Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-27/2023 30.05.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X12, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs iştirakı ilə saat 10:55-də xx xxxx 1983-cü il tarixdə Saatlı rayonunun Əlisoltanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, himayəsində iki nəfər azyaşlı uşağı olan, məhkum olunmamış, Saatlı Rayon Polis Şöbəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupunun kiçik inspektoru vəzifəsində işləmiş, hazırda işləməyən, Saatlı rayonu Bəylər kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 308.1, 32.4, 313 və 312-1.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs şəxsin 61 yaşına çatdıqdan sonra əmək pensiyası hüququnun yaranması və bundan sonra əmək pensiyasının təyin olunması üçün kağız üzərində və ya elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna, yaxud Fondun şəhər (rayon) şöbələrinə müraciət edə bilmək hüququnun yaranmasına baxmayaraq, 2018-ci ilin sentyabr ayının əvvəllərində istintaqla müəyyən edilməyən şəraitdə ölməsi ilə əlaqədar barəsində cinayət təqibinə xitam verilmiş Zərərçəkmiş şəxs-nin qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupunun baş inspektoru X9 müraciət edib Nazilə Mirzəyevanın 20 iyun 1960-cı il tarixdə doğulmasına baxmayaraq, guya 1956-cı il tarixdə doğulmasına dair məlumatların Milli Avtomatlaşdırılmış Pasport Sistemi üzrə məlumat bazasına daxil edilməsinə, Mirəflan Məmmədovu xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxs olan Nazilə Mirzəyeva üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməyə və informasiya resursuna bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığına təhriki əsasında Mirəflan Məmmədov tərəfindən həmin şöbənin Saatlı şəhəri Heydər Əliyev prospekti 96 ünvanında yerləşən inzibati binasındakı xidməti otaqda quraşdırılmış kompüter vasitəsi ilə Nazilə Mirzəyevanın yaşa görə pensiya ala bilməsi üçün xx.xx.2018-ci il tarixdə 1956-cı ildə doğulmasına dair bilə-bilə yalan məlumatları informasiya resursu sayılan Milli Avtomatlaşdırılmış Pasport Sistemi üzrə məlumat bazasına daxil edilməsinə və X20 Rayon Polis Şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə AZE seriyalı, 18057311 nömrəli şəxsiyyət vəsiqəsinin verilməsinə nail olub Mirəflan Məmmədovu Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin informasiya resurslarının formalaşdırılması, uzlaşdırılması və istifadəsi, onun istismarına, təhlükəsizlik və inkişaf tədbirləri üzrə kompleks prosedurları sahəsində aparılan səmərəli fəaliyyətə kölgə salaraq qeyd edilən qurumun, Saatlı Rayon Polis Şöbəsinin qanunla qorunan mənafeyinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə və informasiya resursuna bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığına təhrik etmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 308.1, 32.4, 313 və 312-1.1-ci maddələri ilə ittiham irəli sürülmüşdür ondan ötəri ki, o, şəxsin 60 yaşına çatdıqdan sonra əmək pensiyası hüququnun yaranması və bundan sonra əmək pensiyasının təyin olunması üçün kağız üzərində və ya elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna, yaxud Fondun şəhər (rayon) şöbələrinə müraciət edə bilmək hüququnun yaranmasına baxmayaraq, 20 iyun 1960-cı il tarixdə anadan olmaqla yaşa görə pensiya almaq hüququ olmayan, Saatlı rayonu Dədə Qorqud kəndində qeydiyyatda olmaqla yaşayan X3 şəxsiyyət vəsiqəsində yaşını artırmaqla köməklik göstərilməsi ilə bağlı tanışı Şahid1 vasitəsi ilə Şahid2 2018-ci ilin avqust ayında özünə müraciəti ilə əlaqədar özünün Zərərçəkmiş şəxs-nin qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupunda işləməklə qeyd edilən qrupun rəhbər vəzifəli şəxsləri ilə yaxın münasibətinin olmasını, həqiqi təsir imkanlarından istifadə edərək həmin qrupun baş inspektoru olmaqla təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs olan X8 Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin 2.7-ci bəndinin tələblərinə zidd olaraq vəsiqə verən orqanın məsul əməkdaşı kimi vətəndaşın şəxsiyyət vəsiqəsinin verilməsi barədə ərizə-anketinin düzgün doldurulduğunu vətəndaşdan əlavə sənəd tələb etmədən, İAMAS-da toplanılan və Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri, X26 Sistemi və digər dövlət informasiya resursları tərəfindən İAMAS-a təqdim olunan məlumatlar əsasında yoxlamadan Nazilə Mirzəyevanın doğum tarixinin “xx.xx.1956-cı il” kimi göstərilməsi ilə bağlı qərarına qanunsuz təsir etmək imkanına malik olmasını bildirib, bunun üçün Şahid1 vasitəsi ilə Şahid2 maddi nemət olan 1200 manat məbləğində pul vəsaitini özü üçün birbaşa yolla istəyib, Şahid1 vasitəsi ilə 2018-ci ilin avqust ayının sonlarında Saatlı rayonu ərazisində yerləşən "xxxx"ın qarşısında 1200 manat məbləğində pul vəsaitini özü üçün birbaşa yolla alaraq, şəxsi ehtiyaclarına sərf edib, cinayətkar niyyətinin realizəsinə davam edərək, 2018-ci ilin sentyabr ayının əvvəllərində istintaqla müəyyən edilməyən şəraitdə ölməsi ilə əlaqədar barəsində cinayət təqibinə xitam verilmiş Zərərçəkmiş şəxs-nin qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupunun baş inspektoru X9 müraciət edib Nazilə Mirzəyevanın 20 iyun 1960-cı il tarixdə doğulmasına baxmayaraq, Nazilə Mirzəyevanın guya 1956-cı il tarixdə doğulmasına dair məlumatların Milli Avtomatlaşdırılmış Pasport Sistemi üzrə məlumat bazasına daxil edilməsinə və buna görə Şahid1 vasitəsi ilə Şahid2 pul vəsaiti istəməsini və almasını ondan gizlətməklə, bildirməsinə əsasən, Mirəflan Məmmədovun razılığını almaqla onunla sövdələşib, Mirəflan Məmmədovu xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxs olan Nazilə Mirzəyeva üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməyə və informasiya resursuna bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığına təhriki əsasında Mirəflan Məmmədov tərəfindən həmin şöbənin Saatlı şəhəri Heydər Əliyev prospekti 96 ünvanında yerləşən inzibati binasındakı xidməti otaqda quraşdırılmış kompüter vasitəsi ilə Nazilə Mirzəyevanın yaşa görə pensiya ala bilməsi üçün xx.xx.2018-ci il tarixdə 1956-cı ildə doğulmasına dair bilə-bilə yalan məlumatları informasiya resursu sayılan Milli Avtomatlaşdırılmış Pasport Sistemi üzrə məlumat bazasına daxil edilməsinə və X20 Rayon Polis Şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə AZE seriyalı, 18057311 nömrəli şəxsiyyət vəsiqəsinin verilməsinə nail olub Mirəflan Məmmədovu Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin informasiya resurslarının formalaşdırılması, uzlaşdırılması və istifadəsi, onun istismarına, təhlükəsizlik və inkişaf tədbirləri üzrə kompleks prosedurları sahəsində aparılan səmərəli fəaliyyətə kölgə salaraq qeyd edilən qurumun, Saatlı Rayon Polis Şöbəsinin qanunla qorunan mənafeyinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə və informasiya resursuna bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığına təhrik etmiş, qeyd edilənlərlə əlaqədar Mirəflan Məmmədovun qərarına qanunsuz təsir göstərimişdir (nüfuz alveri etmişdir). Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Şahid1 2022-ci ilin oktyabr- noyabr aylarında ona zəng edərək onun rəhbəri olmuş, hazırda rəhmətə gedən Mirəflan Məmmədovla görmüş olduğu sənəd işinin üstünün açıldığını, işin korrupsiyaya qarşı mübarizə idarəsində olduğunu, gedib onu yoluna qoymasını demişdir. Şahid1 təxminən 3 il bundan əvvəl Mirəflan Məmmədovun sağlığında onunla belə bir saxta sənəd işi üstündə korrupsiyaya qarşı mübarizə idarəsində cinayət işi olmuşdur. Şahid1 Nazilə Mirzəyevanın bacısına bu cür saxta şəxsiyyət vəsiqəsini Mirəflan Məmmədovla düzəltmiş, həmin işin də üstü açıldıqdan sonra Şahinin barəsində cinayət işi olmuş və həmin cinayət işinin istintaqı zamanı Şahin özü şəxsiyyət vəsiqəsi ilə bağlı pulu Mirəflana verdiyini bildirmişdir. Həmin işin istintaqı zamanı Mirəflan Məmmədov rəhmətə getmiş, cinayət işi üzrə Saatlı Rayon Məhkəməsinin hökmü ilə Şahid1 cəza verilmişdir. Şahin ona görə ona zəng etmişdir ki, o, həmin vaxt Saatlı Rayon Polis Şöbəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupunda işləmişdir, ona görə də ya bu məsələni yoluna qoymalıdır, ya da Şahinə kömək etməlidir. O da Şahinə o işin ona heç bir dəxli olmadığını, onun özünün kiminləsə saxta sənəd işi görməsini, ondan pul qazanıb cibinə qoymasını bildirib, ona niyə kömək etməli olduğunu soruşmuşdur. Amma buna baxmayaraq Şahin ondan əl çəkməmiş, dəfələrlə ona zəng edərək narahat etməyə başlamış, onu təhdid etmişdir. Lakin, həmin vaxt o, Şahinə qarşı insanlıq etmiş, yəni Şahinin onu telefonda şantaj etmələrini bir polis əməkdaşı olaraq yuxarı rəhbərliyə məlumat verməmişdir, əgər vaxtında rəhbərliyə məlumat versə idi, bu iş onun başına gəlməzdi. Şahid1 polis şöbəsinə gəlməmiş, onunla ancaq telefonla “WhatsApp”da danışmışdır. Onun da Şahinlə məhz “WhatsApp”da danışmasının səbəbi Şahinin ona həmişə “WhatsApp”da zəng etməsi olmuş, o da cavab olaraq Şahinə “WhatsApp”da zəng etmişdir. Bundan başqa, Şahin onunla danışanda 25-30 dəqiqə danışdığı üçün o da məcbur olub adi telefonla müqayisədə danışdıqları müddət pulsuz olsun deyə “WhatsApp”da ona cavab zəngi etmişdir. Saatlı Rayon Polis Şöbəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupunda Mirəflan baş inspektor, o isə kiçik inspektor olmuşdur, onlardan başqa pasport qeydiyyatında işləyən olmamışdır. Ərizə-anket və ona əlavə edilmiş sənədlər baş inspektor tərəfindən yoxlanılmış, uyğunluq təsdiq edildikdən sonra təxminən 30-40 belə sənədlər toplu halda kiçik inspektora təqdim edildikdən sonra kiçik inspektorun da vəzifəsi həmin qeydləri məlumat bazasına daxil edib, şəxsiyyət vəsiqəsini çap edib baş inspektora vermək olmuşdur. Ərizə-anketdə nə yazılmışdırsa və həmin anketi baş inspektor uyğun hesab etmişdirsə, orada qeyd olunanlar şəxsiyyət vəsiqəsindəki məlumat kimi kompüterə işlənilmişdir. Ərizə-anketi əslində vətəndaş özü yazmalı olmuşdur, amma baş inspektorun ərizə-anketi kimə yazdırmasını, harada yazdırmasını o bilməmiş, Mirəflan Məmmədov anketin uyğunluğunu yoxlayıb təsdiq etdikdən sonra ona vermişdir. Nazilə Mirzəyevanın həmin vaxta qədər şəxsiyyət vəsiqəsi olmamışdır, həmin vəsiqə onun birinci şəxsiyyət vəsiqəsi olmuşdur və anketdə də Nazilənin təvəllüdünün 1956 və ya 1960-cı il qeyd olunması barədə məlumat olmamışdır. O, həmin vaxt rəhbərliyin başqa işlərini icra etmişdir, kompüter arxasında oturub nəsə iş görməsi, Nazilə Mirzəyevanın anket sənədinin ona verilməsi və ya onun tərəfindən Nazilə Mirzəyevanın anket məlumatlarının kompüterə işlənməsi yadına gəlmir. O, Şahid1 pul almamış, almadığına görə də hesab etmişdir ki, hazırda barəsində olan cinəyət işində onun heç bir təqsiri yoxdur. Göstərdiklərini nəzərə alaraq məhkəmədən ona köməklik olunmasını xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri iş üzrə dindirilmiş zərər çəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla təsdiq olunur. Belə ki, zərər çəkmiş hüquqi şəxs olan Saatlı Rayon Polis Şöbəsinin nümayəndəsi Nümayəndə ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 2004-cü ildə Saatlı Rayon Polis Şöbəsində xidmətə qəbul edilmiş, 2022-ci ilin sonuna kimi işləmişdir. Təqsirləndirilən şəxs barəsində bu məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin daxili tədqiqat idarəsi tərəfindən daxili yoxlama aparılmış və həmin yoxlamanın nəticəsinə əsasən hazırki cinayət işində qeyd olunan qanun pozuntularına görə xidmətdən xaric olunmuşdur. O, Təqsirləndirilən şəxslə on ilə yaxın müddətə bir orqanda çalışan əməkdaş kimi deyə bilər ki, Vüqar nizamintizamlı əməkdaş olmuş, xidmətinə vicdanla yanaşan, dövlətə sadiq bir əməkdaş kimi işləmişdir. Buna baxmayaraq, Təqsirləndirilən şəxs barəsində Daxili İşlər Nazirliyinin daxili tədqiqat idarəsi tərəfindən aparılan yoxlamada şəxsən o iştirak etməmişdir, lakin nəticə olaraq ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs işlədiyi müddətdə yaşa görə pensiya almaq hüququ olmayan Nazilə Mirzəyevanın şəxsiyyət vəsiqəsində yaşını artırmağa köməklik göstərməsi ilə bağlı tanışı Şahid1 vasitəsi ilə saxta şəxsiyyət vəsiqəsinin hazırlanmasında təqsirli bilinmişdir. Bu hal Daxili İşlər Nazirliyinin daxili tədqiqat idarəsinin daxili yoxlama sənədləri ilə müəyyən edildikdən sonra DİN daxili tədqiqat idarəsi həmin sənədləri Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin istintaq idarəsinə göndərmiş və aparılmış istintaqla da Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 308.1, 32.4, 313 və 312- 1.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi açılandan sonra Saatlı Rayon Polis Şöbəsi zərər çəkmiş hüquqi şəxs kimi tanınmışdır. Təqsirləndirilən şəxs tərəfindən cinayət işinin materialları ilə dövlətin mənafeyinə zidd hərəkətlər törədilməsi halı sübut olunur, lakin həmin cinayətdə kiçik inspektor kimi yalnız Təqsirləndirilən şəxs deyil, o zaman baş inspektor vəzifəsində işləmiş, lakin hazırda rəhmətə gedən Mirəflan Məmmədovun da təqsiri olmuşdur. Təqsirləndirilən şəxs o zaman rəhbəri olmuş Mirəflan Məmmədovun iştirakı olmadan saxta şəxsiyyət vəsiqəsi hazırlaya bilməzdi. Nazilə Mirzəyevanın şəxsiyyət vəsiqəsinin saxtalaşdırılması vaxtı Təqsirləndirilən şəxs kiçik inspektor kimi vəzifə bölgüsü müvafiq əmrlə təsdiq olunmamışdır. Hazırda Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Vüqarı adi işçi kimi çoxdan tanımış, bu tanışlığa görə də Nazilənin bacısının işini də Vüqarla görmüşdür. O, Təqsirləndirilən şəxslə 2018-ci ilin avqust ayında polis şöbəsinin arxa qapısının yanında görüşmüş və ona Nazilənin yaşının artırılması ilə bağlı şəxsiyyət vəsiqəsi lazım olduğunu, heç bir sənədinin də olmadığını demişdir. Vüqar da bunun müqabilində ona 1200 manat pul verməli olduğunu demişdir. Həmin vaxt Vüqar bununla bağlı kiminləsə məsləhətləşməmiş, nə də ki kiminləsə məsləhətləşməsindən xəbəri olmamışdır. Bundan 1-2 gün sonra “Kapitalbank”ın qarşısında Vüqarla görüşmüş, 1200 manat pulu Vüqara vermişdir. O, Nazilənin qardaşı Rafayıl ilə görüşüb ona bu barədə məlumat vermiş, Rafayıl da razılaşmışdır. Amma Nazilənin pulu olmadığı üçün 1200 manatı Vüqara özündən vermişdir, şəxsiyyəti alandan sonra da Nazilə öz adına kredit götürüb onun pulunu qardaşı Ayazın vasitəsi ilə qaytarmalı olmuşdur. O, 1200 manat pulu Vüqara verdikdən təxminən bir həftə sonra Vüqar Nazilənin 1956-cı il təvəllüdlü olmasına dair şəxsiyyət vəsiqəsini ona vermiş, sonra isə Nazilənin pensiya alması ilə bağlı pensiya fonduna müraciət etmişlər. Vüqarla ancaq “WhatsApp”da danışmış, “WhatsApp”da danışmaqlarının səbəbi də məxfilik, kimlərinsə qulaq asmaması olmuş, telefonda danışıqları olmamış, elə olmuşdur ki, ya o özü “WhatsApp”da Vüqara zəng etmiş, ya da Vüqar ona zəng etmişdir, danışıqları 2022-ci ildə olmuşdur. Vüqarla “WhatsApp”da mütamadi danışmaqlarının səbəbi işin üstü açılandan sonra Vüqara vəziyyətinin ağır olmasını deyib işi yoluna qoymaq olmuşdur. Çünki bu işdə o, Vüqarı tanımışdır. Vüqar ona pulu Mirəflana verdiyini deməsini bildirmiş, o da bunun necə ola biləcəyini, onun sadəcə Vüqarın özünü tanıdığını demişdir. Vüqarın sön sözü onu bir də yığmaması, onu narahat etməməsi olmuşdur. Onun Vüqarla gördüyü işin Mirəflan Məmmədovla əlaqəsi olmamışdır. Birinci cinayət işində Vüqar dəymiş ziyanın 25 faizini ödəmişdir, ona görə də həmin işdə Vüqarın adını verməmiş, pulu Mirəflan Məmmədova verdiyini bildirmişdir. O, Mirəflan Məmmədovu qiyabi tanımışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, təxminən 2018-ci ildə Şahinlə qardaşı Rafayıl arasında bacısı Nazilənin pensiyaya çıxması barədə danışıq olmuşdur. Şahin də bacısının yaşının pensiya almağa çatmadığını, ona pensiya düzəlməsinə köməklik etməsini demişdir. Bacısı Nazilənin heç vaxt şəxsiyyət vəsiqəsi olmamışdır. Qardaşı da bacısının köhnə doğum şəhadətnaməsini Şahinə vermiş, Şahin də təxminən bir ay sonra bacısının şəxsiyyət vəsiqəsini və pensiyasını düzəltmişdir. Onlar da şəxsiyyət vəsiqəsini aldıqdan sonra bacısının adına kredit götürərək şəxsiyyət vəsiqəsini və pensiyanı düzəltməsinə görə Şahinə vermişlər. Amma Şahinin kiminlə iş gördüyünü bilməmişlər. Şahin də onlara bu barədə heç nə deməmişdir. Onlar korrupsiyaya qarşı mübarizə idarəsinə gedərkən Şahin onlardan aldığı 4200 manat pulun 1200 manatını Vüqar adlı şəxsə verdiyini, 3000 manatı da pensiya üçün verdiyini demişdir. Həmin vaxt onun da izahatı alınmış, o da imza etmişdir. O, Vüqarı tanımamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs tanımamışdır. Bacısı Nazilə 1960-cı il təvəllüdlüdür. Şahini əvvəldən tanıdığı üçün bacısı Naziləyə pensiya düzəltməsini xahiş etmiş, o da düzələcəyini, amma bunun üçün bacısına şəxsiyyət vəsiqəsi düzəlməli olduğunu demişdir. Nazilənin şəxsiyyət vəsiqəsi olmamışdır, amma köhnə doğum şəhadətnaməsi olmuşdur. Şahin ona Nazilənin doğum şəhadətnaməsini mağazasına qoymasını, düzəldəcəyini demişdir. O, da Şahinin ona dediyi kimi, Nazilənin doğum şəhadətnaməsini Şahinin mağazasına qoymuşdur. Onun bundan ayrı heç nədən xəbəri olmamışdır. Bundan sonra Şahin Nazilənin şəxsiyyət vəsiqəsini və pensiya məsələsini həll etmişdir. Bacısı Nazilə də öz adına kredit götürmüş və bu məsələni həll etdiyi üçün çəkdiyi xərc müqabilində krediti Şahinə vermişdir. Pulun nə qədər olmasından isə onun xəbəri olmamışdır. Nazilənin pensiya kartı isə Nazilənin özündə qalmışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 24 oktyabr 2022-ci il tarixli **********4 saylı məktubundan görünür ki, Saatlı rayon sakini X5 yerlisi X6 əmək pensiyası hüququ yaranmadığı halda, ona əmək pensiyası təyin olunması barədə Azərbaycan Respublikasının Baş Prokurorluğundan daxil olmuş 03 avqust 2022-ci il tarixli 02/2-2415q- 22/2260 nömrəli müraciət Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aidiyyəti hissədə araşdırılmış, N.Mirzəyevaya aid 762404 nömrəli pensiya işinin araşdırılması nəticəsində vətəndaş C.Abbasovun məlumatında qeyd olunan xüsusat öz təsdiqini tapmışdır. Nəticədə, qeyd olunan məlumatlara istinadən N.Mirzəyevanın doğum tarixinin şəxsiyyət vəsiqəsi ilə ziddiyyət təşkil etdiyi, təvəllüdünün təhrif olunmuş şəkildə nəzərə alınmaqla hüququ olmadığı halda, ona yaşa görə əmək pensiyası təyin edilərək ümumilikdə 15942,53 manat artıq vəsaitin ödənildiyi müəyyən edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş X3 şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 03 sentyabr 2018-ci il tarixdə X6 Zərərçəkmiş şəxs tərəfindən onun 20 iyun 1956-cı il tarixdə anadan olması ilə bağlı AZE seriyalı, 18057311 nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş mobil telefona baxış keçirilməsi haqqında 03 fevral 2023-cü il tarixli protokoldan və “WhatsApp” mobil tətbiqinə məxsus çıxarışlardan görünür ki, Şahid1 iştirakı ilə könüllü olaraq təqdim etdiyi “Samsung” markalı telefonun “WhatsApp” sosial şəbəkəsindəki danışıqlara baxış keçirilmiş, telefonun saxlanma yaddaşında “Vuqar.pasport.1.” adı ilə qeyd edilmiş +99***-***-**-** mobil nömrəsi ilə müxtəlif vaxtlarda mütəmadi olaraq danışıqlar aparılması aşkar edilmişdir. Baxış iştirakçısı Şahid1 həmin adla qeyd edilmiş şəxsin Zərərçəkmiş şəxs-nin şəxsiyyət vəsiqəsi və qeydiyyat qrupunun inspektoru olmuş Təqsirləndirilən şəxs olduğunu bildirmiş, danışıqların 22 noyabr 2022-ci il tarixdən 10 dekabr 2022-ci il tarixədək olan dövrü əhatə etdiyi müəyyən edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Saatlı rayon Qeydiyyat Şöbəsinin 07 fevral 2023-cü il tarixli 3-16-5/xx-xx/2023 saylı məktubundan və 07 fevral 2023-cü il tarixli arayışından görünür ki, X10 20 iyun 1960-cı il tarixdə Saatlı rayonu Bayramovka kəndində anadan olmuşdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş "xxxx" ASC ilə X10 arasında bağlanmış 31 may 2019-cu il tarixli, 060/0131502/000A saylı kredit müqaviləsindən ona əlavələrdən görünür ki, X2 Bank” Açıq Səhmdar Cəmiyyətindən 48 ay müddətinə ödəmək şərti ilə illik 27,84% dərəcəsi ilə 4000 manat məbləğində kredit götürmüşdür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Saatlı Rayon Polis Şöbəsinin 17 mart 2023-cü il tarixli 3-13-102/2-5234 saylı məktubdan və həmin məktuba əlavə edilmiş Saatlı Rayon Polis Şöbəsinin 18 avqust 2018-ci il tarixli 678/h-178-18 saylı əmrinin surətindən görünür ki, Zərərçəkmiş şəxs-nin PPXT-nin polis nəfəri, polis serjantı Təqsirləndirilən şəxs tutduğu vəzifədən azad olunmuş, Zərərçəkmiş şəxs-nin Q və ŞV qrupunun kiçik inspektoru vəzifəsinə təyin olunmuşdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Saatlı Rayon Polis Şöbəsinin rəisi tərəfindən 02 oktyabr 2018-ci il tarixdə təsdiq olunmuş Zərərçəkmiş şəxs-nin Q və ŞVQnun əməkdaşlarının fəaliyyəti üzrə 2018-ci ilin İİİ rübünə aid funksional vəzifə bölgüsündən görünür ki, Zərərçəkmiş şəxs-nin Q və ŞV qrupunun kiçik inspektoru, polis serjantı Təqsirləndirilən şəxs vəzifəsi qəbul olunmuş ərizələrdəki məlumatları kompüterin məlumat bazasına daxil etmək, vəsiqələrin düzgün və səliqəli çap olunmasını və vəsiqələrin üzlənərək baş inspektora təhvil verilməsini təmin etmək olmuşdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Saatlı Rayon Polis Şöbəsinin 02 fevral 2023-cü il tarixli 3-13-102/Ə(ş/h)12/2023 saylı əmrindən görünür ki, “Polis haqqında” Qanunun 3 və 13-cü, “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi”nin 1, 2, 3, 4 və 20-ci maddələrinin, “İntizam Nizamnaməsi”nin 3.2 və 3.9-cu bəndlərinin, DİN-n xx.xx.2010-cu il tarixli 550 nömrəli əmrinin tələblərini pozaraq özünə məlum olan səbəbdən aidiyyəti sənədlərdə məlumat uyğunluğunu eyniləşdirmədən və zəruri yoxlama aparmadan Nazilə və Yazgül Mirzəyevaların adına saxta şəxsiyyət vəsiqələri çap etdiyinə, bu hərəkətləri ilə DİO əməkdaşlarının adına və polisin nüfuzuna xələl gətirdiyinə görə Zərərçəkmiş şəxs-nin Qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupunun kiçik inspektoru, polis baş serjantı Təqsirləndirilən şəxs “Azərbaycan Respublikasının DİO-da xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 14 mart 2023-cü il tarixli 3-13/2-21425/2023 saylı məktubundan görünür ki, Saatlı rayon sakinləri Rəfail, Ayaz və Təyyar Mirzəyevlər 2018-ci ildə bacıları, xx.xx.1960-cı il təvəllüdlü Nazilə və xx.xx.1967-ci il təvəllüdlü Yazgül Mirzəyevalara qanunsuz yolla əmək pensiyası təyin olunması məqsədi ilə əvvəllər bank sektorunda çalışmış tanışları Şahid1 müraciət etmişlər. Zərərçəkmiş şəxs-nin Qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupunun sabiq baş inspektoru Mirəflan Məmmədov şəxsi marağı müqabilində vətəndaş Şahid1la razılığa gəlib xx.xx.2018-ci il tarixdə X3, xx.xx.2018-ci il tarixdə isə X4 təvəllüdlərini müvafiq olaraq xx.xx.1956-cı və xx.xx.1956-cı il göstərməklə AZE 18057311 və AZE 17674377 nömrəli saxta şəxsiyyət vəsiqələri ilə təmin etmişdir. Zərərçəkmiş şəxsnin Qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupunun kiçik inspektoru Təqsirləndirilən şəxs özünə məlum olan səbəbdən həmin sənədlərdə məlumat uyğunluğunu eyniləşdirmədən və zəruri yoxlama aparmadan sözügedən şəxsiyyət vəsiqələrini çap etmişdir. Həmin şəxsiyyət vəsiqələri əsasında Nazilə və X18 Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsində əmək pensiyasının təyin edilməsinə nail olmuşlar. X15 saxta sənəd əsasında pensiya alması faktı üzrə rəhbərlik etdiyiniz Baş İdarədə xx.xx.2020-ci il tarixdə CM-nin 178.2.1, 178.2.3 və 320.2-ci maddələri ilə cinayət işi başlanılaraq sonuncuya və Şahid1 ittiham elan edilmişdir. Saatlı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən vurulmuş ziyanın ödənilməsi nəzərə alınaraq hər iki şəxs CM-nin 320.2-ci maddəsinə əsasən təqsirli bilinib bir il müddətinə islah işləri cəzasına məhkum edilmişlər. Vətəndaş Y.Mirzəyevaya məxsus AZE 17674377 nömrəli saxta şəxsiyyət vəsiqəsi fəaliyyətsizləşdirilməklə xx.xx.2022-ci il tarixdə sonuncu öz anket məlumatları əsasında AA ******* nömrəli şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir. Eyni zamanda aparılmış xidməti təhqiqat prosesində müəyyən edilmişdir ki, vətəndaş N.Mirzəyevaya AZE 18057311 nömrəli şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlər naməlum şəaritdə itirilmişdir. Qeyd olunan nöqsanlara yol verdiklərinə görə polis baş serjantı Təqsirləndirilən şəxs DİN-in xx.xx.2023-cü il tarixli 3-13/Ə82/2023 nömrəli əmri ilə “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmiş, polis polkovnik-leytenantı M.Məmmədovun xx.xx.2020-ci il tarixdə vəfat etməsi nəzərə alınmışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2020-ci il tarixdə ölmüşdür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 12 iyul 2013-cü il tarixdə anadan olmuş X19 və 23 may 2015-ci il tarixdə anadan olmuş X13 adlı iki nəfər azyaşlı uşağı vardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs şəxsin 61 yaşına çatdıqdan sonra əmək pensiyası hüququnun yaranması və bundan sonra əmək pensiyasının təyin olunması üçün kağız üzərində və ya elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna, yaxud Fondun şəhər (rayon) şöbələrinə müraciət edə bilmək hüququnun yaranmasına baxmayaraq, 2018-ci ilin sentyabr ayının əvvəllərində istintaqla müəyyən edilməyən şəraitdə ölməsi ilə əlaqədar barəsində cinayət təqibinə xitam verilmiş Zərərçəkmiş şəxsnin qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupunun baş inspektoru X9 müraciət edib Nazilə Mirzəyevanın 20 iyun 1960-cı il tarixdə doğulmasına baxmayaraq, guya 1956-cı il tarixdə doğulmasına dair məlumatların Milli Avtomatlaşdırılmış Pasport Sistemi üzrə məlumat bazasına daxil edilməsinə, Mirəflan Məmmədovu xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxs olan Nazilə Mirzəyeva üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməyə və informasiya resursuna bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığına təhriki əsasında Mirəflan Məmmədov tərəfindən həmin şöbənin Saatlı şəhəri Heydər Əliyev prospekti 96 ünvanında yerləşən inzibati binasındakı xidməti otaqda quraşdırılmış kompüter vasitəsi ilə Nazilə Mirzəyevanın yaşa görə pensiya ala bilməsi üçün xx.xx.2018ci il tarixdə 1956-cı ildə doğulmasına dair bilə-bilə yalan məlumatları informasiya resursu sayılan Milli Avtomatlaşdırılmış Pasport Sistemi üzrə məlumat bazasına daxil edilməsinə və X20 Rayon Polis Şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə AZE seriyalı, 18057311 nömrəli şəxsiyyət vəsiqəsinin verilməsinə nail olub Mirəflan Məmmədovu Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin informasiya resurslarının formalaşdırılması, uzlaşdırılması və istifadəsi, onun istismarına, təhlükəsizlik və inkişaf tədbirləri üzrə kompleks prosedurları sahəsində aparılan səmərəli fəaliyyətə kölgə salaraq qeyd edilən qurumun, Saatlı Rayon Polis Şöbəsinin qanunla qorunan mənafeyinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi və informasiya resursuna bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığına təhrik etməsi tam sübuta yetirilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 7 fevral 2006-cı il tarixli Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Qanunun 7ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham irəli sürülərkən şəxsin əmək pensiyası hüququnun yaranması yaşı kimi 60 yaş göstərilmişdir. Lakin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 7 fevral 2006-cı il tarixli Qanununun 7-ci maddəsinin qeyd hissəsindən məlum olur ki, 2017-ci ilin iyul ayının 1-dən başlayaraq 2027-ci ilin iyul ayının 1-dək qadınların pensiya hüququnun yaranması üçün müəyyən edilmiş yaş həddi 6 ay müddətinə artırılır. İttihamda göstərilən cinayət əməlləri 2018-ci ilin sentyabr ayında baş vermişdir. Buradan da görünür ki, cinayət hadisəsi baş verən zaman qadınların pensiya hüququnun yaranması üçün yaş həddi 60 yaş deyil, 61 yaş müəyyən edilmişdir. Ona görə də məhkəmə yekun qərarında ittihamda göstərilən pensiya hüququnun yaranması üçün müəyyən edilmiş yaş həddini 60 yaş deyil, 61 yaş olaraq qəbul edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə ittiham irəli sürülə bilməzdi. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsinin dispozisiyasında şəxs tərəfindən öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədi ilə özü və yaxud üçüncü şəxslər üçün, birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemətin, imtiyazın və ya güzəştin istənilməsi və ya alınması, yaxud bu barədə təklif və ya vədin qəbul edilməsinin cinayət məsuliyyəti yaratdığı göstərilmişdir. Lakin məhkəmə iclasında təqsirləndirilən şəxs saxta şəxsiyyət vəsiqəsinin verilməsinə görə 1200 manat pulu aldığını qəbul etməmiş, həmçinin şahidlər Şahid2 və Şahid3 Təqsirləndirilən şəxs tanımadıqlarını, ona pul vermədiklərini bildirmişlər. Şahid qismində dindirilmiş Şahid1 isə 1200 manat pulu Təqsirləndirilən şəxs verdiyini, Saatlı Rayon Polis Şöbəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupunda baş inspektor vəzifəsində işləmiş mərhum Mirəflan Məmmədovu qiyabi tanıdığını bildirmişdir. Lakin İş materiallarında olan Şahid1 və X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4 və 320.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Saatlı Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 17 avqust 2021-ci il tarixli 1(055)-52/2021 saylı hökmündən görünür ki, Şahid1 məhkəmə baxışı zamanı ifadəsində X1 şəxsiyyət vəsiqəsi verilməsi üçün Mirəflan Məmmədova şəxsən 2700 manat pul verdiyini göstərmişdir. Buradan da görünür ki, Şahid1 Mirəflan Məmmədovu qiyabi tanıması, pulu ona deyil, Təqsirləndirilən şəxs verməsi halı ağlabatan deyildir və şübhə doğurur. Həmçinin cinayət işinin materialları araşdırılarkən Təqsirləndirilən şəxs 1200 manat pulu alması ilə bağlı hər hansı digər sübut aşkar olunmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü və yaxud üçüncü şəxslər üçün, birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemətin, imtiyazın və ya güzəştin istənilməsi və ya alınması, yaxud bu barədə təklif və ya vədin qəbul edilməsi halı öz təsdiqini tapmamışdır və bilavasitə şahidin- Şahid1 mötəbərliyi şübhə doğuran ifadəsi ilə təqsirləndirilən şəxsə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə ittiham irəli sürülə bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə ittiham ona görə irəli sürülə bilməzdi ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri, yəni onun X11 vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə və informasiya resursuna bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığına təhrik etməsi, nəticə etibarilə Nazilə Mirzəyevaya saxta şəxsiyyət vəsiqəsi verilməsinə nail olunması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 308.1, 32.4, 313-cü maddələri ilə tam əhatə olunur. Təqsirləndirilən şəxs cinayət əməlləri Cinayət Məcəlləsinin 32.4, 308.1, 32.4, 313-cü maddələri ilə tam əhatə olunduğu halda, ona həmin əməllərə görə əlavə olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə ittiham elan edilməsi istisna təşkil edir və bu halda cinayət əməllərinin əlavə olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsinə tövsif edilməsi və ona həmin maddə ilə ittiham irəli sürülməsinə zərurət yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə irəli sürülmüş ittiham ümumi ittihamdan xaric edilməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməllərini etiraf etməsə də, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 308.1, 32.4, 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi iş üzrə dindirilmiş zərər çəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələri və cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla öz təsdiqini tapmışdır. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməllərini şərh olunan qaydada törədərək şəxsin 61 yaşına çatdıqdan sonra əmək pensiyası hüququnun yaranması və bundan sonra əmək pensiyasının təyin olunması üçün kağız üzərində və ya elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna, yaxud Fondun şəhər (rayon) şöbələrinə müraciət edə bilmək hüququnun yaranmasına baxmayaraq, 2018-ci ilin sentyabr ayının əvvəllərində istintaqla müəyyən edilməyən şəraitdə ölməsi ilə əlaqədar barəsində cinayət təqibinə xitam verilmiş Zərərçəkmiş şəxs-nin qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupunun baş inspektoru X9 müraciət edib Nazilə Mirzəyevanın 20 iyun 1960-cı il tarixdə doğulmasına baxmayaraq, Nazilə Mirzəyevanın guya 1956-cı il tarixdə doğulmasına dair məlumatların Milli Avtomatlaşdırılmış Pasport Sistemi üzrə məlumat bazasına daxil edilməsinə, Mirəflan Məmmədovu xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxs olan Nazilə Mirzəyeva üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməyə və informasiya resursuna bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığına təhriki əsasında Mirəflan Məmmədov tərəfindən həmin şöbənin Saatlı şəhəri Heydər Əliyev prospekti 96 ünvanında yerləşən inzibati binasındakı xidməti otaqda quraşdırılmış kompüter vasitəsi ilə Nazilə Mirzəyevanın yaşa görə pensiya ala bilməsi üçün xx.xx.2018-ci il tarixdə 1956-cı ildə doğulmasına dair bilə-bilə yalan məlumatları informasiya resursu sayılan Milli Avtomatlaşdırılmış Pasport Sistemi üzrə məlumat bazasına daxil edilməsinə və X20 Rayon Polis Şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə AZE seriyalı, 18057311 nömrəli şəxsiyyət vəsiqəsinin verilməsinə nail olub Mirəflan Məmmədovu Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin informasiya resurslarının formalaşdırılması, uzlaşdırılması və istifadəsi, onun istismarına, təhlükəsizlik və inkişaf tədbirləri üzrə kompleks prosedurları sahəsində aparılan səmərəli fəaliyyətə kölgə salaraq qeyd edilən qurumun, Saatlı Rayon Polis Şöbəsinin qanunla qorunan mənafeyinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə və informasiya resursuna bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığına təhrik etməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Həmin Məcəllənin 313-cü maddəsinə əsasən vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Buradan da görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinin tələblərinə görə böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. İşin müəyyən edilmiş hallarından görünür ki, cinayət 2018-ci ildə törədilmiş, bu barədə cinayət işi isə 2023-cü ildə məhkəməyə daxil olmuşdur. Beləliklə, cinayət işinin məhkəməyə daxil olduğu tarixdə cinayətin törədildiyi vaxtdan artıq beş ilə yaxın müddət keçmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 44.2.1-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda — təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Yuxarıda qeyd olunanları, həmçinin təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 308.1, 32.4, 313-cü maddələri ilə təqsirinin işin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarla tam təsdiq edildiyini və təqsirləndirilən şəxsin özünü təqsirli bilmədiyini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 308.1, 32.4, 313-cü maddələri ilə təqsirli bilinərək ona həmin Məcəllənin 32.4, 308.1-ci maddələsi ilə cəza təyin olunmaqla, Cinayət Məcəlləsinin 32.4, 313-cü maddələsi ilə cəza təyin olunmamaqla ittiham hökmü çıxarılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 64.1-ci maddəsinə əsasən iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsinin sanksiyası həddində cərimə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 308.1, 32.4, 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törədərkən Saatlı Rayon Polis Şöbəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupunun kiçik inspektoru vəzifəsində işləmişdir və həmin cinayətləri vəzifəsindən sui istifadə etməklə törətmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 308.1, 32.4, 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini konkret vəzifələrindən sui istifadə etməklə törətdiyindən məhkəmə belə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-cı maddəsi tətbiq edilməklə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, həmçinin təqsirləndirilən şəxsin şəxsiyyəti nəzərə alınmaqla Təqsirləndirilən şəxs ona təyin olunacaq əsas cəzadan başqa müəyyən müddətə əlavə cəza kimi pasport və qeydiyyat orqanlarında qeydiyyatçı və inspektor kimi konkret vəzifələr tutmaq hüququndan da məhrum edilməlidir. İş üzrə maddi sübut olan 03 sentyabr 2018-ci il tarixdə Saatlı Rayon Polis Şöbəsi tərəfindən X3 adına verilmiş AZE seriyalı, 18057311 nömrəli şəxsiyyət vəsiqəsinin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İşdə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 308.1 və 32.4, 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 308.1-ci maddəsi ilə iki min beş yüz manat miqdarda cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs əlavə cəza kimi bir il müddətə pasport və qeydiyyat orqanlarında qeydiyyatçı və inspektor kimi konkret vəzifələr tutmaq hüququndan məhrum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə həmin Məcəllənin 39.1.3 və 44.2.1-ci maddələri tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 313-cü maddəsi ilə cəza təyin olunmasın. Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312- 1.1-ci maddəsi ilə irəli sürülmüş ittiham ümumi ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Hökmdən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(055)-27/2023
Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-27/2023
30.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver