Məhkəmə qərarları › İş №1(055)-25/2023

Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-25/2023

16.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-25/2023 16.05.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə saat 10:16-da xx xxxxxx 1986-cı il tarixdə İmişli rayonu Ölcələr kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki nəfər azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkum olunmamış, İmişli rayonu Ölcələr kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi 1 ədəd kibrit qutusunda 5,96 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əməliyyat tədbirinin iştirakçısı şərti alıcı X14 qanunsuz olaraq satmaq üçün X10 01 fevral 2023cü il tarixdə saat 13:24-də Saatlı şəhəri, H.Əliyev prospektində yerləşən “Cola” marketə quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsi ilə göndərdiyi 70 manat pulun bank xərci tutulduqdan sonra 69 manatını əvvəldən tanımadığı X11 onun xahiş etdiyinə görə istifadəsində olan bacısı X3 məxsus “Kapital Bank”ın plastik kartından İmişli rayonu Qaradonlu kəndi ərazisində yerləşən “Kapital Bank”ın bankomatından məxaric edib ona verdikdən sonra narkotik vasitəni İmişli rayonu ərazisindən Saatlı rayonu Qaracalar kəndi ərazisinə qanunsuz olaraq daşıyıb həmin kəndin girişində, avtomobil yolunun kənarında olan “Qaracalar” lövhəsinin yaxınlığında, fəaliyyəti olmayan mağazanın qarşısında saat 21:25 radələrində həmin 5,96 qram qurudulmuş marixuananı əməliyyat tədbirinin iştirakçısı X14 qanunsuz olaraq satmış, yəni satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etmiş, daşımış və qanunsuz olaraq narkotik vasitəni satmışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, hadisə ittihamda göstərilən kimi olmuşdur. O, əvvəlcədən narkotik vasitə olan marixuananı X1 bağlı razılaşmış, İmişli rayonunda təsadüfən tanış olduğu X7 məxsus kartdan istifadə edərək X9 narkotik müqabilində alacağı pulu həmin karta yükləməsini istəmiş, həmin pul məbləğinin 60 manat hissəsi narkotikin satış qiyməti, qalan məbləğ isə yol pulu olmuşdur. O, pulu bankomatdan çəkdikdən sonra Saatlı rayonu Qaracalar kəndinə gəlib narkotiki Pərvin Nəzərova vermişdir. Törətdiyi əmələ görə peşmandır və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş X20 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəldən tanımışdır. Hadisədən bir neçə gün əvvəl Təqsirləndirilən şəxs narkotik vasitə tapa bilib-bilməyəcəyini soruşmuş, 01 fevral 2023-cü il tarixdə Elburus ona narkotik vasitəni sata biləcəyini demiş, o, bu barədə polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Daha sonra Elburusun istədiyi məbləği, 60 manat narkotik vasitəyə görə, 10 manat isə yol puluna görə, ümumilikdə 70 manat pulu “eManat” vasitəsi ilə Elburusun dediyi karta köçürmüş, narkotiki Elburusun özünün gətirib verməsi ilə bağlı əvvəlcədən razılaşdıqları üçün Elburus 01 fevral 2023-cü il tarixdə Saatlı rayonu Qaracalar kəndinə gələrək narkotik vasitəni ona verərkən polis əməkdaşları tərəfindən hadisə aşkar edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Saatlı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ifadəsində göstərdi ki, X4 Elburus Şəmil oğlunun narkotik vasitə satması ilə bağlı polis şöbəsinə müraciət etmiş, həmin məlumat əsasında əməliyyat qrupu yaradılaraq əməliyyat tədbiri keçirilmiş, bundan sonra 01 fevral 2023-cü il tarixdə Saatlı rayonu Qaracalar kəndində Təqsirləndirilən şəxs 60 manat dəyərində bir kibrit qutusundakı narkotik vasitəni şərti alıcı qismində iştirak edən X2 o və digər polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim etmişlər, Təqsirləndirilən şəxs və Pərvin Nəzərovu şöbəyə gətirərək üzərlərinə baxış keçirərkən X23 Həsənovdan aldığı narkotik vasitəni polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Saatlı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ifadəsində göstərdi ki, X5 RPŞ-nə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirmişdir. Həmin gün Saatlı RPŞ-nin rəhbərliyinə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılaraq əməliyyat tədbiri keçirilmişdir. Şərti alıcı qismində iştirak edən X20 “Cola” marketdə olan “eManat” vasitəsi ilə narkotik vasitəyə görə 60 manat, əlavə olaraq 10 manat pul məbləğini Təqsirləndirilən şəxs dediyi kart hesabına köçürmüş, daha sonra Təqsirləndirilən şəxs Saatlı rayonu Qaracalar kəndinə “Qaracalar” lövhəsinin yanında X14 bir kibrit qutusundakı marixuananı satarkən o və digər polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim etmiş, Təqsirləndirilən şəxs və Pərvin Nəzərov şöbəyə gətirilərək üzərlərinə baxış keçirilmiş, Pərvin Nəzərovun üstündən narkotik vasitə olan marixuana aşkar edilmiş, Pərvin Nəzərov həmin narkotik vasitəni Təqsirləndirilən şəxs aldığını, Təqsirləndirilən şəxs həmin narkotik vasitənin özünə məxsus olduğunu və onu Pərvin Nəzərova satdığını etiraf etmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş X10 Saatlı Rayon Polis Şöbəsinə verdiyi 01 fevral 2023-cü il tarixli ərizədən görünür ki, o, İmişli rayonu Ölcələr kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olduğunu və onun cinayət əməlinin ifşa olunması üçün polis əməkdaşlarına könüllü kömək etmək istədiyini bildirmiş və ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 01 fevral 2023-cü il tarixli "Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə şərti alıcı qismində iştirak etmək üçün müraciət etmiş X10 üstünə baxış keçirilməsi və əməliyyat tədbirində istifadə ediləcək pul əskinaslarının ona verilməsi barədə protokol" və ona əlavə edilən fotoşəkillərdən görünür ki, narkotik vasitələrin satışı ilə məşğul olması ehtimal olunan İmişli rayonu Ölcələr kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitə almaq məqsədi ilə Saatlı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 tərəfindən şəxsi vəsaiti hesabına şərti alıcı X14 əvvəlcədən nömrələri qeyd edilməklə üç ədəd 20 manatlıq B70393771, A22059553, A52237299 nömrəli və bir ədəd 10 manatlıq A00735997 nömrəli pul əskinasları verilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 01 fevral 2023-cü il tarixli "Şəxsi axtarış, baxış və götürmə aparılması barədə” protokol və ona əlavə olan fotoşəkillərdən görünür ki, polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri nəticəsində şərti alıcı X20 və Təqsirləndirilən şəxs Saatlı RPŞ-yə gətirilmiş, orada şərti alıcı X20 əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd kibrit qutusunu çıxarıb təqdim edərək, həmin kibrit qutusunun içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu və həmin narkotik vasitəni polis əməkdaşları tərəfindən kserosurətləri çıxarılaraq ona verilmiş 70 manat pulu Saatlı şəhəri, H.Əliyev prospektində yerləşən “Cola” marketdəki “E-manat” terminalından Təqsirləndirilən şəxs ona verdiyi hesab nömrəsinə göndərdiyini və həmin pulun müqabilində Saatlı rayonu Qaracalar kəndi ərazisində Təqsirləndirilən şəxs aldığını qeyd etmişdir. Pərvin Nəzərovun könüllü təqdim etdiyi 1 ədəd kibrit qutusu onun özünün, Təqsirləndirilən şəxs və şəxsi axtarışda iştirak edən polis əməkdaşlarının yanında açılarkən içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olduğu müəyyən olunmuş, bundan sonra Elburus X8 vermiş olduğu kart hesabına göndərdiyi pulu İmişli rayonunda yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığındakı mağazaya quraşdırılmış “Kapital Bank”a aid bankomatdan çıxartdığını, həmin vaxt bankomatdan 69 manat pul əldə etdiyini, daha sonra 1 ədəd kibrit qutusundakı narkotik vasitəni Saatlı rayonu Qaracalar kəndi ərazisində Pərvin Nəzərova verdiyini bildirmişdir. Pərvin Nəzərovun könüllü təqdim etdiyi bir ədəd kibrit qutusundakı narkotik vasitə məhkəmə-bioloji ekspertizaya göndərilməsindən ötrü 1 ədəd zərfdə qablaşdırılaraq götürülmüş və həmçinin X19 Həsənovdan narkotik vasitə almaq üçün onun vermiş olduğu kart hesabına Saatlı şəhəri, H.Əliyev prospektində yerləşən “Cola” marketdəki “E-manat” terminalından göndərdiyi 70 manat pulu təsdiq edən qəbz götürülmüşdür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X13 bölməsinin 02 fevral 2023-cü il tarixli 18/122 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Pərvin Nəzərovun könüllü təqdim etdiyi...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd kibrit qutusunda təmiz çəkisi- 5,96 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuana (kannabis) 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 27 mart 2023-cü il tarixli 31 saylı arayışdan və şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 22 sentyabr 2012-ci il tarixdə anadan olmuş X15 və 30 iyun 2014-cü il tarixdə anadan olmuş X16 adlı iki nəfər azyaşlı uşağı vardır. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini şərh olunan qaydada törədərək istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi 1 ədəd kibrit qutusunda 5,96 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əməliyyat tədbirinin iştirakçısı şərti alıcı X14 qanunsuz olaraq satmaq üçün X10 01 fevral 2023cü il tarixdə saat 13:24-də Saatlı şəhəri, H.Əliyev prospektində yerləşən “Cola” marketə quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsi ilə göndərdiyi 70 manat pulun bank xərci tutulduqdan sonra 69 manatını əvvəldən tanımadığı X11 onun xahiş etdiyinə görə istifadəsində olan bacısı X3 məxsus “Kapital Bank”ın plastik kartından İmişli rayonu Qaradonlu kəndi ərazisində yerləşən “Kapital Bank”ın bankomatından məxaric edib ona verdikdən sonra narkotik vasitəni İmişli rayonu ərazisindən Saatlı rayonu Qaracalar kəndi ərazisinə qanunsuz olaraq daşıyıb həmin kəndin girişində, avtomobil yolunun kənarında olan “Qaracalar” lövhəsinin yaxınlığında, fəaliyyəti olmayan mağazanın qarşısında saat 21:25 radələrində həmin 5,96 qram qurudulmuş marixuananı əməliyyat tədbirinin iştirakçısı X14 qanunsuz olaraq satması, yəni satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etməsi, daşıması və qanunsuz olaraq narkotik vasitəni satması məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını nisbətən aşağı həddə təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X27 Şəxsin 03 mart 2023-cü il tarixli 1240 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərdən epizodik istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Ona görə də Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan xalis çəkisi 5,94 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə maddi sübut olan 52 nömrəli, X10 Təqsirləndirilən şəxs aldığı narkotik vasitəyə görə ödədiyi pulun qəbzinin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 02 fevral 2023-cü il tarixli 18/122 saylı ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 49 manat 74 qəpik təşkil edir. Ona görə də, həmin xərc Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia, maddi ziyan və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib üç il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 01 fevral 2023-cü il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan xalis çəkisi 5,94 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmdən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar