. Bundan əlavə iş materiallarında olan 29 sentyabr 2022-ci il tarixli və 22 dekabr 2022-ci il tarixli ərizələrdən görünür ki, X3 Rayon Polis Şöbəsinə ərizə verərək Təqsirləndirilən şəxs və Gündüzün arvadının ona pul və narkotik təklif edərək ifadəsini dəyişdirərək məhkəmədə Təqsirləndirilən şəxs xeyrinə ifadə verməsini tələb etmişlər. Göstərilənlər onu hesab etməyə əsas verir ki, X4 Təqsirləndirilən şəxs ona narkotik satıb-satmaması ilə bağlı sualına verdiyi “yox” cavabı səmimi şəkildə deyildir. Həmçinin Təqsirləndirilən şəxs və onun arvadının dəfələrlə Telman Süleymanova müxtəlif vədlər verərək onun Təqsirləndirilən şəxs xeyrinə ifadə verməsi ilə bağlı təkid etmələri, ona təzyiq göstəmələri də həmin səs yazısında qeydə alınmış danışqlarda X4 təzyiq qarşısında qalaraq Təqsirləndirilən şəxs suallarına qeyri-səmimi cavablar verdiyini göstərir. Ona görə də tədqiq olunmuş səs yazısındakı danışıqlarda X17 Seyidova narkotik satması ilə bağlı sualına verdiyi “yox” cavabı Təqsirləndirilən şəxs Telman Süleymanova narkotik vasitə satmamasını göstərən əsas deyildir. Məhkəmə baxışı zamanı həmçinin Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə aparılmış əməliyyat-axtarış fəaliyyətinin məhkəmə nəzarəti qaydasında yoxlanılmadığını, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 137-ci və 445.2-ci maddələrinin, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 fevral 2015-ci il tarixli qərarının tələbləri pozulmaqla sübutlar toplandığını göstərmişdir. Lakin iş materiallarında olan əməliyyat-axtarış tədbirinin aparılması barədə qərarın yoxlanılması barədə Saatlı Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli 5(055)-60/2022 saylı qərarından görünür ki, Saatlı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid5 26 sentyabr 2022-ci il tarixli təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarı məhkəmə nəzarəti qaydasında yoxlanılaraq qanuni hesab edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və xəstəlikdən əziyyət çəkməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını aşağı həddə təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X28 Şəxsin 31 yanvar 2023-cü il tarixli 499 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ona görə də Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş şübhəli şəxsin tutulması haqqında 26 sentyabr 2022-ci il tarixli protokoldan, Saatlı Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli 4(055)-40/2022 saylı, 22 dekabr 2022-ci il tarixli 4(055)-44/2022 saylı, 23 fevral 2023-cü il tarixli 4(055)-12/2023 saylı və 28 aprel 2023-cü il tarixli 1(055)-23/2023 saylı qərarlarından görünür ki, Təqsirləndirilən şəxs 26 sentyabr 2022-ci il tarixdən 28 sentyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün saxlanılmış, 28 sentyabr 2022ci il tarixdə onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, daha sonra həmin qətimkan tədbirinin müddəti iki dəfə uzadılmış və 28 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri polisin nəzarəti altına vermə qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158-ci maddəsinin məzmunundan görünür ki, təqsirləndirilən şəxsin tutulduğu və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs 26 sentyabr 2022-ci il tarixdən 28 sentyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün saxlandığı və 28 sentyabr 2022-ci il tarixdən 28 aprel 2023-cü il tarixədək yeddi ay ev dustaqlığında saxlanıldığı müddətlər ona təyin olunacaq cəzadan çıxılmalıdır. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan xalis çəkisi 0,807 qram narkotik vasitə olan heroin və 1 ədəd üstündə “portable electronic scale” yazısı olan tərəzi məhv edilməlidir. Təqsirləndirilən şəxs narkotik vasitə almaq məqsədi ilə şərti alıcı X5 verilmiş 01 ədəd 5 manatlıq A00769518 və 04 ədəd 1 manatlıq B08448813, F47212241, A25591217 və A21627731 nömrəli pul əskinaslarının cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 27 sentyabr 2023-cü il tarixli 18/1069-1070 saylı və 01 mart 2023-cü il tarixli 4/84-4/92-4/151 saylı ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, aparılmış tədqiqatın dəyəri 213 manat 90 qəpik təşkil edir. Ona görə də, həmin xərc Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia, maddi ziyan və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib üç il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 sentyabr 2022-ci il tarixdən 28 sentyabr 2022-ci il tarixə kimi şübhəli şəxs qismində tutularaq iki gün həbsdə və 28 sentyabr 2022-ci il tarixdən 28 aprel 2023-cü il tarixə kimi yeddi ay ev dustaqlığında saxlanılması müddətləri ona təyin olunmuş üç il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq iki il dörd ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Cəzaçəkmə müddətinin əvvəli bu gündən, yəni 20 iyun 2023-cü il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan xalis çəkisi 0,807 qram narkotik vasitə olan heroin və 1 ədəd üstündə “portable electronic scale” yazısı olan tərəzi məhv edilsin. İş üzrə 213 (iki yüz on üç) manat 90 (doxsan) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmdən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar