Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-27/2025 13.02.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1965-ci ildə Saatlı rayonu Qaracalar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmayan, mexanik işləyən, Saatlı rayonu Qaracalar kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan xeyli miqdarda, təmiz çəkisi 110,0 qram olan narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib daşıyaraq onunla bir həyətdə yaşayan və özünün nəzarət etdiyi övladı Elmir Əzizova məxsus mişar daşlarından tikilmiş yarımtikilinin içərisində 2 ədəd iç-içə keçirilmiş polietilen torbada qanunsuz saxlamış, 26 oktyabr 2024cü il tarixdə saat 13:05 dəqiqədə əməliyyat tədbiri həyata keçirən Saatlı RPŞ-nin əməkdaşları tərəfindən onunla bir həyətdə yaşayan və özünün nəzarət etdiyi övladı Elmir Əzizova məxsus mişar daşlarından tikilmiş yarımtikiliyə baxış keçirilən zaman orada 2 ədəd iç-içə keçirilmiş polietilen torbada xeyli miqdarda, təmiz çəkisi 110,0 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə etmiş, daşımış və saxlamışdır. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 4 ildir ki, narkotik vasitə olan el rasında “nəşə” kimi tanınan çətənə bitkisindən istifadə edir. 2024-cü ilin may ayının axırında yaşadığı kənd ərazisində yolun kənarında kibrit qutusunda tapdığı çətənə bitkisinə aid toxumlardan qalmış beş ədədini yaşadığı evin həyətindəki bağ sahəsində əkmişdir. Toxumları əkdiyi gündən təxminən 20 gün sonra bitkilər cücərməyə başlamışdır. Əkdiyi çətənə bitkilərindən bir ədədi yetişmiş və o, 2024-cü ilin sentyabr ayının axırında öz istifadəsi üçün həmin bitkinin yarpaqlarını toplayaraq istifadə etməyə başlamışdır. Sonuncu dəfə həmin bitkini yerləşdiyi torpaqdan kötük qarışıq çıxarıb yarpaqlarını yıxaraq gövdə hissəsini kimsənin görməməsi üçün su kanalına atmışdır. Çətənə bitkisinin yarpaqlarını qurudub əvvəlcə 1 ədəd sellofan torbaya yığmış, sonra həmin torba cırıq olduğu üçün əlavə olaraq 1 ədəd də sellofan torbaya keçirmişdir. Daha sonra 2 ədəd iç içə keçirilmiş sellofan torbada yığdığı narkotik vasitə qurudulmuş marixuananı övladı Elmirə məxsus və hazırda yaşayış olmayan evin həyətindəki yarımçıq tikilinin içərisində gələcəkdə istifadə etmək məqsədilə gizlətmişdir. 26 oktyabr 2024-cü il tarixdə günorta saat 13 radələrində yaşadığı evdə olarkən kiminsə onu çağırdığını eşidib evdən həyətə çıxmışdır. Həmin vaxt yaşadığı evin küçə qapısının qarşısında polis və mülki geyimdə olan şəxslərin onu çağırdıqlarını görmüşdür. O, da həmin şəxslərə yaxınlaşan zaman həmin şəxslər özlərini təqdim edib Saatlı RPŞ-nin əməkdaşları olduqlarını deyib ona yaşadığı evin həyətyanı sahəsində çətənə bitkiləri əkməsi barədə əməliyyat məlumatı daxil olduğunu və buna görə də evin həyətyanı sahəsinə baxış keçirəcəklərini bildirib ondan baxış keçirilməsinə etirazının olub-olmaması soruşulmuşdur. O, da polis əməkdaşlarına həqiqətən də 2024-cü ilin may ayında yaşadığı evin həyətindəki bağ sahəsində 5 ədəd çətənə bitkiləri əkdiyini, sonra həmin bitkilərdən 1 ədədinin yetişdiyini və həmin yetişmiş çətənə bitkisinin yarpaqlarını qurudaraq övladı Elmirə məxsus və hazırda yaşayış olmayan evin həyətindəki yarımçıq tikilidə narkotik vasitə qurudulmuş marixuana saxladığını bildirərək, təqdim edə biləcəyini və baxış keçirilməsinə etiraz etməmişdir. Bundan sonra polis əməkdaşlarının iştirakları ilə övladı Elmirə məxsus evin həyətyanı sahəsindəki yarımçıq tikilinin yerini göstərib polis əməkdaşlarına çətənə bitkilərinin yarpaqlarını toplamaq məqsədilə kötüyündən çıxarıb yarpaqlarını yığdığını, gövdə hissələrini isə su arxına atdığı və nəşə bitkilərinin yarpaqlarını toplayıb qurutduqdan sonra onları 2 ədəd iç-içə keçirilmiş sellofan torbaya qoyub evin həyətindəki yarımçıq tikilidə saxladığını bir daha qeyd etmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə evin həyətinə gedib yarımçıq tikilidə saxladığı 2 ədəd iç-içə keçirilmiş sellofan torbanı polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra Saatlı RPŞnin əməkdaşı onun təqdim etdiyi sellofan torbanı açaraq içinə baxdıqdan sonra ondan həmin kütlə barədə soruşduqda o, həmin kütlənin yaşadığı evin həyətyanı sahəsində əkdiyi beş ədəd çətənə bitkisindən cücərmiş bir ədədinin yarpaqlarını toplayaraq qurutduğu çətənə bitkisi olduğunu demişdir. Bundan sonra onun təqdim etdiyi narkotik vasitə təhqiqatçı tərəfindən həmin sellofan torba ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisi müəyyən olunduqdan sonra təhqiqatçı tərəfindən qablaşdırılaraq möhürlənmişdir. Daha sonra ona çətənə bitkilərini əkdiyi yeri də göstərməsi bildirilmiş, o, da polis əməkdaşları və aqronomla birlikdə yaşadığı evin həyətinə getmiş, evin həyətindəki bağ sahəsində 5 ədəd çətənə bitkisini əkdiyi yeri göstərmişdir. Aqronom həmin torpaq sahəsinə baxış keçirmiş və həmin torpaq sahəsinin çətənə bitkisini əkib-yetişdirmək üçün əlverişli olduğunu bildirmişdir. Bundan sonra təhqiqatçı ona yaşadığı evdə qanunla qadağan olunmuş digər əşyaları da təqdim etməyi bildirmiş, o isə yaşadığı evdə qanunla qadağan olunmuş heç bir əşyanın olmadığını demişdir. Bütün bunlar barədə protokol tərtib olunmuş, ucadan oxunmuş, protokol doğru yazıldığı üçün o, baxışda iştirak edən polis əməkdaşları ilə birlikdə protokolda imza etmişdir. Baxış zamanı videoçəkiliş aparılmışdır. Sonda əməlində peşman olduğunu bildirərək ona köməklik olunmasını xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafı ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Saatlı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 26 oktyabr 2024-cü il tarixində Saatlı rayonu Qaracalar kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq narkotik tərkibli bitkilərin əkib-becərməsi ilə məşğul olduğu barədə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar raportla Saatlı RPŞ-nin rəisinə məruzə etmiş, həmin tarixdə onun tərəfindən qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar RPŞ-nin rəisi tərəfindən təsdiq olunmuşdur. Bundan sonra həmin qərarın icrası ilə əlaqədar keçirilən tədbirlə bağlı Saatlı RPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı Şahid2, aqronom qismində dəvət edilmiş Saatlı DAİM-də Bitkiçilik sektorunun müdiri vəzifəsində işləyən X3 iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına getmişlər. Evin həyətində olan Təqsirləndirilən şəxs evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkib-yetişdirməsi barədə məlumat daxil olduğu, bununla əlaqədar həyətyanı sahəyə baxış keçiriləcəyini bildirilərkən Təqsirləndirilən şəxs baxışın keçirilməsinə etiraz etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs özünün də iştirakı ilə baxış keçirilməyə başlanılmış və baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik tərkibli çətənə bitkiləri aşkar edilməmişdir. Şifahi sorğu əsasında Təqsirləndirilən şəxs həqiqətən də 2024-cü ilin may ayında yaşadığı evin həyətində 5 ədəd çətənə bitkisini kultivasiya etdiyini və həmin bitkilərdən 1 ədədinin yetişdiyini, sonra isə həmin bitkinin yarpaqlarını qurutduğunu və əldə etdiyi narkotik vasitə qurudulmuş marixuananı övladı X5 məxsus və hazırda yaşayış olmayan evin həyətindəki mişar daşından tikilmiş yarımtikilinin içərisində 2 ədəd iç-içə keçirilmiş polietilen torbaya yığdığını və təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs övladı Elmir Əzizova məxsus evin həyətindəki yarımtikiliyə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs övladı Elmir Əzizova məxsus evin həyətindəki mişar daşından tikilmiş yarımtikilinin içərisində 2 ədəd iç-içə keçirilmiş polietilen torbada yığıb saxladığı çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilmiş və götürülərək qablaşdırılmış, möhürlənmişdir. Təqsirləndirilən şəxs həmin kütləni özü istifadə etmək məqsədilə saxladığını və satış məqsədinin olmadığı bildirmişdir. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs çətənə bitkilərini əkdiyi yeri də göstərməsi bildirilmiş və Təqsirləndirilən şəxs özünə məxsus evin həyətindəki bağ sahəsində 5 ədəd çətənə bitkisini əkdiyi yeri göstərmişdir. Aqronom həmin torpaq sahəsinə baxış keçirmiş və həmin torpaq sahəsinin çətənə bitkisini əkib-yetişdirmək üçün əlverişli olduğunu bildirmişdir. Bundan sonra baxışın keçirilməsi barədə Saatlı RPŞnin TB-nin təhqiqatçısı tərəfindən tərtib edilmiş protokol ucadan oxunmuş, doğru yazıldığı üçün o, baxışda iştirak edən digər şəxslər kimi imzası ilə protokolun doğruluğunu təsdiq etmişdir. Baxış zamanı videoçəkiliş aparılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində Şahid1 ifadəsi ilə eyni məzmunda ifadə vermişlər. İşdə olan “Baxış keçirilməsi haqqında” 26 oktyabr 2024-cü il tarixli protokoldan, ona əlavə olan videoçəkilişdən görünür ki, Saatlı rayonu Qaracalar kənd sakini Təqsirləndirilən şəxs onunla bir həyətdə yaşayan və özünün nəzarət etdiyi övladı Elmir Əzizova məxsus mişar daşlarından tikilmiş yarımtikilinin içərisində 2 ədəd iç-içə keçirilmiş polietilen torbada təmiz çəkisi – 110,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İşdə olan məhkəmə-bioloji ekspertizanın 26 oktyabr 2024-cü il tarixli 18/882 nömrəli rəyində göstərilmişdir ki, Tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs təqdim etdiyi” sözləri və imzalar olan kağız paketdə olan 2 ədəd iç-içə keçirilmiş polietilen torbada təmiz çəkisi – 110,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İşdə olan məhkəmə-narkoloji ekspertin xx.xx.2024-cü il tarixli 7214 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan Narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs oğlunun oğlu X2 Qarabağ müharibəsinin iştirakçısı olmaqla, “Qubadlının azad olunmasına görə”, “Cəbarayılın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlini etiraf edib səmimi peşman olmasını məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunan qərarının 2-ci və 3-cü bəndlərində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, oğlunun İkinci Qarabağ müharibəsi iştirakçısı olmaqla müxtəlif medallarla təltif olunmasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən 26 oktyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutularaq 28 oktyabr 2024-cü il tarixədək həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs 26 oktyabr 2024-cü il tarixdən 28 oktyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün ona təyin olunacaq cəzadan çıxılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ona görə də, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 109,90 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. İşdə olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, aparılmış tədqiqatın dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik) manat təşkil edir. Ona görə də həmin xərc Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının Dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia, xüsusi müsadirə olunmalı əmlak və maddi ziyan yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 oktyabr 2024-cü il tarixdən 28 oktyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutularaq 02 (iki) gün həbsdə saxlanılmasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ona təyin olunmuş iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasından dörd gün çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 109,90 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə 31,95 (otuz bir manat doxsan beş qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmün icrası Saatlı rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(055)-27/2025
Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-27/2025
13.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver