Məhkəmə qərarları › İş №1(055)-29/2023

Saatlı Rayon Məhkəməsi Qərar — İş №1(055)-29/2023

16.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 1(055)-29/2023 16.05.2023 SAATLI RAYON MƏHKƏMƏSİ (İş üzrə icraata xitam verilməsi barədə) Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə saat 10:40-da xx xxxxx 1984-cü il tarixdə Saatlı rayonunun Qara Nuru kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki nəfər azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunamamış, Saatlı rayonu Qara Nuru kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs 05 aprel 2023-cü il tarixdə saat 18 radələrində Saatlı rayonu Qara Nuru kəndində yerləşən fərdi yaşayış evinin küçəsində Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəmnində mübahisə edib dalaşaraq yumruqla Zərərçəkmiş şəxs sifət nahiyəsinə zərbələr vurub yerə yıxaraq təpiklə sol əlinə vurub ona sol əlin 4-cü barmağının distal falanqasının qapalı sınığı, sol almacıq sümüyü proyeksiyasında sıyrıq, sol yanaq nahiyəsində, sol əlin üst səthində 3-5-ci əldarağı sümüyü proyeksiyasında, sol əlin 4-cü barmağının üst səthində qançırlar əmələ gəlməsi ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə baxışı iclasında Təqsirləndirilən şəxs verdiyi ifadəsi ilə yanaşı məhkəməyə ərizə təqdim edərək göstərdi ki, ona elan olunmuş yekun protokolu üzrə özünü təqsirli bilir, etdiyi əməldən peşmandır. 05 aprel 2023-cü il tarixdə Saatlı rayonu Qara Nuru kəndində yerləşən fərdi yaşayış evinin küçəsində Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəmnində mübahisə edib dalaşaraq ona xəsarət yetirmişdir. Hal-hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır, Zərərçəkmiş şəxs ondan heç bir şikayət və tələbi yoxdur və onu bağışlamışdır. Ona görə də onu cinayət məsuliyyətindən azad edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında Zərərçəkmiş şəxs ifadəsində və məhkəməyə təqdim etdiyi ərizəsində göstərdi ki, 05 aprel 2023-cü il tarixdə Saatlı rayonu Qara Nuru kəndində Təqsirləndirilən şəxs ilə şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs ona xəsarət yetirmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır. Onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur və onu bağışlayaraq bu barədə olan şikayətindən imtina edir. Ona görə də Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA X7 Şəxsin Sabirabad rayon şöbəsinin 10 aprel 2023-cü il tarixli 89 saylı rəyindən görünür ki, 1966-cı il təvəllüdlü Zərərçəkmiş şəxs müayinə zamanı aşkar edilmiş xəsarətlər- sol əlin 4-cü barmağının distal falanqasının qapalı sınığı, sol almacıq sümüyü proyeksiyasında sıyrıq, sol yanaq nahiyəsində, sol əlin üst səthində 3-5-ci əldarağı sümüyü proyeksiyasında, sol əlin 4-cü barmağının üst səthində qançırlar küt əşyanın/əşyaların təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri 05 aprel 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 24 aprel 2023-cü il tarixli arayışdan və görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2009-cu il təvəllüdlü X1 və 2011-ci il təvəllüdlü X3 adlı iki nəfər azyaşlı uşaqları vardır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 24 aprel 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Həmin məcəllənin 73.2-ci maddəsinə əsasən bu məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs barışmasını, zərər çəkmiş şəxsin şikayətinin olmamasını, eləcə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət məsuliyyətindən azad edilərək iş üzrə icraata xitam verilməsi barədə özünün və zərərçəkmiş şəxsin ərizə və ifadələrini nəzərə alıb, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39-cu maddələrinə əsaslanaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qəraraaldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs barışdığından və zərər çəkmiş şəxsin şikayəti olmadığından Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilərək barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Qərardan 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar