Məhkəmə qərarları › İş №1(055)-23/2024

Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-23/2024

21.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-23/2024 21.05.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçilər - Saatlı rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2 və Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirakı ilə saat 18:20-də xx xxxx 1992-ci tarixdə Saatlı rayonu Dəllər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki nəfər azyaşlı uşağı olan, işləməyən, məhkum olunmamış, Saatlı rayonu Dəlilər kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair; xx xxxxxxx 1986-cı il tarixdə Saatlı rayonu Dəllər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki nəfər azyaşlı uşağı olan, işləməyən, məhkum olunmamış, Saatlı rayonu Dəlilər kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair; 11 avqust 2003-cü il tarixdə Saatlı rayonu Dəllər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Saatlı rayonu Dəlilər kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs1 05 oktyabr 2023-cü il tarixdə saat 16 radələrində həmkəndliləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə əvvəlcədən razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında Saatlı rayonu Dəllər kəndində yaşayan Zərərçəkmiş şəxs əmlakını tamah niyyəti ilə əvəzsiz götürməkdən ötrü yaşadıqları Dəllər kəndində çöl otlaq sahəsində otlayan zərər çəkmiş Zərərçəkmiş şəxs 6 baş, hər biri 400 manat dəyərində dişi qoyununu və 1 baş 300 manat dəyərində qoçu, ümumilikdə 2700 manat məbləğində əmlakı gizli olaraq talamaq məqsədi ilə oğurluq etməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs2 05 oktyabr 2023-cü il tarixdə saat 16 radələrində həmkəndliləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə əvvəlcədən razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında Saatlı rayonu Dəllər kəndində yaşayan Zərərçəkmiş şəxs əmlakını tamah niyyəti ilə əvəzsiz götürməkdən ötrü yaşadıqları Dəllər kəndində çöl otlaq sahəsində otlayan zərər çəkmiş Zərərçəkmiş şəxs 6 baş, hər biri 400 manat dəyərində dişi qoyununu və 1 baş 300 manat dəyərində qoçu, ümumilikdə 2700 manat məbləğində əmlakı gizli olaraq talamaq məqsədi ilə oğurluq etməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs3 05 oktyabr 2023-cü il tarixdə saat 16 radələrində həmkəndliləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında Saatlı rayonu Dəllər kəndində yaşayan Zərərçəkmiş şəxs əmlakını tamah niyyəti ilə əvəzsiz götürməkdən ötrü yaşadıqları Dəllər kəndində çöl otlaq sahəsində otlayan zərər çəkmiş Zərərçəkmiş şəxs 6 baş, hər biri 400 manat dəyərində dişi qoyununu və 1 baş 300 manat dəyərində qoçu, ümumilikdə 2700 manat məbləğində əmlakı gizli olaraq talamaq məqsədi ilə oğurluq etməyə cəhd etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 05 oktyabr 2023-cü il tarixdə Qəfərağa ilə öz kəndlərindəki kafedə oturub yeyib-içmişlər. Çörək yedikdən sonra dağılışmışlar. Ondan sonra isə zəngləşmiş və həmkəndliləri Vasifin qoyunlarını oğurlamışlar. Onlar əvvəlcədən razılaşmış, Vasifin 7 baş qoyununu götürmüşlər. Təqsirləndirilən şəxs3 qoyunları atla qabağına qatıb aparmış, o və Qəfərağa da onun arxasınca getmişlər. Qoyunları apardıqdan bir müddət sonra Samirin qoyunların oğurluq olmasından xəbəri olmuşdur. Bundan sonra Samir qoyunların kimə məxsus olduğunu soruşduqda onların Vasifin qoyunları olduğunu demişlər. Qoyunları oğurladıqları yerdən Sabirabad rayonunun Əsgərbəyli kəndindəki asfalt yola qədər olan məsafə 4-5 km olmuş, Samir oraya çatmaqlarına təxminən 1 km qalmış qoyunların oğurluq olduğunu bilmişdir. Onlar Samirə qoyunları satdıqdan sonra onun da hörmətini edəcəklərini demişlər. Daha sonra isə onlar Samirə qoyunları asfalta qədər çıxarmasını və ondan sonra onu maşınla yola salacaqlarını bildirmişlər. Samir də palçıqlı yol ilə piyada evə getməmək üçün razılaşmışdır. Qoyunları Sabirabad rayonunun Əsgərbəyli kəndinə aparıb oradan da asfalt yola çıxarmağı planlaşdırmışlar. Ondan sonra isə qoyunları satmağı düşünmüşlər. Lakin Əsgərbəyli kəndindən bir nəfər onları görmüş və onlardan şübhələnmiş, buna görə də onlar qoyunları sahədə qoyub yollarına davam etmişlər. Həmin şəxs onları yanında saxlatdırmış və icra nümayəndəsinə xəbər vermişdir. İcra nümayəndəsi gəldikdən sonra polisə xəbər vermişdir. Daha sonra polislər gəlmişlər və onları rayon polis şöbəsinə aparmışlar. Hazırda törətdiyi əmələ görə peşmançılıq çəkir və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 05 oktyabr 2023-cü il tarixdə həmkəndlisi Ruslan ilə öz kəndlərindəki kafedə oturub içki içmişlər. Sonra kafedən çıxmışlar. Daha sonra zəngləşərək kəndlərində yolun qırağında olan həmkəndliləri Vasifin qoyunlarını oğurlamaq qərarına gəlmişlər. Oğurluq fikri onun tərəfindən təklif edilmişdir. Onlar əvvəlcədən razılaşmış, Vasifin 7 baş qoyununu götürmüşlər, Təqsirləndirilən şəxs3 qoyunları atla qabağına qatıb aparmış, o və Ruslan da onun arxasınca getmişlər. Samirin əvvəl qoyunları oğurladıqlarından xəbəri olmamış, sadəcə onlar içkili olduqları üçün onun atını Samir sürmüşdür və qoyunları qabağına qatmışdır. Qoyunları oğurladıqları yerdən Sabirabad rayonunun Əsgərbəyli kəndindəki asfalt yola qədər olan məsafə 4-5 km olmuş, Samir oraya çatmaqlarına təxminən 1 km qalmış qoyunların oğurluq olduğunu bilmişdir. Onlar Samirə qoyunları satdıqdan sonra onun da hörmətini edəcəklərini demişlər. Daha sonra isə Onlar Samirə qoyunları asfalta qədər çıxarmasını və ondan sonra onu maşınla yola salacaqlarını bildirmişlər. Samir də palçıqlı yol ilə piyada evə getməmək üçün razılaşmışdır. Qoyunları Sabirabad rayonunun Əsgərbəyli kəndinə aparıb oradan da asfalt yola çıxarmağı planlaşdırmışlar. Ondan sonra isə qoyunları satmağı düşünmüşlər. Lakin qoyunları asfalt yola çıxarana qədər Əsgərbəyli kəndindən bir nəfər onları görmüş və onlardan şübhələnmiş, buna görə də onlar qoyunları sahədə qoyub yollarına davam etmişlər. Həmin şəxs onları yanında saxlatdırmış və icra nümayəndəsinə xəbər vermişdir. İcra nümayəndəsi gəldikdən sonra polisə xəbər vermiş, daha sonra polislər gəlmişlər və onları rayon polis şöbəsinə aparmışlar. Törətdiyi əmələ görə peşmançılıq çəkir və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, 05 oktyabr 2023-cü il tarixdə səhər saat 8-9 radələrində əmisi ilə işlətdikləri kafeni açmışlar və həmkəndliləri Ruslan və Qəfərağa həmin kafeyə gələrək orada oturub pivə, araq içmişlər və bir qədər keçdikdən sonra çıxıb getmişlər. Sonra o, xalasıgilə gedərkən yolda Qəfərağa onunla işi olduğunu demiş, onu atına mindirərək qoyunları qabağına qatıb aparmasını bildirmiş, özü də Ruslanla onun arxasınca gəlmişlər. O, qoyunların oğurluq olduğunu yalnız tutulmaqlarına az qalmış öyrənmiş, qoyunların kimin olduğunu soruşduqda Qəfərağa ilə Ruslan qoyunların oğurluq olduğunu və Vasifə məxsus olduğunu demişlər. Qoyunların oğurluq olduğunu öyrənəndən sonra təxminən 1 km yol gedərək qoyunları qabağına qatıb aparmış, yol palçıqlı olduğundan və o, Qəfərağanın atını onun özünə təhvil verməli olduğundan geriyə qayıtmaq istəməmişdir. Qəfərağa və Ruslan ona qoyunları satdıqdan sonra hörmətini edəcəklərini demişlər, lakin o, bununla razılaşmamışdır. Qəfərağa ilə Ruslan ona nə qədər pul verəcəklərini deməmiş, ona qoyunları Sabirabad rayonunun Əsgərbəyli kəndindəki asfalta qədər aparacaqlarını, orada onu maşınla kəndə göndərəcəklərini demişlər. O, piyada palçıqlı yol ilə qayıtmamaq üçün razılaşmışdır. Əsgərbəyli kəndindən bir nəfər onlardan şübhələnmiş və o, həmin şəxsin yolda onların şəklini çəkdiyini görmüşdür. Qoyunlar sahədə qalmışdır. Sonra isə polislər gəlmiş və onları rayon polis şöbəsinə aparmışlar. Törətdiyi əmələ görə peşmançılıq çəkir və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdikləri cinayət əməlləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 etirafedici, Təqsirləndirilən şəxs3 qismən etirafedici ifadələri ilə yanaşı, iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin, şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, oğurlanmış heyvanlar ona qaytarılmışdır və ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, o, Sabirabad rayonunun Qasımbəyli kəndində mal-qara saxlayır. Hadisə baş verən gün işıqlar sönmüş, o da kartı götürərək avtomobili ilə işıq pulunu yükləməyə getmişdir. Həmin gün güclü yağış yağmışdır. O¸ “Qıraqlı yolu” adlanan, həmin vaxt işlək olmayan yolla təxminən 2 km getdikdən sonra yolun kənarında Ruslanı atla gedərkən görmüş, yanında da 5-6 baş qoyun olmuşdur. Ruslan təxminən 10 metr getdikdən sonra geri qayıdıb ondan “əmi, sənsən?” deyə soruşmuş, o da Ruslana cavab vermişdir. Lakin Ruslan həmin vaxt özündə olmamışdır. O, Ruslandan haraya getdiyini soruşmuş, Ruslan da heç nə etmədiyini demiş və getmişdir. O, 5 dəqiqə orada gözləmiş, Ruslanın hara getdiyini, qoyunların oğurluq olub-olmadığını bilməmişdir. Daha sonra Qasımbəyli yoluna, kamera olan yola çıxmaq üçün oradan dönmüş, həmin yola çıxdıqda orada çoxlu adam olduğunu, qoyunların da orada olduğunu görmüş, hay-küy salınmış, “102”-yə zəng edilmişdir və daha sonra Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları gəlmişlər. O, mağazanın yanına getmiş, orada qoyunların sahibi Vasifi görmüş, Vasif qoyunlarının oğurlandığını, orada tapılan qoyunların ona məxsus olduğunu demişdir. O, Ruslanı görərkən Samiri və Qəfərağanı da görmüşdür, lakin onlar hər üçü ayrılıqda getmişlər, qoyunlar isə onlardan arxada yolun kənarında qalmışdır. Ruslangil qoyunları orada qoyaraq özləri uzaqlaşmışlar, lakin oradakı adamlar onlardan şübhələnmişlər və polisə məlumat vermişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, kafe işlədir və oraya hər gün çoxlu adam gələrək içki içir. Hadisə baş verən gün Ruslan və Qəfərağa da kafeyə gələrək içki içmişlər. Samir isə kafedə ona kömək etmişdir. O, kafedə olan adamlara xidmət etdiyindən və içkiləri hazırladığından Samirin Ruslanla və Qəfərağa ilə oturub içki içdiyini, həmçinin onların kafedən nə vaxt getdiklərini görməmişdir. Həmin hadisələr altı ay bundan əvvəl baş verdiyi üçün xatırlaya bilmir. Onun oğurluqla bağlı plandan heç bir məlumatı olmamışdır və oğurluq hadisəsini həmin gün axşamçağı kafeyə gələn adamlardan eşitmişdir. Həmin vaxta qədər Ruslan, Qəfərağa və Samirin hər hansı qanunsuz hərəkətlərini görməmiş və məlumatı olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, oğurluq hadisəsi ilə bağlı heç nə bilmir. O, sadəcə həmin gün Ruslanı kafedən maşınla götürərək Qəfərağanın yaşadığı evin yerləşdiyi küçəyə aparmış və həmin yolda dayanan Qəfərağanın yanında endirmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 06 oktyabr 2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs ərizə ilə Saatlı Rayon Polis Şöbəsinə müraciət edərək 05 oktyabr 2023-cü il tarixdə günorta saatlarında ona məxsus 7 baş xırda buynuzlu heyvanın çöl sahədən oğurlandığını bildirmiş və heyvanları oğurlamış şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 06 oktyabr 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Saatlı rayonu Dəlilər kənd sakini Zərərçəkmiş şəxs məxsus 7 baş qoyunu həyətyanı sahəsində yerləşən tövlədə saxlayan Sabirabad rayonu Qasımbəyli kənd sakini Şahid1 yaşadığı ünvana baxış keçirilmiş, Şahid1 deməsinə görə, axşam saatlarında heyvanları asfalt yolun kənarında otaran zaman 7 baş qoyunu aparan şəxsin hərəkətlərindən şübhələnmiş və söhbət zamanı həmin şəxsdən qoyunların oğurluq olub-olmadığını soruşarkən həmin şəxs qaçmışdır. Şahid1 qoyunların nəzarətsiz qalmamasına görə həmkəndlisi Tariyel adlı şəxsə qoyunları yaşadığı evin həyətyanı sahəsində yerləşən tövləsinə aparmasını tapşırmış və özü isə qoyunları oğurlayanların arxasınca gedib onları saxlamışdır. Bundan sonra hadisə barədə “102” xidmətinə zəng vurub məlumat vermişdir. Baxış zamanı Şahid1 yaşadığı evin həyətyanı sahəsində yerləşən tövlədə saxladığı qoyunların sayının 7 baş, 6-nın dişi, 1-nin isə erkək cinsli, hamısının ağ rəngli olması müəyyən edilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs həmin 7 baş qoyunun özünə məxsus Saatlı rayonu Dəlilər kəndinin çöl sahəsindən oğurlanan heyvanlar olduğunu bildirmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 06 oktyabr 2023-cü il tarixli baxış keçirilməsi haqqında digər protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Saatlı rayonu Dəlilər kənd sakini Zərərçəkmiş şəxs məxsus 7 baş qoyunun oğurlandığı Saatlı rayonu Dəlilər kəndinə polis əməkdaşlarının və həmin qoyunları oğurlayan şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirakı ilə baxış keçirilmiş, baxış zamanı hadisə yerinin Saatlı rayonu Dəlilər kəndinin mərkəzindən keçən asfalt yola birləşən çöl torpaq sahələrinə gedən torpaq yolun qırağında, asfalt yoldan təxminən 50 metr məsafədə yerləşməsi, hadisə baş verən yerin ətrafında müxtəlif yabanı bitkilərin və yulğun ağaclarının bitməsi, hadisə yerindən bir qədər kənarda isə yaşayış evlərinin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 7 baş qoyunu haradan oğurladıqlarını və qoyunların harada dayandıqlarını əlləri ilə göstərmişlər. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 06 oktyabr 2023-cü il tarixli qəbzdən görünür ki, Saatlı rayonu Dəlilər kənd sakini Zərərçəkmiş şəxs Saatlı RPŞ-nə qəbz təqdim edərək Saatlı rayonu Dəlilər kəndində çöl sahədən oğurlanmış 2 baş dişi, Beyəqan cinsindən, 1 yaşlı, diri çəkisi 38 kq çəkidə qoyunu, 1 baş dişi, Beyləqan cinsindən, 1,6 aylıq, diri çəkisi 40 kq çəkidə qoyunu, 1 baş dişi, Beyləqan cinsindən, 3 yaşlı, 45 kq çəkidə qoyunu, 2 baş dişi, Beləqan cinsindən, 5 yaşlı, 50 kq çəkidə qoyunu, 1 baş erkək, Beylqəan cinsindən, 1 yaşlı, diri çəkisi 40 kq çəkidə qoçu Saatı RPŞ-dən təhvil aldığını bildirmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş şahidin ifadəsinin yerində yoxlanılması haqqında 07 oktyabr 2023-cü il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 oğurluğu haradan və necə etdiyini, qoyunları oğurladığı yeri göstərməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs1 Saatlı RPŞ-nin binasından çıxaraq Saatlı rayonu Dəlilər kəndinə gedib həmin kəndin mərkəzindən keçən asfalt yoldan çöl sahələrə gedən torpaq yolda, asfalt yoldan təxminən 50 metr hərəkət edib torpaq yolun sol tərəfində qoyunları oğurladıqları yeri, bundan sonra həmin torpaq yolla hərəkət edib qoyunları Sabirabad rayonu Qasımbəyli kəndi ərazisində torpaq yolla gətirdikləri istiqaməti göstərmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş şahidin ifadəsinin yerində yoxlanılması haqqında 07 oktyabr 2023-cü il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs2 oğurluğu haradan və necə etdiyini, qoyunları oğurladığı yeri göstərməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs2 Saatlı RPŞ-nin binasından çıxaraq Saatlı rayonu Dəlilər kəndinə gedib həmin kəndin mərkəzindən keçən asfalt yoldan çöl sahələrə gedən torpaq yolda, asfalt yoldan təxminən 50 metr hərəkət edib torpaq yolun sol tərəfində qoyunları oğurladıqları yeri, bundan sonra həmin torpaq yolla hərəkət edib qoyunları Sabirabad rayonu Qasımbəyli kəndi ərazisində torpaq yolla gətirdikləri istiqaməti göstərmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş şahidin ifadəsinin yerində yoxlanılması haqqında 07 oktyabr 2023-cü il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs3 oğurluğu haradan və necə etdiyini, qoyunları oğurladığı yeri göstərməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs3 Saatlı RPŞ-nin binasından çıxaraq Saatlı rayonu Dəlilər kəndinə gedib həmin kəndin mərkəzindən keçən asfalt yoldan çöl sahələrə gedən torpaq yolda, asfalt yoldan təxminən 50 metr hərəkət edib torpaq yolun sol tərəfində qoyunları oğurladıqları yeri, bundan sonra həmin torpaq yolla hərəkət edib qoyunları Sabirabad rayonu Qasımbəyli kəndi ərazisində torpaq yolla gətirdikləri istiqaməti göstərmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında 07 oktyabr 2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş "xxxx" MMC-nin 13 oktyabr 2023cü il tarixli ********* saylı mətubundan görünür ki, 2 baş dişi, Beyləqan cinsindən, hər biri 1 yaşlı, diri çəkiləri 50 kq olan boğaz qoyunun hər birinin orta bazar satış qiyməti 400 manat, 1 baş dşi, Beyləqan cinsindən, 1,6 aylıq, diri çəkisi 50 kq olan boğaz qoyunun orta bazar satış qiyməti 400 manat, 1 baş dişi, Beyləqan cinsindən, 3 yaşlı, diri çəkisi 50 kq olan boğaz qoyunun orta bazar satış qiyməti 400 manat, 2 baş dişi, Beyləqan cinsindən, 5 yaşlı, diri çəkisi 590 kq olan boğaz qoyunun hər birinin orta bazar satış qiyməti 400 manat, 1 baş erkək, Beyləqan cinsindən, 1 yaşlı, diri çəkisi 40 kq olan qoçun orta bazar qiyməti 300 manat təşkil edir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 05 oktyabr 2023-cü il tarixli şifahi ərizənin qəbulu haqqında protokoldan görünür ki, Şahid1 ərizə ilə Sabirabad Rayon Polis Şöbəsinə müraciət edərək 05 oktyabr 2023-cü il tarixdə saat 17 radələrində Qasımbəyli kəndində yaşadığı evin qarşısında 3 nəfər tanımadığı şəxsin 7 baş qoyunu oğurlamasından şübhələnib həmin vaxt bu barədə polisə məlumat verdiyini, həmin şəxslərin qoyunları buraxıb qaçdıqlarını bildirmiş, bununla bağlı qanuni tədbir görülməsini və həmin şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 11 yanvar 2024-cü il tarixli 15 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 09 sentyabr 2010-cu il təvəllüdlü X5 və 07 avqust 2012-ci il təvəllüdlü X6ku adlı iki nəfər azyaşlı uşaqları vardır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 11 yanvar 2024-cü il tarixli 16 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 05 avqust 2013-cü il təvəllüdlü X2 və 21 iyun 2014-cü il təvəllüdlü X3 adlı iki nəfər azyaşlı uşaqları vardır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnamələrindən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışlar. İşdə olan başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi haqqında 07 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ondan ötəri ki, onlar əvvəlcədən razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında Saatlı rayonu Dəllər kəndində yaşayan Zərərçəkmiş şəxs əmlakını tamah niyyəti ilə əvəzsiz götürməkdən ötrü yaşadıqları Dəllər kəndində çöl otlaq sahəsində otlayan Zərərçəkmiş şəxs 6 baş, hər biri 400 manat dəyərində dişi qoyununu və 1 baş 300 manat dəyərində qoçu oğurlamaqla özgə əmlakını gizli olaraq talayaraq zərər çəkmiş Zərərçəkmiş şəxs 2700 manat məbləğdə maddi ziyan vurmuş, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakını gizli olaraq talamaqla oğurluq etmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsində göstərilmişdir ki, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin, şahid qismində dindirilmiş Şahid4 ifadələri, baxış keçirilməsi və şahidin ifadəsinin yerində yoxlanılması haqqında protokollar və Şahid1 Sabirabad Rayon Polis Şöbəsinə təqdim etdiyi ərizə ilə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər onlara qarşı irəli sürülmüş ittihamda göstərildiyi kimi, Saatlı rayonu Dəllər kəndində yaşayan Zərərçəkmiş şəxs əmlakını tamah niyyəti ilə əvəzsiz götürməkdən ötrü yaşadıqları Dəllər kəndində çöl otlaq sahəsində otlayan zərər çəkmiş Zərərçəkmiş şəxs 6 baş, hər biri 400 manat dəyərində dişi qoyununu və 1 baş 300 manat dəyərində qoçu çöl sahə ilə Sabirabad rayonu Qasımbəyli kəndinə gətirmişlər, lakin həmin vaxt Qasımbəyli kənd sakinləri tərəfindən onların törətdikləri əməl ifşa edilmiş, polis əməkdaşları hadisə yerinə cəlb olunmuş və təqsirləndirilən şəxslər cinayət törətməyə yönəldilmiş qəsdən etdikləri əməli öz iradələrindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməmişlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin əməlləri başa çatmadığından cinayət törətməyə cəhd kimi, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1-ci maddəsi ilə qiymətləndirilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs3 məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməlini qismən etiraf edərək qoyunların oğurlanmasında digər təqsirləndirilən şəxslərlə əlbir olmadığını, onlarla əvvəlcədən razılaşmadığını və qoyunları oğurlamadığını, sadəcə qoyunları Sabirabad rayonu Qasımbəyli kəndinə aparmaqda kömək etdiyini və sonradan qoyunların oğurluq olduğunu bildiyini göstərsə də, ona istinad edilən cinayət əməlini törətməsi məhkəmə iclası zamanı tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında tədqiq edilmiş şahidin ifadəsinin yerində yoxlanılması haqqında 07 oktyabr 2023-cü il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs3 oğurluğu haradan və necə etdiyini, qoyunları oğurladığı yeri göstərməsi polis əməkdaşları tərəfindən təklif edilmiş və Təqsirləndirilən şəxs3 qoyunları oğurladıqları yeri və daha sonra qoyunları apardıqları yeri polis əməkdaşlarına göstərmişdir. Ona görə də Təqsirləndirilən şəxs3 digər təqsirləndirilən şəxslərlə əvvəlcədən razılaşmaması, qoyunları oğurlamaması və onların oğurluq olduğunu sonradan bilməsi barədə ifadəsi özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Bundan əlavə, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs3 qoyunların oğurluq olduğunu sonradan bilsə də, yenə də öz hərəkətlərini davam etdirməsi onun digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən razılaşaraq əlbir olması halı kimi qəbul edilməlidir. Həmçinin, digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 da Təqsirləndirilən şəxs3 oğurluq edilməsi ilə bağlı onlarla əvvəlcədən razılaşmaması və qoyunların oğurluq olduğunu sonradan bilməsi barədə ifadələrində göstərdikləri hallar məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla təkzib olunmuşdur. Beləliklə, təqsirləndirilən şəxslər cinayət əməlini şərh olunan qaydada törədərək, onlardan Təqsirləndirilən şəxs1 05 oktyabr 2023-cü il tarixdə saat 16 radələrində həmkəndliləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə əvvəlcədən razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında Saatlı rayonu Dəllər kəndində yaşayan Zərərçəkmiş şəxs əmlakını tamah niyyəti ilə əvəzsiz götürməkdən ötrü yaşadıqları Dəllər kəndində çöl otlaq sahəsində otlayan zərər çəkmiş Zərərçəkmiş şəxs 6 baş, hər biri 400 manat dəyərində dişi qoyununu və 1 baş 300 manat dəyərində qoçu, ümumilikdə 2700 manat məbləğində əmlakı gizli olaraq talamaq məqsədi ilə oğurluq etməyə cəhd etməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Digər Təqsirləndirilən şəxs2 cinayət əməlini şərh olunan qaydada törədərək 05 oktyabr 2023-cü il tarixdə saat 16 radələrində həmkəndliləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə əvvəlcədən razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında Saatlı rayonu Dəllər kəndində yaşayan Zərərçəkmiş şəxs əmlakını tamah niyyəti ilə əvəzsiz götürməkdən ötrü yaşadıqları Dəllər kəndində çöl otlaq sahəsində otlayan zərər çəkmiş Zərərçəkmiş şəxs 6 baş, hər biri 400 manat dəyərində dişi qoyununu və 1 baş 300 manat dəyərində qoçu, ümumilikdə 2700 manat məbləğində əmlakı gizli olaraq talamaq məqsədi ilə oğurluq etməyə cəhd etməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Digər Təqsirləndirilən şəxs3 cinayət əməlini şərh olunan qaydada törədərək 05 oktyabr 2023-cü il tarixdə saat 16 radələrində həmkəndliləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında Saatlı rayonu Dəllər kəndində yaşayan Zərərçəkmiş şəxs əmlakını tamah niyyəti ilə əvəzsiz götürməkdən ötrü yaşadıqları Dəllər kəndində çöl otlaq sahəsində otlayan zərər çəkmiş Zərərçəkmiş şəxs 6 baş, hər biri 400 manat dəyərində dişi qoyununu və 1 baş 300 manat dəyərində qoçu, ümumilikdə 2700 manat məbləğində əmlakı gizli olaraq talamaq məqsədi ilə oğurluq etməyə cəhd etməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin dispozisiyasında oğurluğa görə məsuliyyət özgənin əmlakını gizli olaraq talandığı hallarda yaranır. Həmin Məcəllənin 177.2.1-ci maddəsinin dispozisiyasına görə məsuliyyət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə yaranır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdikləri cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1-ci maddəsi ilə tövsif olunmalı və onlar həmin maddələrlə də təqsirli bilinib cəzalandırılmalıdırlar. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs1 barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində iki nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.3-cü maddəsinə, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il tarixli 4 nömrəli qərarına və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarına əsasən, məhkəmə təqsirləndirilən şəxsin üzərinə kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələrinin qoyulmasını məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs2 barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində iki nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.3-cü maddəsinə, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il tarixli 4 nömrəli qərarına və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarına əsasən, məhkəmə təqsirləndirilən şəxsin üzərinə kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələrinin qoyulmasını məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs3 barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs3 zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.3-cü maddəsinə, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il tarixli 4 nömrəli qərarına və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarına əsasən, məhkəmə təqsirləndirilən şəxsin üzərinə kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələrinin qoyulmasını məqsədəmüvafiq hesab edir. İş üzrə maddi sübut olan 7 baş xırdabuynuzlu heyvanın Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: 1) Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək bir il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. 2) Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək bir il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. 3) Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək bir il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Hökmün icrası Saatlı Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən 20 gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsiə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar