Məhkəmə qərarları › İş №1(055)-29/2024

Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-29/2024

09.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-29/2024 09.10.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxx 1982-ci ildə Saatlı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, işləməyən, Saatlı rayonu Qıraqlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov 24 B, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs aldatma yolu ilə özgənin əmlakını ələ keçirməkdən ötrü Saatlı rayonu Qıraqlı kənd sakini Zərərçəkmiş şəxs2 özünün Bakı şəhərində yerləşən evini satmaq üçün sənədlərini düzəltdirəcəyi barədə yalan vəd verib aldadaraq vahid niyyətlə sonuncunun oğlu Şahid2 Saatlı rayonu Qıraqlı kəndində yerləşən “Səma” marketdəki “eManat” ödəniş terminalı vasitəsilə onun kart hesabına xx.xx.2022-ci il tarixdə mədaxil etdiyi 1000 manat, həmin ödəniş terminalı vasitəsilə onun kart hesabına xx.xx.2022-ci il tarixdə mədaxil etdiyi 600 manat, həmin ödəniş terminalı vasitəsilə onun kart hesabına xx.xx.2022-ci il tarixdə mədaxil etdiyi 560 manat, həmin ödəniş terminalı vasitəsilə onun kart hesabına xx.xx.2023-cü il tarixdə mədaxil etdiyi 1500 manat, həmin ödəniş terminalı vasitəsilə onun kart hesabına xx.xx.2022-cü il tarixdə mədaxil etdiyi 1500 manat, həmin ödəniş terminalı vasitəsilə onun kart hesabına xx.xx.2022-ci il tarixdə mədaxil etdiyi 500 manat, həmin ödəniş terminalı vasitəsilə onun kart hesabına xx.xx.2023-cü il tarixdə mədaxil etdiyi 100 manat, Sabirabad rayonu Qalaqayın kəndində yerləşən “Çinar” marketdəki “PashaPay” ödəmə terminalı vasitəsilə onun kart hesabına xx.xx.2023-cü il tarixdə mədaxil etdiyi 400 manat pul köçürülmüş, Saatlı rayonu Qıraqlı kəndində yerləşən “Səma” marketdəki “eManat” ödəniş terminalı vasitəsilə onun kart hesabına 2023-cü ilin mart ayının əvvəlində mədaxil etdiyi 1340 manat, ümumilikdə 9 dəfəyə zərərçəkmiş Zərərçəkmiş şəxs2 cəmi 7500 manat, xeyli miqdarda pulunu dələduzluq edib ələ keçirmiş, yəni aldatma yolu ilə xeyli miqdarda özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma yolu ilə özgənin əmlakını ələ keçirməkdən ötrü Zərərçəkmiş şəxs1 Saatlı rayonu Qıraqlı kəndində yerləşən torpaq sahəsində tikinti işlərini aparmasına icazə alacağı barədə yalan vəd verib aldadaraq sonuncudan vahid niyyətlə Saatlı rayonu mərkəzi bazarın qarşısında 2021-ci ilin avqust ayında 800 manat, Saatlı rayonu Qıraqlı kəndində Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında 2021-ci ilin sentyabr ayının ortalarında 200 manat, Saatlı rayonu Qıraqlı kəndində Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında 2021-ci ilin iyun ayının əvvəlində 250 manat, Saatlı rayonu Qıraqlı kəndində Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında 2021-ci ilin iyun ayının ortalarında 250 manat, Beyləqan rayonunda yerləşən “Sizin” marketdəki “empay” ödəniş terminalı vasitəsilə onun kart hesabına xx.xx.2023 tarixdə mədaxil etdiyi 250 manat, Beyləqan rayonunda yerləşən “Sizin” marketdəki “empay” ödəniş terminalı vasitəsilə onun kart hesabına xx.xx.2023-cü il tarixdə mədaxil etdiyi 90 manat, Saatlı rayonu ərazisində Birbank Cashback kart hesabından onun kart hesabına xx.xx.2023-cü il tarixdə mədaxil etdiyi 204 manat, Saatlı rayonu ərazisində Birbank Cashback kart hesabından onun kart hesabına xx.xx.2023-cü il tarixdə mədaxil etdiyi 70 manat, ümumilikdə 8 dəfəyə zərərçəkmiş Zərərçəkmiş şəxs1 cəmi 2114 manat məbləğində pulunu dələduzluq edib ələ keçirmiş, yəni aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 qarşı cinayət əməlini törətməkdə özünü tam təqsirli bilir, lakin Zərərçəkmiş şəxs2 qarşı cinayət əməli törətməmiş və özünü təqsirli bilmir. Belə ki, Saatlı şəhər sakini Zərərçəkmiş şəxs1 tanıyır, onunla ədavəti və düşmənçiliyi yoxdur. 2021-ci ilin avqust ayının sonunda Saatlı şəhər sakini Teymur adlı tanışı ona zəng edib onun Bakı şəhərsalma və arxitektura idarəsində tanışının olduğunu deyib qardaşı Zərərçəkmiş şəxs1 Saatlı rayonu Qıraqlı kəndində yerləşən torpaq sahəsində tikinti işləri aparması üçün onun sənəd işinə kömək etməsini xahiş etmişdir. O, həmin gün Saatlı rayonunda olduğu üçün Teymur və onun qardaşı Seymurla Saatlı rayon mərkəzi bazarının qarşısında görüşmüşdür. Söhbət zamanı o, Seymura sənəd işinin düzəlməsinin 800 manata başa gələcəyini demişdir. Həmin vaxt Seymur cibindən 800 manat çıxarıb ona vermişdir. Bundan başqa o, Seymura zəng edib sənəd işinin görülməsi üçün əlavə 200 manat pul lazım olduğunu demiş və Seymur da 2021-ci ilin sentyabr ayının ortalarında onun Saatlı rayonunda yerləşən evinə gəlib ona 200 manat, 2022-ci ilin iyun ayında isə iki dəfə olmaqla hər dəfə 250 manat pul vermişdir. Əlavə olaraq qeyd etmişdir ki, Zərərçəkmiş şəxs1 tərəfindən sənəd işi ilə bağlı onun Seymura göndərdiyi “Kapital Bank” kart hesabına xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə müvafiq olaraq 250 və 90 manat, xx.xx.2023-cü il tarixdə 204 manat, xx.xx.2023-cü il tarixdə isə 70 manat pul köçürülmüşdür. Halbuki, onun şəhərsalma və arxitektura idarəsində tanışının olmamış, Zərərçəkmiş şəxs1 aldığı pulları özünə götürmüş və borclarının çox olması səbəbindən Zərərçəkmiş şəxs1 aldığı pulu geri qaytara bilmədiyini göstərmişdir. Lakin hazırda Zərərçəkmiş şəxs1 dəymiş ziyanı tam şəkildə ödəmiş və barışıq əldə edilmişdir. Zərərçəkmiş şəxs2 isə həmkəndlisidir, onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur. Zərərçəkmiş şəxs2 onun barəsində yalan ifadə vermişdir. O, özünü “Xəlil” inşaat təmirtikinti şirkətinin rəhbəri kimi təqdim etməmişdir. Onun Zərərçəkmiş şəxs2 26300 manat deyil, 18300 manat pul borcu olmuşdur. Belə ki, o, 18300 manat puldan 11300 manatını Nəzifənin Saatlı rayonu Qıraqlı kəndində yerləşən evinin təmir olunması üçün almış, həmin pulun 4000 manatını Nəzifənin Saatlı rayonu Qıraqlı kəndində yerləşən evinin təmiri üçün tikinti materiallarına vermiş, qalan 7300 manatını isə özünə götürmüşdür. Bundan başqa o, 2022-ci ilin noyabr-dekabr aylarında 5000 manat və 2023-cü ilin yanvar-fevral ayları ərzində isə 2000 manat olmaqla ümumilikdə 7000 manat pulu Nəzifə ona Bakı şəhəri, Nəsimi rayonu 1 mikrorayon ərazisində yerləşən 5 mərtəbəli binaların birindən 1 otaqlı evi ipoteka yolu ilə almaq üçün vermişdir. X4 sənədləri qaydasında olmadığına görə “Xalq bank” tərəfindən ipoteka krediti ayrılmadığı üçün ev alqı-satqısı baş tutmamışdır. O, Zərərçəkmiş şəxs2 ipoteka yolu ilə satılacaq Bakı şəhərində yerləşən 1 otaqlı mənzilin özünə məxsus olduğunu və həmin mənzilə aid sənədləri itirdiyini bildirmişdir. Həmçinin avtomobil qəzası keçirdiyinə görə və çoxlu borcları olması səbəbindən Nəzifənin evində aparılan təmir işlərini yekunlaşdıra bilməmiş və pula ehtiyacı yarandığına görə Nəzifənin ona verdiyi 7000 manat pulu yol nəqliyyat hadisəsi zamanı əzilən avtomobillərin sahiblərinə vermişdir. O, Zərərçəkmiş şəxs2 ümumilikdə 14300 manat pul borclu qalmış, həmin pulun müqabilində atası Mirqanı Həşimova məxsus “Hunday Sonata” markalı avtomobili Nəzifənin adına keçirtmişdir. Belə olan halda isə onun Nəzifəyə borcu qalmamışdır. Lakin sonradan zərərçəkmiş şəxslə əldə edilmiş razılığa əsasən Zərərçəkmiş şəxs2 3500 manat dəymiş ziyanı ödəməyi öhdəsində götürmüşdür. Həmin puldan 1900 manat ödəniş etmiş, qalan 1600 manatı isə 20 gün ərzində ödəyəcəkdir. Ona görə də göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri özünün qismən etirafedici ifadəsi, iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Saatlı rayonu Qırağlı kəndində yaşayır. Təqsirləndirilən şəxs həmkəndlisidir, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. 2022-ci ilin oktyabr ayında özünü “Xəlil” inşaat təmir-tikinti şirkətinin rəhbəri kimi təqdim etmiş Təqsirləndirilən şəxs evini təmir edəcəyi və Bakı şəhərində 1 otaqlı ev verəcəyi adı ilə ondan ümumilikdə 26330 manat pul almışdır. Belə ki, həmin pulun 6500 manatını ilkin olaraq 2022-ci ilin noyabr ayında yaşadığı evin təmir etdirilməsi üçün material alınması məqsədilə Təqsirləndirilən şəxs özü ilə onlara gətirdiyi Sabirabad rayonu Surra kəndindən olan Niyaməddin və Hikmət adlı ustaların yanında əri Vahid tərəfindən verilmişdir. Bundan başqa malmaterialın alınması üçün Təqsirləndirilən şəxs 2022-ci ilin noyabr-dekabr və 2023-cü ilin yanvar-fevral aylarında ümumilikdə 7100 manat pul vermişdir. Həmçinin 2022-ci ilin noyabr və 2023-cü ilin yanvar ayında borc məqsədilə Təqsirləndirilən şəxs ümumilikdə 5300 manat pul vermişdir. Bundan başqa Mahmud ona zəng etmişdir ki, Bakı şəhərində beşmərtəbəli binaların birində 1 otaqlı mənzili var onu satır, gəl həmin mənzili ipoteka yolu ilə sənə verim pulunu hissə-hissə verərsən demişdir. O da Mahmudla razılaşmışdır. Mahmud mənzilin sənədlərini düzəltdirəcəyi adı ilə əlavə olaraq hissə-hissə ondan ümumilikdə 7500 manat pul almışdır. Belə ki, oğlu Şahid2 Saatlı rayonu Qıraqlı kəndində yerləşən “Səma” marketdə olan “eManat” ödəniş terminalı vasitəsilə həmin 7500 manat pulun 1000 manatını xx.xx.2022-ci il tarixdə, 600 manatını xx.xx.2022-ci il tarixdə, 560 manatını xx.xx.2022-ci il tarixdə, 1500 manatını xx.xx.2022-ci il tarixdə, 1500 manatını xx.xx.2022-ci il tarixdə, 500 manatını xx.xx.2022-ci il tarixdə, 100 manatını xx.xx.2023-cü il tarixdə və Sabirabad rayonu Qalaqayın kəndində yerləşən “Çinar” marketdə olan “PashaPay” ödəmə terminalı vasitəsilə xx.xx.2023-cü il tarixdə 400 manat pulu isə Təqsirləndirilən şəxs öz adına olan və oğluna verdiyi Kapital Banka aid 416973******6325 nömrəli plastik kart hesabına köçürmüşdür. Qeyd olunanlardan başqa, oğlu Şahid2 2023cü ilin mart ayının əvvəlində Saatlı rayonu Qıraqlı kəndində yerləşən “Səma” marketdəki “eManat” ödəniş terminalı vasitəsilə Təqsirləndirilən şəxs kart hesabına 1340 manat pul köçürmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs guya ona tanışları vasitəsilə ipoteka krediti götürməyinə kömək edəcəyini demişdir. Bunun üçün o, Bakı şəhərində yerləşən “Xalq Bank” adlı banka müraciət etmişdir. Lakin sənədləri qaydasında olmadığı üçün bankdan ona ipoteka krediti verməmişlər. Təqsirləndirilən şəxs onu aldatdığını görüb əri Şahid1la birlikdə Mahmudun Saatlı rayonu Qıraqlı kəndində yaşayan atası Mirqan Həşimovun evinə getmişlər. X1 onları aldatdığını bildirmişlər. Mirqanı da oğlunun ondan aldığı pulun əvəzinə evini verə biləcəyini demişdir. Əri Vahid də Mirqanı ilə razılaşmamışdır. Vahidin razılaşmadığını görən Mirqanı pulun əvəzində özünə məxsus “Hunday Sonata” markalı avtomobilini onlara verə biləcəyini bildirmişdir. Bundan sonra onlar avtomobilin qiymətini Mirqanı ilə 14000 manata razılaşıb Mahmudun ondan aldığı pulun məbləğindən çıxmışlar. Səhərisi gün Mirqanı Həşimov “Hunday Sonata” markalı avtomobillə onlara gəlmişlər. Mirqanı gəldikdən sonra avtomobili ada keçirmək məqsədilə oğlu Əli, o və qardaşı Fərahim Məmmədovla birlikdə Şirvan şəhərinə gedib avtomobili onun adına keçirmişlər. Təqsirləndirilən şəxs evin təmiri üçün aldığı 18300 manat pulu qaytarsa da, ona ev alması üçün verdiyi 7500 manat pulu isə onu aldadaraq geri qaytarmamışdır. Təqsirləndirilən şəxs dedikləri yalandır, Mahmud 18830 manat pulu evinin təmiri üçün, Mahmudun plastik kart hesabına köçürülmüş 7500 manat pulu pulu isə Bakı şəhərində 20 yanvar metrostansiyasının yaxınlığında yerləşən Mahmudun ona satacağı 1 otaqlı mənzilin sənədlərinin qaydaya salınması üçün almışdır. Mahmudla avtomobilin qiyməti barəsində heç bir razılaşmaları olmamış, belə razılığı olmuşdur ki, avtomobil satılsın Mahmudun ondan aldığı pulu özünə götürsün. O, həyat yoldaşı Şahid1 Mahmuda dəfələrlə zəng edərək onun iştirakı ilə avtomobili bazarda satıb qiymətinin bilinməsini təklif etdiyini qeyd etmişdir. O, Mahmudun əri Vahidə zəng edən zaman avtomobilini 17000 manata sata biləcəyini, lakin həyat yoldaşı Şahid1 isə Mahmuda “lazımdırsa avtomobil bazarına gedək orada nə qiymət veriləcəksə sənin bizdən aldığın pulun miqdarından çıxarıq” dediyini, lakin Mahmud etdikləri təkliflə razılaşmayaraq avtomobili 17000 manata sata biləcəyini dediyinə görə onlar da söz-söhbətə son qoyması üçün Mahmudun atası Mirqanın adına keçirdiyi həmin “Hunday Sonata” markalı avtomobili bazarda satmaları üçün bir neçə dəfə avtomobil bazarına getdiklərini bildirmişdir. Bundan başqa o, avtomobili bazarda sata bilmədiklərinə görə “Turbo Az” saytında elan yerləşdirib həmin qaydada avtomobili 13000 manata satmışlar. Qeyd etmişdir ki, avtomobili satdığı 13000 manat puldan 700 manatını Mirqanıya verdiyi bocra görə, 300 manatını isə avtomobilin cəriməsinə və ada keçirilməsinə görə çəkilmiş xərcləri çıxmışdır. O, Təqsirləndirilən şəxs ona və əri Şahid1 heç bir sənəd göstərmədiyini, lakin Təqsirləndirilən şəxs ona satacağı evin çıxarışını itirdiyini və həmin çıxarışın dublikatını alması üçün Reyester xidmətinə müraciət etdiyini, çıxarışın surətini aldıqdan sonra həmin sənədi ipoteka alması üçün “Xalq Bank” adlı bankın “Yubleyni” filialına təqdim edəcəyini dediyini bildirmişdir. Əlavə olaraq bildirir ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyandan 1900 manat ödəmiş, qalan məbləğ hal-hazıradək ödənilməmişdir. Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməsini istəmir. Lakin dəymiş ziyanın qalan hissəsinin ödənilməsini istəyir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Saatlı rayonu Qıraqlı kəndində yaşayır. Saatlı rayonu Qıraqlı kənd tam orta məktəbinin biologiya müəllimi vəzifəsində işləyir. Zərərçəkmiş şəxs2 arvadı, Şahid2 oğlu və Təqsirləndirilən şəxs isə həmkəndlisidir. Təqsirləndirilən şəxsla münasibəti olmasa da, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. 2022-ci ilin oktyabr ayında özünü arvadı Zərərçəkmiş şəxs2 “Xəlil” inşaat təmir-tikinti şirkətinin rəhbəri kimi təqdim etmiş Təqsirləndirilən şəxs evlərini təmir edəcəyi və Bakı şəhərində 1 otaqlı ev verəcəyi adı ilə ondan ümumilikdə manat məbləğində pul almışdır. Belə ki, həmin pulun 6500 manatını ilkin olaraq 2022-ci ilin noyabr ayında yaşadığı evin təmir etdirilməsi üçün material alınması məqsədilə Təqsirləndirilən şəxs özü ilə gətirdiyi Sabirabad rayonu Surra kəndindən olan Niyaməddin və Hikmət adlı ustaların və arvadı Nəzifənin yanında Mahmuda vermişdir. Bundan başqa materialın alınması üçün Təqsirləndirilən şəxs 2022-ci ilin noyabr-dekabr və 2023-cü ilin yanvar-fevral aylarında ümumilikdə 7100 manat pul, həmçinin 2022-ci ilin noyabr və 2023-cü ilin yanvar ayında borc məqsədilə Təqsirləndirilən şəxs ümumilikdə 5300 manat pul vermişdir. Bundan başqa Mahmud arvadı Nəzifəyə Bakı şəhəri Nəsimi rayonu 20 yanvar adlanan ərazidə yerləşən 5 mərtəbəli binanların birində həyat yoldaşının adına olan 1 otaqlı evinin olduğunu deyib həmin evi Nəzifəyə pulunu hissə-hissə verməsini təklif etmişdir. Nəzifə də Mahmudla razılaşmışdır. Bundan sonra Mahmud evin sənədlərini düzəltdirəcəyi adı ilə hissə-hissə arvadı Nəzifədən ümumilikdə 7500 manat pul almışdır. Belə ki, oğlu Şahid2 Saatlı rayonu Qıraqlı kəndində yerləşən “Səma” marketdə olan “eManat” ödəniş terminalı vasitəsilə həmin 7500 manat pulun 1000 manatını xx.xx.2022-ci il tarixdə, 600 manatını xx.xx.2022-ci il tarixdə, 560 manatını xx.xx.2022-ci il tarixdə, 1500 manatını xx.xx.2022-ci il tarixdə, 1500 manatını xx.xx.2022-ci il tarixdə, 500 manatını xx.xx.2022-ci il tarixdə, 100 manatını xx.xx.2023-cü il tarixdə və Sabirabad rayonu Qalaqayın kəndində yerləşən “Çinar” marketdə olan “PashaPay” ödəmə terminalı vasitəsilə xx.xx.2023-cü il tarixdə 400 manat pulu isə Təqsirləndirilən şəxs öz adına olan və oğluna verdiyi Kapital Banka aid kart hesabına, qeyd olunanlardan başqa oğlu Əli 2023-cü ilin mart ayının əvvəlində Saatlı rayonu Qıraqlı kəndində yerləşən “Səma” marketdəki “eManat” ödəniş terminalı vasitəsilə Təqsirləndirilən şəxs kart hesabına 1340 manat pul köçürmüşdür. Təqsirləndirilən şəxs onları aldatdığını görüb arvadı Nəzifə ilə birlikdə Mahmudun Saatlı rayonu Qırağlı kəndində yaşayan atası Mirqanı Həşimovun evinə getmişdir. X1 onları aldatdığını bildirdikdən sonra Mirqanı onlara oğlunun aldığı pulun əvəzinə evini verə biləcəyini demişdir. O da Mirqanı ilə razılaşmamışdır. Onun razılaşmadığını görən Mirqanı pulun əvəzində özünə məxsus “Hunday Sonata” markalı avtomobilini onlara verə biləcəyini bildirmişdir. Bundan sonra onlar avtomobilin qiymətini öz aralarında 14000 manata razılaşıb Mahmudun onlardan aldığı pulun məbləğindən çıxmışlar. Səhəri gün Mirqanı Həşimov “Hunday Sonata” markalı avtomobillə onlara gəlmişlər. Mirqanı gəldikdən sonra avtomobili ada keçirmək məqsədilə oğlu Əli, arvadı Nəzifə və qaynı Fərahim Məmmədov birlikdə Şirvan şəhərinə gedib avtomobili arvadı Nəzifənin adına keçirmişlər. Təqsirləndirilən şəxs evin təmir olunması və Bakı şəhərində yerləşən 1 otaqlı evin sənədlərini düzəltdirəcəyi adı ilə aldığı 26300 manat pulun bir hissəsini yəni 18300 manatını qaytarsa da, arvadı Nəzifəyə satacağı 1 otaqlı evin sənədlərini düzəldəcəyi adı ilə onu aldadaraq Mahmudun plastik kart hesabına oğlu Şahid2 tərəfindən köçürülmüş 7500 manat pulu hal-hazıradək geri ala bilməmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Saatlı rayonu Qıraqlı kəndində yaşayır. X2 anası, Təqsirləndirilən şəxs isə həmkəndlisidir. Təqsirləndirilən şəxsla heç bir ədavəti və düşmənçiliyi yoxdur. 2022-ci ilin oktyabr ayında özünü onlara “Xəlil” inşaat təmir-tikinti şirkətinin rəhbəri kimi təqdim etmiş Təqsirləndirilən şəxs evlərini təmir edəcəyi və Bakı şəhərində 1 otaqlı ev verəcəyi adı ilə anasından ümumilikdə 26300 manat pul almışdır. Həmin pulun 6500 manatını ilkin olaraq 2022-ci ilin noyabr ayında Saatlı rayonu Qırağlı kəndində yaşadıqları evin təmir etdirilməsi üçün mal-material alınması məqsədilə Təqsirləndirilən şəxs özü ilə onlara gətirdiyi Sabirabad rayonu Surra kəndindən olan Niyaməddin və Hikmət adlı ustaların yanında atası Vahid tərəfindən verilmişdir. Bundan başqa mal-materialın alınması üçün Təqsirləndirilən şəxs 2022-ci ilin noyabr-dekabr və 2023-cü ilin yanvar-fevral aylarında ümumilikdə 7100 manat pul verilmişdir. Həmçinin 2022-ci ilin noyabr və 2023-cü ilin yanvar ayında borc məqsədilə anası X7 Həşimova ümumilikdə 5300 manat pul vermişdir. Bundan başqa Mahmud anası Nəzifəyə zəng edib ki, Bakı şəhərində 1 otaqlı evim var onu satıram, gəl həmin evi verim sənə pulunu hissə-hissə verərsən demişdir. Anası da Mahmudla razılaşmışdır. Mahmud anasına satacağı evin sənədlərini düzəltdirəcəyi adı ilə ondan pul istəmişdir. Anası da ona ayrı-ayrı vaxtlarda və məbləğlərdə ona pul verərək Mahmudun istədiyi pulu ona verməyini tapşırmışdır. O da Saatlı rayonu Qıraqlı kəndində yerləşən “Səma” marketdə olan “eManat” ödəniş terminalı vasitəsilə həmin 7500 manat pulun 1000 manatını xx.xx.2022-ci il tarixdə, 600 manatını xx.xx.2022ci il tarixdə, 560 manatını xx.xx.2022-ci il tarixdə, 1500 manatını xx.xx.2022-ci il tarixdə, 1500 manatını xx.xx.2022-ci il tarixdə, 500 manatını xx.xx.2022-ci il tarixdə, 100 manatını xx.xx.2023-cü il tarixdə və Sabirabad rayonu Qalaqayın kəndində yerləşən “Çinar” marketdə olan “PashaPay” ödəmə terminalı vasitəsilə xx.xx.2023-cü il tarixdə 400 manat pulu isə Təqsirləndirilən şəxs öz adına olan və ona verdiyi Kapital Banka aid kart hesabına köçürmüşdür. Bundan əlavə o, 2023-cü ilin mart ayının əvvəlində Saatlı rayonu Qıraqlı kəndində yerləşən “Səma” marketdəki “eManat” ödəniş terminalı vasitəsilə Təqsirləndirilən şəxs kart hesabına 1340 manat pul köçürmüşdür. O, Təqsirləndirilən şəxs Kapital Bank kart hesabına ümumilikdə 7500 manat pul köçürmüşdür. Təqsirləndirilən şəxs onları aldatdığını görüb atası Vahid və anası Nəzifə ilə birlikdə Mahmudun Saatlı rayonu Qırağlı kəndində yaşayan atası Mirqanı Həşimovun evinə getmişlər. X1 onları aldatdığını bildirdikdən sonra Mirqanı onlara oğlunun aldığı pulun əvəzinə evini onlara verə biləcəyini demişdir. X8 ilə razılaşmamışdır. Atasının razılaşmadığını görən Mirqanı pulun əvəzində özünə məxsus “Hunday Sonata” markalı avtomobilini verə biləcəyini bildirmişdir. Bundan sonra atası avtomobilin qiymətini Mirqanı ilə öz aralarında 14000 manata razılaşıb Mahmudun aldığı pulun məbləğindən çıxılmış və səhəri gün həmin avtomobili öz adlarına keçirmələri üçün Şirvan şəhərinə getməklə bağlı razılaşmışlar. Səhəri gün Mahmudun atası Mirqanı “Hunday Sonata” markalı avtomobillə onlara gəlmiş, birlikdə Şirvan şəhərinə gedib avtomobili alqı-satqı etmişlər. Hal-hazırda Təqsirləndirilən şəxs anasına satacağı evin sənədlərini düzəldəcəyi adı ilə anasından aldığı 7500 manat pulu geri qaytarmamışdır. Təqsirləndirilən şəxs anası Nəzifəyə Abbasovaya Bakı şəhərində satacağı 1 otaqlı evin sənədlərini düzəltməsi ilə bağlı heç bir sənəd göstərməmiş, başqa hansısa sənəd hazırladığını deməmişdir. Zərərçəkmiş şəxs1 məhkəmə iclasında iştirak etməsə də, ərizə ilə məhkəməyə müraciət edərək hazırda Təqsirləndirilən şəxs ilə barışıq əldə etdiyini, ona dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmadığını, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsi ilə də təsdiq olunduğundan məhkəmə onun ifadəsini iş üzrə sübut növü kimi qəbul edir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmədə iştirak etməsə də şahidlər Şahid3 və Şahid4 ibtidai istintaq zamanı vermiş olduqları və məhkəmə iclasında elan edilmiş ifadələri ilə də təsdiq olunduğundan məhkəmə onların ifadələrini iş üzrə sübut növü kimi qəbul edir. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs2 dələduzluq cinayət əməlini törətmədiyini göstərsə də, təqsirləndirilən şəxsin ona istintad edilən cinayət əməlini törətməsi zərərçəkmiş Zərərçəkmiş şəxs2 və şahidlərin ifadələri, üzləşdirmə istintaq hərəkətləri və digər sübutlarla öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə təqsirləndirilən şəxsin göstərdiklərini özünümüdafiə məqsədilə verilmiş hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur və o, həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət nəticəsində Zərərçəkmiş şəxs1 dəymiş ziyanı könüllü olaraq tamamilə ödəyib barışıq əldə etməsini, himayəsində bir nəfər azyaşlı övladının olmasını, Zərərçəkmiş şəxs2 dəymiş ziyanın qismən ödənilməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını məhkəmə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək iki il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Hökmün icrası Saatlı rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən 20 gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsiə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar