Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-28/2025 25.02.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Saatlı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1973-cü il tarixdə Saatlı rayonunun Krasnoselski kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Saatlı rayonunun Qara Nuru kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında saat 12:01-də baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 149,89 qram narkotik vasitə olan qurudulmuş marixuananı əldə etmiş, daşımış və yaşadığı Saatlı rayon Qara Nuru kəndində yerləşən fərdi yaşayış evinin həyətindəki yarımçıq tikilinin içərisinə qoyulmuş sandığın içərisində satış məqsədi ilə qanunsuz olaraq saxlamış, xx.xx.2024-cü il tarixdə Saatlı rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 10:45-dən 11:25-dək baxış keçirilən zaman onun yaşadığı Saatlı rayon Qara Nuru kəndində yerləşən fərdi yaşayış evinin həyətindəki yarımçıq tikilinin içərisinə qoyulmuş sandığın içərisindəki şəffaf rəngli kauçuk materialdan hazırlanmış düyü qabının içərisində beş ədəd şəffaf rəngli polietilen torbalarda ayrı ayrılıqda təmiz çəkiləri 18,10 qram, 45,33 qram, 11,57 qram, 17,10 qram, 8,18 qram və 15 ədəd kibrit qutularının içərisində ayrıayrılıqda təmiz çəkiləri 0,76 qram, 3,79 qram, 3,46 qram, 3,40 qram, 3,34 qram, 2,94 qram, 3,22 qram, 2,37 qram, 3,18 qram, 3,70 qram, 3,33 qram, 5,66 qram, 3,38 qram, 3,22 qram və 3,86 qram, ümumilikdə təmiz çəkisi 149,89 qram orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eynilik təşkil edən, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüş, yəni satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə deyil, 234.1-ci maddəsi ilə təqsirli bilir. Belə ki, o narkotik vasitələrin satışı ilə məşğul olmamış, yalnız istifadə məqsədi ilə həmin narkotik vasitələri saxlamışdır. xx.xx.2024-cü il tarixdə evindən çıxıb dükana gedərkən polis əməkdaşları ona yaxınlaşmış, özlərini təqdim edərək yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkilərini əkib becərməkdə şübhəli olduğunu bildirərək yaşadığı evin həyətinə baxış keçirilməli olduqlarını bildirmişlər. O da baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirərək bu barədə ərizə yazmışdır. Bundan sonra baxış keçirilməyə başlanmış, o, ilk öncə həyətyanı sahəsində yerləşən ot tayasının arxasında olan və çətənə bitkilərini əkib becərdiyi yeri təqdim etmiş, həmin yerdə narkotik tərkibli çətənə bitkilərini əkib becərdikdən sonra yığıb qurutduğu yarpaqları həyətdə yerləşən yarımçıq tikilinin içərisində saxladığını bildirmişdir. Bundan sonra polis əməkdaşları həmin yardımçı tikiliyə daxil olmuşlar. Orada düyü qabının içərisində gizlətdiyi və ona məxsus narkotik vasitələrinə baxış keçirilmişdir. Aşkar edilmiş narkotik vasitələri özü əkib-yetişdirmiş və qablaşdırmışdır. Elektron tərəzini isə bir ağacın nə qədər məhsul verməsini müəyyən etmək üçün istifadə etmişdir. Bildirir ki, əgər narkotik vasitələri satış məqsədi ilə qablaşdırsaydı onların çəkisi eyni olardı. Odur ki, özünü təqsirli bilmir və göstərdiklərinin nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Saatlı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2 ifadəsində göstərdi ki, Saatlı rayon Qara Nuru kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq narkotik tərkibli bitkiləri əkib becərməsi, qanunsuz olaraq narkotik vasitə saxlaması barədə Saatlı RPŞ-yə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı əməliyyat qrupu yaradılmışdır. 18 noyabr 2024-cü tarixdə təxminən 10 radələrində Saatlı rayon Qara Nuru kəndində Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına çatmışlar. Həmin yerdə Salmanın elektrik sayğacının qarşısında olduğunu görüb avtomobildən düşərək Salmana yaxınlaşıb özlərini təqdim edərək yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkilərini əkib becərməkdə şübhəli olduğunu bildirərək yaşadığı evin həyətinə baxış keçirilməli olduqlarını bildirmişlər. Salman da baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirərək bu barədə ərizə yazmışdır. Bundan sonra baxış keçirilməyə başlanmışdır. Salman ilk öncə həyətyanı sahəsində yerləşən ot tayasının arxasında olan və çətənə bitkilərini əkib becərdiyi yeri təqdim etmiş, həmin yerdə narkotik tərkibli çətənə bitkilərini əkib becərdikdən sonra yığıb qurutduğu yarpaqları həyətdə yerləşən yarımçıq tikilinin içərisində saxladığını bildirmişdir. Bundan sonra həmin yardımçı tikiliyə daxil olmuşlar. Salman orada olan sandıqdakı kauçuk materialdan hazırlanmış düyü qabını təqdim edərək içərisində “nəşə” olduğunu bildirmişdir. Sandıqdan həmçinin bir ədəd ağ rəngli elektron tərəzi aşkar olunmuşdur. Şəffaf rəngli düyü qabı açılmış və həmin qabın içərisindən 15 ədəd içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr olan kibrit qutuları aşkar olunmuş, daha sonra 5 şəffaf rəngli sellofan torba, onların da içərilərindən narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs həmin kütlələrin nə olduğu və nə məqsdələ saxladığı soruşulmuş, Salman da satış məqsədi ilə deyil, öz istifadəsi üçün saxladığını bildirmişdir. Daha sonra elektron tərəzini nə məqsədlə saxladığı soruşulmuş, Salman da əkdiyi bitkinin bir kolunun çəkisini hesablamaq üçün tərəzini saxladığını demişdir. Daha sonra içərilərində qurudulmuş marixuanaya bənzər kütlələr olan kibrit qutuları və sellofan torbalar nömrələnmişdir. Bundan sonra 15 ədəd içərisində qurudulmuş marixuanaya bənzər kütlələr olan kibrit qutuları və beş ədəd sellofan torbalarda olan qurudulmuş marixuanaya bənzər kütlələr ağ rəngli zərflərdə qablaşdırılmış və götürülmüşdür. Bundan başqa aşkar edilmiş 1 ədəd tərəzi də bir ədəd qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Saatlı RPŞ-nin PPXB-nin polis nəfəri polis baş serjantı Şahid3 digər Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 18 noyabr 2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həyətindəki yardımçıq tikilinin içərisinə qoyulmuş sandığın içərisindəki bir ədəd şəffaf rəngli kauçuk materialdan hazırlanmış, sarı rəngli qapağı olan düyü qabının içərisindən 5 ədəd şəffaf rəngli sellofan torbalarda ayrı-ayrılıqda bükümlərlə birlikdə çəkiləri müvafiq olaraq 50 qram, 27 qram, 18 qram, 12 qram və 9 qram, 15 ədəd kibrit qutusundan ayrı ayrılıqda kibrit qutuları ilə birlikdə çəkiləri müvafiq olaraq 7 qram, 3 qram, 7 qram, 6 qram, 6 qram, 7 qram, 9 qram, 6 qram, 6 qram, 7 qram, 6 qram, 6 qram, 7 qram, 6 qram və 6 qram qurudulmuş marixuanaya bənzər maddələr və 1 ədəd ağ rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 bölməsinin 18 noyabr 2024-cü il tarixli 18/921 saylı rəyindən görünür ki, 1. tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində yarımtikilidən.. 15 ədəd kibrit..” sözləri və imzalar olan kağız paketdəki 15 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri-ədəd polietilen torbanın içərisində 43 ədəd “gümüşü” rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri - 0,76 qr, 3,79 qr, 3,46 qr, 3,40 qr, 3,34 qr, 2,94 qr, 3,22 qr, 3,37 qr, 3,18 qr, 3,70 qr, 3,33 qr, 5,66 qr, 3,38 qr, 3,22 qr, 3,86 qr, ümumi çəkisi - 49,61 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır.
2. Tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində yarımtikilidən.. 5 ədəd sellofan..” sözləri və imzalar olan kağız paketdəki 05 ədəd polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri- 18,10 qr, 45,33 qr, 11,57 qr, 17,10 qr, 8,18 qr, ümumi çəkisi - 100,28 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş cəmi 15 ədəd kibrit qutusunda və 05 ədəd polietilen torbada olan narkotik vasitə marixuana orqanoleptik əlamətlərinə və tərkiblərinə görə tərkiblidir. 3) Tədqiqata təqdim olunmuş üzərində “1 ədəd ağ rəngli ..elektron tərəzi..”sözləri və imzalar olar kağız paketdə 01 ədədelektron tərəzinin üzərində narkotik vasitə marixuananın mikrohissəcikləri vardır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 25 noyabr 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Saatlı rayon İHB-nin Qara Nuru kənd İƏD üzrə nümayəndəsinin 25 noyabr 2024-cü il tarixli 960 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Saatlı rayon Qara Nuru kəndində qeydiyyatdadır və ailə tərkibi 1982ci il təvəllüdlü arvadı-X5 və 2000-ci il təvəllüdlü oğlu-X1 ibarətdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 02741 saylı vəsiqəsinin surətindən görünür ki, X3 müharibə veteranıdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş İ-1342 nömrəli və İ-50923 nömrəli Azərbaycan Respublikası medalının vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 2000-ci il təvəllüdlü oğlu X3 “Zəngilanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini şərh olunan qaydada törədərək istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 149,89 qram narkotik vasitə olan qurudulmuş marixuananı əldə etməsi, daşıması və yaşadığı Saatlı rayon Qara Nuru kəndində yerləşən fərdi yaşayış evinin həyətindəki yarımçıq tikilinin içərisinə qoyulmuş sandığın içərisində satış məqsədi ilə qanunsuz olaraq saxlaması, xx.xx.2024-cü il tarixdə Saatlı rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 10:45dən 11:25-dək baxış keçirilən zaman onun yaşadığı Saatlı rayon Qara Nuru kəndində yerləşən fərdi yaşayış evinin həyətindəki yarımçıq tikilinin içərisinə qoyulmuş sandığın içərisindəki şəffaf rəngli kauçuk materialdan hazırlanmış düyü qabının içərisində beş ədəd şəffaf rəngli polietilen torbalarda ayrı ayrılıqda təmiz çəkiləri 18,10 qram, 45,33 qram, 11,57 qram, 17,10 qram, 8,18 qram və 15 ədəd kibrit qutularının içərisində ayrı-ayrılıqda təmiz çəkiləri 0,76 qram, 3,79 qram, 3,46 qram, 3,40 qram, 3,34 qram, 2,94 qram, 3,22 qram, 2,37 qram, 3,18 qram, 3,70 qram, 3,33 qram, 5,66 qram, 3,38 qram, 3,22 qram və 3,86 qram, ümumilikdə təmiz çəkisi 149,89 qram orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eynilik təşkil edən, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın aşkar olunaraq götürülməsi, yəni satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 08 saylı qərarının 9-cu bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə özünü təqsirli bilməsə də, ona istinad edilən cinayəti törətməsi iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla yanaşı, cinayət işinə əlavə edilmiş 18 noyabr 2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokolla öz təsdiqini tapmışdır. Yəni təqsirləndirilən şəxsin göstərdiyi xüsusatlar məhkəmə iclası zamanı tədqiq edilmiş sübutların məcmusu ilə təkzib olunmuşdur. Həmçinin də, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, narkotik vasitənin çəkilməsi üçün elektron tərəzinin olması Təqsirləndirilən şəxs həmin narkotik vasitələri satış məqsədilə qanunsuz olaraq əldə etməsini, saxlamasını sübut edir ki, bu əməl də, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin tərkibini yaradır. Ona görə də, Təqsirləndirilən şəxs bu ifadəsi özünü müdafiə etmək məqsədi ilə verilmiş sayılmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs 2000-ci il təvəllüdlü oğlu X2 müharibə veteranı olmaqla medallarla təltif edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını aşağı həddə təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsin 06 dekabr 2024-cü il tarixli, 7698 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş “Saatlı Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin 27 noyabr 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Saatlı Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin poliklinika şöbəsinin narkoloji və psixonevroloji kabinetlərində, eləcə də, digər xəstəlikləri ilə bağlı dispanser qeydiyyatında yoxdur. Ona görə də Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan xalis çəkisi 148.89 qram narkotik vasitə olan qurudulmuş marixuana və bir ədəd ağ rəngli elekron tərəzi məhv edilməlidir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 18 noyabr 2024-cü il tarixli 18/921 saylı ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik təşkil edir. Ona görə də, həmin xərc Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia, maddi ziyan və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə,
Hökmetdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib üç il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 18 noyabr 2024-cü il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan xalis çəkisi 148.89 qram narkotik vasitə olan qurudulmuş marixuana və bir ədəd ağ rəngli elekron tərəzi məhv edilsin. İş üzrə 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmdən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər.