Məhkəmə qərarları › İş №1(055)-25/2024

Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-25/2024

14.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-25/2024 14.05.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Mülki iddiaçının nümayəndəsi X9, Təqsirləndirilən şəxs iştirakı ilə saat 10:55-də xx xxxx 1976-cı il tarixdə Sabirabad rayonu Qaragüney kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində beş nəfər azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Sabirabad rayonu Qaragüney kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017ci il tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarının ovunun qaydaları”nın 2-ci bəndinin 2.5.1-ci hissəsinin tələbini pozaraq, yəni balıqovlama bileti olmadan qanunsuz balıq tutmaq məqsədi ilə 29 fevral 2024-cü il tarixdə saat 05:30-da Saatlı rayonu Azadkənd kəndi istiqamətində Baş Mil-Muğan Kollektorunun sahilinə gəlib, 1 ədəd “domca” adlandırılan balıqovlama vasitəsindən istifadə etməklə saat 10:30-dək olan müddət ərzində hər biri 33 manat dəyərində, ümumi dəyəri 231 manat olan 7 ədəd “şamayı” balığını, hər biri 11 manat dəyərində, ümumi dəyəri 22 manat olan 2 ədəd “dabanbalığı” balığını, 275 manat dəyərində 1 ədəd “poru” balığını və hər biri 11 manat dəyərində, ümumi dəyəri 572 manat olan 52 ədəd “külmə” balığını qanunsuz tutaraq balıq ehtiyatlarına xeyli miqdarda, yəni 1100 manat məbləğində ziyan vurmuş və həmin tarixdə saat 10:30-da Su NPİ-nin İmişli XPM-nin əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı ondan 1 ədəd “domca” adlandırılan balıqovlama vasitəsi və 52 ədəd “külmə”, 2 ədəd “dabanbalığı”, 1 ədəd “poru” və 7 ədəd “şamayı” balıqları aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş yekun protokolu üzrə özünü təqsirli bilərək göstərdi ki, Baş Mil-Muğan Kollektorunun sahilinə gəlmiş və gələrkən balıq tutmaq üçün özü ilə “domca” adlanan balıqovlama vasitəsini də gətirmişdir. Orada balıq ovlamağın qanunsuz olduğunu bilmişdir, lakin yenə də balıqları ovlamışdır. Təxminən 6-7 ədəd “şamayı”, 1 ədəd “poru”, 52 ədəd “külmə” və 2 ədəd “dabanbalığı” tutmuşdur. Daha sonra isə X17 idarəsinin İmişli xətt polis məntəqəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Hal-hazırda törətdiyi əmələ görə peşmançılıq çəkir və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyimə söz verir. Ona görə də ona köməklik olunmasını xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş mülki iddiaçının nümayəndəsinin, şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqı zamanı mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X15 qaldırılmış mülki iddianı müdafiə edərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 29 fevral 2024-cü il tarixdə “domca” adlandırılan balıqovlama alətindən istifadə edərək X3 rayonunun Azadkənd kəndi ərazisindən keçən hissəsindən balıq tutmağa rəsmi icazəsi olmadan qanunsuz olaraq 52 ədəd “külmə”, 2 ədəd “dabanbalığı”, 1 ədəd “poru” və 7 ədəd “şamayı” balıqlarını tutması nəticəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə 1100 manat ziyan dəymişdir. Həmin maddi ziyan ödənilməmiş qalmışdır. Ona görə də göstərdiklərini nəzərə alaraq mülki iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Su NPİ-nin İmişli XPM-nin polis nəfəri Şahid4 ifadəsində göstərdi ki, Su NPİ-nin İmişli XPM-nin əməkdaşları ilə birlikdə xidməti sahədə olarkən Saatlı rayonu Azadkənd kəndi istiqamətində Baş X1 Vahid Ağasəlim oğlunun “domca” adlanan alətlə balıq tutduğunu görüb ona yaxınlaşmışlar və həmin şəxsin qanunsuz olaraq balıq tutduğunu müəyyən etmişlər. Təqsirləndirilən şəxs “domca” adlandırılan balıqovlama vasitəsini və ovladığı balıqları aşkar edərək götürmüşlər və bununla bağlı protokol tərtib etmişlər. Təqsirləndirilən şəxs qanunsuz hərəkətləri onunla ifadə olunur ki, o, ov bileti olmadan qanunsuz olaraq ovlanması qadağan olunmuş balıq növlərini qadağan olunmuş balıqovlama vasitəsi ilə ovlamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Su NPİ-nin İmişli XPM-nin polis nəfəri Şahid3 göstərdi ki, Su NPİ-nin İmişli XPM-nin əməkdaşları ilə birlikdə xidməti sahədə olarkən Baş X1 Vahid Ağasəlim oğlunun kustar üsulla hazırlanmış “domca” adlanan alətlə balıq tutduğunu görüb ona yaxınlaşmışlar və həmin şəxsin qanunsuz olaraq balıq tutduğunu müəyyən etmişlər. Təqsirləndirilən şəxs qanunsuz hərəkətləri onunla ifadə olunur ki, o, ov bileti olmadan qanunsuz olaraq qadağan olunmuş balıqovlama vasitəsi ilə həmin ərazidə balıq ovlamışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 29 fevral 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, 29 fevral 2024-cü il tarixdə saat 10:30-da Su NPİ-nin İmişli XPM-nin əməkdaşları ilə birlikdə xidməti ərazidə ekoloji cinayətləri törədənlərə qarşı keçirilən mübarizə xarakterli tədbir zamanı Saatlı rayonu Azadkənd kəndindən keçən Baş Mil-Muğan Kollektorunda qanunsuz balıq ovu ilə məşğul olan şəxsiyyəti sonradan müəyyən edilmiş, xx xxxx 1976-cı il təvəllüdlü Sabirabad rayonu Qaragüney kəndində yaşayan Təqsirləndirilən şəxs saxlanılmış, yoxlama zamanı Təqsirləndirilən şəxs 1 ədəd “domca” adlandırılan balıqovlama vasitəsi və 52 ədəd “külmə” balığı, 2 ədəd “dabanbalığı”, 1 ədəd “poru” balığı və 7 ədəd “şamayı” balığı aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin balıqları aşkar edilmiş 1 ədəd “domca” adlandırılan balıqovlama vasitəsi ilə Saatlı rayonu Azadkənd kəndindən keçən Baş Mil-Muğan Kollektorundan qanunsuz tutduğunu bildirmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 29 fevral 2024-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd “domca” adlandırılan balıqovlama vasitəsi müvəqqəti saxlanmaq üçün Su NPİ-nin İmişli XPM-nin rəisi, polis mayoru Şahid1 tərəfindən qəbul edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektrounun məsləhətçi-müfəttişi Eytiram Ağayevin rəyindən görünür ki, Eytiram Ağayev tərəfindən 29 fevral 2024-cü il tarixdə Su NPİ-nin İmişli XPM-nin rəisi vəzifəsini müvəqqəti icra edən, polis kapitanı X6 təqdim etdiyi, Təqsirləndirilən şəxs götürülmüş 62 ədəd balığa baış keçirilmiş, baxış zamanı balıqların bioloji əlamətlərinə görə 52 ədəd “külmə”, 2 ədəd “dabanbalığı”, 1 ədəd “poru” və 7 ədəd “şamayı” balıqları olduğu məlum olmuşdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş ******* nömrəli qaimə fakturadan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 52 ədəd “külmə”, 2 ədəd “dabanbalığı”, 1 ədəd “poru” və 7 ədəd “şamayı” balıqları X17 İdarəsinin İmişli xətt polis məntəqəsinin polis nəfəri Şahid3 tərəfindən "xxxx" Kiçik Müəssisəsinə təhvil verilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş balıq ehtiyatlarına vurulmuş ziyan barədə 01 mart 2024-cü il tarixli arayışdan görünür ki, 52 ədəd “külmə”, 2 ədəd “dabanbalığı”, 1 ədəd “poru” və 7 ədəd “şamayı” balıqlarının qanunsuz tutulması ilə əlaqədar vurulan ziyan ümumilikdə 1100 manat təşkil edir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında X2 Xidmətinin 04 mart 2024-cü il tarixli 3- 14-21/2-187/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs 01 yanvar 2024-cü il tarixdən 04 mart 2024-cü il tarixə kimi balıq və digər su bioresurslarının sənaye ovuna balıqovlama bileti verilməmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və Sabirabad Rayon Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli 1(055)-74/2019 saylı hökmünün surətindən görünür ki, Fətişov X4 Rayon Məhkəməsinin 09 yanvar 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay müddətə islah iləri cəzasına məhkum edilmiş, bundan başqa, Sabirabad Rayon Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli 1(055)-74/2019 saylı hökmü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancından dövlət nəfinə 10 faiz məbləğdə pul tutulmaqla 1 il müddətə islah işləri cəzasına məhkum edilmiş, həmin hökmlə təyin olunmuş cəza Sabirabad Rayon Məhkəməsinin 09 yanvar 2017-ci il tarixli hökmü ilə təyin olunmuş cəza ilə qismən birləşdirilərək üzərində qəti olaraq aylıq qazancından dövlət nəfinə 10 faiz məbləğdə pul tutulmaqla 1 il 6 ay müddətə islah işləri cəzası saxlanılmış, Sabirabad Rayon Məhkəməsinin 03 avqust 2020-ci il tarixli 7(055)-351/2020 saylı qərarı ilə cəzadan azad edilmişdir, məhkumluğu ödənilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin 05 mart 2024-cü il tarixli məktubundan görünür ki, Fətişov X4 Rayon Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli 1(055)-74/2019 saylı hökmü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq aylıq qazancından dövlət nəfinə 10 faiz məbləğdə pul tutulmaqla 1 il 6 ay müddətə islah işləri cəzasına məhkum edilmiş və Sabirabad Rayon Məhkəməsinin 03 avqust 2020-ci il tarixli 7(055)-351/2020 saylı qərarı ilə islah işləri cəzasından azad edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 09 iyul 2011-ci il təvəllüdlü X11, 30 noyabr 2012-ci il təvəllüdlü X13, 06 iyul 2014-cü il təvəllüdlü X7, 08 may 2017-ci il təvəllüdlü X12 və 17 yanvar 2021-ci il təvəllüdlü X14 adlı adlı beş nəfər azyaşlı uşağı vardır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini şərh olunan qaydada törədərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarının ovunun qaydaları”nın 2-ci bəndinin 2.5.1-ci hissəsinin tələbini pozaraq, yəni balıqovlama bileti olmadan qanunsuz balıq tutmaq məqsədi ilə 29 fevral 2024-cü il tarixdə saat 05:30-da Saatlı rayonu Azadkənd kəndi istiqamətində Baş Mil-Muğan Kollektorunun sahilinə gəlib, 1 ədəd “domca” adlandırılan balıqovlama vasitəsindən istifadə etməklə saat 10:30-dək olan müddət ərzində hər biri 33 manat dəyərində, ümumi dəyəri 231 manat olan 7 ədəd “şamayı” balığını, hər biri 11 manat dəyərində, ümumi dəyəri 22 manat olan 2 ədəd “dabanbalığı” balığını, 275 manat dəyərində 1 ədəd “poru” balığını və hər biri 11 manat dəyərində, ümumi dəyəri 572 manat olan 52 ədəd “külmə” balığını qanunsuz tutaraq balıq ehtiyatlarına xeyli miqdarda, yəni 1100 manat məbləğində ziyan vurması və həmin tarixdə saat 10:30-da Su NPİ-nin İmişli XPM-nin əməkdaşları tərəfindən saxlanılması, yoxlama zamanı ondan 1 ədəd “domca” adlandırılan balıqovlama vasitəsi və 52 ədəd “külmə”, 2 ədəd “dabanbalığı”, 1 ədəd “poru” və 7 ədəd “şamayı” balıqlarının aşkar edilərək götürülməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsinin dispozisiyasına görə məsuliyyət balıq və digər su bioresurslarının qanunsuz tutulması xeyli miqdarda ziyan vurduqda yaranır. Həmin Məcəllənin 256-cı maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 256.1-ci maddəsində «xeyli miqdar» dedikdə, min manatdan yeddi min manatadək olan məbləğ başa düşülür. Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq 52 ədəd “külmə”, 2 ədəd “dabanbalığı”, 1 ədəd “poru” və 7 ədəd “şamayı” balıqlarının tutulması ilə əlaqədar vurulan ziyanın məbləği 1100 manat, yəni «xeyli miqdar» təşkil etdiyindən onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində beş nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.3-cü maddəsinə, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il tarixli 4 nömrəli qərarına və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarına əsasən, məhkəmə təqsirləndirilən şəxsin üzərinə kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələrinin qoyulmasını məqsədəmüvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs X3 rayonunun Azadkənd kəndi ərazisindən keçən hissəsindən 52 ədəd “külmə”, 2 ədəd “dabanbalığı”, 1 ədəd “poru” və 7 ədəd “şamayı” balıqlarını tutması nəticəsində ümumilikdə dövlət balıq ehtiyatlarına 1100 manat maddi ziyan dəymiş və həmin ziyanla bağlı ibtidai istintaq zamanı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi mülki iddiaçı kimi tanınmış və həmçinin də məhkəmə istintaqı zamanı mülki iddiaçının nümayəndəsi mülki iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs mülki iddia ilə bağlı göstərdi ki, törətdiyi cinayət əməli nəticəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə 1100 manat ziyan vurmuş, maddi imkanı olmadığı üçün vurulmuş ziyanı ödəyə bilməmişdir. Ona görə də iş üzrə mülki iddianı qəbul edir və təmin olunmasına heç bir etirazı yoxdur. Belə olan halda iş üzrə mülki iddia təmin edilərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə 1100 manat ziyan Təqsirləndirilən şəxs tutulmalıdır. İş üzrə maddi sübut olan baxış keçirilməsi zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd “DVD” diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan və X17 idarəsinin İmişli xətt polis məntəqəsində saxlanılan, yuxarıda qeyd olunan bir ədəd «domca» adlandırılan balıqovlama aləti məhv edilməlidir. İş üzrə məhkəmə xərcləri və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs 1100 (bir min yüz) manat alınaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ödənilsin. İş üzrə maddi sübut olan və X17 idarəsinin İmişli xətt polis məntəqəsində saxlanılan bir ədəd «domca» adlandırılan balıqovlama aləti məhv edilsin. Hökmün icrası Sabirabad Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən 20 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar