Məhkəmə qərarları › İş №1(055)-28/2023

Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-28/2023

17.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-28/2023 17.05.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, 17 may 2023-cü il, Saat: 14:30 Saatlı şəhəri xx.xx.1992-ci ildə Saatlı rayonu Şirinbəy kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Saatlı rayonu Şirinbəy kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs 31 mart 2023-cü il tarixdə gecə saat 05 radələrində Saatlı rayonu Şirinbəy kəndində yerləşən fərdi yaşayış evində bacısının əri Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində mübahisə edib dalaşaraq yumruqla sonucunun burun nahiyəsinə zərbələr vurub ona, burun çəpəri sümüyünün qapalı sınığı ilə müşayiət olunan, burnun belində qançır əmələ gəlməsi ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Saatlı rayonu Şirinbəy kəndində yaşayır.Zərərçəkmiş şəxs bacısı Lamiyənin əridir, onların aralarında münaqişə olmuş və boşanmaq qərarına gəldiklərindən bacısı 2022-ci ilin iyun ayında azyaşlı övladı ilə birlikdə gəlib onlarla yaşamağa başlamışdır. xx.xx.2023-cü il tarixdə gecə təxminən saat 04-05 radələrində o, həyətdə və evdə səs eşitmiş, yataq otağından çıxıb görmşüdür ki, Elməddin gəlib. O, Elməddinə, gecə vaxtı nə üçün gəldiyini sual etmiş, Elməddin də ona, uşağını görməyə və ailəsini aparmağa gəldiyini bildirmişdir. Bundan sonra Elməddin evə daxil oluub səs-küy salmağa başlamış, atası Mirzə və anası Həlimə otaqdan çıxıb onların yanına gəlmiş, həmin vaxtı Elməddin evdə bacısı Lamiyənin qolundan tutub dartıb çölə cıxartmaq istəmiş, atası Mirzə Elməddinə, Lamiyəni buraxmasını deyərək Elməddinin əlindən bacısı Lamiyəni almış, daha sonra atası Mirzə Elməddinə qışqıra-qışqıra danışmamağı, evdə uşaq yatdığını, onların qorxacaqlarını bildirmişdir. Həmin vaxt Elməddin yumruqla atası Mirzənin sifət nahiyəsindən vurmuş, atası da yumruqla Elməddinin sifətindən vurmuşdur. Daha sonra Elməddin yumruqla onun sifət nahiyəsindən vurmuş və onlar yaxalaşmışlar. O, Elməddini yerə yıxıb yerdə süpürləşməyə başlamışlar. Yerdə o, Elməddinin üzərində oturub, imkan verməmişdir ki, sonuncu ayağa qalxa bilsin. Daha sonra o, Elməddinə sakit olmasını, onu buraxacağını bildirmiş, onun üzərindən qalxıb buraxmışdır. Bacısı Lamiyə bu barədə DİN-in102 xidmətinə məlumat vermiş, o, da Saatlı RPŞ-yə ərizə ilə müraciət etmişdir. Bir daha bildirir ki, Elməddini vurmamış, barəsində göstərilənlər şər və böhtandır. Sonda Təqsirləndirilən şəxs məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin ifadəsi, məhkəmə-tibbi ekspertizasının rəyi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Saatlı rayonu Şirinbəy kənd sakini Şahid3 ilə ailə həyatı qurmuş, birgə nikahlarından 1 azyaşlı övladları vardır. Bir müddət əvvəl arvadı Lamiyə boşanmaq üçün müraciət etmiş, lakin o, Lamiyədən boşanmaq istəməmişdir. Lakin Lamiyə onun sözlərinə əhəmiyyət verməmiş və azyaşlı uşağını ona göstərməmişdir. xx.xx.2023-cü il tarixdə o, övladı üçün darıxdığından gecə təxminən saat 03 radələrində Saatlı rayonu Şirinbəy kəndində yaşayan qayınatası Şahid1 evinə getmişdir. Həmin vaxtı o, həyətə daxil olub arvadı Lamiyəni cağırmış, qayınanası Həlimə və qaynı Elvin qapıya çıxıb niyə gəlməsini sual etmişlər. O da onlara, uşağı üçün darıxdığını və uşağını görməyə gəldiyini bildirmişdir. Bundan sonra qayınatası Mirzə otaqdan çıxıb onu nalayiq ifadələrlə təhqir edərək nə səbəbə onun evinə gəlməsini sual edərək çıxıb getməsini tələb etmiş və yumruqla onun sağ göz nahiyəsinə vurmuş, o, da qayınatası Mirzənin sifət nahiyəsindən yumruqla vurmuşdur. Həmin vaxtı qaynı Elvin onu təhqir etdiyindən onlar yaxalaşmış, həmin vaxtı Elvin yumruqla onun burun nahiyəsindən vurmuş, o, da yumruqla Elvinin sifət nahiyəsindən vurmuşdur. Qayınanası Həlimə və arvadı Lamiyə onun üzərinə hücum edərək onu yerə yıxmışlar. Bundan sonra qaynı Elvin onun üstünə cıxıb əlləri ilə boğazından tutub sıxmağa başlamış, daha sonra Elvin onu buraxmış, bir qədər sonra həmin yerə Saatlı RPŞ-nin əməkdaşları gəlmiş və ona məlum olmuşdur ki, arvadı Lamiyə ondan şikayət edib. Hal-hazırda Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Saatlı rayonu Şirinbəy kəndində yaşayır. Zərərçəkmiş şəxs ilə 2020-ci il tarixdə ailə həyatı qurmuş, rəsmi nikahları var, bu rəsmi nikahdan onların 1 azyaşlı övladları var. Son bir ildə evdə Elməddin onunla tez-tez mübahisə edib onu nalayiq ifadələrlə söyüb təhqir etmiş, lakin o, ailəsi dağılmasın deyə ondan şikayət etməmişdir. 2022-ci ilin iyun ayında o, azyaşlı övladını özü ilə götürüb Saatlı rayonu Şirinbəy kəndində yaşayan atası Şahid1 evinə gələrək orada yaşamağa başlamışdır. Daha sonra boşanmaq üçün rayon Məhkəməsinə müraciət etmişdir. Daha sonra xx.xx.2023-cü il tarixdə Saatlı rayonu Şirinbəy kəndində ata evində olarkən gecə saat 04-05 radələrində əri Elməddin gəlib onu cağırmış və onun qolundan tutmuşdur. Onun səsinə atası Mirzə gəlib Elməddinə onun əlini buraxmasını bildirmiş, həmin vaxt Elməddin onu itələmiş, o da yerə yıxılmışdır. Daha sonra Elməddin onun atası Mirzənin sifət nahiyəsindən yumruqla vuraraq xəsarət yetirmiş, atası Mirzə də Elməddinin sifətindən vurmuş və həyətə çıxmışdır. Həmin vaxtı qardaşı Elvin öz otağından çıxıb onların yanına gəlmiş və Elməddinlə qardaşı bir-biriləri ilə yaxalaşmağa başlamışlar. Elməddin yumruqla Elvinin sifət nahiyəsindən vurmuş, Elvin Elməddini yerə yıxmış və yerdə süpürləşməyə başlamışlar. Daha sonra o, atası Mirzə və anası Həlimə araya girərək onları aralaşdırıb sakitləşdirmişlər. Məhkəmə istintaqı zamanı şahidlər Şahid1 və Əliyeva X1 Lamiyə Mirzə qızı ilə eyniməzmunlu ifadə verdilər. İşdə olan məhkəmə-tibbi ekspertizasının 31 mart 2023-cü il tarixli 78 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – burun çəpəri sümüyünün qapalı sınığı ilə müşayiət olunan burnun belində, sağ gözaltı nahiyədə qançırlar, qaşarası proyeksiyada, boynun sağ yan səthində sıyrıqlar küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Digər xəsarətlər – sağ gözaltı nahiyədə qançır, qaşarası proyeksiyada, boynun sağ yan səthində sıyrıqlar sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. İşdə olan hadisə yerinə baxış keçirilməsi haqqında 02 aprel 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Saatlı rayonu, Şirinbəy kəndində yerləşən Təqsirləndirilən şəxs yaşadığı yaşayış evidir. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini yuxarıda şərh olunan qaydada törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xəsarət yetirməməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatlar məhkəmə iclasında zərər çəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi, istintaq hərəkətləri protokolları və sənədlərlə, həmçinin toplanmış və məhkəmədə tədqiq edilmiş digər sübutlarla təkzib olundu. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs ifadəsini inandırıcı bilmir və hesab edir ki, onun ifadəsi özünü müdafiə xarakteri daşıyır və o, bu cür ifadə verməklə məsuliyyətdən yayınmağa çalışır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halın olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Saatlı rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən 20 gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsiə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar