Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-25/2025 13.02.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxx 1991-ci ildə Saatlı rayon Gomuşçu kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi qaydada təmir tikinti ustası işləyən, Saatlı rayon Gomuşçu kəndində qeydiyyatda olmaqla, orada yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və mənbədən ümumi təmiz çəkisi 6,54 qram narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda əldə etmiş, saxlamış və daşımış, xx.xx.2024-cü il tarixdə saat 15:35 radələrində Saatlı rayon Seyidlər kəndi ərazisində həmin xeyli miqdarda narkotik vasitəni satış məqsədi olmadan qanunsuz olaraq üstündə daşıyarkən Saatlı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat tapşırığının icrası ilə bağlı müəyyən olunaraq Saatlı şəhəri H.Əliyev prospekti 94 ünvanında yerləşən Saatlı rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş, həmin tarixdə qeyd olunan ünvanda saat 16:05-dən saat 16:12-dək olan müddət ərzində üstünün yoxlanması və baxış keçirilərkən əynindəki mavi rəngli cins şalvarın sağ arxa cibindən 1 ədəd kibrit qutusunun içərisindən həmin xeyli miqdarda təmiz çəkisi 6,54 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, yəni satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 13:30 radələrində yaşadığı kəndin ərazisindən keçən, həmçinin yaşadığı evə də yaxın məsafədə yerləşən “Sabir” kanalının kənarında gəzinən zaman yerdə kibrit qutusu olduğunu görmüş, əvvəlcə kibrit qutusunun içərisinin boş olduğunu düşünərək təpiklə vurmuş, lakin kibrit qutusunun ağır olduğunu görüb yerdən götürüb içərisinə baxmışdır. İçərisinə baxan zaman içərisində narkotik vasitə olan “nəşə” doldurulduğunu görmüş, ərtafına baxaraq yaxınlıqda heç kəsin olmadığından əmin olduqdan sonra özü istifadə etmək məqsədi ilə cibinə qoymuş və üzərində saxlamışdır. xx.xx.2024-cü il tarixdə saat təxminən 15 radələrində Saatlı rayon Seyidlər kəndi ərazisində bir nəfər kənd sakinin hələlik yaşayış olmayan fərdi yaşayış evində fərdi qaydada təmir işləri görürmüşdür. Bu zaman əvvəldən tanımadığı bir neçə nəfər mülki geyimli şəxslər yaxınlaşıb özlərini təqdim edərək Saatlı RPŞ-nin əməkdaşları olduqlarını, narkotik vasitə istifadə etməkdə, saxlamaqda və daşımaqda şübhəli olduğunu bildirərək onu Saatlı RPŞ-nə dəvət etmişlər. O, da polis əməkdaşlarının tələbinə uyğun olaraq Saatlı RPŞ-nə gəlmişdir. RPŞ-də videoçəkilişlə üstünün yoxlanması və baxış keçirilmişdir. Həmin vaxt üzərində qanunla qadağan olunmuş hər hansı bir maddə olub olmaması, daşıyıbdaşımaması soruşulmuş, o da öz növbəsində əynində olan açıq mavi rəngli cins şalvarın sağ arxa cibində saxladığı 1 ədəd kibrit qutusunu təqdim etmiş və içərisində narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra kibrit qutusunun içərisinə baxılmış və içərisində olan narkotik vasitə “nəşə” aşkar edilmişdir. Bundan sonra həmin narkotik vasitəni özü istifadə etmək üçün üzərində saxladığını və su kanalının kənarından tapdığını bildirmişdir. Bundan sonra həmin narkotik vasitə kibrit qutusu ilə birlikdə elektron tərəzidə çəkilmişdir. Bundan da sonra narkotik vasitə kibrit qutusu ilə birlikdə bir ədəd ağ rəngli zərfdə qablaşdırılmışdır. Yekunda baxış keçirilməsi haqqında təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokolun doğruluğunu bütün iştirakçılar kimi o da imzalamışdır. Sonda əməlində peşman olduğunu bildirərək ona köməklik olunmasını xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafı ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Saatlı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə saat təxminən 15 radələrində Saatlı RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid1 icraatına Saatlı rayon Gomuşçu kəndində yaşayan Təqsirləndirilən şəxs Saatlı rayon Qaracalar kəndində yaşayan X3 ilə birlikdə Qaracalar kəndi ərazisində meşəlik ərazidə narkotik tərkibli çətənə bitkilərini əkməsi ilə əlaqədar əməliyyat tapşırığı daxil olmuşdur. Şahid1 icraatına daxil olmuş əməliyyat tapşırığına uyğun olaraq sonuncu onunla birlikdə Saatlı rayon Gömuşçu kəndinə getmişlər, Gomuşçu kəndinə çatdıqdan sonra dərhal Təqsirləndirilən şəxs Gomuşçu kəndi ilə bitişik olan Saatlı rayon Seyidlər kəndində vətəndaşlardan birinə məxsus yaşayış olmayan evində təmir işləri görməsi barədə məlumat alıb həmin ünvana yollanmışlar. Həmin tarixdə saat 15:35 radələrində Röyalı təmir işləri gördüyü Saatlı rayon Seyidlər kəndində yerləşən yaşayış olmayan fərdi yaşayış evində müəyyən edib, həmin evə getmiş və Röyalın həmin evdə təmir işləri gördüyünü görüb Röyala yaxınlaşmışdır. Röyala özlərini təqdim edərək Saatlı RPŞ-nin əməkdaşı olduqlarını, narkotik tərkibli bitkiləri əkməkdə, narkotik vasitə istifadə etməkdə, saxlamaqda və daşımaqda şübhəli olduğunu bildirərək Röyalı Saatlı RPŞ-nə dəvət etmişlər. Röyal da tələblərinə uyğun olaraq birlikdə Saatlı RPŞ-nə gəlmişdir. Saatlı RPŞ-nin inzibati binasının giriş qapısında yerləşən növbətçi hissənin qarşısında Röyala hüquq və vəzifələri izah edildikdən sonra videoçəkilişlə üstünün yoxlanması və baxış keçirilmişdir. Videoçəkiliş Saatlı RPŞ-nin ƏRQ-nun kiçik inspektoru, polis baş serjantı X5 tərəfindən həyata keçirilmişdir. Bundan sonra Röyala üzərində qanunla qadağan olunmuş hər hansı bir maddə olub olmaması, daşıyıb-daşımamağı soruşulmuş, Röyal da öz növbəsində əynində olan açıq mavi rəngli cins şalvarın sağ arxa cibində saxladığı 1 ədəd kibrit qutusunu təqdim etmiş və içərisində narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra kibrit qutusunun içərisinə baxılmış və içərisində olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Sonra Röyal həmin narkotik vasitəni istifadə etmək üçün üzərində saxladığını və su kanalının kənarından tapdığını bildirmişdir. Bundan sonra həmin narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə kibrit qutusu ilə birlikdə elektron tərəzidə çəkilmiş, kibrit qutusu ilə birlikdə çəkisi 9,44 qram təşkil etmişdir. Bundan da sonra narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə kibrit qutusu ilə birlikdə bir ədəd ağ rəngli zərfdə qablaşdırılmış, üzəri Röyal da daxil olmaqla iştirakçılar tərəfindən imzalanmış, üzəri möhürlənmış və götürülmüşdür. Sonra isə Röyalın üstünə baxış aparılması barədə tərəfindən protokol tərtib edilmiş, protokolun doğruluğu Röyal da daxil olmaqla bütün iştirakçılar tərəfindən imzalanmışdır. O, Röyalın üzərindən narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddə aşkar edilib götürülməsi barədə RPŞ-nin rəhbərliyinə raportla məruzə etmiş, raportunun icraası Saatlı RPŞ-nin TB-nin təhqiqatçısı Afiq Abduləliyevə həvalə olunmuşdur. Bundan sonra təhqiqatçı Afiq Abduəliyevin xidməti iş otağında videoçəkilişlə Röyalın üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütləyə baxış keçirilmiş, həmin vaxt da Röyal üzərindən aşkar edilmiş kibrit qutusunun içərisində olan kütlənin narkotik vasitənin “nəşə” olduğunu, öz istifadəsi üçün üzərində saxladığını, həmin narkotik vasitəni də yaşadığı kəndin ərazisindən keçən su kanalının kənarından tapdığını, heç kəslə heç bir narkotik tərkibli bitkilər əkmədiyini bildirmişdir. Bundan sonra üzərində başqa hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya qanunla saxlanması, daşınması qadağan edilmiş əşya olub olmaması soruşulmuş, Röyal da üzərində başqa hər hansı bir narkotik vasitə və ya qanunla qadağan olunmuş əşya olmadığını demişdir. Röyalın üzrərinə baxış keçirilmiş və üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddədən başqa qanunla saxlanması, daşınması qadağan olunmuş hər hansı bir əşya və sair aşkar edilməmişdir. Röyalın üzərindən aşkar edilmiş kibrit qutusunun içərisində olan narkotik vasitəyə oxşar kütlə kibrit qutusu ilə birlikdə ekspertizaya təqdim edilməsi üçün yenidən qablaşdırılmış və götürülmüşdür. Yekunda baxış keçirilməsi haqqında təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokolun doğruluğunu bütün iştirakçılar kimi o da imzalamışdır. Məhkəmə istintaqı zamanı elan edilmiş Şahid1 istintaq zamanı verdiyi ifadəsində Şahid2 ifadəsi ilə eyni məzmunda ifadə vermişdir. İşdə olan xx.xx.2024-cü il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxslərin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında protokol, ona əlavə edilən videoçəkilişlə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ arxa cibində saxladığı kibrit qutusunun içərisindən narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə aşkar edilərək götürülmüşdür. İşdə olan məhkəmə-bioloji ekspertizanın 25 oktyabr 2024-cü il tarixli 18/879 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində: “X2 üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd kibrit qutusunda təmiz çəkisi – 6,54qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İşdə olan məhkəmə-narkoloji ekspertin xx.xx.2024-cü il tarixli 7208 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinoidlərdən istifadə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Naromaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınması məsləhət görülür. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlini etiraf edib səmimi peşman olmasını məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunan qərarının 2-ci və 3-cü bəndlərində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən 24 oktyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutularaq 26 oktyabr 2024-cü il tarixədək həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs 24 oktyabr 2024-cü il tarixdən 26 oktyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün ona təyin olunacaq cəzadan çıxılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalıdır. İş materiallarından görünür ki zamanı Təqsirləndirilən şəxs Kannabinoidlərdən istifadə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Naromaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınması məsləhət görülür. Ona görə də, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 6,52 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. İşdə olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, aparılmış tədqiqatın dəyəri 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat təşkil edir. Ona görə də həmin xərc Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının Dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia, xüsusi müsadirə olunmalı əmlak və maddi ziyan yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24 oktyabr 2024-cü il tarixdən 26 oktyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutularaq 02 (iki) gün həbsdə saxlanılmasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ona təyin olunmuş iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasından dörd gün çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 6,52 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmün icrası Saatlı rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(055)-25/2025
Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-25/2025
13.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver