Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-23/2025 13.03.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Saatlı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 iştirakı ilə, xx.xx.1985-ci ildə Saatlı rayonu Potubəyli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş və hazırda cəza çəkən, işsiz, Saatlı rayonu Potubəyli kəndində qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyinin PX-in 3 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 29,177.2.2, 29,177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs, tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə 26 iyul 2024-cü il tarixdə saat 21 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs1 məxsus Saatlı rayonu Potubəyli kəndindəki evinin həyətyanı sahədə yerləşən heyvanların saxlanıldığı saxlanc yeri hesab edilən qəhəlin qapısını açmaqla oraya qanunsuz daxil olub, oradan hər birinin qiyməti 210 manat olmaqla, ümumi dəyəri 420 manat olan 02 baş dişi cinsli qoyunları çıxarıb yaşadığı evin həyətyanı sahəsinə gətirməklə gizli olaraq talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs1 cəmi 420 manat məbləğində maddi ziyan vurmuş, yəni saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə 27 iyul 2024-cü il tarixdə saat 21 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs1 məxsus Saatlı rayonu Potubəyli kəndindəki evinin həyətyanı sahədə yerləşən heyvanların saxlanıldığı saxlanc yeri hesab edilən qəhəlin qapısını açmaqla oraya qanunsuz daxil olub, oradan 210 manat dəyərində 01 baş dişi cinsli qoyunu çıxarıb yaşadığı evin həyətyanı sahəsinə gətirməklə gizli olaraq talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs1 210 manat məbləğində maddi ziyan vurmuş, yəni təkrarən saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə 12 avqust 2024-cü il tarixdə saat 21 radələrində Saatlı rayonu Əlisoltanlı kənd sakini Zərərçəkmiş şəxs3 məxsus rayonun Əlisoltanlı kəndində yerləşən yaşayış evinin həyətyanı sahədə yerləşən toyuqların saxlanıldığı saxlanc yeri hesab edilən hinin qapısını açmaqla oraya qanunsuz daxil olub, oradan hər birinin qiyməti 16 manat olmaqla, ümumi dəyəri 128 manat olan 08 ədəd toyuğu çıxarıb yaşadığı evin həyətyanı sahəsinə gətirməklə gizli olaraq talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs3 cəmi 128 manat məbləğində maddi ziyan vurmuş, yəni təkrarən saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə 22 oktyabr 2024-cü il tarixdə saat 12 radələrində Saatlı rayonu Əlisoltanlı kənd sakini Zərərçəkmiş şəxs2 məxsus rayonun Əlisoltanlı kəndində yerləşən yaşayış evinin həyətinə qanunsuz daxil olaraq, həyətyanı sahədə yerləşən heyvanların saxlanıldığı saxlanc yeri hesab edilən qəhəlin qapısını açmaqla oraya qanunsuz daxil olub, oradan 1 baş 475 manat dəyərində və 1 baş 380 manat dəyərində olmaqla, ümumi dəyəri 855 manat olan 02 baş dişi cinsli qoyunları çıxarıb yaşadığı evin həyətyanı sahəsinə gətirməklə gizli olaraq talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs2 855 manat məbləğində maddi ziyan vurmuş, yəni təkrarən saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə 25 oktyabr 2024-cü il tarixdə saat 12 radələrində Saatlı rayonu Əlisoltanlı kənd sakini Zərərçəkmiş şəxs2 məxsus rayonun Əlisoltanlı kəndində yerləşən yaşayış evinin həyətinə qanunsuz daxil olaraq, həyətyanı sahədə yerləşən heyvanların saxlanıldığı saxlanc yeri hesab edilən qəhəlin qapısını açmaqla oraya qanunsuz daxil olub, oradan 1 baş 380 manat dəyərində keçini çıxarıb yaşadığı evin həyətyanı sahəsinə gətirməklə gizli olaraq talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs2 maddi ziyan vurmuş, yəni təkrarən saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə 28 oktyabr 2024-cü il tarixdə saat 12 radələrində Saatlı rayonu Əlisoltanlı kənd sakini Zərərçəkmiş şəxs2 məxsus rayonun Əlisoltanlı kəndində yerləşən yaşayış evinin həyətinə qanunsuz daxil olaraq, həyətyanı sahədə yerləşən heyvanların saxlanıldığı saxlanc yeri hesab edilən qəhəlin qarşısına yaxınlaşıb oradan 1 baş 475 manat dəyərində dişi cinsli qoyunu talamaq istəyərkən ev sahibi Zərərçəkmiş şəxs2 tərəfindən aşkar edildiyindən, o, iradəsindən asılı olmayan səbəblərdən əməlini başa çatdıra bilməyərək sonuncuya məxsus 1 baş 475 manat dəyərində dişi cinsli qoyunu oğurlamağa cəhd etmiş, yəni təkrarən saxlanc yerinə qanunsuz daxil olmağa və özgənin əmlakını gizli olaraq talayıb oğurluq etməyə cəhd etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə 28 oktyabr 2024-cü il tarixdə saat 12 radələrində Saatlı rayonu Əlisoltanlı kənd sakini Zərərçəkmiş şəxs4 məxsus rayonun Əlisoltanlı kəndində yerləşən yaşayış evinin həyətyanı sahəsinə qanunsuz daxil olaraq, həyətdəki hər biri 90 manat dəyərində olmaqla, ümumi dəyəri 360 manat olan 4 ədəd hind quşlarını hər iki əli ilə tutub həyətin ərazisində olarkən ev sahibi Zərərçəkmiş şəxs4 tərəfindən aşkar edildiyindən, o, iradəsindən asılı olmayan səbəblərdən əməlini başa çatdıra bilməyərək sonuncuya məxsus 4 ədəd 360 manat dəyərində hind quşlarını oğurlamağa cəhd etmiş, yəni təkrarən saxlanc yerinə qanunsuz daxil olmağa və özgənin əmlakını gizli olaraq talayıb oğurluq etməyə cəhd etmişdir. Bu əməllərinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 29,177.2.2, 29,177.2.3cü maddələri ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 29,177.2.2, 29,177.2.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər bir neçə dəfə oğurluq etdiyi üçün cinayət məsuliyyətinə cəlb edilmişdir. Sonuncu dəfə 2023-cü ildə oğurluq etdiyi üçün Saatlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həbs olunana qədər cəzasını çəkmişdir. Siqaret pulu olmadığına görə oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə xx.xx.2024-cü il tarixdə axşam saat 21 radələrində Potubəyli kəndinə yaşadığı evə gələn zaman yol kənarındakı evlərdən birinin qapısının açıq olduğunu görmüş və qapıdan həyətə daxil olmuşdur. Həyətdə yaşayış olmayan ev gördükdən sonra həmin evin kənarında kiçik arakəsmənin olduğunu görmüş və həmin arakəsmədən digər həyətə daxil olmuşdur. O, digər həyətə daxil olarkən, həmin həyətdə irəlidə qəhəl olduğunu görmüş və qəhələ yaxınlaşmışdır. Qəhəlin içərisində qoyun sürüsünün olduğunu görmüşdür. Həmin qəhəlin qapısının taxta olduğunu və qapının üzərində qıfıl olmadığını bildikdən sonra qapını rahatlıqla açmış və 02 baş xırdabuynuzlu heyvanı qəhəldən çölə çıxarmışdır. Daha sonra həmin heyvanları gəldiyi qaydada həyətdən çölə çıxarmış və yaşadığı evə gedib həyətə buraxmışdır. Növbəti gün səhər saatlarında həmin heyvanları Saatlı bazarında tanımadığı şəxsə ümumilikdə 400 manata satmışdır. Əldə etdiyi pulu isə öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan sonra, pulun hamısını xərclədiyinə görə yenidən siqaret almağa pulu olmamış və oğurluq etmək qərarına gəlmişdir. O, xx.xx.2024cü il tarixdə axşam saat 21 radələrində yenidən pula ehtiyacı olduğu üçün Potubəyli kəndinə yaşadığı evə gələn zaman yol kənarındakı həmin evin qapısının açıq olduğunu görmüş və yenidən qapıdan keçib həyətə daxil olmuşdur. Həyətdə yaşayış olmayan evin kənarındakı kiçik arakəsmədən digər həyətə daxil olmuş və həyətdəki qəhələ yaxınlaşmış, qapısını rahatlıqla açmış və 01 baş xırdabuynuzlu heyvanı qəhəldən çölə çıxarmışdır. Daha sonra həmin heyvanı gəldiyi qaydada həyətdən çölə çıxarmış və yaşadığı evə gedib həyətə buraxmışdır. Növbəti gün səhər saatlarında həmin heyvanı Saatlı bazarında tanımadığı şəxsə 190 manata satmışdır. Əldə etdiyi pulu isə öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, o, 12 avqust 2024-cü il tarixdə axşam saat 21 radələrində qonşu Əlisoltanlı kəndinə getmişdir. Yol kənarındakı evlərdən birinin qamış çəpərindən həyətə daxil olmuşdur. Həyətdə mişar daşlarından tikilmiş tikililərin olmasını görmüşdür. Toyuqların səsini eşidərək həmin tikiliyə yaxınlaşmışdır. Taxta qapının üzərində qıfıl olmadığından, qapını açan kimi içəridə çox sayda toyuqların olduğunu görmüşdür. Toyuq hininə daxil olduqdan sonra qapını içəridən bağlamış və hər iki əlində 4 ədəd olmaqla, ümumilikdə 8 ədəd toyuqları götürüb hindən çıxaraq piyada evə tərəf gəlmişdir. Oğurladığı toyuqları öz həyətinə buraxmışdır. Növbəti gün həmin toyuqları Saatlı bazarında tanımadığı şəxsə satmışdır. 14 avqust 2024-cü il tarixdə polis əməkdaşları kənddə onu axtardığını bildikdə, o, polis əməkdaşlarına hadisə barədə səmimi şəkildə 8 ədəd toyuq oğurladığını etiraf etmişdir. Bundan başqa o, xx.xx.2024-cü il tarixdə səhər saat 12 radələrində yaşadığı evə gələndə Əlisoltanlı kəndində yol kənarında kənd sakini kimi tanıdığı Zərərçəkmiş şəxs2 məxsus evin qapısının açıq olduğunu görmüş və qapıdan həyətə daxil olmuşdur. Həyətdə irəlidə qəhəl olduğunu görmüş və qəhəlin içərisində qoyun və keçi sürüsünün olduğunu görmüşdür. Qəhəl dəmir çərçivədən düzəldilmiş və qapısı taxta olmuş, qapının üzərində qıfıl olmamışdı. Buna görə də qapını rahatlıqla açmış və 02 baş qoyunu qəhəldən çölə çıxarmışdır. Həmin heyvanları gəldiyi qaydada həyətdən çölə çıxarmış və yaşadığı evə gedib həyətə buraxmış və həyətindəki tövləyə salmışdır. Növbəti gün səhər saatlarında həmin heyvanlardan 1 baş qoyunu Saatlı bazarında tanımadığı şəxsə 400 manata satmışdır. Əldə etdiyi pulu isə öz şəxsi ehtiyacları üçün xərcləmişdir. O, pulun hamısını xərclədiyi üçün və yenidən siqaret almağa pulu olmadığı üçün yenidən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə o, xx.xx.2024-cü il tarixdə səhər saat 12 radələrində yenidən pula ehtiyacı olduğu üçün Potubəyli kəndinə yaşadığı evə gələndə yol kənarında Zərərçəkmiş şəxs2 məxsus evin qapısının açıq olduğunu görmüş və yenidən qapıdan keçib həyətə daxil olmuşdur. Həyətdə irəlidəki qəhələ yaxınlaşmış və eyni qaydada qapını rahatlıqla açmış və 1 baş keçini qəhəldən çölə çıxarmış, gəldiyi qaydada yaşadığı evə gedib həyətə buraxmış və həyətindəki tövləyə salmışdır. Bundan başqa, o, xx.xx.2024-cü il tarixdə səhər saat 12 radələrində yaşadığı evə tərəf piyada gələndə, Zərərçəkmiş şəxs2 məxsus evin qapısının bir daha açıq olduğunu görmüş və qapıdan həyətə daxil olmuşdur. Həyətdə heç kəsin olmadığından əmin olduqdan sonra həyətin içərisində irəlidə qəhəl olduğunu görmüş və qəhəlin içərisində qoyun və keçi sürülərinin olduğunu görmüşdür və qərara gəlmişdir ki, qapını açıb oradan 01 baş qoyunu qəhəldən çölə çıxarsın. Bu məqsədlə qəhələ yaxınlaşmış və qapısını açmaq istəmişdir, lakin ev sahibi Zərərçəkmiş şəxs2 onu görərək ona yaxınlaşmış və nə üçün həyətə qanunsuz daxil olduğunu, qəhələ yaxınlaşdığını soruşmuşdur. O, əməlindən peşman olduğunu bildirmiş və bir daha gəlməyəcəyini demişdir. Daha sonra Qəhrəman ona oradan uzaqlaşmağı bildirmiş və o, Qəhrəmanın həyətindən çıxmışdır. Bundan sonra o, Qəhrəmanın evindən bir qədər irəlidə başqa bir evin qapısının açıq olduğunu görmüş və həmin evin həyətində hind quşlarının olduğunu görmüşdür. O, qapıdan keçib həyətə daxil olmuşdur. Həyətdə heç kəsin olmadığından və onu heç kəsin görmədiyindən əmin olduqdan sonra, həyətdə olan hind quşlarına tərəf yaxınlaşmış və həmin quşlardan hər iki əlində 2 ədəd olmaqla, ümumilikdə 4 ədədini tutmuşdur. O, hind quşlarını tutduqdan sonra qapıya yaxınlaşmış və həyətdən çıxmağa çalışmışdır. Bu zaman qarşısına Qəhrəman çıxmış və onun oğurluq etməyə cəhd etdiyini görmüşdür. Qəhrəman həmin zaman Əlisoltanlı kənd sakini kimi tanıdığı ev sahibi Zərərçəkmiş şəxs4 səsləmiş və həmin vaxt Ramiz evdən çıxaraq onlara tərəf yaxınlaşmışdır. Ramiz onun 4 ədəd hind quşunu oğurlamağa cəhd etdiyini görmüş və nə üçün bu cür etdiyini soruşmuşdur. Həmin zaman o, hind quşlarını əlindən buraxmışdır. Həmin vaxt Qəhrəman və Ramiz onunla birlikdə Saatlı rayon polis şöbəsinə getməyi təhlik etmişlər, o da razılaşmış və birlikdə RPŞ-yə gəlmişlər. RPŞ-yə bütün hadisələri etiraf etmişdir. Sonda əməlindən peşman olduğunu bildirərək, ona köməklik olunmasını xahiş etmişdri. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafı ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, maldarlıqla məşğul olur. Onun həyətində 79 baş xırdabuynuzlu qoyun olmuşdur. O, heyvanları həyətyanı sahəsində dəmir hasarla düzəldilmiş qəhəldə saxlayır. 26 iyul 2024-cü il tarixdə saat 20 radələrində həmin heyvanları gətirib həyətdəki qəhələ salmışdır. 27 iyul 2024-cü il tarixdə saat 01 radələrində yatmış, səhər saat 06 radələrində yuxudan oyanıb heyvanları yoxlayarkən 2 baş xırdabuynuzlu qoyunun yerində olmadığını, oğurlandığını müəyyən etmişdir. Lakin bu barədə məlumat verməmişdir. Həmin qoyunların çöl sahədə otararkən başqa sürüyə qarışmasını ehtimal etmişdir. Çünki qoyunları qəhələ salanda saymamışdır. 27 iyul 2024cü il tarixdə yenə də heyvanları çöl sahədən gətirib qəhələ salmış və sayaraq müəyyən etmişdir ki, bu zaman 77 baş xırdabuynuzlu qoyunu var. 28 iyul 2024-cü il tarixdə saat 06 radələrində heyvanları yoxlayarkən 1 baş xırdabuynuzlu qoyunun oğurlandığını müəyyən etmişdir. Bundan sonra DİN-in 102 xidmətinə müraciət edərək hadisə haqqında məlumat vermişdir. Lakin məlumatda həyəcanlı olduğum üçün 2 baş qoyun heyvanının oğurlandığı tarixi dəqiq xatırlamış, əslində isə 27 iyul 2024-cü il tarixdə 2 baş, 28 iyul 2024-cü il tarixdə isə 1 baş qoyun heyvanı oğurlanmışdır. Araşdırma zamanı heyvanlarının Rahib tərəfindən oğurlandığı müəyyən edilmişdir. Ona dəymiş ziyan tam ödənilmişdir, Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, 12 avqust 2024-cü il tarixdə saat 21 radələrində bostanlıq sahəsində avtomobilə qarpız yığarkən arvadı Elsanə ona telefonla zəng edərək həyətindəki toyuq hinindən toyuqların oğurlanması barədə məlumat vermişdir. Təxminən saat 23 radələrində evə gəldikdən sonra toyuq hininə baxarkən orada saxladıqları 21 ədəd toyuqlardan 8 ədədinin olmadığını müəyyən etmişdir. Həmin vaxt gecə saatları olduğu üçün hadisə barədə polis orqanlarına məlumat verməmiş, hadisə baş verən günün səhəri günü, 13 avqust 2024-cü il tarixdə qonşulardan və kənd sakinlərindən hadisə barədə soruşduqda heç kim ona oğurluğu kimin tərəfindən törədilməsi barədə məlumat verməmişdir. O, əvvəlcə düşünmüşdür ki, oğurluğu edən qonşulardan biri ola bilər, sonra isə aralarında küskünlük yaranar. Ona görə də, oğurluq barədə əvvəlcə polisə məlumat verməmişdir. 14 avqust 2024-cü il tarixdə isə toyuqları oğurlayan şəxsi tapa bilmədiyi üçün hadisə barədə polisə məlumat vermişdir. Oğurlanmış toyuqların hər biri gündəlik yumurta verən toyuqlar olmuş, 8 ədəd toyuğun oğurlanması nəticəsində ona ümumilikdı 128 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan tam ödənilmişdir, Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, onun həyətində 24 baş qoyun və 12 baş keçi olmuşdur. Heyvanları həyətyanı sahəsində dəmir hasarla düzəldilmiş qəhəldə saxlamışdır. 22 oktyabr 2024-cü il tarixdə səhər saat 07 radələrində o, heyvanları otlamaları üçün çöl sahəyə aparmış, saat 11 radələrində isə həmin heyvanları saymış və gətirib həyətdəki qəhələ salmışdır. Bundan sonra isə övladını oxuduğu məktəbdən götürmək üçün məktəbə getmişdir. Həmin gün saat 14 radələrində övladını məktəbdən götürüb evə gəlmişdir. Həmin gün axşam saat 16 radələrində o, heyvanları çöl sahədə otarmaq üçün qəhəldən çıxarıb sayan zaman 2 baş qoyunun yerində olmadığını görmüşdür. O, həmin qoyunları axtarmış, lakin tapa bilməmişdir. 25 oktyabr 2024-cü il tarixdə səhər saat 07 radələrində o, heyvanları otlamaları üçün çöl sahəyə aparmış, saat 11 radələrində isə həmin heyvanları saymış və həyətdəki qəhələ salmışdır. Sonra övladını oxuduğu məktəbdən götürmək üçün məktəbə getmişdir. Həmin gün saat 14 radələrində övladını məktəbdən götürüb evə gəlmişdir. Həmin gün axşam saat 16 radələrində o, heyvanları çöl sahədə otarmaq üçün qəhəldən çıxarıb sayan zaman 1 baş keçinin də yerində olmadığını görmüşdür. O, həmin keçini axtarmış, lakin tapa bilməmişdir. O, anlamışdır ki, onun həyətindən 2 baş qoyun və 1 baş keçi oğurlanmışdır. Əvvəlcə bu barədə heç kəsə xəbər verməmişdir və oğrunun həyətinə 2 dəfə gəldiyi üçün yenidən gələcəyini fikirləşərək hər gün həyətdə gizlənib həyətə kiminsə gəlib-gəlmədiyini güdməyə başlamışdır. 28 oktyabr 2024-cü il tarixdə saat 12 radələrində o, həyətindəki ot presinin arxasında gizlənib tövləni güdən zaman rayonun Potubəyli kənd sakini Təqsirləndirilən şəxs onun həyətinə daxil olduğunu və heyvanları oğurlamaq məqsədilə tövləyə tərəf getdiyini görmüşdür. Bu zaman o, presin arxasından çıxıb Rahibə tərəf getmiş və ondan nə üçün həyətə gəldiyini soruşmuşdur. Rahib həmin vaxt onu görüb çaşmış və ona cavab verə bilməmişdir. O, Rahibi həyətindən qovmuşdur. Rahib həyətdən çıxmış və getmişdir. O, Rahibi yenidən güdməyə başlamış və görmüşdür ki, Rahib qonşuluqda yaşayan Zərərçəkmiş şəxs4 yaşadığı evin həyətinə daxil olmuşdur. O da Rahibin arxasınca getmiş və görmüşdür ki, Rahib Ramizin həyətində olan hind quşlarından hər bir əlində 2 ədəd olmaqla ümumilikdə 4 ədədini oğurlamağa çalışır. O, dərhal Rahibin qaçmasına mane olmuş və Ramizi səsləmişdir. Ramiz də səsinə həyətə çıxmış və Rahibin ona məxsus 4 ədəd hind quşunu oğurlamağa çalışdığını görmüşdür. Bundan sonra Rahib məcbur olub hind quşlarını əlindən buraxmışdır. Daha sonra o və Ramiz Təqsirləndirilən şəxs Saatlı RPŞ-yə getməyi təklif etmişlər. Rahib də onlarla razılaşmış və onlar birlikdə Saatlı RPŞ-yə gedərək bu barədə ifadə vermişlər. Daha sonra Rahib ona məxsus xırdabuynuzlu heyvanları oğurladığını etiraf etmiş və heyvanları yaşadığı evin həyətindəki tövlədə saxladığını bildirmişdir. Bundan sonra polis əməkdaşları və Rahiblə birlikdə rayonun Potubəyli kəndinə Rahibin yaşadığı evə getmişlər və Rahib evin həyətindəki tövləyə daxil olub oğurlayıb orada saxladığı və ona məxsus 1 baş qoyun və 1 baş keçini göstərmişdir. O, heyvanları tanımış və təhvil almışdır. Bununla bağlı protokol tərtib olunmuş və o, digər iştirakçılar kimi protokola imza atmışdır. Həmçinin bildirmişdir ki, ona məxsus xırdabuynuzlu heyvanlardan 1 baş qoyun Beyləqan sortu, şişək, toğlu, 1 yaşlı, 25 kiloqram çəkidə, boz-kərə rəngli olmaqla 475 manat dəyərində, digər 1 baş qoyun Beyləqan sortu, şişək, toğlu, 1 yaşlı, 20 kiloqram çəkidə, qumral rəngli olmaqla 380 manat dəyərində, 1 baş keçi isə 1 qarın doğmuş, kül rəngli, 20 kiloqram çəkidə, 2 yaşlı, boğaz olmaqla 380 manat dəyərində heyvanlar olmuşdur. Həmin heyvanların oğurlanması nəticəsində ona ümumilikdə 1235 manat maddi ziyan dəymişdir. Həmin heyvanlardan 1 baş qoyun və 1 baş keçini təhvil alsa da, 475 manat dəyərində 1 baş qoyunu hələlik tapa bilməmişdir. Ona dəymiş ziyan tam ödənilmişdir, Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, onun həyətində 20 ədəd hind quşu olmuşdur. Hind quşlarını həyətyanı sahəsində dəmir hasarla düzəldilmiş hində saxlamışdır. 28 oktyabr 2024-cü il tarixdə saat 12 radələrində o, evdə olduğu zaman qonşusu Zərərçəkmiş şəxs2 onu səslədiyini eşitmişdir. O, Qəhrəmanın səsini eşidən kimi dərhal həyətə düşmüş və görmüşdür ki, rayonun Potubəyli kənd sakini Təqsirləndirilən şəxs onun həyətində olan hind quşlarından hər bir əlində 2 ədəd olmaqla ümumilikdə 4 ədədini oğurlamağa çalışır. Qəhrəman və o, dərhal Rahibin qaçmasına mane olmuş və Rahibdən nə üçün həyətə gəlib hind quşlarını oğurlamağa çalışdığını soruşmuşdur. Rahib isə ona cavab verə bilməmişdir. Bundan sonra Rahib məcbur olub hind quşlarını əlindən buraxmışdır. Daha sonra o və X3 RPŞ-yə getməyi təklif etmişlər. Rahib də onlarla razılaşmış və onlar birlikdə Saatlı RPŞ-yə gedərək bu barədə ifadə vermişlər. Daha sonra Rahib Qəhrəmana məxsus xırdabuynuzlu heyvanları oğurladığını etiraf etmiş və heyvanları yaşadığı evin həyətindəki tövlədə saxladığını bildirmişdir. Bundan sonra Qəhrəmana məxsus heyvanlar həqiqətən də Rahibin həyətindəki tövlədən aşkar olunmuş və Qəhrəmana təhvil verilmişdir. O, bildirmişdir ki, Rahibin oğurlamağa çalışdığı 4 ədəd ona məxsus hind quşlarının hər biri 6 kiloqram çəkidə, qara rəngli olmaqla, hər biri 90 manat dəyərində quşlardır. Həmin quşların ümumilikdə dəyəri 360 manatdır. Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. İşdə olan 28 iyul 2024-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, oğurluq hadisəsi Zərərçəkmiş şəxs1 məxsus Saatlı rayonu Potubəyli kəndində yerləşən evin həyətyanı sahəsində baş vermişdir. Zərərçəkmiş şəxs1 məxsus heyvanlar həyətdəki heyvanların saxlanıldığı saxlanc yeri hesab edilən qəhəldə saxlanılmışdır. Heyvanlar həmin qəhəlin qapısı açılmaqla talanmışdır. Zərərçəkmiş şəxs1 özünə məxsus heyvanları saxladığı qəhəli göstərmiş, həmin qəhəlin ətrafını dəmir setka ilə bağladığını göstərmiş və setkanın qapısının açılaraq heyvanların talandığını bildirmişdir. İşdə olan 14 avqust 2024-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, oğurluq hadisəsi Zərərçəkmiş şəxs3 məxsus Saatlı rayonu Əlisoltanlı kəndində yerləşən evin həyətyanı sahəsində baş vermişdir. Zərərçəkmiş şəxs3 məxsus toyuqlar həyətdəki quşların saxlanıldığı saxlanc yeri hesab edilən hində saxlanılmışdır. Toyuqlar həmin hinin qapısı açılmaqla talanmışdır. Zərərçəkmiş şəxs3 özünə məxsus toyuqları saxladığı hini göstərmiş, həmin hinin mişar daşları ilə hörüldüyünü və qapısının açılaraq toyuqların talandığını bildirmişdir. İşdə olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən Saatlı RPŞ-yə daxil olmuş məktubda göstərimişdir ki, 1 ədəd yumurtlayan toyuğun 15 avqust 2024-cü il tarixə olan orta bazar qiyməti 15 (on beş) manat olmuşdur. İşdə olan Təqsirləndirilən şəxs şübhəli şəxs qismində ifadəsi yerində yerində yoxlanılarkən, o, zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus Saatlı rayonu Potubəyli kəndindəki evinin həyətyanı sahədə yerləşən heyvanların saxlanıldığı saxlanc yeri hesab edilən qəhəlin qapısını açmaqla oraya qanunsuz daxil olub, oradan ümumilikdə 03 baş dişi cinsli qoyunları oğurladığı yeri, oğurladığı heyvanları apardığı istiqaməti, daha sonra zərərçəkmiş Zərərçəkmiş şəxs3 məxsus rayonun Əlisoltanlı kəndində yerləşən yaşayış evinin həyətyanı sahədə yerləşən toyuqların saxlanıldığı saxlanc yeri hesab edilən hinin qapısını açmaqla oraya qanunsuz daxil olub, oradan ümumilikdə 08 ədəd toyuğu oğurladığı yeri, oğurladığı quşları apardığı istiqaməti əyani olaraq göstərmişdir. Bunlarla bağlı protokol tərtib edilib, fotoşəkillər çəkilərək cinayət işinə əlavə edilmişdir. İşdə olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən Saatlı RPŞ-yə daxil olmuş məktubda göstərilmişdir ki: 1. 3 (üç) baş hər biri 25 kiloqram çəkidə, 2 yaşlı, sarı rəngli, dişi cinsli, başqa heç bir fərqləndirici əlamətləri olmayan xırdabuynuzlu heyvan olan qoyunların 26-27 iyul 2024-cü il tarixlərə olan hər birinin orta bazar qiyməti 210 manat olmaqla, ümumi dəyəri 630 manat təşkil edir. 2. 1 (bir) baş Beyləqan sortlu, şişək, toğlu, 1 yaşlı, 25 kiloqram çəkidə, boz-kərə rəngli xırdabuynuzlu heyvan olan qoyunun 22-28 oktyabr 2024-cü il tarixlərə olan orta bazar qiyməti 475 manat və 1 (bir) baş Beyləqan sortlu, şişək, toğlu, 1 yaşlı, 20 kiloqram çəkidə, qumral rəngli xırdabuynuzlu heyvan olan qoyunun 22-28 oktyabr 2024-cü il tarixlərə orta bazar qiyməti 380 manat olmaqla, ümumi dəyəri 855 manat və 1 (bir) baş 1 qarın doğmuş, kül rəngli, 20 kiloqram çəkidə, 2 yaşlı, boğaz xırdabuynuzlu heyvan olan keçinin 22-28 oktyabr 2024-cü il tarixlərə olan orta bazar qiyməti 380 manat təşkil edir. 3. 4 (dörd) ədəd hər biri 6 kiloqram çəkidə, qara rəngli hind quşlarının 28 oktyabr 2024-cü il tarixə olan hər birinin orta bazar qiyməti 90 manat olmaqla, ümumi dəyəri 360 manat təşkil edir. İşdə olan 28 oktyabr 2024-cü il tarixli “Baxış və götürmə keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində olan tövlədə saxladığı Zərərçəkmiş şəxs2 məxsus 01 baş keçi və 01 baş qoyunu istintaqa təqdim etmiş, həmin heyvanlar zərərçəkmiş Zərərçəkmiş şəxs2 iştirakı ilə götürülmüş və sonuncu özünə məxsus heyvanları tanımış, həmin heyvanlar zərərçəkmişə təhvil verilmişdir. Bunlarla bağlı protokol tərtib edilib, fotoşəkillər çəkilərək cinayət işinə əlavə edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Saatlı rayon İcra və Probasiya şöbəsindən daxil olmuş məktubdan görünür ki, Saatlı rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Saatlı rayonu, Potubəyli kəndində qeydiyyatda olmaqla yaşayan İbayev X2 rayon İcra və Probasiya Şöbəsində xx.xx.2024-cü il tarixdə qeydiyyata götürülmüş və azadlığın məhdudlaşdırılması cəzası çəkməkdə davam edir. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Saatlı rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə 400 saat ictimai işlər cəzası icra olunmuşdur. İşdə olan məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 3581 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs təqdim olunmuş sənədlərə əsasən nevroloji xəstəlik qeyd olunmuş, lakin onda müayinə zamanı psixi pozuntu müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini dərk etmək və onu idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini idarə etmək və onların mənasını dərk etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinin xx.xx.2024-cü il tarixli, 3-16/2-16102/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs oğurluq hadisələrini törətdiyi tarixlərdə cinayət hadisəsinin törədildiyi yerlərdə olmuşdur. İşdə olan Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının 8439 nömrəli məsləhət vərəqəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs psixiatrık baxışı olmuş və ona “Qeyri-müəyyən mənşəli psixoorqanik sindrom” diaqnozu təyin edilmiş, yaşadığı yerdə PND-nin nəzarəti altına göndərilmişdir. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının 14 aprel 2005-ci il tarixli, 208 nömrəli sağlamlıq vəziyyətinin müayinə edilməsi 2161 nömrəli aktından məlum olur ki, İbayev X2 rayonunun hərbi komissarlığının xx.xx.2005-ci il tarixli, 106 nömrəli göndərişi ilə akademik M.Ə.Mirqasımov adına RKX-nın İİ sinir xəstəlikləri şöbəsində xx.xx.2005-ci il tarixdən xx.xx.2005-ci il tarixədək müayinədə olmuş və ona “Keçirilmiş neyroinfeksiyanın ensefal davamlı qalıqları, kəllədaxili təzyiqin yüksəlmə və vegetativ damar pozğunluqları” diaqnozu təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə Saatlı Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, 1(055)-10/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib qəti olaraq 2 il 5 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. İşdə olan Saatlı rayon İcra və Probasiya şöbəsinin 07 fevral 2025-ci il tarixli, 3-16- 33-71/2-5356/2025 nömrəli məktubundan görünür ki, Saatlı Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, 1(055)-10/2024 nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 2 il 5 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il, 10 ay 03 gün təşkil edir. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan arayışın və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cu il təvəllüdlü Məleykə və xx.xx.2016-cı il təvəllüdlü Həzrət adlı uşaqları vardır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 29,177.2.2, 29,177.2.3cü maddələri ilə düzgün tövsif olunmuşdur və o, həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən, hərəkətini səmimi etiraf edib peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, vurulmuş ziyanın ödənilməsini, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbi olmamasını, nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Həmçinin məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, İbayev X2 Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, 1(055)-10/2024 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib qəti olaraq 2 il 5 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və hazırda azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il, 10 ay 03 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Saatlı Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, 1(055)-10/2024 saylı hökmü ilə qəti olaraq təyin edilmiş 2 il 5 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il, 10 ay 03 gün hissəsi hazırkı hökmlə ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 14 avqust 2024-cü il tarixdə tutulmuş, 16 avqust 2024-cü il tarixədə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək müvəqqəti saxlama təcridxanasından azad edilmişdir. Daha sonra, Saatlı Rayon Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli, 4(055)- 41/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimakn tədbiri seçilmiş və həbsetmənin əvvəli 29 oktyabr 2024-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs 14 avqust 2024-cü il tarixdən 16 avqust 2024cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı və 29 oktyabr 2024-cü il tarixdən 13 mart 2025-ci il tarixədək həbsdə saxlanıldığı cəmi 04 (dörd) ay 15 (on beş) gün ona təyin olunacaq cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinə dəyişdirilməli, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan heyvanlar saxlanılmasından ötrü zərərçəkmiş şəxslərə təhvil verilməsi nəzərə alınmalıdır. İşdə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353 və 356-cı maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 29,177.2.2, 29,177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Saatlı Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, 1(055)- 10/2024 saylı hökmü ilə qəti olaraq təyin edilmiş 2 il 5 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il, 10 ay 03 gün hissəsi hazırkı hökmlə ona təyin edilmiş üç il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilib üzərində qəti olaraq 04 (dörd) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 avqust 2024-cü il tarixdən 16 avqust 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı və 29 oktyabr 2024-cü il tarixdən 13 mart 2025-ci il tarixədək həbsdə saxlanıldığı cəmi 04 (dörd) ay 15 (on beş) həbsdə saxlanılmasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ona təyin olunmuş dörd il müddətə azadlığın məhdudlaşdırılması cəzasından doqquz ay çıxılaraq üzərində qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalından azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan heyvanlar saxlanılmasından ötrü zərərçəkmiş şəxslərə təhvil verilməsi nəzərə alınsın. Hökmün icrası Saatlı rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(055)-23/2025
Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-23/2025
13.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver