Məhkəmə qərarları › İş №1(055)-26/2023

Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-26/2023

14.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-26/2023 14.06.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, 14 iyun 2023-cü il, Saatlı şəhəri Saat:17:40 11 avqust 1969-cu ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkumluğu olmayan, işləməyən, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, məh 30, ev 1, mənzil 49da qeydiyyatda olmaqla Saatlı rayonu, Əhmədbəyli kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4 və 320.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair xx xxxxxx 1974-cü ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkumluğu olmayan, işləməyən, Saatlı rayonu Dədə Qorqud kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4 və 320.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs1, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətə əsasən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 7 fevral 2006-cı il tarixli Qanununun 7-ci maddəsinin, eləcə də, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 №-li qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması” Qaydalarının 2.1ci bəndinin tələblərinə əsasən, 60 yaşına çatdıqdan sonra əmək pensiyası hüququnun yaranması və bundan sonra əmək pensiyasının təyin olunması üçün kağız üzərində və ya elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna, yaxud Fondun şəhər (rayon) şöbələrinə müraciət edə bilmək hüququ olduğu halda Şahid2 xx.xx.1960-cı il tarixdə anadan olmasına və bu barədə 20 iyun 1966-cı il tarixdə Saatlı rayon Dədə Qorqud KİN 65 nömrəli doğum haqqında akt qeydi tərtib olunmasına baxmayaraq, aralarında olan razılaşmaya uyğun olaraq bu barədə Saatlı RPŞ-nin qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupunun kiçik inspektoru vəzifəsində işləmiş, polis serjantı Şahid1 şəxsən məlumat verməklə, sonuncunun həqiqi təsir imkanlarından istifadə edərək həmin şöbənin baş inspektoru olmaqla təşkilatisərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs olan öldüyünə görə barəsində cinayət təqibinə xitam verilmiş X1 Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin 2.7-ci bəndinin tələblərinə zidd olaraq, vəsiqə verən orqanın məsul əməkdaşı kimi vətəndaşın şəxsiyyət vəsiqəsinin verilməsi barədə ərizə-anketinin düzgün doldurulduğunu vətəndaşdan əlavə sənəd tələb etmədən, İAMAS-da toplanılan və Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri, X8 Sistemi və digər dövlət informasiya resursları tərəfindən İAMAS-a təqdim olunan məlumatlar əsasında yoxlamadan Şahid2 doğum tarixinin “xx.xx.1956-cı il” kimi göstərilməsi ilə bağlı qərarına qanunsuz təsir etmək imkanına malik olmasını bildirib, Mirəflan Məmmədova buna görə Şahin Allahverdiyevdən və Təqsirləndirilən şəxs2 pul vəsaiti istəməsini və almasını ondan gizlətməklə, bildirməsinə əsasən, Mirəflan Məmmədovun razılığını almaqla onunla sövdələşib, qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməyə və informasiya resursuna bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığına təhriki əsasında, 2018-ci ilin avqust ayının sonlarında Şahid1 Saatlı rayonu ərazisində yerləşən "xxxx"ın qarşısında özü üçün birbaşa yolla istəyib, maddi nemət olan 1.200 (bir min iki yüz) manat məbləğində pul vəsaitini özü üçün birbaşa yolla alaraq, məzmununa Şahid2 doğulduğu tarixin “xx.xx.1956-cı il” olmasına dair bilə-bilə yalan məzmunlu qeydlər daxil edildiyi Saatlı Rayon Polis Şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsini əldə edərək, həmin şəxsiyyət vəsiqəsində doğum tarixinin səhv göstərildiyini bilə-bilə həmin saxta vəsiqədən Təqsirləndirilən şəxs2lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində qanunsuz olaraq istifadə etməklə cinayətdən xəbərsiz Şahid2 10 sentyabr 2018-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Saatlı şəhəri, H.Əliyev prospekti 91 ünvanında yerləşən Saatlı rayon şöbəsinə (hazırda Nazirliyin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon fililalına) yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müraciət etməsindən sonra, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Saatlı rayon Dövlət Arxivinin arayışı əsasında tərtib edilən xx.xx.2018-ci il tarixli aktı və əmək pensiyasının yaranmasına səbəb olan digər zəruri sənədləri cinayətdən xəbərsiz olan Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsinin pensiya təyin edən komissiyanın digər üzvlərinə təqdim etməsinə, bununla da Şahid2 barəsində komissiyanın xx.xx.2018-ci il tarixli qərarı ilə saxta sənəd əsasında sonuncunun hüququnun yarandığı tarixdən, yəni xx.xx.2016-cı il tarixdən hesablanmaqla ömürlük olaraq aylıq 171,50 manat əmək pensiyası təyin olunmasına nail olmaqla “Kapital Bank“ ASC-də Şahid2 adına açılmış hesaba 05 oktyabr 2018-ci il tarixdən 14 sentyabr 2022-ci il tarixədək köçürülmüş əmək pensiyası təyinatlı pul vəsaitinin istifadə edilməsi üçün təqdim edilmiş “Kapital Bank“ ASC-yə aid 676867******9727 nömrəli plastik kartdan həmin pul vəsaitlərini, o cümlədən, qeyd edilən hesaba 2018-ci ilin oktyabr ayında 378,34 manat, noyabr ayında 378,34 manat, dekabr ayında 378,34 manat, 2019-cu ilin yanvar ayında 378,34 manat, fevral ayında 389,70 manat, mart ayında 384,02 manat, aprel ayında 384,02 manat, may ayında 384,02 manat, iyun ayında 384,02 manat, iyul ayında 384,02 manat, avqust ayında 384,02 manat, sentyabr ayında 384,02 manat, oktyabr ayında 389 manat, noyabr ayında 389 manat, dekabr ayında 389 manat, 2020-ci ilin yanvar ayında 389 manat, fevral ayında 455,40 manat, mart ayında 422,20 manat, aprel ayında 422,20 manat, may ayında 422,20 manat, iyun ayında 422,20 manat, iyul ayında 422,20 manat, avqust ayında 422,20 manat, sentyabr ayında 422,20 manat, oktyabr ayında 233,20 manat, noyabr ayında 233,20 manat, dekabr ayında 233,20 manat, 2021-ci ilin yanvar ayında 233,20 manat, fevral ayında 286,36 manat, mart ayında 259,78 manat, aprel ayında 259,78 manat, may ayında 259,78 manat, iyun ayında 259,78 manat, iyul ayında 259,78 manat, avqust ayında 259,78 manat, sentyabr ayında 259,78 manat, oktyabr ayında 259,78 manat, noyabr ayında 259,78 manat, dekabr ayında 259,78 manat, 2022-ci ilin yanvar ayında 259,78 manat, fevral ayında 327,45 manat, mart ayında 268,62 manat, aprel ayında 318,62 manat, may ayında 268,62 manat, iyun ayında 268,62 manat, iyul ayında 318,62 manat, avqust ayında 268,62 manat, sentyabr ayında 268,62 manat olmaqla, ümumilikdə 48 ay üzrə köçürülmüş cəmi 15.942,53 manat (on beş min doqquz yüz qırx iki manat əlli üç qəpik) məbləğində pul vəsaitini şəxsən və Təqsirləndirilən şəxs2 vasitəsilə Saatlı rayonu ərazisində yerləşən bankomatdan 2018-ci ilin oktyabr ayından 2022-ci ilin sentyabr ayının 15-dək olan müddət ərzində çıxarmaqla nağdlaşdıraraq Təqsirləndirilən şəxs2 ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, aldatma yolu ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon fililalına məxsus cəmi 15.942,53 manat (on beş min doqquz yüz qırx iki manat əlli üç qəpik) manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vahid niyyətlə ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində bilə-bilə hüquq verən saxta vəsiqədən qanunsuz olaraq istifadə etmişdir. Saatlı Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 1(055)-26/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilərək barəsində olan cinayət təqibinə həmin hissədə xitam verilmişdir. Təqsirləndirilən şəxs2, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətə əsasən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 7 fevral 2006-cı il tarixli Qanununun 7-ci maddəsinin, eləcə də, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 №-li qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması” Qaydalarının 2.1ci bəndinin tələblərinə əsasən, 60 yaşına çatdıqdan sonra əmək pensiyası hüququnun yaranması və bundan sonra əmək pensiyasının təyin olunması üçün kağız üzərində və ya elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna, yaxud Fondun şəhər (rayon) şöbələrinə müraciət edə bilmək hüququ olduğu halda bacısı Şahid2 xx.xx.1960-cı il tarixdə anadan olmasına və bu barədə 20 iyun 1966-cı il tarixdə Saatlı rayon Dədə Qorqud KİN 65 nömrəli doğum haqqında akt qeydi tərtib olunmasına baxmayaraq, aralarında olan razılaşmaya uyğun olaraq bu barədə Saatlı RPŞ-nin qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupunun kiçik inspektoru vəzifəsində işləmiş, polis serjantı Şahid1 Şahin Suleymanov vasitəsi ilə məlumat verməklə, sonuncunun həqiqi təsir imkanlarından istifadə edərək həmin şöbənin baş inspektoru olmaqla təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs olan öldüyünə görə barəsində cinayət təqibinə xitam verilmiş X1 Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin 2.7-ci bəndinin tələblərinə zidd olaraq, vəsiqə verən orqanın məsul əməkdaşı kimi vətəndaşın şəxsiyyət vəsiqəsinin verilməsi barədə ərizə-anketinin düzgün doldurulduğunu vətəndaşdan əlavə sənəd tələb etmədən, İAMAS-da toplanılan və Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri, X8 Sistemi və digər dövlət informasiya resursları tərəfindən İAMAS-a təqdim olunan məlumatlar əsasında yoxlamadan Şahid2 doğum tarixinin “xx.xx.1956-cı il” kimi göstərilməsi ilə bağlı qərarına qanunsuz təsir etmək imkanına malik olmasını bildirib, Mirəflan Məmmədova buna görə Şahin Allahverdiyevdən və ondan pul vəsaiti istəməsini və almasını ondan gizlətməklə, bildirməsinə əsasən, Mirəflan Məmmədovun razılığını almaqla onunla sövdələşib, qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməyə və informasiya resursuna bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığına təhriki əsasında, 2018-ci ilin avqust ayının sonlarında Şahid1 Saatlı rayonu ərazisində yerləşən "xxxx"ın qarşısında özü üçün birbaşa yolla istəyib, maddi nemət olan 1.200 (bir min iki yüz) manat məbləğində pul vəsaitini özü üçün birbaşa yolla alaraq, məzmununa Şahid2 doğulduğu tarixin “xx.xx.1956-cı il” olmasına dair bilə-bilə yalan məzmunlu qeydlər daxil edildiyi Saatlı Rayon Polis Şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsini əldə edərək, həmin şəxsiyyət vəsiqəsində doğum tarixinin səhv göstərildiyini bilə-bilə həmin saxta vəsiqədən Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs qismində qanunsuz olaraq istifadə etməklə cinayətdən xəbərsiz Şahid2 10 sentyabr 2018-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Saatlı şəhəri, H.Əliyev prospekti 91 ünvanında yerləşən Saatlı rayon şöbəsinə (hazırda Nazirliyin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon fililalına) yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müraciət etməsindən sonra, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Saatlı rayon Dövlət Arxivinin arayışı əsasında tərtib edilən xx.xx.2018-ci il tarixli aktı və əmək pensiyasının yaranmasına səbəb olan digər zəruri sənədləri cinayətdən xəbərsiz olan Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsinin pensiya təyin edən komissiyanın digər üzvlərinə təqdim etməsinə, bununla da Şahid2 barəsində komissiyanın xx.xx.2018-ci il tarixli qərarı ilə saxta sənəd əsasında sonuncunun hüququnun yarandığı tarixdən, yəni xx.xx.2016-cı il tarixdən hesablanmaqla ömürlük olaraq aylıq 171,50 manat əmək pensiyası təyin olunmasına nail olmaqla “Kapital Bank“ ASC-də Şahid2 adına açılmış hesaba 05 oktyabr 2018-ci il tarixdən 14 sentyabr 2022-ci il tarixədək köçürülmüş əmək pensiyası təyinatlı pul vəsaitinin istifadə edilməsi üçün təqdim edilmiş “Kapital Bank“ ASC-yə aid 676867******9727 nömrəli plastik kartdan həmin pul vəsaitlərini, o cümlədən, qeyd edilən hesaba 2018-ci ilin oktyabr ayında 378,34 manat, noyabr ayında 378,34 manat, dekabr ayında 378,34 manat, 2019-cu ilin yanvar ayında 378,34 manat, fevral ayında 389,70 manat, mart ayında 384,02 manat, aprel ayında 384,02 manat, may ayında 384,02 manat, iyun ayında 384,02 manat, iyul ayında 384,02 manat, avqust ayında 384,02 manat, sentyabr ayında 384,02 manat, oktyabr ayında 389 manat, noyabr ayında 389 manat, dekabr ayında 389 manat, 2020-ci ilin yanvar ayında 389 manat, fevral ayında 455,40 manat, mart ayında 422,20 manat, aprel ayında 422,20 manat, may ayında 422,20 manat, iyun ayında 422,20 manat, iyul ayında 422,20 manat, avqust ayında 422,20 manat, sentyabr ayında 422,20 manat, oktyabr ayında 233,20 manat, noyabr ayında 233,20 manat, dekabr ayında 233,20 manat, 2021-ci ilin yanvar ayında 233,20 manat, fevral ayında 286,36 manat, mart ayında 259,78 manat, aprel ayında 259,78 manat, may ayında 259,78 manat, iyun ayında 259,78 manat, iyul ayında 259,78 manat, avqust ayında 259,78 manat, sentyabr ayında 259,78 manat, oktyabr ayında 259,78 manat, noyabr ayında 259,78 manat, dekabr ayında 259,78 manat, 2022-ci ilin yanvar ayında 259,78 manat, fevral ayında 327,45 manat, mart ayında 268,62 manat, aprel ayında 318,62 manat, may ayında 268,62 manat, iyun ayında 268,62 manat, iyul ayında 318,62 manat, avqust ayında 268,62 manat, sentyabr ayında 268,62 manat olmaqla, ümumilikdə 48 ay üzrə köçürülmüş cəmi 15.942,53 manat (on beş min doqquz yüz qırx iki manat əlli üç qəpik) məbləğində pul vəsaitini şəxsən və Təqsirləndirilən şəxs1 vasitəsilə Saatlı rayonu ərazisində yerləşən bankomatdan 2018-ci ilin oktyabr ayından 2022-ci ilin sentyabr ayının 15-dək olan müddət ərzində çıxarmaqla nağdlaşdıraraq Təqsirləndirilən şəxs1 ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, aldatma yolu ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon fililalına məxsus cəmi 15.942,53 manat (on beş min doqquz yüz qırx iki manat əlli üç qəpik) manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vahid niyyətlə ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində bilə-bilə hüquq verən saxta vəsiqədən qanunsuz olaraq istifadə etmişdir. Saatlı Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 1(055)-26/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilərək barəsində olan cinayət təqibinə həmin hissədə xitam verilmişdir. Məhkəmə baxışı iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 2018-ci ildə Saatlı rayonunun Dədə Qorqud kənd sakini Təqsirləndirilən şəxs2 ona yaxınlaşaraq bacısı Şahid2 yaşa görə əmək pensiyasının təyin olunmasında köməklik göstərməyini xahiş etmiş, o da Ayazdan Naziləyə aid sənədləri, o cümlədən şəxsiyyət vəsiqəsini istəmişdir. Ayaz, Naziləyə aid onlarda hər hansı sənədin, o cümlədən şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnaməsinin olmadığını bildirmişdir. Ayazın deməsinə görə bilmişdir ki, Nazilə uzun müddət rayonda "Ukrayna" adına kolxozda işləmiş, hər hansı təhsili olmamış və eləcə də heç vaxt şəxsiyyət vəsiqəsi almamışdır. O, Ayaza Saatlı Rayon Polis Şöbəsinə müraciət etmələrini tövsiyə etmişdir. Polis əməkdaşı onlara şəxsiyyət vəsiqəsində Nazilənin təvəllüdünün artırıla biləcəyini və bununla da Nazilənin yaşa görə pensiyaya çıxmaq hüququ yaranacağını demişdir.Ayaz bu barədə ona dedikdən sonra o, Saatlı RPŞ-nin pasport və qeydiyyat bölməsinin əməkdaşı Vüqarla mobil telefonla əlaqə saxlamış və onunla Saatlı rayon Polis şöbəsinin arxa tərəfində təklikdə görüşmüşdür. Vüqar da Nazilənin təvəllüdünü artırıb şəxsiyyət vəsiqəsində təvəllüdünün 1956-cı il kimi göstərilməsinə görə 1.200 manat pul istəmişdir. O da 2018-cin avqust ayının axırlarında və ya sentyabr ayının əvvəllərində Saatlı rayonu ərazisində yerləşən "xxxx"ın inzibati binasının qarşısında Vüqara 1.200 manat pul vermişdir. Təxminən bir həftəyə Naziləyə şəxsiyyət vəsiqəsi verilmişdir. Daha sonra Nazilə adından ona etibarnamə vermişdir ki, o, Nazilənin adından yaşa görə əmək pensiyası almaq üçün DSMF-nin Saatlı rayon şöbəsinə müraciət etsin. Etibarnamə ona verildikdən sonra o, müvafiq sənədləri, o cümlədən Şahid2 "Ukrayna" adına kolxozda işləməsinə dair arxiv arayışını DSMF-nin Saatlı rayon şöbəsinə təqdim etmişdir. DSMF-nin Salah Əzizov adlı əməkdaşı ondan Naziləyə əmək pensiyasının təyin olunması müqabilində 3.000 manat pul istəmiş, o da razılaşmışdır. Bir neçə gün keçdikdən sonra Naziləyə pensiya təyin olunmuş və pensiya təyin olunduqdan sonra öz adına bankdan 4.000 manat məbləğində kredit götürmüş və ona təxminən 4.500 manat pul verilmişdir. Həmin puldan 3.000 manatı Salaha vermiş, əlavə olaraq pensiya təyin olunması işlərində büdcə rüsumlarının verilməsinə və sair xərclərə sərf olunmuşdur. Hazırda zərərçəkmiş şəxsə dəyən maddi ziyanı tam olaraq ödənilmişdir. Dəymiş ziyanın ödənilməsini, özünün və arvadının xəstə olmasını nəzərə alıb ona yüngül təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamlarla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, böyük bacısı Nazilə həm onun evində, həm də qonşuluqda yerləşən qardaşı Rafaelin evində yaşayır. Bacısı ailə həyatı qurmadığına görə o və qardaşı Rafael ona baxırlar. Bir neçə il əvvəl bacısı Naziləyə pensiya düzətmək üçün tanışı Təqsirləndirilən şəxs1 müraciət etmiş və o da DSMF-də və polisdə əlaqələrinin olmasını bildirib bacısı Naziləni yaşa görə pensiyaya çıxarda biləcəyini bildirmişdir. Bundan sonra o, Şahinlə razılaşmış və Şahindən işi düzəltməsini xahiş etmişdir. Şahin də bacısına aid sənədləri ondan almışdır. Sənədləri Şahinə təqdim etdikdən sonra pullarının olmadığını, iş həll olduqdan sonra bacısının adına kredit götürüb pulu verə biləcəyini bildirmişdir. Şahin də onunla razılaşmış və bütün pulu özü verəcəyini və daha sonra kredit götürüb qaytarmalı olduğunu demişdir. Bundan sonra Şahin şəxsiyyət vəsiqəsinin düzəldilməsi üçün 1.200 manat və pensiya almaq üçün isə 3.000 manat pul verdiyini bildirmişdir. Bacısının pensiyası düzəldikdən sonra o, bacısının adına kredit götürmüş və həmin pulu Şahinə təqdim etmişdir. 2018-ci ilin sentyabr ayından bacısı Şahid2 yaşa görə pensiya almışdır. Hazırda zərərçəkmiş şəxsə dəyən maddi ziyanı tam olaraq ödənilmişdir.Bundan başqa, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etmiş və müharibə veteranıdır. Odur ki, göstərdiklərinin nəzərə alınıb ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməlləri, onların özlərinin səmimi etirafları ilə yanaşı, iş üzrə dindirilmiş şahid ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada sübuta yetirilir. Zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsinin nümayəndəsi Nümayəndə1 əvvəlki məhkəmə icasında göstərmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qızına qarşı mülki iddianı müdafiə edir və təmin olunmasını xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, neçə illərdir ki, qardaşları Ayaz və X10 kəndindəki evlərində yaşayır. Onların evləri qonşuluqda yerləşdiyinə görə bir müddət Ayazgilin, bir müddət isə Rafaelgilin evində qalır. Hazırda pensiya almır. Bir neçə il bundan əvvəl evdə olan vaxt Təqsirləndirilən şəxs1 gəlib ona pensiya düzəldə biləcəyini demiş, o da razılaşmışdır. Bir neçə müddət keçdikdən sonra həmin adam ona Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsinə getməsini bildirmişdir. O da oraya getmiş və orada ona imza etmək üçün bəzi sənədlər vermişlər. O, imza edə bilmədiyinə görə bəzi sənədləri əvəzindən Şahin imzalamışdır. DSMF-nin əməkdaşları bəzi sənədlərdə mütləq qaydada onun imzası tələb olunduğunu demişlər. O da onların dediyi sənədlərdə imza əvəzinə cızma-qara bir şey çəkmişdir. Daha sonra isə DSMF-dən ona pensiya almaq üçün kart vermişlər. O isə həmin kartı həm onun, həm də ailələrinin ehtiyaclarını qarşılamaq üçün qardaşı Ayazla Rafaelə vermişdir. Şəxsiyyət vəsiqəsini hansı tarixdə və haradan almağını bilmir. Şəxsiyyət vəsiqəsini ona qardaşı təqdim etmişdir. İş üzrə şahid qismində dindirilmiş X2 Şahid2 ilə eyniməzmunlu ifadə verdi. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2004-cü ilin avqust ayının 18-dən polis orqanlarına qəbul olunmuş və 2018-ci ilə kimi müxtəlif vəzifələrdə xidmət aparmışdır. 2018-ci ildən 2023-cü ilin fevral ayının 2-nə kimi isə Saatlı RPŞ-nin qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupunun kiçik inspektoru vəzifəsində işləmişdir. 2023-cü ildə hazırda istintaq edilən cinayət işi üzrə Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar idarəsindən yoxlama gəlmiş və 02 fevral 2023-cü ildə xidmətdən xaric edilmişdir. Vəzifəsi ərizə anket məlumatlarında göstərilən məlumatların düzgün formada məlumat bazasına yerləşdirməklə çap edilməsindən ibarət olmuşdur. 2018-ci ilin avqust ayının sonlarında xidmətdə olduğu zaman aidiyyatı üzrə şöbədə baş inspektor işləmiş Mirəflan Məmmədov tərəfindən doldurulmuş ərizə anket vəsiqələrin çap edilməsi üçün ona təqdim edilmişdir. O da həmin ərizə anket məlumatlarına əsasən sənədləri məlumat bazasına qəbul etmişdir. Daxil edilmiş məlumat əsasında çap edilmiş vəsiqələr tərəfindən ərizə anketlərin üzərinə tikilərək baş inspektora təqdim edilmişdir. Bundan sonra isə heç nədən məlumatı olmamışdır. Sonradan öyrənmişdir ki, həmin vaxt çap edilmiş şəxsiyyət vəsiqələrindən biri vətəndaş Şahid2 məxsus olmuşdur və həmin qadının doğum tarixi 1960-cı il olduğu halda 1956-cı il kimi çap edilmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, həmkəndlisi Şahid2 saxta sənədlər əsasında pensiya təyin olunması barədə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinə o müraciət etmişdir.Şahid2 kiçik bacısı Yazgül Mirzəyevaya saxta sənədlər əsasında pensiya təyin olunması və yaşının saxtalaşdırması haqqında Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi istintaq olunmuşdur, həmin araşdırma üzrə ilkin məlumatı o vermişdir. X3 pensiyasını qanunsuz olaraq Təqsirləndirilən şəxs1 hazırlatdığı müəyyən edilmişdir. İşdə olan Saatlı rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Şahid2 20 iyun 1960-cı ildə Saatlı rayonu Bayramovka kəndində anadan olmuş, bu barədə 20 iyun 1960-cı il tarixdə Saatlı rayon Dədə Qorqud KİN 65 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. İşdə olan "xxxx" ASC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında 15 mart 2023cü il tarixli protokoldan görünür ki, Şahid2 aid plastik bank kartından ilk dəfə xx.xx.2018-ci il tarixdə bankomatdan Təqsirləndirilən şəxs2 tərəfindən pul çıxarılmış və görüntülərdə öz əksini tapmışdır. Bundan sonra həmin plastik kartdan yenə Təqsirləndirilən şəxs2 tərəfindən pullar çıxarılmışdır. İşdə olan "xxxx" ASC-dən daxil olmuş ödəniş kartı üzrə çıxarışdan görünür ki, Şahid2 676867******9727 nömrəli bank kartına xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 15.942,53 manat məbləğdə pul mədaxil olunaraq, xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 15.942,53 manat məbləğdə pul məxaric olunmuşdur. İşdə olan 03 fevral 2023-cü il tarixli mobil telefona baxış keçirilməsi protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus “Samsung” telefonun saxlanma yaddaşında “Vuqar.pasport.1.” adı ilə qeyd edilmiş +99***-***-**-** mobil nömrəsi ilə müxtəlif vaxtlarda mütəmadi olaraq danışıqlar aparılmışdır. Baxış iştirakçısı Təqsirləndirilən şəxs1 həmin adla qeyd edilmiş şəxsin Saatlı RPŞ-nin şəxsiyyət vəsiqəsi və qeydiyyat qrupunun inspektoru olmuş Şahid1 olduğunu bildirmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1la Şahid1 arasındakı “Whatsapp” sosial şəbəkəsindəki danışıqlar xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan dövrü əhatə edir. Müfəssəl baxış keçirdikdə görünür ki, 22 noyabr 2022-ci il tarixdə saat 12:27-də “Vuqar.pasport.1.” Təqsirləndirilən şəxs1 zəng edir və aralarında 8:58-saniyə danışıq olur. Həmçinin, xx.xx.2022-ci il tarixdə aralarında 2 dəfə telefon zəngi, xx.xx.2022-ci il tarixdə 3 telefon zənginin olması da müəyyən olunur. Baxış iştirakçısı Təqsirləndirilən şəxs1 telefon danışıqları siyahısında olan +99***-***-**-** saylı mobil nömrənin də Şahid1 məxsus olduğunu bildirir. Həmin nömrə ilə xx.xx.2022-ci il tarixdə 2 dəfə zəng edildiyi görünür. 03 dekabr 2022-ci il tarixdə saat 17:40da “+99***-***-**-**” saylı mobil nömrə Təqsirləndirilən şəxs1 zəng edir və aralarında 7:08saniyə danışıq olur. 06 dekabr 2022-ci il tarixdə saat 14:23-da “Vuqar.pasport.1.” Təqsirləndirilən şəxs1 zəng edir və aralarında 2:58-saniyə, saat 15:10-da “Vuqar.pasport.1.” Təqsirləndirilən şəxs1 zəng edir və aralarında 1:37-saniyə danışıq olur. 07 dekabr 2022-ci il tarixdə saat 20:31-də Təqsirləndirilən şəxs1 “Vuqar.pasport.1.”ə zəng edir və aralarında 7:08-saniyə danışıq olur. 09 dekabr 2022-ci il tarixdə saat 19:19-da “Vuqar.pasport.1.” Təqsirləndirilən şəxs1 zəng edir və aralarında 35:31-saniyə danışıq olur. Həmçinin, 10 dekabr 2022-ci il tarixdə saat 11:54-də Təqsirləndirilən şəxs1 “Vuqar.pasport.1.”ə zəng edir və aralarında 5:45-saniyə danışıq olur. İşdə olan xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, Şahid2 xx.xx.2019cu il tarixdə 48 ay müddətinə "xxxx"dan illik 27.84 faizlə 4.000 manat məbləğində pulu kredit götürmüşdür. İşdə olan Saatlı Rayon Polis Şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZE seriyalı, 17674377 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Şahid2 xx xxxx 1956-cı ildə Saatlı rayonu Bayramovka kəndində anadan olmuşdur. İşdə olan Azərbaycan Respublikası Dövlət Arxivinin Şirvan filialının 14 sentyabr 2022-ci il tarixli arayışından görünür ki, Şahid2 1973-cü ildən 1999-cu ilə qədər Saatlı rayon “Ukrayna” adına kolxozda kolxozçu vəzifəsində işləmişdir. İşdə olan 05 dekabr 2022-ci il tarixli “Elektron notariat” Avtomatlaşdırılmış İnformasiya sistemindən çıxarışdan görünür ki, Şahid2 xx.xx.2018-ci ildə Təqsirləndirilən şəxs1 bütün notariat hərəkətlərində iştirak etmək, əmlakı idarə etmək, sərəncam vermək, sənədləri imzalamaq və s barədə etibarnamə vermişdir. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial X9 Mirzəyevaya məxsus 762404 nömrəli pensiya işindən görünür ki, Saatlı rayon şöbəsinin pensiya təyin edən komissiyanın xx.xx.2018-ci il tarixli qərarından Şahid2 həmin dövrdə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən xx.xx.2016-cı il tarixdən yəni “60 yaşdan” hesablanmaqla ömürlük olaraq aylıq 171,5 manat əmək pensiyası təyin edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, 15.942,53 manat Təqsirləndirilən şəxs1 tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına ödənilmiş və tərəfimdən qəbul edilmiş həmin tarixli qərarla həmin vəsait iş üzrə vurulmuş ziyanın ödənişi kimi nəzərə alınmış və Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabında saxlanılır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Saatlı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 320.2-ci maddəsi ilə təqsirli bilinərək 01 il islah işi cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixli amnistiya aktının tətbiq edilməsi barədə qərara əsasən cəzadan azad edilmişdir. İşdə olan arayış və xasiyyətnamdən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yerindən müsbət xarakterizə olunur. İşdə olan arayış və xasiyyətnamdən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yerindən müsbət xarakterizə olunur. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qızının qeyd olunan cinayət əməllərini yuxarıda şərh olunan qaydada törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4 və 320.2-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Lakin Saatlı Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 1(055)-26/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilərək barələrində olan cinayət təqibinə həmin hissədə xitam verildiyi üçün onlar, yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Təqsirləndirilən şəxs1 bilə-bilə saxta sənəddən istifadə etmə cinayətini qabaqcadan əlbir olmuş bir qrup şəxslə törətməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.3cü maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Təqsirləndirilən şəxs1 cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə, hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkmələrini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, özünün və arvadının xəstəlikdən əziyyət çəkməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 bilə-bilə saxta sənəddən istifadə etmə cinayətini qabaqcadan əlbir olmuş bir qrup şəxslə törətməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.3-cü maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Təqsirləndirilən şəxs2 cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə, hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və müharibə veteranı olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddələrin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsi mülki iddiaçı kimi tanınmış və 05 oktyabr 2018-ci il tarixdən 03 aprel 2023-cü il tarixədək olan müddət ərzində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlləri nəticəsində ümumilikdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsinə 17.780,03(on yeddi min yeddi yüz səksən sıfır üç) manat maddi ziyan dəydiyini və mülki iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş materialarında olanxx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, 15.942,53 manat Təqsirləndirilən şəxs1 tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına ödənilmiş və istintaq orqanının müvafiq qərarı ilə həmin vəsait iş üzrə vurulmuş ziyanın ödənişi kimi nəzərə alınmış və Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabında saxlanılır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 mülki iddia ilə bağlı ifadələrində göstərdilər ki, mülki iddianı ittiham aktında göstərilən məbləğdə qəbul edirlər və həmin hissədə təmin olunmasına etirazları yoxdur. Azərbaycan Respublikası CPM-nin 83.2-ci maddəsinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Həmin Məcəllənin 354-cü maddəsinə görə məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi (354.1.1), iddianın rədd edilməsi (354.1.2) və ya iddianın baxılmamış saxlanması (354.1.3) haqqında qərar qəbul edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına görə yalnız mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmadıqda və yaxud ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olduqda və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildikdə, məhkəmə əsaslandığı motivləri hökmün təsviri-əsaslandırıcı hissəsində göstərməklə mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddianın baxılmamış saxlanılmasına dair qərar qəbul edə bilər. Odur ki, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mülki iddia qismən təmin olunmalı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi məqsədilə zərərçəkmiş şəxsə verilməsi üçün könüllü olaraq təqdim etdikləri 15.942,53 manat (on beş min doqquz yüz qırx iki manat əlli üç qəpik) pul vəsaiti Azərbaycan Respublikası Baş Prokrorluğunun depozitindən götürülərək mülki iddiaçı(zərərçəkmiş hüquqi şəxs) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsə ödənilməli, mülki iddianın qalan hissəsi baxılmamış saxlanılmalı, baxılmamış saxlanılmış mülki iddianın sonradan mülki mühakimə icraatı qaydasında verilə bilməsi hüququ mülki iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsinə izah edilməlidir. Şahid2 adına Saatlı Rayon Polis Şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsi və Şahid2 adına “Kapital Bank “ ASC tərəfindən verilmiş 676867*****9727 nömrəli plastik kart, "xxxx" ASC-dən götürülmüş Şahid2 aid bank kartı üzrə çıxarışlar və 01 ədəd disk və DSMF-dən daxil olmuş Şahid2 məxsus pensiya işi maddi sübut kimi cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşadığı yerə əsasən Saatlı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs2 qeydiyyatda olduğu və yaşadığı yerə əsasən Saatlı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia qismən təmin olunsun. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi məqsədilə zərərçəkmiş şəxsə verilməsi üçün könüllü olaraq təqdim etdikləri 15.942,53 manat (on beş min doqquz yüz qırx iki manat əlli üç qəpik) pul vəsaiti Azərbaycan Respublikası Baş Prokrorluğunun depozitindən götürülərək mülki iddiaçı(zərərçəkmiş hüquqi şəxs) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsə ödənilsin. Mülki iddianın qalan hissəsi baxılmamış saxlanılsın. Baxılmamış saxlanılmış mülki iddianın sonradan mülki mühakimə icraatı qaydasında verilə bilməsi hüququ mülki iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsinə izah edilsin. Şahid2 adına Saatlı Rayon Polis Şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsi və Şahid2 adına “Kapital Bank “ ASC tərəfindən verilmiş 676867*****9727 nömrəli plastik kart, "xxxx" ASC-dən götürülmüş Şahid2 aid bank kartı üzrə çıxarışlar və 01 ədəd disk və DSMF-dən daxil olmuş Şahid2 məxsus pensiya işi maddi sübut kimi cinayət işi materiallarında saxlanılsın. Hökmdən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar