Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-24/2024 05.11.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxx 1991-ci il tarixdə Saatlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2də həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında saat 18:00-da baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 0,074 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və təmiz çəkisi 0,096 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə etmiş və üstündə saxlamış, 09 yanvar 2024-cü il tarixdə həmin narkotik vasitəni və psixotrop maddəni Şahid1 yaşadığı ünvan 3 ünvanına satış məqsədilə qanunsuz olaraq daşıyıb, orada saat 22 radələrində qazanc əldə etmək məqsədilə narkotik vasitənin və psixotrop maddənin yayılmasına yönəlmiş hərəkət edərək 0,074 qram çəkidə narkotik vasitə olan heroini və 0,096 qram çəkidə psixotrop maddə olan metamfetamini əməliyyat tədbirinin iştirakçısı Şahid1 10 manata qanunsuz olaraq satmış, yəni satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni əldə etmiş, saxlamış, daşımış və qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni satmışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, o, əvvəllər narkotik vasitələrdən istifadə etmişdir. Onun əmisi narkotik vasitələrinin satışı işi ilə məşğul olmuşdur, indi həbsdədir. Son 4-5 ay idi ki, o Şahid1 evinə qonaq gedib-gəlirmiş. Dekabr ayının 28-i axşam saat 20:00-21:00 radələrində o Nəsibəgildə qonaq olarkən, evdə Firuz adında bir nəfər və Nəsibə olmuşdur. Bu vaxt qapı döyülmüşdür. O pəncərədən baxaraq gələn bir nəfərin polis əməliyyatçısı Məhəmməd olduğunu görmüşdür. Onun üstündə bıçaq olduğuna görə Nəsibədən qapını açmamasını xahiş etsə də, Nəsibə razılaşmamışdır. O aşağıda olan polis əməkdaşlarının öz aralarında onu məsxərəyə qoyub güldüklərini eşitmişdir. Sonra koridordan ayaq səsləri gəlmiş və bu anda polis əməkdaşları içəri girmişlər. O cibindəki bıçağı onlara təslim etmiş, onu vurmamaqlarını xahiş etmişdir. Polis əməkdaşları onu bayıra çıxarıb üzündən təpiklə vuraraq yerə yıxmışlar. Bundan bir az keçdikdən sonra onu polis şöbəsinə gətirmişlər. Polis şöbəsində ona polis əməkdaşı Ümid yaxınlaşaraq “hansı maddəylə türməyə getmək istəyirsən” deyə sual vermiş, o isə günahsız olduğunu və heç bir maddəylə tutulmaq istəmədiyini bildirmişdir. Daha sonra Fuad müəllim gəlmiş, ona açılmayan xırda oğurluq və cinayət işlərində onlara kömək etməyini istəmişdir. O bundan imtina etmişdir. Sonra ona təklif etmişlər ki, narkotik vasitələr satan əmisinin yoldaşını ələ keçirməkdə onlara köməklik etsin. O bundan da imtina etmişdir. Onun boynuna hind quşu oğurladığını qoymaq istəsələr də bu alınmamışdır. Onu yuxarı qaldırıb döyməyə başlamışlar. Üzünə durmaq üçün bir qadın da tapmışlar, sonra o qadın yoxa çıxmışdır. Bir az sonra Fuad müəllim ona yaxınlaşmış, onu buraxmaqları müqabilində rayondan çıxmağını tələb etmiş, o da razılaşmışdır. Polis şöbəsindən çıxanda əməliyyatçı Məhəmməddən xahiş etmişdir ki, onunla Nəsibəgilə qədər getsin, orada onun velosipedi qalmışdır, onu götürməyinə kömək etsin. Məhəmməd onu öz maşını ilə ora qədər aparmış, o velosipedini götürüb evə getmişdir. Evə çatanda atasına olanları danışmış, atası da Baş Prokurorluğun qaynar xəttinə zəng edib polis əməkdaşlarından şikayət etmişdir. Onu səhəri günü Saatlı Rayon Prokurorluğundan çağırmışlar, o gedib izahat vermişdir. Bundan sonra ekspertiza təyin edilmiş, o gedib ekspertizadan keçmişdir. Bir müddət sonra Nəsibə ona zəng vurmuş, ondan 300 manat pul istəmişdir. Yanvar ayının 8-i günü polis şöbəsindən Qəhraman müəllim anasına zəng edərək hədə-qorxu gəlmiş və onun polis şöbəsinə gəlməyini bildirmişdir. O bu zəngdən sonra polis şöbəsinə gəlmiş, amma Qəhraman müəllimin orada olmadığını bildirmişlər. Bundan sonra Qəhrəman bir dəfə də onların evə zəng vurub onun polis şöbəsinə gəlməyini tələb etmiş, onda da o polis şöbəsinə gəlmiş, yenə Qəhraman orada olmamışdır. O polis şöbəsində olanda Xəyal müəllim onu otağına çağırmış, o üstündə olan telefonun birini təhvil vermiş, ikinci telefonda səs yazanı qoşub, otağa girmişdir. Xəyal müəllim ona nə üçün prokurorluğa şikayət etdiyini soruşmuş, o da cavabında polis əməkdaşlarının onu günahsız yerə şərləmək istədiklərini bildirmişdir. Xəyal müəllim söhbət əsnasında ona Nəsibəgilə bir də getməməyini, heç kimdən narkotik almamağını tövsiyə etmiş, sonra bıçağını təhvil almağı üçün onu Eldost müəllimin yanına göndərmişdir. Eldost müəllim bıçağı ona təqdim edərkən zərfin içində başqa nələrinsə olduğundan qorxmuş, zərfi özünün açmağını istəmişdir. Bıçağı götürüb polis şöbəsindən uzaqlaşmış, univermağın yanına çatmağına az qalmış Nəsibə ona zəng vurmuş, onun şikayəti geri götürməyini xahiş etmiş və onu çay içməyə dəvət etmişdir. O evə gedib atası ilə danışmış, şikayəti geri götürməyini xahiş etmişdir. Sonra evdə təmir işləri ilə məşğul olmağa başlamışdır. Nəsibə yenə ona zəng vurmuş, ona narkotik çəkməyi təklif etmiş, o isə artıq istifadə etmədiyini, bir müddət sonra müalicəyə gedəcəyini bildirmişdir. 08 yanvar 2024-cü il tarixdə saat 8-9 radələrində evdən çıxıb özünə siqaret almaq üçün mağazaya getmişdir. Rus qəbristanlığının yanına çatanda Nəsibə yenə ona zəng vurmuş, onlara gəlməyini təkid eləmiş, o yenə imtina etmiş və yoluna davam etmişdir. Bir az keçmişdir ki, onu arxadan polis əməkdaşları təpiklə vuraraq yerə yıxmışlar. Sonra onu necə və hansı vəziyyətdə polis şöbəsinə gətirdiklərindən xəbəri olmamışdır. Polis şöbəsində Ümid müəllim ona yaxınlaşıb həbs olunacağını bildirmişdir. Sonra Qəhraman müəllim gəlmiş, onun Baş Prokurorluğa verdiyi şikayətə görə başının ağrıdığını demişdir. Onun telefonu şifrədə olmuş, ondan açmağını istəsələr də o imtina etmişdir. Ondan Qəzənfəri tanıdığını soruşmuşlar, o da tanımadığını bildirmişdir. Sonra onu ikinci mərtəbəyə qaldırmışlar. Yuxarıda ona üzü saqqalı bir vəkil təqdim edilmiş, o isə həmin vəkildən imtina etmiş və hüquqlarını müdafiə etmək üçün Ramiz Musayevi istədiyini demişdir. Bu istəyi onları qıcıqlandırmış və ona ümumiyyətlə vəkilinin olmayacağını bildirmişlər. O hirslənib otaqda olan masaya təpiklə vurmuşdur. Sonra Nəsibə həmin otağa gələrək onun üzünə durmuş, Nəsibənin ona 2 ədəd beş manat verdiyini, Nəsibəyə narkotik vasitə satdığını, gəncləri pozduğunu, guya onun Nəsibəyə satdığı 10 manatlıq narkotik vasitənin pulu ilə onunla birgə mağazaya konfet almağa getdiyini, həmin mağazada beş manatın birini xərclədiyini demişdir. O bir neçə dəfə Firuzdan narkotik vasitəni pulsuz olaraq aldığını demiş, bu isə polisləri qıcıqlandırmışdır. Bildirir ki, Firuz polis əməkdaşı Qəhramanın narkotiklərini satan adamdır. Bundan sonra onu döyərək Qəhrəman müəllimin otağına aparmışlar. Qəhrəman müəllim ondan boynuna alıb-almayacağını soruşmuş, o isə cavabında təbii ki, boynuna almayacağını demişdir. Orada paketi açanda guya onun istifadə etdiyi şpris çıxmış, o isə ekspertiza təyin olunmasını, onun həqiqətən narkotik istifadə etməyini sübut etmələrini istəmişdir. Ona cavab olaraq heç bir ekspertiza təyin olunmayacağını bildirmişlər. Onun əlindəki qandalı möhkəm sıxmışlar, o dözə bilməyib orada olan polis əməkdaşlarını söymüşdür. Onun cibində guya polis əməkdaşlarının əvvəlcədən çap elədiyi 10 manat pul olub, onun 5 manatı cibində qalıb, 5 manatı yoxa çıxmışdır. Əgər onun cibində 10 manat pul olubsa, o həmin 10 manatın 1 manatına konfet almışdırsa, 5 manat cibində qalmışdırsa, bəs qalan 4 manat hara yoxa çıxmışdır?. Həmin mağazanın videoqeydiyyatını istəsə də, onu da təmin etməmişlər. Videoçəkiliş apararkən onun boynuna qoymaq üçün 3 dəfə silib yenidən videoçəkilişi yazmışlar. Ondan hər dəfə polis əməkdaşlarının dediklərini təkrar etməyini istəsələr də, o bunu etməmiş, düzünü demişdir. Ona görə də, göstərdiklərinin nəzərə alınaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs sual cavab əsnasında bildirmişdir ki, o Nəsibəni həmin gün görməmiş, yalnız Nəsibə ilə telefonla danışmış, istintaq təcridxanasında olan zaman o Nəsibə ilə danışarkən Nəsibə ona polis əməkdaşlarının onu yəni, Nəsibəni sıxışdırdığını, uşağının ev pulu olmadığını, Nəsibə də razı olduğunu, işini Qəhramanla görməsini demişdir. O tutulduğu gün Nəsibəni yalnız polis şöbəsində görmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq həmçinin göstərmişdir ki, Şahid3 ayın tarixi ilə bağlı yalan danışır. Belə ki, onu yanvar ayının 19-20-si deyil, 8-i tutmuşlar. Həmçinin də üzərinə axtarış aparılarkən onun əlləri qandallı olanda həmin 5 manat pulu Qəhrəmanla Murad onun cibinə qoymuşlar. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq həmçinin göstərmişdir ki, o Nəsibəyə həbsxanadan zəng etmiş, Nəsibə ona demişdir ki, polis əməkdaşları onu sıxışdırmışlar, uşağının ev pulu olmadığı üçün o da razı olmuşdur. Nəsibə ona “get işini Qəhramanla gör” demişdir. Nəsibə atası TTəqsirləndirilən şəxsla da telefonla danışarkən də “1200 manat atın kartıma, gəlim məhkəmədə hər şeyin düzünü deyim” demişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, Elmanı uzun müddətdir ki, rayon sakini kimi tanıyır. Son 6 ayda münasibətləri yaranmışdır. Elman onlara gəlib getmişdir. O Elmandan narkotik alıb istifadə etmişdir. Son zamanlar Elmana narkotik vasitələri satmamasını demişdir. Elman onun sözünə qulaq asmadığı üçün şöbəyə gəlib Elmanın tutulması üçün ərizə vermişdir. Şöbədə ona 2 ədəd 5 manatlıq əskinasın şəklini çəkib vermişlər. Evə getdikdən sonra Elmana zəng edib ona 5 manatlıq patı, 5 manatlıq kokos gətirməsini demişdir. Elman onlara gəlmiş, narkotik vasitələri də gətirmişdir. Onun evində olanda Elman çay istəmiş, o da çayla içməyə heç nə olmadığını demişdir. Elman ona mağazaya gedib çayla içməyə nəsə alaq demişdir. Birlikdə mağazaya getmişlər, 1 manatlıq konfet almışlar, Elman onun verdiyi 5 manatın birini satıcıya verərək mağazadan çıxmışlar. Mağazadan çıxarkən polislər onları yaxalamışlar. Məhkəmə istintaqı zamanı Şahid1 sual cavab əsnasında bildirmişdir ki, Təqsirləndirilən şəxs atası ona zəng edərək ona “nə qədər istəsən pul verim, get ərizə yaz ki, mən Elmanla sevgili olmuşam, o heç nə etməyib” demişdir. O da TTəqsirləndirilən şəxs bir də bu mövzuda ona zəng edərsə polisə şikayət edəcəyini demişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Saatlı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid5 ifadəsində göstərdi ki, 09 yanvar 2023-cü il tarixdə Saatlı Rayon Polis Şöbəsinə Şahid1 tərəfindən Təqsirləndirilən şəxs Saatlı rayonu ərazisində narkotik vasitələrin satışı ilə məşğul olması barədə ərizəsi daxil olmuşdur. Bununla bağlı dərhal tədbir keçirilməsi qərara alınmışdır. Polis şöbəsi tərəfindən Şahid1 kseroks olunmuş 2 ədəd beş manatlıq pul əskinası, yəni ümumilikdə 10 manat pul verilmişdir. Şahid1 onların iştirakı ilə telefonla Təqsirləndirilən şəxs zəng edib narkotik vasitə olan 5 manatlıq metamfetamin (patı) və 5 manatlıq heroin (kakos) sifariş verərək evə gətirməyi istəmişdir. X2 Saatlı şəhəri Heydər Əliyev prospektində yaşadığı evin yaxınlığında gözləmişlər. Təqsirləndirilən şəxs gəlmiş, evə qalxmış, təxminən 10 dəqiqə sonra ikisi də bayıra çıxmışlar. Elman və Nəsibə bayıra çıxdıqdan sonra “Veteranlar mağazası” deyilən mağazaya girmişlər. O digər əməliyyatçılarla birlikdə mağazanın önündə onlara yaxınlaşıb özlərini təqdim etmiş və onlarla polis şöbəsinə getməyi təklif etmişlər. Təqsirləndirilən şəxs tabesizlik göstərib nalayiq söyüşlər söyməyə başlasa da onu polis şöbəsinə gətirmişlər. Əlsafa İsgəndərov tərəfindən Elman və Nəsibənin üstündə axtarış aparılmış, Nəsibə Dünyamalıyevanın üstündən narkotik vasitə olan metamfetamin (patı) və heroin (kakos) götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən polis tərəfindən kserokopiya edilmiş 1 ədəd beş manatlıq pul götürülmüş, o biri beş manat daha sonra mağazadan götürülmüşdür. Mağazadan öyrənmişlər ki, Elman həmin 5 manata konfet almışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkili X13 ifadəsində göstərdi ki, 09 yanvar 2023-cü il tarixdə Saatlı Rayon Polis Şöbəsinə Şahid1 tərəfindən Təqsirləndirilən şəxs Saatlı rayonu ərazisində narkotik vasitələrin satışı ilə məşğul olması barədə ərizəsi daxil olmuş və polis əməkdaşlarından köməklik göstərməsini xahiş etmişdir. Bununla bağlı dərhal tədbir keçirilməsi qərara alınmışdır. Tutulan zaman Təqsirləndirilən şəxs tabesizlik göstərmiş, əməliyyatçılarla birlikdə Təqsirləndirilən şəxs polis şöbəsinə gətirmişlər. Şöbədə vəkildən imtina etmiş, narkotik vasitə satmadığını bildirmişdir. Polis şöbəsi tərəfindən metamfetamin (patı) və heroin (kakos) almağı üçün Şahid1 kseroks olunmuş 2 ədəd beş manatlıq pul əskinası, yəni ümumilikdə 10 manat pul verilmişdir. Elmanın üzərində axtarış aparılan zaman 5 manat pul, telefon, ampula, bir də bank kartı aşkarlanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Saatlı Rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid4 ifadəsində göstərdi ki, 09 yanvar 2023-cü il tarixdə Saatlı Rayon Polis Şöbəsinə Şahid1 tərəfindən Təqsirləndirilən şəxs Saatlı rayonu ərazisində narkotik vasitələrin satışı ilə məşğul olması barədə ərizəsi daxil olmuşdur. Bununla bağlı dərhal tədbir keçirilməsi qərara alınmışdır. Polis şöbəsinin əməkdaşları tərəfindən Şahid1 kseroks olunmuş 2 ədəd beş manatlıq pul əskinası, yəni ümumilikdə 10 manat pul verilmişdir. Şahid1 polis əməkdaşlarının iştirakı ilə telefonla Təqsirləndirilən şəxs zəng edib narkotik vasitə olan 5 manatlıq metamfetamin (patı) və 5 manatlıq heroin (kakos) sifariş verərək evə gətirməyi istəmişdir. Onlar Şahid1 Heydər Əliyev prospektində yaşadığı evin yaxınlığında gözləmişlər. Saat 20:00-21:00 radələrində Təqsirləndirilən şəxs gəlmiş, dəmir darvazadan içəri girmişdir. Bir müddət sonra onlar bayıra çıxaraq “Veteranlar mağazası” deyilən mağazaya girmişlər. O polis əməkdaşları ilə birlikdə mağazanın önündə onlara yaxınlaşıb özlərini təqdim etmiş və polis əməkdaşları ilə polis şöbəsinə getməyi təklif etmişlər. Təqsirləndirilən şəxs tabesizlik göstərib nalayiq söyüşlər söyməyə başlasa da polis əməkdaşları ilə Təqsirləndirilən şəxs polis şöbəsinə gətirmişlər. Şöbəyə gətirdikdən sonra Əlisafa İsgəndərov üzərlərində axtarış aparmışdır. Vəkil təqdim etsələr də Təqsirləndirilən şəxs iki vəkilin ikisindən də imtina etmişdir. Nəsibənin üzərinə baxış zamanı iki bükümdə narkotik vasitə aşkar etmişlər. Daha sonra narkotik vasitəsi qablaşdırılaraq tibbi ekspertizaya göndərildi. Məhkəmə istintaqında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, oğlu tutulmamışdan bir neçə gün əvvəl gördü ki, onun üzündə döyülmə izləri var. Oğlunu maşına mindirib prokurorluğa aparmışdır. Oğlu orada izahat verdikdən sonra onu məhkəmə tibbi ekspertizasına göndərmişlər. Bir müddət sonra onlar evdə olarkən polis Qəhrəman əvvəlcə Elmanın anası ilə danışmış, daha sonra Elmanla danışaraq bıçağı gəlib götürməsini bildirmiş və nalayiq ifadələrlə söyüş söymüşdür. Oğlu bu nalayiq ifadələrdən sonra telefonu üstünə atdı. Elman döyülən zaman onun bıçağını polis əməkdaşları əlindən almışdır. Sonradan ona məlum olmuşdur ki, rus qəbirstanlığının yanında oğlunu tutublar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, axşam saat 22-23 radələrində Nəsibə ilə Elman mağazaya gəlmişlər. Nəsibə qonşusu olduğu üçün onu tanıyır, lakin Elmanı 2-3 dəfə görmüşdür. Mağazaya girəndə Elman 1 manatlıq karamel istəmiş, o da karameli vermişdir. Təqsirləndirilən şəxs 5 manat pul vermiş, o da 4 manat qalıq qaytarmışdır. Onlar bayıra çıxanda polis əməkdaşları onları saxlamışdır. Polis əməkdaşları mağazaya girərək ona demişlər ki, Elman bura 1 ədəd 5 manatlıq pul verib, o kserokopiya olunmuş puldur, sabah gəlib polisə təqdim etməlisiniz. O kassaya baxanda görmüşdür ki, 2 ədəd 5 manatlıq vardır. O pulların hansını Elmanın verdiyini bilmədiyi üçün ikisini də səhəri gün polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları kserokopiya olunmuş 5 manatı tanıyaraq götürmüş, o biri 5 manatı ona qaytarmışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Nəsibə adlı qadın polis bölməsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, Elman adlı şəxs narkotik vasitələrin satışı ilə məşğuldur. Onlar Qəhrəman müəllimin otağında Nəsibəyə kserokopiya olunmuş 2 ədəd 5 manatlıq vermişlər və daha sonra tədbir keçirtmişlər. Nəsibəyə yaxınlaşanda sonuncu onlara iki büküm narkotik vasitə təqdim etmişdir. Elmanı polis bölməsinə gətirəndə üzərindən kserokopiya etdikləri 1 ədəd 5 manatlıq çıxmışdır. Elman o biri 5 manatı mağazaya vermişdir. Şahid qismində dindirilmiş Şahid3 ona verilən suallara cavab olaraq ilk öncə əməliyyat tədbirini 19-20 yanvar tarixlərində keçirdiklərini bildirsə də, sonradan əməliyyat tədbirinin keçirildiyi tarixin dəqiq yadında qalmadığını göstərmiş, təxmini olaraq qış ayları olduğunu bildirmişdir. Məhkəmə istintaqında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, yanvar ayında əməliyyatçılar tərəfindən tədbir keçirilmiş, o orada olmamışdır. Təqsirləndirilən şəxs polis bölməsinə gətirilmiş, üzərindən kserokopiya olunmuş pullar çıxmış, Təqsirləndirilən şəxs satdığı narkotik vasitələr də Nəsibədən çıxmışdır. O əməliyyat tədbirində iştirak etməmiş, sonradan polis şöbəsində Elmanı görmüşdür. O gələndə artıq proses yekunlaşmış, Təqsirləndirilən şəxs üzərindən 2 ədəd kserokopiya edilmiş 5 manat pul çıxmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əvvəllər Saatlı Rayon Polis Şöbəsində polis nəfəri işləmiş, hal-hazırda İmişli Rayon Polis Şöbəsində polis nəfəri işləyən X10 ifadəsində göstərdi ki, o əməliyyat tədbirlərində iştirak edir. Bununla əlaqədar Saatlı rayonu ərazisində narkotik vasitələrin istifadəsi ilə məşğul olan şəxsləri müəyyən etmək üçün mütəmadi olaraq əvvəllər narkotik istifadəçisi olmuş və narkotik istifadəçilərini tanıyan Şahid1 ilə telefon əlaqəsi saxlamışdır. Hazırda da əməliyyat yolu ilə bəzi məlumatları almaq üçün Şahid1 ilə əlaqə saxlayır. Şahid qismində dindirilmiş X10 ona verilən suallara cavab olaraq Şahid1 ilə özünə məxsus olan +**********96 mobil telefon nömrəsi ilə əlaqə saxladığını, +**********27 mobil telefon nömrənin ona məxsus olmadığını bildirmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Şahid1 Saatlı Rayon Polis Şöbəsinə verdiyi 09 yanvar 2024-cü il tarixli ərizədən görünür ki, o, Saatlı şəhər sakini Telman oğlu Elmanın Saatlı şəhəri ərazisində narkotik maddələrin satışı ilə məşğul olması, əhalinin cavan təbəqəsini zəhərləməsi, onun cinayət əməlinin ifşa olunmasında polis əməkdaşlarına kömək etmək istədiyini bildirmiş və ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 09 yanvar 2024-cü il tarixli “Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə şərti alıcı qismində iştirak etmək üçün müraciət etmiş Şahid1 üstünə baxış keçirilməsi və əməliyyat tədbirində istifadə ediləcək pul əskinaslarının ona verilməsi barədə” protokol, ona əlavə olan fotoşəkillərdən görünür ki, narkotik vasitələrin satışı ilə məşğul olduğu ehtimal olunan Saatlı şəhəri, Heydər Əliyev prospekti döngə 10, ev 4-də qeydiyyatda olmaqla, Saatlı şəhəri, Ş.Yusif küçəsi ev 4-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə almaq məqsədi ilə əməliyyat tədbirinin həyata keçirilməsindən ötrü şərti alıcı Şahid1 əvvəlcədən nömrələri qeyd edilməklə 2 ədəd 5 manatlıq A51932488 və A23645108 nömrəli pul əskinasları verilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 09 yanvar 2024-cü il tarixli "Şəxsi axtarış, baxış və götürmə aparılması barədə” protokol, ona əlavə olan fotoşəkillərdən və videoçəkilişdən görünür ki, polis əməkdaşları əməliyyat tədbiri həyata keçirdikdən sonra şərti alıcı Şahid1 və Təqsirləndirilən şəxs Saatlı RPŞ-yə gətirilmiş, orada şərti alıcı Şahid1 əynindəki qara rəngli gödəkçəsinin sağ cibindən içərisində narkotik vasitə heroinə oxşar kütlə olan 1 ədəd və içərisində psixotrop maddə metamfetaminə oxşar kütlə olan 1 ədəd kağız büküm təqdim edərək, həmin kütlələri ona verilmiş 10 manat miqdarda pulun müqabilində Təqsirləndirilən şəxs aldığını bildirmiş, Təqsirləndirilən şəxs isə yüksək səslə və nalayiq ifadələr işlədərək Şahid1 qeyd etdiklərini təkzib edərək ondan pul alıb ona narkotik vasitələr satmadığını bildirmiş, Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış aparılan zaman onun üstündən bir ədəd ağ rəngli “Xiaomi Mİ” markalı smartfon tipli mobil telefon, bir ədəd qulaqcıq, bir ədəd “Kapital Bank”-a məxsus olan plastik kart, bir ədəd şpris, bir ədəd yuxarı hissəsi sınıq vəziyyətdə şüşə ampula və bir ədəd 5 manatlıq pul əskinası aşkar edilmiş, həmin bir ədəd 5 manatlıq pul əskinası kserosurətlər ilə eyniləşdirilərkən əskinasın əməliyyat keçirilməzdən əvvəl şərti alıcı Şahid1 verilən 2 ədəd 5 manatlıq A51932488 və A23645108 nömrəli pul əskinaslarından A23645108 nömrəli pul olmuş, şərti alıcı Şahid1 könüllü təqdim etdiyi kağız bükümdəki narkotik vasitə heroinə oxşar kütlənin çəkisi bükümlə birlikdə 0,12 qram, digər kağız bükümdəki psixotrop maddə metamfetaminə oxşar kütlənin çəkisi isə bükümlə birlikdə 0,13 qram olduğu məlum olmuşdur. Həmin narkotik vasitə və psixotrop maddə 1 ədəd zərfdə, bir ədəd şpris, bir ədəd yuxarı hissəsi sınıq vəziyyətdə şüşə ampula 2-ci zərfdə, pul əskinası isə 3-cü zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 10 yanvar 2024-cü il tarixli “pul əskinaslarına baxış keçirilməsi və götürmə aparılması haqqında” protokol və ona əlavə olan fotoşəkillərdən görünür ki, Şahid1 və Təqsirləndirilən şəxs 09 yanvar 2023-cü il tarixdə saat 22:30 radələrində Saatlı şəhəri H.Əliyev prospektində, beşmərtəbəli binaların arasındakı Qarabağ müharibəsi veteranlarının 4 mərtəbəli binasının həyətində yerləşən Şahid2 işlətdiyi “Veteranlar” adlanan mağazaya müştəri kimi daxil olduqdan sonra Təqsirləndirilən şəxs cibindən 1 ədəd 5 manatlıq pul əskinası çıxarıb verərək 1 manatlıq konfet alıb çölə çıxmış, daha sonra polis əməkdaşları mağaza gəlib Təqsirləndirilən şəxs mağazaya verdiyi pul əskinasını istəmiş, “Veteranlar” mağazasının satıcısı Şahid2 mağazanın kassasında olan iki ədəd 5 manatlıq pul əskinasını Saatlı RPŞ-yə gətirib təhqiqatçı Əlisafa İsgəndərova təqdim etmiş, onun təqdim etdiyi pullara baxış keçirilmiş, pullardan biri A51932488 nömrəli pul olmuş, həmin pul əskinası əməliyyat tədbiri keçirilməsi üçün qabaqcadan kserosurəti çıxarılmış pulun nömrəsi ilə eynilik təşkil etmiş və əhəmiyyət kəsb etdiyindən bir ədəd zərfdə qablaşdırılıb götürülmüşdür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 22 yanvar 2024-cü il tarixli “Təqsirləndirilən şəxs məxsus olan Xiaomi Mİ markalı mobil telefona baxış keçirilməsi haqqında” protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, “Xiaomi Mİ” markalı mobil telefonun ekranı ağ rəngli, arxası isə qızılı rəngli olmuş, mobil telefon işə salınarkən təhlükəsizlik kodunun olmadığı, mobil telefonda “menyu” hissədə sol aşağı küncdə olan “telefon” düyməsinə daxil olduqdan sonra ekranın yuxarısında sonuncular və kontaklar yazılmış pəncərə açıldığı və həmin pəncərədə hazırkı mobil telefona daxil olan və çıxan nömrələr olduğu, nömrələrə baxış keçirən zaman sonda “BaLam” adlı +**********28 mobil nömrəli şəxsə 09 yanvar 2024-cü il tarixdə iki dəfə zəng olduğu, həmin zənglərin tarixçə detallarını öyrənmək üçün daxil olduqda +**********28 mobil nömrəsindən Təqsirləndirilən şəxs işlətdiyi mobil telefona 09 yanvar 2024-cü il tarixdə saat 21:48 dəqiqədə, 21:56 dəqiqədə və 21:59 dəqiqədə zənglər gəlmiş, ardıcıl olaraq hər dəfəsində 47 saniyə, 21 saniyə və 19 saniyə danışdıqları olmuşdur. +**********28 mobil nömrəsinin Şahid1 məxsus olduğundan müəyyən olunur ki, 09 yanvar 2024-cü il tarixdə əməliyyat tədbiri keçirməmişdən əvvəl Şahid1 Təqsirləndirilən şəxs zəng edərək onunla müxtəlif dəqiqələrdə danışıqlar aparmışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 bölməsinin 10 yanvar 2023-cü il tarixli 18/24 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Şahid1 təqdim etdiyi...” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 0,074 qram olan qəhvəyimtil rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. 01 ədəd bükümdə təmiz çəkisi 0,096 qram olan ağımtıl rəngli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdə olan 01 ədəd şprisin və 01 ədəd şüşə ampulanın içərisində narkotik vasitə heroinin izləri vardır. Heroinin təmiz çəkisi 0,074 qram, tədqiqata sərf edildi 0,03 qram, qalıq 0,044 qramdır. Metamfetaminin təmiz çəkisi 0,096 qram, tədqiqata sərf edildi 0,03 qram, qalıq 0,066 qramdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş şübhəli şəxsin tutulması haqqında 09 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 yanvar 2024cü il tarixdə saat 22:10 radələrində narkotik vasitələri əməliyyat tədbirinin iştirakçısı Şahid1 satdıqdan sonra saat 22:40 radələrində Saatlı şəhəri, H.Əliyev prospektində yerləşən 5 mərtəbəli binaların həyətindəki “Veteranlar” mağazasının qarşısında polis əməkdaşları tərəfindən saxlanılmış, həmin vaxtdan azadlığı məhdudlaşdırılmış və saat 23:40-da şübhəli şəxsin tutulması haqqında protokol tərtib edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Saatlı Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli 4(055)-04/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X18 27 yanvar 2024-cü il tarixli 189 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs cinayəti törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, öz hərəkətlərini idarə etmək iqtidarında olmuş, törətdiyi əməl barəsində anlaqlı hesab edilmiş, hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur, hazırda öz hərəkətlərinə cavab vermək, onlara rəhbərlik etmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X16 Şəxsin 03 fevral 2024-cü il tarixli 703 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2020-ci il tarixli 1(099)-154/2020 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuşdur. O, sonuncu dəfə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç il) müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 28 fevral 2022-ci il tarixdə cəza müddəti bitmiş, məhkumluğu ödənilməmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin “cinayət işi başlanmasının rədd edilməsi haqqında” 21 fevral 2024-cü il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Saatlı RPŞ-nin İB-nin icraatında olan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs Saatlı RPŞ-nin əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması barədə atası X1 müraciəti əsasında Xidməti araşdırmalar idarəsində toplanmış 78-C-24 nömrəli material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinin tələbinə əsasən rədd olunmuşdur. Həmin qərardan görünür ki, iş üzrə ekspertizalar təyin edilmişdir. Məhkəmə-Tibbi Ekspertiza və X9 X18 Sabirabad rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 386 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarət- sol gözaltı nahiyədə, sol yanaq proyeksiyasında qançırlar bərk küt əşyanın təsirindən əmələ gəlmiş, əmələ gəlmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Xəsarətlər müxtəlif şəraitdə, o cümlədən özü tərəfindən özünə yetirilə bilərdi. Məhkəmə-Tibbi Ekspertiza və X9 X18 Sabirabad rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 12 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarət-sol gözaltı nahiyədə sıyrıqlar küt əşyanın təsirindən əmələ gəlmişdir. Əmələ gəlmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Xəsarətlər müxtəlif şəraitdə, o cümlədən özü tərəfindən özünə yetirilə bilərdi. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının 08 oktyabr 2024-cü il tarixli 3-16-20-10/2-107 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs 12 yanvar 2024-cü il tarixidə 3 saylı İstintaq təcridxanasına daxil olmuşdur. Təlimata uyğun olaraq təqsirləndirilən şəxs ilkin tibbi müayinədən keçirilmişdir. Müayinə zamanı xəsarət aldığını bildirmişdir. Bədən səthinin müayinəsi zamanı sağ göz ətrafı nahiyyədə qərtməkli yara, sol göz ətrafı nahiyyədə bənövşəyi rəngli qançır, sol qulağın arxa nahiyyəsində, sol dirsək nahiyyəsində, hər iki biləyin bayır səthində, hər iki diz, sol baldırın arxa səthinin aşağı 1/3-də qərtməkli yara aşkar edilmişdir. İşə əlavə edilmiş və məhkəmə istintaqında elan edilmiş sorğu əsasında "xxxx" MMC-nin 17 oktyabr 2024-cü il tarixli məktubu ilə Saatlı Rayon Məhkəməsinə göndərilən telefon nömrələrinin mövcud istifadəsinin əhatə dairəsinə, həmin müddətdə mövcud olan zəng və SMS-lər siyahısına, SMS mətnlərinə, nömrələr adına rəsmiləşdirilmiş şəxslərə dair məlumatlar olan diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********39 mobil nömrə ilə 09 yanvar 2024-cü il tarixdə Saatlı rayonunun müxtəlif yerlərindən danışıqlar olmuşdur. Eləcə də, həmin tarixdə Təqsirləndirilən şəxsla Şahid1 gün ərzində bir neçə dəfə qarşılıqlı olaraq zəng edərək telefonla danışmışlar. Həmçinin də, +**********96 və +**********27 mobil nömrələr ilə Şahid1 istifadəsində olmuş +**********28 nömrəsi ilə müxtəlif vaxtlarda danışıqlar olmuşdur. Eyni zamanda Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********39 mobil nömrənin anten dairəsi onun saxlanıldığı yerin anten dairəsi ilə demək olar ki, eynilik təşkil edir. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini şərh olunan qaydada törədərək istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 0,074 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və təmiz çəkisi 0,096 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə etməsi və üstündə saxlaması, 09 yanvar 2024-cü il tarixdə həmin narkotik vasitəni və psixotrop maddəni Şahid1 yaşadığı ünvan 3 ünvanına satış məqsədilə qanunsuz olaraq daşıyıb, orada saat 22 radələrində qazanc əldə etmək məqsədilə narkotik vasitənin və psixotrop maddənin yayılmasına yönəlmiş hərəkət edərək 0,074 qram çəkidə narkotik vasitə olan heroini və 0,096 qram çəkidə psixotrop maddə olan metamfetamini əməliyyat tədbirinin iştirakçısı Şahid1 10 manata qanunsuz olaraq satması, yəni satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni əldə etməsi, saxlaması, daşıması və qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni satması məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməlini etiraf etməsə də, ona istinad edilən cinayəti törətməsi iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla yanaşı, cinayət işinə əlavə edilmiş “Şəxsi axtarış və götürmə aparılması barədə”, “pul əskinaslarına baxış keçirilməsi və götürmə aparılması haqqında” protokollarla, həmin protokollara əlavə edilmiş foto şəkillərlə və həmçinin də axtarış və götürmə aparılarkən video çəkilişi aparılaraq cinayət işinə əlavə edilmiş “DVD” diskə baxış keçirilərkən də öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs polis əməkdaşlarının onu Nəsibəgilin evinin yaxınlığında yerləşən mağazadan çıxarkən deyil, “Rus qəbristanlığı” adlanan ərazidə saxladığını bildirsə də bu hal şahid ifadələri və digər sübutlarla təkzib olunur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs həmçinin də, əməliyyat tədbiri zamanı üzərindən çıxmış 5 manat pulu üzərinə axtarış aparılarkən onun əlləri qandallı olanda Qəhrəmanla Muradın onun cibinə qoyduğunu göstəmişdir. Lakin bu hal iş materialları ilə (“Şəxsi axtarış və götürmə aparılması barədə”, “pul əskinaslarına baxış keçirilməsi və götürmə aparılması haqqında” protokollar, həmin protokollara əlavə edilmiş fotoşəkillər və həmçinin də axtarış və götürmə aparılarkən video çəkilişi aparılaraq cinayət işinə əlavə edilmiş “DVD” disk) təkzib olunmuşdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ifadəsində 08 yanvar 2024-cü il tarixdə Saatlı RPŞ-nin əməkdaşları tərəfindən “Rus qəbristanlığı” adlanan ərazidə tutulduğunu göstərsə də, telefon danışıqlarına dair məlumatdan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********39 mobil nömrə ilə 09 yanvar 2024-cü il tarixdə saat 23:00-dək Saatlı rayonunun müxtəlif yerlərindən danışıqlar olmuşdur. Yəni təqsirləndirilən şəxsin göstərdiyi xüsusatlar iş materiallarında olan mötəbər sübutlar ilə təkzib olunmuşdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ifadəsində Şahid1 ilə Saatlı RPŞnin əməkdaşlarının əlbir olaraq onu şərlədiklərini göstərsə də, bu hal məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, telefon danışıqlarına dair məlumatlarla Saatlı RPŞ-nin əməkdaşı olmuş Ümid Qasımov ilə şərti alıcı Şahid1 mütəmadi olaraq mobil telefon vasitəsi ilə əlaqə saxladığı müəyyən edilsə də, məhkəmə iclasında X19 rayonu ərazisində narkotik vasitələrin istifadəsi ilə məşğul olan şəxsləri müəyyən etmək üçün mütəmadi olaraq əvvəllər narkotik vasitələrin istifadəçisi olmuş, bu səbəbdən də, narkotik vastələrinin istifadəçilərini yaxından tanıyan Şahid1 ilə əlaqə saxladığını bildirmişdir ki, bu da ağlabatan haldır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs Seyidov X6 həbsxanadan zəng etdiyini, Nəsibənin ona polis əməkdaşlarının onu sıxışdırdığını, uşağının ev pulu olmadığı üçün razı olduğunu, işini Qəhramanla görməsini dediyini, həmçinin atası TTəqsirləndirilən şəxs Nəsibə ilə telefonla danışarkən də Nəsibənin “1200 manat atın kartıma, gəlim məhkəmədə hər şeyin düzünü deyim” dediyini bildirsə də, Şahid1 ifadəsində əksinə Təqsirləndirilən şəxs atasının ona zəng edərək ona “nə qədər istəsən pul verim, get ərizə yaz ki, mən Elmanla sevgili olmuşam, o heç nə etməyib” deməsini göstərmişdir. Yəni təqsirləndirilən şəxsin göstərdiyi xüsusatlar şahid ifadəsi ilə təkzib olunmuşdur. Ona görə də, Təqsirləndirilən şəxs bu ifadələri özünü müdafiə etmək məqsədi ilə verilmiş sayılmalıdır. İşin digər ziddiyətli halı şahid qismində dindirilmiş Şahid3 ifadəsi ilə bağlı olsa da sonradan bu hal aradan qalxmışdır. Belə ki, Şahid3 ona verilən suallara cavab olaraq ilk öncə əməliyyat tədbirini 19-20 yanvar tarixlərində saat 18-19 radələrində keçirdiklərini bildirsə də, sonradan əməliyyat tədbirinin keçirildiyi tarixin və saatın dəqiq yadında qalmadığını göstərmiş, təxmini olaraq qış ayları və havanın qaranlıq vaxtı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzanı yüngülləşdirən hallar yoxdur. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs Seyidov X7 Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2020-ci il tarixli hökmü ilə 03 (üç il) müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 28 fevral 2022-ci il tarixdə cəza müddəti bitmiş, məhkumluğu ödənilmədən və ya götürülmədən qəsdən hazırkı cinayət əməlini törətmişdir. Belə olan halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsində nəzərdə tutulduğu kimi cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Həmin Məcələnin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş son həddinin yarısından az olmamaqla azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və yenidən qəsdən cinayət törətməsi cinayətin residivini yaratdığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X16 Şəxsin 03 fevral 2024-cü il tarixli 703 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan aslılıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ona görə də Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 09 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və Saatlı Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli 4(055)-4/2024 saylı qərarı ilə onun barəsində əvvəli 09 yanvar 2024-cü il tarixdən hesablanmaqla üç ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələblərinə görə Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 09 yanvar 2024-cü il tarixdən hesab edilməlidir. İş üzrə maddi sübut olan və Saatlı RPŞ-də saxlanılan təmiz çəkisi 0,044 qram qalan narkotik vasitə olan heroin, təmiz çəkisi 0,066 qram qalan psixotrop maddə olan metamfetamin, içərisində narkotik vasitə heroinin izləri olan 01 ədəd spris və 01 ədəd şüşə ampula məhv edilməlidir. İş üzrə maddi sübut olan əməliyyat tədbirində istifadə edilən 1 ədəd 5 manatlıq A23645108 nömrəli pul əskinasının iş materialına əlavə edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.2-ci maddəsinə əsasən şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). İş üzrə maddi sübut olan və Saatlı RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs məxsus olan bir ədəd ağ rəngli “Xiaomi Mİ” markalı smartfon tipli mobil telefon Təqsirləndirilən şəxs qaytarılmalıdır. İş üzrə maddi sübut olan, əməliyyat tədbirində istifadə edilən və iş materiallarında saxlanılan 1 ədəd 5 manatlıq A51932488 nömrəli pul əskinası Şahid2 qaytarılmalıdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 10 yanvar 2024-cü il tarixli 18/24 saylı ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 31 (otuz bir) manat 95 (doxsan beş) təşkil edir. Ona görə də, həmin xərc Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia, maddi ziyan və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib üç il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 09 yanvar 2024-cü il tarixdən hesab edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Saatlı RPŞ-də saxlanılan təmiz çəkisi 0,044 qram qalan narkotik vasitə olan heroin, təmiz çəkisi 0,066 qram qalan psixotrop maddə olan metamfetamin, içərisində narkotik vasitə heroinin izləri olan 01 ədəd spris və 01 ədəd şüşə ampula məhv edilsin. İş üzrə maddi sübut olan və Saatlı RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs məxsus olan bir ədəd ağ rəngli “Xiaomi Mİ” markalı smartfon tipli mobil telefon Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə maddi sübut olan, əməliyyat tədbirində istifadə edilən və iş materiallarında saxlanılan 1 ədəd 5 manatlıq A51932488 nömrəli pul əskinası Şahid2 qaytarılsın. İş üzrə maddi sübut olan əməliyyat tədbirində istifadə edilən 1 ədəd 5 manatlıq A23645108 nömrəli pul əskinasının iş materialına əlavə edilməsi nəzərə alınsın. İş üzrə 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmdən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(055)-24/2024
Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-24/2024
05.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver